Məhkəmə qərarları › İş №1(042)-8/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-8/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-8/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olan, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə içkili vəziyyətdə yaşadığı evə gəldikdə qeyri-rəsmi qaydada yaşadığı arvadı Şahid1 Əlibala qızı ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncu onu yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evdən qovmuş, bundan sonra evdən çıxıb Tovuz rayonuna getmiş, xx.xx.2019-cu il tarixədək Tovuz rayonunda atasına məxsus evdə qalmış, həmin tarixdə Gədəbəy rayonu Slavyanka kəndinə gəlmiş, xx xxxx 2019-cu il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən mənzilə sonuncunun iradəsi ziddinə daxil olaraq orada gecələməklə Zərərçəkmiş şəxsnm mənzil toxunulmazlığını pozduğuna görə Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Tovuz rayonu, Qaraxanlı kəndində anadan olmuş və həmin kənddə yaşamışdır. Təxminən 5 il bundan əvvəl Gədəbəy rayonu, Slavyanka kənd sakini Şahid1 Əlibala qızı ilə ailə həyatı qurmuş, uzun müddətdir Şahid1 ilə faktiki ailə münasibətində olaraq yaşayırlar. Vüsalə ilə taııış olub ailə həyatı qurduqdan sonra Gədəbəy rayonu, Slavyanka kəndində faktiki olaraq yaşamış, lakin arabir Tovuz rayonu, Qaraxanlı kəndinə Vüsalə ilə birlikdə gedib-gəlmişdir. Onlarla qonşuluqda Zərərçəkmiş şəxs yaşamışdır. Zərərçəkmiş şəxsnm əri Nəriman Cabbarov 2014-cü ildə yol-nəqliyyat hadisəsində təqsirləndirildiyindən həbs edilmişdir. Təxminən 1-2 ay olar ki, Nəriman Cabbarov həbsdən azad edilmişdir və hazırda Zərərçəkmiş şəxs ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Validənin qızı və oğlu Bakı şəhərində yaşadığından əri Nəriman həbs edildikdən sonra ilin payız aylarında Bakı şəhərinə gedir, yaz ayları isə yaşadığı evə qayıdır. Validə hər dəfə Bakı şəhərinə yollandıqda yaşadığı evin açarını onun arvadı Vüsaləyə vermiş və evə baxmağı xahiş etmişdir. 2018-ci ilin payız aylarından birində Validə Bakı şəhərinə yollanmış, onun əşyalarının daşınmasında o da Validəyə kömək etmiş və Validəni Bakı şəhərinə yola salmışdır. xx.xx.2019-cu il tarixdə içkili vəziyyətdə yaşadığı evə gəldikdə arvadı Vüsalə ilə aralarında mübahisə yarandığından arvadı onu evdən qovmuş, o, evdən çıxıb Tovuz rayonuna getmiş və xx.xx.2019-cu il tarixə kimi Tovuzda atasına məxsus evdə qalmışdır. xx.xx.2019-cu il tarixdə Slavyanka kəndində olan sahibsiz daxmada gecələmiş, xx xxxx 2019-cu il tarixdə hava soyuq olduğuna görə Validənin evində gecələmişdir. Validənin evinə evin ikinci mərtəbəsindən arxa tərəfdən daxil olmuşdur. Evə daxil olduqdan sonra üzbəüz divarda yerləşən soldan birinci otağa pəncərədən girib otaqdakı paltarları yerə sərib özünə yatacaq düzəltmiş və bir neçə saat yatıb orada istirahət etmişdir. Həmin pəncərənin cəftəsi içəridən açıq olduğuna görə pəncərəni əli ilə itələdikdə pəncərə açılmışdır. Hava soyuq olduğuna görə bir qədər yatdıqdan sonra üşüdüyü üçün oyanıb otaqdan çıxmışdır. O, otaqdan çıxdıqdan sonra eyvanda çömələrək saat 8 radələrinədək həmin vəziyyətdə yuxulamış və ayıldıqdan sonra evdən çıxaraq yerə sərdiyi paltarları düzəltmədən uzaqlaşmışdır. Həmin vaxt evin birinci mərtəbəsinə ümumiyyətlə, daxil olmamışdır. xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərindən Gədəbəy rayonu, Slavyanka kəndinə gəlmiş, rayon polis şöbəsinə evindən 1000 manat pulun oğurlanması barədə şikayət etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə hava soyuq olduğuna görə evində gecələdiyini özü demişdir. xx xxxx 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs bunu dedikdən sonra arvadı Vüsalə və qayınanası Zərəngül Validənin yaşadığı evin qapısını döyəndə, Validə ona demişdir ki, kartof saxladığı otağa keçsin. Bundan sonra isə polis əməkdaşları Validənin yaşadığı evə gəlmişlər. Validə Seymurun onu zorlamağa cəhd etməsi və 1000 manat pulunu oğurlaması barədə rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən 1000 manat məbləğində pulu oğurlamamış, Zərərçəkmiş şəxsnm yaşadığı evdə 1000 manat məbləğində pul olması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxsnm 1000 manat pulu olmasına və 1000 manat məbləğində pulu açıq vəziyyətdə olan evində qoyub Bakı şəhərinə getməsinə inanmır. Zərərçəkmiş şəxsnm onun evindən 1000 manat məbləğində pulu oğurlaması barədə əsassız iddialarından, şər-böhtanından yaxa qurtarması üçün anası X3 pulu Zərərçəkmiş şəxs ödəmişdir. O, elə zənn etmişdir ki, barəsində olan cinayət işi yekunlaşmışdır, həmin vaxtdan bəri Tovuz, Daşkəsən, Göygöl, Samux rayonu ərazilərində fəhləliklə məşğul olmuşdur. Həmçinin o, mobil telefon da işlətməmişdir. Onunla heç kimin əlaqə saxlamadığını görüb iş-güclə məşğul olmuşdur. Barəsində axtarış elan edilməsindən, Gədəbəy rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının onu axtarmasından xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs evdə olmadığı halda, həqiqətən onun icazəsi olmadan evinə girmişdir. Lakin Zərərçəkmiş şəxs zorlamağa cəhd göstərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. Seymur qonşusu Şahid1 ilə qeyri-rəsmi nikahdadır. Onunla əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. 2018-ci ilin noyabr ayında o, Bakı şəhərinə oğlu X6 və qızı X2 yanma getmişdir. Bakı şəhərinə getməmişdən əvvəl yaşadığı evin birinci mərtəbəsinin giriş qapısının açarını Seymurun arvadı Vüsaləyə vermişdir ki, eyvana yığılmış 12 kisə kartofu əri Seymurla birlikdə satsınlar. Əri Nəriman İİ qrup əlildir və əlilliyə görə pensiya alır. Əri tutulduqdan sonra Nərimanın pensiya kartı onda olmuş və hər ay karta pul yükləndikcə pulu çəkib, dar gün üçün saxlamışdır. Bakıya gedərkən ərinin pensiya kartından 10 ay ərzində çəkdiyi cəmi 1000 manat məbləğində pulu özünə əl çantasının içərisinə qoyub, çantanı isə evin ikinci mərtəbəsindəki yataq otağında üzərinə yorğan döşək yığılmış çarpayıda döşəklərin arasına gizlətmişdir. Həmin yataq otağının qapısını isə çöldən qıfılla bağlayıb, açarını özü ilə götürmüşdür. 2019-cu ilin mart ayının 11-də bayramqabağı olduğu üçün rayonun Slavyanka kəndindəki yaşadığı evə qayıtmışdır. O, evə gələndə günorta saat təxminən 12- 13 radələri olmuşdur. Evə gəlməmişdən əvvəl birinci mərtəbəyə giriş qapısının açarını almaq üçün Seymurun arvadı Vüsalənin istifadəsində olan mobil nömrəyə zəng edib ondan açarı gətirməsini istəmişdir. Vüsalə isə cavabında fəhləlikdə olduğunu, kartof yığdığını, açarı isə yaşadığı evin giriş qapısının qarşısındakı çantaya qoyduğunu söyləmişdir. Bundan sonra o, Seymurgilə gedib Vüsalənin dediyi yerdən yaşadığı evin açarını götürüb, öz evinə gəlmişdir. Yaşadığı ev təxminən 15 il əvvəl əri X1 tərəfindən inşa edilmişdir. Ev ikimərtəbəlidir. Həmin ev Slavyanka kəndinin icra nümayəndəliyində qeydiyyatdadır. O, birinci mərtəbəsinin giriş qapısını açıb evə daxil olduqda əvvəlcə yataq otağını süpürüb təmizləmişdir. Daha sonra Vüsalənin azyaşlı oğlu Ülfən evə gəlmişdir və o, Ülfənlə birlikdə yaşadığı evin ön tərəfinə keçib, oradan evin ikinci mərtəbəsinə daxil olmuşdur. Ülfən onun özü ilə gətirdiyi bəzi əşyaları ikinci mərtəbəyə yerləşdirilməkdə ona köməklik etmişdir. İkinci mərtəbəyə qalxdıqda, qapının əvəzinə çərçivədən asdığı odyalın bir tərəfinin açıq olduğunu görmüşdür. Elə zənn etmişdri ki, yəqin külək açmışdır. Evə daxil olduqda sol tərəfdəki otağın pəncərəsinin açıq olmasını görmüşdür. Belə olduqda evinə kiminsə daxil olmasından şübhələnmişdri. Həmin sol tərəfdəki otağa baxanda ərinə məxsus gödəkçənin və özünə məxsus paltarların yerdə sərili vəziyyətdə olduğunu görmüşdür. Hiss etmişdir ki, evinə kimsə daxil olmuş və paltarların üzərində uzanmışdır. Daha sonra digər yataq otağının qapısına yaxınlaşdıqda otağa giriş qapısının şüşəsinin bir hissəsinin sındırıldığını görmüşdür və açarla qapını açıb otağa daxil olmuşdur. Otağa daxil olduqda qapının qırılmış şüşə hissələrinin otağın içərisinə, qapının qarşısına töküldüyünü görmüşdür. Evə girən şəxsin otağa haradan daxil olmasını müəyyən etmək üçün dərhal otaqdan çıxıb, otağın pəncərəsinə baxmış və pəncərənin şüşəsinin bir hissəsinin sındırıldığını, pəncərənin isə bir qədər açıq vəziyyətdə olduğunu görmüşdür. Halbuki o, Bakı şəhərinə getdiyi vaxt həmin otağın pəncərəsini içəridən cəftə ilə bağlamışdır. Bundan sonra 1000 manat məbləğində pulun qoyduğu yerdə olub-olmamasını yoxlamaq üçün çarpayının üzərində olan döşəkləri əli ilə yuxarıya doğru qaldırıb içərisinə pul qoyduğu əl çantasının orada olduğunu, lakin çantanın bir qədər irəlidə olduğunu görmüşdür. Halbuki o, çantanı ora qoyarkən əli ilə dibə doğru, yəni divar tərəfə doğru itələmişdir. Çantanı götürüb içərisinə baxdıqda isə 1000 manat məbləğində pulun orada olmadığını görmüşdür. Daha sonra Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətt xidmətinə zəng edib yaşadığı evdən 1000 manat məbləğində pulun oğurlandığını bildirmişdir. Bir qədər sonra yaşadığı evə polis əməkdaşları gəlib baxış keçirmişlər və ondan izahat almışlar. xx xxxx 2019-cu il tarixdə gecə rədələrində yaşadığı evin birinci mərtəbəsindəki yataq otağında yatdığı vaxt boğulduğunu hiss edib, oyanmışdır. Gözlərini açdıqda kiminsə yorğan və ya əski parçası ilə ağzını və burnunu tutub, onu boğmağa çalışdığını görüb, əllərilə həmin şəxsi itələyib, çarpayıda oturmuşdur. Həmin şəxs ondan aralandıqda şəxsin qonşusu Seymur olduğunu, əynində paltar olmadığını görmüşdür. Daha sonra Seymur başının altına qoyduğu yastığı götürüb üzünə qoyaraq onu boğmağa çalışmışdır. Həmin vaxt o, Seymuru itələyib özündən aralamış və yastığı əli ilə kənara tullamışdır. Seymur ondan şikayət etdiyinə görə onu zorlayacağını bildirmişdir. Seymur əvvəlcə əynindəki kalqotkanı və alt paltarlarını, daha sonra isə əynindəki zəncirbəndli jaketi çıxartmışdır. Digər paltarlarını çıxarmasına isə o, imkan verməmişdir. Həmin vaxt o, Seymura baxdıqda tamamilə lüt olduğunu, əynində heç bir paltar olmadığını görmüşdür. Seymur əynindəki paltarları soyundurduğu vaxt o, ağlayaraq, qışqıraraq, Seymuru itələyərək müqavimət göstərməyə çalışsa da, Seymur əlləri ilə səsi çıxmasın deyə ağzından tutmuşdur. Lakin həmin vaxt Seymur cinsi orqanı qalxmadığı üçün onunla cinsi əlaqədə ola bilməmişdir. O, isə Seymurun sakitləşməsi üçün ağlayaraq yalvarmışdır. Seymur sakitləşib ondan aralanmış və əynindəki paltarları geyinib stolun üzərindəki termosdan özünə çay süzüb içmişdir. Çay içə-içə Seymur ondan üzr istəmişdir. Daha sonra o, ayağa qalxıb paltarlarını geyinib, Seymuru sakitləşməsi üçün yalvarmağa başlamış, onu tutdurmayacağını vəd etmişdir. Bundan sonra Seymur ona polis əməkdaşı Raminə zəng etməsini, Seymurun onun evindən oğurluq etməməsini deməsini tələb etmişdir. Saat təxminən 01.20-də o, Gədəbəy rayon polis şöbəsinin əməkdaşı Raminin istifadəsində olan mobil nömrəyə zəng edib özünü təqdim etmiş və qorxusundan Seymurun yaşadığı evdə olduğunu deməsə də, ona Seymurdan şikayətçi olmadığını, Seymurun evindən 1000 manat məbləğində pul oğurlamadığını demiş, təhlükəsizliyinin təmin edilməsi üçün yaşadığı evə polis əməkdaşlarını göndərməsini istəmişdir. Həmin vaxt Ramin onun nə demək istədiyini başa düşmüşdür. Bundan sonra Ramin müəllim Seymurun istifadəsində olan mobil nömrəyə zəng edib ondan harada olduğunu soruşmuş və X11 kəndində olduğunu, hazırda tanımadığı bir nəfərin evində çay içdiyini, oradan Slavyanka kəndinə gedəcəyini bildirmişdir. Daha sonra o, evin həyətinə çıxaraq, tualetə getmişdir. Tualetdə polis əməkdaşlarından biri istifadəsində olan mobil nömrəyə zəng etmiş və o, Seymuru sakitləşdirdiyini, hazırda evində olduğunu deyib daha sonra evə qayıdmışdır. Bir qədər sonra birinci mərtəbəyə giriş qapsınm çöldən döyüldüyünü hiss etmişdir. Seymur yan otağa, yəni kartof damma girmişdir. O, qapını açdıqda Zərəngül və qızı Vüsalə eyvana daxil olmuşlar. Vüsalə Seymurdan şikayət etdiyinə görə onunla mübahisə etmişdir. Bir qədər sonra qapının döyüldüyünü hiss edib, polis əməkdaşlarının gəldiyini bilib qapını açmışdır. Polis əməkdaşları içəri daxil olduqda onlara Seymurun kartof damında olduğunu bildirmiş və polislər Seymurun oradan çıxarıb, izahatının alınması üçün polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxslə əvvəllər heç vaxt düşmənçiliyi və ya ədavəti olmamışdır. Həqiqətən də onun yaşadığı evdən çantasının içərisindən 1000 manat pulu oğurlanmışdır. Seymur onun evinə icazəsi olmadan daxil olduğu üçün elə düşünür ki, pulunu da evindən elə Seymur aparmışdır. Əgər pulunu Seymur oğurlamamışdırsa, nə səbəbə onun anası Roza 1000 manat pulu ona vermişdir. Evindən oğurlanmış pul ona geri ödənilsə də, Seymurdan şikayətçidir. Seymur onu zorlamağa cəhd etmişdir. Lakin buna görə ona ittiham verilməmişdir. İş üzrə yenidən istintaq aparılması üçün işin istintaqa qaytarılmasını tələb edir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlibala qızı ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxslə ər-arvad münasibətində yaşamışlar. Zərərçəkmiş şəxs isə onun qonşusudur. Validə ilə münasibəti həmişə yaxşı olmuş, Validə ilə aralarında heç bir mübahisə və düşmənçilik olmamışdır. Validənin əri cinayət törətdiyi üçün cəzaçəkmə müəssisəsində cəza çəkmiş, övladları isə Bakı şəhərində yaşamışdır. Validə havalar soyuduqda Bakı şəhərinə övladlarının yanma gedir, yay aylarında isə, Gədəbəyə qayıdır. 2018-ci noyabr ayında Validə istifadəsində olan mobil nömrəyə zəng edib Bakı şəhərinə gedəcəyini, yığdığı kartofu satması üçün yaşadığı evin birinci mərtəbəsinin eyvanının açarını ona vermək istədiyini bildirmişdir. Bundan sonra Validə yaşadığı evə gedib evin açarını 11 yaşlı oğlu Ülfənə vermişdir. Daha sonra Validə ilə bir neçə dəfə mobil telefonla danışmış və Validə ondan yaşadığı evə gedib müəyyən işləri görməsini istəmişdir və o, qonşu olduğu üçün həmin işləri görmüşdür. 2019-cu ilin mart ayının 12-də Validə istifadəsində olan mobil nömrəyə zəng edib Gədəbəy rayonunda olduğunu deyib, evinin açarını ondan istəmişdir. O isə cavabında Validəyə fəhləlikdə olduğunu, kartof yığdığını, açarı yaşadıqları evin giriş qapısının qarşısındakı çantaya qoyduğunu söyləmişdir. Validə isə gedib açarı qoyduğu yerdən götürmüşdür. Bir neçə saat sonra Validə istifadəsində olan mobil nömrəyə zəng edib evindən oğurluq edildiyini, 1000 manat məbləğində pulunun oğurlandığını bildirmişdir. Həmin vaxt o, Validəyə polisə müraciət etməsini bildirmişdir. Təxminən 1-2 gün sonra Seymur istifadəsində olan mobil nömrəyə zəng edib ona polis əməkdaşlarının onu çağırdığını bildirmişdir. Daha bir neçə gün sonra isə Validə zəng edib guya Validənin onun evindən oğurluğun Seymur tərəfindən edildiyini dediyinə görə onu söymüşdür. Halbuki o, heç kimə Validənin evindən oğurluq edildiyini, oğurluğun Seymur və ya qeyrisi tərəfindən törədilməsini deməmişdir. Həmin gün axşam saatlarında anası Zərəngüllə birlikdə Validənin yaşadığı evə getmişdir. Qapını Validə açmışdır və onlar içəri daxil olmuşlar. Eyvana girdikdə içəridən siqaret qoxusu gəldiyini hiss edib, Validədən siqareti kimin çəkdiyini soruşmuşdur. Validə isə cavabında siqareti bacısı oğlunun çəkdiyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları eyvana daxil olmuş və Validə polis əməkdaşlarına Seymurun olduğu otağı göstərib Seymurun tutulmasını tələb etmişdir. İçəri keçən polis əməkdaşları Seymuru rayon polis şöbəsinə aparmışlar. O, sonradan bilmişdir ki, aralarında mübahisə olduğu üçün Seymuru evdən qovduqdan sonra, Seymur gecələmək üçün yer olmadığından Validənin yaşadığı evə girərək orada bir gecə qalmışdır. Seymurun Validənin yaşadığı evdən pul oğurlaması, Validəni zorlamağa cəhd etməsi və ya Validə ilə sonuncunun razılığı əsasında cinsi əlaqədə olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 İsrafil qızı ifadə verərək, bildirmişdir ki, o, Seymur Diinyamalıyev bir neçə il qızı Vüsalə ilə ar-arvad münasibətində yaşamışdır. Zərərçəkmiş şəxs isə onun qonşusudur. Validə ilə münasibəti həmişə yaxşı olmuş, onunla aralarında heç bir mübahisə və düşmənçilik olmamışdır. Validənin əri cinayət törətdiyi üçün cəzaçəkmə müəssisədində cəza çəkmiş, o, isə övladları ilə Bakı şəhərində yaşamışdır. Validə havalar soyuduqda Bakı şəhərinə övladlarının yanına gedir, yay avlarında isə Gədəbəyə qayıdır. 2018-ci noyabr ayında Validə Bakı şəhərinə getdiyi üçün yaşadığı evin açarını qızı Vüsaləyə vermişdir. Daha sonra Validə ilə qızı Vüsalə bir neçə dəfə mobil telefonla danışmış və Validə Vüsalədən yaşadığı evə gedib müəyyən işləri görməsini istəmiş və Vüsalə qonşu olduqları üçün həmin işləri görmüşdür. X8 rayonuna gəldikdə yaşadığı evin açarını qızından götürmüşdür. 2019-cu ilin mart ayının ortalarında Validə qızına zəng edib onu və qızını nalayiq sözlərlə təhqir etmişdir. Həmin gün axşam saatlarında o və qızı Vüsalə Validənin yaşadığı evə getmişlər. Qapını Validə açmış və onlar içəri daxil olmuşlar. Eyvana girdikdə içəridən siqaret qoxusu gəldiyini hiss edib, qızı Vüsalə Validədən siqareti kimin çəkdiyini soruşmuşdur. Validə isə cavabında siqareti bacısı oğlunun çəkdiyini bildirmişdr. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları eyvana daxil olmuş və Validə polis əməkdaşlarına Seymurun olduğu otağı göstərib onun tutulmasını tələb etmişdir. Həmin vaxt Validə həmçinin polislərin qızını da aparmasını istəmişdir. İçəri keçən polis əməkdaşları Seymuru rayon polis şöbəsinə aparmışlar. O, sonradan bilmişdir ki, Seymur gecələmək üçün yer olmadığından Validənin yaşadığı evə girərək orada bir gecə qalmışdır. Onun Validənin yaşadığı evdən pul oğurlaması, Validəni zorlamağa cəhd etməsi və ya Validə ilə sonuncunun razılığı əsasında cinsi əlaqədə olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə rayonun Slavyanka kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətt xidmətinə zəng edərək yaşadığı evdən 1000 manat məbləğində pulunun oğurlandığını bildirmişdir. Həmin vaxt Gədəbəy rayon polis şöbəsinin əməkdaşları ilə Validənin yaşadığı evə getmişlər. Ora getdikdə evin ikimərtəbəli olduğunu, ikinci mərtəbənin tam təmirsiz, qapısı və pəncərəsinin olmadığını görmüşlər. Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsində olan otaqlardan birinə, yerdən palpaltar sərildiyini bildirmişdir. Həmin otağa həqiqətən də yerdən pal-paltar sərilmiş və hiss olunmuşdur ki, orada kimsə yatmışdır. Daha sonra Zərərçəkmiş şəxs ikinci mərtəbədəki yataq otağının pəncərəsinin sındırıldığını, oradan otağa daxil olaraq, otaqdakı çarpayının üzərində olan yorğan-döşəyin arasına qoyduğu qara rəngli çantanın içərisindəki 1000 manat məbləğində pulun oğurlandığını bildirmişdir. Lakin həmin çarpayının üzərində olan yorğan döşək dağıdılmamış, səliqəli vəziyyətdə qalmışdır. O, Validədən yaşadığı evə oğurluğa girmiş şəxsin nə üçün evin birinci mərtəbəsinə düşmədiyini, ikinci mərtəbədə olan əşyaları dağıtmadığını, həmin şəxsin pulun çantanın içərisində olduğunu, çantanın isə çarpayının üzərindəki yorğan-döşəyin arasına qoyulduğunu necə bildiyini soruşduqda, Validə susaraq ona heç bir cavab verməmişdir. O, həmçinin Validədən 1000 manat məbləğində pulu nə üçün Bakı şəhərinə gedərkən özü ilə götürmədiyini soruşduqda, bu suala da, cavab verə bilməmişdir. xx.xx.2019-cu il tarixdə gecə saatlarında isə Validə onun və Gədəbəy rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi Ramin Mehdixanovun istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng edərək, Seymurun yaşadığı evdə olduğunu, Seymur barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətt xidmətinə şikayət etmədiyini bildirmişdir. Həmin gün sonuncu dəfə Validə ilə mobil telefon vasitəsi ilə danışdıqda, ona Seymurun hələ də evdə olduğunu deyib, gəlib onu aparmalarını istəmişdir. Gecə saatlarında polis əməkdaşları ilə birlikdə Validənin yaşadığı evə getdikdə, Validənin, Vüsalənin və Zərəngülün orada olduqlarını görmüşdür. Həmin vaxt Validə onlara Seymurun yan otaqda, yəni kartof damında olduğunu söyləmişdir. Həmin otağa girdikdə Seymurun orada olduğunu görmüşdür. Daha sonra Seymur izahatının alınması üçün Gədəbəy rayon polis şöbəsinə gətirilmişdir. Validə onlara Seymurun onu zorlamağa cəhd etməsi barədə heç bir söz deməmişdir. Validə onlara Seymurun yaşadığı evdən yalnız oğurluq etdiyini deyərək, onlardan Seymuru polis şöbəsinə aparmalarını istəmişdir. Onlar Validənin yaşadığı evin birinci mərtəbəsinin qapısından içəri daxil olduqları vaxt Validə, Zərəngül və Vüsalə evin birinci mərtəbəsinin girişində, yəni eyvanda dayanmışlar. Seymur isə kartof damında olmuşdur. Validənin yataq otağında isə heç kim olmamışdır. Həmin yataq otağında əşyalar dağıdılmamış, səliqəli şəkildə olmuş, Validənin yatdığı çarpayının üzərində olan yorğan döşəyin üzəri örtülü olmasa da, yorğan-döşək dağıdılmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan cinayət işi üzrə icraata hissəsvi xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli və sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3. və 29,149.1-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Onun barəsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsilə aparılan ********* nömrəli cinayət işi xx.xx.2018-ci il tarixdə sabiq Gədəbəy rayon prokuroru Allahverdi Səfərov tərəfindən xitam verilmişdir. İşdə olan Tovuz RİHB-nın Qaraxanlı Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə edilir . İşdə olan axtarışda olan şəxsin yaxalanması barədə protokol və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə tutulmuş və xx xxxxx 2020-ci il tarixdə azad edilmiş, yenidən xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən mənzilə sonuncunun iradəsi ziddinə daxil olaraq orada gecələməklə Zərərçəkmiş şəxsnm mənzil toxunulmazlığını pozmuş və bununla da Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iş üzrə onu da nəzərə alır ki, zərərçəkmişin təqsirləndirlən şəxsin ona məxsus yaşayış evindən oğurluq etməsi və onu zorlamağa cəhd etməsi haqqında göstərdikləri ilə əlaqədar artıq ibtidai istintaq aparılmış, həmin hallara qiymət verilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, onun yaşayış yeri üzrə mənfi xarakterizə edilməsi və tüfeyli həyat tərzi keçirməsi, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 158.2. və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə qədər, cəmi, 03 gün tutulması nəzərə alınsın və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 08 ( səkkiz) ay 18 (on səkkiz) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar