Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-124/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 3 azyaşlı uşağı olan, X2 çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-R.RMəmmədov), 12.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 16.11.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 16.11.2020-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20 ünvanında yerləşən evini qanunsuz tərk edib saat 10:55 dəqiqədən 17.11.2020 - ci il saat 10:27 dəqiqəyədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, 17.11.2020-ci il tarixdə saat 11:15 dəqiqədən saat 20:40 dəqiqəyədək Gəncə şəhəri, Gəncə küçəsi 1 - Kəpəz Mehmanxanasının, N.Nərimanov küçəsi 135, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, B.Hacıyev küçəsi 1, Ə.Əliyev prospekti 311, Samux rayonu, Fizuli küçəsi, Goranboy rayonu, Faxralı kəndi, Samux rayonu, Yuxarı Ağasıbəyli, Samux rayonu, Fizuli küçəsi, Goranboy rayonu, Ağamalıoğlu kəndinin yerləşdiyi ərazilərdə, 18.11.2020-ci il tarixdə, saat 09:13 dəqiqədən saat 18:12 dəqiqəyədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, saat 18:12 dəqiqədə ünvan 2 ünvanının, saat 22:26 dəqiqədən 19.11.2020-ci il tarixdə saat14:00-dək Gəncə şəhəri Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, 19.11.2020-ci il tarixdə, saat 14:00 dəqiqədə saat 18:12 dəqiqəyədək olan müddət ərzində Gəncə şəhəri, Ə.Əliyev prospekti 403A ünvanının, saat 14:44 dəqiqəyədək yenidən Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, saat 14:44 və saat 14:46 dəqiqələrdə Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, 16.11.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək Goranboy rayonunun, Samux rayonunun, Göygöl rayonunun yerləşdiyi ərazilərdə, 22.11.2020-ci il tarixdə saat 09:49 dəqiqədən saat 21:41 dəqiqəyədək Gəncə şəhəri, Gəncə küçəsi 1- Kəpəz Mehmanxanasının, Cavadxan qəsəbəsi, Ə.Əliyev prospekti 311, N.Nərimanov küçəsi 135 ünvanlarının yerləşdiyi ərazilərdə, bundan başqa 22.11.2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20 ünvanında yerləşən evini qanunsuz tərk edib yaşadığı binanın arxa tərəfində yerləşən çörək sexinin və binanın qarşı tərəfində yerləşən “Al Market” ərzaq mağazasının yerləşdiyi ərazilərdə olmaqla çörək və qida malları alıb çörək sexində və mağazada satıcılarla təmasda olaraq epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə dəfələrlə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da o, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20-də ailə üzvləri ilə birlikdə yaşayır və 10 ildir ki, X2 çilingər vəzifəsində işləyir. 12.11.2020-ci il tarixdə çalışdığı X3 rəhbərliyi işçiləri, o cümlədən onu “Covid-19” virusundan test vermək üçün Gəncə şəhər A.Səhhət adına xəstəxanaya göndərdiyi üçün həmin tarixdə A.Səhhət adına xəstəxanada yaxma üsuli ilə “Covid-19” virusundan test vermiş, şəxsi anket məlumatlarını, o cümlədən istifadəsində olan mobil nömrəni qeyd etmişdir. 16.11.2020-ci il tarixdə, saat 10:05 dəqiqədə çalışdığı X2 işdə olarkən istifadəsində olan mobil nömrəsinə “İTS.GOV.AZ”-dan analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində isə yaşayış yerini tərk etməməli olması, əgər karantin rejimini pozsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi qeyd edilmişdir. O, həmin mesajla bağlı çalışdığı iş yerinin müdiriyyətinə məlumat verib piyada şəkildə birbaşa yaşadığı evə getmiş, həmin vaxt yaşadığı evdə heç kəs yox idi. Belə ki, o, ailə üzvlərini test verdiyi gün kəndə göndərmişdir. Həmin gün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən, eləcə də Gülüstan qəsəbəsində yerləşən 3 nömrəli poliklinikadan tanımadığı həkimlər ona zəng edərək səhhəti ilə maraqlanmış, çoxlu maye qəbul etməyini tövsiyyə etmişlər. Hətta evinə tibbi personal gələrək evi dezinfeksiya da etmişdir. O, evdə tək yaşadığı üçün demək olar ki, hər gün yaşadığı evdən çıxıb binanın yanında olan çörək sexinə və mağazaya gedərək çörək və qida məhsulları almış, həmişə də tibbi maskadan istifadə etmişdir. 22.11.2020-ci il tarixdə, səhər saatlarında mənzildən çıxıb yenə binanın yanında olan çörək sexinə və mağazaya getmişdir. Oradan lazımi ərzaq məhsulları və çörək alıb yaşadığı mənzilə qayıdarkən Gəncə şəhər Nizami rayon Polis İdarəsindən xatırlamadığı polis əməkdaşı ona zəng edərək həmin vaxt olduğu yeri soruşmuş və yaşadığı mənzili tərk-edib etmədiyi barədə ona suallar vermişdir. O, isə olduğu yeri, yəni mağazanın qarşısını polisə bildirmiş, bir neçə dəqiqə sonra polis əməkdaşı onun yanına gəlmiş və onunla bir qədər söhbət edib evinə getməyini tələb etmişdir. O, yaşadığı mənzildə tək olduğundan çörək, eləcə də qida almaq məcburiyyətində olmuş, xüsusi karantin dövründə yaşadığı evi tərk edib yalnız çörək sexinə və mağazaya getmiş, digər yerlərə getməmişdir. O, həmin dövrdə mağazaya və çörək sexinə getməklə koronavirus infeksiyasının yayılmasına heç bir təhlükə yaratmadığını düşünür. Yaşadığı evi tərk edərkən tibbi maskadan istifadə etmişdir. Çörək sexindəki satıcıdan çörək, mağazadan isə ərzaq malları almışdır. 22.11.2020-ci il tarixdə yaşadığı mənzili tərk etsə də, Gəncə şəhəri, Cavadxan qəsəbəsinə və Gəncə küçəsində yerləşən Kəpəz Mehmanxanasına getməmişdir. Mobil telefonunu həmişə üzərində saxlamış, 22.11.2020-ci il tarixdə də mobil telefonu özündə, üzərində olmuşdur. İTS.GOV.AZ-dan gəlmiş xəbərdaredici mesajın mətni də mobil telefonundadır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdr ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsinin polis sahə rəisidir. Polis sahə rəisinin funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə halhazırda ölkədə də yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilir. Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və s.üsullardan istifadə edilir. 22.11.2020-ci il tarixdə, saat 17 radələrində “Covid-19” virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib ictimai iaşə obyektlərinə getməsi və digər şəxsləri virusa yoluxdurma təhlükəsi yaratması ilə bağlı əlaqəsində olan inanılmış şəxsdən məlumat alıb xidməti ərazidə, yəni Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı Ramildən harada olmasını soruşduqda Ramil, yaşadığı binanın yaxınlığında zibil atıb yaxınlıqdakı mağazadan ərzaq aldığını bildirmişdir. O, isə Ramildən olduğu yerdə qalmasını, tibbi maskadan istifadə edərək sosial məsafə saxlamasını tələb edib Təqsirləndirilən şəxs olduğu yerə getmişdir. Həmin vaxt Ramil “Al Market” adlanan ərzaq mağazasından əlində ərzaq malları ilə çıxırdı. O, Təqsirləndirilən şəxsla sosial məsafə gözləməklə profilaktiki söhbət edərək Ramilin yaşadığı evə getməsini təmin etmiş, bundan sonra Nizami RPİ-nin rəisinə raportla müraciət edərək faktla bağlı məruzə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 12.01.2021-ci il tarixli 131 saylı məktubdan görünür ki, COVİD – 19 Milli Məlumat bazasında Gəncə şəhəri Gülüstan qəsəbəsi, bina 1, mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs 15.11.2020-ci ildə, Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixinevroloji Dispanseri tərəfindən 22.01.2021-ci il tarixdə verilmiş 332 saylı arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanser tərəfindən 01.02.2021-ci il tarixdə verilmiş 455 saylı arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 07.12.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı test verdiyini və 16.11.2020-ci il tarixdə həmin virusun daşıyıcısı olmasından xəbərdar olduğunu bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 14.12.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 təqdim etdiyi “COVİD-19 infeksiyasına görə xəstələrin müşahidə jurnalının” 2-ci vərəqəsində xx.xx.1989-cu il il təvəllüdlü, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs 16.11.2020-ci il tarixdə 36-cı sırada qeydiyyata alınmış, yəni evdə müşahidə müddəti həmin tarixdən başlanmış, Təqsirləndirilən şəxs evdə müşahidə müddəti 29.11.2020-ci il tarixdə bitmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilməsi və iş üzrə istintaq hərəkətləri protokolları, içərisində baş vermiş cinayətə dair video görüntü və məlumatlar olan 1 ədəd DVD disk, cinayət işinə əlavə olunmuş digər sənədlər sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, 12.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 16.11.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 16.11.2020-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20 ünvanında yerləşən evini qanunsuz tərk edib saat 10:55 dəqiqədən 17.11.2020ci il saat 10:27 dəqiqəyədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, 17.11.2020-ci il tarixdə saat 11:15 dəqiqədən saat 20:40 dəqiqəyədək Gəncə şəhəri, Gəncə küçəsi 1-Kəpəz Mehmanxanasının, N.Nərimanov küçəsi 135, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, B.Hacıyev küçəsi 1, Ə.Əliyev prospekti 311, Samux rayonu, Fizuli küçəsi, Goranboy rayonu, Faxralı kəndi, Samux rayonu, Yuxarı Ağasıbəyli, Samux rayonu, Fizuli küçəsi, Goranboy rayonu, Ağamalıoğlu kəndinin yerləşdiyi ərazilərdə, 18.11.2020-ci il tarixdə, saat 09:13 dəqiqədən saat 18:12 dəqiqəyədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, saat 18:12 dəqiqədə ünvan 2 ünvanının, saat 22:26 dəqiqədən 19.11.2020-ci il tarixdə saat14:00-dək Gəncə şəhəri Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, 19.11.2020-ci il tarixdə, saat 14:00 dəqiqədə saat 18:12 dəqiqəyədək olan müddət ərzində Gəncə şəhəri, Ə.Əliyev prospekti 403A ünvanının, saat 14:44 dəqiqəyədək yenidən Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, saat 14:44 və saat 14:46 dəqiqələrdə Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, 16.11.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək Goranboy rayonunun, Samux rayonunun, Göygöl rayonunun yerləşdiyi ərazilərdə, 22.11.2020-ci il tarixdə saat 09:49 dəqiqədən saat 21:41 dəqiqəyədək Gəncə şəhəri, Gəncə küçəsi 1- Kəpəz Mehmanxanasının, Cavadxan qəsəbəsi, Ə.Əliyev prospekti 311, N.Nərimanov küçəsi 135 ünvanlarının yerləşdiyi ərazilərdə, bundan başqa 22.11.2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20 ünvanında yerləşən evini qanunsuz tərk edib yaşadığı binanın arxa tərəfində yerləşən çörək sexinin və binanın qarşı tərəfində yerləşən “Al Market” ərzaq mağazasının yerləşdiyi ərazilərdə olmaqla çörək və qida malları alıb çörək sexində və mağazada satıcılarla təmasda olaraq epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə dəfələrlə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmaması və cəzasını yüngülləşdirən halların mövcudluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20 ünvanını axşam saat 24:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 1, mənzil 20 ünvanını axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-124/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-124/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver