Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-10/2021 28.01.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1965-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, işləməyən, Gədəbəy şəhəri, M.Rəsulzadə küçəsi, ev 15-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tаriхdə sааt 19 radələrində Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi,15 ünvanında yerləşən yaşadığı evdə qudası Zərərçəkmiş şəxs və gəlini Şahid3 ilə aralarında narazılq səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə vuraraq, ona sağ və sol bazunun geniş ölçülü qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan хəsаrətlər yеtirməklə qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. xx xxxxxxxx 1965-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuşdur. Onu qohumları Sevinc adı ilə tanısalar da 2019-cu ilədək adı X5 olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə Gəncə-Asan xidmətdə ad və soyadını dəyişmişdir. Hazırda soyadı Məmmədova, adı Lətafətdir. Zərərçəkmiş şəxs onun qudası olmuşdur. 2016-cı il tarixdə oğlu Pənahov X1 Günay Vüqar qızı ilə ailə qurmuşdurş. Onların həmin nikahlarından 2017-ci ildə Duyğu adında bir qız övladları olmuşdur. İki il bundan əvvəl Şahid3 ilə oğlu Ruslan boşanmış və Ruslan azyaşlı qızı Duyğu üçün hər ay aliment ödəmişdir. 2020-ci ilin aprel ayından oğlu Ruslanla Günay barışmış və onun evinə gəlib-getmişlər. Bəzi hallarda onun evində qalmış və birgə yaşamışlar. Aralarında baş vermiş dava-dalaşdan bir neçə gün əvvəl onlar ailəvi olaraq Gədəbəy rayonu, Başkənd kəndində yerləşən gölün kənarına istirahətə getmişlər. Ruslan və gəlini Günay da onlarla olmuşlar. Orada oturub yemək yeyərkən tanımadığı bir şəxs əlində bir ədəd iri sazan balığı gətirib stollarına tərəf uzadaraq uzaqda ayaq üstə durmuş hərbi geyimdə olan zabitin bu balığı Günay xanıma göndərdiyini demişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmış və oradan durub evlərinə gəlmişlər. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında o, evdən çıxıb taksi ilə Şəmkir rayonuna getmək istəmişdir. O, taksidə olarkən qızı Rübabə ona zəng edib Günayın bananını harada gizlətdiyini soruşmuşdur. O, heç nə görmədiyini bildirmişdir. Bundan sonra Günay ona zəng vurub telefonda təhqir etmişdir. Ona görə də saat təxminən 16 radələrində evə qayıtmışdır. O, evə çatdığı zaman qızı Rübabə də onunla eyni vaxtda onlara gəlmişdir. Həmin gün Rübabənin qızı Brilyant və oğlu Ruslan və Günay evdə olmuşlar. Günay onu telefonda təhqir etdiyinə görə aralarında sözlə mübahisə yaranmışdır. O, nəvəsi Duyğunun üzündən öpərkən gəlini Günay onu alçaltmaq üçün qızı Duyğuya demişdir ki, nənənin üzündən öpmə o, zibil qutusudur. Daha sonra isə onun üzünə tüpürmüşdür. Ona görə Günaya demişdir ki, sənin ayıbını bilirəm ona görə belə deyirsən, sənə balıq göndərən zabitə de bura gəlsin. Bundan sonra Günay evdən çıxıb harasa getmişdir. Bir müddət sonra o, anası Mətanət, atası Vüqar və qardaşı Şahlarla birlikdə içəri girmişlər. Onlar həyətə daxil olan kimi evin həyətində Mətanət onun saçından tutub, talvarın dəmir dirəyinə vurmuşdur. Yaranmış səs-küyə qonşulardan Yeganə, Vəfa, Fəridə və Pakizə onların evinə gəlmişlər. Evin həyətində Mətanətlə onu nəvəsi Brilyant ayırmışdır. Bundan sonra Mətanətlə qızı Günay onu itələyib evə daxil olmuşlar ki, nəvəsi Duyğunun yatdığı beşiyi götürsünlər. O, Günayla anası Mətanətə demişdir ki, heç nəyə dəyməyin mən sizə aid olan əşyaları yığıb taksi ilə göndərəcəm. Günayla anası Mətanət ona əhəmiyyət vermədən evdə olan əşyaları yığmağa başlamışlar. Günayla anası Mətanət onun evindən yataq üzlüklərini, onların üzərindəki odeyalları və kompyuterini götürüb aparmışlar. Buna görə də aralarında yenidən dava düşmüşdür. Dava-dalaş zamanı ilk öncə Şahlar qızı Rübabəni yumruq və təpik zərbələri ilə vurmuş və onun qolundan bıçaqla vurmuşdur. Dava-dalaş zamanı o, Mətanətlə süpürləşmiş və Mətanət onu vurmaq istəyərkən özünü qorumaq üçün Mətanətə əl-qol atmış və boğazından tutub onun sağ və sol qollarına vurmuşdur ki, onu döyməsin. Gəlini Günayı isə həmin gün heç kəs döyməmişdir. Onlarla aralarında olan dava-dalaş qonşuların köməyi ilə sakitləşmiş və Mətanətgil yığdıqları əşyaları Şahlara məxsus maşına yığaraq oradan getmişlər. Baş vermiş dava-dalaş zamanı onun evinin əşyalarını vurub sındırmışlar. Dava-dalaş təxminən 10 dəqiqə müddətində baş vermişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Gədəbəy Rayon Mərkəzi Xəstəxnasında tibb bacısı işləyir. Təqsirləndirilən şəxs qudasıdır. 2016-cı il tarixdə qızı Şahid3 ilə Lətafətin oğlu Şahid4 ailə həyatı qurmuşlar. Həmin nikahdan 2017-ci ildə onların bir qız övladları olmuşdur. xx xxxx 2020-ci il tarixdə evinin həyətində olarkən tanımadığı bir nömrədən ona zəng gəlmişdir. O, həmin nömrəni yığdıqda zəng edən şəxsin qızı Günay olduğunu bilmişdir. Günay ona demişdir ki, qaynanası Lətafət, baldızı Rübabə və Rübabənin qızı Brilyant onu döymüş, uşağı əlindən alıb, onu küçəyə atmışlar. Telefonla danışıb qurtardıqdan bir-iki dəqiqə sonra həyat yoldaşı Vüqar təlaş içində evin həyətinə daxil olub qızları Günayın qaynanası tərəfindən döyüldüyünü demişdir. Bu səbəbdən də övladları Şahlara məxsus avtomobillə qızının Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Evin qarşısına çatdıqda görmüşlər ki, Günay evin qarşısında, yəni, küçədə paltarları cırılmış, üzü qan içində və saçları dağılmış vəziyyətdə ağlayır. Onlar maşından düşüb Günaydan nə baş verdiyini soruşmuşlar. Günay onlara danışmışdır ki, səbəbsiz yerə qaynanası Lətafət və baldızı Rübabə onu döyüb mobil telefonunu əlindən alıb sındırıblar və özünü küçəyə atıblar. Onlar Günayı və nəvələri Duyğunu evlərinə gətirmək məqsədilə paltarlarını götürmək üçün qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs açdıqda o, Lətafətdən soruşmuşdur ki, qızının günahı nədir. Bunu Lətafədən soruşduqda, Lətafət onu evin həyətində söyüb təhqir edərək, saçlarından tutmuşdur. Bu zaman yanlarında olan kürəkəni Şahid4 onları ayırıb sakitləşdirmişdir. Bundan sonra onlar evə keçmişlər ki, Günayın və Duyğunun gündəlik istifadə etdikləri geyim əşyalarnı yığıb onların hər ikisini evlərinə gətirsinlər. Onlar içəri girib paltarları yığmaq istəyərkən Lətafət qızı Rübabə ilə evin qonaq otağının mərkəzində olan stol və stulları evin küncünə çəkmişlər. Daha sonra o, Günayla onların yataq otağında paltarları yığarkən Lətafət, Rübabə və Brilyant otağa daxil olub onları təhqir etməyə başlamışlar. Həmin vaxt Rübabə saç fenini götürərək adını bilmədiyi qonşu qadının qucağında olan nəvəsi Duyğunun başına vurmuşdur. Bu zaman Duyğu huşunu itirmişdir. Buna görə də onlar geyim əşyalarının bir hissəsini götürüb zala çıxmışlar ki, evlərinə gəlsinlər. Yığdıqları əşyaları Ruslan və oğlu Şahlar aparıb maşına qoymuşlar. Evin zalına çıxdıqda Rübabə və Brilyant Günayın üstünə cumub onu yenidən döymək istəyəndə o, araya girmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəflətən onun üstünə hücum etmiş, saçından tutub onu yerə yıxmış, boğazından tutub bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Dava-dalaş zamanı Brilyantla Rübabə isə qızı Günayı döymüşlər. Həmin vaxt Lətafətin evində olan qonşu qadınlar və əri Şahid2 onu Lətafətin əlindən almışlar. Bundan sonra qonşuların köməyi ilə Lətafətin evindən qızı Günayı da götürüb evlərinə gəlmişlər. Dava-dalaş və münaqişə 10- 15 dəqiqə ərzində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs və qızı Şahid5 vurmamışlar. Ola bilsin ki, Lətafətlə Rübabə onu və qızı Günayı döyən zaman hər hansı bir xəsarət ala bilsinlər. Təqsirləndirilən şəxslə barışmamışdır. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qudasıdır. 2016-cı il tarixdə qızı X2 Pənahov ailə həyatı qurmuşlar. Həmin nikahdan 2017-ci ildə onların bir qız övladları olmuşdur. xx xxxx 2020-ci il tarixdə evinin həyətində olarkən zərərçəkmişə zəng gəlmişdir. O, həmin nömrəni yığdıqda zəng edən şəxsin qızı Günay olduğunu bilmişdir. Günay ona demişdir ki, qaynanası Lətafət, baldızı Rübabə və Rübabənin qızı Brilyant onu döyüblər və uşağı əlindən alıb onu küçəyə atıblar. Bu səbəbdən də onlar oğlu Şahlara məxsus avtomobillə qızının Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Evin qarşısına çatdıqda görmüşlər ki, Günay evin qarşısında, yəni, küçədə paltarları cırılmış, üzü qan içində və saçları dağılmış vəziyyətdə ağlayır. Onlar maşından düşüb Günaydan nə baş verdiyini soruşmuşlar. Günay onlara danışmışdır ki, səbəbsiz yerə qaynanası Lətafət və baldızı Rübabə onu döyüb mobil telefonunu əlindən alıb sındırıblar və özünü küçəyə qovublar. Onlar qızları Günayı və nəvələri Duyğunu evlərinə gətirmək məqsədilə paltarlarını götürmək üçün qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs açmışdır. Onlar Günayın döyülmə səbəbini soruşmuşlar. Lətafət Mətanəti evin həyətində söyüb təhqir edərək saçından tutmuşdur. Bu zaman yanlarında olan kürəkənləri Şahid4 onları ayırıb sakitləşdirmişdir. Bundan sonra onlar evə keçmişlər ki, Günayın və Duyğunun gündəlik istifadə etdikləri geyim əşyalarnı yığıb, onların hər ikisini evlərinə gətirsinlər. Onlar içəri girib paltarları yığmaq istəyərkən Lətafət qızı Rübabə ilə evin qonaq otağının mərkəzində olan stol və stulları evin küncünə çəkmişlər. Daha sonra Mətanət Günayla onların yataq otağında paltarlarını yığarkən Lətafət, Rübabə və Brilyant otağa daxil olub onları təhqir etməyə başlamışlar. Həmin vaxt Rübabə saç fenini götürərək adını bilmədiyi qonşu qadının qucağında olan nəvəsi Duyğunun başına vurmuşdur. Bu zaman nəvəsi Duyğu huşunu itirmişdir. Buna görə də onlar geyim əşyalarının bir hissəsini götürüb zala çıxmışlar ki, evlərinə gəlsinlər. Yığdıqları əşyaları kürəkənləri Ruslan və Şahlar aparıb maşına qoymuşlar. Evin zalına çıxdıqda Rübabə və Brilyant Günayın üstünə cumub onu yenidən döymək istəyəndə, Mətanət mane olmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəflətən Mətanətin üstünə hücum edib, saçından tutub onu döyməyə başlamışdır. Lətafət onu yerə yıxmış, boğazından tutub bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Dava-dalaş zamanı Brilyantla Rübabə isə Günayı döymüşlər. O, qonşu qadınların köməyi ilə Mətanəti Lətafətin əlindən almışlar. Bundan sonra qonşuların köməyi ilə Lətafətin evindən qızı Günayı da götürüb evlərinə gəlmişlər. Təqsirləndirilən şəxs, qızı Şahid5 və nəvəsi Brilyantla aralarında olan dava-dalaş və münaqişə 10-15 dəqiqə müddət ərzində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs və qızı Şahid5 heç kim vurmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, xx xxxxxxx 2016-cı il tarixdə Gədəbəy şəhər sakini Şahid4 Zahid oğlu ilə ailə həyatı qurmuşdur. Bir qız övladları var. Yaşadıqları müddət ərzində qaynanası Lətafət və baldızları onu yola vermədiklərinə görə boşanmışlar. Boşandıqdan bir il səkkiz ay keçdikdən sora Ruslan atası evinə gəlmiş və barışmışlar. Təxminən 2 aya yaxın Ruslanın valideynlərinin evində yaşamışlar. Yaşadıqları müddət ərzində qaynanası Lətafət, baldızı Rübabə və Rübabənin məktəbli qızı Brilyant onu yola verməmişlər. Lakin o, Lətafət, Rübabə və Brilyantın hərəkətlərinə əhəmiyyət verməmişdir. xx xxxx 2020-ci il tarixdə qaynanası Təqsirləndirilən şəxs yenə də münqaişə yaradıb onları evdən qovmuşdur. Buna görə də onlar Ruslanla uşaqlarını da götürüb atası evinə gəlmişdir. xx xxxx 2020-ci il tarixədək atası evində qalmışdır. xx xxxx 2020-ci il tarixdə X3 və kürəkəni Raufla atası evinə gəlmiş və evə qayıtmaqlarını xahiş etmişlər. Həmin vaxt onlarla işləri olmayacaqlarına söz vermişlər. Ona görə də onlarla birlikdə Lətafətin evinə qayıtmışlar. Həmin gecə orada qalmışlar. Sabah tezdən Lətafət səbəbsiz yerə onu nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamış və yenə də bildirmişdir ki, çıxın mənim evimdən gedin. Lətafətin bu sözlərinə əsəbləşən Ruslan anasına irad bildirmişdir ki, imkan ver biz dolanaq. Aradan bir neçə saat keçdikdən sonra, yəni, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Lətafət Gər-gər kəndində yaşayan qızı Rübabə və nəvələri Brilyantla Röyalı götürüb evə qayıtmışdır. Rübabə onun yaşadığı otağa daxil olub onu söyüb təhqir etmişdir. O, durub qızına yemək vermək üçün həyətə çardağın altına düşmüşdür. Rübabə orada da onu təhqir etmişdir. Çardağın altında olan şkafın içindən bıçaq götürüb üstünə gəlmiş, onu təhqir etmiş və öldürməklə hədələmişdir. Ruslan gəlib onu orada sakitləşdirməyə çalışsa da o, sakitləşməmişdir. Buna görə də o, özünə məxsus “İphone 7” markalı telefonunu çıxarmışdır ki, atasına zəng etsin. Qaynanası Lətafət və Rübabə onun üstünə hücum edib əlindən telefonu almaq istəmişlər. O, telefonunu əynində olan paltarın boğazından sinəsinə atmışdır. Əri Ruslan onları sakitləşdirib ondan ayırmağa çalışsa da onlar əl çəkməmişlər. Hər ikisi onu döyə-döyə qollarından tutub telefonunu əlindən almışlar. Daha sonra saçından tutub çardağın altına tərəf sürümüşlər. O, Lətafətlə Rübabənin əlindən çıxıb özünü küçəyə atmışdır. Həmin vaxt qonşulardan bir neçə qadın səs-küyə oraya toplaşmışdılar. O, orada olan qadınlardan xahiş etmişdir ki, telefonlarını versinlər atasına zəng vursun lakin, heç biri onu telefon verməmişdir. O, çarəsiz qalıb oradan köhnə bazarın yanına tərəf çıxmışdır, orada tanımadığı bir nəfər oğlandan xahiş etmişdir ki, telefonunu versin anasına zəng etsin. Həmin oğlan telefonunu ona vermiş və o, anasına zəng edib gəlib onu aparmasını xahiş etmişdir. Sonra ondan bir qədər aralıda tanışları Ruhi dayını görüb ondan xahiş etmişdir ki, atasına zəng vurub onun döyüldüyünü və onu gəlib aparmasını atasına desin. Bundan sonra qızı Duyğu orada qaldığı üçün Lətafətin evinin qarşısına qayıdıb orada valideyinlərini gözləmişdir. Təxminən saat 19 radələrində atası Vüqar, anası Mətanət və qardaşı Şahlar maşınla oraya gəlmişlər. Onlar sakitcə olduqarı otağa daxil olaraq özünə aid, paltarları yığan zaman Rübabə, Sevil və Rübabənin qızı Brilyant onun üstünə hücum çəkib saçından tutub yolmuşlar. Həmin vaxt Rübabə saç fenini götürüb tanımadığı qonşu qadının qucağında olan qızı Duyğunun başından vurmuşdur. Brilyant ona təpiklər atmışdır. Hər üçü onu hamilə vəziyyətdə döymüşlər. Anası Mətanət onların arasına girib onu onların əlindən almağa çalışdıqda, Lətafət anasını döyməyə başlamışdır. Bu zaman Ruslan və qonşu qadınlar onları sakitləşdirmişlər. Qardaşı Şahlarla əri Ruslan yığdıqları paltarları maşına qoymağa getdikdə,Rübabə ilə Brilyant onu, Lətafət isə anası Mətanəti döyməyə başlamışlar. Rübabə ilə Brilyant onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlər. Lətafət isə anasının boğazından tutub bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Onları atası Vüqar, əri Ruslan və orada olan bir neçə qonşu qadın birtəhər sakitləşdirmişlər. O, telefonunu Lətafət və Rübabbədən bir neçə dəfə tələb etsə də onlar telefonu qaytarmamışlar. Yaranmış dava-dalaş səbəbindən əşyaların hamısını götürə bilməmişlər. Onların sakitləşmək istəmədiklərini görüb qardaşı Şahların və əri Ruslanın maşınlarına minib evlərinə gəlmişlər. Həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs və onun qızı Rübabəni vurmamışdır. Onlar anası Zərərçəkmiş şəxs və onu döyüb xəsarətlər yetirərkən, özlərini qoruyan zaman xəsarət ala bilərlər. Hadisə baş verən günü Təqsirləndirilən şəxs polisə müraciət etməmiş, döyüldüyünü və əşyalarının sındırılmasını bildirməmişdir. Hadisədən iki gün sonra Təqsirləndirilən şəxs onun və anası Mətanətin onlar tərəfindən döyülməsi barədə polisə şikayət etdiklərini eşitdikdən sonra, polisə qərəzli şikayət etmişdir. Həmçinin araşdırma dövründə Təqsirləndirilən şəxs ona məxsus qızıl-zinət əşyalarını, mobil telefonunu və şəxsi əşyalarını tələb etdikləri üçün isə qərəzli olaraq Təqsirləndirilən şəxs evindən pul, qızılzinət əşyaları apardıqlarını və evində olan mebelləri sındırdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs, qızı Şahid5 və nəvəsi Brilyantla onların arasında olan dava-dalaş və münaqişə 10 dəqiqə ərzində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs anasıdır. Onun əvvəlki adı X5 olsa da, hamı onu Sevinc adı ilə tanımışdır. Zərərçəkmiş şəxs isə qaynanasıdır. Onlarla münasibətləri həmişə normal olmuşdur. xx xxxx 2020-ciil tarixdə saat 16 radələrində yaşadıqları evdə o, həyat yoldaşı Günay və qızı Duyğu olmuşdur. Bu zaman anası Lətafət, bacısı Rübabə və Rübabənin qızı Brilyant və azyaşlı oğlu Röyal evə gəlmişlər. Onlar evə gəldikdən sonra o, evin həyətində olan talvarın altında anası Lətafətlə söhbət edərkən, bacısı Rübabə arvadı Günayın olduğu otağa keçmişdir. Rübabə otaqda Günaya nalayiq ifadələr deyərək həyətə çıxmışdır. Rübabənin arxasınca isə Günay qucağında qızı Duyğunu götürüb talvarın altında qaz piltəsinin üzərində uşağın yeməyinə baxmaq üçün çıxmışdır. Bu zaman Rübabə yenə də sakitləşməyib Günayı təhqir etməkdə davam etmişdir. Bundan sonra Günayın saçından tutub onu vurmuşdur. O, da durub onları ayırmışdır. Bundan sonra anası Lətafət də Günayın yanına yaxınlaşıb onu döymək istəmişdir. Onları sakitləşməyə çalışsa da sakitləşdirə bilməmişdir. Rübabə, anası Lətafət və Rübabənin qızı Brilyant birləşib Günayı döyə-döyə onun əlindən telefonu almışlar. Anası Lətafət və bacısı telefonu Günaydan zorla almaq istəyərkən Günay anası Lətafətin barmağını dişləmişdir. Anası telefonu Günayın əlindən aldıqdan sonra evin pilləkəninə vurub sındırmışdır. Daha sonra Rübabə sakitləşməyib Günayı vurmaq istəmişdir. Bu zaman o, araya girib onları ayırmışdır. Anası ilə bacısını sakitləşdirə bilmədiyini görüb, Günayı evin darvazasından küçəyə çıxarmışdır ki, onu döyməsinlər. Yaranmış səs-küyə qonşulardan bir neçəsi onların evinə gəlmişlər. Bundan 10-15 dəqiqə sonra Günay atası Vüqar, qardaşı Şahlar və anası Mətanətlə birlikdə evə qayıtmışdır. Onlar evin həyətinə girdikdə talvarın altında anası Lətafətlə qaynanası Mətanət mübahisə etmişlər. Mübahisə zamanı anası Lətafət ona demişdir ki, arvadını da götür rədd ol. Buna görə də o, xahiş etmişdir ki, onlar evdən getməyə imkan versinlər. Daha sonra onlar evə keçmişlər ki, paltarlarını yığıb evdən çıxsınlar. Evə daxil olduqdan sonra evin qonaq otağında anası Lətafət qaynanası Mətanətin üzərinə hücum etmişdir. Bacısı Rübabə və qızı Brilyant isə arvadı Günaya hücum edib onu döyməyə başlamışlar.O, Şahlar və qaynatası Vüqar onları ayırmışlar. Onlar qonşuların köməyi ilə əşylarını da götürüb onun və Şahların maşınına yığıb qaynatası Vüqarın evinə gəlmişlər. Həmin dava-dalaş zamanı Şahlar və Vüqar Təqsirləndirilən şəxs və onun qızı Rübabəni vurmamışlar. Məhkəmə iclasında elan edilmiş Şahid5 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Gər-gər kəndində yaşayır. Təqsirləndirilən şəxs qızı anası, Şahid3 gəlinləridir. 2016-cı ildə qardaşı Şahid4la Şahid3 ailə qurmuşlar.Onların Duyğu adında qızları var. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Günay ona zəng vurub, telefonda anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə Günaya irad bildirmişdir. O, anası ilə telefonla danışdıqdan sonra anası Gər-gər kəndinə onun yaşadığı evə gəlmişdir. Bundan sonra anası Lətafətlə birlikdə anasının yaşdığı evə getmişlər. Qapını döydükdə qardaşı Ruslan qapını açmışdır, həmin vaxt evdə Günay Ruslan və uşaqlar olmuşlar. Evə keçəndən sonra anası Lətafət nəvəsi Duyğunun üzündən öpəndə, Duyğu qışqırıb demişdir ki, məni öpmə ay Sevinc, sən zibil yeşiyisən, cındırsan. Bu zaman qardaşı Ruslan talvarın altında əyləşmişdi. O, anası ilə Ruslanı talvarın altında qoyub Günayın otağına keçmişdir, Günaya uşağı öyrətdiyinə görə irad bildirmişdir. Daha sonra həyətə çıxmışdır. Günay da onun arxasınca çıxıb uşağa o sözləri öyrətmədiyini deyərək qarğış etmiş, onun üzünə tüpürərək üzündən vurmuşdur. Bundan sonra isə Günay darvazanı açıb küçəyə qaçmışdır. Həmin vaxt onlara atası ilə qardaşını çağırıb onları döydürəcəyini demişdir. Bundan 10-15 dəqiqə sonra Günay anası Mətanət, atası Vüqar və qardaşı Şahlarla birlikdə həyətə daxil olmuşlar. Onlar həyətə daxil olduqda, Mətanət onların üzərinə gəlmiş, saçından tutmuş, o Mətanəti itələdikdən sonra Mətanətin oğlu Şahlar onu yumuruqla başın sol tərəfindən vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Onlar birlikdə Günay və Ruslanın yatdıqları otağa keçmişlər. Anası Lətafət onlara demişdir ki, özü əşyaları maşınla göndərəcək. Bundan sonra Mətanət, Şahlar, Günay və Vüqar anası Lətafətin üzərinə hücum edib onu döymüşlər. Şahlar əlində olan bıçaqla anasının qoluna vurmuşdur. Şahlar təpiklə onun da qarın nahiyəsinə vurmuş və o, yerə yıxılmışdır. Onlar anasını vurduqda yenə durmuşdir ki, onları ayırsın, Şahlar onun baş nahiyyəsindən bir yumruqda vurmuşdur. Bundan sonra o, huşunu itirmiş və baş verənləri xatırlamamışdır. Onların dava-dalaş zamanı qonşudan bir neçə qadın olmuşdur lakin o, huşunu itirdiyinə görə həmin qadınları xatırlamır və dava-dalaşın hansı müddətdə davam etdiyini bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gədəbəy Rayon Şöbəsinin ekspertinin 22 iyun 2020-ci il tаriхli 430 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində аşkаr оlunmuş bədən хəsаrətləri başın tüklərinin qopması, nöqtəvari qansızmaları dartma-qoparma zamanı, sağ saidin sıyrığı, sağ və sol bazunun geniş ölçülü qançırları, sol saidin sağ əlin qançırları küt əşyаlаrыn təsirindən törənmiş, törənmə mцddətləri qərаrın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tаriхə uyğun gəlir. Qеyd оlуnаn хəsаrətlərdən sağ və sol bazunun geniş ölçülü qançırları sаğlаmlığın qısа müddətdə pозulmаsınа səbəb оlаn sаğlаmlığа yüngül зərəvurmаyа аiddirlər, digər хəsаrətlər isə sаğlаmlığа зərərvurmаyаn хəsаrətlər qrupunа аid оldduğu üçün dərəcələri təyin еdilmir. Zərərçəkmiş şəxs Kazim qızının qeyd olunan xəsarəti özüözünə yetirə bilməsi mümkün dеyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşdə olan Gədəbəy RİHB-nin İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tаriхdə sааt 19 radələrində Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi,15 ünvanında yerləşən yaşadığı evdə qudası Zərərçəkmiş şəxs və gəlini Şahid3 ilə aralarında narazılq səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə vuraraq, ona sağ və sol bazunun geniş ölçülü qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan хəsаrətlər yеtirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.1. və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-10/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-10/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver