Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-110/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı Adil oğlunun, Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Cavadxan küçəsi,8-ci döngə,ev 24C-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında Gəncə şəhəri,M.A.Abbaszadə küçəsində yerləşən “Aybəniz” şirniyyat evində baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsinə qəsdən əli ilə vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 onun arvadıdır.Yeganə ilə təxminən 24 ildir ki, rəsmi şəkildə ailə həyatı qurmuşlar. Birgə nikahdan 2 övladı vardır.Təxminən bir ildirki arvadı Yeganə ilə ailə məsələlərinə görə ayrı yaşayırlar. Belə ki, Yeganə yaşadıqları evdən çıxaraq Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsində yaşayan anasının yanına getmişdir.Öz seçimləri ilə oğlan övladı onunla,qız övladı isə anası Yeganə ilə qalmışdır.xx.xx.2021-ci il səhər saat 08 radələrində arvadı Yeganə ilə aldığı torpaq barəsində söhbət etmək üçün sonuncunun işlədiyi “Aybəniz” şirniyyat evinə getmişdir.Yeganəni Gəncə şəhər 1 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən avtobus dayanacağında görüb sonuncuya yaxınlaşmışdır.O,Yeganədən təxminən 1-2 il bundan əvvəl aldığı torpaq sahəsinin pulunu atasından alıb ona qaytarmasını tələb etmişdir.Yeganə də ətrafda camaatın hər ikisinə baxdığını deyəndə o,Yeganəyə işlədiyi şirniyyat evinin yanında söhbət etməyi təklif etmişdir.Yeganə də iş yerinə gedib müdirdən icazə alıb çölə çıxacağına söz vermişdir.Lakin Yeganə sözünə əməl etməyib çölə çıxmayanda o arxasınca şirniyyat evinə girmişdir.O Yeganəni şirniyyat evində kənara çəkib pulu tələb edəndə sonuncu ona məhkəmədə pulu qaytaracağına söz vermişdir.O da hövsələdən çıxıb Yeganəyə məhkəmədə pul vermədiyini deyib əsəbindən sillə ilə baş nahiyəsinə qəsdən vurmuşdur. Hadisədən sonra hərəkətlərindən peşman olmuş və Yeganədən üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1997-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi şəkildə ailə həyatı qurmuşdur.Həmin nigahdan 2 övladları vardır.İlqar mütəmadi olaraq spirtli içkilər içib evdə münaqişələr yaratmışdır. Ona görə də təxminən 1 ildir ki, əri İlqardan ayrı anasıgildə yaşamışdır.Belə ki,qız övladı onunla,oğlan övladı isə atası İlqarla birlikdə qalmışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində işə gələndə Gəncə şəhər M.A.Abbaszadə küçəsində yerləşən “Aybəniz” şirniyyat evinin qarşısında qarşısını əri İlqar kəsmişdir.İlqar onun paltarından tutub kənara çəkmiş onunla mübahisə edərək ondan təxminən 3-4 il bundan əvvəl aldıqları torpaq sahəsinə vermiş olduğu pulu tələb etmişdir.O,da İlqara boşanmaq üzrə olduqlarını və məhkəmədə pulu qanuni şəkildə tələb etməsini izah etmişdir.Sonra iş yerinə girmişdir. Lakin İlqar arxasınca iş yerinə gələrək puldan əlavə evdən qızılları oğurladığını deyərək ona şər atmışdır.Həmin qızılları vermədiyi təqdirdə isə onu öldürməklə hədələmişdir. İlqar iş yerində onunla mübahisə edərək əli ilə baş və sifət nahiyəsinə vurmaqla onu döymüşdür. İlqar onu əli ilə döyən zaman onun başı divara dəymişdir. Həmin zaman yanlarında heç kim olmamaışdır. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Gəncə şəhər Şöbəsindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 150 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət–təpəənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması,sol yanaq nahiyəsinin qançırı–bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında Gəncə şəhəri,M.A.Abbaszadə küçəsində yerləşən “Aybəniz” şirniyyat evində baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs,arvadı Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsinə qəsdən əli ilə vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin fakt üzrə barəsində cinayət təqibi rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 4 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 24 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 24 manat məbləğində pul köçürülsün (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq bank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-110/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-110/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver