Məhkəmə qərarları › İş №1(042)-5/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-5/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-5/2021 18.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Gədəbəy Rayon Təhsil Şöbəsinin məsləhətçisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X22 iştirakları ilə xx xxxxxx 1956-cı il tarixdə Gədəbəy rayonu, Şahdağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Gədəbəy Rayon Çobankənd X40 müəllim işləyən, Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3;.2.4; 308.1 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3; 179.2.4; 308.1. və 263.2-ci maddələri ilə ittiham edilmişdir ona görə ki, o, xx xxxxxx 2006-cı il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində V.Əliyev adına Gədəbəy rayon Çobankənd kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Təhsil Nazirinin xx xxxxxx 1994-cü il tarixli, 636 nömrəli əmri ilə təsdiq edilmiş “Rayon Təhsil şöbəsinin (idarəsi) və məktəb direktorlarının” Əsasnaməsinə əsasən direktor kimi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, öz qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün 2017-2018-ci tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 291 nömrəli əmrə əsasən Çobankənd kənd X40 ibtidai sinif müəlliməsi işləyən X18 tədris etməsi üçün 12 saat dərs və 4 saat dərnək məşğələ saatı tarifləşdirsə də həmin dərs saatları, dərnək məşğələ saatları faktiki tədris olunmamış, sinif jurnalları və dərnək məşğələ jurnalı tərtib olunmamış, heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Leyla Yusibovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, adının məktəbdə saxlanılmaqla dərsə gəlmədiyi və tədris aparmadığı halda, əmək stajının hesablanması və əməkhaqqının saxlanılması müqabilində Leyla Yusibovaya münasibətdə üstünlük əldə etməklə 2018-ci ilin yanvar-oktyabr aylarında sonuncunun əməkhaqqı kartına köçürülmüş 3229,10 manat pulu, habelə Çobankənd kənd X40 bir müddət mövsümi ocaqçı vəzifəsində işləmiş Şahid10 2017-ci ilin yanvar ayından faktiki olaraq işə çıxmadığı halda sonuncunun əməkhaqqı kartına 2017-ci ildə köçürülmüş 770 manat, 2018-ci ildə köçürülmüş 480,36 manat, 2019-cu ilin yanvar-mart aylarında köçürülmüş 271,60 manat olmaqla ümumilikdə 1521,96 manat pulu, 2017/2018-ci tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 289 nömrəli əmrə əsasən Çobankənd kənd X40 ibtidai sinif müəllimi işləyən X9 17 saat dərs, 1 saat fakültativ məşğələ və məktəbdə fərdi təhsilə cəlb edilmiş İ sinif şagirdi X12 tədris etməsi üçün 8 saat fərdi dərs olmaqla, ümumilikdə 26 saat dərs tarifləşdirsə də, həmin dərs saatları faktiki tədris olunmamış, sinif jurnalları, dərnək məşğələ jurnalı və fərdi dərs jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Günay Zeynalovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, dərsə gəlmədiyi və tədris aparmadığı halda əmək stajının hesablanması və əməkhaqqının saxlanılması müqabilində Günay Zeynalovaya münasibətdə üstünlük əldə etməklə 2018-ci ilin yanvar-avqust aylarında sonuncunun əməkhaqqı kartına köçürülmüş 1995.5 manat pulu, 2018/2019-cu tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 13 nömrəli əmrə əsasən Günay Zeynalovaya 18 saat dərs və məktəbdə fərdi təhsilə cəlb edilmiş İİ sinif şagirdi X12 tədris etməsi üçün 8 saat fərdi dərs olmaqla ümumilikdə 26 saat dərs tarifləşdirsə də, həmin dərs saatları da tədris olunmamış, sinif jurnalları, fərdi dərs jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Günay Zeynalovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, dərsə gəlmədiyi halda 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayına kimi Günay Zeynalovanın əməkhaqqı kartına köçürülmüş 2998.8 manat pulu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” xx xxxx 2004-cü il tarixli 85 nömrəli qərarına uyğun olaraq hər ay əməkhaqqına əlavə olaraq 60 manat olmaqla hesablanan, 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayına kimi Günay Zeynalovanın əməkhaqqı kartına köçürülmüş ümumilikdə 666 manat pulu, “xxxx” ASC-nin Gədəbəy rayonu ərazisində olan bankomatlarından çıxarmaqla nəğdləşdirmiş, 2016/2017-ci tədris ili üçün Şahid16 adına tarifləşmiş dərnək saatına görə sonuncunun əməkhaqqı kartına köçürülmüş 766.58 manat, Şahid17 adına tarifləşmiş dərnək saatına görə sonuncunun əməkhaqqı kartına köçürülmüş 1267.76 manat pulu sonunculardan hər ay almaqla, özgə əmlakını, ümumilikdə 12445.7 manat, yəni xeyli miqdarda ziyan vurmaqla, öz qulluq mövqeyindən sui-istifadə etməklə, vahid niyyətlə mənimsəmə yolu ilə talamış, ölkənin təhsil sistemində çalışan şəxslərin əməyinin dövlət tərəfindən layiqincə ödənilməsi sahəsində bərqərar olmuş və qanunveirciliklə mühafizə edilən ədalələtlilik və şəffaflıq funksiyasının ciddi zədələnməsi ilə, hüquqi şəxslərin, dövlətin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “HONDA CR-V” markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən həmin avtomobil yolunda əks hərəkət zolağına çıxaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçısına, onların nəqliyyat vasitəsinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə, yəni hərəkətin intensivliyini nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini yol və metereoloji şəraiti xüsusən də hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, yol hərəkəti və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq, baş yolda hərəkətdə olan sürücü X13 etibarnamə əsasında idarə etdiyi “VAZ 2121” markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxmaqla həmin avtombillə toqquşmuş, nəticədə sürücü Nəriman Quliyevin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az-ağır zərər vurmaya aid - alt çənənin sıyrıqları, alt çənə sümüyünün sol şaxəsinin sınığı, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid - boyunun sağ baldırın əzilmiş yaraları, sağlamlığa zərər vurmayan xəsarətlər olmadığı üçün üçün dərəcələri təyin edilməyən sol bazunun qançırı, sağ əlin, sağ dizin sıyrıqları, həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid başın əzilmiş yarası ilə müşayiət olunan başın qapalı küt travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllədaxili hematoması kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan Nəriman Quliyevin xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində yaşadığı Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən evdə ölümünə, “VAZ 2121” markalı avtomobilə 2102 (iki min yüz iki) manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3; 179.2.4. və 308.1-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilməmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, 2006-cı ildən Çobankənd kənd X40 direktor vəzifəsində işləyir. X42 məktəbinin müəllimi Qəhraman Əliyevlə işlə bağlı aralarında yaranmış mülki mübahisə ilə əlaqədar Gədəbəy Rayon Məhkəməsində işi olduğundan xx xxxx 2019-cu il tarixdə saat 12 radələrinə məhkəməyə dəvət edilmiş, həmin gün saat 09 radələrində Şahdağ kəndində yerləşən evindən çıxıb “HONDA CR-V” markalı ** LT *** markalı avtomobilinə əyləşib Novo-Saratovka-Gədəbəy avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətə başlamış, saat 11 radələrində idarə etdiyi avtomobil ilə Novo-Saratovka-Gədəbəy avtomobil yolunun Qaraməmmədli kəndi ərazisində hərəkətdə olarkən yolun kənarındakı qəbirstanlıqla eyni məsafədə avtomobil yolunda “Niva” markalı avtomobilin 4 ədəd avtomobili keçmək üçün ziqzaqvari ötmə əməliyyatı etməsini görmüş, dövlət nömrəsini görə bilmədiyi ağ rəngli “Niva” markalı avtomobil ötmə əməliyyatını başa çatdırmasına baxmayaraq öz hərəkət zolağına qayıtmadan onun hərəkətdə olduğu zolaqla təxminən 90-100 km/saat sürətlə ona tərəf hərəkəti davam elətdirmiş, həmin avtomobil idarə etdiyi avtomobilə çatamağa 5-6 metr qalmış hadisədən qaçmaq üçün sükanı sola burmuş, həmin vaxt qarşıdan gələn avtomobil də öz hərəkət zolağına qayıtmaq üçün sükanı sağa burmuş və avtomobillərin ön hissəsi toqquşmuş, toqquşma zamanı baş nahiyəsi ön güzgüyə, sinəsi isə sükana dəymiş, diz qapağı sükanın alt hisəsinə dəydiyi üçün xəsarətlər almışdır. Hadisədən sonra yoldan keçən maşınlar dayanmış Novruz, Şahin, bir nəfər polis əməkdaşı və başqa tanımadığı şəxslər onlara köməklik edərək maşınlardan çıxarmışdır. xx xxxx 2019-cu il tarixdə müalicə aldığı Şəmkir rayon mərkəzi xəstəxanasında olarkən nəqliyyat hadisəsi baş verən günü “VAZ 2121” markalı ** EB *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Gədəbəy rayonunun Böyük Qaramurad kənd sakini X13 ölməsi ona bildirilmişdir. xx xxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş verən günü onun və digər sürücünün avtomobilində başqa sərnişinlər olmamış, yol nəqliyyat hadisəsindən əvvəl avtomobilinin sürəti təqribi 20-30 km/saat, digər avtomobilin sürəti isə təqribi 90-100 km/saat olmuş, yol nəqliyyat hadisəsi “VAZ 2121” markalı ** EB *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Nəriman Quliyev səhvi nəticəsində baş vermişdir. Belə ki, N.Quliyev hadisədən əvvəl ötmə əməliyyatını başa çatdırmasına baxmayaraq onun hərəkət zolağında üzərinə doğru gələrək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən əvvəl heç bir növ spirtli içki qəbul etməmişdir. O, Bakı Dövlət Universitetinin kimya ixtisasının məzunudur, ixtisasca kimya müəllimidir. 1987-ci ildən pedoqoji fəaliyət ilə məşğul olur. 2003-cü ildən Çobankənd X40 kimya müəllimi 2006-cı ildən isə həmin məktəbdə direktor vəzifəsində işləyir. Şahid21 ixtisasca ibtidai sinif müəllimi olsa da, 2017 və 2018-ci illərdə keçirilmiş diaqnostik qiymətləndirmə imtahanlarından çox az bal topladığı üçün təlimata əsasən Şahid21 6 saatdan artıq dərs verilməsi mümkün olmadığından sonuncunun sinifində bəzi dərsləri ixtisasa uyğun olaraq məktəbin digər müəllimlərinə ayırmışdır. Şahid21 dərs tədris etdiyi sinifdəki şagirdlərin valideyinləri dəfələrlə sonuncunun tədrisindən narazı olduqlarını bildirmiş, hətta bununla əlaqədar məktəbə və təhsil şöbəsinə ərizə vermişlər. Üzürlü səbəb olmadan heç bir dərsini boş keçirtməmiş, özü tədris edə bilmədikdə müavinlərindən birinə dərsin keçirilməsini həvalə etmiş, şahmat dərslərinin də hamısını tədris edib şagirdlərə şahmatı öyrətmişdir. Çobankənd X40 müəllim çatışmamazlığı olduğundan o, İvanovka kənd X40 müəllim işləyən X8 X40də dərs tədris etməsi üçün təqdimatla təhsil şöbəsinə müraciət etmiş və müraciətindən sonra X21 orta məktəbində müqavilə əsasında işləməyə başlamışdır. X21 orta məktəbində ibtidai sinifdə həftədə iki gün dərs tədris etmişdir. 2017-ci yanvar ayında Çobankənd orta məktəbinin hərbi rəhbər vəzifəsi təhsil şöbəsi tərəfindən vakant elan olunmuş, həmin ştat üç ay vakant qaldıqdan sonra Zakir Quliyev həmin vəzifəyə təyin edilmiş, həmin 4 ay ərzində isə hərbi hazırlıq dərsinin boş qalmaması üçün Şahid4 tərəfindən tədris olunmuş və maaşı hesablanmış, lakin həmin vəzifə rəsmi vakant olduğu üçün vəzifə maaşı hesablanmamış, Şahid4 onun tərəfindən vəzifədən azad olunmamış, həmin vəzifə təhsil şöbəsi tərəfindən vakant elan olunduğundan Şahid4 həmin vəzifədən azad olunması barədə hər hansı əmr olmamış, Şahid4 məktəbin hərbi rəhbəri təyin edilməsi barədə əmri şəxsi işində aşkar edilməmişdir. Şahid5 və Müzəhhər Abdullayevə dərs saatları təlimata və qanuna uyğun ayrılmış, Yazgül Vəliyeva və Emil Məhərrəmov da mütəmadi olaraq işə gəlmişlər və davamiyyətləri pozulmamışdır. Məktəbin müəllimi Həyat Pənahova və Şahid7 xəstəliyi ilə əlaqədar 2018-2019-cu tədris ilində bəzi aylarda işə çıxmamışlar, lakin işə çıxarkən zəruri sənədləri məktəbə təqdim etmişlər. X19 2017-2018ci tədris ilinin sentyabr ayında Təhsil Nazirliyinin təyinatı ilə məktəbə ibtidai sinif müəllimi təyin edilmiş, bir müddət işlədikdən sonra 2017-ci ilin dekabr ayında təhsil şöbəsinin müdiri Şahid19lə danışıb razılaşdıqdan sonra işə çıxmamış, Şahid19 ona Günay Zeynalovaya şərait yaratması, sonunucunun adını məktəbdə saxlayıb dərslərini məktəbin digər müəllimlərə verilməsi barədə tapşırıq vermişdir. Günay Zeynalovaya dərnək dərsləri ayırdıqdan sonra Şahid19 ona şifahi formada demişdir ki, dərnək dərsləri staja hesablanmadığı üçün Günay Zeynalovanın adına sinif dərsləri ayırıb həmin dərslərin tədrisini başqa müəllimlərə tapşırsın. Günay Zeynalovanın adına dərs ayırdıqdan sonra müəllim ayrılması üçün təqdimatla təhsil şöbəsinə müraciət etmiş, lakin təqdimatına baxılmamışdır. 2018-2019-cu tədris ilinin əvvəlində, yəni 2018-ci ilin sentyabr ayında tarifləşmə aparılan zaman Günay Zeynalovanın adının cədvələ salınmasını tələb etdikdə təhsil şöbəsində ona sonuncunun ixtisasının Təsviri İncəsənət olması ilə əlaqədar cədvələ salınmamalı olması deyilmiş, 2018-ci ilin dekabr ayında Günay Zeynalovanın dərslərini keçən müəllimlər Şahid6 və Şahid7 keçdikləri dərsin əmək haqqını tələb etdikdə, Günay Zeynalovanın qayınatası Tofiqdən Günayın maaş kartını tələb etmiş, maaş kartını götürdükdən sonra Günay Zeynalovanın maaşını kartdan çıxarıb qeyd etiyi müəllimlərə vermişdir. Məktəbin müəllimi Şahid14 evləndikdən sonra 2018-ci ilin yanvar ayında faktiki olaraq işə çıxmamış, bu barədə rayon təhsil şöbəsinin müdiri Şahid19 bildirmiş, Şahid14 ayrılmış əsas dərslər 2018-ci ilin yanvar-oktyabr aylarında xalası Şahid12 və məktəbin digər müəllimi Şahid21 tərəfindən tədris edilmişdir. Günay Zeynalova 2017-ci ilin dekabr, 2018-ci ilin fevral və aprel aylarında xəstəliklə əlaqədar işdə olmamış, həmin bülletenlər ona təqdim edilmişdir. Ümumilikdə, isə Günay Zeynalova 2017-ci ilin dekabr ayında dərsə çıxmamış və onun dərslərini sinif boş qalmasın deyə məktəbin müəllimləri arasında bölmüşdür. Çobankənd kənd tam orta məktəbinin əmrlər kitabında tərəfindən verilmiş xx.xx.2017-ci il taxirli 295 nömrəli, xx.xx.2018-ci il tarixli 3 nömrəli və xx.xx.2019-cu il tarixli 31 nömrəli əmrlərdən məktəbin müəllimi Günay Zeynalovanın xəstəliklə əlaqədar işə çıxmaması barədə əmr olduğu halda sonuncunun şəxsi işində xəstəliklə bağlı bülleten sənədlərinin olmamışdır. Qanuna əsasən Günayın stajı çatmadığı üçün onun bülletendə olmasına görə ödəniş nəzərdə tutulmadığından bülletenlər özünə qaytarılmışdır. Günay Zeynalova 2017-ci ilin dekabr ayından işə gəlməmiş və bu barədə rayon təhsil şöbəsinin müdiri Şahid19 məlumatı olmuş, Günay Zeynalovanın adına tarifləşmiş dərsləri məktəbin digər müəllimləri tədris etmiş, dəfələrlə Şahid19 Günay Zeynalova və Şahid14 işə çıxmadıqlarını desə də Şahid19 ona həmin müəllimlərin işə çıxmamasına göz yummasını və şərait yaratmasını tapşırmışdır. 2017- 2018-ci tədris ilində Şahid14 16 saat dərs-12 saat əsas dərs, 4 saat dərnək tədrisi ayrılmış, lakin sonuncu 2018-ci ilin yanvar ayındann faktki olaraq işə çıxmamış, Şahid14 adına tarifləşmiş dərsləri bir müddət məktəbin müəllimi Şahid21 və Şahid12 tədris etmiş, Şahid14 maaş kartı sonuncunun xalası Şahid12 olmuşdur. Şahid14 evləndiyi üçün 2018ci ilin yanvar ayından işə çıxmamış və işə çıxmaması ilə əlaqədar Şahid19lə razılaşmışdır. Belə ki, Şahid19 özü şəxsən ona tapşırmışdır ki, Leylanın adına ayrılmış dərslər saxlanılsın və həmin dərslərin tədrisini Şahid12 tapşırsın. Şahid14 adına ayrılmış 4 saat dərnək saatını əvəzçilik qaydasında Günayın adına ayırmışdır ki, dərnək saatlarına görə ayrılmış maaşı götürsün və Şahid19 versin. Tarifləşmə cədvəli adətən noyabr ayında təsdiq olunduğundan sentyabr ayında müəllimlərin dərsini tarifləşmə təsdiq olunana kimi öz əmri ilə müvəqqəti olaraq bölmüşdür. Cəmalə Ələkbərovaya 18 saat dərs bölsə də, tarifləşmədə 12 saat nəzərdə tutulduğundan sonuncu 12 saat dərs tədris etməsinə görə də maaş almışdır. Şahid14 əvəzçiliklə qaydasında ayrılmış dərsləri 2018-ci ildə Şahid21 keçmiş və həmin ilin mart ayında Şahid14 maaş kartından yığılmış məbləğ çıxarılaraq Şahid21 ödənmişdir. Şahid10 adının məktəbdə ocaqçı kimi getsə də işə çıxmamış, sonuncuya məxsus əməkhaqqı kartından maaşı çıxarıb Şahid10 mərhum əri Sənhan Axundova vermişdir. Belə ki, Sənhan Axundov ölümündən təxminən 1 il əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyindən kömək məqsədi ilə Şahid10 maaşını ərinə vermişdir. Çobankənd sakini İ qrup əlil Şahid8 kömək etmək məqsədi ilə həmin kənd sakini Şahid9 məktəbə xadiməçi işə götürsə də, sonuncu faktiki olaraq işə gəlməmiş maaş kartı Şahid8 olmuşdur. 2016/2017-ci tədris ilinin yanvar-iyun aylarında 8-ci sinif jurnalında kimya fənni üzrə 4 saat, 10-cu sinif jurnalında kimya fənni üzrə 5 saat, 10-cu sinif jurnalında kimya fənni üzrə 5 saat, həmin tədris ilinin yanvar-fevral aylarında 11-ci sinif jurnalında kimya fənni üzrə 11 saat, 2017/2018-ci tədris ilinin may ayında 9-cu sinif jurnalında kimya fənni üzrə 4 saat, 2018/2019-cu tədris ilinin may ayında 8-ci sinif jurnalında kimya fənni üzrə 2 saat, 10-cu sinif jurnalında kimya fənni üzrə 1 saat, 11-ci sinif jurnalında kimya fənni üzrə 2 saat, habelə 2016/2017-ci tədris ilinin yanvar-iyun ayları, 2018/2019-cu tədris ilinin mart-may aylarında fakültativ məşğələ tədris etsə də diqqətsizlik edib jurnallarda müvafiq qeydlər aparmamış və ümumilikdə həmin dərs saatlarına görə cəmi 413,11 manat əmək haqqı almışdır. O, ulu öndər Heydər Əliyevin yetirməsidir. O, dövlətə heç bir ziyan vurmamışdır. Bununla belə, cinayət işi üzrə hesablanmış ziyan məbləğindən 4000 manat ödəmişdir. Bundan sonra da qalan məbləği hissə-hissə ödəyəcəkdir. Digər zərərçəkmişin hüquqi varisinə də yardımlar etmişdir və onun heç bir şikayəti yoxdur. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Gədəbəy Rayon Təhsil Şöbəsinin məsləhətçisi Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, təqsirləndirilən şəxs uzun müddət təhsil müəssisələrində işləmişdir. Bilikli müəllim və pedaqoqdur. O, dövlətə vurduğu ziyanın bir hissəsini ödəmişdir. Qalan hissəsini də ödəyəcəyini bildirir. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsindən görünür ki, “Vaz 2121” markalı **-EB-*** dövlət nömrə nişanlı avtomobil mərhum əri Nəriman Quliyevə məxsus olmuş, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. Həmin tarixdə mərhum əri Gədəbəy rayonu, Qaraməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsindən sonra müayinə olunması üçün Gəncə şəhərində yerləşən xəstəxanaya aparılmış, xəstəxanada həkim müalicənin nəticəsinin olmayacağını demiş, bundan sonra Nərimanı evə gətirmişlər. xx xxxx 2019-cu il tarixdə əri Nəriman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən yaşadığı evdə ölmüşdür. Mərhum ərinin hadisə baş verməmişdən əvvəl hər hansı bir xəstəliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fərmayı oğlu ifadə verərək, bildirmişdir ki, “HONDA CR-V” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yaşadığı Çobankənd kənd məktəbində direktor olan zamandan tanıyır. Gədəbəy rayonu Böyük Qaramurad kənd sakini, X20 əvvəllər tanımamışdır. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında yaşadığı Çobankənd kəndindən özünə məxsus “MERCEDES BENZ” markalı avtomobil ilə Novosaratovka kəndinə gəlib şəxsi işlərini gördükdən sonra avtomobilinə əyləşib Gədəbəy şəhəri istiqamətində hərəkətə başlamışdır. Həmin gün səhər saatlarında Novosaratovka-Gədəbəy avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkət olarkən hərəkət yolunda ondan 100-120 metr irəlidə Təqsirləndirilən şəxs “HONDA CR-V” markalı avtomobili ilə hərəkətdə olduğunu görmüş, həmin avtomobil yolunun Novo-Saratovka kəndi ərazisindən keçən hissəsində, Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sola doğru əks hərəkət yoluna çıxıb tüstülənməsini görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə çatanda görmüşdür ki, sonuncunun avtomobili qarşı hərəkət yolundan gələn ağ rəngli “Niva” markalı nömrəsinə fikir vermədiyi bir avtomobil ilə toqquşmuş, avtomobilini saxlayıb yerə düşüb onlara kömək etmiş, Təqsirləndirilən şəxs avtomobilindən düşürmüş, sonra sonuncu ondan avtomobilinin salonunda olan qovluqdan tökülmüş sənədləri yığıb verməsini xahiş etmiş, o, avtomobilə qayıdıb sənədləri toplayıb Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və polislər gəlmişlər. Həmin günü baş vermiş yol nəqliyyat hadisəsi zamanı tanışı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ondan təqribən 100-120 metr aralıda yol nəqliyyat hadisəsi keçirdiyi üçün məsafə uzaq olmasına görə avtomobillərin necə toqquşmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadə verərək, bildirmişdir ki, 1985-ci ildən Çobankənd X40 fizika müəllimi işləyir. Təqsirləndirilən şəxs məktəbə direktor təyin olunduqdan sonra vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kobud qanun pozuntularına yol vermişdir. Belə ki, 2017-2018-ci tədris ilində məktəbə ibtidai sinif müəllimi təyin edilən Günay Zeynalova 2017-ci ilin dekabr ayından məktəbdə dərs keçməməsinə baxmayaraq sonuncunun adı məktəbdə saxlanılmaqla adına qanunsuz olaraq maaş yazılmış, Günay Zeynalova öz maaş kartını direktor Təqsirləndirilən şəxs verib Bakı şəhərinə getmiş, 2018-ci ilin noyabr ayından isə Günay Zeynalova ümumiyyətlə ölkənin ərazisini tərk edib Rusiya Federasiyasına getmiş, sonuncunun Rusiyaya getməsi barədə qayınatası Tofiqdən eşitmişdir. Təqsirləndirilən şəxs qızı İradə Babayevə uşaq birliyinin rəhbəri olsada heç bir tədbir keçirməmiş və fəaliyyət göstərməmişdir. Məktəbin lobarantı Yazgül Vəliyeva və katib Emil Abbasov da çox az hallarda işə gəlmiş və heç bir iş görməmiş, həmçinin məktəbin dərnəyi də qətiyyən heç bir fəaliyyət göstərməmişdir. Məktəbin İ sinfinin sinif rəhbəri Həyat Pənahova tədris ilinin əvvəllindən dərsə gəlmədiyi halda, adına maaş yazılmış, 2018-2019-cu tədris ilində Nəsibə adlı müəllimə məktəbdə işə başlasa da 2019-cu ilin mart ayından məktəbə gəlməmiş, həmin müəllimənin dərsləri də əvəzçilik qaydasında məktəbin başqa müəllimlərinə verilmiş, Nəsibə müəllimənin bülletendə olmasına dair hansısa sənədinin olub-olmamasını görməmişdir. Məktəbin digər müəllimi Şahid14 təxminən 2 tədris ilidir məktəbdə dərs keçməsə də sonuncunun adına dərs yazılmış, Günay Zeynalovanın adına yazılmış dərsləri Şahid5 və Mehriban Hüseynova keçib jurnalı yazmışlar. Günay Zeynalova və Şahid14 məxsus maaş kartları direktor Təqsirləndirilən şəxs olmuş və maaşları onun tərəfindən mənimsənilmişdir. Məhkəmə iclasında Şahid4 ifadə verərək, bildirmişdir ki, 1984-cü ildən Çobankənd X40 tarix müəllimi, 1985-ci ildən isə həmin məktəbin hərbi rəhbəri vəzifəsində işləyir. 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin sonuncu diaqnostik qiymətləndirmə imtahanında hər iki fənn üzrə yüksək nəticələr göstərsə də, ona qarşı haqsızlıq edilərək 2017-ci ilin yanvar ayında qanunsuz olaraq hərbi rəhbər vəzifəsindən azad edilmiş, onun əvəzinə Zakir Quliyev adlı müəllimi hərbi rəhbər vəzifəsinə təyin edilmiş, vəzifədən azad olunmasının səbəbini öyrənmək üçün direktor Təqsirləndirilən şəxs müraciət etdikdə sonuncu ona rayon təhsil şöbəsindən göstəriş gəldiyini bildirmiş, bundan sonra təhsil şöbəsinin müdiri Şahid19 müraciət etmiş və sonuncu ona guya Təhsil Nazirliyindən iki ixtisası olan müəllimlərin neçə il işləməsindən asılı olmayaraq, birindən azad olunması barədə göstəriş gəldiyini, belə olan halda onun ya tarix müəllimliyini, ya da hərbi rəhbər vəzifəsini seçməli olduğunu izah etmiş, bundan əlavə Şahid19 ona X33 Nazirliyindən xahiş edildiyini və sonuncunun müvəqqəti olaraq hərbi rəhbər vəzifəsində işlədiyini demiş, hətta Şahid19 söhbət zamanı ondan hərbi rəhbər vəzifəsindən könüllü olaraq imtina etməsi barədə ərizədə yazmasını da tələb etmiş, lakin o, belə ərizə verməmişdir. Bundan sonra direktor Təqsirləndirilən şəxs hərbi rəhbər vəzifəsindən azad olunması ilə əlaqədar əmrin surətini ona verməsini tələb etdikdə, azad olunması barədə heç bir əmr verilməmişdir. 2017-ci ilin yanvar ayında hərbi rəhbər vəzifəsindən azad olunsa da 4 ay hərbi dərsini keçib jurnalı da yazmış, lakin Təhsil Şöbəsi həmin dərsləri hərbi rəhbər vəzifəsini yerinə yetirdiyinə baxmayaraq əvəzçilik qaydasında sənədləşdirmiş, yəni 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi hər ay 265 manat vəzifə pulunu yazmayaraq 1060 manat qanuni əmək haqqını hesablamamışlar. Bundan başqa əvəzçilik qaydasında keçdiyi Azərbaycan dili və ədəbiyyat dərsini tədirs etməyə görə 333 manat əmək haqqı da ödənməmişdir. Direktor müavini Şahid5 zəruri olmadığı halda İİ sinifdə 4 saat riyaziyyat, 1 saat həyat bilgisi, Vİİ sinifdə 1 saat Həyat Bilgisi, 6 saat isə digər sinifdə Riyaziyyat fənnindən dərs tədris etmiş, Müzəhhər Abdullayev öz ixtisası üzrə Riyaziyyat fənnindən 5 saat, V sinifdə 1 saat Həyat Bilgisi, İV sinifdə 4 saat riyaziyyat, 1 saat isə həyat bilgisi və 1 saat şahmat dərsini tədris etmiş, Günay Zeynalova 2017-2018-ci tədris ilində test imtahanı vasitəsi ilə müsabiqədən keçərək Çobankənd kənd X40 ibtidai sinif müəllimi kimi işləməyə başlamış, lakin 2017-ci ilin dekabr ayında öz maaş kartını sabiq direktor Təqsirləndirilən şəxs verib Gədəbəy rayonundan çıxıb getmiş, Şahid14 adlı müəllimədə təxminən 2 tədris ilidir ki, məktəbdə dərs keçməsədə adına dərs yazılıb maaş köçürülmüşdür. Məhkəmə iclaısnda şahid qismində dindirlmiş Şahid21 ifadə verərək bildirmişdir ki, M.Ə.Sabir adına Pedoqoji Texnikomun ibtidai sinif müəllimliyi ixtisasını bitirmiş, 1995-ci ildən Çobankənd X40 ibtidai sinif müəllimi işləyir. Təqsirləndirilən şəxs məkətəbə direktor təyin olunduqdan sonra vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kobud qanun pozuntularına yol vermişdir. 2017-2018-ci tədris ilindən başlayaraq Təqsirləndirilən şəxs və müavinləri ona qarşı haqsızlıqlar etməyə başlamış, onun dərslərini qanunsuz olaraq bir sıra müəllimlərə həmin müəllimlərin ixtisası sinif müəllimi olmadığı halda bölmüş, 4 saat Riyaziyyat fənnindən dirketor müavini Müzəhhər Abdullayev, 1 saat şahmat dərsini direktor Təqsirləndirilən şəxs, 2 saat Fiziki-tərbiyə dərsi İlhamə İsmayılova tərəfindən tədris edilmişdir. İlhamə İsmayılova həmdə İvanovka kənd X40 müəllim işləyir. Təqsirləndirilən şəxs adına İV sinifdə şahmat dərsi ayrılsada indiyə kimi şahmat dərsi keçməmiş, məktəbdə fakültətiv məşğələlər keçirilməmiş və dərnək fəaliyyət göstərməmiş, eləcədə fərdi dərslərlə fakültətiv məşğələlərin cədvəlləri mövcud olmamış, habelə həmin fənnlərin kimin tərəfindən tədris olunması bilinməmişdir. Məktəbdə İ və İİİ siniflərdə dərs keçən Nəsibə müəllimə uzun müddətdir guya bülletendə olmuş və əvəzinə dərsləri İlhamə İsmayılovaya ayrılmışdır. Məktəbdə ibtidai sinif müəllimi kimi işləmiş, Şahid14, Fidan Orucova və Günay Zeynalova 2017-ci ildən faktiki olaraq məktəbdə dərs tədris etməmiş, həmin müəllimlərin dərslərini məktəbin başqa müəllimləri eləcə də onun özü tədris etmiş, lakin əvəzçilik qaydasında dərs tədris etməyinə görə ona əməkhaqqı verilməmişdir. Yuxarıda adları qeyd edilən müəllimlərin maaş kartları Təqsirləndirilən şəxs olmuş və həmin şəxslərə köçürülümüş maaşlar sonuncu tərəfindən mənimsənilmişdir. Bundan başqa məktəbdə təsərrüfat işçiləri olan Anya və Ramid adlı şəxslər ümumiyyətlə işə gəlməmiş onların da maaş kartı Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, 1980-ci ildən hal-hazıradək Gədəbəy rayonu, Çobankənd kənd X40 riaziyyat müəllimi işləyir. 2006-cı ildən 2019-cu ilin may ayınadək məktəbin direktoru olmuş Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona müraciət edib Günay Zeynalovanın 2-ci sinifdə keçiriləcək riaziyyat fənnini tədris etməsini xahiş etmişdir. O, 4 saat dərs adıma tarifləşdiriləcəksə tədris edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Bundan sonra Günay Zeynalovanın adına olan 2-ci siniflərdə keçirilən 4 saatlıq riyaziyyat dərsi onun adına tarifləşdirilmiş və həmin dərsi 2018-2019-cu tədris ilində tədris ilinin sonuna qədər keçmişdir. 4 saatlıq riyaziyyat fənninin tədrisinə görə əmək haqqını öz əmək haqqı hesabından hər ay plastik kart vasitəsi ilə bankomatdan çıxarmışdır. Məktəbin 2-ci sinifində 4 saat riyaziyyat dərsinin tədrisinin Günay Zeynalovadan alınaraq riyaziyyat müəllimi kimi həmin dərsin ona verilməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir əmr imzalanıb-imzalanmaması barədə məlumatı olmamışdır. Günay Zeynalovaya tarifləşdirilmiş 4 saatı dərsi Təqsirləndirilən şəxs tapşırığı əsasında keçmiş, 2016-2017-ci tədris ilində V sinifdə ona tarfiləşmiş dərsdən kənar məşğələnin 4 saatını diqqətiszlik edib yazmamış, lakin dəsrləri faktiki olaraq tədris etmişdir. Günay Zeynalovanın dərslərini tədris etməyə görə Təqsirləndirilən şəxs nəğd formada pul almamış, əvəzçilik qaydasında keçdiyi dərslərə görə əməkhaqqı kartına köçürülmüşdür. 2016/2017-ci dərs ilinin iyun ayında dərsdənkənar məşğələ jurnallarında məşğələ saatları tədris etmiş, lakin diqqətsizlik edib jurnalda müavfiq qeydlər aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid6 ifadə verərək, bildirmişdir ki, 2017-ci ildən Gədəbəy rayonu Çobankənd kənd X40 təsviri-incəsənət müəllimi işləyir. Təqsirləndirilən şəxslə məktəbin direktoru kimi münasibətləri normal olmuş, şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona müraciət edib Günay Zeynalovanın 2-ci sinifdə keçirəcəyi 14 saatlıq dərsləri sənə ona vermək istədiyini bildirmişdir. Bundan sonra İİ sinifə keçirilən dərsləri, ümumilikdə 10 saat dərsi tədris etmiş, 4 saat riyaziyyat fənnini isə Şahid5 keçmişdir. İİ sinifə keçdiyi dərslərə görə Təqsirləndirilən şəxs ona 2 ay 100 manat, 1 ay 210 manat, 2 ay 153 manat, 1 ay isə 180 manat olmaqla, ümumlikdə 896 manat verirmiş, bu qaydada 2018-ci ilin ilin sentyabr ayından 2019-cu ilin fevral ayınadək Günay Zeynalovanın İİ sinifə keçdiyi dərsləri tədris etmişdir. Lakin mart ayından Təqsirləndirilən şəxs rəsmi əmri ilə İİ sinifə keçməli olduğu dərslər onun adına rəsmiləşdirilmiş və buna görə əməkhaqqını maaş hesabından plastik kart vasitəsi ilə özü almışdır. Məhkəmə iclaısnda şahid qismində dindirlmiş Şahid7 ifadə verərək, bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından Gədəbəy rayonu Çobankənd kənd X40 ibtidai sinif müəlliməsi işləyir. 2019-cu ilin yanvar ayının əvvəllərində dərs saatı az olduğundan məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs müraciət edib dərs saatının 1-2 saat artırılmasını xahiş etmiş, sonuncu ona bacarıqlı əllər dərnəyini keçirməyi tapşırmışdır. Təqsirləndirilən şəxs sözləri ilə razılaşıb həmin 2 saatlıq dərnəyi tədris etmiş, 2019-cu ilin fevral ayının əvvəllərində əlavə keçdiyi 2 saatlıq dərnəyə görə əməkhaqqı hesabına pul köçürülmədiyindən bunun səbəbini Təqsirləndirilən şəxs soruşduqda sonuncu 2 saatlıq dərnək dərsini yadından çıxıb mühasibatlığa vermədiyini bildirdirmişdir. O, Təqsirləndirilən şəxs iradını bildirmiş, Təqsirləndirilən şəxs ona 68 manat pul vermişdir. O, sonradan həmin dərsi keçməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid8 ifadə verərək, bildirmişdir ki, görmə qabiliyyətinin itirilməsinə görə ona ömürlük İ qrup əlillik dərəcəsi verilmiş və əlilliklə bağlı təqaüd alır. Onunla yanaşı qardaşı Əkbər də görmə qabiliyyətini itirməsinə görə İ qrup əlildir. İki qardaş bir evdə yaşayırlar. 2014-cü ildə maddi cəhətdən çox sıxıntı çəkməyə başlamış və dolana bilməmiş, əlillik təqaüdü ilə yaşamaq çox çətin olduğundan bir çox dövlət orqanlarına müraciət etmişdir. 2014-cü ildə Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, kənddən bir nəfərlə xadimə kimi əmək müqaviləsi bağlasın, amma həmin şəxsin maaşını ona versin. Bundan sonra vəziyyəti qonşusu Nəzahirə izah etmiş, Nəzahir oğlu Ramidi çağırıb birlikdə söhbət etdikdən sonra Ramid onun təklifi ilə razılaşmış, bundan sonra Ramidin adı məktəbdə xidmətçi kimi getmiş, lakin maaş kartı onda olmuş, aldığı maaşdan nə Ramidə, nə də başqa heç bir şəxsə verməmişdir. Maaş kartından pulu ya məktəbin müəllimləri, ya da öz qohumlarım vasitəsi ilə çıxartmışdır. Məhkəmə iclasında şahid qismində dindirılmiş Şahid9 ifadə verərək, bildirmişdir ki, 2014-cü ildən Çobankənd X40 xidmətçi kimi adı getmiş lakin şəxsən işə getməmiş və maaş kartı özündə olmamışdır. Belə ki, qonşusu və qohumu İ qrup əlil Şahid8 kasıb insan olduğu üçün ailəsini dolandırmaq üçün maaş kartını Aqilə vermişdir. Şahid8 ona adının Çobankənd məktəbində xidmətçi kimi gedəcəyini maaş kartının isə Aqilin özündə qalacağını dedikdə, Aqilin Vəliyevin gözdən əlil və kasıb bir insan olduğunu nəzərə alıb kömək etmək məqsədi ilə bu təkliflə razılaşmış, 2014-cü ildən 2019-cu ilin sentyabr ayına qədər adı xidmətçi kimi Çobankənd X40 getmiş, lakin özü bir gün belə olsa məktəbdə işləməmiş, habelə maaş almamış, işlədiyi müddət ərzində heç vaxt maaş kartı özündə olmamış, habelə alınan maaşdan ona pul verilməmişidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək, bildirmişdir ki, 2009-cu ildən Çobankənd X40 yarımştat olaraq ocaqçı kimi işləməyə başlamış, bir müddət işə getmiş, işlədiyi vaxt əmək haqqını özüm almış, lakin sonralar 2019-cu ilədək işə gəlməmiş və işləməmişdir. Bununla əlaqədar maaş kartını məktəbdə müəllim işləyən mərhum ərinə vermişdir ki, məktəbə təhvil versin. İşə gəlmədiyi halda, adının işdə getməsi və buna görə ona əməkhaqqı verilməsi barədə mərhum əri ilə Təqsirləndirilən şəxs arasında hər hansı razlaşmanın olub-olmaması barədə məlumatı olmamış, həmçinin bu barədə əri ona heç bir söz deməmişdir. Həmin vaxtlarda əməkhaqqı kartı nə onda, nə də ərində olmamış, əri ona əməkhaqqı kartını məktəbə təhvil verdiyini demiş, lakin əməkhaqqı kartının kimdə olmasını bilməmiş, 2019-cu ilin aprel ayında isə işdən azad olunmuş, savadsız adam olduğundan ona əməkhaqqı köçürülməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək, bildirmişdir ki, 1976-cı ildən 2019-cu ilin fevral ayına qədər Çobakənd X40 riyaziyyat fənnindən dərs keçmiş hazırda təqaüddədir. 2016-cı idən 2019-cu ilin fevral ayına Çobankənd X40 tədris işləri üzrə direktor müavini işləmiş, Şahid14 və Günay Zeynalova məktəbin ibtidai sinif müəllimləri olmuşdur. 2018-ci ilin yanvar ayında həm Günay həmdə Leyla ailə vəziyyəti ilə əlaqədar işə çıxa bilməmiş və onların dərslərinin tədris olunması şifahi formada məktəbin müəllimlərinə həvalə edilmişdir. Günay və Leylanın kimdən icazə alıb işə çıxmadıqlarını və onlara verilən əməkhaqqının kimə verilməsini və ya Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında onu çağırıb şifahi formada Leylaya 2017-2018-ci tədris ilin üçün tarifləşmiş 12 saat əsas dərsin 6 saatını Arifə, 6 saatını da Hicrana öz daxili əmri ilə həvalə etdiyini bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs 2017-2018-ci tədris ilində Günay Zeynalovaya tarifləşmiş 17 saat əsas dərsi öz daxili əmri ilə Mehriban, Elməddin və Leyla arasında böldüyünü demişdir. 2018-2019-cu tədris ilində isə Günaya tarifləşmiş 18 saat əsas dərsin 14 saatını Xəyalə və 4 saatını Məhərrəmin arasında bölmüşdür. Dərslərin bölünməsi barədə rəsmi əmr görməmiş, Sahib bu barədə ona şifahi formada demişdi. Bildiyinə görə Leyla üzürlü səbəb olmadan işə çıxmadığı üçün sənəd təqdim edənə kimi dərsləri əvəzçilik qaydasında məktəbin digər müəllimlərinə verilmiş və Leylaya 2018-cilin noyabr ayından əməkhaqqı hesablanmamışdır. Eləcə də Günay Zeynalova 2019-cu ilin fevral ayında işdən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək, bildirmişdir ki, Günay Zeynalova 2018-ci ilin aprel ayında oğlu ilə nişanlanmış, xx.xx.2018-cu il tarixdə isə evlənmişdir. 2018-ci ilin aprel ayında nişan mərasimindən sonra oğlu Günayın işləməyini istəmədiyini dedikdə, Günayın anası Kamilə iş məsələsini həll etdiyini bildirmiş, yəni 2019cu ilin dekabr ayında direktor Təqsirləndirilən şəxs Günayın adını əmək stajına hesablanması üçün məktəbdə saxlanması əvəzində Günayın dərslərinin başqa müəllimlər tərəfindən keçirilib maaşı da həmin müəllimlərə verilməsi ilə bağlı razılığa gəlmişlər. Günay maaş kartını məktəbin direktoru Təqsirləndirilən şəxs vermiş və əmək stajı üçün adının məktəbdə saxlanılmasını tapşırmışdır. Günayın adına məktəbdə neçə saat dərs yazılmasını, həmin dərslərin kimin tərəfindən tədris olunmasını, habelə Günayın maaş kartına köçürülən pulların kimə çatması barədə məlumatlı olmamışdır. 2018-ci ilin mayında Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edib Günayın adına olan jurnalların doldurulması zəruri olduğundan məktəbə getməli olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs özü Günayla danışıb Gədəbəyə çağırmış, Günay 2018-ci ilin may ayında bir günlük Çobankəndə gəlmiş və işlərini qaydasına qoyub getmişdir. Həmin gün Təqsirləndirilən şəxs ona Şahid19 qəbuluna gedib Günay üçün icazə almağı təklif etdikdə razılaşmış və birlikdə Şahid19 qəbula getmişlər. Qəbul zamanı heç bir söz danışmamış və Təqsirləndirilən şəxs özü Şahid19 Günay onun oğluna nişanlanmasını və tezliklə toy olacağını deyib, Günayı bir müddət yola verməyi xahiş etmiş, Şahid19 söhbət zamanı Təqsirləndirilən şəxs qanuni formada kömək etmək mümkündürsə kömək et demiş, və bundan sonra onlar Şahid19 otağından çıxıb getmişlər. Daha sonra baş verənlər barədə heç bir məlumatı olmamış və ümumiyyətlə, Günayın işi ilə əlaqədar nə Sahibdən, nə də gəlinindən maraqlanmamışdır. xx.xx.2018-ci il tarixdə Turalla Günayın toy məclisini təşkil etdikdən 2 gün sonra xx.xx.2018-ci il tarixdə oğlu və gəlini Rusiya Federasiyasına getmişlər. Günay oğlu ilə birlikdə 2019-cu ilin may ayında Azərbaycana gəlmiş, övladı dünyaya gəldikdən sonra analıq məzuniyyətinə çıxmış və Rusiyaya geri dönmüşdür. Günayın doğuşu ağır keçdiyindən bir ay yataqda olmuş və müalicə almışdır. X26 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Bundan başqa Günay Zeynalovanın sosial sığorta kartı olmadığına görə gəlini ondan sosial kart almasını xahiş etdiyindən DSMF-nun Gədəbəy rayon şöbəsinə yaxınlaşıb sosial sığorta kartının necə əldə olunması barədə soruşduqda, ona kart almaq istəyən şəxsin adına mobil telefon nömrəsi vasitəsi ilə sosial internet saytından qeydiyyatdan keçməli olduğu izah edilmiş, G.Zeynalovanın şəxsiyyət vəsiqəsini rayona gətirdib ***-***-**-** saylı mobil nömrə alıb saytdan qeydiyyatdan keçmiş, lakin həmin nömrəni sonradan oğlu Orxan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadə verərək, bildirmişdir ki, 2007-ci ildən Çobankənd kənd X40 ingilis dil müəllimi işləyir. 2016-2017-ci tədris ilində 13 saat əsas və 4 saat dərnək məşğələsi, 2017-2018-ci tədris ilində 19 saat əsas və 4 saat dərnək məşğələsi, habelə 2018-2019-cu tədris ilində 18 saat dərs yükü adına tarifləşdirilmişdir. Bundan başqa dərs illəri ərzində müxtəlif səbəblərdən dərsə gələ bilməyən müəllimlərin dərslərini əvəz etmiş, işlədiyi müddətdə adına tarifləşmiş dərsləri özü tədris etmişdir. 2016-2017-ci tədris ilində adına tarifləşmiş dərnək məşğələlərini tədris etməmiş, jurnalları yazmamış, dərnək məşğələlərinə görə aldığı əmək haqqını məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs təqdim etmişdir. Belə ki, 2016-2017-ci tədris ilində 13 saat dərs tarifləşdikdə Təqsirləndirilən şəxs ona daha çox dərs saat tarifləşdirməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs xəbəri olmadan adına xarici dildən 4 saat dərnək məşğələsi tariflədirmiş, dərnək məşğələsi barədə məlumatı olmadığından dərnək saatlarını tədris etməmiş, 2016-cı ilin noyabr ayında əməkhaqqını kartdan çıxarıqda ona 13 saat dərsə görə çox pul köçürüldüyünü görmüş, maaşı aldıqdan sonra məktəbə gəldikdə Mehriban müəllimə Təqsirləndirilən şəxs dərnək saatlarının pulunu istədiyini dedikdə, sonuncu ilə söhbət edib ona dərnək məşğələsi taifləşməsi barədə məlumat verməməsinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs dərnəyi pulu götürmək üçün ona tarifləşdirdiyini demişdir. Təqsirləndirilən şəxs jurnala ehtiyac olmadığını deyib dərnəyə görə kartına köçürüən pulu hər ay ona vermsini tapşrıdıqda, heç bir əlacı olmadığından və Təqsirləndirilən şəxs direktoru olduğundan mübahisə etməmişdir. 2017-ci ilin fevral ayında Təqsirləndirilən şəxs 240 manat və sonraki aylarda da maaş katına dərnəyə görə köçürülən pulu Təqsirləndirilən şəxs vermişdir. 2017-2018-ci tədris ilində adına tarifləşmiş 4 saat dərnək məşğələsini özü tədris edib jurnalları yazmış, əməkhaqqını da özü almış, heç kimə pul verməmişdir. Yuxarıda göstərilən tədris illərində jurnalların yazılmasında yol verilmiş səhvlər öz diqqətsizliyinin ucbatından olmuşdur. Jurnallarda olan nöqsanlar Maliyyə Nazirliyinin müfəttişləri tərəfindən ona təqdim olunmuş və göstərilən nöqsanlarala razılığını bildirmişdir. Tədris illərində müxtəlif səbələrdən dərsə gələ bilməyən müəllimləri əvəz etmiş və jurnalları özü yazmışdır. xx xxxxx 2017-ci ildə onun adına rəsimləşdirilmiş məktəbinin fizika müəllimi Qəhraman Əliyevin 4 saat dərsini tədris etməmiş, jurnalı yazmamışdır. İşlədiyi müddətdə əmək haqqı kartı özündə olmuş, əməkhaqqını özü almışdır. 2016/2017-ci tədris ilinin yanvar-iyun aylarında 6-cı sinif jurnalında ingilis dili fənni üzrə 2 saat, 8-ci sinif jurnalında ingilis dili fənni üzrə 3 saat, 9-cu sinif jurnalında ingilis dili fənni üzrə 2 saat, 11-ci sinif jurnalında ingilis dili fənni üzrə 2 saat, habelə 2017/2018-ci tədris ilinin oktyabr, noyabr, yanvar, may və iyun aylarında fakültətiv məşğələ, 2018/2019-cu tədris ilində 8-ci sinif jurnalında ingilis dili fənni üzrə 3 saat dərs tədris etsə də diqqətsizlik edib jurnallarda müvafiq qeydlər aparmamış və ümumilikdə həmin dərs saatlarına görə cəmi 139,2 manat əmək haqqı almış, 2016/2017-ci tədris ilinin iyun ayında fərdi təhsilə cəlb edilmiş Zülfiyyə Alıyevaya ingilis dili fənni üzrə dərs keçməsinə görə 10,71, habelə həmin tədris ilinin aprel-iyun aylarında fərdi təhsilə cəlb edilmiş Ülviyyə Alıyevaya ingilis dili fənni üzrə dərs keçməsinə görə 74,96 manat, cəmi 85,67 manat əmək haqqı almışdır. 2016/2017-ci tədris ilində adına tarifləşmiş dərnək məşğələ saatlarını tədris etməmiş, jurnalları yazmamış, dərnək saatlarına görə əmək haqqına köçürülmüş cəmi 766,58 manat pulu həmin tədris ilində müxtəlif vaxtlarda məktəbin direktoru Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid17 ifadə verərək, bildirmişdir ki, 2006-cı ildən hazırkı dövrə kimi Çobakənd X40 riyaziyyat-İnformatika fənnindən dərs keçir. 2016-cı ildən 2019-cu ilə kimi məktəbin İ və Xİ siniflərində riyaziyyat və informatika fənnini tədris edir, həm də 12 ildir məktəbin həmkarlar təşkilatının sədri vəzifəsində işləyir. Bundan başqa məktəbin İ-Xİ siniflərində əvəzçilik qaydasında riyaziyyat dərsi onun tərəfindən tədris olunmuş buna görə əmək haqqı almışdır. Məktəbdə ibtidai sinif müəllimi kimi adı gedən, lakin 2017-ci ilin dekabr ayından faktiki olaraq məktəbdə dərs keçməyən Şahid14 və Günay Zeynalovanın adına dərs saatı tarifləşmişdir. Belə ki, Günay Zeynalovanın dərs saatlarından 2017-ci ilin dekabr ayında 5 saat, 2018-ci ilin fevral ayında 5 saat və 2018-ci ilin aprel ayında isə 5 saat əvəzçilik qaydasında ona ayrılmış və həmin dərs saatlarını tədris edib əməkhaqqı almışdır. Bundan əlavə 2018-2019-cu tədris ili ərzində Şahid7 bir ay, Həyat Pənahova isə müxtəlif aylarda üç dəfə bülletendə olmuşdur. Lakin həmin şəxslərin hansı diaqnozla bülletenə çıxmasını xatırlamır. O, həmin bülletenləri təhsil şğbəsinə təqdim etmişdir. 2019-cu ilin aprel ayından direktor Təqsirləndirilən şəxs həmkarlar təşkilatının sədrinin möhürünü ondan almışdır. Həmin möhür ona 2019-cu ilin iyun ayında geri qaytarılmışdır. Möhürün ondan alınmasının səbəbi Təqsirləndirilən şəxs təşəbbüsü ilə məktəbdə müəllim işləyən Qəhraman Əliyevin işdən çıxarılmasından ötrü tərtib edilmiş akta və protokola imza çəkməkdən, habelə möhür vurmaqdan imtina etməsi olmuşdur. Məktəbdə işlədiyi dövr ərzində təsərrüfat işçilərindən adını eşitdiyi lakin məktəbdə görmədiyi Şahid9 və Şahid10 faktiki olaraq məktəbə gəlməmişlər. F.Orucova isə analıq məzuniyyətində olmuşdur. Bildiyinə görə dərsdən kənar dərnək məktəblərində fəaliyyət göstərsə də dərnəyin cədvəli və ümumiyyətlə nə ilə məşğul olması barədə ona heç nə məlum deyil və bu barədə heç nə bilmir. Yadına gələn bir-iki bayram tədbirindən başqa Uşaq Birliyinin hər hansı fəaliyyətini görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid19 ifadə verərək, bildirmişdir ki, 2013-2019-cu ilin iyul ayına kimi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs işlədiyi dövrdən tanımış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ali və orta ixtisas təhsili Şöbəsinin Əsasnaməsinə” əsasən orta ixtisas və əlavə təhsili inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, müasir iqtisadiyyatın, elmin, texnikanın, mədəniyyətin, incəsənətin tələbatını nəzərə alaraq mütəxəssislərin hazırlıq keyfiyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək, orta ixtisas təhsili müəssisələrinə olan tələbatı proqnozlaşdırmaq və təhsil müəssisələrinin şəbəkəsinin müəyyənləşdirilməsi, onların yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər vermək, təhsilin inkişaf konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində ali və orta ixtisas, eləcə də əlavə təhsil müəssisələri tərəfindən onun yerinə yetirilməsini əlaqələndirmək və nəzarət etmək vəzifə səlahiyyətinə şamil edilmişdir. Hər tədirs ilinin əvvəlində ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə monitorinqlərin aparılması üçün Təhsil Nazirliyi tərəfindən rüblük, həmçinin illik iş və fəaliyyət planları hazırlanıb yerli şöbələrə göndərilir. Təhsil Nazirliyi tərəfindən göndərilmiş iş və fəaliyyət planları əsasında yerli şöbələrdə məsləhətçilər və metodistlər tərəfindən plan hazırlanır. 2015-ci ildən sonra Təhsil Nazirliyi tərəfindən iş və fəaliyyət planı yerli şöbələr göndərilmədiyindən Gədəbəy rayon Təhsil Şöbəsində də 2016/2017 və 2017/2018-ci tədris illər üçün iş və fəaliyyət planı hazırlanmadığından şöbənin məsləhətçiləri Çobankənd X40 mütəmadi yoxlamalar aparmamışdır. Əsasnamənin tələbinə əsasən vətəndaşların ərizə, şikayət, məktub və təkliflərinə vaxtında və obyektiv baxmaq vəzifə borcu olduğundan 2018-ci ilin dekabr X42 məktəbinin müəllimləri Şahid4 və Qəhraman Əliyevin məktəbdə baş verən qanunsuzluqlar barədə olan müraciəti əsasında göstərişi əsasında Çobankənd X40 yoxlama keçirilmiş və nəticəsi barədə Təhsil Nazirliyinə məlumat verilmişdir. Yoxlama nəticəsində Günay Zeynalova adlı müəllimin dərsə gəlmədiyi halda, adına tarifləşmiş dərslər məktəbin müxətlif müəllimləri tərəfindən keçirilməsi, sonuncunun maaş kartının isə Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, yoxlamadan sonra Təqsirləndirilən şəxs etdiyi qanunsuzluqlar barədə Təhsil Nazirliyinə 2019-cu ilin mart ayında rəsmi olaraq məktubla müraciət edib vəzfədən azad edilməsini xahiş etmidir. 2019-cu ilin aprel ayında məktəbin müəllimləri Qəhraman Əliyevin rayon İcra Hakimiyyətinə və Gədəbəy rayon prokurorluğuna Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə müraciət etməsini eşitmişdir. Təqsirləndirilən şəxs yol verdiyi qanunsuzluqlar barədə məlumatı olmamış və bu barədə heç nə eşitməmiş, Təqsirləndirilən şəxs Günay Zeynalova və Şahid14 adlı müəllimlərin dərsə gəlmədikləri halda, adlarının işdə saxlanılması barədə göstəriş verməmiş, nə Günay Zeynalova, nə də Şahid14 ilə bu barədə razılığa gəlməmiş, Təqsirləndirilən şəxs heç vaxt rüşvət, habelə dərnək saatlarına görə ödənilmiş əməkhaqqlarını almamışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid20 ifadə verərək, bildirmişdir ki, 2015-ci ildən 2020-ci ilin yanvar ayına kimi Gədəbəy RTŞ-nin məsləhətçisi, hazırda isə metodisti vəzifəsində işləyir. Məsləhətçi kimi vəzifə funksiyalarına ümumi təhsilin təşkili və idarəolunmasının təkmilləşdirilməsi istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanılması, ümumiləşdirilməsi və təkliflərin hazırlanması, təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması, ümumi təhsil sistemində yeni kurikulumların tətbiqi üzrə işin təşkilində, istedadlı uşaqların aşkara çıxarılması və onlarla işin təşkili üzrə tədbirlərin həyata keçirlməsində, təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatının müəyyənləşdirilməsi və sifarişlərin vaxtında verilməsində iştirak etməkdir. Lakin qeyd etdiyi funksiyaları, xüsusən də təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması vəzifəsi yalnız Təhsil Şöbəsinin müdirinin əmri ilə təsdiq olunmuş iş və fəaliyyət planı, habelə təhsilyanı şuranın kollegial qərarı ilə həyata keçirilə bilər. Belə ki, hər hansı ümumtəhsil müəssisəsində qanunsuzluqlar baş verməsi barədə təhsil şöbəsinə məlumat daxil olduqda dərhal şöbə müdirinin əmri və ya təhsilyanı şuranın qərarı ilə qanunsuzluqların baş verdiyi məktəbin təhkim olunduğu məsləhətçi həmin təhsil müəssisəsində monitorinq aparıb nəticəsi barədə Təhsil Nazirliyinə və aidiyyəti quruma məlumat verilir. Ümumilikdə isə ona təhkim edilmiş, yəni nəzarətində olan orta məktəblərin rəhbərlərinə və müəllim heyyətinə mütəmadi olaraq Təhsil Qanunvericiliyinin tələblərini, Təhsil Nazirliyinin əmr və sərəncamlarını çatdırmış, habelə müəllimlərə və məktəb rəhbərliyinə metodiki tövsiyələr vermişdir. Gədəbəy rayon Çobankənd kənd tam orta məktəbinin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən direktor işlədiyi dövr ərzində müxtəlif qanun pozuntularına yol verməsi ilə əlaqədar məktəbin müəllimləri tərəfindən Təhsil Şöbəsinə, habelə Gədəbəy rayon İcra Hakimiyyətinə edilmiş çoxsaylı müraciətlər əsasında 2019-cu ilin fevral ayında məktəbdə yoxlama keçirilmiş və məktəbdə yoxlama aparılarkən Günay Zeynalovanın işə gəlmədiyi və sonuncunun dərsləri qanunsuz olaraq heç bir rəsmləşdirmə aparılmadan məktəbin digər müəllimləri tərəfindən tədris olunmuşdur. Aşkar edilmiş qanun pozuntuları barədə akt tərtib edilərək Gədəbəy rayon prokurorluğuna və Təhsil Nazirliyinə məlumat verilmişdir. Qeyd edilən faktlarla əlaqədar rayon prokurorluğunda araşdırma gedərkən Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmiş təqdimat əsasında 2019-cu ilin aprel ayında, habelə 2020-ci ilin yanvar ayında üç nəfərdən ibarət komissiya tərəfindən məktəbdə əsaslı yoxlamalar keçirilmişdir. Çobankənd kənd X40 aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, məktəbin direktoru Təqsirləndirilən şəxs fəaliyyətdə olduğu müddət ərzində bir çox qanun pozuntularına yol vermiş, fəaliyyətini, dərslərin bölgüsünü, tədrisə nəzarəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və təlimatlarına eləcə də digər normativ hüquqi aktlara uyğun həyata keçirməmişdir. Belə ki, yoxlama zamanı Günay Zeynalova və Şahid14 2018-ci ilin yanvar ayından işə çıxmamalarına baxmayaraq adlarına dərs tarifləşmiş, dərslərin keçirilməsini heç bir əmr və rəsmləşdirmə olmadan Təqsirləndirilən şəxs başqa müəllimlərə tapşırmış, Günayın və Leylanın maaşlarından bir hissəsini dərs keçən müəllimlərə vermiş, qalan hissəsini isə mənimsəmişdir. Təhsil Şöbəsi tərəfindən məktəbdə yoxlama aparılarkən Şahid14 Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli əmr ilə müvəqqəti olaraq işdən kənarlaşdırıldığından Şahid14 barəsində yoxlama aparılmamışdır. Bundan əlavə Günay Zeynalova və Şahid14 dərsə gəlmədikləri barədə həm onun, həm də Şahid19 məlumatının olması barədə Təqsirləndirilən şəxs göstərdikləri tam yalandır və bu barədə məlumatı olmamışdır. Ümumiyyətlə, isə hansısa müəllimin işə gəlib-gələməməsi barədə maddi məsul şəxs dirketor özüdür və Təqsirləndirilən şəxs hansısa müəllimin işə çıxmaması barədə Təhsil Şöbəsinə heç bir rəsmi müraciət etməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid18 ifadəsindən görünür ki, Mehriban Hüseynova rəsmi nikah əsasında arvadı olub. O, 1976-cı ildən 2019-cu ilə qədər Çobankənd X40 azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, arvadı 2019-cu ilin sentyabr ayında insult keçirməsi ilə əlaqədar təqaüdə çıxmış və hazırda səhhəti ilə əlaqədar ifadə verməsi mümükün deyildir. M.Hüseynova məktəbdə işlədiyi dövr ərzində ona tarifləşdirilmiş dərsləri keçmiş və əməkhaqqını da maaş kartı vasitəsi ilə özü almışdır. M.Hüseynova humanist və sakit təbiətli bir insan olduğundan zərurət olduğu təqdirdə siniflər boş qalmasın deyə məktəbdə müəllim yoldaşlarının dərslərini keçmiş, lakin arvadının konkret olaraq kimin nə qədər dərsini tədris etməsi barədə məlumatı olmamışdır. M.Hüseynova məktəbdə dediyi dərslərə görə əməkhaqqını yalnız maaş kartı vasitəsi ilə almış və maaş kartıda onda olmuş, arvadının kartına köçürülən pulu çıxarıb hər ay özünə vermişdir. Şahid18 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışmış və arvadı M.Hüseynovaya G.Zeynalova adlı müəllimin dərsini keçməsinə görə nəğd formada pul verməmiş, belə hal olsaydı dərhal bu barədə eşitmiş olardı. M.Hüseynova rəsmi olaraq ona ayrılmış dərsləri tədris edib əməkhaqqı kartına köçürülmüş və əməkhaqqı kartı vasitəsi ilə çıxarıb arvadına vermişdir. Şahid18 həmçinin ifadəsində Təqsirləndirilən şəxs özünü müdafiə üçün G.Zeynalovanın maaş kartından götürdüyü pulun bir hissəsini guya M.Hüseynovaya verməsini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş şahid X6 ifadəsindən görünür ki, Gədəbəy RPŞ-nin X38 bölməsinin polis sahə nəfəri işləyir. X30 əvvəllər tanımamış, lakin Təqsirləndirilən şəxs xidməti ərazisinin sakini kimi tanımışdır. xx xxxx 2019-cu il tarixdə Yeni Saratovka PB-nin növbətçi hissəsinə Gədəbəy-Novosaratovka magistral avtomobil yolunun Qaraməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olduqdan sonra digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “Honda CR-V” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nəriman Quliyevin idarə etdiyi “Vaz-2121” markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərəkət yolunda toqquşmuş halda olmasını və Təqsirləndirilən şəxs hadisə yerində olduğunu görmüş, Nəriman Quliyevin isə xəstəxanaya aparıldığını öyrənmişdir, bundan sonra təcili tibbi yardım avtomobili gələrək Təqsirləndirilən şəxs də xəstəxanaya aparmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid14 ifadəsindən görünür ki, 2011-ci ildə Azərbaycan Dövlət Pedoqoji Kollecinin ibtidai sinif müəllimliyi ixtisasını bitirmiş, 2014-cü ildən müqavilə əsasında, 2017-ci ilin sentyabr ayından isə müddətsiz olaraq Çobankənd X40 ibtidai sinif müəllim kimi işləməyə başlamışdır. İbtidai siniflərdə ana dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət dərslərini tədris etmiş, Çobankənd X40 işlədiyi müddət ərzində bəzən xəstəlik və ya digər üzürlü səbəblərdən dərsə gələ bilməyən müəllimlərin dərslərini əvəzçilik qaydasında tədris edib əməkhaqqı almışdır. 2018-ci ilin yanvar ayında ailə həyatı qurduqdan bir müddət sonra işə çıxa bilməmiş, hamilə olduğundan müalicə almaq zərurəti yaranmış, bu məqsədlə 2018-ci ilin mart ayında məktəbin direktoru Təqsirləndirilən şəxs səhətimlə bağlı müalicə almalıyam və bu səbəbdən işə çıxa bilməyəcəm” dedikdə Təqsirləndirilən şəxsona ’’problem deyil sənin dərslərini məktəbin digər müəllimləri əvəz edər” deyə cavab vermiş, bundan sonra 2018-ci ilin mart ayından etibarən məktəbə getməmiş və əməkhaqqı kartını özündə saxlayıb əməkhaqqını özü çıxarmışdır. 2018-ci ilin mart-aprel aylarında əri Şahid15 etibarnamə əməkhaqqı kartını dəyişməsi üçün etibarnamə vermiş, əri əməkhaqqı kartını götürüb Gədəbəy şəhərinə gəlib dəyişdirmiş, həmin vaxt Şahid15 yeni əməkhaqqı kartını Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onun yerinə dərs deyən müəllimlərə pul verəcəyini bildirərək həmin kartdan pul çıxartmş, bu barədə əri demişdir. 2018-ci ilin noyabr ayında isə əri ona “sənin əmək haqqı kartını Təqsirləndirilən şəxs deyir ki, ona verilməlidir, çünki sənin yerinə dərs tədris edən müəllimlərin əmək haqqısı verilməlidir” dedikdə əməkhaqqı kartını ərinə vermiş, əri isə əməkhaqqı kartını parolu ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir. 2018-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayarı üçün əmək haqqılarını əri Şahid15 əməkhaqqı kartından çıxardıb şəxsi ehtiyacları üçün xərcləmişlər. Məhkəmə iclasında elan edilmiş Şahid15 ifadəsindən görünür ki, Leyla Yusfova onun arvadıdır. Şahid14 2014-cü ildən müqavilə əsasında Çobankənd X40 ibtidai sinif müəllimi işləmiş, 2017-ci ilin sentyabr ayından isə müddətsiz olaraq Çobankənd X40 müəllim kimi işə başlamışdır. Şahid14 ibtidai siniflərdə ana dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət dərslərini tədris etmiş, sonuncu 2018-ci ilin yanvar ayında ailə həyatı qurduqdan bir müddət sonra hamilə olmağı ilə bağlı müalicə almalı olduğundan işə çıxmamış, bu məqsədlə 2018-ci ilin mart ayında Şahid14 onun yanında məktəbin Təqsirləndirilən şəxs “səhətimlə bağlı müalicə almalıyam və bu səbəbdən işə çıxa bilməyəcəm” dedikdə sonuncu Şahid14 “problem deyil sənin dərslərini məktəbin digər müəllimləri əvəz edər” deyə bildirmiş, bundan sonra 2018-ci ilin mart ayından Şahid14 məktəbə getməmiş və əməkhaqqı kartını özündə saxlayıb əmək haqqısını arvadı almışdır. 2018-ci ilin mart-aprel aylarında Şahid14 ona etibarnamə verdikdən sonra gedib əməkhaqqı kartını Gədəbəy rayonunda dəyişdirmiş, həmin vaxt yeni əmək haqqı kartını Təqsirləndirilən şəxs ondan istəyib demiş ki, “Şahid14 yerinə dərs deyən müəllimlərə pul verilməlidir, ona görə kartı ver gedim pulu çıxardım” sonra o da Şahid14 əmək haqqı kartını Təqsirləndirilən şəxs vermiş, sonuncu kartdan pul çıxardıqdan sonra kartı ona geri qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs hansı məbləğdə pul çıxartmasını ona deməmiş və oda bu barədə maraqlanmamışdır. 2018-ci ilin noyabr ayında isə Təqsirləndirilən şəxs ona “Leylanın əmək haqqı kartını ona verilməlidir, çünki onun yerinə dərs tədris edən müəllimlərin əmək haqqısı verilməlidir” dedikdən sonra əməkhaqqı kartını parolu ilə birlikdə sonuncuya vermişdir. Şahid14 işə çıxmadığı dövrlərdə, yəni 2018-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqılarını o əməkhaqqı kartından çıxarmış, 2018-ci ilin noyabr ayından isə kartı Təqsirləndirilən şəxs vermişdir. Qeyd edilən aylarda o hər ay kartdan təxminən 290 manat pul çıxartmışdır. Məhkəmə iclaısnda elan edilmiş Şahid12 Yəhya qızının ifadəsindən görünür ki, 2001-ci ildən hazırkı dövrə kimi Çobakənd X40 İngilis dili müəllimi işləyir. X31 İngilis dili fakültəsindən məzun olmuş, 2016-cı idən 2019-cu ilə kimi məktəbin İ və Xİ siniflərində İngilis fənnini tədris etmişdir. Şahid14 bacısı qızı olmaqla 2018-ci ildə evləndikdən sonra işə gəlməmiş, əri ilə birlikdə Sumqayıt şəhərinə köçüb getmiş, Leylanın adına dərs tarifləşməsini və sonuncuya əməkhaqqı yazılmasını bilməmiş, habelə eşitməmişdir. Təqsirləndirilən şəxs bəzən ona bəzən Arif müəllimə, bəzən də məktəbin başqa müəllimlərinə Leylanın sinifində dərs keçməyi tapşırmış, qohum kimi Leylanın sinifində dərs keçmiş, lakin Leylanın dərslərini keçməsinə görə heç kəsdən 1 manat belə pul almamışdır. İstər özü istərsədə məktəbin digər müəllimləri Leylanın dərslərini yoldaşlıq xətrinə tədris etmiş, Təqsirləndirilən şəxs direktor olduğundan sonuncunun sözünü geri çevirməmişlər ki, aralarında narazıçılıq olmasın. Leyla yetim qız olduğundan və anasından başqa heç kəsi olmadığından bir xala kimi Leylaya kömək məqsədi ilə Leylanın sinifində Sahibin şifahi tapşırığı əsasında dərs keçmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Gədəbəy RPŞ-nin X38 bölməsinin polis sahə nəfəri işləyir. X30 əvvəllər tanımamış, lakin Təqsirləndirilən şəxs xidməti ərazisinin sakini kimi tanımışdır. xx xxxx 2019-cu il tarixdə Yeni Saratovka PB-nin növbətçi hissəsinə Gədəbəy-Novosaratovka magistral avtomobil yolunun Qaraməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olduqdan sonra digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “Honda CR-V” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nəriman Quliyevin idarə etdiyi “Vaz-2121” markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərəkət yolunda toqquşmuş halda olmasını və Təqsirləndirilən şəxs hadisə yerində olduğunu görmüş, Nəriman Quliyevin isə xəstəxanaya aparıldığını öyrənmişdir, bundan sonra təcili tibbi yardım avtomobili gələrək Təqsirləndirilən şəxs də xəstəxanaya aparmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan “xxxx ASC”-dən xx.xx.2020-ci il tarixli 157000/2-165 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, diskin içərisində "Şahid10, Fidan Orucova, Günay Zeynalova və Leyla Yusibova" başlıqlı 4 ədəd qovluq vardır. “Şahid10” başlıqlı qovluğun içərisində xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019 başlıqlı 3 ədəd qovluq vardır. xx.xx.2018 adlı qovluğun içərisində 28 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 17 ədəd və xx.xx.2019 başlıqlı qovluğun içərisində 14 ədəd “jpg” formatında bankomatın kamerası vasitəsi ilə qeydə alınmış şəkil vardır. Həmin şəkillərdə Təqsirləndirilən şəxs xx.xx.2018ci il tarixdə, saat 13:38:34 saniyədə, xx.xx.2018-ci il tarixdə, saat 10:16:22 saniyədə və xx.xx.2019-cu il tarixdə, saat 13:52:42 saniyədə bankomatdan plastik bank kartı vasitəsi ilə pul vəsaitlərini nəğdləşdirilməsı, həmin karta məxsus PİN kodu yığması, həmçinin bankomatdan pul vəsaitini çıxararkən pulu götürən zaman çəkilmiş fotoşəkilləri əks olunmuşdur. “Fidan Orucova” başlıqlı qovluğun içərisində xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018 başlıqlı 4 ədəd qovluq vardır ki, onlardan xx.xx.2017 başlıqlı qovluğun içərisində 15 ədəd, xx.xx.2017 başlıqlı qovluğun içərisində 16 ədəd, xx.xx.2018 adlı qovluğun içərisində 18 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 14 ədəd “jpg” formatında bankomatın kamerası vasitəsi ilə qeydə alınmış şəkil vardır. Həmin şəkillərdə xx.xx.2017-ci il tarixdə, saat 13:38:34 saniyədə, xx.xx.2018-ci il tarixdə, saat 10:16:22 saniyədə və xx.xx.2019-cu il tarixdə, saat 13:52:42 saniyədə bankomatdan plastik bank kartı vasitəsi ilə pul vəsaitlərini nəğdəaşdirməsı, həmin karta məxsus PİN kodu yığması, həmçinin bankomatdan pul vəsaitini çıxararkən pulu götürən zaman çəkilmiş fotoşəkilləri əks olunmuşdur. Həmin fotoşəkillərdə əks olunan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmədi. “Gunay Zeynalova” başlıqlı qovluğa daxil olduqda həmin qovluğun içərisində xx.xx.2017, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 başlıqlı 4 ədəd qovluq vardır. xx.xx.2018 başlıqlı qovluğun içərisində 28 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 01 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 17 ədəd, “jpg” formatında bankomatın kamerası vasitəsi ilə qeydə alınmış şəkil vardır ki, həmin şəkillərdə Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə, saat 13:37:40 saniyədə, xx.xx.2018-ci il tarixdə, saat 12:37:14 saniyədə və xx.xx.2018-ci il tarixdə, saat 09:06:29 saniyədə bankomatdan plastik bank kartı vasitəsi ilə pul vəsaitlərini nəğləşdırməsı, həmin karta məxsus PİN kodu yığması, həmçinin bankomatdan pul vəsaitini çıxararkən pulu götürən zaman çəkilmiş fotoşəkilləri əks olunmuşdur. “Şahid14” adlı qovluğa daxil olduqda həmin qovluğun içərisində xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 başlıqlı 5 ədəd qovluq vardır ki, onlardan xx.xx.2017 başlıqlı qovluğun içərisində 19 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 24 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 15 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 17 ədəd, xx.xx.2018 başlıqlı qovluğun içərisində 30 ədəd, “jpg” formatında bankomatın kamerası vasitəsi ilə qeydə alınmış şəkil vardır. Həmin şəkillərdə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə, saat 16:39:44 saniyədə, xx.xx.2018-ci il tarixdə, saat 13:36:46 saniyədə, xx.xx.2018-ci il tarixdə, saat 10:15:26 saniyədə, xx.xx.2018-ci il tarixdə, saat 18:12:59 saniyədə və xx.xx.2018-ci il tarixdə, saat 12:36:04 saniyədə bankomatdan plastik bank kartı vasitəsi ilə pul vəsaitlərini nağlaşdırması, həmin karta məxsus PİN kodu yığması, həmçinin bankomatdan pul vəsaitini çıxararkən pulu götürən zaman çəkilmiş fotoşəkilləri əks olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, hadisə günün işıqlı vaxtında, aydın hava şəraitində baş vermişdir. Hadisə baş verən yerdə hərəkət zolağının eni 7 metr olub, yol düz, hamar və asfalt örtüklüdür. Sağ zolağın eni 3,5 metr, sol zolağın isə eni 3,5 metrdir. Yolun sol hərəkət zolağında önü qismən Gədəbəy şəhəri istiqamətində, arxa hissəsi qismən Novo-Saratovka kəndi istiqamətində olan ağ rəngli ön tərəfi tamamilə parçalanmış, üzərində **-LT-*** qeydiyyat nişanı olan “HONDA CR-V” markalı avtomobil dayanmışdır. Sonuncu avtomobilin arxa sağ təkərindən Gədəbəy-Novo Saratovka avtomobil yolunun sol hərəkət zolağının kənarına 3,6 metr məsafə vardır. “HONDA CR-V” markalı avtomobil “VAZ 2121 Niva” markalı **- EB-*** avtomobilin hərəkət zolağındadır. “HONDA CR-V” markalı avtomobilin ön sol təkəri yolun ehtiyat hissəsinə çıxmışdır. “VAZ 2121 Niva” markalı **-EB-*** dövlət qeydiyyat nömrəli avtomobilin sağ ön təkəri öz hərəkət yolunun yolun ehtiyat hissəsinə çıxmış və Novo-Saratovka kəndi istiqamətində dayanmışdır. Avtomobillərin toqquşması nəticəsində “VAZ 2121 Niva” markalı **-EB-*** dövlət qeydiyyat nömrəli avtomobilin ön şüşəsi sınmış və sağ tərəfinə düşmüşdür. Həmçinin yerdə plastmas hissələr tökülüb qalmışdır. Toqquşma yerindən yolun Gədəbəy şəhəri istiqamətində sol hərəkət hissəsinin sonuna qədər olan məsafə 4.2 metr, yolun sağ ehtiyyat zolağının başlanğıcına qədər olan məsafə 2,8 metrdir. Hadisə yeri yaşayış məntəqəsi deyildir. Meyitə baxış keçirilməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, müayinə olunan meyit kişi cinsi olub, düzgün bədən qurluşlu, kafi qidalıdır, uzunluğu 176 sm-dir. Başın tüklü və tüksüz hissəsini alının sol yarsını əhatə edən 6x4sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Başın tüklü hissəsində sol gicgah-təpə nahiyyəsində şişkinlik (dəri altı hematoma) fonunda 7x7srn ölçüdə qırmızımtıl göyə çalarlı qançır vardır. Göz qapaqları örtülüdür, bəbəklər dairəvi olub, 0,7sm diamertindədir, ağlı qişaya qansızma yoxdur. Hər iki gözün daxili bucaq nahiyyəsində çox saylı şüşə qırıntıları vardır. Burun sümük və qığırdaqları əllədikdə tamdırlar, burun əsasında 1,8x0,6sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Döş qəfəsi silindirik olub, simmetrik olub döş qəfəsinin sol yan-arxa səthində V, Vİİİ qabırğalar proyeksiyasında 18x10sm ölçüdə qırmızımtıl göyə çalarlı qançır vardır, qançırın mərkəzində 6x1,5sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Əllədikdə həmin nahiyyədə sümük xışıltısı eşidilir. Döş qəfəsinin sağ yan arxa səthində Vİİİ, X qabırğalar proyeksiyasında 14x8sm qırmızımtıl göyə çalan qançır vardır, qançırın mərkəzində 3,5x1,6sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır, həmin nahiyyədə əllədikdə sümük xışıltısı eşidilir. Sol çiyin oynağının üst səthində 5x4sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Qarının ön səthinin sağ aşağı nahiyyəsində 1,8x2sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Yuxarı və aşağı ətraflar düzgün formalaşmışdır, əllədikdə sümükləri tamdır. Sol bazunun aşağı üçdə birinin arxa-bayır səthini, sol saidirı orta və yuxarı üçdə birinin arxa-bayır səthini əhatə edən 30x14sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sol saidin aşağı üçdə birinin arxa səthində 3x1 sm,sol əlin üst səthində İV, V daraq sümükləri proyeksiyasında 3,4x1,5sm, sağ əlin üst səthində V daraq sümüyü proyeksiyasında 2x0,6sm, İİ daraq-falanqa oynağı proyeksiyasında 1,5x0,6sm, 3-cü daraq-falanqa oynağı proyeksiyasında 1x0,5sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sağ budun aşağı üçdə birinin ön səthində 6x0,7sm, 1,5x0,5sm, sağ baldırın aşağı üçdə birinin iç səthində 2,8x0,7 sm, sağ dizin bayır səthində 3x1,5sm sm ölçüdə qırmızıtıl rəngli sıyrıq vardır. Sağ dizin ön-iç səthində ətrafı sıyrıqlı 7x2,6sm ölçüdə nahamar kənarlı yan¬vardır. Sol budun aşağı üçdə birinin ön-iç səthində 3x0,6sm, sol budun orta üçdə birinin ön-bayır səthində arası kəsilən 6x1 sm, sol dizin iç səthində İ,5x0,3sm, soi baldırın orta üçdə birinin ön səthində 2x0,6sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Meyitin xarici müayinəsində yuxarda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Gədəbəy Rayon Şöbəsinin X14 meyiti barəsində təyin olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 08 nömrəli Rəyindən görünür ki, meytin bədənində aşkar edilmiş xəsarətlər-başın əzilmiş yarası ilə müşaiyət olunan başın qapalı küt travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma, alt çənənin sıyrıqları,alt çənə sümüyünün sol şaxəsinin sınığı,boyunun,sağ baldırın əzilmiş yaraları,sol bazunun qançırı,sağ əlin,sağ dizin sıyrıqları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd oiunan xəsarətlərdən -başın əzilmiş yarası ilə müşaiyət oiunan başın qapalı küt travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma həyat üçün təhlükəli oian sağlamlığa ağır zərər vurma, alt çənənin sıyrıqları ilə müşaiyət olunan alt çənə sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurma,boyunun,sağ baidır əzilmiş yaraları sağiamlğının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər,sol bazunu qançırı,sağ əlil,sağ dizin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir, ölümün səbəbi baş beyin maddəsinə qansızma, kəllə daxili hematoma olmuş, mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 10-12 saat əvvəl müddətə baş vermiş, mərhumun meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobillərin toqquşması nəticəsində törənə bilər, meyitdən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə təyin olunmuş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2019-cu il tarixli 23796 nömrəli rəyindən görünür ki, Honda CR-V markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, VAZ 2121 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə təyin olunmuş kompleks məhkəmə-trasoloji və məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli 31507 nömrəli rəyindən görünür ki, VAZ-21214 markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı və Honda CR-V markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtotomobilin tormoz, sükan sistemləri hadisədən əvvəl işlək vəziyyətdə olmuşdur. Nəqliyyat vasitələri ilkin kontakt anında Honda CR-v markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ sahəsi ilə VAZ 2121 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisbətən sol sahəsi arasında toqquşma təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər izi qalmadığından toqquşma bucağına əsasən ilkin kontakt anında avtomobillərin yola nəzərən qarşılıqlı vəziyyətlərini müəyyən etmək mümkün deyildir. Lakin istintaq tərəfindən müəyyən edildiyi kimi, toqquşma yerinin VAZ-2121 markalı avtomobilin hərəkət zolağında yerləşməsi şəraitində toqquşma bucağı nəzərə alınmaqla nəqliyyat vasitələri arasında toqquşma hadisədən əvvəl VAZ-2121 markalı avtomobilin öz yolu ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətdən hərəkətdə olan Honda CR-V markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması, həm də hadisədən əvvəl VAZ-2121 markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması, buna görə Honda CR-V markalı avtomobilin sola istiqamətlənərək qarşı sol hərəkət zolağına çıxması və VAZ-2121 markalı avtomobilində öz yoluna qayıtması şəraitində baş verə bilər. VAZ-2121 markalı avtomobilində öz yolu ilə hərəkətdə olması, qarşıdan əks istiqamətdən hərəkətdə olan Honda CR-V markalı avtomobilin qarşı sol hərəkət hissəsinə çıxması və toqquşmanın VAZ-2121 markalı avtomobilin hərəkət zolağında baş verməsi şəraitində; Honda CR-V markalı 90LT702 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-2121 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hadisənin qarşısının alınması ilə əldaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İİ variant: VAZ-2121 markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması, buna görə qarşıdan əks istiqamətdən hərəkətdə olan Honda CR-V markalı avtomobilin sola istiqamətlənməsi, VAZ-2121 markalı avtomobilinin də öz yoluna istiqamətlənməsi və toqquşmanın VAZ-2121 markalı avtomobilin hərəkət zolağında baş verməsi şəraitində; Honda CR-V markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-2121 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü N.Q.Quliyevin VAZ-2121 markalı avtomobili yaşayış məntəqəsindən kənarda 100km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi, yəni VAZ- 2121 markalı avtomobil 4 ədəd avtomobili ötmə əməliyyatı etdikdən sonra 50-60metr məsafədə onun hərəkətdə olduğu zolaqla təxminən 90-100 km/saat sürətlə hərəkətini davam etdirməsi, həmin avtomobilin onun idarə etdiyi avtomobilə çatmağa 5-6 metr qaldıqda toqquşmamaq üçün sürücünün sükanı sola burması, həmin zaman VAZ-2121 markalı avtomobil də öz yoluna qayıtmaq üçün sağa istiqamətlənəndə avtomobilləri arasında toqquşmanın baş verməsi şəraitində Honda CR-V markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sola doğru apardığı manevr hərəkət təhlükəsizliyini təmin etməmişdir və həmin şəraitdə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş, hərəkətlərində Yol hərkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1117 nömrəli rəyindən görünür ki, iş materiallarında olan ifadələrin düzgünlüyü eləcə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Regional Müfəttişliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il mütəxəssis aktı istintaq orqanı tərəfindən nəzərə alındıqda Gədəbəy rayonu Çobankənd X40 yaranmış çatışmazlıq, ümumilikdə, 19.523,33 manat məbləğində müəyyən edilir. Gədəbəy rayon Çobankənd X40 yaranmış çatışmazlıqla bağlı məsuliyyət məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Gədəbəy Rayon Təhsil Şöbəsinin Firdovsi Əliyev adına Çobankənd kənd X40 aparılmış yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli Aktdan görünür ki, Çobankənd kənd X40 yoxlama zamanı 2016/2017-ci dərs ilinin yanvar-iyun aylarında pedaqoji işçilər Şahid16 və X2 dərnək məşğələlərinin qeydiyyatı jurnalları yoxlanılması üçün təqdim olunmadı və həmin dərnək məşğələ saatlarına görə Şahid16 544,32 manat, 2017/2018-ci tədris ilində X3 1267,76 manat olmaqla 2016/2017-ci dərs ilinin yanvar ayından 2017/2018-ci dərs ilinin iyul ayına kimi olan dövr ərzində cəmi 1812,08 manat pedaqoji işçilərə əməkhaqqı ödənilmişdir. 2016/2017-ci dərs ilinin sentyabr ayında əvvəllər məktəbdə müddətli əmək müqaviləsi əsasında işləmiş məktəbin sinif müəllimi X10 adına dərs bölünməmiş, göstərilən tədris ilində adı tarifləşmə siyahısına daxil edilməmişdir. 2016/2017-ci dərs ilinin noyabr ayında əmək müqaviləsi bağlanılmadan məktəb üzrə xx xxxxxx 2016-cı il tarixli 266 nömrəli əmrlə məzuniyyətdə olan məktəbin müəllimi Fidan Orucovanın dərs saatlarından 18 saat, məktəb üzrə xx xxxxxx 2016-cı il tarixli 270 nömrəli əmrlə Fidan Orucovanın dərsləri yenidən bölünmüş və X15 16 saat dərs yükü verilmişdir. 2017-ci ilin may ayında X23 müəllimlərin işə qəbulu üzrə müsabiqə iştirak etmiş və məktəbə əsas müəllim kimi işə qəbul olunmuşdur. 2017/2018-ci dərs ilində X15 xx xxxxxxxx 2017-ci il tarixli 291 nömrəli əmrə əsasən tədris etməsi üçün 12 saat dərs və 4 saat dərnək məşğələ saatı tarifləşdirilmişdir. 2018/2019- cu dərs ilində X15 xx xxxxxxxx 2018-ci il tarixli 13 nömrəli əmrə əsasən tədris etməsi üçün 12 saat dərs tarifləşdirilmiş, xx xxxxxxxx 2018-ci il tarixli 15 nömrəli əmrlə X1 təqdim edənə kimi işdən azad edilərək dərsləri əvəzçilik qaydasında X15 tapşırılmış, lakin “Əmrlər kitabında” həmin saatların miqdarı və fənnlərin adı göstərilməmişdir. 2017/2018-ci dərs ilində X15 12 saat dərs və 4 saat dərnək məşğələ saatı tarifləşdirilməsinə və 2018/2019-cu dərs ilində 12 saat dərs tarifləşdirilməsinə baxmayaraq həmin dərs saatları və dərnək məşğələ saatları tədris olunmamış, sinif jurnalları və dərnək məşğələ jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparmamışdır. Bununla belə, X15 əsassız olaraq 2017-ci ilin sentyabr-dekabr aylarında 1400,76 manat əməkhaqqı hesablandığı və 1207,50 manat əməkhaqqı ödənildiyi, 2018-ci ilin yanvar-oktyabr aylarında 3761,60 manat əməkhaqqı hesablandığı və 3229,10 manat əməkhaqqı ödənilmişdir. 2017-ci ilin sentyabr ayından 2018-ci ilin noyabr ayına kimi olan dövr ərzində işə gəlmədiyi halda cəmi 5162,36 manat əməkhaqqı hesablandığı və 4436,60 manat artıq əməkhaqqı ödənildiyi müəyyən edilmişdir. İstintaqla müəyyən edilmişdir ki, Şahid14 2018-ci ilin yanvar ayından faktiki olaraq işə çıxmamışdır. İşə çıxdığı dövrdə isə hesablanmış əməkhaqqı olan 1207,5 manat onun özü tərəfindən bankomatlardan çıxaılmaqla götürülmüşdür. 2018-ci ilin yanvar-oktyabr aylarında Şahid14 işə çıxmamış, həmin dövr ərzində sonuncunun əməkhaqqı kartına köçürülmüş ümumilikdə 3229,10 manat pulun Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. X17 2017/2018-ci dərs ilində müəllimlərin işə qəbulu üzrə müsabiqə iştirak etmiş və müsabiqənin nəticəsinə əsasən xx xxxxxxxx 2017-ci il tarixli 289 nömrəli əmrlə Çobankənd kənd X40 ibtidai sinif müəllimi təyin edilmiş, həmin tədris ili üzrə 17 saat, 1 saat fakültativ məşğələ və məktəbdə fərdi təhsilə cəlb edilmiş İ sinif şagirdi X11 tədris etməsi üçün 8 saat olmaqla ümuilikdə 26 saat dərs tarifləşdirilmiş, 2018/2019-cu dərs ilində 18 saat və məktəbdə fərdi təhsilə cəlb edilmiş İİ sinif şagirdi X11 tədris etməsi üçün 8 saat olmaqla ümuilikdə 26 saat dərs tarifləşdirilmişdir. Gədəbəy Rayon Prokurorluğunun apardığı istintaqla X4 2017-ci ilin dekabr ayından faktiki olaraq məktəbdə dərs tədris etmədiyi və xx xxxxxx 2018-ci il tarixdən isə ümumiyyətlə Azərbaycan Respublikasını tərk etdiyi müəyyən olunmuş və Çobankənd kənd tam orta məktəbinin xx xxxx 2019-cu il tarixli 32 nömrəli əmri ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə X7 2017-ci ilin dekabr ayında 122,90 manat əməkhaqqı ödənildiyi, 2018-ci il ərzində 4605,90 manat əməkhaqqı ödənildiyi və 2019-cu ilin yanvar-fevral aylarında 1352,40 manat əməkhaqqı ödənildiyi, 2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına kimi olan dövr ərzində işə gəlmədiyi halda cəmi 6081,20 manat əsassız olaraq əməkhaqqı ödənildiyi müəyyən olunmuşdur. İstintaqla müəyyən edilmişdir ki, X19 2018-ci ilin yanvar ayından faktiki olaraq işə çıxmamışdır. İşə çıxdığı 2017-ci ilin dekabr aynıa hesablanmış əməkhaqqı olan 122,7 manat isə onun özü tərəfindən bankomatdan çıxarılmaqla götürülmüşdür. 2018-ci il ərzində, habelə 2019-cu ilin yanvar və fevral aylarında Günay Zeynalova işə çıxmamış, sonuncunun əməkhaqqı kartına ümumilikdə 5958,30 manat pul köçürülmüş, həmin məbləğlər Təqsirləndirilən şəxs tərəfindən bankomatlardan çıxarılmış, həmin məbləğdən ümumilikdə 896 manat Günay Zeynalovanın əvəzinə şifahi tapşırıq əsasında keçdiyi dərslərə görə Şahid6, 68 manatı isə Şahid7 Təqsirləndirilən şəxs tərəfindən nağd formada ödənilmişdir. Odur ki, qeyd olunan məbləğ 5958,30 manat çıxıldıqda Təqsirləndirilən şəxs Günay Zeynalovanın əməkhaqqı kartına köçürülmüş ümumilikdə 4994,5 manat pulu mənimsədiyi müəyyən edilmişdir. Həmçinin, X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” xx xxxx 2004-cü il tarixli 85 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin dekabr ayında 60,00 manat, 2018-ci ildə 546,00 manat və 2019-cu ilin yanvar-fevral aylarında 120,00 manat olmaqla cəmi 726,00 manat işə gəlmədiyi halda kommunal xidmətlərinin ödənilməsi üçün kompensasiya ödənilmişdir. İstintaqla müəyyən edilmişdir ki, Günay Zeynalovanın özü tərəfindən əməkhaqqı kartına köçürülmüş 726 manat pulun yalnız 60 manatını bankomtdan çıxarılmaqla götürülmüş, digər hissəsi, yəni 666 manat pul isə Təqsirləndirilən şəxs tərəfindən bankomatdan çıxarılmaqla mənimsənilmişdir. Təftiş aktından görünür ki, Şahid10 2017-ci ildə mövsümi oçaqçı vəzifəsi üçün 770,00 manat əməkhaqqı, 2018-ci ildə mövsümi oçaqçı vəzifəsi üçün 480,36 manat əməkhaqqı və 2019-cü ilin yanvar-mart aylarında mövsümi oçaqçı vəzifəsi üçün 271,60 manat əməkhaqqı ödənildiyi müəyyən olunmaqla ümumilikdə 2017-ci ilin yanvar ayından 2019-cu ilin aprel ayına kimi olan dövr ərzində cəmi 1521,96 manat əməkhaqqı ödənilmişdir. İşdə olan Teleqramdan görünür ki, zərərçəkmiş X5 Təqsirləndirilən şəxs şikayət və təbəi yoxdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli Ödəniş Qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Maliyyə Nəzarəti Xidmətinə 4000 manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nin Şəhdağ Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.2.3. və 179.2.4-cü maddələrinə əsasən eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarının 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxx 2006-cı il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində V.Əliyev adına Gədəbəy rayon Çobankənd kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Təhsil Nazirinin xx xxxxxx 1994-cü il tarixli, 636 nömrəli əmri ilə təsdiq edilmiş “Rayon Təhsil şöbəsinin (idarəsi) və məktəb direktorlarının” Əsasnaməsinə əsasən direktor kimi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, öz qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün 2017-2018-ci tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 291 nömrəli əmrə əsasən Çobankənd kənd X40 ibtidai sinif müəlliməsi işləyən X18 tədris etməsi üçün 12 saat dərs və 4 saat dərnək məşğələ saatı tarifləşdirsə də həmin dərs saatları, dərnək məşğələ saatları faktiki tədris olunmamış, sinif jurnalları və dərnək məşğələ jurnalı tərtib olunmamış, heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Leyla Yusibovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, adının məktəbdə saxlanılmaqla dərsə gəlmədiyi və tədris aparmadığı halda əmək stajının hesablanması və əməkhaqqının saxlanılması müqabilində Leyla Yusibovaya münasibətdə üstünlük əldə etməklə 2018-ci ilin yanvaroktyabr aylarında sonuncunun əməkhaqqı kartına köçürülmüş 3229,10 manat pulu, habelə Çobankənd kənd X40 bir müddət mövsümi ocaqçı vəzifəsində işləmiş Şahid10 2017-ci ilin yanvar ayından faktiki olaraq işə çıxmadığı halda, sonuncunun əməkhaqqı kartına 2017-ci ildə köçürülmüş 770 manat, 2018-ci ildə köçürülmüş 480,36 manat, 2019cu ilin yanvar-mart aylarında köçürülmüş 271,60 manat olmaqla ümumilikdə, 1521,96 manat pulu, 2017/2018-ci tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 289 nömrəli əmrə əsasən Çobankənd kənd X40 ibtidai sinif müəllimi işləyən X9 17 saat dərs, 1 saat fakültativ məşğələ və məktəbdə fərdi təhsilə cəlb edilmiş İ sinif şagirdi X12 tədris etməsi üçün 8 saat fərdi dərs olmaqla ümumilikdə 26 saat dərs tarifləşdirsə də, həmin dərs saatları faktiki tədris olunmamış, sinif jurnalları, dərnək məşğələ jurnalı və fərdi dərs jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Günay Zeynalovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, dərsə gəlmədiyi və tədris aparmadığı halda, əmək stajının hesablanması və əməkhaqqının saxlanılması müqabilində Günay Zeynalovaya münasibətdə üstünlük əldə etməklə 2018-ci ilin yanvaravqust aylarında sonuncunun əməkhaqqı kartına köçürülmüş 1995.5 manat pulu, 2018/2019-cu tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 13 nömrəli əmrə əsasən Günay Zeynalovaya 18 saat dərs və məktəbdə fərdi təhsilə cəlb edilmiş İİ sinif şagirdi X12 tədris etməsi üçün 8 saat fərdi dərs olmaqla ümumilikdə 26 saat dərs tarifləşdirsə də, həmin dərs saatları da tədris olunmamış, sinif jurnalları, fərdi dərs jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Günay Zeynalovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, dərsə gəlmədiyi halda 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayına kimi Günay Zeynalovanın əməkhaqqı kartına köçürülmüş 2998.8 manat pulu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” xx xxxx 2004-cü il tarixli 85 nömrəli qərarına uyğun olaraq hər ay əməkhaqqına əlavə olaraq 60 manat olmaqla hesablanan, 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayına kimi Günay Zeynalovanın əməkhaqqı kartına köçürülmüş ümumilikdə 666 manat pulu, 2016/2017-ci tədris ili üçün Şahid16 adına tarifləşmiş dərnək saatına görə sonuncunun əməkhaqqı kartına köçürülmüş 766.58 manat, Şahid17 adına tarifləşmiş dərnək saatına görə sonuncunun əməkhaqqı kartına köçürülmüş 1267.76 manat pulu “xxxx” ASC-nin Gədəbəy rayonu ərazisində olan bankomatlarından çıxarmaqla nəğdləşdirib, özgə əmlakını, ümumilikdə 12445.7 manat, yəni xeyli miqdarda ziyan vurmaqla, öz qulluq mövqeyindən sui istifadə etməklə, vahid niyyətlə mənimsəmə yolu ilə talamış, ölkənin təhsil sistemində çalışan şəxslərin əməyinin dövlət tərəfindən layiqincə ödənilməsi sahəsində bərqərar olmuş və qanunveirciliklə mühafizə edilən ədalətləlilik və şəffaflıq funksiyasının ciddi zədələnməsi ilə, hüquqi şəxslərin, dövlətin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “HONDA CR-V” markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən həmin avtomobil yolunda əks hərəkət zolağına çıxaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçısına, onların nəqliyyat vasitəsinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə, yəni hərəkətin intensivliyini nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini yol və metereoloji şəraiti xüsusən də hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, yol hərəkəti və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq, baş yolda hərəkətdə olan sürücü X13 etibarnamə əsasında idarə etdiyi “VAZ 2121” markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxmaqla həmin avtombillə toqquşmuş, nəticədə sürücü Nəriman Quliyevin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az-ağır zərər vurmaya aid-alt çənənin sıyrıqları, alt çənə sümüyünün sol şaxəsinin sınığı, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid - boyunun sağ baldırın əzilmiş yaraları, sağlamlığa zərər vurmayan xəsarətlər olmadığı üçün üçün dərəcələri təyin edilməyən sol bazunun qançırı, sağ əlin, sağ dizin sıyrıqları, həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid başın əzilmiş yarası ilə müşayiət olunan başın qapalı küt travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllədaxili hematoması kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan Nəriman Quliyevin xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində yaşadığı Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən evdə ölümünə, “VAZ 2121” markalı avtomobilə 2102 (iki min yüz iki) manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla belə, məhkəmənin qənaətinə görə vəzifəli şəxs olan Təqsirləndirilən şəxs əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının əlamətləri olsa da, bu əməl Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi tam əhatə olunurə Onun Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə də ittiham olunması və cəzalandırılması təqsirləndirilən şəxsin vəziyyətinin əsassız ağırlaşdırılmasına səbəb ola bilər. Ona görə də Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric edilməlidir. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3; 179.2.4. və 263.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12; 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin arvadı olan hüquqi varisi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.1. və 68.1-1-ci maddələriinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, onun ahıl yaşını, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın aradan qaldırılmasına yönəlmiş hərəkətlər edilməsini və zərərçəkmişə dəymiş ziyanın bir hissəsinin ödənilməsini, digər zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin olmamasını nəzərə alaraq, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyaları həddində qəti olaraq, azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməldir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi qənaətinə gələrkən, o halı da nəzərə alır ki, sınaq müddəti ərzində təqsirləndirlən şəxs üçün zərərçəkmişə vurduğu ziyanı tam ödəmək imkanı yaranır və o, bu ziyanı ödəməklə islah olunduğunu sübut etmiş olacaqdır. Azərbaycan Respublikası CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını və iş yerini tərk etməmək, vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 8445,7 manatı hissə-hissə ödəmək vəzifələri qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış X25 məxsus “VAZ-21214” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs Qəhrəman oğluna məxsus “Honda CRV” markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsinə mindikdən sonra sahiblərinə qaytarılmalıdırlar. İş üzrə ekspertiza xərci olan 650 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanaraq, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələrinin idarə etmə hüququ məhdudlaşdırlmaqla 04 (dörd) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin və Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını və iş yerini tərk etməmə və vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 8445,7 manatı hissəhissə ödəmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış X25 məxsus “VAZ-21214” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs Qəhrəman oğluna məxsus “Honda CRV” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsinə mindikdən sonra sahiblərinə qaytarılsınlar. İş üzrə 650 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar