Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-38/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, işləməyən, Şirvan şəhəri, G.Şıxbala küçəsi, ev 50A-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu istintağa məlum olmayan vaxt və mənbəədən şəxsi istehlak miqdarından artıq, yəni təmin çəkisi 0.605 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanaraq Gəncə şəhəri Baş Polis İdarəsinə gətirilmiş, onun üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0.605 qram olan, kustar üsulla hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birgə ünvan 2 ünvanda yaşayır. O, şəkər xəstəliyindən əziyyət çəkir, təxminən tutulmamışdan 2 ay əvvəl ünvan 4 Tekstilni adlanan ərazidən piyada yaşadığı ünvana gedən zaman həmin ərazidə yerdə kiçik ölçülü, polietilen sellofana bükülmüş vəziyyətdə nə isə olduğunu görmüş, bu zaman o, əyilib həmin bükülünü yerdən götürmüş, bükülünü açan zaman içərisində, ağrıları olduğu üçün əvvəllər də istifadə etdiyi “kakos” adlandırdığı narkotik vasitə olduğunu görmüş, o, əvvəllərdə həmin narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitəni üzərində saxlamağı, lazım gələn zaman istifadə etməyi qərara alıb həmin bükülünü cibinə qoymuş, xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən evin yaxınlığında olan zaman 3 nəfər tanımadığı şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər ona yaxınlaşaraq ona özlərini polis əməkdaşları kimi təqdim etmiş, narkotik vasitə gəzdirərək istifadə etməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər, o, da həmin polis işçiləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmiş, Gəncə şəhər Baş Polis İdarəsinin inzibatı binasında hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədlərin düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, onun üzərinə baxış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən təxminən iki ay bundan əvvəl tapdığı polietilan kəsiyində olan narkotik vasitə heroini onun özü cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi heroini polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənərək imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, hazırda Gəncə şəhəri Baş Polis İdarəsinin X4 kiçik inspektoru vəzifəsində işləyir. İdarəyə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan Fuad adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 19-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhəri Baş Polis İdarəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 və Baş Polis İdarəsinin XTB-nin polis nəfəri Şahid2la birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinə getmişlər, onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayandığını müşahidə etmişlər, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra onu Gəncə şəhəri Baş Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçinin iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyinə bükülünü təqdim etmişdir. Həmin şəffaf rəngli polietilen kəsiyinin içərisində kəskin iyli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə polietilen kəsiyi ilə elektron tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisi polietilen kəsiyi ilə birlikdə 0.7 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinə bənzər kütləni haradan alması soruşulduqda o, həmin kütləni təxminən 1-2 ay bundan əvvəl Gəncə şəhərində Tekstilni adlanan ərazidə yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra büküm zərfdə qablaşdırılaraq möhürlənərək tərəfərindən imzalanmış və müvafiq sənədləşmələr aparılmışdır. Şahid2 tərəfindən məhkəməyə daxil olmuş teleqramda, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid2 ifadəsindən görünür ki, idarəyə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan Fuad adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 19 –da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhəri Baş Polis İdarəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 və Baş Polis İdarəsinin XTB-nin polis nəfəri Şahid3lə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinə getmişlər, onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayandığını müşahidə etmişlər, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra onu Gəncə şəhəri Baş Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyinə bükülünü təqdim etmişdir. Həmin şəffaf rəngli polietilen kəsiyinin içərisində kəskin iyli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə polietilen kəsiyi ilə elektron tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisi polietilen kəsiyi ilə birlikdə 0.7 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinə bənzər kütləni haradan alması soruşulduqda o, həmin kütləni təxminən 1-2 ay bundan əvvəl Gəncə şəhərində Tekstilni adlanan ərazidə yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra büküm zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək tərəfərindən imzalanmış və müvafiq sənədləşmələr aparılmışdır. Şahid1 tərəfindən məhkəməyə daxil olmuş teleqramda, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid1 ifadəsindən görünür ki, idarəyə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan Fuad adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 19 –da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhəri Baş Polis İdarəsinin X4 baş əməliyyat müvəkkili Şahid2 və Baş Polis İdarəsinin XTB-nin polis nəfəri Şahid3lə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinə getmişlər, onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayandığını müşahidə etmişlər, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra onu Gəncə şəhəri Baş Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyinə bükülünü təqdim etmişdir. Həmin şəffaf rəngli polietilen kəsiyinin içərisində kəskin iyli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə polietilen kəsiyi ilə elektron tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisi polietilen kəsiyi ilə birlikdə 0.7 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinə bənzər kütləni haradan alması soruşulduqda o, həmin kütləni təxminən 1-2 ay bundan əvvəl Gəncə şəhərində Tekstilni adlanan ərazidə yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra büküm zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək tərəfərindən imzalanmış və müvafiq sənədləşmələr aparılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-cu il tarixli “baxış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0.605 qram olan kustar üsulla hazırlanmış narkotik maddə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 16/348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen kəsiyində, təmiz çəkisi - 0,605 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. (təmiz çəkisi – 0,605 qram, tədqiqata sərf edildi – 0,05 qram, qaliq 0,555 qram) Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır X6 üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2., 311.3.4., 62.331.2., 62.331.3, 68.1.4. 66.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 11 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Ağır X6 üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2., 311.3.4., 62.331.2., 62.331.3, 68.1.4. 66.3-cü maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.605 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, həmçinin maddi sübut olan 1 ədəd DVD disk isə cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2302 saylı arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2319 saylı arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 nikahları xx xxxxxx 2013-cü il tarixdə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X3 anadan olmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,555 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,555 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-38/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-38/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver