Məhkəmə qərarları › İş №1(044)-227/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-227/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-227/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 465 qram narkotik vasitə olan marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23.04.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində saxlanılaraq Gəncə şəhəri BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əlində olan göy rəngli polietilen sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 465 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittihamda təqsirli bilərək, bildirdi ki, o, 30 ildən artıqdır ki, narkotik vasitə olan marixuanadan istifadə edir, 2020-ci ilin yay aylarında Daşkəsən rayon Xoşbulaq kəndində istirahət edərkən yolun sol tərəfində olan narkotik vasitə olan marixuananı tanıdığını və şəxsi istifadəsi üçün həmin narkotik vasitəni yığaraq qurutmaq məqsədilə Gəncə şəhəri Dram Teatr adlanan yerin yerin yaxınlığından keçən Gəncə çayının yanında gizlətdiyini bildimişdir. 23 aprel 2021-ci il tarixdə saat 16 radələrində gizlətmiş olduğu narkotik vasitə olan marixuananı özü ilə gətirdiyi sellefan torbaya yığaraq yaşadığı ünvan 2 ünvanına aparıb dəmləyərək içmək qərarına gəlmiş, həmin içərisinə yığdığı narkotik vasitə olan marixuana olan göy rəngli sellofan torbanı əlində götürərək yaşadığı Gəncə şəhəri Əttarlar küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu Gəncə şəhər BPİ-nə dəvət etmiş, həmin inzibati binada təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, müdafiəçi X12 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Əlindəki rəngli polietilen selleofan torbaya baxış zamanı ilk görünüşdən narkotik vasitəyə oxşar kütlə götürülmüş, həmin kütlə müfaiəçisinin və digər iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, marixuananın ümumi təmiz çəkisi 471 qram gəlmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, üzəri onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə Gəncə şəhəri, Əttarlar küçəsi ev 37-də yaşayan Şahin adlı şəxsin üzərində narkotik vasitəni daşıması və istifadə etməsi barədə məlumat daxil olmuş, əməliyyat məlumatı əsasında onun və NBM-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 23.04.2021-ci il tarixdə saat 16 radələrində Tağıyev X1 yaşadığı evin yaxınığında saxlanılaraq Gəncə şəhəri Ə.Hüseynzadə küçəsində yerləşən BPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilimişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, vəkil X16 oğlunun onun müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuanaya bənzər kütləni təxminən 1 il əvvəl Daşkəsən rayon Xoşbulaq kəndində olan zaman yol kənarından yığdığını və qurutmaq üçün Gəncə şəhər Dram Teatr deyilən yerdə Gəncə çayının yaxınlığında gizlətdiyini bildirmiş, “marixuanaya” bənzər kütlənin ümümi çəkisi 471 qram olmuşdur. Bundan sonra həmin sellofanda olan narkotik vasitə olan marixuana qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 23.04.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə ” barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əlində olan göy rəngli selofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli kütlə olması müəyyən edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X11 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 23.04.2021-ci il tarixli 16/374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan kağız paketdə, bir ədəd polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (konnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 465 qram, tədqiqata sərf edildi 0.2 qram, qalıq -464.8 qram). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.04.2021-ci il tarixli 4(044)-73/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Narkoloji Dispanserinin 18.05.2021-ci il tarixli 2062 nömrəli arayışından görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Gəncə Şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanserinin 28.04.2021-ci il tarixli 1313 saylı arayışından görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.07.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk baxış zaman Təqsirləndirilən şəxs əlindəiçərisi dolu göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması, həmin kütlənin sellofan torba ilə birgə elektron tərəzidə çəkilərkən 471 qram olduğu və təxminən bir il əvvəl Daşkəsən rayon Xoşbulaq kəndində yol kənarında şəxsi istifadə məqsədi ilə yığdığını, Gəncə şəhəri Dram Teatr deyilən yerdə Gəncə çayının yaxınlığında şəxsi istifadəsi üçün gizlətdiyini, Əttarlar küçəsində yaşadığı evinə aparmaq məqsədi ilə 23.04.2021-ci il tarixdə həmin kütləni özü ilə götürdüyünü və həmin vaxt saxlanıldığını, satmaq məqsədi olmadığını bildirmiş, həmin kütlə bir ədəd zərfəqoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserinin 08.07.2021-ci il tarixli 817 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, harkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında aydın oldu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 465 qram narkotik vasitə olan marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23.04.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində saxlanılaraq Gəncə şəhəri BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əlində olan göy rəngli polietilen sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 465 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxshəmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 28.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.01.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, 18.02.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.07.2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 nikahları 29.01.1980-ci il tarixdə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olanGəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə X4 birgə nikahlarından 18.01.2008-ci il tarixdə X9 anadan olmuşdur. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.01.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, 18.02.2019-cu il tarixdə cəza müddəti bitmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, cinayətlərin təkrar törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, həmçinin ağırlaşdıran halın olmaması, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 23.04.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.04.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət - 23.04.2021-ci il tarixdən 25.04.2021-ci il tarixədək hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixdən 25.04.2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 06.10.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 464.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertiza mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixdən 25.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, 03 (üç) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Cəza çəkmə müddətinin başlanğıcı 06.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 464.8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri ümumilikdə 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar