Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-41/2020 29.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, “anews.az” saytında media üzrə mütəxəssis və bölgə müxbiri işləyən,Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2020ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində müdir müavini işləyən Zərərçəkmiş şəxs1 Talib oğlunun xidməti iş otağına daxil olub “Facebook” sosial şəbəkəsində Gədəbəy rayonu, Arıqıran kəndinin ərazisinin zibillənməsinə görə etdiyi paylaşmalarda onun ünvanına nalayiq və təhqiramiz ifadələrin məhz Zərərçəkmiş şəxs1 qohumları tərəfindən sonuncunun göstərişi əsasında yazıldığını bəhanə edib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nalayiq ifadələr işlədərək silah qismində istifadə etdiyi ofis stulunu xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs1 ataraq onun həyat və sağlamlığı üçün real təhlükə yaratmış, lakin yaranan səs-küyə oraya gələn həmin şöbədə sürücü işləyən Zərərçəkmiş şəxs2 ona mane olması nəticəsində stul Zərərçəkmiş şəxs1 dəyməmiş, daha sonra o, hərəkətlərini davam etdirərək dəyəri 18 manat olan digər ofis stulunu yerə çırpıb sındırmaqla şöbəyə məxsus olan əmlakı zədələmiş, Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını alarkən müqavimət göstərib əl və yumruq zərbələri ilə vurub ona boyunun sol yan səthinin, döş qəfəsinin sol ön səthini əhatə edən sıyrıq qismində sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin iş rejimini 35-40 dəqiqə ərzində pozaraq, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər-xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, anews.az saytında sosial media üzrə mütəxəssis, Gəncə şəhəri, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonları üzrə bölgə müxbiri kimi fəaliyyət göstərir. Əvvəllər Dövlət X18 Gədəbəy rayon şöbəsinin müdiri Şahid1 və sonuncunun sürücüsü Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir şəxsi ədavəti olmamışdır. xx xxx 2020-ci il tarixdə X6 övladının pensiya təyinatının gecikdirilməsi barədə sayta etdiyi şikayəti araşdırmaq üçün Dövlət X18 Gədəbəy rayon şöbəsinə getmişdir. Həmin şikayət ilə bağlı idarənin Almaz adlı əməkdaşı tərəfindən qəbul edilmiş, qəbul zamanı sonuncu ona pensiya təyinatının onlayn qaydada olması və gecikmənin DSMF-nin Gədəbəy rayon şöbəsi ilə heç bir bağlılığının olmadığını bildirmişdir. Almazın otağından dəhlizə çıxanda idarədə müavin işləyən Zərərçəkmiş şəxs1 onu söhbət etmək üçün öz otağına dəvət etmişdir. Saat 11 radələrində Zərərçəkmiş şəxs1 otağında iki gün öncə yardım paylayarkən boş qutuları əraziyə dağıtdığı zaman bunu çəkib paylaşması barədə danışmışlar. Söhbət zamanı otağa sürücü Zərərçəkmiş şəxs2 daxil olmuş, onun DSMF-nin Gədəbəy rayon şöbəsi ilə bağlı yazdığı məqalələrə irad olaraq qanunsuz işləri olduğu təqdirdə ona deyil, hüquq-mühafizə orqanlarına şikayət etməli olduğunu demiş,sonra Zərərçəkmiş şəxs2 onu küçədə maşınla vuracağı, döyəcəyi ilə hədələmiş, şəxsiyyətini və peşəsini aşağılayıcı söyüşlərlə təhqir etmiş, sonra onu dəhlizə dava etməyə dəvət etmişdir. Otaqdan çıxıb hadisə yerindən uzaqlaşmağa çalışsa da buna imkan verilməmiş, Zərərçəkmiş şəxs2 idarənin kameraları qarşısında ona zərbələr endirmişdir. O, həmin vaxt İsfəndiyarın hərəkətlərini öz mobil telefonu ilə çəkməyə başlamış, bu vaxt Şahid1 sürətlə ona yaxınlaşaraq telefonunu əlindən alaraq yerə çırpıb sındırmışdır. O, əyilərək telefonunu götürmək istəmiş, lakin Şahid1 telefonunu təpikləmiş, əllərinə dəyən təpik zərbələrindən iki barmağından xəsarət almışdır. Bundan sonra hadisə yerindən uzaqlaşmağa çalışmış, lakin Şahid1 göstərişi ilə idarənin qapısı kilidlənmişdir. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməyi, təhqir olunmağı və telefonunun sındırılması ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş, sonra o, gedib Gədəbəy rayon Polis şöbəsində izahat vermişdir. Həmçinin o məhkəmə iclasında bildirdi ki, xx xxx 2020-ci il tarixdə saat 11 radələrində DSMF-nin Gədəbəy rayon şöbəsinin müdir müavini Zərərçəkmiş şəxs1 ilə arasında xx xxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində əlil uşaqlara yardım paylayarkən boş kağız qutuları yığışdırmadıqlarına görə şəkilləri çəkib internet saytında yerləşdirdiyinə görə heç bir mübahisə olmamışdır. Ona qarşı törədilən cinayət Zərərçəkmiş şəxs2 otağa girməsindən sonra baş vermişdir. Yaranmış mübahisə zamanı hər hansı şəxsə nalayiq söyüşlər söyməmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyməmiş, nədə sonunculara qarşı qanunsuz hərəkətlər etməmişdir.Hadisə onun ifadəsində qeyd etdiyi kimi olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Talib oğlu ifadəsində göstərdi ki, 2004-cü ildən hal-hazıra kimi Dövlət X18 Gədəbəy rayon Şöbəsinin müdir müavini vəzifəsində işləyir. Şahid1 2011-ci ildən Dövlət X18 Gədəbəy rayon şöbəsinin müdiri vəzifəsində, Zərərçəkmiş şəxs2 isə 2005-ci ildən həmin şöbədə sürücü vəzifəsində işləyir. Gədəbəy rayonu Arıqıran kənd sakini Təqsirləndirilən şəxs tanıyır.Onunla əvvəllər aralarında ədavətləri, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs öz şəxsi maraq və tələbləri ilə şöbəyə gəlib-getməsi ilə əlaqədar onu tanımışdır. X27 tərəfindən 18 yaşadək əlil olan uşaqlara yardım göndərilməsi ilə əlaqədar xx xxx 2020-ci il tarixdə idarə rəhbərliyinin tapşırığı əsasında siyahı üzrə yardımların verilməsi ilə əlaqədar Gədəbəy rayonu, Arıqıran kəndinə getmiş, yardımı 6 saat 30 dəqiqə ərzində yardım alanların razılığı və yardım siyahısına imza etmək şərti ilə paylamışdır. Yardım olunacaq ərzaqları kağız qutulara qablaşdırıb şəhər sakini X7 məxsus UAZ markalı avtomobil ilə Arıqıran kəndinə aparmışdır. Arıqıran kəndində yardımın paylanması vaxtı Təqsirləndirilən şəxs boş kağız qutuların saxlanılmasını onlara demiş, ona fikir vermədən boş kağız qutuları maşına yığdırıb rayona gətirərək zibil qutularına atdırmışdır. xx xxx 2020-ci il tarixdə şöbədə işdə olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs orada görmüşdür. Təqsirləndirilən şəxs ona “mən sizin Arıqıran kəndində şəklinizi çəkib, “facebook” səhifəmdə paylaşmışam” demiş, o isə “facebook” səhifəsi ilə maraqlanmadığını deyib xidməti otağına daxil olmuşdur. 3-4 dəqiqə sonra Təqsirləndirilən şəxs müraciət etmədən onun xidməti otağına gəlmiş, “facebook” səhifəsində paylaşımın bir nəfər şəxs tərəfindən bəyənilməklə onun anasına, arvadına, özünə nalayiq söyüşlər yazdığını bildirmişdir. Sonra Zaur həmin tanımadığı şəxsə və ona qarşı qışqıra-qışqıra var-yox söyüşləri etməklə üstünə gəlmiş, bu an şöbənin sürücüsü Zərərçəkmiş şəxs2 onun otağına daxil olmuşdur. Zaur Qələndərovun onun ünvanına söyüşlər söydüyünü görən İsfəndiyar ona “atan yaşında adamdır, ayıbdır” deyərək nəzakətli olmağa dəvət etmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sözlərinə fikir verməyib əsəbi halda onun daünvanına nalayiq söyüşlər söyərək onları vurmağa çalışmışdır. Təqsirləndirilən şəxs otaqda olan stulu onu vurmaq məqsədi ilə qaldırmış, atmaq istəyərkən İsfəndiyartez Zaurun qarşısına keçərək onu vurmasına maneçilik etmiş, stol ona dəyməyərək yerə düşmüşdür. Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs2 boğazından tutmuşdur. O, onların hər ikisinin yaxasından geri itələyib ayırmışdır. Sonra xidməti otağından dəhlizə çıxmış, bu zaman Təqsirləndirilən şəxs stulu əsəbi formada qaldırıb yerə çırparaq yararsız vəziyyətə salmışdır.İsfəndiyar və o, dəhlizə çıxmış, Təqsirləndirilən şəxs ardınca çıxarkən İsfəndiyar onu arxadan tutmuşdur. Zaur qəfildən əlindən çıxaraq İsfəndiyarın sinəsinə yumruq vurmuş, onun üzərinə gələrkən dəhlizə çıxan əməkdaşlar buna imkan verməmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əsəbi və aqressiv vəziyyətdə öz mobil telefonunu dəhlizdə şöbənin əməkdaşlarının qarşısında yerə çırparaq sındırmış, sonra telefonunu yerdən götürüb sınmış şüşəsini cırmaqlayarkən barmaqlarıkəsildiyini və qan axdığını görmüşdür. Səs-küyü eşidən şöbə müdiri Şahid1 də dəhlizə gəlmiş, ona olan hadisə barədə məlumat vermişdir. E.Allahverdiyev də rayon polis şöbəsinə zəng edib polis əməkdaşlarını göndərməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs saldığı dava nəticəsində şöbənin iş ahəngi tam pozulmuşdur. Bu barədə akt tərtib olunmuş və o da imza etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ciddi cəza tədbiri görülməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2005-ci ildən Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində sürücü işləyir.Zərərçəkmiş şəxs1 Talib oğlu DSMF-nun Gədəbəy rayon şöbəsinin müdir müavini vəzifəsində işləyir. Gədəbəy rayonu, Arıqıran kəndində yaşayan Təqsirləndirilən şəxs 2019-cu ildə iş yerində görüb tanımışdır. Təqsirləndirilən şəxs şöbəyə gələrkən özünü jurnalist kimi təqdim etmiş, onunla əvvəllər aralarında ədavəti, düşmənçiliyi olmamışdır.xx xxx 2020-ci il tarixdə saat 11 radələrində DSMF-nun Gədəbəy rayon şöbəsinin həyətindən şöbənin inzibati binasına daxil olmuş, kombi aparatındakı nasazlığı aradan qaldırmaq istəyərkən kombi otağının yanında yerləşən şöbə rəisinin müavini Zərərçəkmiş şəxs1 iş otağından səs-küy gəldiyini, kiminsə nalayiq söyüş söydüyünü eşitmiş, qapını açaraq səs-küy edən və söyüş edən şəxsin kim olması ilə maraqlanmışdır. Görmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyür və sonuncunu vurmaq istəyir.Bu vaxt Zərərçəkmiş şəxs1 stola tərəf sıxılmış və həyəcanlı vəziyyətdə olmuşdur. Zaura “rədd ol, şərini məndən uzaq elə” dediyini eşidib Zaura yaxınlaşaraq ona “ayıb deyilmi, atan yerindədir, bu nə hərəkətdir edirsən” deyərək onu sakitləşdirib oradan uzaqlaşdırmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs otaqda olan stulu götürüb Zərərçəkmiş şəxs1 vurmaq istəmiş, Təqsirləndirilən şəxs mane olduğuna görə stulun istiqaməti dəyişmiş və Zərərçəkmiş şəxs1 dəyməyib yerə düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs onun üstünə cumaraq ona nalayiq söyüşlər söyüb onun boğazından tutub möhkəm sıxmağa başlamış, nəticədə boğazını yaralamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan aralamaq üçün həm onun, həm də Zaurun yaxasından tutub kənara itələmiş, Zaur yenidən stulu götürüb Zərərçəkmiş şəxs1 vurmaq istədikdə, arxadan onu tutmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 şöbənin dəhlizinə çıxmış, Zaur isə Zərərçəkmiş şəxs1 vura bilmədiyi üçün hirslənib stulu zərblə yerə çırpmışdır. Nəticədə stulun ayağı sınmışdır. Sonra Təqsirləndirilən şəxs nalayiq söyüşlər söyməklə Zərərçəkmiş şəxs1 arxasınca dəhlizə çıxıb onu vurmaq istədikdə Zaura mane olmaq üçün sonuncunu arxadan qucaqlamış, lakin qəfildən onun əlindən çıxıb sinəsinə yumruq vurmuşdur. Dəhlizə çıxmış şöbənin əməkdaşları Zauru sakitləşdirmək istəmişlər. Zaurun sakitləşmədiyini görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Bunu görən Təqsirləndirilən şəxs əlini dəhlizin divarına çırpa-çırpa “sizi məhv edəcəyəm” deyərək bir neçə dəqiqədən sonra telefonla 102 xidmətinə zəng edib nə isə demiş, sonra isə əlində olan telefonu yerə vurub sındırmış,onlara söyə-söyə əlini uzadıb telefonu götürərkən Zaurun əlindən qan axdığını görmüşdür. Həmin vaxt şöbənin müdiri Şahid1 onların yanına gəlmiş, nə baş verməsi ilə maraqlanmışdır. İbrahim olanlar barədə demiş, E.Allahverdiyev rayon Polis şöbəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs şöbəni tərk edib qaçıb getmək istədiyini görüb Şahid1 polis əməkdaşları gələnə kimi Zauru şöbədən buraxılmamaq barədə göstəriş vermiş, iş yoldaşları ilə birlikdə Zaurun getməsinə imkan verməmişlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşlarının gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ciddi cəza tədbiri görülməsini xahiş edir. Şahid1 ifadəsində göstərdi ki,xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 Talib oğlunun şöbənin müdir müavini, Zərərçəkmiş şəxs2 isə sürücü işləyir. 2018-ci ildən Gədəbəy rayonu, Arıqıran kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs bir neçə dəfə onun iş yerinə gəlmiş, özünə aidiyyəti olmayan şəxslərin pensiya və yaxud sosial məsələləri ilə maraqlanmışdır. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində iş otağında olarkən şöbədə səs-küy eşitmiş, kameraya baxanda dəhlizdə bir neçə nəfərin olması və nalayiq söyüşlər işlədilməsi diqqətini cəlb etmişdir. Dəhlizə çıxmış, dəhlizdə Təqsirləndirilən şəxs İbrahim müəllimin və sürücü Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyməsini görmüşdür. Narahatçılığı hiss edib nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 ona Zaurun otağına girib onu söyüb təhqir etməsi, otaqdakı stulla onu vurmağa cəhd etməsi, Zərərçəkmiş şəxs2 buna mane olduqda sonuncunu da vurması, otaqdakı stulu yerə çırpması barədə məlumat vermişdir. O, rayon polis şöbəsinin rəis müavini Bəhmən müəllimə zəng edib bu barədə məlumat vermiş, polis əməkdaşları gələnə kimi Zaurun çıxıb getməməsi üçün qapının bağlanılmasına göstəriş vermişdir. Polis əməkdaşları gəldikdən sora Zaur və İsfəndiyarı Gədəbəy rayon Polis şöbəsinə aparmışlar. E.Allahverdiyev həmçinin məhkəmə iclasında verdiyi ifadəsində sürücü Zərərçəkmiş şəxs2 boğaz nahiyəsində qan izləri olduğunu gördüyünü, Təqsirləndirilən şəxs telefonunu sındırmadığını, onun əlindəki xəsarət barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində DSMF-nun Gədəbəy rayon şöbəsinin işçilərinə fiziki zərər və şöbəyə əmlak zərəri vurulduğunu, 40 dəqiqəyə yaxın şöbənin iş ahənginin pozulduğunu bildirdi. Şahid3 ifadəsində göstərdi ki, 2016-cı ildən Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində pensiya sektorunun müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini və həm də özünü jurnalist kimi təqdim etməsinə görə tanıyır. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin pensiya və müavinət işi ilə bağlı şöbəyə gəlib-getmiş, aralarında narazılıq və ədavətləri olmamışdır. Xidməti yerində Şahid4 ilə bir otaqda əyləşir. Xidməti otaqları ikinci mərtəbədə dəhlizdən sağ tərəfdə yerləşir. xx xxx 2020-ci il tarixdə saat 11.10 radələrində xidməti otaqlarında xidməti işləri ilə məşğul olduqları vaxt dəhlizin yuxarı hissəsindən səs-küy gəldiyini, kiminsə nalayiq söyüşlər söyməsini eşitmişlər. O və otaq yoldaşları dərhal kabinetdən dəhlizə çıxmış, səs-küy salan şəxsin Təqsirləndirilən şəxs olduğunu, onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanlarına nalayiq söyüşlər söydüyünü görmüşdür. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs arxadan qucaqlamış vəziyyətdə tutduğunu, Zaurun qəflətən İsfəndiyara tərəf dönüb yumruq ilə sinəsindən vurduğunu, Zaurun Zərərçəkmiş şəxs1 üstünə cumub onu vurmaq istədiyini görmüşlər. Onlar yaxınlaşıb Zaurun İbrahimi vurmasına imkan verməmişlər. Həmin vaxt mühasibatlıq sektorunun müdiri İlqar, mühasibatlığın işçiləri Şahid12, X2, X13, Şahid5 və şöbənin digər əməkdaşları da dəhlizdə olmuşlar. Zaur əsəbləşərəkəllərini divara vurmuş, sonra cibindən telefonu çıxarib yerə vurmuşdur. Telefonu götürdükdən sonra Zaurun əlindən qan gəldiyini görmüşdür. Şahid1 otağından çıxıb onlara yaxınlaşmış, nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 hadisə barədə ona məlumat vermişdir. Şahid1 polis şöbəsinə zəng etmiş və onun tapşırığı ilə Zaurun oradan çıxıb getməsinə imkan verilməmişdir. Sonra polis əməkdaşları gəlib Zauru Gədəbəy rayon Polis şöbəsinə aparmışlar. O, həmçinin bildirdi ki, onu heç kim ifadə verməyə məcbur etməmiş, hadisə barədə nə görmüşsə və yadında qalıbsa onu da bildirmişdir. Şahid4 ifadəsində göstərdi ki, 2005-ci ildən Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla yaxın qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. Şahid3 ilə bir otaqda oturur. xx xxx 2020-ci il tarixdə saat 11.10 radələrində xidməti otaqlarında işləyərkən dəhlizdə səs-küy gəldiyini və kiminsə söyüş söydüyünü eşitmişlər. Mahmud, sonra isə onun ardınca odəhlizə çıxmışlar. Şöbə müdirinin müavini Zərərçəkmiş şəxs1 dəhlizdə olduğunu, şöbənin sürücüsü Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs arxadan tutduğunu, Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söydüyünü görmüşdür. İsfəndiyarın Zauru arxadan tutaraq onun Zərərçəkmiş şəxs1 vurmağa qoymadığını, bu vaxt Zaurun qəfildən çevrilərək İsfəndiyarı vurmasını görmüş və Zauru kənarlaşdırmışlar. Zaur ünvanlı söyüşlər söyərək əllərini əsəbi halda divara vurmuş, telefonu çıxarıb nə isə etmək istəmiş, sonra telefonu əsəbi halda yerə vurmuşdur. Əyilib telefonu götürdükdən sonra Zaurun əlində qan görmüşdür. Sonra şöbə müdiri Elsun Allahverdiyev gəlmiş, hadisə barədə soruşmuş, Zərərçəkmiş şəxs1 olanları, yəni Zaurun onun otağına girib söyüb təhqir etməsi, otaqdakı stulla onu vurmağa cəhd etməsi, İsfəndiyarın Zaura mane olması, sonra da Zaur İsfəndiyarın boğazından tutub sonuncunu boğmaq istəməsi, otaqdakı stulu yerə çırpması barədə məlumat vermişdir. Sonra E.Allahverdiyev polisə bu barədə məlumat vermiş, Zaurun hadisə yerini tərk etdiyini görüb onun qaçmasına imkan verilməmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib Zauru Gədəbəy rayon Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində şöbənin iş rejimi təxminən 35-40 dəqiqəyə yaxın pozulmuşdur. Şahidlər Şahid5 və Şahid6 şahidlər Şahid3 və Şahid4 ifadələrinə uyğun ifadə verdilər. Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 Talib oğlu DSMF-nin Gədəbəy rayon şöbəsinin müavini işləyir. Gədəbəy rayonu, Arıqıran kəndində yaşayan Təqsirləndirilən şəxs ilə şəxsi münasibətləri olmasa da, sonuncunun hansısa saytda müxbir kimi çalışması barədə məlumatlı vardır. Xidməti otağı DSMF-nin inzibati binasının ikinci mərtəbəsində Zərərçəkmiş şəxs1 otağı ilə yanbayan yerləşir. xx xxx 2020-ci il tarixdə saat 11.10 radələrində DSMF-nin inzibati binasında xidməti otağında olduğu vaxt Zərərçəkmiş şəxs1 otağından səs-küy gəldiyini, kiminsə bərkdən danışdığını eşitmiş, əvvəlcə hansısa vətəndaşın olduğunu fikirləşmiş, lakin otaqda səs-küyün artdığını, söyüş səslərini və hətta zərbə ilə nəyinsə yerə çırpıldığını eşitdikdə tez otaqdan dəhlizə çıxmışdır. İbrahimin dəhlizdə otağının qarşısında çox narahat halda dayandığını görmüşdür. O, həmçinin bu vaxt Zərərçəkmiş şəxs1 otağından şöbənin sürücüsü İsfəndiyarın Zauru arxadan qucaqlayaraq dəhlizə çıxardığını, bu vaxt ani olaraq Zaurun dönüb yumruqla Zərərçəkmiş şəxs2 sinəsindən vurduğunu görmüşdür. Zauru heç cürə sakitləşdirmək mümkün olmamışdır. Zaur çox əsəbi halda həm İbrahimin, həm də İsfəndiyarın ünvanına nalayiq söyüşlər söymüş, Zərərçəkmiş şəxs1 üzərinə gedib onu vurmağa cəhd etmişdir. O və şöbənin digər əməkdaşları Zaurun İbrahimi vurmasına imkan verməmişlər. Təqsirləndirilən şəxs əsəbləşərək əllərini divara vurmuş, telefonunu çıxararaq yerə çırpmiş, Təqsirləndirilən şəxs əyilib telefonu götürdükdən sonra onun barmaqlarında qan görmüşdür. Sonra şöbə müdiri Şahid1 dəhlizə çıxmış və polis şöbəsinə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlib Zauru Gədəbəy rayon Polis şöbəsinə aparmışlar. Hadisə nəticəsində şöbənin iş rejimi 35-40 dəqiqə ərzində pozulmuşdur. Şahid10 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X20 rayon şöbəsində məsləhətçi vəzifəsində işləyir. Xidməti otağı inzibati binanın ikinci mərtəbəsində dəhlizdən solda yerləşir. Gədəbəy rayonu, Arıqıran kənd sakini Təqsirləndirilən şəxs işlə əlaqəli şöbəyə gələrkən tanımış, aralarında ədavət və düşmənçiliyi yoxdur. xx xxx 2020-ci il tarixdə saat 10.30 radələrində xidməti otağında olarkən Təqsirləndirilən şəxs onun otağına daxil olmuş, həmkəndlisinin əlilliyi barədə məlumat bilmək istədiyini demiş, o isə cavabında əlillik təyin edən orqan olmadığını, əlilliyin elektron təyinatla keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun otağından çıxıb getmişdir. Sonradan iş yoldaşlarından eşitmişdir ki, Zaurla İsfəndyar arasında dava olmuşdur. Şahid8 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin Dövlət X15 Gədəbəy rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adını eşitmişdir,lakin özünü tanımamışdır. Onunla heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu yoxdur. xx xxx 2020-ci il tarixdə ilk iş günü saat 11 radələrində inzibati binanın 1-ci mərtəbəsində yerləşən iş otağında oturmuşdur. İnzibati binanın 2-ci mərtəbəsindən səs küy gəldiyini eşitmişdir. 2-ci mərtəbəyə çıxmış və görmüşdür ki, Zərərçəkmiş şəxs1 otağının qabağında iş yoldaşları yığışmışdır və kimsə söyüş söyür. Yaxınlaşanda görmüşdür ki, Zərərçəkmiş şəxs2 Zauru tutub saxlayır. Zaur bu vaxt İsfəndiyarın sinəsindən yumruqla vurmuş, Zərərçəkmiş şəxs1 isə vurmağa cəhd edirdi. İş yoldaşları onları aralamağa çalışırdı. Zaur söyüş söyərək əlini divara döyür, həmçinin iş yoldaşlarına qarşı söyüş söyüb təhqir edirdi. Sonra İsbəndiyar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verdi. Bunu eşidən Zaur telefonu çıxarıb yerə vurdu. Telefonu yerə çırpdımı, yaxud yerə düşdü dəqiq görməmişdir. Telefonu hansı məqsədlə çıxartdığınıda bilmir. Zaur əllərini divara yumruqlayaraq nalayiq söyüşlər söyürdü. O, Zaurun İsfəndiyarı sinəsindən vurduğunu görmüşdür. İsbəndiyar DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra Elsun Allahverdiyev dəhlizə gəlmiş və qapısının bağlanılmasına göstəriş vermişdir. Hardasa 30-40 dəqiqə dıhlizin qapısı bağlı qalmış, idarənin iş ahəngi pozulmuşdur. Bir müddət sonra Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları gəlmiş, İsbəndiyar və Zauru polis şöbəsinə aparmışlar. Şahid12 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin Dövlət X15 Gədəbəy rayon şöbəsində böyük inspektor-baş mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi tanıyır. Dəfələrlə onların idarəsinə gəlib onu təhqir etmişdir. Təqsirləndirilən şəxslə heçbir düşmənçiliyi, ədavəti və ya qohumluğu yoxdur. Zərərçəkmiş şəxslər isə onun iş yoldaşlarıdır. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində işdə olarkən X3, X13 və Şahid5 ilə birlikdə mühasiblərin əyləşdiyi mühasibatlıq otağında söhbət edərkən dəhlizdən səs-küy eşitmişdir. Şöbəyə xəstə, yaşlı vətəndaşlar müraciət etdiklərindən belə halların tez-tez baş verməsini düşünmüş, əvvəl səs-küyə əhəmiyyət verməmişdir. Səs-küyün daha da yüksəlməsini eşidib dəhlizə çıxmışlar. Dəhlizə çıxarkən Zərərçəkmiş şəxs1 çox narahat vəziyyətdə otağından çıxmasını və Təqsirləndirilən şəxs əsəbi halda sürücü İsfəndiyara müqavimət göstərdiyini görmüşdür. Əməkdaşlar sakitləşdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs qəflətən İsfəndiyarın üzərinə gedib onu yumruq ilə sinə nahiyəsindən vurmuşdur.Sonra Zaur telefonunu yerə çırpıb sındırmışdır. Səs-küyü eşidib şöbə müdiri Şahid1 dəhlizə çıxmış, nə baş verməsi ilə maraqlanmış, İbrahim Zaurun etdiyi qanunsuz hərəkətlər barədə ona məlumat vermişdir. Şahid1 dərhal polis şöbəsinə zəng vurmuş, polis əməkdaşları gələnə kimi Təqsirləndirilən şəxs getməsinə imkan verilməmişdir. Polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şahid7 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində sosial yardım və müavinət sektorunda məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə tanımışdır. Onunla heç bir düşmənçiliyi,ədavəti və ya qohumluğu yoxdur. Zərər çəkmiş şəxslər isə onun iş yoldaşıdır. xx xxx 2020-ci il tarixdə iş yoldaşları Mahmud və Nəsimi olan otağa onlara kömək etmək məqsədi ilə gəlmişdir. Dəhlizin yuxarı hissəsindən səs- küy gəldiyini, kiminsə nalayiq söyüşlər söyməsini eşitmişlər.Əvvəlcə Şahid3, onun ardınca Nəsimi və o, tez kabinetdən dəhlizə çıxmışlar. Əvvəlcə nə baş verdiyini bilməmişlər. Sonra dəhlizə nəzər saldıqda Zərərçəkmiş şəxs1 narahat vəziyyətdə dəhlizdə olduğunu, şöbənin sürücüsü Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs arxadan qucaqlamış vəziyyətdə olduğunu görmüşdür.Zaur qəflətən İsfəndiyara tərəf çönüb yumruq ilə sinə nahiyəsindən vurmuş, sonra Zaurun Zərərçəkmiş şəxs1 üstünə cumub vurmaq istəmişdir. Onlar Zaura yaxınlaşıb Zərərçəkmiş şəxs1 vurmasına imkan verməmişlər. Bu vaxt mühasibatlıq sektorunun müdiri Şahid2 və şöbənin digər əməkdaşları da dəhlizə səs-küyə çıxmışdılar. O, Zaurun əsəbi halda divarı yumruqladığını yaranmış səs-küylə bağlı İsfəndiyarınDİN-nin 102 xidmətinə məlumat verdiyini görmüşdür. Zaur telefonunucibindən çıxarıb yerə çırpmış və yerdən götürdükdən sonraonun əlində qan ləkəsi görmüşdür.Sonra şöbənin müdiri Elsun Allahverdiyev dəhlizə çıxmış, o da polis şöbəsinə zəng vurmuş, Zaurun qaçmaması üçün qapının bağlanılması göstərişini vermişdir. Bir müddət sonra Polis əməkdaşları gəlib İsfəndiyarı və Zauru polis şöbəsinə aparmışlar. Şahid9 ifadəsində göstərdi ki,2017-ci il fevral ayından Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət Sosial sığorta sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmiş, hazırda isə işləmir. Gədəbəy rayonu, Arıqıran kənd sakini Təqsirləndirilən şəxs şöbəyə bir neçə dəfə müraciət edən vətəndaş kimi tanımışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Pandemiyadan sonraki ilk iş günündə yəni, xx xxx 2020-ci il tarixdə xidməti işində olmuşdur. Onun xidməti iş otağı inzibati binanın birinci mərtəbəsində yerləşsə də həmin günü qrafik üzrə növbətçi olduğu üçün binanın ikinci mərtəbəsində olmuşdur.Növbətçi vəzifəsini icra edərkən saat 10:30 radələrində Təqsirləndirilən şəxs saymazyana içəri keçib Almaz xanımın otağına getmişdir. Təqsirləndirilən şəxs şöbəyə girişindən təxminən 20 dəqiqə sonra dəhlizin digər tərəfində səs-küy gəldiyinieşitmiş,lakin pandemiyadan sonra ilk iş günü olduğundan vətəndaşlar çox olduğundan nə baş verdiyi ilə maraqlana bilməmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 otağına girib onunla və İsfəndiyarla mübahisə edib dalaşmış və səs küy yaratmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisənin baş verdiyi yer Gədəbəy şəhəri, H.Əliyev prospektində avtomobil yolunun sağ tərəfindəki, dörd mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin müdir müavininin xidməti iş otağı və otağın qarşısında yerləşən dəhlizdir. İş otağı dəhlizin sol tərəfində yerləşir. Müdir müavininin iş otağında sol tərəfdə bir ədəd stol yanında stul, üzərində bir ədəd televizor, həmçinin qapı ilə üzbəüz iki ədəd aşmış vəziyyətdə stul var. Həmçinin qapı ilə üzbəüz bir ədəd stulun azca yerini dəyişən, həmin stulun yanında olan digər stulların soldan-sağa yerini dəyişməsi müşahidə olunur. Baxış zamanı bir ədəd qara rəngli, sol ayaqları sınmış vəziyyətdə olan stul iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Qeyd edilən stul ofis stulu olmaqla, üzəri parça materialla örtülməklə dəmir materialdandır. Stulun alt hissəsində 2 ədəd dəmir bir-birinə paraleldir, həmin dəmirlərə stulun ayaqları birləşir. Stulun sol ayaqları dəmirə birləşən yerdən sınmışdır. Stulun dəmir materialı cod olduğu üçün əl-barmaq izi və digər iz götürmək mümkün olmamışdır. Məhkəmə-tibb ekspertizasının xx xxx 2020-ci il tarixli 244 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- boyunun sol yan səthinin və döş qəfəsinin sol ön səthini əhatə edən sıyrıq küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətin onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1369 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, qərarda göstərilən əlamətlərinə görə X4 ifadəsi əsas götürülməklə və təqdim edilmiş Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş arayış məlumatına əsasən, tədqiq edilən bir ədəd əvvəllər istifadə edilmiş stulun, xx xxx 2020-ci il tarixdə respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 18,00 manat müəyyən edilmişdir. Qərarın təsviri hissəsində göstərilən oturacaq maddi sübut qismində Mərkəzə təqdim edilmədiyinə görə, ekspert baxışı keçirilmədən faktiki olaraq onun markası, modeli, texniki göstəriciləri, hansı materialdan hazırlanması, istismar müddəti, yararlığı, istehsal yeri və ili barədə məlumat olmadığından onun təzə vəziyyətdə qiymətini xx xxx 2020-ci il tarixdə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin xx xxx 2020-ci il tarixli **********6 saylı məktubundan görünür ki, xx xxx 2020-ci il tarixdə şöbənin müdir müavini Zərərçəkmiş şəxs1 Talib oğlunun xidməti otağında Təqsirləndirilən şəxs ilə baş vermiş mübahisə zamanı sındırılmış ofis stulunun balans dəyəri 18.00 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 198-9125-1220 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X15 58 nömrəli, xx xxxxxx 2004-cü il tarixli əmrinə əsasən Zərərçəkmiş şəxs1 Talib oğlu Dövlət X18 Gədəbəy rayon şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və X19 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 198-9125-1220 nömrəli məktubundan görünrür ki, Əmək və X14 Nazirliyinin Gədəbəy rayon X19 Mərkəzinin 1 nömrəli, xx xxxxxx 2006-cı il tarixli əmrinə əsasən Zərərçəkmiş şəxs2 Əmək və X19 Nazirliyinin Gədəbəy rayon X19 Mərkəzində sürücü vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, DSMF-nun Gədəbəy rayon şöbəsinin müdir müavini Zərərçəkmiş şəxs1 Talib oğlunun iş otağından götürülmüş bir ədəd sol ayaqları sınmış vəziyyətdə olan stul iş üzrə əhəmiyyət kəsb etdiyi üçün xx.xx.2020-ci il tarixli qərar ilə maddi sübut hesab edilərək ********* nömrəli cinayət işinə əlavə edilmiş və saxlanması üçün protokolla Gədəbəy rayon Polis şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, işə götürən X8 ilə işçi Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli- Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128 və 331.3-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62, 66.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 1 il müddətə azadlıqdan məhrum etmə və 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 6 ay 9 gününü çəkmək üçün Xüsusi Müəsissəyə köçürülmüş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 243 saylı məktubundan və cinayət işinə əlavə edilmiş “xxxxxxxxxxx” ASC-nin xx xxx 2010-cu il tarixli, 117 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 100 (bir yüz) manat cərimə cəzasını ödəmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, «Gədəbəy rayon Mərkəzi Xəstəxanası» Publik X16 Poliklinika şöbəsinin 224 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklərin qeydiyyatında durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gədəbəy rayon X12 X16 Poliklinika şöbəsinin 251 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliklər qeydiyyatında durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gədəbəy rayon X12 X16 Poliklinika şöbəsinin 196 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs1 Talib oğlu narkoloji xəstəliklər qeydiyyatında durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gədəbəy rayon X12 X16 Poliklinika şöbəsinin 214 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs1 Talib oğlu ruhi-əsəb xəstəliklər qeydiyyatında durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gədəbəy rayon X12 X16 Poliklinika şöbəsinin 215 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs2 ruhi-əsəb xəstəlikləri qeydiyyatında durmur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı xuliqanlıq hərəkətləri törətməməsi, onun Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsi və E.C.Allahverdiyev tərəfindən telefonunun sındırılması, eləcə də sonuncu tərəfindən ona xəsarət yetirilməsi barədə bildirdiklərinə tənqidi yanaşır və belə hesab edir ki, onun bildirdiyi arqumentlər müdafiəsi üçün nəzərdə tutulmuş təsdiq olunmayan mülahzələridir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini sübuta yetirmək üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. Bütün məhkəmə iclasında tədqiq olunmuş sübutlar məhkəmə tərəfindən həm ayrı-ayrılıqda, həm də bir- biri ilə müqayisəli təhlil edilərək qiymətləndirildi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şahid ifadələrində ziddiyyətlərin olması, şahidlərə təsir göstərilməsi barədə xüsusatlara qiymət verərək məhkəmə belə qənaətə gəldi ki, onların bildirdikləri şahid ifadələrində olan fərqliliklər ifadələrin iş üçün əhəmiyyətliliyinə təsir etməyən sadəcə şahidin hadisəni qavrama və fərdi xüsusiyyətlərilə bağlı olan hallar olduğundan ifadələrin mötəbərliliyinə və həqiqiliyinə şübhə yaratmır. Odur ki, müdafiə tərəfinin şahid ifadələrindəki ziddiyyətlər barədə bildirdikləri məhkəmə tərəfindən əsaslı qəbul edilmir. Eləcə də, şahidlərə ifadə verməyə təsir edilməsi barədə müdafiə tərəfinin dəlillərini də məhkəmə təsdiq olunmayan və əsaslandırılmamış mülahizələri kimi qəbul edir. Odur ki, məhkəmə məhkəmə iclasında tədqiq olunmuş bütün şahid ifadələrini, o cümlədən ekspert rəylərini, istintaq hərəkəti protokollarını və digər sübutları həqiqi, mötəbər və iş üçün əhəmiyyəti olan sübutlar kimi qəbul edərək ittihamın həlli üçün etibarlı hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qanuna və öz daxili inamına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı xuliqanlıq hərəkətləri törətməməsi, onun Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsi və E.C.Allahverdiyev tərəfindən telefonunun sındırılması, eləcə də sonuncu tərəfindən ona xəsarət yetirilməsi barədə bildirdikləri zərər çəkmiş şəxslərin ifadələri, həmin ifadələrə uyğun gələn və birbirini tamamlayan şahid ifadələri, ekspert rəyləri və digər sübutetmə vasitələri ilə tam təkzib olunur. Həmçinin, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsində müdir müavini işləyən Zərərçəkmiş şəxs1 Talib oğlunun xidməti iş otağına daxil olub cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozması, silah qismində istifadə etdiyi ofis stulunu xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs1 ataraq onun həyat və sağlamlığı üçün real təhlükə yaratması, hərəkətlərini davam etdirərək dəyəri 18 manat olan digər ofis stulunu yerə çırpıb sındırmaqla şöbəyə məxsus olan əmlakı zədələməsi, eləcə də Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını alarkən müqavimət göstərib əli ilə vurub ona boyunun sol yan səthinin, döş qəfəsinin sol ön səthini əhatə edən sıyrıq qismində sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Gədəbəy rayon şöbəsinin iş rejimini 35-40 dəqiqə ərzində pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər - xuliqanlıq etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə tövsif olunması ilə razılaşır və hesab edir ki, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı və CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinətəsiri, eləcə də təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəzanın olmaması nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun barəsində məhkəmə istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətdiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd ofis stulu hökm qanuni qüvvəsinə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci- 50 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçürilməlidir. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci-50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd ofis stulu hökm qanuni qüvvəsinə mindikdən sonra qanuni sahibi Azərbaycan Respublikası DSMF-nın Gədəbəy rayon şöbəsinə qaytarılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasınahəvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi və ya həbsdə saxlandığı istintaq təcridxanası vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-41/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-41/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver