Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-33/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 10.02.1970-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, M.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan tarixdə və mənbədən, ümumilikdə təmiz çəkisi 0,938 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq və yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.ünvan 3 saylı evində saxlamış, 19 mart 2020-ci il tarixdə saat 15 radələrində narkotik vasitə olan həmin heroinin 0,252 qram çəkidə olan hissəsini bir ədəd gümüşü rəngli siqaret falqasına bükülü vəziyyətdə, 0,034 qram çəkidə hissəsini bir ədəd 05 ml-lik şprisin içərisindəki 01 ml-lik həcmdə mayeyə qatılmış vəziyyətdə olmaqla ümumilikdə təmiz çəkisi 0,286 qram narkotik vasitə olan heroini Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Maxi” marketin arxa hissəsində tanışı Şahid4 15 manat müqabilində qanunsuz olaraq satmış, 0,432 qram hissəsini satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq gəzdirmiş, 0,112 qram hisəssini 05 ml-lik birdəfəlik şprisdə 1,4 ml həcmdə maye məhluluna, qalan 0,108 qram hissəsini isə 10 ml-lik birdəfəlik şpisdə 6 ml-lik həcmdə maye məhluluna qatıb yaşadığı evdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış və 20 mart 2020ci il tarixdə saat 12-30 radələrində Gəncə şəhər Nizami rayon Pİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri “Maxi” marketin yaxınlığında saxlanılıb Gəncə şəhər Nizami rayon Pİ-nə gətirilib saat 13-20 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd qara rəngli siqaret falqasına bənzər kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,432 qram çəkidə heroin, həmin tarixdə saat 14-10 dəqiqədə yaşadığı evə baxış keçirilərkən yaşadığı evin qonaq otağının sağ tərəf pəncərəsinin qarşısında 10 ml-lik birdəfəlik şpisdə 6 ml-lik həcmdə maye məhluluna qatılmış vəziyyətdə təmiz çəkisi 0,108 qram heroin və yaşadığı evin mətbəx hissəsində şkafın üzərində 05 ml-lik birdəfəlik şprisdə 1,4 ml-lik maye məhlula qatılmış vəziyyətdə təmiz çəkisi 0,112 qram heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, arvadı X11 ilə bilikdə yaşayır, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq tutulub məhkum olunmuş, sonuncu dəfə 2011-ci ildə Rusiya Federasiyasında RFnin CM-nin 228.1 və 228.2-ci maddələri ilə təqsirli bilinib 5 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 2016-cı ilin avqust ayında cəzasının sonu ilə azad olunmuşdur. Onun 2 qız uşağı böyüyüb ərə gedəndən sonra bir müddət narkotik vasitədən istifadə etməmiş, son vaxtlar istifadə etməyə başlamışdır. Belə ki, bir neçə gün bundan əvvəl, bu ilin mart ayının əvvəllərində, dəqiq tarixini xatırlmadığı vaxtda, yaşadığı evin yaxınlığında kağız bükülüdə bir əşyanın olmasını görüb həmin bükülünü açanda bükülünün içərisində əvvəllər də tanıdığı və istifadə etdiyi heroinin və az miqdarda tiryəkin olmasını görmüş, o, həmin kütləni özü istifadə etməsi üçün götürmüş, o, həmin tiryəki və heroini bir neçə dəfə özü üçün inyeksiya yolu ilə qəbul etmişdir. O, açıq vərəm xəstəsi olduğu üçün Gəncə şəhəri Vərəm əleyhinə xəstəxanaya gedib-gəlir, orada müalicə götürür, bəzi vaxtlar da oraya gedib orada da qalır. O, həmin xəstəxanada görüb tanıdığı Şahid4 ilə görüşəndə Zöhrab onun da narkotik vasitədən istifadə etməsini bilmiş, Zöhrab 19.03.2020-ci il tarixdə ondan xəstəxanada narkotik istəmiş, o, da Zöhraba günortadan sonra onlara tərəf gəlməsini və ona 15 manatlıq narkotik verəcəyini demiş, həmin gün saat 15 radələrində Zöhrab onların evin yaxınlığına gəlmiş, o, “Maxi market” in arxa tərəfində Zöhrabla görüşmüş, Zöhraba 5 qramlıq şprisdə hazır vəziyyətdə məhlula qatılmış heroini və bir çetlik, siqaret falqasında heroini sonuncuya vermiş, bunun üçün Zöhrab ona danışdıqları kimi 15 manat pul vermiş, Zöhrab getmiş, o, da çıxıb evə gəlmişdir. Ertəsi günü, yəni, 20.03.2020-ci il tarixdə saat 12-30 radələrində o, “Maxi” marketin yaxınlığında olarkən üç nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq, özlərini Gəncə şəhər Nizami rayon Pİ-nin əməkdaşları kimi təqdim etmişlər onu Gəncə şəhəri Nizami rayon Pİ-nə gətərək, orada onu Müdafiəçi adlı müdaifəçi ilə təmin etmişlər, müdaifəçimin iştirakı ilə onu otaqlardan birinə aparıb hüquq və vəzifələrini izah etməklə, bu barədə ona bildiriş verilməklə üzərində şəxsi axtarış etmişlər, şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ ön cibindən siqaret falqasına bükülü vəziyyətdə heroin aşkar edilmiş, Üzərindən başqa bir narkotik və ya dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilməsi təklif edilmiş, o, buna etiraz etməmiş, bu barədə ərizə yazmış, yenə də onun müdafiəçisinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, yaşadığı evin qonaq otağında 10 ml-lik birdəfəlik şprisdəki məhlula qatıb hazırladığı heroin, eyni zamanda mətbəxdəki şkafın üzərində 05 qramlıq birdəfəlik şprisdə məhlula qatıb hazırladığı heroin aşkar edilmişdir. Bundan başqa 3 ədəd Rifamitsin və isoniazid adlı dərman həbləri də aşkar edilmiş, həmin həblər narkotik deyil, onun vərəm xəstəliyi ilə əlaqədar olaraq istifadə etdiyi həblərdir, yaşadığı evdən başqa bir narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş digər hər hansı bir əşya aşkar edilməmişdir. Onun üzərindən, evindən aşkar edilmiş heroinlər, 3 ədəd dərmanlar ayrı-ayrı zərflərdə onun və müdafiəçisinin gözü qarşısında qablaşdırılmış, imzalanmışdılar, həmin zərflər möhürlənib götürülmüşdür. Onun üzərində və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr və həblər ona məxsusdur, o, özü bu barədə də baxış zamanı və verdiyi izahatda bildirmişdir. O, üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitəni dəqiq yadında qalmayan vaxtda, yaşadığı evin yaxınlığında zibil qutusunun ətrafından tapmış, o, həmin vasitəni heç kəsdən almamışdır, Zöhrabdan başqa ayrı heç kimə narkotik vasitə verməmişdir. Narkotiki tapdığı yer yadında tam qalmamışdır, xəstəliyi ilə əlaqədar bir az yaddaş pozğunluğu vardır, həmin yer dayanacağa yaxın olan bir yer olmuşdur, təxmini göstərə bilər. Ona qarşı Nizami Polis idarəsində heç bir zor tətbiq olunmamışdır, o, heç bir təzyiq və təsirə məruz qalmamışdır. Onun istifadə etdiyi mobil telefondakı ***-***-**-** mobil nömrəsi ona məxsusdur, onun adınadır, özü istifadə edir. Mobil telefonunu da Nizami rayon Polis idarəsində polislər baxmaq üçün götürmüşdülər. O, həyat yoldaşı Zəmanə ilə birgə yaşayır, nə Zəmanənin, nə də ki, digər tanış şəxslərdən onun narkotik vasitə istifadə etməsini bilmirlər, heç kəsin bu barədə heç bir məlumatı yoxdur. Hazırda etdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən keçirtdiyi vərəm xəstəliyi ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən X4 müalicə alır və həmin xəstəxanada da müvəqqəti yaşayır. O, əvvəllər bir neçə dəfə, 17- 18 yaşından, əvvəl oğurluq, narkotik və qanunsuz silah saxlamasına görə məhkumluq həyatı yaşamış, həmin cinayətlərə görə bir neçə il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, əvvəllər və hazırda da narkotik vasitənin marixuana və heroin növündən istifadə edir, bir müddət istifadə etməmiş, sonra beyninə düşmüşdür ki, ağrılarına görə heroindən istifadə etsin. 19.03.2020-ci il tarixdə Gəncə şəhəri “Maxi” marketin arxa tərəfində yaşayan, əvvəllər Gəncə şəhəri X4n tanıdığı Tahir adlı şəxsdən 15 manata bir neçə istifadəlik heroin almışdır. O, həmin gündən qabaq xəstəxanada Tahirlə danışmış, Tahir ona 15 manatlıq təşkil edə biləcəyinio demiş, o, da Tahirlə danışıb Tahirin yaşadığı evin yaxınlığına getmiş, Tahirdən həmin narkotiki almış və o, Tahirdən həmin narkotiki alanda saat 15 radələri olardı, Tahir ona heroini gümüşü rəngli siqaret falanqasında və 5 qramlıq şprisdə hazır məhlul şəklində vermişdir. O, bütün bunlar üçün əvəllcədən danışdıqları kimi Tahirə 15 manat pul vermişdir. O, bir az orada hərlənmiş, sonra “Maxi” marketin arxa tərəfinə keçmişdir ki, 5 qramlıq şprisdəki heroini inyeksiya yolu ilə qəbul etsin. O, “Maxi” marketin arxa tərəfinə çatanda üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, o, həmin şəxsləri görüb əlindəki 5 qramlıq şprisdəki heroin məhlulunu qış gödəkçəmin sol iç cibinə qoymuş, həmin üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Gəncə şəhəri Nizami rayon Pİ-nin əməkdaşları kimi təqdim edərək, onu Gəncə şəhəri Nizami rayon Polis idarəsinə gətirmişlər, onu X10 adlı vəkillə təmin edib hüquq və vəzifələrini izah etmişlər, sonra otaqların birində onun üzərində şəxsi axtarış aparmışlar. Bu vaxt o, əynində olan qara rəngli dəri qış gödəkçəsinin sol iç tərəf cibindən Tahirdən aldığı hazır vəziyyətdə vurmaq üçün hazır olan 5 qramlıq şprisdə suya qatılmış vəziyyətdə olan heroini və gümüşü rəngli siqaret falqasının içərisində heroini təqdim etmiş, həmin kağız bükülüdəki heroin aptek tərəzisində çəkilmiş, kağız bükümlə birlikdə 0,3 qram gəlmiş, sonra onun üzərində şəxsi axtarış aparılmış, hər hansı bir narkotik vasitə və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra onun və müdaifəçinin iştirakı ilə üzərindən aşkar edilmiş 05 qram şpris və kağız bükülüdəki heroin qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, imza etmişlər, qablaşdırılıb götürülmüş əşyalar da möhürlənmiş, həmin zərfin üzərinə də imza edib götürməni təsdiq etmişdir, sonra bu barədə izahat verəndə üzərində aşkar edilmiş heroini həmin gün Tahirdən 15 manata aldığını bildirmişdir. Buna görə də o, 20.03. 2020-ci il tarixdə Azərbaycan Respublmikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hazırda onun barəsində istintaq aparılan ********* nömrəli cinayət işi baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatındadır. O, üzərindən aşkar edilmiş həmin heroini elə həmin gün saat 15 radələrində “Maxi” marketin arxa tərəfində yaşayan Tahir adlı şəxsdən 15 manat verib almış, eşitmişdir ki, Tahir narkotikdən istifadə edir, o, da Tahirlə Gəncə şəhəri X4 görüşəndə söhbət salmış, demişdir ki, ona 15 manatlıq verə bilər, o, da Tahirirn yanına gedib xahiş etmiş, 15 manat pul verərək, üzərindən aşkar olunaraq götürülmüş heroini Tahirdən almışdır. O, əvvəllər bir müddət istifadə etməmiş, elə birdən beyninə düşmüşdür ki, gedib istifadə etsin. Ondan əvvəl narkotiki haradan, necə əldə etməyini tam xatırlamır. O, heç kəsə narkotik vasitə verməmiş, o cümlədən üzərində aşkar edilmiş heroindən də heç kəsə verməmişdir. O, Tahirlə Gəncə şəhəri X4 görüb ikisi təkbətək danışmışdılar, onların yanında heç kəs olmamışdır, o, narkotiki Tahirdən alanda da yanlarında heç kəs olmamışdır, bu barədə heç kəsin məlumatı olmamışdır, heç bir şahidi və elə bir sübutu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Füzuli küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə Gəncə şəhər Nizami rayon Polis idarəsinə əməliyyat məlumatı daxil olmuş, həmçinin 19.03.2020-ci il tarixdə saxlanılan Şahid4, sonuncuda aşkar edilmiş narkotik vasitə olan heroini və 5 qramlıq şprisdə heroin məhlulunu Təqsirləndirilən şəxs 15 manat pul müqabilində almasını bildirdiyinə görə həmin məlumatların yoxlanılması üçün 20.03.2020-ci il tarixdə rəhbərliyə raportla məruzə edilərək ondan, şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və şöbənin kiçik inspektoru vəzifəsində işləyən, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs onlar tərəfdən əməliyyat müşahidəsinə götürülərək sonuncunun yeri Gəncə şəhəri H.Əliyev prospektində yerləşən «Maxi» marketin yaxınlığında saat 12-30 dəqiqədə müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, Tahiri üzərində şəxsi axtarış aparılması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığı üçün raportla rəhbərliyə məruzə edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhər 1 saylı Vəkillər bürosunun vəkili Müdafiəçi adlı vəkillə təmin olunmuş, onların iştirakları ilə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd qara rəngli siqaret falqasına bənzər kağıza bükülmüş açıq qəhvəyi rəngli, toz halında olan spisifik iyə malik heroin aşkar edilmiş, həmin kütlə onların, Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi iştirakı ilə aptek tərəzisində çəkilmiş, kağızla birlikdə, 0,8 qram çəkidə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa bir dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş həmin narkotik vasitə olan heroini yerdən tapmışdır, özünün istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış keçirmə zamanı yaşayış evinin qonaq otağında girişdən sağ tərəfdə pəncərənin qarşısında 10 qramlıq şprisdə heroin məhlulu, evin həyətinin giriş hissəsində sağda yerləşən yardımçı bina kimi istifadə olunan mətbəxdən şkafın üzərindən 01 ədəd 5 qramlıq şprisdə heroin məhlulu, şkafın içərisində stəkanların birinin içərisindən isə sellofan bükülü aşkar edilmiş, sellofan bükülüdə pambıq, 03 ədəd üzərində «Rifamiçin- isoniazid» sözləri yazılmış həblər aşkar edilmişdir. Yaşayış evinə baxış keçirmə zamanı dövriyyəsi qadağan olunmuş başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr və dərmanlar qablaşdırılmış, onlar tərəfdən imzalarla təsdiq edilərək Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin baxış keçirmə zamanı Təqsirləndirilən şəxs həqiqətən 19.03.2020-ci il tarixdə Şahid4 15 manata bir çet heroin satmasını və 5 qramlıq şprisdə heroin məhlulu da satmasını bildirmişdir. Onlar həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun yanında heç kəs olmamış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman da onlar iştirakçılardan başqa, yəni, ondan, Şahid1, Şahid3 və vəkili Müdafiəçi başqa kimsə görməmişdir, kənar şəxslərdən yanlarında heç kəs olmamış, ayrı bir kənar şəxs bunu görməmişdir. Onlar Tahiri gətirəndən sonra Tahir bildirmişdir ki, sonuncu cəmi bir dəfə, 19.03.2020-ci il tarixdə tanışı Zöhrabın xahişi ilə Zöhraba 15 manat müqabilində bir çet heroin və 5 qramlıq şprisdə heroin məhlulu satmış, ayrı kimlərəsə də narkotik vasitə satmamışdır. Tahir bildirmişdir ki, Zöhraba satdığı, özündə və yaşadığı evdə aşkar edilmiş narkotik vasitəni bir neçə gün əvvəl «Maxi» marketin yaxınlığında sellofana bükülü vəziyyətdə tapmış, özünün istifadəsi üçün saxlamış, təkcə Zöhrabın xahişi ilə Zöhraba 15 manata bir dəfə qeyd edilənləri satmışdır, ayrı kimdənsə də narkotik almadığını və satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Gəncə şəhəri Füzuli küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə Gəncə şəhər Nizami rayon Polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur, həmçinin 19.03.2020-ci il tarixdə saxlanılan Şahid4, sonuncuda aşkar edilmiş narkotik vasitə olan heroini və 5 qramlıq şprisdə heroin məhlulunu Təqsirləndirilən şəxs 15 manat pul müqabilində almasını bildirdiyinə görə həmin məlumatların yoxlanılması üçün 20.03.2020-ci il tarixdə rəhbərliyə raportla məruzə edilərək ondan, şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və şöbənin kiçik inspektoru vəzifəsində işləyən, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs onlar tərəfdən əməliyyat müşahidəsinə götürülərək sonuncunun yeri Gəncə şəhəri H.Əliyev prospektində yerləşən «Maxi» marketin yaxınlığında saat 12-30 dəqiqədə müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, Tahiri üzərində şəxsi axtarış aparılması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirmişdilər. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığı üçün raportla rəhbərliyə məruzə edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhər 1 saylı Vəkillər bürosunun vəkili Müdafiəçi adlı vəkillə təmin olunmuşdur, onların iştirakları ilə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd qara rəngli siqaret falqasına bənzər kağıza bükülmüş açıq qəhvəyi rəngli, toz halında olan spisifik iyə malik heroin aşkar edilmişdir, həmin kütlə onların, Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi iştirakı ilə aptek tərəzisində çəkilmiş, kağızla birlikdə, 0,8 qram çəkidə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa bir dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş həmin narkotik vasitə olan heroini yerdən tapmışdır, özünün istifadəsi üçün üzərində gəzdirir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı Gəncə şəhəri Nizami rayonu ünvan 3 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış keçirmə zamanı yaşayış evinin qonaq otağında girişdən sağ tərəfdə pəncərənin qarşısında 10 qramlıq şprisdə heroin məhlulu, evin həyətinin giriş hissəsində sağda yerləşən yardımçı bina kimi istifadə olunan mətbəxdən şkafın üzərindən 01 ədəd 5 qramlıq şprisdə heroin məhlulu, şkafın içərisində stəkanların birinin içərisindən isə sellofan bükülü aşkar edilmişdir, sellofan bükülüdə pambıq, 03 ədəd üzərində «Rifamiçin- isoniazid» sözləri yazılmış həblər aşkar edilmişdir. Yaşayış evinə baxış keçirmə zamanı dövriyyəsi qadağan olunmuş başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr və dərmanlar qablaşdırılmış, onlar tərəfdən imzalarla təsdiq edilərək Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin baxış keçirmə zamanı Təqsirləndirilən şəxs həqiqətən 19.03.2020-ci il tarixdə Şahid4 15 manata bir çet heroin satmasını və 5 qramlıq şprisdə heroin məhlulu da satmasını bildirmişdir. Onlar həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun yanında heç kəs olmamışdır, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman da onlar iştirakçılardan başqa, yəni, ondan, Şahid2, Şahid3 və vəkili Müdafiəçi başqa ayrı kimsə də görməmişdir, kənar şəxslərdən yanlarında heç kəs yox olmamış, ayrı bir kənar şəxs bunu görməmişdir. Onlar Tahiri gətirəndən sonra Tahir bildirmişdir ki, sonuncu cəmi bir dəfə, 19-03.2020-ci il tarixdə tanışı Zöhrabın xahişi ilə Zöhraba 15 manat müqabilində bir çet heroin və 5 qramlıq şprisdə heroin məhlulu satmışdır, ayrı kimlərəsə də narkotik vasitə satmamışdır. Tahir bildirmişdir ki, Zöhraba satıdığı, özündə və yaşadığı evdə aşkar edilmiş narkotik vasitəni də bir neçə gün əvvəl «Maxi» marketin yaxınlığında sellofana bükülü vəziyyətdə tapmışdır, özünün istifadəsi üçün saxlamış, təkcə Zöhrabın xahişi ilə Zöhraba 15 manata bir dəfə qeyd edilənləri satmışdır, ayrı kimdənsə də narkotik almadığını və satmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.03.2020-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə ” barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd, qara rəngli siqaret falqasına bənzər kağıza bükülmüş, açıq qəhvəyi rəngli, toz halında olan spesifik iyə malik olan narkotik vasitəı “heroinə” bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.03.2020-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana baxış keçirilmiş və onun yaşadığı evin girişindən sağda olan pəncərənin qarşısında 1 ədəd içərisində qəhvəyi rəngli maye olan 10 ml ölçüdə şpris iynə, şkafın üzərindən 1 ədən 5 ml ölçüdə şpris iynə aşkar edilmiş, həmin şkafın içərisində olan stəkanlardan birinin içərisindən isə 1 ədəd sellofana bükülü pambıq və 3 ədəf üzərində “Rifamçin və isoniazid” sözləri yazılan 3 ədəd həb aşkar edilərək götürülmüş və çəkiliş DVD diskə köçürülərkən videogörüntü materiala əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 20.03.2020-ci il tarixli 16/229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan kağız paketdəki, bir ədəd kibrit qara rəngli kağız bükümdə, təmiz çəkisi 0.432 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri olan kağız paketdəki, 1 ədəd, 10 ml-lik birdəfəlik şprisdəki 6 ml həcmində açıq qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlulun tərkibində heroin quru maddəsinin təmiz çəkisi - 0.108 qramdır. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 1 ədəd 5 ml ölçüdə....” sözləri olan kağız paketdəki, 1 ədəd, 5 ml-lik birdəfəlik şprisdəki 1.4 ml həcmində olan qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0.112 qramdır. Həmin kağız paketdəki 3 ədəd həbin, MEM-nin X8 lazımi texniki avadanlıq olmadığından tədqiqatı aparılmamışdır. Həmin kağız paketdəki pambıq topalarının üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğundan heroinin quru maddəsinin çəkisini müəyyən etmək mümkün olmamışdır (heroinin təmiz çəkisi -0.432 qram, tədqiqata sərf edildi -0.05 qram, qalıq -0.382 qr., heroin məhlulu 1.4 ml və 6 ml, tədqiqata sərf edildi – 2 ml., (hər birindən 1 ml) qalıq 0.4 ml və 5 ml). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 21.03.2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.03.2020-ci il tarixli 2(044)-41/2020 saylı qərarının surətindən görünür ki, 02.01.1970-ci ildə Gəncə şəhərində anadan olmuş , ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 20.03.2020-ci il tarixli qərarı qanuni hesab edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Narkoloji Dispanserinin 30.04.2020-ci il tarixli 1538 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 09.03.2007-ci il tarixdən 2000-ci ilədək Gəncə Şəhər Rayonlararası X3 narkomaniyası diaqnozu ilə ambulator, stasionar şəraitində müalicə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanserinin 30.04.2020-ci il tarixli 1718 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Səhiyyə İdarəsinin Vərəm Əleyhinə Xəstəxanasının 11.05.2020-ci il tarixli 94 saylı məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər X4 28.09.2019-cu il tarixdən 17.12.2019-cu il tarixədək “səpələnmiş ağ ciyər vərəmi” diaqnozu ilə stasionar müalicə almışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 31.10.2016-cı il tarixdən poliklinikanın vərəm kabinetində qeydiyyatda durur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Məhkəmə Ekspertiza X7 Bölməsinin 27.05.2020-ci il tarixli 16/362 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “19.03.2020-ci il tarixdə Şahid4 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunub götürülmüş...” yazılar olan kağız paketdə olan heroin ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” yazılar olan kağız paketdəkli heroin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidrlər. Heroin həll olunduğu zaman kimyəvi tərkibini dəyişdiyi üçün, toz şəklində olan heroin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X1 Məcburi Narkoloji–tibbi yoxlama ekspertizasının 10.06.2020-ci il tarixli 547 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında aydın oldu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, ümumilikdə təmiz çəkisi 0,938 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq və yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.ünvan 3 saylı evində saxlamış, 19 mart 2020-ci il tarixdə saat 15 radələrində narkotik vasitə olan həmin heroinin 0,252 qram çəkidə olan hissəsini bir ədəd gümüşü rəngli siqaret falqasına bükülü vəziyyətdə, 0,034 qram çəkidə hissəsini bir ədəd 05 ml-lik şprisin içərisindəki 01 ml-lik həcmdə mayeyə qatılmış vəziyyətdə olmaqla ümumilikdə təmiz çəkisi 0,286 qram narkotik vasitə olan heroini Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Maxi” marketin arxa hissəsində tanışı Şahid4 15 manat müqabilində qanunsuz olaraq satmış, 0,432 qram hissəsini satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq gəzdirmiş, 0,112 qram hisəssini 05 ml-lik birdəfəlik şprisdə 1,4 ml həcmdə maye məhluluna, qalan 0,108 qram hissəsini isə 10 ml-lik birdəfəlik şpisdə 6 ml-lik həcmdə maye məhluluna qatıb yaşadığı evdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış və 20 mart 2020-ci il tarixdə saat 12-30 radələrində Gəncə şəhər Nizami rayon Pİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri “Maxi” marketin yaxınlığında saxlanılıb Gəncə şəhər Nizami rayon Pİ-nə gətirilib saat 13-20 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd qara rəngli siqaret falqasına bənzər kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,432 qram çəkidə heroin, həmin tarixdə saat 14-10 dəqiqədə yaşadığı evə baxış keçirilərkən yaşadığı evin qonaq otağının sağ tərəf pəncərəsinin qarşısında 10 ml-lik birdəfəlik şpisdə 6 ml-lik həcmdə maye məhluluna qatılmış vəziyyətdə təmiz çəkisi 0,108 qram heroin və yaşadığı evin mətbəx hissəsində şkafın üzərində 05 ml-lik birdəfəlik şprisdə 1,4 ml-lik maye məhlula qatılmış vəziyyətdə təmiz çəkisi 0,112 qram heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in (keçmiş redaksiyada) 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 22.04.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.10.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə 01 il a6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.06.1994-cü il tarixdə Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan SSR CM-nin 50-ci maddəsinə əsasən 07 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 11.10.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 237.1, 66.5, 93.1.4 maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.06.2006-cı il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin 11.05.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2020-ci il tarixli 31/97 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatında cinayət işi və ya digər material olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.08.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.04.2011-ci il tarixdə Rusiya Federasiyasının Möskva şəhərinin Ostankino rayon Məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının CM-nin 228-ci maddəsinin 2-ci hissəsinin B bəndi ilə və 228.2ci maddəsi ilə təqsirli bilinərək 05. İl 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, həmçinin ağırlaşdıran halın olmaması, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.03.2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan21.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nin X5 dərhal azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət- 28.04.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20.03.2020-ci il tarixdən 21.03.2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 28.04.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.382 qram narkotik vasitə olan heroin, 0.4 ml və 5 ml qram narkotik vasitə olan heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış 2 ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 62.80 (altmış iki manat səksən qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertiza mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 20.03.2020-ci il tarixdən 21.03.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Cəza çəkmə müddətinin başlanğıcı 28.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.382 qram narkotik vasitə olan heroin, 0.4 ml və 5 ml qram narkotik vasitə olan heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri ümumilikdə 62.80 (altmış iki manat səksən qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-33/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-33/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver