Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-48/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 0.320 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında yerləşən 13 saylı yaşayış binasının yaxınlığında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində şəffaf rəngli polietilen kəsiyinə bükülü halda, təmiz çəkisi 0.320 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitəni Gəncə şəhəri ərazisində təsadüfi insanlardan pul müqabilində əldə etmişdir. Gəncə şəhərində narkotik vasitə satışı ilə məşğul olan bir-iki nəfər üzdən tanıdığı, lakin evini, adını və digər məlumatlarını bilmədiyi şəxslərdən biri ilə xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar qəsəbəsində təsafüdən rastlaşmış, həmin şəxsin narkotik vasitə satışı ilə məşğul olduğunu isə hərəkətlərindən anlamış və yaxınlaşaraq həmin şəxsdən 30 manat pul müqabilində narkotik vasitə olan heroin əldə etmişdir. Adını bilmədiyi və tanımadığı həmin şəxs heroini ona gizlicə vermiş, bunu heç kim görməmişdir. Əldə etdiyi narkotik vasitə olan heroin şəffaf rəngli sellofana bükülüdə olmuşdur. O, həmin bükülünü üzərində olan kibrit qutusunun içərisinə qoymüş və fürsət düşəndə istifadə etmiş, bundan sonra isə həmin yerdən uzaqlaşmışdır. Elə həmin gün, saat 18 radələrində yaşadığı binanın yaxınlığında olarkən üç nəfər mülki geyimdə olan tanımadığı şəxs ona yaxınlaşaraq özlərini Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları kimi təqdim etmiş və onu qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar. Həmin vaxt bir neçə saat əvvəl aldığı narkotik vasitə olan heroin və elə həmin gün Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Baza” adlanan ticarət mərkəzindən aldığı cib bıçağı da üzərində olmuşdur. O, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdə müdafiəçi ilə təmin edilmiş və hüquqları izah edildikdən sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl ona edilən təkliflə əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan heroini və şalvarın sol yan cibindən 1 ədəd cib bıçağını könüllü olaraq çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da, qanunsuz heç bir predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qabşaldırmaların üzərləri isə imzalarla, eləcə də onun öz imzası ilə təsdiq edilmişdir. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlər etməyəcəyini bildirdi. Məhkəmədən onun barəsində yüngül çəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fəxrəddin oğlu ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilməklə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Qəbul edilmiş həmin qərar əsasında, kiçik əməliyyat müvəkkilləri Orxan Mehtiyev və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında yerləşən 13 saylı yaşayış binasının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək şübhənin mahiyyətini izah emiş və Təqsirləndirilən şəxs özləri ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Gəncə şəhər BPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir predmet olub-olmaması soruşulmuş, əgər vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldıqda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirdirmişdir ki, kibrit qutusunun içərisindəki kütlə narkotik vasitə olan heroindir və onun özünə məxsusdur. O, həmin heroini şəxsi istifadəsi üçün Gəncə şəhəri, Bağmanlar qəsəbəsindən tanımadığı şəxsdən 30 manat pul müqabilində əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 1 ədəd cib bıçağı çıxararaq həmin bıçağın da ona məxsus olmasını, mətişətdə istifadə üçün 6 manat pul müqabilində Gəncə şəhərində “Baza” adlanan yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0.3 qram təşkil etmişdir. Aşkar edilmiş heroin və bıçaq ayrı-ayrı qablaşdırılmış və tərəflərindən imzalarımızla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid – Şahid1 ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilməklə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Qəbul edilmiş həmin qərar əsasında, kiçik əməliyyat müvəkkilləri Orxan Mehtiyev və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında yerləşən 13 saylı yaşayış binasının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək şübhənin mahiyyətini izah emiş və Təqsirləndirilən şəxs özləri ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Gəncə şəhər BPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir predmet olubolmaması soruşulmuş, əgər vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdirmişdir ki, kibrit qutusunun içərisindəki kütlə narkotik vasitə olan heroindir və onun özünə məxsusdur. O, həmin heroini şəxsi istifadəsi üçün Gəncə şəhəri, Bağmanlar qəsəbəsindən tanımadığı şəxsdən 30 manat pul müqabilində əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 1 ədəd cib bıçağı çıxararaq həmin bıçağın da ona məxsus olmasını, mətişətdə istifadə üçün 6 manat pul müqabilində Gəncə şəhərində “Baza” adlanan yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0.3 qram təşkil etmişdir. Aşkar edilmiş heroin və bıçaq ayrı-ayrı qablaşdırılmış və tərəflərindən imzalarımızla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 bölməsinin xx.xx.2020-ci il tarixli, 16/383 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri və imzalan olan kağız paketdəki, 1 ədəd şəffaf rəngli polietileb kəsiyində təmiz çəkisi 0.320 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (heroinin təmiz çəkisi – 0.320 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 270 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 832 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkuim olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz raon İcra Hakimiyyəti başçısının 09 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli 2409 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Opioidlərdən aslılıq diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Disponserdə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-2040/14 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.1965-ci il təvəllüdlü X4, xx.xx.1968-ci il təvəllüdlü X5, 0906.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017ci il təvəllüdlü X3 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli tədqiqatından qalıq qalmış 0.270 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, habelə cinayət işinə əlavə edilmiş sübut növü kimi tanının qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-96/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 11 (on bir) gün “həbs” qətimkan tədbiri seçilmişdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 3 (üç gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.270 qram (heroinin təmiz çəkisi – 0.320 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 270 qram) təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 63.90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə dair xərclənmiş 63,90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.270 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin , iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-48/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-48/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver