Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-107/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X2, müdafiəçi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Samux rayonu, Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan və ünvan 1-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 31.01.2021-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək onun ənsə nühiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sıl yanağın qançırı, sıyrığı yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək kimi fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs ilə 2017-ci ildən rəsmi ailə qurmuş, birgə nikahdan bir azyaşlı övladları var və əvvəllər münasibətləri yaxşı olmuş, 2020-ci ilin sentyabr ayında Qarabağ döyüşlərində iştirak etmək üçün müharibəyə getmiş, müharibədən gəldikdən sonra ünvan 2 ünvanda kirayədə yaşamışlar. Fidan azyaşlı qızı X1 yaxşı baxmadığı üçün Fidanın razılığı ilə Ülfət Həsənzadəni saxlamaq üçün öz valideynlərinə vermişdir. 29.01.2021-ci il tarixdə Fidan Gəncə şəhəri, Bağmanlar qəsəbəsində yerləşən “Ucuzluq” mağazasına satıcı kimi işə düzəlmişdir. 31.01.2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evə gəlmiş, evi dağınız vəziyyətdə görmüş, Fidanın ona yeməyə heç nə hazırlamadığı üçün əsəbləşmiş və evi özü yığışdırmışdır. Sonra saat 19 radələrində Fidan işdən evə gəlmiş, həmin vaxt Fidana nə üçün evi yığışdırmadığı və yemək hazırlamadığı üçün əsəbiləşmiş, Fidanın evə ailəyə biganə olmasına görə ona iradlarını bildirmişdir. Bundan sonra Fidan ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, yumruqla Fidanın sifət və baş nahiyəsinə qəsdlə vuraraq döymüşdür. 01.02.2021-ci il tarixdə saat 08 radələrində Fidan işlədiyi “Ucuzluq” mağazasına getmiş, həmin günü saat 20:00-radələrində Fidan işdən evə gec gəldiyi üçün narahat olmuş, Fidanın işlədiyi “Ucuzluq” mağazasına getmişdir. Həmin vaxt Fidan onun əlində olan evin kilid açarlarını görmüş, Fidan ondan qorxaraq DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin vaxt Fidanın ondan qorxduğunu hiss etmiş və yaşadığı evə getmişdir. O, yaşadığı evə getdikdən sonra ona məlum olmuşdur ki, Fidan vlideynlərinin yaşadığı evə getmişdir. Hazırda hərəkətindən peşmandır. O, zərərçəkmişlə barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2017-ci ildən rəsmi ailə qurmuş, birgə nikahlarından bir azyaşlı övladı var. Urfan mütəmadi olaraq spirtli içki qəbul etdiyini və sərxoş vəziyyətdə müxtəlif bəhanələr gətirərək onu döydüyünü bildirmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq Urfan ona iş tapıb işləməsini bildirmişdir. Buna görə də o, kirayədə yaşadığı Yeni Gəncə qəsəbəsi yaxınlığında müxtəlif mağazalara iş tapmaq üçün müraciət etmiş, 28.01.2021-ci il tarixdə Bağmanlar qəsəbəsində yerləşən “Ucuzluq” geyim əşyalarının satışı mağazasında işə düzəlmişdir. 31.01.2021-ci il tarixdə saat təxminən 20 radələrində işdən evə gələndə Urfanın evdə olduğunu görmüş, həmin Urfan sərxoş vəziyyətdə öz telefonunu ona verərək, anası ilə danışmağını bildirmiş, özü isə piva almaq üçün yaxınlıqdakı mağazaya getmişdir. Urfan evə gələrkən özü ilə iki şüşə pivə alıb gətirmiş, həmin pivələri də içib qurtardıqdan sonra daha da sərxoş olaraq, onunla münaqişə yaratmağa başlamış, bundan sonra Urfan yumruqla onun başına və sifət nahiyəsində vuraraq döymüşdür. 01.01.2021-ci il tarixdə Gəncə şəhəri, Bağmanlar qəsəbəsində yerləşən “Ucuzluq” mağazasında işdə olan zaman təxminən saat 19 radələrində Urfan mağazaya gəlmiş, həmin vaxt Urfanın əlində evin kilid açarlarını görmüş, Urfanın onu döyəcəyindən şübhələnib qorxaraq DİNnin 102 xidmətinə müraciət etmiş, həmin vaxt onların aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 05.02.2021ci il tarixli 142 saylı rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ənsə nahiyyəsinin yumşaq toxumalarının qançırşişkinlik halında əzilməsi, sol yanağın qançırı, sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni 31.01.2021-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 31.01.2021-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək onun ənsə nühiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sıl yanağın qançırı, sıyrığı yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-cimaddəsiilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 11.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icrrat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-107/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-107/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver