Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-9/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nəriman oğlu, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Maarif kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonunun Qaradağ kəndində Zərərçəkmiş şəxs Nəriman oğlunun həyətində onunla şəxsi münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu olan arvadı X1 məhəl qoymayıb bir-birinə əziz olan həmin şəxsin gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini əvvəlcədən dərk edib arzulayaraq xüsusi amansızlıqla yumruqla vuraraq, ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağ və sol yanağının şişkinliyi, qançırı ilə müşaiyət olunan alt çənə sümüyü başının və alt çənə sümüynün sol bucaq nahiyyəsinin sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ittiham ediolmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, o, Maarif kəndində anası Nəcibə ilə birlikdə yaşayır. Qaradağ kəndində yaşayan Zərərçəkmiş şəxs Nəriman oğlunu uzun müddətdir tanıyır, onunla nomal münasibətləri olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində qohumu Şahid2la Qaradağ kəndində olan ərzaq dükanında zərərçəkmişlə rastlaşmışdır. Onlar Məmməddən araq almasını xahiş etmişlər. Məmməd 700 qramlıq araq və kolbasaçörək almış, onlar Məmmədə məxsus VAZ 2106 markalı maşınla gəlib yolun kənarında kolbasa ilə həmin arağı içmişlər. Çörək yeyərkən Şükran Məmmədən maşınındakı diskləri ona satmasını xahiş etmişdir. Lakin Məmməd nalayiq sözlərlə təhqiredici tərzdə diskləri satmayacağını bildirmişdir. Ona görə də o, Məmmədi bir-iki dəfə vurmuşdur. Sonra onlar “Eldorado” İstirahət Mərkəzinin yanına gətirmişlər. Şükranın VAZ 2106 markalı maşını orada olduğuna görə maşından düşmüş, o, isə Məmmədin maşınını sürüb onu evlərinə gətirmişdir. Təxminən saat 17 radələrində Məmmədi həyətlərində düşürmüş, maşını orada qoyub getmək istəyəndə, Məmməd qaçıb arvadı Zəminəyə döyüldüyü barədə şikayət etmiş, həyətdə olan bulağın yanındakı beli götürüb onun üstünə gəlmiş, o, Məmmədin əlindən beli dartıb almış və yenə onu vurmuşdur. Məmməd yerə yıxılmış, Zəminə onlara yaxınlaşanda o, aralanıb getmişdir. Lakin maşının açarı onda qaldığı üçün açarı qaytarmaq məqsədi ilə geri qayıtmış, Məmməd onu görüb, söymüş, o da onu yenə də yumruqla və sağ əlininin arxası ilə sağ tərəf çənəsindən vurmuş, sonra oradan getmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Məmməd polis şöbəsinə şikayət etmişdir. O, hazırda zərərçəkmişlə barışmış, ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Nəriman oğlu ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonunun Qaradağ kəndində ailəsilə birlikdə yaşayır. Uzun müddətdir ki, Maarif kəndində yaşyayan Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. Onlarla nomal münasibətim olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində o, siqaret almaq üçün mağazaya getmiş, Şükürlə Şükranı da orada görmüşdür. Onlar onu cibindən pulu çıxaranda görmüş və ondan araq almasını xahiş etmişlər. O, da onlara 700 qramlıq bir araq, kolbasa-çörək almışdır. Onlar onun VAZ 2106 markalı maşını ilə gəlib yolun kənarında kolbasa ilə həmin arağı içmişlər. Şükran ona maşınındakı disklərdən xoşu gəldiyini, onları ona verməsini xahiş etmişdir. O, “maşının altından diskini vermək elə arvadı vermək kimi bir şeydir, elə məcburdursa gedək maşının diskinii də verim, sən də arvadını ver aparım” demişdir. Ona görə də Şükran onu yerə düşürmüş və döymüşdür. Şükür onu döyməyə qoymamışdır. Sonra onu maşına mindirib Söyüdlü ərazisinə gətirmiş, orada da Şükran onu döymək istəmiş, Şükür onu yenə döyməyə qoymamışdır. Oradan isə “Eldorado” İstirahət Mərkəzinin yanına gəlmiş, Şükranın VAZ 2106 markalı maşını orada olduğuna görə düşüb maşının yanında qalmış, Şükür isə onun maşınını sürüb onu evlərinə gətirmişdir. Saat 17 radələrində Şükür onu həyətlərində düşürmüş, maşını orada qoyub getmək istəyəndə o, qaçıb qapını açmış, arvadı Zəminəyə döyüldüyünü bildirib, səbəbini soruşmasını xahiş etmiş və dərhal həyətə çıxmış, həyətdə olan bulağın yanındakı beli götürüb Şükürün üstünə getmiş, Şükür beli onun əlindən dartıb almış və yenə onu vurmuşdur. O, yıxılmış, Zəminə onun yanına gələndə, Şükür aralanıb getmişdir. Zəminə onu danlamış, o da sərxoş vəziyyətdə Zəminəni söymüşdür. Bu vaxt Şükürün geri qayıtdığını görmüş, onu görəndə üstünə doğru getmiş və onu da söymüşdür. Şükür yenə ona yaxınlaşıb yumruqla, sonra sağ əlininin arxası ilə sağ tərəf çənəsindən vurmuşdur. O, yıxılmış və ağzından qan gəlmişdir. Zəminə Şükürə demişdir ki, bunu niyə öldürdün, qaldır içəriyə aparaq. Sonra Zəminə təcili yardıma zəng etmiş və onu xəstəxanaya gətirmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, o, Qaradağ kəndində yaşayır. Zərərçəkmiş şəxs Nəriman oğlu onun əri olmuşdur. Hazırda onlar ayrılmışlar. Məmməd onun ikinci həyat yoldaşıdır. Onunla evlilikdən dördyaşlı bir oğlu var. xx xxxxx 2020-ci il tarixdə o, evdə tək olmuş, uşaqlar anasıgildə olmuşlar. Saat 17 radələrində Məmməd üz-başı qanlı vəziyyətdə içəri girmiş, həyəcanlı şəkildə “məni döydülər, qoyma, qapıdadırlar, gəl gör niyə döyüblər” deyərək dərhal qayıdıb həyətə çıxmışdır. O, qalxıb onun arxasınca həyətə çıxanda Şükürü həyətdə görmüşdür. O, bilmişdir ki, Şükür Məmmədi maşında gətirmişdir. Məmməd Şükürə doğru getmiş, o da qapının ağzında durub onlara baxmışdır. Məmməd həyətdə olan bulağın yanındakı beli götürüb Şükürün üstünə gedəndə, Şükür beli onun əlindən dartıb almış, belin sapı ilə onu vurmuşdur. O, Məmmədin içkili olmasına və hər ikisi də avara olduqlarına görə əsəbiləşib əvvəlcə onlara yaxın getməmiş, onların davasına da qarışmaq istəməmişdir.Lakin Şükürə demişdir ki, ölər, tutularsan, onu az vur. Şükür Məmmədi döyüb, yerdə o vəziyyətdə qoyub getmişdir. O, Məmmədin yanına gəlmişdir ki, onu yerdən qaldırsın. Bu vaxt Şükür yenə həyətə qayıtmış, Məmməd onu görüb söymüş və ona tərəf getmişdir. Bu vaxt Şükür gəlib bir dəfə yumruqla və sağ əlinin arxası ilə Məmmədin çənəsindən vurmuş, Məmməd yıxılmış və onun ağzından qan gəlməyə başlamışdır. O, Şükürə demişdir ki, bunu niyə öldürdün, gəl qaldır içəriyə aparaq. Şükür “qoy ölsün” demiş, lakin Məmmədin ağzından qan gəldiyini, həm də gözü çevrildiyini görüb qorxmuş, təcili yardım çağırmasını xahiş etmişdir. O, 103 xidmətinə zəng edib təcili yardım maşını çağırmış, bir az keçmiş təcili yardım maşını gəlmiş və Məmmədi xəstəxanaya gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, o, Maarif kəndində yaşayır. Qaradağ kəndində yaşayan Zərərçəkmiş şəxs Nəriman oğlunu uzun müddətdir tanıyır, onunla nomal münasibətləri olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində qohumu Təqsirləndirilən şəxsla ərzaq dükanında Zərərçəkmiş şəxsla rastlaşmışdır. Onlar Məmməddən araq almasını xahiş etmişlər. Məmməd 700 qramlıq araq və kolbasa-çörək almış, onlar Məmmədə məxsus VAZ 2106 markalı maşınla gəlib yolun kənarında kolbasa ilə həmin arağı içmişlər. Çörək yeyərkən o, Məmmədən maşınındakı diskləri ona satmasını xahiş etmişdir. Lakin Məmməd nalayiq sözlərlə təhqiredici tərzdə diskləri satmayacağını bildirmişdir. Buna görə də Şükür Məmmədi bir-iki dəfə vurmuşdur. Sonra onlar “Eldorado” İstirahət Mərkəzinin yanına gəlmişlər. Onun VAZ 2106 markalı maşını orada olduğuna görə maşından düşmüş, Şükür isə Məmmədin maşınını sürüb onu evlərinə aparmışdır. O, həmin gün Məmmədi döyməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şükürlə Məmməd arasında dava olmuş və Məmməd xəstəxanaya düşmüşdür. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gədəbəy Rayon Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Şöbəsinin xx xxxxx 2020-ci il tarixli 194 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nəriman oğlunun bədən səthində aşkar edilmiş xəsarətlərsol qaş nahiyyəsinin əzilmiş yarası, sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ gözün alt qapağının sıyrığı, sağ qulaq arxası nahiyyəsinin şişkinliyi və qançırı, sağ və sol yanağının şişkinliyi, qançırı ilə müşaiyət olunan alt çənə sümüyü başının və alt çənə sümüynün sol bucaq nahiyyəsinin sınığı, sol baldırın qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri xx xxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ və sol yanağının şişkinliyi, qançırı ilə müşaiyət olunan alt çənə sümüyü başının və alt çənə sümüynün sol bucaq nahiyyəsinin sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 barəsində cinayət işinin başlanllması rədd edilmiş, inzibati icraat açılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Nəriman oğlunun ərizələrindən görünür ki, onlar barışmışlar və ona görə də cinayət işinin icraatına хitam vеrilməsini хahiş еtmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertin rəyini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.2-ci maddəsinə əsasən isə eyni əməllər xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən vu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonunun Qaradağ kəndində Zərərçəkmiş şəxs Nəriman oğlunun həyətində onunla şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs yumruqla vuraraq, ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağ və sol yanağının şişkinliyi, qançırı ilə müşaiyət olunan alt çənə sümüyü başının və alt çənə sümüynün sol bucaq nahiyyəsinin sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirlən şəxsin əməlində onun törətdiyi əməlin xüsusi amansızlıq kimi tövsüf edilməsi üçün zəruri olan hallarnin məcmusu yoxdur. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, əməlin xüsusi amansızlıqla törədəilməsinin tövsüfü zamanı təqsirləndirilənin bu əməli hər hansı başqa amansızlıq deyil, məhz xüsusi amansızlıq, yəni, müstəsna rəhmsizlik və qəddarlıqla törətməsi sübut edilməlidir. Lakin tərəflər arasında zərərçəkmiş şəxsə məxsus həyətdə zərərçəkmişin nalayiq söyüşləri və hərəkətləri nəticəndə baş vermiş dava qısa zaman kəsiyi ərzində davam etmiş, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xəsarət yetirmək niyyəti və qəsdi müəyyən edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, zərərçəkmişin həyat yoldaşı ilə olan münasibətləri, onların biri-birinə əziz və yaxın olmamalarını göstərir. Belə ki, zərərçəkmişin arvadı Şahid1 ifadə verərkən həm təqsirləndirlənin, həm də zərərçəkmişin avara olduqlarını bildirmişdir. Məhkəmə istintaqı mərhələsinədək isə onların arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən 127.1-ci maddəsinə tövsüf edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasın aid olması, təqsirləndirilən şəxsin törətdiyi əməldən pеşman olması, zərərçəkmiş şəхslə barışıq əldə еtməsi nəzərə alınmalı, o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və apеllyasiya prоtеsti vеrilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-9/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-9/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver