Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-236/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlununsədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, ev 57-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 01 radələrində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs sol əl nahiyəsinə şüşə qırıntısı ilə vuraraq, onun sol əlinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuş və onların 2 uşaqları var. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar, aralarında heç bir narazılıq qalmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ondan hər hansı şikayət və tələbinin olmamasını, onunla barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə və barəsində cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.07.2021-ci il tarixli, 1182 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol əlin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın, iki ədəd kəsilmiş yaraları kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, sol əlin deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, həmin əlin kəsilmiş yaraları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 29.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindəngörünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindəngörünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona görə də barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayətməsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə hazırlıq iclasında işə baxılarkən müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak, həmçinin mülki iddia, maddi sübut və məhkəmə xərcləri müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 300.1.7 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-236/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-236/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver