Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-159/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 və cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs oğlu (bundan sonra – Təqsirləndirilən şəxs) 30 mart 2021-ci il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri, A.M.Əhmədov küçəsi ilə İ.Məmmədov küçəsinin kəsişməsinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əl zərbəsi ilə bir dəfə qəsdən vuraraq ona sol göz ətrafı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, konyukitval qansızma, sol göz altı qapağının səthi yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi eləcə də işdə olan və tədqiq olan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30.03.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində o, Gəncə şəhəri A.M.Əhmədov küçəsində “Naftalan” sağlamlıq mərkəzinin yaxınlığında öz kiçik ev itini gəzdirmişdir. Həmin vaxtı köhnə qonşusu Zərərçəkmiş şəxs onun yanından keçəndə iti Elcana tərəf qaçmış, Elcan da qorxusundan itinə təpik atmış və ona təhqir edici söz işlətmişdir. O, da Elcana sən kimsən ki, mənə bu sözləri deyirsən deyərək Elcanla arasında sözlə mübahisələri yaranmışdır. Bu vaxt Elcanı quçaqlamış, lakin Elcan onu düzgün başa düşməyərək onu yıxmaq istəmiş, əli ilə sağ qabırğası tərəfə vurmuşdur. O, da əsəbiləşərək əl zərbəsi ilə Elcanın sol göz nahiyyəsindən bir zərbə vurmuşdur. Elcan kənara çəkilmiş, o da Elcandan tez ayrılaraq yuxarı istiqamətə getmiş, Elcan isə küçə ilə aşağı istiqamətə getmişdir. Bundan sonra o, evinə getmiş və bədənində ağrı hiss etdiyinə görə, o, 31.03.2021-ci il tarixdə Nizami RPİ-nə şikayət etmişdir. Elcanla mübahisələri Gəncə şəhəri A.M.Əhmədov küçəsi ilə İ.Məmmədov küçəsinin kəsişməsinin yaxınlığında baş vermişdir. Mübahisələri bir-iki dəqiqə davam etmişdir. Həmin vaxtı yanlarında heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxsdən üzr istəmiş, Elcan onu bağışlamış və onlar barışmışlar. Elcanın ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən ifadəsində göstərdiklərinin nəzərə alınaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri İ.Makeyev küçəsi ev 61-də yaşayır. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs onların köhnə qonşuları olmuş, Bəylərlə heç bir ədavəti olmamışdır. 30.03.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Gəncə şəhəri A.M.Əhmədov küsəsində Naftalan sağlamlıq mərkəzinin yaxımlığında küçə ilə aşağı istiqamətə gedərək Bəyləri görmüş, Bəylər öz kiçik ev itini gəzdirmişdir. Həmin vaxt itin yanından keçərkən it qəflətən ona tərəf qaçıb hürmüş, o da qorxusundan iti təpiklə vurmaq istəmiş lakin ayağı itə dəyməmişdir. O, da Bəylərə itin yanında saxlamasını demişdir. Bəylər də ona sən kimsən ki, itimə təpik atırsan demiş ona atmacalı söz işlətmişdir. Onlar bir qədər həmin küçə ilə aşağı istiqamətə getdikdə Bəylərlə itin üstündə sözlə mübahisələri yaranmışdır. Bəylər onu qucaqlayıb əli ilə vurmaq istəmiş, o da Bəyləri yıxmaq istəmiş əli Bəylərin sinəsindən itələyəndə Bəylər əl zərbəsi ilə qəsdən onun sol göz nahiyyəsindən bir zərbə vurub kənara çəkilmişdir. Bəylərin yaşı ondan çox olduğuna görə o, Bəylərlə əlavə mübahisə etməmişdir. Bəylər də ona heç nə demədən yuxarı istiqamətə getmişdir. O, da küçə ilə aşağı istiqamətə getmişdir. Sonradan gözündə problem yaranmış belə ki, sol gözü şişmiş və içərisində qansızma əmələ gəlmişdir. Bundan sonra Bəyləri görməmiş Bəylərdən şikayət etmək istəməmiş, lakin sonradan Bəylərin ondan Nizami RPİ-yə şikayət ərizəsi yazmasını bilmişdir. Bu səbəbdən Bəylərdən Nizami RPİ-yə şikayət etmişdir. Bəylər ondan üzr istədiyi üçün onu bağışlamış, onlar barışmış və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibbi ekspertizasının 01.04.2021ci il tarixli 476 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzniyi, hematoması, konyuktival qansızma, sol göz alt qapağının səthi yarası - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, 30.03.2021-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri, A.M.Əhmədov küçəsi ilə İ.Məmmədov küçəsinin kəsişməsinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əl zərbəsi ilə bir dəfə qəsdən vuraraq ona sonuncunun sol göz ətrafı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, konyukitval qansızma, sol göz altı qapağının səthi yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə,iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 01.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də cinayət əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsi ilə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-159/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-159/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver