Məhkəmə qərarları › İş №1(044)-10/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-10/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-10/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X1 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızının, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Atatürk prospekti 256 ünvanında yerləşən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin girişindəki dəhlizdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəmnində təpiklə sonuncunun sol ayaq və xaya nahiyələrinə vuraraq sol bud, sol xayalıq nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonunda çobanlıqla məşğul olur və adətən yaylaqda olur. 2018-ci ilin sentyabr ayında əmisi oğlu X3 Bahadur Əli oğlu tərəfindən qətlə yetirilmişdir. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və Bahadur Qasımova 18 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmədə baxılması zamanı tərəflərin arasında mübahisə yaranaraq dava-dalaş düşmüşdür. Hadisədən sonra hərəkətlərindən peşman olmuş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun qardaşı X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, Bahadurun qaynanası Şahid6, Naibənin oğlu İqbal, bacısı Şahid1, Yeganənin qızı Zülfiyyə, yeznəsi Şahid2, Telmanın qardaşı Sədrəddin ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Saat 15 radələrində o, Naibə xanım və oğlu İqbal ilə məhkəmənin giriş qapısından keçən zaman Asifin qohumları onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış və onları öldürməklə hədələmişlər. Onlar isə heç nə deməyərək həmin şəxslərin dərdini başa düşüb heç bir söz deməmişlər. Onlar içəri daxil olanda orada olan təxminən 70-75 yaşlarında bir kişi ucadan onları öldürün deyən kimi Asifin qohumları kütləvi şəkildə üstlərinə hücum çəkmişlər. Həmin vaxt Gərayın qohumu olan Seymur adlı cavan oğlan onun alın nahiyəsinə yumruqla vurub, sonra Təqsirləndirilən şəxs adlı cavan oğlan təpiklə onun sol bud nahiyəsinə və xayasına təpiklə zərbə endirmişdir. O isə ağrıdan özünü ayaq üstə saxlaya bilməmiş və bu zaman o, aşağı əyildikdə Gərayın qohumu olan X6 və İlqar onun bel nahiyəsinə və bədəninin müxtəlif yerlərinə təpik və yumruqla zərbələr endirmiş və məhkəmədə olan polis əməkdaşları səsə gəldiyi üçün həmin şəxslər ondan uzaqlaşmışlar. Həmin hadisə Asif İsayevin onun qardaşı Bahadur tərəfindən öldürülməsi ilə bağlı sonuncunun qohumlarının onlara qarşı olan düşmənçiliyi və bunun nəticəsində hər dəfə məhkəmə prosesinə gələn zaman Gərayın və qohumlarınının onların ünvanına nalayiq ifadələr işlətməsi və üzərilərinə hücum çəkmələri zamanı baş vermiş və həmin hadisə 2-3 dəqiqə müddətə davam etmişdir. Həmçinin ona çatan məlumata görə həmin şəxslər məhkəmə proseslərində Bahadura ondan heyiflərini çıxaraq qisas alacaqlarını və Bahadurun uşaqlarını və qardaşlarını öldürəcəyini bildirmişlər. Dava-dalaş zamanı orada onunla birlikdə Şahid6, Naibənin oğlu İqbal və ondan xeyli arxada gələn bacısı Yeganə, Yeganənin qızı Zülfiyyə, yeznəsi Telman, Telmanın qardaşı Sədrəddin və Asifin atası olan Gərayın onların üzərilərinə hücum çəkmiş qohumları, həmçinin səsə gələn polis əməkdaşları olmuşdur. Həmin dava dalaş qısa zaman kəsiyində bir anda baş vermiş, səs küy yaranmış olsa da, həmin vaxt polis əməkdaşları yaxınlaşdığı üçün sonuncular ondan aralaşmışdırlar. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun dayısı X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində onu aldadaraq evlənmək üçün qaçırmış olan Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, anası Şahid1, atası Şahid2, dayısı Zərərçəkmiş şəxs, əmisi Qasımov Sədrəddin, Bahadurun qaynanası Şahid6, Naibənin oğlu İqbal ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Saat 15 radələrində Alı Naibə xanım və oğlu İqbal ilə məhkəmənin giriş qapısına tərəf getmiş, o, isə valideynləri Telman və Yeganə, həmçinin əmisi Sədrəddin ilə məhkəmənin qarşısında dayanmışlar. Alı, Naibə xanım və İqbal ilə içəri daxil olan kimi Asifin qohumları kütləvi şəkildə sonuncuların üstünə hücum çəkmiş, həmin vaxt Asifin qohumları Zərərçəkmiş şəxs və Naibə xanıma müxtəlif dərəcəli bədən xəsarəti yetirmişlər. Həmin vaxt məhkəmədə olan polis əməkdaşları səsə gəldiyi üçün Asifin qohumları olan və dayısıgilin üzərinə hücum çəkmiş şəxslər oradan uzaqlaşmışlar. Həmin hadisənin baş verməsinə səbəb Asifin ailəsinin onlara olan düşmənçilik münasibətidir. Buna görə də, Alı, Naibə və İqbal ilə Gəncə Ağır Cinayətlər məhkəməsinin giriş qapısından içəri daxil olan kimi Asifin qohumları sonuncuların üzərinə hücum çəkmişlər. Həmin hadisə 2-3 dəqiqə müddətə davam etmişdir. Həmin vaxt anidən Asifin qohumları Alının və Naibənin üzərinə hücum çəkmişlər. Bu vaxt Asifin qohumu olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək ona yumruq və təpiklə zərbə endirmişdir. Həmin dava dalaş qısa zaman kəsiyində bir anda baş vermişdir. Daha sonra polis əməkdaşları yaxınlaşdığı üçün Asifin qohumları onun qohumlarından aralanmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun qardaşı X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində onun qızı Zülfiyyəni aldadaraq evlənmək üçün qaçırmış olan Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, yoldaşı Şahid2, qızı Şahid3, qardaşı Zərərçəkmiş şəxs, qaynı Qasımov Sədrəddin, Bahadurun qaynanası Şahid6, Naibənin oğlu İqbal ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Saat 15 radələrində Alı Naibə xanım və oğlu İqbal ilə məhkəmənin giriş qapısına tərəf getmiş, o isə Zülfiyyə, Telman və Sədrəddin ilə məhkəmənin qarşısında dayanmışdır. Alı, Naibə xanım və İqbal ilə içəri daxil olan kimi Asifin qohumları kütləvi şəkildə onların üstünə hücum çəkmiş, həmin vaxt Asifin qohumları Alıya və Naibə xanıma müxtəlif dərəcli bədən xəsarəti yetirmişlər. Bu zaman məhkəmədə olan polis əməkdaşları səs-küyə gəldiyi üçün Asifin qohumları oradan qaçaraq uzaqlaşmışlar. Həmin hadisənin baş verməsinə səbəb Asifin ailəsinin onlara olan düşmənçilik münasibəti olmuşdur. Həmin hadisə 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt anidən Asifin qohumları Alının və Naibə xanımın üzərinə hücum çəkmişlər. Bu vaxt Asifin qohumu olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək ona yumruq və təpiklə zərbə endirmişdir. Həmin dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Həmin dava-dalaş qısa zaman kəsiyində bir anda baş vermişdir. Sonra polis əməkdaşları yaxınlaşdığı üçün Asifin qohumları onun qohumlarından qaçaraq oradan aralaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun qaynı X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində qızı Zülfiyyəni evlənmək üçün qaçırmış olan Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, arvadı Şahid1, qızı Şahid3, yeznəsi Zərərçəkmiş şəxs, qardaşı Qasımov Sədrəddin, Bahadurun qaynanası Şahid6, Naibənin oğlu İqbal ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Saat 15 radələrində Alı Naibə xanım və İqbal ilə məhkəmənin giriş qapısına tərəf getmiş, o, isə qızı, yoldaşı və qardaşı Sədrəddin ilə məhkəmənin qarşısında dayanmışdır. Alı Naibə xanım və İqbal ilə içəri daxil olan kimi Asifin qohumları kütləvi şəkildə onların üstünə hücum çəkmişlər. Həmin vaxt Asifin qohumları Alıya və Naibə xanıma müxtəlif dərəcəli bədən xəsarəti yetirmişlər. Bu zaman məhkəmədə olan polis əməkdaşları səsə gəldiyi üçün Asifin qohumları oradan qaçaraq uzaqlaşmışlar. Həmin hadisənin baş verməsinə səbəb Asifin ailəsinin onlara olan düşmənçilik münasibəti olmuşdur. Hadisə 2-3 dəqiqə davam etmişdir. Bu vaxt anidən Asifin qohumları Alının və Naibə xanımın üzərinə hücum çəkmişlər. Asifin qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək ona yumruq və təpiklə zərbə endirmişdir. Həmin dava-dalaş qısa zaman kəsiyində bir anda baş vermişdir. Hadisə vaxtı polis əməkdaşları yaxınlaşdığı üçün Asifin qohumları onun qohumlarından aralaşaraq oradan qaçmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, kürəkəni X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, oğlu İqbal ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Bu zaman Asifin qohumları da məhkəmədə olmuşdur. Həmçinin oğlu İqbal, kürəkəni Bahadurun qardaşı Alı da onlarla bir yerdə olmuşdur. Onlar məhkəmənin giriş qapısından içəri daxil olan kimi Asifin qohumları onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin vaxt bir anda Asifin qohumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək ona yumruq və təpiklə zərbə endirmişdir. Həmin dava-dalaş qısa zaman kəsiyində bir anda baş vermişdir, səsküy yaranmış olsa da onlar dərhal bir-birlərindən aralaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, yeznəsi X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, anası Naibə və Bahadurun qardaşı Alı ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Bu zaman Asifin qohumları da məhkəmədə olmuşlar. Onlar məhkəmənin giriş qapısından içəri daxil olan kimi Asifin qohumları onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar isə sonuncuların dərdlərini başa düşərək heç bir söz deməmişlər. Həmin vaxt Asifin qohumları onların üstünə hücum çəkmişlər. Bu zaman Gərayın qohumu Təqsirləndirilən şəxs Alıya yumruq və təpiklə zərbələr endirmişdir. Həmin dava-dalaş qısa zaman kəsiyində bir anda baş vermiş, səs-küy yaransa da, onlar dərhal bir-birlərindən aralaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, onun qardaşı X9 2018-ci ilin sentyabr ayında Gəncə şəhərində Asif İsayevi bıçaqla xəsarət yetirərək öldürmüşdür. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, qardaşı Bahadurun qaynanası Şahid6, Naibənin oğlu İqbal və qardaşı Alı ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə gedərkən, məhkəmə prosesinin başlamasına müəyyən müddət qaldığı üçün o, məhkəməyə getmədən Vəkil Bürosuna tərəf getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qaynı Gərayın oğlu Asif İsayev 2018-ci ilin sentyabr ayında X9 tərəfindən qətlə yetirilmişdir. Bununla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı o, arvadı Şahid5, qaynı X8, qaynının arvadı Şahid12 və digər qohumları ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Saat təxminən 15 radələrində onlar Ağır Cinayətlər Məhkəməsinin girişində dəhlizdə olmuşlar, həmçinin Bahadurun qohumları da həmin vaxt məhkəmədə olmuşlar. Onlar orada olan vaxt tərəflər mübahisə etməyə başlamışlar və onların arasında dava-dalaş düşmüşdür. Həmin vaxt səs-küyü eşidən məhkəmə işçiləri yaxınlaşaraq onları aralamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında qardaşının oğlu Asif X2 tərəfindən qətlə yetirilmişdir. Bununla bağlı Gəncə şəhər prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin məhkəmə prosesi ilə bağlı qohumları ilə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Saat təxminən 15 radələrində onlar Ağır Cinayətlər Məhkəməsinin girişində dəhlizdə olarkən Bahadurun qardaşları Şakirlə Alı qardaşı Gəraya yaxınlaşaraq hədəqorxu gəlməyə başlamışlar ki, şikayətçi olmasınlar. Bu zaman Alı yumruqla Gərayın əlindən zərbə endirmişdir. Həmin vaxt səs-küyü eşidən məhkəmə işçisi ora yaxınlaşdıqda Şakir, Alı və Naibənin oğlu İqbal oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2005-ci ildən X7 xidmət edir. Hal-hazırda vəzifəsi Gəncə Ağır Cinayətlər Məhkəməsində inzibati binada ictimai asayişi qorumaqdan ibarətdir. xx.xx.2019-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında xidmət yoldaşı olan polis kiçik serjantı Şahid8 ilə birlikdə xidmətdə olduğu vaxt məhkəmənin dəhlizində olan 3-4 nəfər şəxslə məhkəmin girişindən içəri daxil olan 3-4 nəfər şəxsin arasında mübahisə yaranaraq səs-küy düşmüş və aralarında əl-ayaq zərbələri ilə dava olmuşdur. Onlar Emillə birlikdə həmin dalaşan şəxslərə yaxınlaşmış və dalaşan şəxsləri aralamağa çalışsalar da, həmin şəxslər davanı davam etdirmişlər. Bu zaman məhkəmədə ucadan səs küy yarandığı üçün məhkəmədə olan digər şəxslər də ora toplaşmışdır. Bundan sonra onlar telefonla Nizami RPİ-nin növbətçi hissəsinə xəbər vermiş və həmin şəxsləri aralayaraq bir-birindən uzaqlaşdırmışlar. Bundan sonra isə Nizami RPİ-nin əməkdaşları hadisə yerinə gələrək sənədləşmə aparmışdır. Orada kütlə şəklində dava olduğu üçün o, yerdə olan şəxsi vuranı görə bilməmişdir. Həmin mübahisə və dava dalaş qısa zaman ərzində təxminən 5-7 dəqiqə müddət ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Gəncə şəhəri üzrə İcra İdarəsində işləyir. Hal- hazırda isə həmin İdarənin böyük icra məmuru vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə Gəncə Ağır Cinayətlər Məhkməsində növbətçi olmuşdur. Həmin vaxt növbətçi olduğu müddət ərzində məhkəmənin iclas zalında məhkəmə prosesində olarkən məhkəmənin dəhlizindən ucadan səs-küy səsləri eşidilməyə başlamış, həmin vaxt o, təcili olaraq məhkəmə zalından çölə çıxmış və çölə çıxdıqda məhkəmənin giriş hissəsində dəhlizdə təxminən 10 nəfər şəxsin bir-birlərinə girərək mübahisə və dava etdiklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq aralamağa çalışmış, həmçinin onunla birlikdə iki nəfər məhkəmədə işləyən polis əməkdaşı da dalaşanları aralamağa çalışmışdır. Lakin həmin şəxslər ucadan səs küy salaraq, bir-birilərinə söyüşlər söyüb davanı davam etdirmişlər. Onlar həmin şəxsləri aralayarkən o, bir nəfər orta yaşlı kişinin yerdə olduğunu və burnundan qan gəldiyini görmüşdür. Onlar polis əməkdaşları ilə həmin şəxsləri güclə bir-birlərindən aralamış, bundan sonra isə o, həmin burnundan qan gələn şəxsi qırağa çəkərək kömək etmişdir ki, burnunu və üzünü yusun. Bundan bir neçə dəqiqə sonra isə Gəncə şəhər Nizami rayonunun polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin vaxt dalaşan şəxslər çox olduğu və kütlə şəklində dava olduğu üçün o, həmin şəxsi vuranı görə bilməmişdir. Həmin mübahisə və dava dalaş təxminən 7-8 dəqiqə müddət ərzində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 477 nömrəli rəyindən görünür ki, Şahid4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun sümüyünün qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin sıyrığı, hər iki gözaltı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 479 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bud, sol xayalıq nahiyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, alın, bel, sağ qasıq nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 483 nömrəli rəyindən görünür ki, X4 bədənində aşkar edilmiş xəsarət – sol əlin qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 482 nömrəli rəyindən görünür ki, Şahid12 bədənində aşkar edilmiş xəsarət – döş qəfəsinin arxa səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 478 nömrəli rəyindən görünür ki, Şahid6 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol gözün üst qapağının sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Şahid5 Şahid6 vuraraq sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı ilə əlaqədar Şahid5 əməlində heç bir cinayət əməlinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Şahid5 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Gəncə şəhər Nizami RPİ-nə göndərilmiş, X6, Şahid4 və Seymur adlı şəxslərin barələrində cinayət təqibi başlanması rədd edilmiş və bu barədə material ayrılmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Atatürk prospekti 256 ünvanında yerləşən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin girişindəki dəhlizdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəmnində təpiklə sonuncunun sol ayaq və xaya nahiyələrinə vuraraq sol bud, sol xayalıq nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızı tərəfindən 30 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Həsənova Gövhərşah İzzət qızının vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Həsənova Gövhərşah İzzət qızının vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar