Məhkəmə qərarları › İş №1(044)-261/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-261/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-261/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan ümumi təmiz çəkisi 1.021 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13.07.2021-ci il tarixdə, saat 19:00 radələrində o, Gəncə şəhər Həsən Əliyev küçəsində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami RPİ-nə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib saxladığı ümumi təmiz çəkisi 1.021 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elаn edilmiş ittihаm üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Vaqif küçəsi 7-ci dalan ev 6-da qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 2 ildir narkotik vasitə olan heroini iynə vurmaq yolu ilə qəbul etmişdir. O, polis tərəfindən saxlanılmamışdan təxminən 1 həftə əvvəl Bakı şəhərində Zabratda olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata narkotik vasitə heroin almışdır. 13.07.2021-ci il tarixdə səhər saatlarında o, Gəncə şəhəri Həsən Əliyev küçəsində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında olarkən üzərində olan boz rəngli cins şalvarın sağ yan cibində 1 ədəd siqaret falqasında narkotik vasite olan heroini saxlamış, həmin vaxtı onu polis əməkdaşları saxlayıb Gəncə şəhər Nizami RPİ-yə gətirmişlər. Polis idarəsində ona üzərində narkotik vasitə gəzdirməkdə və ya yaşadığı evdə saxlamaqda şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Bundan sonra o, dövlət hesabına təyin edilmiş müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə hüquq və vəzifələri izah edilməklə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1.19 qram gəlmişdir. Bundan sonra aşkar edilmiş həmin heroin zərfdə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. O, polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə ona aiddir, o, həmin narkotik vasitəni təxminən 1 həftə əvvəl Bakı şəhərində Zabratda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata almışdır. Həmin heroini o, heç kimə satmamış, aldığı vaxt yanında heç kimin olmamış və üzərində heroin olması barədə heç kimə məlumat verməmişdir. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə əmələ yol verməyəcəyini bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Azru oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Nizami RPİ-nin kiçik inspektoru vəzifəsində xidmət edir. Gəncə şəhəri, Vaqif küçəsi 7-ci dalan ev 6-da yaşayan 02.01.1196-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13.07.2021-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Gəncə şəhər Nizami RPİ-nin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğluna üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret sellofanına bükülmüş 1 ədəd gümüşü rəngli siqaret sellofanına bükülmüş bükümü təqdim etmişdir. Sonra həmin aşkar edilmiş gümüşü rəngli siqaret sellofanına bükülmüş büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, həmin bükümün içərisində qəhvəyi rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin gümüşü rəngli siqaret sellofanına bükülmüş bükümü 1 həftə əvvəl Bakı şəhərində Zabratda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş “heroin”ə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1.19 qram olmuşdur. Sonra həmin narkotik vasitəyə oxşar kütlə müdafiəçinin və iştirakçıların yanında zərfə qoyularaq möhürlənmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilənləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 13 iyul 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 15.07.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 13.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 15.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 13.07.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı X1, Gəncə şəhər Nizami rayon Polis bölməsinin əməkdaşları Şahid2 və Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasında büküm aşkar olunmuş, həmin açıldıqda onun içərisindən tünd qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə olan “heroin”-ə oxşar kütlə, aşkar olunmuşdur. Həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və falqa ilə birlikdə ümumi çəkisi 1,19 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdəki narkotik vasitəyə oxşar olan kütlələr zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlələrin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X4 Bölməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsindən verilmiş 14 iyul 2021-ci il tarixli, 16/693 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş….” yazı və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,021 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci siyahısının İ bəndinə daxildir. (Heroinin təmiz çəkisi-1,021 qram. Tədqiqata sərf edildi-0,08 qram, qalıq-0,941 qram). Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli, 874 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhəri Psixonevroloji Dispanserinin 28.07.2021-ci il tarixli məktubuundan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-in Nizami rayon şöbəsinin 23.10.2012-ci il tarixli 186 saylı göndərişinə əsasən 24.10.2012-ci il tarixdə dispanserdə müayinədə olmuş və ona “Nevrasteniya vaxtaşırı müşahidə olunan nevrotik reaksiyalar özünü kəsmələrlə anemnezində qıcolma tutmaları” diaqnozu qoyularaq 755 saylı akt tərtib edilmişdir. - Gəncə şəhər Narkoloji Dispanserinin 03.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 15.09.2018-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 24 avqust 2021-ci il tarixli 497 saylı rəyindən görünür ki, Cəfərov X2 XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F4.0 keçirməsinə baxmayaraq həmin xəstlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqridarında olmuşdur, yəni anlaqlı olmuşdur. - 02.08.2021-ci il tarixli Gəncə şəhər Nizami Rayon 21 saylı evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə keçirilən ictimai işlərdə, tədbirlərdə fəal iştirak edir, ərazidəki xeyir və yas mərasimlərində yaxından iştirak edir və bacardığı mənəvi köməkliyi göstərir. Ərazidə yaşayan qadınların, qocaların, uşaqların qayğısına qalır və onlara mənəvi köməklik göstərir. Bu kimi müsbət xüsusiyyətlərinə görə ərazi sakinlərinin dərin rəğbətini və hörmətini qazanmışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 23.05.2019-cu il traixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsaəsan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 1 il 4 ay 6 gün azadlığın məhdulaşdırılması növündə cəza təyin edilmiş, 03.12.2019-cu il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 23.05.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 il 04 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 ay 22 gün hissəsi 06 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cazsı ilə əvəz edilmiş, 29.06.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 13.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15.07.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik maddənin ekspertizadan sonrakı qalığı - 0,941 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci–ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik maddə ekspertizadan sonrakı qalığı – 0,941 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar