Məhkəmə qərarları › İş №1(044)-32/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-32/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-32/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintağa məlum olmayan vaxt və mənbəədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmin çəkisi 13.971 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, yaşadığı Gəncə şəhəri, Nərimanov küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə gətirilmiş, onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli istı gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda 4.049 qram çəkidə narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” o, cümlədən 3 ədəd şəffaf selofana bükülmüş bükümdə, hər birinin çəkisi ayrı-ayrılıqda 4.008 qram və 3.541 qram “qurudulmuş marixuana” aşkar edilib götürülmüş, tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin salonunda sürətlər qutusunun alt hissəsində 11 ədəd ədəd şəffaf selofan, bükülmüş bükümdə hər birinin çəkiləri ayrıayrılıqda 6,663 qram, 6.304 qram, 5.707 qram, 5,436 qram, 5,186 qram, 4.758 qram, 4,550 qram, 2.727 qram, 2.605 qram, 2.326 qram, 2.172 qram, ümumilikdə isə 48,404 qram çəkidə narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təminatını ödəmək məqsədi ilə etibarnamə ilə özünə məxsus olan VAZ-21074 markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərir. O, mütəmadi olmasa da ara-sıra narkotik vasitə olan marixuana qəbul edir. xx xxxxxx 2020ci il tarixdə, saat 12 radələrində o, taksi kimi fəaliyyət göstərmək üçün evdən işə getmiş, saat 15 radələrinədək taksi kimi işlədikdən sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsinə gizli nömrədən zəng gəlmiş, zəng edən şəxs ona bildirmişdir ki, gedib Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon” fabrikasının yaxınlığında yerləşən 3-cü ağacın dibində 1 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf selofanın içərisindəki narkotik vasitə olan marixuananı götürsün. O, da həmin yerə gedib oradan içərisində narkotik vasitə, marixuana olan 1 ədəd kibrit qutusu və 1 ədəd şəffaf selofanı götürmüşdür. O, saxlandığı gündən 2 gün əvvəl "Bayraq meydanı» adlanan ərazidə yerləşən «Milliön» aparatı vasitəsilə gizli nömrədən zəng edən şəxsin ona dediyi hesaba həmin narkotik vasitənin 100 manat pulunu vurmuşdur. Təxminən saat 20 radələrində müştəri taksi sifarişi verdiyi üçün o, Gəncə şəhəri Gülüstan qəsəbəsinə doğru gedərkən N.Nərimanov küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsinin yaxınlığına çatanda avtomaşınına 3 nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər, onu saxlayıb Nizami RPİ-yə aparmışlar. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra adını sonradan bildiyi Nadim adlı müdafiəçi ona təqdim olunmuş, daha sonra isə video çəkiliş vasitəsilə onun üstünə baxış keçirilmiş. baxış zamanı əynindəki qara rəngli isti gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunda preslənmiş vəziyyətdə narkotik vasitə olan “marixuana”, üç ədəd şəffaf selofan paketə bükülmüş narkotik vasitə olan “marixuana”, sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan və bir ədəd “Rotsman” adlı siqaret qutusu aşkar olunaraq götürülmüş, içərisində narkotik vasitə olan həmin bükümlər elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 18 (on səkkiz) qram gəlmişdir. Baxış zamanı o, üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsin mobil telefonuna gizli zəng edib işarə verdiyi Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon” fabrikasının yaxınlığındakı üçüncü ağacın dibindən götürdüyünü bildirmiş və bundan sonra video çəkiliş vasitəsilə polis əməkdaşlarının və Nadim adlı müdafiəçinin iştirakları ilə etibarnamə ilə özünə məxsus olan “VAZ-21074” markalı, **-DS-*** qeydiyyat nömrə nişanlı avtomaşına baxış keçirilən zamanı avtomaşınının “skorusun”, yəni ötürücü qutusunun alt hissəsindən ağ şəffaf selofan bükülmüş 11 ədəd xırda şəffaf selofan paketlərində narkotik vasitə marixuana aşkar olunaraq götürülmüş, həmin selofanın içərisində olan 11 ədəd xırda şəffaf selofan paketdə olan maddə elektron tərəzi ilə çəkilən zaman çəkisi 60 (altmış) qram gəlmişdir. O, avtomobilindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, özü istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsin mobil telefonuna etdiyi gizli zəng vasitəsi ilə gedib Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon” fabrikasının yaxınlığında yerləşən üçüncü ağacın dibindən götürdüyünü bildirmişdir. Hazırda əməlindən peşmandır, 2-ci Qarabağ müharibəsində iştirak etməsini və hərbi hissədə xidmət etdiyi müddətdə öz vəzifə borcunu nümunəvi yerinə yetirməsinə görə fəxri fərmanla təltif olunmasını nəzərər alaraq ona daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2018-ci ildən etibarən Nizami Rayon Polis İarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri N.Nərimanov küçəsi 9-cu döngə, ev 17-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, daimi üzərində və avtomaşınında gəzdirməsi, daşıması barədə Nizami Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı X7 və Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə birlikdə keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində vətəndaş Təqsirləndirilən şəxs Gəncə şəhəri N.Nərimanov küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsinin yaxınlığında etibarnamə ilə ona məxsus olan qara rəngli “VAZ-21074” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq, avtomobillə birlikdə Gəncə şəhər Nizami RPİ-nin inzibatı binasına dəvət olunmuşdur. Bundan sonra Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı İbrahim Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində vəkil Müdafiəçi Polis İdarəsinə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu təqdim olunmuş vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmiş, bundan sonra Müdafiəçi və onların iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çəkisi 6,7 (altı tam onda yeddi) qram olan 1 ədəd kibrit qutusunda preslənmiş vəziyyətdə tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə, çəkisi 4.4 (dörd tam onda dörd) qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə, çəkisi 4.4 (dörd tam onda dörd) qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə və çəkisi 2.5 (iki tam onda beş) qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə, sol yan cibindən isə 1 ədəd qırmızı rəngli alışqan və 1 ədəd “Rothmans” adlı siqaret qutusu aşkar edilib götürülmüş, qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş “marixuana”ya oxşar kütlələri xx xxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsin gizli zəngi ilə Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon” fabrikinin yaxınlığındakı üçüncü ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində və ya hər hansı başqa yerdə narkotik vasitəyə oxşar kütləni saxlayıbsaxlamadığı soruşulanda sonuncu bundan başqa yerdə heç bir narkotik vasitəyə oxşar kütləni saxlamadığını onlara bildirmiş, bundan sonra yenə də Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi qara rəngli “VAZ-21074” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı salonda avtomaşının sürətlər qutusunun alt hissəsindən ağ şəffaf selofona içərisində ümumi çəkisi 60 (altmış) qram olan 11 ədəd xırda şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə və 1 ədəd tutacağı qəhvəyi rəngli cib bıçağı aşkar edilib götürülmüş, qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlələri də xx xxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsin gizli zəngi ilə Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon” fabrikinin yaxınlığında 3-cü ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək videoya çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu, özünə məxsus olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X7 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid – Qarayev Vüqar Qabil oğlunun ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri N.Nərimanov küçəsi 9-cu döngə, ev 17-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, daimi üzərində və avtomaşınında gəzdirməsi, daşıması barədə Nizami Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, Şahid1 bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı X7 və Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə birlikdə keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində vətəndaş Təqsirləndirilən şəxs Gəncə şəhəri N.Nərimanov küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsinin yaxınlığında etibarnamə ilə ona məxsus olan qara rəngli “VAZ-21074” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq, avtomobillə birlikdə Gəncə şəhər Nizami RPİ-nin inzibatı binasına dəvət olunmuşdur. Bundan sonra Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı İbrahim Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində vəkil Müdafiəçi Polis İdarəsinə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu təqdim olunmuş vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmiş, bundan sonra Müdafiəçi və onların iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çəkisi 6,7 (altı tam onda yeddi) qram olan 1 ədəd kibrit qutusunda preslənmiş vəziyyətdə tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə, çəkisi 4.4 (dörd tam onda dörd) qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə, çəkisi 4.4 (dörd tam onda dörd) qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə və çəkisi 2.5 (iki tam onda beş) qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə, sol yan cibindən isə 1 ədəd qırmızı rəngli alışqan və 1 ədəd “Rothmans” adlı siqaret qutusu aşkar edilib götürülmüş, qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş “marixuana”ya oxşar kütlələri xx xxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsin gizli zəngi ilə Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon” fabrikinin yaxınlığındakı üçüncü ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində və ya hər hansı başqa yerdə narkotik vasitəyə oxşar kütləni saxlayıb-saxlamadığı soruşulanda sonuncu bundan başqa yerdə heç bir narkotik vasitəyə oxşar kütləni saxlamadığını onlara bildirmiş, bundan sonra yenə də Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi qara rəngli “VAZ-21074” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı salonda avtomaşının sürətlər qutusunun alt hissəsindən ağ şəffaf selofona içərisində ümumi çəkisi 60 (altmış) qram olan 11 ədəd xırda şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə və 1 ədəd tutacağı qəhvəyi rəngli cib bıçağı aşkar edilib götürülmüş, qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlələri də xx xxxxxx 2020-ci il tarixdə tanımadığı şəxsin gizli zəngi ilə Gəncə şəhəri Ə.Əliyev küçəsində yerləşən “Neon”fabrikinin yaxınlığında 3-cü ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək videoya çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu, özünə məxsus olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-cu il tarixli “axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli istı gödəkcənin sağ yan cibindən çəkisi 6.7 qram 1 ədəd kibrit qutusunda preslənmiş vəziyyətdə tünd yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan “marixuana” ya oxşar kütlə, çəkisi 4.4 qram olan 1 ədəd şəffaf selofan paketə bükülmüş, tünd yaşıl rəngli, spesifik işə malik, ilk baxışdan narkotik vasitə olan “marixuana” ya oxşar kütlə, çəkisi 4,4 qram olan, 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik işə malik, ilk baxışdan narkotik vasitə olan “marixuana” ya oxşar kütlə, çəkisi 2,5 qram olan, 1 ədəd şəffaf selofan paketə bükülmüş tünd yaşıl rəngli, spesifik işə malik, ilk baxışdan narkotik vasitə olan “marixuana” ya oxşar kütlə, sol yan cibindən bir ədəd qırmızı rəngli alışqan və bir ədəd “Rotsman” adlı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X10 xx.xx.2020-ci il tarixli, 120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Şübhəli şəxs:Təqsirləndirilən şəxs” yazı və imzalar olan ağ rəngli polietilen torbadakı, 11 (on bir) ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5.436 qram, 6.633 qram, 5.186 qram, 6.304 qram, 4.550 qram, 4.758 qram, 2.727 qram, 2.172 qram, 2.605 qram, ümumi təmiz çəkisi 48.404 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs:Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd sellofan paketdə və bir ədəd kobrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2.373 qram, 4.008 qram 4.049 qram, 3.541 qram, ümumi təmiz çəkisi 13.971 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (təmiz çəkisi – 13.971 qram, 48.404 qram, tədqiqata sərf edildi 3 qram (hər birindən 0.2 qram), qalıq - 13,171 qram və 46.204 qram (ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X10 xx.xx.2020-ci il tarixli, 122 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilməyən və təyinatı üzrə istifadəyə yararlıdır (ekspertiza xərci 31.50 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş soyuq silah hesab edilməyən bir ədəd qatlanan turist bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə şəhəri BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 518 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 13.971 qram çəkidə narkotik vasitə hesab edilən “qurudulmuş marixuana”nın, onun etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 48.404 qram çəkidə narkotik vasitə hesab edilən “qurudulmuş marixuana”nın, həmin avtomobildən aşkar olaunaraq götürülmüş soyuq silah hesab edilməyən bir ədəd qatlanan turist bıçağının və 2 (iki) ədəd DVD disklərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınması, həmin 2 (iki) ədəd DVD disklərin cinayət işinə əlavə olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı, yəni 13.171 qram çəkidə narkotik vasitə hesab edilən “qurudulmuş marixuana”nın, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı, yəni 46.204 qram çəkidə narkotik vasitə hesab edilən “qurudulmuş marixuana”nın və həmin avtomobildən aşkar olunub götürülmüş soyuq silah hesab edilməyən bir ədəd qatlanan turist bıçağının Gəncə şəhəri BPİ-də ayrılmış xüsusi yerdə saxlanca verilməsi qərar alınmışdır. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3-də qeydiyyatdadır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1787 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı haqqında” Qanunaa əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbayucan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 158 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən hərbi xidmətə cəlb edilərək xx.xx.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmiş və “Bir qrup hərbi qulluqçusunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən xx.xx.2021-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli fəxri fərmandan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandiri polkovnik Yaşar Muradov tərəfindən hərbi hissədə xidmət etdiyi müddətdə, öz vəzifə borclarını nümunəvi, vicdanla yerinə yetirdiyinə və əldə etdiyi naliyyətlərə görə fəxri fərmanla təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı arayışdan gögörünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Kərimova Larina Əli qızı, X8, Teymurova Sumayə Səftər qızı, X13, X11, X1, X9, X5, X2 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli MN-0062278 saylı şəxsi vəsiqənin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xx.xx.2020-ci il tarixdə motoatıcı tağımın komandiri təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 13,171 qram və 46.204 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qatlanan turist bıçağı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 61.90 (altmış bir manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,171 qram və 46.204 qram qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qatlanan turist bıçağı Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 61.90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar