Məhkəmə qərarları › İş №1(044)-50/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-50/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-50/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmuş, İİ qrup Qarabağ əlili, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Renitensiar Xidmətinin 2 saylı İsintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1., 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1., 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə 19.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs Ələkbər oğluna məxsus fərdi yaşayış evinə 18.07.2020-ci il tarixdə oğurluq etmək üçün ev axtararkən həmin qapının üzərindən götüdükləri açarla açmaq yolu qanunsuz daxil olaraq oradan 25 manat dəyərində 1 ədəd uşaq gödəkçəsi (balonka), hər birinin dəyəri 10 manat olan 3 ədəd qalın uşaq koftası, hər birinin dəyəri 5 manat olan 3 ədəd uşaq köynəyi, 10 manat dəyərində 1 ədəd qadın köynəyi, hər birinin dəyəri 10 manat olan 2 ədəd kişi köynəyi, hər birinin dəyəri 10 manat olan 3 ədəd uşaq üçün cins şalvar, 5 manat dəyərində 1 ədəd uşaq koftası, 5 manat dəyərində 1 ədəd qolsuz uşaq koftası, 10 manat dəyərində 1 ədəd nazik uşaq gödəkçəsi, 5 manat dəyərində 1 ədəd nazik uşaq koftası, hər birinin dəyəri 15 manat olan 3 ədəd qadın çantası, hər birinin dəyəri 5 manat olan 2 ədəd uşaq ayaqqabısı, 10 manat dəyərində 1 ədəd idman çantası, 5 manat dəyərində 1 ədəd kişi üçün hamam xalatı, 10 manat dəyərində 1 ədəd nazik qadın gödəkçəsi, 10 manat dəyərində 1 ədəd kişi ayaqqabısı, 5 manat dəyərində 1 ədəd uşaq üçün idman ayaqqabısı, 10 manat dəyərində 1 ədəd kişi koftası, 10 manat dəyərində 1 ədəd cins şalvar, 10 manat dəyərində 1 ədəd idman çantası, 15 manat dəyərində 1 ədəd kişi gödəkçəsi, 40 manat dəyərində 1 dəst kişi üçün kostyum da daxil olmaqla 24 ədəd qara sellofan və idman çantalarında ümumilikdə 2500 manat dəyəri olan müxtəlif növdə və çeşiddə geyim əşyalarını, hər birinin dəyəri 5 manat olan 3 ədəd döşək üzü də daxil olmaqla ümumilikdə 500 manat dəyəri olan iki ədəd yataq dəstini, 40 manat dəyərində 1 ədəd “Geepas” markalı ətçəkən maşını, 30 manat dəyərində 1 ədəd “Geepas” markalı mikseri, 40 manat dəyərində “Canon” markalı 1 ədəd fotoaparatı, hər birinin dəyəri 10 manat dəyəri olan 2 ədəd “Sonashi” markalı feni, dəyəri 10 manat olan 1 ədəd gecə işıqlandırıcısını, dəyəri 20 manat olan 1 ədəd gecə işıqlandırıcısını, 80 manat dəyərində 1 ədəd epilyatoru, 50 manat dəyərində 1 ədəd qazan dəstini, 20 manat dəyərində 1 ədəd boks kisəsini, ümumilikdə 250 manat dəyərində 19 ədəd oyuncaq dəmir maşını, hər birinin dəyəri 2 manat olan oyuncaq dəmir maşın da daxil olmaqla ümumilikdə 200 manat dəyəri olan bir qutu oyuncağı, 50 manat dəyərində 1 ədəd “Geepas” markalı ütünün, 180 manat dəyərində 1 ədəd samovarı, 140 manat dəyərində 1 ədəd “İntizot” markalı preferatoru, 50 manat dəyərində 1 ədəd laqonda aparatını, 150 manat dəyərində olan 1 ədəd “Zubr” markalı preferatoru, 35 manat dəyəri olan 1 ədəd gümüş boyunbağını, 20 manat dəyərində 1 ədəd təkərli ayaqqabını, 20 manat dəyərində 1 ədəd nərdi, 10 manat dəyərində 1 ədəd şüşə qəndqabını, hər birinin dəyəri 40 manat olan 2 ədəd xurustal güldanı, 5 manat dəyərində 1 ədəd çətiri, ümumilikdə zərərçəkmiş şəxsin 4465 (dörd min dörd yüz altmış beş) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə 19.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs Ələkbər oğluna məxsus fərdi yaşayış evinə qapını, 18.07.2020-ci il tarixdə oğurluq etmək üçün ev axtararkən həmin qapının üzərindən götüdükləri açarla açmaq yolu qanunsuz daxil olaraq oradan 25 manat dəyərində 1 ədəd uşaq gödəkçəsi (balonka), hər birinin dəyəri 10 manat olan 3 ədəd qalın uşaq koftası, hər birinin dəyəri 5 manat olan 3 ədəd uşaq köynəyi, 10 manat dəyərində 1 ədəd qadın köynəyi, hər birinin dəyəri 10 manat olan 2 ədəd kişi köynəyi, hər birinin dəyəri 10 manat olan 3 ədəd uşaq üçün cins şalvar, 5 manat dəyərində 1 ədəd uşaq koftası, 5 manat dəyərində 1 ədəd qolsuz uşaq koftası, 10 manat dəyərində 1 ədəd nazik uşaq gödəkçəsi, 5 manat dəyərində 1 ədəd nazik uşaq koftası, hər birinin dəyəri 15 manat olan 3 ədəd qadın çantası, hər birinin dəyəri 5 manat olan 2 ədəd uşaq ayaqqabısı, 10 manat dəyərində 1 ədəd idman çantası, 5 manat dəyərində 1 ədəd kişi üçün hamam xalatı, 10 manat dəyərində 1 ədəd nazik qadın gödəkçəsi, 10 manat dəyərində 1 ədəd kişi ayaqqabısı, 5 manat dəyərində 1 ədəd uşaq üçün idman ayaqqabısı, 10 manat dəyərində 1 ədəd kişi koftası, 10 manat dəyərində 1 ədəd cins şalvar, 10 manat dəyərində 1 ədəd idman çantası, 15 manat dəyərində 1 ədəd kişi gödəkçəsi, 40 manat dəyərində 1 dəst kişi üçün kostyum da daxil olmaqla 24 ədəd qara sellofan və idman çantalarında ümumilikdə 2500 manat dəyəri olan müxtəlif növdə və çeşiddə geyim əşyalarını, hər birinin dəyəri 5 manat olan 3 ədəd döşək üzü də daxil olmaqla ümumilikdə 500 manat dəyəri olan iki ədəd yataq dəstinin, 40 manat dəyərində 1 ədəd “Geepas” markalı ətçəkən maşını, 30 manat dəyərində 1 ədəd “Geepas” markalı mikseri, 40 manat dəyərində “Canon” markalı 1 ədəd fotoaparatı, hər birinin dəyəri 10 manat dəyəri olan 2 ədəd “Sonashi” markalı feni, dəyəri 10 manat olan 1 ədəd gecə işıqlandırıcısını, dəyəri 20 manat olan 1 ədəd gecə işıqlandırıcısını, 80 manat dəyərində 1 ədəd epilyatoru, 50 manat dəyərində 1 ədəd qazan dəstinin, 20 manat dəyərində 1 ədəd boks kisəsini, ümumilikdə 250 manat dəyərində 19 ədəd oyuncaq dəmir maşını, hər birinin dəyəri 2 manat olan oyuncaq dəmir maşın da daxil olmaqla ümumilikdə 200 manat dəyəri olan bir qutu oyuncağı, 50 manat dəyərində 1 ədəd “Geepas” markalı ütünün, 180 manat dəyərində 1 ədəd samovarı, 140 manat dəyərində 1 ədəd “İntizot” markalı preferatoru, 50 manat dəyərində 1 ədəd laqonda aparatını, 150 manat dəyərində olan 1 ədəd “Zubr” markalı preferatoru, 35 manat dəyəri olan 1 ədəd gümüş boyunbağını, 20 manat dəyərində 1 ədəd təkərli ayaqqabını, 20 manat dəyərində 1 ədəd nərdi, 10 manat dəyərində 1 ədəd şüşə qəndqabını, hər birinin dəyəri 40 manat olan 2 ədəd xurustal güldanı, 5 manat dəyərində 1 ədəd çətiri, ümumilikdə zərərçəkmiş şəxsin 4465 (dörd min dörd yüz altmış beş) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində bildirdi ki, evlidir və bir azyaşlı uşağı vardır. O, İİ qrup Qarabağ əlilidir və dövlət tərəfindən ona “Naz lifan” markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobil verilmişdir. Həmin avtomobillə o, taksi fəaliyyəti ilə də məşğul olur. 18 iyul 2020-ci il tarixdə təxminən saat 17 radələrində Atəş öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “Firuzə” şadlıq sarayının qarşısına çağırmış, o, ora gedərkən Atəşlə Orxanın bir yerdə olduqlarını görmüş və onlar mağazalardan oğurluq etmək istədiklərini ona bildirmiş, onlarla razılaşmışdır. Bundan sonra oğurluq etmək məqsədilə onun “Naz lifan” markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Avtozavod qəsəbəsinə getmişlər. Avtozavod qəsəbəsində küçələrdə o, avtomobili saxlamış, Atəş və Orxan isə birlikdə avtomobildən düşərək həmin küçədə mağaza olmadığını öyrəndikdən sonra yenidən avtomobilə qayıdıb başqa küçəyə getmilər, yenə də küçələrdən birində o, avtomobili kənarda saxlamış və Atəş və Orxan avtomobildən düşərək küçəni gəzməyə başlamış, bir qədərdən sonra onlar qayıdıb onun yanına gəlmişlər. O, Atəş və Orxandan oğurluq etmələrini soruşmuş, Atəş isə ona bir şey olmadığını, lakin evin birinin qapısının üzərindən açar götürdüyünü demişdir. Sonra birlikdə başqa bir küçəyə getmək istəyərkən o, avtomobildə benzin olmadığını bildirmiş, həmin vaxt yaxınlıqda olan mağazanın yanından keçən zaman rezin butulkalarda benzin satıldığını görmüş, mağazadan həm hər hansı bir əşya, həmçinin həmin benzini oğurlamağı qərarlaşdırmışlar və bunun üçün o, avtomobili mağazanın yanında saxlamışdır. Yenə Atəş, Orxanla birlikdə maşından düşmüşlər, Atəş mağazaya girmiş, Orxan isə mağazanın qarşısındakı həmin benzinləri oğurlayaraq maşına gətirmiş və onlar oradan bir qədər aralanmışlar. Atəş isə mağazada qalmışdır. Bir kənarda həmin benzinləri maşına tökmüşlər. Həmin vaxt təxminən 1 litirlik və 2 litirlik olmaqla təxminən 5-6 butulka benzin oğurlamışlar. Təxminən yarım saatdan sonra Atəş onlara zəng etmiş və görüşmüşlər. Oradan şəhərə qayıdaraq evinə getmişdir. 19.07.2020-ci il tarixdə, saat təxminən 22 radələrində Atəşlə zəngləşərək görüşmüş və sonra birlikdə oğurluq etmək üçün açarını götürdükləri evin qarşısına getmişlər. O, avtomobli kənarda saxlamış və birlikdə evə yaxınlaşmışlar. Evdə heç kimin olmadığına əmin olduqdan sonra açarla qapını açıb həyətə daxil olmuşlar, həyətdə heç nə olmamış, evin yuxarı hissəsində balaca bir otağın açıq olan qapısından içəri daxil olan zaman otaqda böyük təkərli çanta və ev əşyaları olduğunu görmüşlər. O, Atəşlə birlikdə orada olan müxtəlif geyim və məişət əşyalarını orada olan sumkaları yığmışlar və hərəsinə iki ədəd bağlama olmuşdur. Bundan sonra Atəşlə həmin bağlamaları həyətə, qapının yanına qoymuşlar və hər ikisi küçəyə çıxdıb avtomaşına tərəf getmişlər, avtomaşını ilə həmin evin qarşısına gəlmişlər, bağlamaları tez avtomaşına qoyub qapını örtmüşlər, sonra bir başa onun evinə getmişlər. Oğurladıqları əşyaları onun Ə.Gəncəvi küçəsindəki yerləşən evinin qarşısında bölmüşlər, ona düşən əşyaları evə boşaltmış, Atəşə düşən əşyaları onun maşınına yığıb evinə aparmışdır. Daha sonra polis əməkdaşları ona zəng edərək polis idarəsinə dəvət edərkən o, törətdiyi cinayət əməlinin ifşa olunduğunu bilib oğurladığı əşyaları da özü ilə götürüb polis idarəsinə gəlmiş, əşyaları polisə təqdim etmiş və törətdiyi cinayəti könüllü olaraq etiraf etmişdir. Həmin oğurluqda o, və Atəşdən başqa heç kim olmamışdır. Orxanın isə nə üçün həmin evə getmədiyini o bilməmişdir. Oğurladığı əşyalardan bir ədəd samovarı o, Gəncə şəhərindəki “Köhnə kolxoz bazarı”nın yanında yerləşən, Leyla adlı qadının işlədiyi mağazaya 35 manata satmışdır və həmin şəxsə samovarın özünə məxsus olduğunu demişdir. O, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək bildirdi ki, o, evlidir və iki azyaşlı uşağı vardır.. Gəncə şəhər sakinləri olan Orxan və Nazim adlı şəxsləri də uzun müddətdir tanıyır, onlarla münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 18.07.2020-ci il tarixdə saat təxminən 16 radələri olardı o, təsadüfən Orxanla, Gəncə şəhəri ərazisində, “Firuzə” şadlıq sarayının qarşısında görüşmüş, həmin vaxt bir qədər söhbət etdikdən sonra Orxanla qərarlaşdırmışlar ki, Nazimi çağırsınlar və Nazimin avtomobili ilə Gəncə şəhəri ərazisində gəzərək mağazalardan oğurluq etsinlər. Buna görə o, öz istifadəsində olan ***- ******* saylı mobil telefon nömrəsindən Nazimin istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsinə zəng edərək “Firuzə” şadlıq sarayının qarşısına çağırmış və onunla birlikdə orada görüşüb mağazalardan oğurluq etmək istədiklərini Nazimə bildirmiş və Nazim də onlarla razılaşmışdır. Bundan sonra Nazimlə oğurluq etmək məqsədilə Nazimin “Naz lifan” markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Avtozavod qəsəbəsinə getmişlər. Avtozavod qəsəbəsində küçələrdə Nazim avtomobili saxlayırmış, o, və Orxan isə birlikdə avtomobildən düşərək həmin küçədə mağaza olmadığını öyrəndikdən sonra yenidən avtomobilə qayıdıb başqa küçəyə gedirmişlər. Yenə də küçələrdən birində Nazim avtomobili kənarda saxlamış və onlar avtomobildən düşərək küçəni gəzməyə başlamışlar. Nazim isə avtomobilində oturub onları gözləmişdir. O, Orxanla gəzərkən bir evin darvazasının qapısının üzərində açar olduğunu görmüşlər, o, həmin evə yaxınlaşmış və darvazadan qulaq asıb gözləmişdir. Həmin vaxt içəridə iş görürlər və musiqi səsi gəldiyini eşitmişdir. O, belə başa düşmüşdür ki, içəridə ustalar işləyir və o, açarı qapının üzərindən çıxarıb cibinə qoyub həmin evin yanından aralanmışlar, qayıdıb Nazimin yanına gəlmişlər, Nazim onlardan nə olduğunu, mağaza tapıb-tapmadıqlarını, oğurluq edə bilib-bilmədiklərini soruşmuş, o, Nazimə bir şey olmadığını, lakin evin birinin qapısının üzərindən açar götürdüyünü demiş, sonra birlikdə başqa bir küçəyə getmək istəyərkən Nazim avtomobilində benzin olmadığını bildirmiş, həmin vaxt yaxınlıqda olan mağazanın yanından keçən zaman kauçuk butulkalarda benzin satıldığını görmüşlər, mağazadan həm hər hansı bir əşya, həmçinin həmin benzini oğurlamaq üçün Nazim avtomobili mağazanın yanında saxlamış, yenə o, Orxanla birlikdə maşından düşmüş və o, mağazaya girib satıcının başını qatmışdır. Orxan isə mağazanın qarşısındakı həmin benzinləri oğurlamışdır. O, bir neçə dəqiqədən sonra mağazadan çıxarkən Orxan və Nazimin artıq benzini oğurlayaraq getdiklərini görmüşdür. Sonra o, Nazimə zəng etmiş və təxminən yarım saatdan sonra onlarla görüşmüş, həmin vaxt Orxan benzini maşına tökdüklərini bildirmiş, oradan şəhərə qayıtmışdılar və hərə öz evinə getmişdir. 19.07.2020-ci il tarixdə, saat təxminən 22 radələrində Nazimlə zəngləşərək görüşmüş, Orxanın isə mobil telefonu olmadığından Orxanı çağıra bilməmişdir. Nazimlə görüşəndən sonra birlikdə oğurluq etmək üçün açarını götürdüyü evin qarşısına gəlmişlər, Nazim avtomoblini kənarda saxlamış və birlikdə evə yaxınlaşmışlar. Evdə heç kimin olmadığına əmin olmuşlar və açarla qapını açıb həyətə daxil olmuşlar. Həyətdə heç nə olmamış, evin yuxarı hissəsində isə balaca bir otaq olduğunu, həmin otağın açıq olan qapısından içəri daxil olan zaman otaqda böyük təkərli çanta və ev əşyaları olduğunu görmüşlər, Nazimlə o, birlikdə orada olan müxtəlif geyim və məişət əşyalarını orada olan sumkalara yığmışlar və hərəsində iki ədəd bağlama olmuş, sonra Nazimlə həmin bağlamaları Nazimin maşını ilə bir başa Nazimgilin evinə gətirmişlər. Oğurladıqları əşyaları Nazimin Ə.Gəncəvi küçəsindəki yerləşən evinin qarşısında bölmüşlər, Nazim özünə düşən əşyaları evinə boşaltmış, ona düşən əşyaları Nazimin maşınına yığıb onun yaşadığı evə gətirmişlər. Daha sonra polis tərəfindən saxlanılarkən törətdiyi cinayəti könüllü olaraq etiraf etmiş və oğurladığı əşyaların hamısını polisə təqdim etmişdir. Həmin oğurluqda o, və Nazimdən başqa heç kim olmamış, Orxan onların həmin evə oğurluğa gedəcəklərini bilsə də, sonradan o, Orxanı tapa bilmədiyim üçün Orxan onlarla oğurluğa getməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərilən əşyaları onlar oğurlamışlar, lakin həmin əşyalardan ütü, perferator və laqonda oğurlamalarını o, xatırlamır. Həmin əşyaların hamısı onun evində olmuş və o, onları da polisə təqdim etmişdir. O, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, hadisədən ay əvvəl ünvan 3 ünvanında yerləşən evini satmış və mənzilin satışından əldə etdiyi vəsaitlə Gəncə şəhəri, Avtozavod qəsəbəsində 3 otaqdan ibarət fərdi yaşayış evi tikdirmiş, tikdirdiyi fərdi yaşayış evində yaşayış olmamış, orada təmir işləri görülmüşdür. Evini satdıqdan sonra 17.07.2020-ci il tarixdə və 18.07.2020-ci il tarixdə onlara məxsus olan ev əşyalarını saxlamaq üçün yer olmaması səbəbindən Gəncə şəhəri Avtozavod qəsəbsindəki fərdi yaşayış evin həyətindəki yarımtikiliyə gətirib yığmışlar. Onlar fərdi yaşayış evini podrat müqaviləsi əsasında başqa şəxsə tikdirirmişlər. Buna görə də, evin açarları onlarda olmamış, orada təmir işləri görüldüyü üçün, açarlardan bir ədədi evin çöl qapısının üzərində olurmuş ki, ustalar işi görüb qurtardıqdan sonra qapını bağlayıb gedə bilsinlər. Digər 3 açar isə evi tikdirdikləri Elşən adlı şəxsdə olmuşdur. Onlar 18.07.2020-ci il tarixdə ev əşyalarını evin həyətindəki yarımtikliyə yığdıqdan sonra, həmin günü evin çöl daravazasının açarlarından biri nəmalum şəraitdə itmişdir. Onlar itmiş açarı axtarsalar da, tapa bilmədikləri üçün həmin günü qapını bağlamaq məqsədi ilə Elşəndən açarı gətiməsini xahiş etmişlər. 19.07.2020-ci il tarixdə də, evdə təmizlik işləri gördükdən sonra evin çöl qapısını bağlayıb getmişlər. Həmin vaxt ev əşyalarının hamısı yerində olmuşdur. 20.07.2020-ci il tarixdə səhər saat 07:30 radələrində evin çöl qapısını açmaq istəyərkən çöl qapının açıq vəziyyətdə, yarımtiklinin isə qapısının sındırılmış, içərisinin dağınıq vəziyyətdə, pal-paltarın tökülmüş vəziyyətdə olmasını görmüşlər. Bundan sonra arvadı Şahid1 gedib anasıgildən götürüb evə gətirmiş, Günayla birlikdə evin həyətindəki yarımtikiliyə baxış keçirən zaman 24 ədəd qara sellofan və idman çantasından ümumilikdə 2500 manat dəyəri olan müxtəlif növdə geyim əşyalarını, ümumilikdə 500 manat dəyəri olan iki ədəd yataq dəstinin, 80 manat dəyəri olan 1 ədəd “Geepas” markalı ətçəkən maşının, 90 manat dəyəri olan 1 ədəd “Geepas” markalı mikserin, 450 manat dəyəri olan “Kanon” markalı 1 ədəd videokameranın, 80 manat dəyəri olan 1 ədəd epilyatorun, 50 manat dəyəri olan 1 ədəd qazan dəstinin, 35 manat dəyəri olan 1 ədəd boks yastığının, ümumilikdə 250 manat dəyəri olan 19 ədəd oyuncaq dəmir maşının, 200 manat dəyəri olan bir qutu oyuncağın, 50 manat dəyəri olan 1 ədəd “Geepas” markalı ütünün, ümumilikdə 100 manat dəyəri olan “Sonashi” markalı 2 ədəd fenin, 180 manat dəyəri olan 1 ədəd samovarın, 140 manat dəyəri olan “İntizot” markalı preferatorun, 50 manat dəyəri olan 1 ədəd laqonda aparatının, 150 manat dəyəri olan “Zubr” markalı preferatorun, 35 manat dəyəri olan 1 ədəd gümüş boyunbağının, 30 manat dəyəri olan iki ədəd gecə işıqlandırıcısının yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi əşyalar nəmalum şəxslər tərəfindən oğurlanmışdır. 22.07.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Gəncə şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət edərək Gəncə şəhəri Avtazavod qəsəbəsində ona məxsus fərdi yaşayış evinin həyətində olan yarımtikilidən oğurluq olması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onların barəsində heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onlar hadisədən iki ay əvvəl ünvan 3 ünvanında yerləşən evlərini sataraq, həmin evin satış puluna Gəncə şəhəri Avtozavod qəsəbəsində 3 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər, həmin fərdi yaşayış evində yaşayış olmamış, orada təmir işləri görülmüşdür. Evlərini satdıqdan sonra onlara məxsus olan ev əşyalarını saxlamaq üçün yerləri olmadığından Gəncə şəhəri Avtozavod qəsəbsindəki fərdi yaşayış evin həyətindəki yarımtikiliyə gətirib yığmışlar. Onlar fərdi yaşayış evini podrat müqaviləsi əsasında başqa şəxsə tikdirdiklərindən evin açarları onlarda olmamış, orada təmir işləri görüldüyü üçün, açarlardan bir ədədi evin çöl qapısının üzərində olmuş ki, ustalar işi görüb qurtardıqdan sonra qapını bağlayıb gedə bilsinlər. Digər 3 açar isə evi tikdirdikləri Elşən adlı şəxsdə olmuşdur. 18.07.2020-ci il tarixdə ev əşyalarını evin həyətindəki yarımtikliyə yığdıqdan sonra, həmin günü evin çöl daravazasının açarlarından biri nəmalum şəraitdə itmiş və onlar itmiş açarı axtarsalar da, tapa bilməmişlər, həmin günü qapını bağlamaq məqsədi ilə Elşəndən açarı gətiməsini xahiş etmişlər. 19.07.2020-ci il tarixdə də, evdə təmizlik işləri gördükdən sonra evin çöl qapısını bağlayıb getmişlər. Həmin vaxt ev əşyalarının hamısı yerində olmuşdur. 20.07.2020-ci il tarixdə səhər saat 07:30 radələrində onun yoldaşı Zərərçəkmiş şəxs evin çöl qapısını açmaq istəyərkən çöl qapının açıq vəziyyətdə, yarımtiklinin isə qapısının sındırılmış, içərisinin dağınıq vəziyyətdə, pal-paltarın tökülmüş vəziyyətdə olmasını görmüş və bundan sonra Elgün gələrək onu anasıgildən götürmüş, onlar birlikdə təzə tikili olan evə getmişlər, birlikdə evin həyətindəki yarımtikiliyə baxış keçirən zaman 24 ədəd qara sellofan və idman çantasından ümumilikdə 2500 manat dəyəri olan müxtəlif növdə geyim əşyalarını, ümumilikdə 500 manat dəyəri olan iki ədəd yataq dəstinin, 80 manat dəyəri olan 1 ədəd “Geepas” markalı ətçəkən maşının, 90 manat dəyəri olan 1 ədəd “Geepas” markalı mikserin, 450 manat dəyəri olan “Kanon” markalı 1 ədəd videokameranın, 80 manat dəyəri olan 1 ədəd epilyatorun, 50 manat dəyəri olan 1 ədəd qazan dəstinin, 35 manat dəyəri olan 1 ədəd boks yastığının, ümumilikdə 250 manat dəyəri olan 19 ədəd oyuncaq dəmir maşının, 200 manat dəyəri olan bir qutu oyuncağın, 50 manat dəyəri olan 1 ədəd “Geepas” markalı ütünün, ümumilikdə 100 manat dəyəri olan “Sonashi” markalı 2 ədəd fenin, 180 manat dəyəri olan 1 ədəd samovarın, 140 manat dəyəri olan “İntizot” markalı preferatorun, 50 manat dəyəri olan 1 ədəd laqonda aparatının, 150 manat dəyəri olan “Zubr” markalı preferatorun, 35 manat dəyəri olan 1 ədəd gümüş boyunbağının, 30 manat dəyəri olan iki ədəd gecə işıqlandırıcısının yerində olmadığını görmüşlər. Ona məlum olmuşdur ki, həmin əşyalar nəmalum şəxslər tərəfindən oğurlanmışdır. Onun yoldaşı Elgün 22.07.2020-ci il tarixdə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə və Gəncə şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət edərək Gəncə şəhəri Avtazavod qəsəbəsində ona məxsus fərdi yaşayış evinin həyətində olan yarımtikilidən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.09.2020-ci il tarixli 9/3723 nömrəli rəyindən görünür ki, ekspert tədqiqatına 1 ədəd uşaq gödəkçəsi (balonka), 3 ədəd qalın uşaq koftası, 3 ədəd uşaq köynəyi, 1 ədəd qadın köynəyi, 2 ədəd kişi köynəyi, 3 ədəd uşaq üçün cins şalvar, 1 ədəd uşaq koftası, 1 ədəd qolsuz uşaq koftası, 1 ədəd nazik uşaq gödəkçəsi, 3 ədəd döşək üzü, 1 ədəd nazik uşaq koftası, 2 ədəd fen, 1 ədəd canon markalı fotoaparat, 3 ədəd qadın çantası, 2 cüt uşaq ayaqqabısı, 1 ədəd idman çantası, 1 ədəd şüşə qəndqabı, 2 ədəd xrustal güldan, 1 ədəd “Gepas” markalı mikser, 1 ədəd “Gepas” markalı ətçəkən, 1 ədəd gecə işıqlandırıcısı, 1 ədəd nərd, 1 cüt təkərli ayaqqabı, 1 ədəd kişi üçün hamam xalatı, 1 ədəd nazik qadın gödəkçəsi, 1 ədəd kişi ayaqqabısı, 2 ədəd oyuncaq dəmirdən maşın, 1 ədəd uşaq üçün idman ayaqqabısı, 1 ədəd kişi koftası, 1 ədəd cins şalvar, 1 ədəd idman çantası, 1 ədəd kişi gödəkçəsi, 1 ədəd kişi üçün kostyum, 1 ədəd çətir, 1 ədəd boks kisəsi istifadədə olması, üzərində nəzərə çarpacaq zədə, qüsur olmamaqla normal vəziyyətdədirlər və ekspertizaya təqdim olunmuş 35 adda əşyaların istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 649.0 manat müəyyən edilmişdir (ekspertiza xərci 50 manat). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 22.07.2020-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24.07.2020-ci il tarixdə baxış və götürmə haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanda Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyalara baxış keçirilərək, götürülməsi barədə protokol tırtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.07.2020-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.07.2020-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 26.07.2020-ci il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı televizor iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 26.07.2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 göstərdiyi əşyalar 1 ədəd nərddən, 1 cüt təkərli ayaqqabıdan, 1 ədəd kişi üçün hamam xalatından,1 ədəd nazik qadın gödəkçəsindən, 1 ədəd kişi ayaqqabısından, 2 ədəd oyuncaq dəmirdən maşından, 1 ədəd uşaq üçün idman ayaqqabısından, 1 ədəd kişi koftasından, 1 ədəd cins şalvardan, 1 ədəd idman çantasından, 1 ədəd kişi gödəkçəsindən, 1 ədəd kişi üçünkostyumdan, 1 ədəd çətirdən və 1 ədəd boks kisəsindən ibarət əşyalara baxış keçirilərək götürülməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 27.07.2020-ci il tarixli 4(044)- 72/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25.07.2020-ci il tarixdən, saat 20:20-dən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 27.07.2020-ci il tarixli 4 (044)- 71/2020- saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli 25.07.2020-ci il tarixdən hesablanmış və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 05.08.2020-ci il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı hər iki təqsiorləndirilən şəxs oğuirluq etdikləri yeri və həmin yerdə iş üçün əhəmiyyət kəsb edən yerləri, Zərərçəkmiş şəxs evindən oğurladıqları samovarı həmin ərazidə olan mağazada işləyən Leyla adlı qadına satdıqlarını əyani olaraq göstərərək ifadələrini təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 28.07.2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 24.04.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və 29.02.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məsuliyyətə cəlb edilmiş və 29.02.2020-ci il tarixdə həmin cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 28.07.2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 19.09.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 oğurladığı əşyaların yerləşdiyi yerləri və həmin yerlərdə iş üçün əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.11.2016-ci il tarixli 1(044)-118/2016 saylı hökmünün surətindən görünür ki, Paşayev Atəş Rəşid Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan çəhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkmə müddətinin əvvəli 07.08.2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli 1(044)-34/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 28.01.2019-cu il tarixdən 30.01.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (ik) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 04 (dörd) gün çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməsinə və Gəncə şəhəriərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmuşç, Təqsirləndirilən şəxs1 üzrərinə yaşayış yerini 22:00-dan saat 08:00-dək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məvburi müalicə kursu keçmək vəzifələri qoyulmuş, cəzasının icrası Gəncə Probasiya şöbəsinə həvalə olunmas və cəzaçəkmə müddətinin əvvəli həmin şöbəyə qeydiyyata alındığı andan hesablanması, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkoloji dispanserdə qeydiyyata alınması və 50 manat ekspertiza xərcinin ondan tutulması hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(044)-60/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli, 7(043)-84/2020 saylı qərarı ilə təyin edilmiş 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 11.01.2020-ci il tarixdən 13.01.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsiniun 01.09.2020-ci il tarixli 7(043)- 84/2020 saylı qərraı üzrə müəyyən edilmiş 01 sentyabr 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 Lenik oğlunun həbsdə olması nəzərə alınması və hazırkı cinayət işi üzrə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus “Naz Lifan” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınması və 50 manat ekspertiza xərcinin təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 tutulması hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə Apelyasiya məhkəməsinin 20.04.2021-ci il tarixli 1(104)-185/2021 saylı qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X9 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(044)-60/2020 saylı hökmü X4 aid hissədə dəyişdirilmiş, həmin hökmlə X4 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən ona əvvəllər Gəncə Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 02 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş. CM-nin 69.3-cü maddəsinə əsasən məhkum R.M.Ələkbərovun 11.01.2020-13.01.2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 3 gün ona təyin olunmuş cəzadan çıxarılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 1(044)-60/2020 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs1 Lenik oğluna CM-nin 177.1.1 və 177.2.3-cü maddələri əsasında təyin edilmiş azadlıqdan məhrumetmə cəzası, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) aya endirilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən ona əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 06 (altı) ay 25 (iyirmi beş gün) müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı qərarla ona təyin edilmiş cəza iləq ismən toplanılmaqla ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69-3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 11.01.2020-c 13.01.2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 3 gün ona təyin olunmuş cəzadan çıxarılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 07.01.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, 1 ədəd uşaq gödəkçəsi (balonka), 3 ədəd qalın uşaq koftası, 3 ədəd uşaq köynəyi, 1 ədəd qadın köynəyi, 2 ədəd kişi köynəyi, 3 ədəd uşaq üçün cins şalvar, 1 ədəd uşaq koftası, 1 ədəd qolsuz uşaq koftası, 1 ədəd nazik uşaq gödəkçəsi, 3 ədəd döşək üzü, 1 ədəd nazik uşaq koftası, 2 ədəd fen, 1 ədəd canon markalı fotoaparat, 3 ədəd qadın çantası, 2 cüt uşaq ayaqqabısı, 1 ədəd idman çantası, 1 ədəd şüşə qəndqabı, 2 ədəd xrustal güldan, 1 ədəd “Gepas” markalı mikser, 1 ədəd “Gepas” markalı ətçəkən, 1 ədəd gecə işıqlandırıcısı, 1 ədəd nərd, 1 cüt təkərli ayaqqabı, 1 ədəd kişi üçün hamam xalatı, 1 ədəd nazik qadın gödəkçəsi, 1 ədəd kişi ayaqqabısı, 2 ədəd oyuncaq dəmirdən maşın, 1 ədəd uşaq üçün idman ayaqqabısı, 1 ədəd kişi koftası, 1 ədəd cins şalvar, 1 ədəd idman çantası, 1 ədəd kişi gödəkçəsi, 1 ədəd kişi üçün kostyum, 1 ədəd çətir, 1 ədəd boks kisəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, təkrarən tamah məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə 19.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs Ələkbər oğluna məxsus fərdi yaşayış evinə 18.07.2020-ci il tarixdə oğurluq etmək üçün ev axtararkən həmin qapının üzərindən götürdükləri açarla açmaq yolu qanunsuz daxil olaraq ümumilikdə zərərçəkmiş şəxsin 4465 (dörd min dörd yüz altmış beş) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Cinayət Maddəsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.09.2003-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X6 nikahları 12 sentyabr 2003-cü il tarixdə 360 saylı akt qeydi ilə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 03.06.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X6 birgə nikahlarından 05 aprel 2010-cu il tarixdə X10 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04.07.2015-ci il tarixli Ə004523 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup Qarabağ müharibəsi əlilidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 və X15 tərəfindən tam ödənildiyindən onların barəsinə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 03.06.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X6 birgə nikahlarından 05 aprel 2010-cu il tarixdə X10 anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ziyanın tam dənilməsini, İİ qrup Qarabağ əlili olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 18.03.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X7 birgə nikahlarından 15 fevral 2010-cu il tarixdə X16 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.02.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X7 birgə nikahlarından 11 fevral 2013-cü il tarixdə X17 anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ziyanın tam ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Rerspublikası CM-nin 177.2.1, 177. 2.2, 177.2.3 maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə sosial ədalətin bərpasına və onun islah edilməsinə nail olmaq olar. Azərbaycan Rerspublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən çəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə Apelyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli 1(104)-185/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı 25.07.2020-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, 25.07.2020-ci il tarixdən 08.06.2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 barəsində olan ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmaqla, cəzadan çıxılıb üzərində qəti cəza saxlanılmalı, onun barəsində olan “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, M.Bürcəliyev küçəsi, dalan 2, ev 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılmalıdır. İş üzrə maddi sübutlar - 1 ədəd uşaq gödəkçəsi (balonka), 3 ədəd qalın uşaq koftası, 3 ədəd uşaq köynəyi, 1 ədəd qadın köynəyi, 2 ədəd kişi köynəyi, 3 ədəd uşaq üçün cins şalvar, 1 ədəd uşaq koftası, 1 ədəd qolsuz uşaq koftası, 1 ədəd nazik uşaq gödəkçəsi, 3 ədəd döşək üzü, 1 ədəd nazik uşaq koftası, 2 ədəd fen, 1 ədəd canon markalı fotoaparat, 3 ədəd qadın çantası, 2 cüt uşaq ayaqqabısı, 1 ədəd idman çantası, 1 ədəd şüşə qəndqabı, 2 ədəd xrustal güldan, 1 ədəd “Gepas” markalı mikser, 1 ədəd “Gepas” markalı ətçəkən, 1 ədəd gecə işıqlandırıcısı, 1 ədəd nərd, 1 cüt təkərli ayaqqabı, 1 ədəd kişi üçün hamam xalatı, 1 ədəd nazik qadın gödəkçəsi, 1 ədəd kişi ayaqqabısı, 2 ədəd oyuncaq dəmirdən maşın, 1 ədəd uşaq üçün idman ayaqqabısı, 1 ədəd kişi koftası, 1 ədəd cins şalvar, 1 ədəd idman çantası, 1 ədəd kişi gödəkçəsi, 1 ədəd kişi üçün kostyum, 1 ədəd çətir, 1 ədəd boks kisəsi sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci (50 manat) 25 manat Təqsirləndirilən şəxs2, 25 manat Təqsirləndirilən şəxs1 tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İşi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1., 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə Apelyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli 1(104)-185/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası kimi hesablanaraq, qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 25.07.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1., 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25.07.2020-ci il tarixdən 08.06.2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 barəsində olan ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmaqla, 10 ay 14 gün müddətinin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulub cəzadan 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində olan “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, M.Bürcəliyev küçəsi, dalan 2, ev 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübutlar - 1 ədəd uşaq gödəkçəsi (balonka), 3 ədəd qalın uşaq koftası, 3 ədəd uşaq köynəyi, 1 ədəd qadın köynəyi, 2 ədəd kişi köynəyi, 3 ədəd uşaq üçün cins şalvar, 1 ədəd uşaq koftası, 1 ədəd qolsuz uşaq koftası, 1 ədəd nazik uşaq gödəkçəsi, 3 ədəd döşək üzü, 1 ədəd nazik uşaq koftası, 2 ədəd fen, 1 ədəd canon markalı fotoaparat, 3 ədəd qadın çantası, 2 cüt uşaq ayaqqabısı, 1 ədəd idman çantası, 1 ədəd şüşə qəndqabı, 2 ədəd xrustal güldan, 1 ədəd “Gepas” markalı mikser, 1 ədəd “Gepas” markalı ətçəkən, 1 ədəd gecə işıqlandırıcısı, 1 ədəd nərd, 1 cüt təkərli ayaqqabı, 1 ədəd kişi üçün hamam xalatı, 1 ədəd nazik qadın gödəkçəsi, 1 ədəd kişi ayaqqabısı, 2 ədəd oyuncaq dəmirdən maşın, 1 ədəd uşaq üçün idman ayaqqabısı, 1 ədəd kişi koftası, 1 ədəd cins şalvar, 1 ədəd idman çantası, 1 ədəd kişi gödəkçəsi, 1 ədəd kişi üçün kostyum, 1 ədəd çətir, 1 ədəd boks kisəsi sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci (50 manat) 25 manat Təqsirləndirilən şəxs2, 25 manat Təqsirləndirilən şəxs1 tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar