Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-52/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 Məhəmmədəli oğlunun və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, ölmüş Təqsirləndirilən şəxs2 hüquqi varisi X38 və ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, H.Əliyev prospekti 28, ev 3, mənzil 33-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonunda doğulmuş, evli, orta təhsilli, , əvvəllər məhkum olunmuş, Daşkəsən rayonu, Çovdar kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, məcburi köçkünlər üçün salınmış yaşayış massivi bina 3-də yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra 14 may 2021-ci ildə vəfat etmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 bir qrup şəxş tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, X47, X26, Təqsirləndirilən şəxs2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında 12 iyul 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 Emin Hüseynovun yaşadığı evin qarşısına gedərək mübahisə etməsini bəhanə edərək həmin mübahisəni, xüsusilə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, digərlərindən üstün olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yaxınlığında, Zərərçəkmiş şəxs1 Emin Hüseynovdan üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1, sonuncu ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təpik və yumuruq zərbələri ilə döyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fiziki ağrılar, Zərərçəkmiş şəxs2 isə sol gözün alt qapağının və sol said nahiyəsinin sıyrığı ilə müşayiət edilən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişlər, sonuncular onların əlindən qaçıb çıxdıqdan sonra həmin mübahisənin davamı olaraq qarşı tərəflə, yəni, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X19, X32, X33, X39, X27, X20, X34, X40, X28, X12, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək qarşılıqlı dalaşmağa başlamışlar, Emin Hüseynov özünə məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin, ətrafdakı şəxslərin üzərinə sürərək həmçinin Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa qapısına atəş açıb qapını deşib Zərərçəkmiş şəxs3 538 manat maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Ölmüş Təqsirləndirilən şəxs2 bir qrup şəxş tərəfindən,silah və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Musayev X42 Emin Zahid oğlu, X26, Təqsirləndirilən şəxs1, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında 12 iyul 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 Emin Hüseynovun yaşadığı evin qarşısına gedərək mübahisə etməsini bəhanə edərək həmin mübahisəni, xüsusilə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, digərlərindən üstün olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yaxınlığında Zərərçəkmiş şəxs1 Emin Hüseynovdan üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1, sonuncu ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təpik və yumuruq zərbələri ilə döyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fiziki ağrılar, Zərərçəkmiş şəxs2 isə sol gözün alt qapağının və sol said nahiyəsinin sıyrığı ilə müşayiət edilən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişlər, sonuncular onların əlindən qaçıb çıxdıqdan sonra həmin mübahisənin davamı olaraq qarşı tərəflə yəni, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X19, X32, X33, X39, X27, X20, X34, X40, X28, X12, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək qarşılıqlı dalaşmağa başlamışlar, Emin Hüseynov özünə məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin, ətrafdakı şəxslərin üzərinə sürərək, həmçinin Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol tərəfindən vuraraq çaxnaşma yaratmış, o isə, ətrafdakı şəxslər arasında vahimə yaratmaq, özünün müstəsna üstünlüyünü nümayiş etdirmək məqsədi ilə istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan odlu silahdan istifadə edərək göyə bir neçə dəfə, daha sonra Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa qapısına atəş açıb qapını deşib Zərərçəkmiş şəxs3 538 (beş yüz otuz səkkiz) manat maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəlidir, himayəsində 2 uşağı var. Fəhləliklə məşğul olub çörək pulu qazanaraq ailəsini dolandırır. Emin Hüseynov onun dostudur. “Mişa” ləqəbli Mətləb adlı şəxsi də uzun müddətdir ki, Gəncə şəhər sakini kimi tanıyır, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 12 iyul 2020-cı il tarixdə, saat təxminən 21 radələrində o, yaşadığı evin yanında küçədə yaxın qonşusu olan Ural adlı şəxslə birlikdə olarkən Mətləb internet vasitəsi ilə ona zəng edərək, guya arxasınca danışmağını bəhanə edərək ona qarşı nalaiq söyüşlər işlətməyə başlamışdır. O, Mətləbi sakitləşdirmək istəsə də, sonuncu ona qulaq asmayıb "İmamzadə yolu” deyilən ərazidə görüşmək və söhbəti həll etmək istəmişdir. Telefonla danışarkən o, bilmişdir ki, Mətləbin yanında Renat və Xəyal adlı şəxslər var. Həmin vaxt o, Eminə zəng edib Mətləbin onu söydüyünü, Renat və Xəyyalla birlikdə onu söhbətə çağırdıqlarını bildirmişdir. Buna görə Emin, o və Ural birlikdə Dəmir yol vağzalının yanında görüşmüşlər və Eminin idarə etdiyi Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobillə saat təxminən 22 radələrində “İmamzadə yolu” deyilən əraziyə getmişlər. Onlar gedilən əraziyə çatanda Mətləbin, Renatın və Xəyalın orada olduqlarını görmüşlər. Mətləb Renatın idarə etdiyi “Kia Sorento” markalı avtomobildən düşərək əlində dəyənəklə ona yaxınlaşmış və dəyənəklə onu bir neçə dəfə vurmağa başlamışdır. Həmin vaxt o, sağ dirsəyindən, sağ ayağından xəsarət almışdır. Onlar Mətləblə qarşılıqlı olaraq dalaşmağa başlamışlar. Onlar dalaşarkən Renat arxadan ona yaxınlaşaraq ona badalaq verdiyi üçün o, arxası üstə yerə yıxılaraq sağ çiyin nahiyəsindən xəsarət almışdır. Həmin vaxt Emin onlara yaxınlaşaraq nə üçün onu təklədiklərini soruşmuşdur. Buna görə Renatla Emin bir-biriləri ilə dalaşmağa başlamışlar. Lakin onlar Renatla Emini ayırmışlar və hərəsi öz evlərinə getmişlər. Təxminən bir saatdan sonra Emin ona zəng edərək Renatın bir neçə nəfər şəxslə evinin qarşısına gəldiyini və mübahisəni davam etdirmək istədiyini bildirmişdir. Buna görə Emin onun arxasınca gəlmiş, o, Emin və sonuncunun tanışı, adını bilmədiyi şəxslə birlikdə “Poçtavoy” adlanan qəsəbədə, yanacaq doldurma məntəqəsinin yanında Renatla və yanında olan tanımadığı bir neçə nəfər şəxslə görüşmüşlər. Həmin vaxt səhər görüşüb söhbəti davam etdirmələrini bildirmişlər və oradan ayrılıb getmişlər. 13 iyul 2020-ci il tarixdə, saat təxminən 16 radələrində Emin ona zəng edərək Kəlbəcər qəsəbəsində olduğunu, Renatla orada görüşüb söhbət edəcəklərini bildirmişdir. O, Uralla birlikdə Kəlbəcər qəsəbəsinə getmiş, həmin vaxt Eminin yanında tanımadığı digər bir neçə nəfər şəxslər də olmuşlar. Həmin vaxt Renat onların yanına Rəşad və tanımadığı bir nəfər şəxslə gəlmiş, orada Renatın Eminin evinə getdiyinə görə üzr istəməyini gözləmişlər. Lakin Renat üzr istəmədiyindən Renat, Rəşad həmçinin yanında gəlmiş tanımadığı şəxslərin arasında dava düşmüşdür. Həmin vaxt o, Renatgili aralamağa çalışmışdır. Lakin dava zamanı Renat və sonuncunun yanında gəlmiş şəxslər döyülərək xəsarət almışlar. Bundan sonra Renat və yanındakı şəxslər hadisə yerindən aralanmışlar. Onlar isə orada qalmışlar və Rəşad, Renat, Qurban, həmçinin adlarını bilmədiyi digər şəxslər Eminə və sonuncunun yanında olan şəxslərə zəng edib mübahisəni telefonda davam etdirmişlər. Təxminən 2-3 saat orada telefon vasitəsi ilə söhbət etdikdən sonra həmin günü saat təxminən 20 radələrində mübahisəni davam etdirmək üçün Daşkəsən yoluna, Gəncə şəhəri “mal” bazarının yanına getmələrini istəmişlər. O, sonradan adlarını bildiyi Rəsul, Vaqif həmçinin digərləri və Eminlə birlikdə sonuncunun, həmçinin qara rəngli VAZ2100 markalı avtomobillə “mal bazarının” yanına getmişlər. Ora çatarkən isə bir neçə maşın, içərisində Renatın maşını da olmaqla onların getdikləri maşınların qarşısını kəsmişlər və dəyənəklə, ağacla maşınları əzməyə, şüşələrini sındırmağa başlamışlar. Emin avtomobili sürərək onların olduqları yerdən uzaqlaşmış, bir qədər gözlədikdən sonra ayrılıb öz evlərinə getmişlər. Baş vermiş sonuncu hadisə vaxtı orada onlar tərəfdən o, Emin, Rəsul, Vaqif və tanımadığı digər şəxslər, qarşı tərəfdən isə Renat, Rəşad, Qurban və digər tanımadığı şəxslər olmuşlar. Hava qaranlıq olduğundan isə həmin şəxslərin üzünü dəqiq görə bilməmişdir. Hadisə zamanı odlu silahdan istifadə edilməsi barədə məlumatı olmamış və silah səsi eşitməmişdir. Sonucu hadisə təxminən 5 dəqiqəyə yaxın davam etmiş, həmin vaxt Emin avtomobili dala-qabağa hərəkət etdirməklə maşınların arasından çıxaraq onlar hadisə yerindən uzaqlaşmışlar. Sonradan isə hadisənin nə qədər davam etdiyini o, bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, baş vermiş hadisədən ümumiyyətlə xəbərinin olmadığını, həmin hadisədə iştirak etmədiyini, silahdan atəş açmadığını dəlil kimi gətirərək ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdə Göygöl rayon ərazisində tanımadığı şəxsə özünə məxsus odlu silahla xəsarət yetirməyi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 6 ay 8 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan apellyasiya şikayəti vermiş və onun əməli Azərbaycan Respublikası CM-nın 130.1-ci maddəsinə tövsif edilmiş və o, azadlığa buraxılmışdır. Həmin silah polis tərəfindən hadisədən sonra götürülmüş və ona qaytarılmamışdır. 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhər Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında baş vermiş xuliqanlıq hadisəsi barədə onun məlumatı yoxdur, o, həmin yerdə olmamış və heç kimlə dalaşmamış, odlu silahdan istifadə etməmişdir. O, X26 ilə bir yerdə boks idman növü ilə məşğul olmuşlar, digərlərini isə tanımır, həmin şəxslərlə heç bir telefon əlaqəsi olmamışdır. 13 iyul 2020-ci il tarixdə harada olduğu yadında deyil, o, xuliqanlıq hadisəsində iştirak etməmiş, polisdən qaçmamış, o, övladları ilə bir yerdə qardaşı Akifin yaşadığı Gəncə şəhər S.Qazıyev küçəsində yerləşən evində olmuşdur. Onun istifadəsində ***-***-**-** telefon nömrəsi olmuş və o, təxminən 2 aydan artıqdır ki, həmin nömrəni işlətmir. Polis İdarəsində olarkən o, özünü qeyri-səmimi aparmamış, başını dəmir seyfə vurub özünə xəsarət yetirməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, X61, “Mişa” ləqəbli Mətləb və Xəyal onun tanışlarıdır, həmin şəxslərlə münasibəti yaxşıdır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 12 iyul 2020-ci il tarixdə o, Xəyal və Mişa ilə istirahət etmək üçün Daşkəsən rayonuna getmişlər. Onların üçü də orada sipirtli içki qəbul edib yeyib içən zamanı Mişa Xəyalın telefonu ilə tanışları Pərvizlə vatçap vasitəsi ilə danışmışlar. Həmin vaxt aralarında nə səbəbdənsə mübahisə düşmüş, telefonda bir-birlərinə nalayiq söyüşlər söymüşlər, Mişa Pərvizə demişdir ki, Gəncə şəhərinə qayıdandan sonra söhbət edəcəkdir. Həmin gün təxminən saat 21 radələrində onlar Daşkəsən rayonundan Gəncə şəhərinə qayıtmışlar. Mişa Pərvizə zəng edib İmamzadə türbəsinin yanına gəlməyi və söhbət etmək istədiyini bildirmişdir. O, Mişa və Xəyalla birlikdə onun idarə etdiyi Kia Sarento markalı, **-HT-*** nömrə nişanlı avtomobillə İmamzadə istiqamətində gedərkən həmin vaxt yolda Eminin idarə etdiyi Mercedes Benz G 55 AMG markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə rastlaşmışlar. Onlar dal-qabaq İmamzadənin yanına gedib orada dayanmışlar. Həmin vaxt Mişa arxada oturmuş, Mişa onun avtomobilində olan beyzbol idman oynunun taxtasını götürüb Eminin avtomobilindən düşən Pərvizin üstünə gedib sonuncunu vurmuş, aralarında dava düşmüş və Mişa yerə yıxılmışdır. O, Pərvizi arxadan tutub aralamış və dalaşmasınlar deyə Pərvizin ayağından badalaq vermişdir. Həmin vaxt Emin ona irad olaraq Mişanı nə üçün sərxoş vəziyyətdə həmin yerə apardığını ona bildirmişdir. O, da Eminə demişdir ki, Mişa özü əl çəkməyib gedibdir. Bu səbəbdən də Eminlə onun arasında mübahisə düşmüşdür. Eminlə o, sözlə bir-birlərinə nalayiq söyüşlər söymüşlər. Sonra o, Eminin avtomobilinə minmişdir ki, gedib sonuncu ilə təklikdə söhbər etsin. Həmin vaxt orada olan tanışları Mişa, Xəyal, Pərviz və Eminlə gələn Ural onları sakitləşdirmişlər. Mişa avtomobilindən götürdüyü beyzbol taxtasını həmi yerdə yerə atmışdır. O, həmin taxtanı götürüb arxa ayaqaltına qoymuşdur. Sonra onlar ayrılmışlar və Gəncə şəhəri Dəmir yol vağzalının yaxınlığına qayıtmışlar. O, Xəyal və Mişa ilə birlikdə 20 nömrəli orta məktəbin qarşısında dayanıb söhbətləşmişlər. Sonra o, həmin şəxslərdən ayrılıb Poçt qəsəbəsinə getmişdir. Orada tanışları, eyni küçədə yaşadığı Rüstəm və Pərvizlə rastlaşmış, həmin şəxslərlə söhbətləşmişlər. Həmin şəxslər onun avtomobilinə minmişlər. O, bir qədər hərləndikdən sonra fikirləşmişdir ki, Eminlə heç bir səbəb olmadan mübahisə etmişdir. 13 iyul 2020-ci il tarixdə təxminən saat 00:10 radələrində o, Eminə zəng edib harada olduğunu və sonuncu ilə görüşmək istədiyini bildirəndə Emin evdə olduğunu, səhər açılanda görüşəcəyini demişdir. O, bir daha Emindən xahiş etmişdir ki, onunla görüşsün. Emin də evdə olduğunu deyəndə o, yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Emin həyətə çıxmış, onun avtomobilinə əyləşmişdir. Pərviz avtomobildə ön oturacaqda oturduğu üçün Emin arxada əyləşmiş, həmin vaxt Rüstəm də arxa oturacaqda əyləşmişdir. Emin avtomobili sürüb bir qədər yaşadığı evdən qıraqda danışmağı ona bildirdiyi üçün o, avtomobili idarə edib bir qədər getmişdir ki, Emin avtomobili saxlamağını dediyi üçün o, avtomobili saxlamış və Emin avtomobildən yerə düşdüyü üçün o, da Eminin ardınca yerə düşmüşdür. Söhbət zamanı dava edən Mişa ilə Təqsirləndirilən şəxs1 kənarda qaldığını, səbəb olmadan onun üstünə nəyə görə düşdüyünü Eminə bildirəndə sonuncu “camaatı yığıb niyə mənim üstümə düşübsən” deyə ona müraciət etmişdir. O da avtomobilində olan şəxlərin onun tanışları olduğunu, həmin şəxslərin bu işə heç bir aidiyyatı olmadığını demişdir. Emin ona demişdir ki, “get sonra söhbət edərik”. O, da avtomobilinə əyləşib getmiş, təxminən 20 dəqiqiədən sonra Eminə zəng edib Poçt qəsəbəsində olduğunu və sonuncunu gözlədiyini demişdir. Emin də təxminən 30-40 dəqiqədən sonra Poşt qəsəbəsinə gəlmiş, həmin vaxt Eminin yanında tanımadığı iki-üç nəfər şəxslər də olmuşlar.O orada olanda yanında Pərviz, Rüstəm, “Bij” ləqəbli Ramil və xatırlamadığı bir neçə nəfər şəxlər də olmuşlar. Orada Eminlə o, söhbətləşmiş və orada olan tanışları demişlər ki, “bir tanışsınız, söhbəti qurtarın çıxıb gedin”. Emin isə onun tanışları ilə birlikdə evinə gedib çağırdığı üçün öz narazılığını bildirmişdir. Sonra Emin və orada olan tanışlar demişlər ki, “sabah görüşüb danışarsız”. Bundan sonra onlar çıxıb getmişlər. 13 iyul 2020-ci il tarixdə təxminən saat 15-16 radələrində Emin ona zəng edib onunla görüşmək istədiyini deyəndə o, da evdə olduğunu, çıxıb zəng edəcəyini demişdir. Sonra o, bibisi oğlu Vüqara zəng edib Eminin onunla görüşmək istədiyini demişdir. Vüqar Poçt qəsəbəsində məktəbin yanında olduğunu və onu həmin yerə çağırmışdır. O, da öz avtomobili ilə həmin yerə getmişdir. Həmin vaxt Vüqarın yanında tanışı Rəşad da olmuşdur. Vüqar ondan nə olduğunu soruşmuş, o, olanları Vüqara danışmışdır. Vüqar da Eminə zəng edib telefonda zarafatla “nə istiyirsən mənim dayım oğlundan. Gəlin bir yerdə çay içib sizi barışdırım” demişdir. Sonra Emin telefonda nə dedisə Vüqar da gəlib bir yerdə oturub çay içib danışarıq demişdir. Vüqar ona və Rəşada demişdir ki, Emin məcburi köçkünlər üçün salınmış yaşayış massivində onları gözləyir və gedib orada söhbət etsinlər. Vüqar, Rəşad və o idarə etdiyi avtomobillə həmin gün təxminən saat 17 radələrində Emin olduğu yerə getmişlər. Həmin vaxt Eminin yanında tanımadığı 5 nəfər şəxslər olmuşlar, onlar avtomobildən düşmüşlər, Vüqarla o, orada olan şəxslərin hamsı ilə görüşsələr də Rəşad heç kimlə görüşməyib Emini bir qırağa çəkmiş və Eminlə təklikdə söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt orda olan şəxslər Rəşadı yanlarına dəvət etsə də Rəşad qəbul etməyib Eminlə bir kənarda tək söhbət etmişlər. Bir qədər sonra Rəşadla orada olan şəxslər arasında mübahisə düşmüş, orada olan şəxslər onu və Rəşadı yerə yıxıb döymüşlər. Bibisi oğlu Vüqar və qarşı tərəfdən olan şəxslərdən bəziləri onları aralamışlar və o, tez avtomobilini idarə edib Vüqarla Rəşadı götürüb həmin yerdən getmişdir. Onlar Poçt qəsəbəsinə getmişlər. Vüqar yolda Eminə zəng edib düzgün hərəkət etmədiyini bildirmişdir. Sonra Rəşad öz tanışı Qurbana zəng edib Emin və sonuncunun tanışları tərəfindən döyüldüyünü demişdir. Onlar Poçt qəsəbəsinə çatanda 7 nömrəli xətt marşurutunun sonuncu dayanacağında Qurban onları gözləmiş, Rəşad olanları Qurbana danışmışdır. Həmin vaxt Vüqar yenə də Eminlə telefonla danışmış, Emin də həmin yerdə olduğunu və ora gəlmələrini demişdir. Bundan sonra bu hadisə barədə Poçt qəsəbəsində yaşayan tanışlar xəbər tutub onlar olduqları yerə gəlmişlər. Həmin vaxt bibisi oğlu Vüqar, tanışları Rəşad, Qurban eyni küçədə yaşadığı Rüstəm, Pərviz Eminin olduğu yerə getmək qərarına gəlmişlər, Təxminən saat 19 radələrində Rüstəm və Pərvizlə birlikdə o, öz idarə etdiyi avtomobillə, Vüqarın avtomobilində isə Vüqar, Rəşad, həmçinin xatırlamadığı digər şəxslər Gəncə şəhərinin Bakı istiqamətində çıxacağına getmişlər. Həmin vaxt yolda onlara “bij” ləqəbli Ramil öz idarə etdiyi avtomobillə qoşulmuşdur. Onlar oraya gedib Emini və tanışlarını onları döydüyü yerdə olmadığını görüb Gəncə istiqamətində qayıtmışlar. Onlar Nizami prospektinin girişində dayanmışlar ki, Emin və tanışları gələndə görüşüb danışsınlar. Təxminən 10-15 dəqiqə sonra, Emin idarə etdiyi avtomobillə onlar olduqları yerə qayıtmışdır. Emin avtomobili saxlamayıb şəhər istiqamətinə getmişdir. Onlar da Eminin arxasınca getmişlər, lakin Emin avtomobili saxlamamışdır. O və onunla birlikdə gedən şəxslər yenidən Poçt qəsəbəsinə qayıtmışlar. Orada Qurban və Qurbanın tanımadığı təxminən 7-8 nəfər tanışı ilə birlikdə Emin və sonuncunun tanışları ilə dava etmək üçün Gəncə şəhər Təbriz küçəsinin baş tərəfinə, “Ürək xəstəxanasının” yanına gedəcəklərini demişlər, Onlar yenə də yuxarda qeyd etdiyi avtomobillərlə yanaşı, əlavə olaraq onun qonşusu Seyid ləqəbli Tural, Xəyal, Qurban bundan başqa poçt qəsəbəsində yaşayan tanımadığı Qurbanın tanışları ilə birlikdə Təbriz küçəsinə getmişlər. Həmin vaxt saat təxminən 21 radələri olarmış. Onlar oraya gedəndə Qurbanın tanışları yolda öz avtomobilləri ilə onlara qoşulmuşlar. Həmin yerə gedib çatana qədər təxminən onun da avtomobili daxil olmaqla 8 ədədə yaxın avtomobil olmuşdur. Onlar orada “Vüsal” şadlıq sarayının yan küçəsinə keçib Eminin və sonuncunun tanışlarının gəlməsini gözləmişlər. Təxminən 15-20 dəqiqə orada gözləmişlər. Sonra Emingilin gəlmədiklərini, görüşün sabaha qaldığını bildikləri üçün onlar dayandıqları küçədən çıxıb Təbriz küçəsinə çatanda Emin və tanışlarının dayandığını görmüşlər. Həmin vaxt onlarla gedən avtomobillər orada dayanmışdır. O, təxminən sıra ilə sonuncu avtomobil olmuş, o, da avtomobilini saxlamış, Rüstəm və Pərviz də avtomobildən düşmüşlər. Onlar tərəfdən gedənlər Emin və sonuncu ilə gələn şəxslərin avtomobillərini daş və taxta parçaları ilə vurub zədələməyə başlamışlar. Həmin vaxt orada olan şəxslərdən görmədiyi biri odlu silahdan atəş açmış, lakin kimin atəş açdığını o, bilməmişdir. Sonra o, onunla bir yerdə oraya gedən şəxslərə “tez avtomobilə otursunlar, qaçıb gedək deyə müraciət etmiş” həmin vaxt o, avtomobilini Qızılca istiqamətində sürüb getmişdir. Sonra o, avtomobilini öz yaşadığı evə aparmayıb, eyni küçədə yaşadığı Seyid ləqəbli Turalgilin evinin həyətinə aparıb saxlamışdır ki, ara sakitləşəndən sonra götürər. Hadisə vaxtı o, orada heç bir hərəkət etməmiş, heç kimi, heç kimin əmlakını vurmamışdır. Həmin hadisə vaxtı o, əl dəyənəyindən istifadə etməmişdir. Hadisə zamanı odlu silahdan atəş açan şəxsin kimliyi barədə onun məlumatı olmamışdır. Hadisə baş verən gün Emin və sonuncunun tanışları onu və Rəşadı döymüşlər. Qurban da Poçt qəsəbəsinin oğlanlarının, həmçinin dostu Rəşadın döyülməsini qəbul etmədiyi üçün Emin və sonuncunun tanışlarına bunun cavabını vermək üçün getmişdir. Onun təqsirləndirilən şəxslərin heç birindən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, o, mebel sexində fəhləliklə məşğul olub çörəkpulu qazanaraq ailəsini dolandırır. Renatı Poçt qəsəbəsi sakini kimi uzun müddətdir ki tanıyır, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Emini isə Renata görə tanımış, sonuncu ilə də münasibətləri normal olmuşdur. 13 iyul 2020-ci il tarixdə, aat təxminən 16 radələrində o, Renat və sonuncunun bibisi oğlu Vüqarla Poçt qəsəbəsində birlikdə çayçıda olarkən Renat Eminin zəng edib görüşmək istədiyini bildirmişdir. O, nə baş verdiyini soruşanda Renat bildirmişdir ki, bir gün qabaq Eminlə arasında mübahisə olmuşdur. Çayçıda olarkən Vüqar da Eminə zəng edərək görüşmək və söhbət etmək istədiyini bildirmişdir. Emin onlara Kəlbəcər şəhərciyinin yaxınlığında olduğunu bildirərək onların həmin yerə getmələrini istəmişdir. O, Vüqar və Renatla birlikdə sonuncuya məxsus “Kia sorento” markalı avtomobillə Eminin dediyi yerə, Kəlbəcər şəhərciyinin yanına çöllük bir əraziyə getmişlər və orada Eminlə görüşmüşlər. Həmin vaxt Eminin yanında tanımadığı 5-6 nəfər şəxslər də olmuşlar. Həmin şəxslər Renatdan nə üçün gecə vaxtı Eminin yaşadığı evə getdiyini soruşmuş və bu zəmində həmin şəxslərlə Renatın arasında mübahisə yaranmış, həmin şəxslər onları döyməyə başlamışlar. Həmin vaxt o, yerə yıxıldığı üçün sol qolundan xəsarət almışdır. Lakin kim onu yıxdığını görə bilməmişdir. Oradakı mübahisə təxminən 10-15 dəqiqə davam etdikdən sonra onlar birtəhər Emingilin əlindən çıxıb Poçt qəsəbəsinə getmişlər. Orada ətraflarına tanışları yığılmağa başlamış və nə olduğunu soruşanda onlar hadisəni danışmağa başlamışlar. Həmin vaxt orada Qurban, Seyid və bir çox adlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxslər olmuşlar. Onlar orada olarkən mübahisəni davam etdirmək üçün Eminə tez-tez zəng edərək harada olduğunu soruşmuşlar, görüşmək istədiklərini bildirmişlər. Bir qədər telefonda söhbət etdikdən sonra Vüqarın “Opel” markalı avtomobili, Ramilin markasını bilmədiyi qırmızı rəngli maşını, həmçinin Renatın maşını ilə Abbas Səhət deyilən ərazidə yaşayan Ceyhun adlı şəxsin yanına getmişlər ki, Eminin yerini onlara desin və Eminlə görüşüb nə üçün onları döydüklərini soruşsunlar. Onlar avtomobillərlə Abbas Səhət adlanan yerə çatarkən təsadüfən Eminin idarə etdiyi avtomobillə qarşılaşmışlar. Həmin vaxt onlar Emindən saxlamasını tələb etsələr də Emin maşını saxlamamışdır. Bir qədər Gəncə şəhəri ərazisində Eminin arxası ilə maşın sürsələr də, Emin maşını saxlamadığı üçün onlar Emindən aralanıb Poçt qəsəbəsinə gedib orada stadionun yanında yığışmışlar. Bir qədər orada gözlədikdən sonra onlara xəbər gəlmişdir ki, Gəncə şəhərində olan mal bazarının yaxınlığında Emin və sonuncunun tanışları ilə görüşəcəklər. Buna görə onlar yuxarıda adlarını çəkdiyi şəxslərlə, həmçinin digər tanımadığı şəxslərlə birlikdə oradan birbaşa mal bazarının yanına getmişlər və orada olarkən Emin öz avtomobil ilə, tanışları isə qara rəngli “VAZ-2106” markalı avtomobili ilə həmin əraziyə gəlmişlər, dərhal onlarla birlikdə olan şəxslərin hər biri dəyənəklə, daşla Eminin maşınını və VAZ-2106 markalı maşını vurmağa başlamışlar. Emin öz avtomobili ilə hadisə yerindən qaçıb uzaqlaşmışdır. Bir qədərdən sonra Emin öz maşını ilə yenə hadisə yerinə qayıtmış, Vüqarın maşınını vurmuş, həmçinin öz maşınını ətrafda olan şəxslərin üstünə sürüb hadisə yerindən qaçmışdır. Bir qədərdən sonra onlar oradan aralaşmışlar. Baş vermiş sonuncu hadisə vaxtı orada onlar tərəfdən Renat, Vüqar, Qurban, Seyid və digər tanımadığı şəxslər olmuşlar. Qarşı tərəfdən isə Emin və tanımadığı digər şəxslər olmuşdur. Hava qaranlıq olduğu üçün şəxslərin üzünü də dəqiq görə bilməmişdir. Hadisə zamanı odlu silahdan istifadə edilməsi barədə onun məlumatı olmamış və silah səsi də eşitməmişdir. Hadisə vaxtı o, heç bir əşyadan istifadə etməmişdir. Sonucu hadisə vaxt etibarı ilə təxminən 20-25 dəqiqə davam etmiş, ətrafa yaxınlıqda yaşayan sakinlər yığışmışlar. Onun təqsirləndirilən şəxslərin heç birindən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, o, atası Aytəkinin adına olan, lakin özünə məxsus Opel-Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Renat onun dayısı oğludur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Gəncə şəhər sakini olan Emini də uşaqlıqdan tanıyır, sonuncu ilə də münasibətləri normal olmuşdur. 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində o, Renad və Rəşadla Poçt qəsəbəsində birlikdə olarkən Renad Eminin zəng edib görüşmək istədiyini, gecə vaxtı aralarında anlaşılmazlıq yarandığını onlara bildirmişdir. O, nə baş verdiyini soruşanda Renad bildirmişdir ki, bir gün qabaq Eminlə arasında mübahisə olmuşdur. O, Emini tanıdığı üçün, həmçinin münasibətləri yaxşı olduğu üçün Eminə zəng edərək hər hansısa bir çayçıda görüşmək və söhbət etmək istədiyini bildirmişdir. Emin onlara Kəlbəcər şəhərciyinin yaxınlığında olduğunu bildirmiş və ora getmələrini istəmişdir. O, Rəşad və Renadla birlikdə sonuncuya məxsus “Kia Sorento” markalı avtomobillə Eminin dediyi yerə, Kəlbəcər şəhərciyinin yanına çöllük bir əraziyə getmişlər. Həmin əraziyə çatana qədər o, elə bilmişdir ki, Emin onları hansısa bir çayçıya dəvət edir. Lakin ora çatanda ona məlum olmuşdur ki, həmin ərazi çöllük və kimsənin olmadığı bir ərazidir. Həmin vaxt orada Emin və tanımadığı 5-10 nəfər şəxs də orada olmuşlar. Ərazinin çöllük olduğunu nəzərə alaraq dava düşməsin deyə Renaddan maşında oturmasını xahiş etmiş, onun özü isə avtomobildən yerə düşmüşdür ki, Emini kənara çəksin və söhbət etmək üçün hansısa bir çayçıya aparsın. Lakin Renad da onun arxasınca avtomobildən yerə düşmüşdür. O, Eminlə görüşdükdən sonra Eminin yanında olan digər şəxslər Renaddan nə üçün gecə vaxtı Eminin yaşadığı evə getdiyini soruşmuşlar və bu zəmində mübahisə yaranmışdır. Mübahisə vaxtı isə həmin şəxslərdən bəziləri Renadı, bəziləri isə Rəşadı döyməyə başlamışlar. Həmin şəxslərin Rəşadı nə üçün döydükləri ona məlum olmamışdır. Həmin şəxslər Renadı yerə yıxıb təpikləyən vaxt zərbələr Renada dəyməsin deyə o, Renadın üstünə uzanmışdır. O, Renadın üstünə uzandıqdan sonra isə həmin şəxslər onu da təpiklə vurmağa başlamışlar. Renad birtəhər həmin şəxslərin əlindən çıxaraq avtomobilinə oturmuş və avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Rəşad da həmin şəxslərin əlindən çıxıb qaçaraq Renadın avtomobilinə minmişdir. Renad avtomobili yenidən hərəkət etdirmiş və bir qədər qabaqda saxlamış, o, da qaçaraq Renadın avtomobilinə minmişdir. O, həmin şəxslərdən aralanıb qaçarkən isə həmin şəxslər onun arxasınca daş da atmışlar. Həmin daşlar ona dəyməsə də həmin şəxslərin onu təpiklə bir neçə dəfə vurmaları nəticəsində sol çiynindən, sinəsinin sol hissəsindən xəsarət almış və bədəni bərk ağrımışdır. Həmin şəxslərin Rəşadı və Renadı da döymələri nəticəsində sonuncular da xəsarət almışlar. Onlar oradan Poçt qəsəbəsinə getmişlər. Orada ətraflarına tanışları yığılmağa başlamış, nə olduğunu soruşanda onlar hadisəni olduğu kimi danışmışlar. Bundan sonra hərə bir-birinə zəng edərək hadisəni danışmağa başlamışdır. Həmin vaxt orada Araz, Rəşad, Renad, Pərviz, Ramil və bir çox adlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxslər də olmuşlar. Orada olarkən isə ətrafında olan şəxslər Eminə tez-tez zəng edib harada olduğunu soruşmuşlar və görüşmək istədiklərini bildirmişlər. Lakin onun bədəni bərk ağrıdığı üçün danışanlara fikir verməmişdir. Bir qədər telefonda söhbət etdikdən sonra o, bildiyi qədər barışıq əldə etmək üçün onun avtomobili, Ramilin markasını bilmədiyi qırmızı rəngli maşını, həmçinin Renadın maşını ilə Abbas Səhhət deyilən əraziyə getmişlər. Onlar avtomobillərlə Abbas Səhhət adlanan yerə çatarkən təsadüfən Eminin idarə etdiyi Mersedes Benz markalı, ağ rəngli avtomobili ilə qarşılaşmışlar, həmin vaxt Emindən avtomobili saxlamasını tələb etsələr də Emin maşını saxlamadığı üçün onlar bir qədər Gəncə şəhəri ərazisində Eminin arxası ilə maşın sürsələr də, sonuncu maşını saxlamadığı üçün onlar da Emindən aralanıb Poçt qəsəbəsinə gedib orada stadionun yanında yığışmışlar. Həmin vaxt oraya yuxarıda göstərdiyi şəxslərdən başqa Qurban və adlarını bilmədiyi başqa şəxslər də gəlmişlər. Kimsə Eminlə telefon vasitəsi ilə danışmış və qərara gəlmişlər ki, Gəncə şəhərində mal bazarının yaxınlığında görüşəcəklər. O, ağrıdığı üçün avtomobilində oturmuş, gedən danışıqlara fikir verməmiş və yalnız fikirləşmişdir ki, Emingillə görüşsünlər və barışıq əldə etsinlər ki, mübahisə böyüməsin. Onlar yuxarıda adlarını çəkdiyi şəxslərlə, həmçinin digər tanımadığı şəxslərlə birlikdə oradan mal bazarının yanına getmişlər və Emingilin gəlməsini gözləməyə başlamışlar. Həmin vaxt o, artıq bədənində olan ağrılara dözə bilmədiyi üçün avtomobilini orada saxlamışdır ki, Rəşad və digərləri onun avtomobili ilə söhbətdən sonra geri qayıtsınlar. Onun özü isə taksiyə minərək oradan aralanıb öz yaşadığı evinə getmişdir. Təxminən 5 dəqiqədən sonra kimsə ona zəng edərək Emingilin bir neçə avtomobillə oraya gəldiklərini, onlarla birlikdə getmiş şəxslərlə Emingil arasında qarşılıqlı dava düşdüyünü, onun avtomobilini isə odlu silahla atəş açaraq zədələdiklərini bildirmişdir. Buna baxmayaraq o, oradan yaşadığı Yeni Gəncə qəsəbəsindəki evinə getmiş və aldığı xəsarətlərlə bağlı ev şəraitində müalicə olunmağa başlamışdır. Səhəri günü isə eşitmişdir ki, polis əməkdaşları orada olan şəxsləri saxlayaraq həbs edibdir. O, hadisədə iştirak etməsə də, hər bir halda polis tərəfindən həbs ediləcəyindən qorxduğu üçün evdən çölə çıxmamış və aldığı xəsarətlərlə bağlı da həkimə müraciət etməmişdir, Yalnız uzun müddət ev şəraitində müalicə almışdır. Kəlbəcər şəhərciyinin yanında onlar tərəfdən o, Rəşad və Renad olmuşlar. Qarşı tərəfdən isə 5-10 nəfər şəxslər olsalar da o, həmin şəxslərdən yalnız Emini tanımışdır. Həmin şəxslər heç bir əsaslı səbəb olmadan Renadın gecə vaxtı nə üçün Eminin evinə getdiyini bəhanə edərək onları döyməyə başlamışlar. Həmin hadisə vaxtı o, sol qolundan, sinəsinin sol hissəsindən xəsarət almış, həmin xəsarətləri ona kimin yetirdiyini bilməmiş, lakin halhazırda bədəni üzərində heç bir xəsarət izi qalmadığından tibbi ekspertizadan keçmək istəməmişdir. Sonradan eşitmişdir ki, hadisə vaxtı Emin tərəfdən hadisə yerinə gəlmiş Rəsul adlı şəxs odlu silahdan istifadə edərək onun avtomobilini zədələmiş, o, Rəsul adlı həmin şəxsi tanımamış, sonuncunun nə məqsədlə onun avtomobilinə zərər yetirdiyini bilməmişdir. Baş vermiş sonuncu hadisə vaxtı orada onlar tərəfdən Renad, Qurban, Rəşad, Ramil, Pərviz və digər tanımadığı şəxslər olmuşlar. Qarşı tərəfdən isə oraya kimin gəldiyini görməmiş, çünki Emin və sonuncunun tanışları oraya gələnə qədər o, hadisə yerindən aralanıb getmişdir. O, baş vermiş sonuncu hadisə yerinə getməkdə məqsədi Emingillə görüşüb barışıq əldə etmək olmuş, lakin ağrılarına dözə bilməyib Emingil oraya gələnədək o, hadisə yerindən çıxıb getmişdir. Hadisə zamanı avtomobilinə və ona dəymiş zərərlə bağlı, o cümlədən təqsirləndirilən şəxslərin heç birindən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, özünə məxsus Mercedes E class markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur, müştəri tapmaq üçün avtomobilini daha çox camaat arasında “Döş əti” kimi tanınan kafenin yaxınlığında saxlayır. 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində həmişə olduğu kimi o, müştəri gözləmək üçün avtomobilini həmin ərazidə saxlamış, özü isə yolun digər tərəfində tək olaraq dayanmışdır. Həmin vaxt bir neçə dəqiqənin içərisində xeyli sayda tanımadığı şəxslərin həmin əraziyə toplaşdıqlarını, əllərində dəyənəklərlə bir-birilərinin avtomobillərini əzməyə və bir-birilərinin üzərinə hücum etməyə başladıqlarını görmüşdür. Həmin vaxt əllərində dəyənək olan şəxslər daha çox Qalenvagen kimi tanıdığı ağ rəngli avtomobilin üzərinə hücum edərək həmin avtomobili əzməyə başlamışlar. Lakin həmin avtomobilin sürücüsü avtomobili idarə edərək camaatın arasında çıxaraq harasa sürüb getmişdir. Bundan sonra orada olan şəxslər yaxınlıqda dayanan VAZ 2106 markalı avtomobili əllərində olan dəyənəklərlə əzməyə başlamışlar. Həmin şəxslərin əməlləri ətrafdakı şəxslərin narahatçılığına səbəb olmuş, ətrafdakı şəxslərdə vahimə yaratmışdır. O və digər ətrafda olan şəxslər qorxduqları üçün həmin şəxslərə yaxınlaşmamışlar. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirini işlədən və təmirə, kafeyə istirahətə gələn tanımadığı insanlar da olmuşlar. VAZ 2106 markalı avtomobili yarasız hala saldıqdan sonra həmin şəxslər əllərindəki dəyənəklərlə mal bazarı istiqamətində getməyə başlamışlar. Bundan sonra Qalenvagen yenidən onların olduqları istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş və yenidən hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt onun avtomobilinə dəyməsinlər deyə avtomobilinin yanına getmək istəyərkən tünd rəngli Mercedes markalı avtomobilin onlara tərəf hərəkət etdiyini və avtomobildə olan şəxsin hansısa odlu silahdan bir neçə dəfə atəş açdığını eşitmişdir. Həmin vaxt hərə bir tərəfə qaçaraq gizlənmiş, lakin həmin vaxt başını tutaraq əyildiyi üçün silahdan atəş açan şəxsin hansı istiqamətə və ya kimə atəş açdığını görməmişdir. Bundan sonra o, avtomobilini sürərək hadisə yerindən uzaqlaşmışdır ki, ona və avtomobilinə heç nə olmasın. Təxminən yarım saatdan sonra həmin ərazidə hadisənin sakitləşdiyini görüb nə baş verdiyini öyrənmək üçün yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinə getmiş, orada olarkən bir nəfər traktor idarə edən cavan oğlanın silahdan açılan güllənin az qala ona dəyəcəyini bildirmişdir. O, hadisədə olan şəxsləri tanımamışdır. Baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin hadisə nəticəsində ətrafa xeyli sayda adamlar toplaşmış, ətrafda yaşayan və işləyən, həmçinin istirahət edən şəxslərin narahatçılığına səbəb olmuşdur. Hadisə yerində silahdan atəş açan şəxsi, o, görməmiş, həmin silahın yalnız Mercedes markalı avtomobildən açıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Kamil oğlunun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, o, 2012-ci il tarixdən DİO-da, 2015-ci ildən isə tutduğu vəzifədə xidmət edir. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş sərt karantin rejimi ilə əlaqədar olaraq Gəncə şəhər ərazisində polis tərəfindən stosianar postlar yardılmışdır. O və digər polis əməkdaşları müxtəlif vaxtlarda təyin edilmiş postlarda xidməti vəzifələrini icra etmişlər. 13.07.2020-ci il tarixdə təxminən saat 22 radələrində o və Nizami RPİ-nin PPX-nin əməkdaşları polis serjantı Şahid9 və Şahid10la birlikdə karantin rejimi ilə əlaqədar Gəncə şəhər Təbriz küçəsində "Vüsal" şadlıq sarayının qarşısında Gəncə şəhərinə Göygöl rayon Qızılca qəsəbəsindən daxil olan və Gəncə şəhərindən həmin istiqamətə hərəkət edən avtomobillərin xüsusi icazəsini yoxlamışlar. Həmin vaxt onlar xidmətdə olduqları yerdən təxminən Gəncə şəhər istiqamətində 400-500 metr aralıda Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının qarşısında xeyli sayda şəxsin ucadan qışqırıq səslərini eşitmişlər. Yaranmış səs-küy vahimə yaratdığından diqqətlərini cəlb etmiş və onlar xidməti fəaliyyətlərindən yayınıb səs-küy yaranan istiqamətə baxıb bir qədər ora tərəf irəliləmişlər. Bu zaman həmin istiqamətdən onlara doğru yüksək sürətlə ağ rəngli "Qalenvagen” kimi adlanan Mercedes Benz markalı, ** PB *** nömrəli avtomobilin gəldiyini görmüşlər. O və digər polis əməkdaşları həmin avtomobilə saxla işarəsi vermələrinə baxmayaraq avtomobilin sürücüsü onların qanuni tələbinə məhəl qoymayıb avtomobili saxlamayıb postdan Qızılca qəsəbəsi istiqamətinə hərəkət edib getmişdir. Onlar avtomobilin gəldiyi istiqamətə baxanda həmin ərazidə bir neçə şəxsin qaçışdığını, bir neçəsinin nalayiq ifadələr işlətdiyini, iki tərəfdən müəyyən şəxslərin kütlə halında toplaşaraq qarşılıqlı dalaşıb, əllərində olan əşyaları bir-birlərinə tətbiq etməklə ümumi ahəndən kənar çıxıb orada yaşayan sakinlər, həmin ərazidə işləyən, yolla evinə gedən şəxslər arasında qorxu və vahimə yartdığını görmüşlər. Onlar xidməti postlarını tərk edə bilmədikləri üçün bu barədə zəng edib Gəncə şəhər Nizami RPİ-nin Növbətçi Hissəsinə məlumat vermiş və həmin əraziyə polis əməkdaşlarının göndərilməsini bildirmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Qızılca qəsəbəsi istiqamətindən həmin ağ rəngli "Qalenvagen” kimi adlanan Mercedes Benz markalı, ** PB *** nömrəli avtomobilin onlara tərəf gəldiyini görüb yenidən saxla işarəsi vermələrinə baxmayaraq həmin avtomobilin sürücüsü yenə də onun və xidmətdə olan digər polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb avtomobili postda saxlamayıb Təbriz küçəsi ilə Ürək xəstəxanası istiqamətində hərəkətini davam etdirib həmin kütlədə olan şəxslərin üzərinə sürüb heç kimi vurmadan orada olan Opel markalı avtomobilə çırpılıb qorxu yaradaraq həmin yerdən uzaqlaşmışdır. Sonra isə arxada hərəkət edən qara rəngli “4 göz” kimi tanınan Mercedes markalı avtomobildən kimsə odlu silahdan atəş aça-aça hərəkətini davam etdirib insanları təlaş və qorxuya salmışdır. Həmin vaxt orada olan vətəndaşlar qaçaraq onların yanlarına gəlib qorxduqlarını və həmin şəxslərin hərəkətlərinin qarşısını almalarını xahiş etmişlər. O, yenidən Nizami RPİ-nin Növbətçi Hissəsinə zəng edib hadisə yerinə əməliyyat qrupunu göndərmələrini bildirmişdir. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin şəxlərin qərəzli və aqressiv hərəkətləri, yaratmış olduğu vahiməli səslər o qədər qorxu yartmışdır ki, postdan keçən avtomobillər həmin yerə getməmiş, həmçinin ətrafda olan şəxslər qaçıb onların yanına gəlmişlər ki, həmin şəxslərin qanunsuz hərəkətlərindən ziyan çəkməsinlər. Hadisə ümumilikdə təxminən 15-20 dəqiqə davam etmişdir.Hadisə zamanı nə o nədəki digər polis əməkdaşları xəsarət almış, xuliqanlıq hadisəsini törətmiş şəxslərdən, hər hansı biri onlara qarşı hər hansı bir zor tətbiq edən və ya zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hərkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid10 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Zeynal oğlu ifadə verərək göstərmişdir ki, o, yer qazan Traktor işlədib ailəsini dolandırır. 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində o, işlətdiyi traktorun təkərlərinin havasını doldurmaq üçün Gəncə şəhər Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında yerləşən təkər təmiri sexinə getmişdir. O, oraya gedəndən təxminin 5-10 dəqiqə sonra olduğu yerdən yolun əks istiqamətində avtomobillər dayandığını, xeyli sayda təxminən 70-80 nəfər tanımadığı şəxslərin əllərində dəyənəklə avtomobildən düşdüklərini və həmin yerdə olan “Qalenvagen” kimi tanınan Mercedes markalı avtomobilin üstünə tökülüşdüklərini görmüşdür. Həmin şəxslər “Qalenvagen ” markalı avtomobili dəyənəklə vurmuşlar, sonra avtomobilin yanında olan şəxslərlə dalaşmışlar. Dava zamanı bəzi şəxslər oradan qaçmışlar. Mercedes markalı avtomobil də üzü Yeni Gəncə istiqamətinə sürüb qaçmışdır. Orada əlində dəyənək olan şəxslərdən bəziləri Mercedesin ardınca, bəziləri isə qışqırıb ucadan söyüşlər söyüb ətrafda qorxu yaradaraq əllərində dəyənəklə digər tanımadığı şəxslərin ardınca qaçmışlar. O və orada olan şəxslər qorxub həmin şəxslərə yaxınlaşmayıb bir qırağa çəkilib dayanmışlar ki, həmin şəxslər getsin sonra işlərinə davam etsinlər. Buna baxmayaraq həmin şəxslər öz qanunsuz və vahimə yaradan hərəkətlərindən əl çəkməmişlər. Belə ki, Mercedes markalı avtomobil yenidən fırlanıb həmin qaçan kütləyə doğru avtomobili idarə edib həmin şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxslər də yenidən həmin Qalenvageni dəyənək və daşla vurub zədələmişlər. Qalenvagen bu dəfə mal bazarı istiqamətində sürüb getmişdir. Həmin piyada olan əllərində dəyənəkli şəxslərin bəziləri piyada, bəziləri isə gəldikləri avtomobilə minib Qalenvagenin arxasınca getmişlər. Həmin şəxslər onların olduqları yerdən uzaqlaşsalar da sonradan həmin şəxslər oraya qayıdıb 296 nömrəli evin qarşısında dayanan VAZ 2106 markalı avtomobilə əllərində olan dəyənək və bıçaqla zədələr yetirib avtomobilin təkərlərini cırıb, pəncərələrini, fənərlərini sındırıb, detallarını isə əzmişlər. Həmin şəxslər o qədər qərəzli və vahiməli hərəkətlər etmişlər ki, onlar qorxudan həmin şəxslərə yaxınlaşa bilməmişlər. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirinin işçiləri və oraya təmirə gələn insanlar həmin şəxslərin hərəkətlərindən təlaşa düşmüşlər. VAZ 2106 markalı avtomobili yarasız hala saldıqdan sonra həmin şəxslər əllərində dəyənəklə mal bazarı istiqamətində getmişlər. Həmin şəxslər bazar istiqamətində gedən zaman Qalenvagen yenidən onların olduqları istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxlər də yenidən çılğınlaşıb dəyənəklərini və yerdən götürdükləri daşı Qalenvagenə atmışlar. Qalinvagenin arxasınca isə qara rəngli “4 göz” kimi tanınan Mersedes markalı avtomobil onlara tərəf hərəkət edib avtomobildə olan şəxs odlu silahdan bir neçə dəfə havaya atəş açmışdır. O və orada olan şəxslər qorxub həmin yerdən qaçmışlar, sonra hadisəni törətmiş onun tanımadığı həmin şəxslər oradan uzaqlaşıb getmişlər. O, hansı silahdan atəş açıldığını görməmiş, odlu silahdan açılan atəş nəticəsində o, heç bir xəsarət almadığı üçün üçün ekspertdən keçmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o, Gəncə şəhəri, S.Qazıyev küçəsi döngə 4, ev 64-də yaşayır və Daşkəsən rayonunda orta məktəbdə müəllim işləyir, təqaüdçüdür. Təqsirləndirilən şəxs2 onun oğludur, sonuncu öz ailəsi ilə birlikdə Gəncə şəhərində yerləşən Kəlbəcər qəsəbəsində yaşayır, ailəlidir və 2 uşağı var. Təqsirləndirilən şəxs2 fəhləliklə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. O, özü kənddə yaşadığı üçün xeyli müddətdir ki, oğlu Rəsulu görmür. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində Rəsulun qaynanası ona zəng edərək Rəsulun evinə polis əməkdaşlarının gəldiyini və Rəsulu axtardıqlarını bildirmişdir. O, nə baş verdiyini öyrənəkən ona məlum olmuşdur ki, 2020-ci ilin təxminən iyul ayının ortalarında Gəncə şəhərində, Bağman deyilən ərazidə kütləvi dava olmuş və Rəsulun tanışları da həmin davada iştirak etdikləri üçün Rəsulun da adı həmin davada hallanır, buna görə də polislər Rəsulu axtarırlar. Lakin həmin davada Rəsulun tanışlarının dəqiq olaraq iştirak edibetmədiyini o, bilməmiş və bununla bağlı heç bir məlumatı olmamışdır. Rəsul özü isə onlara həmin davada ümumiyyətlə iştirak etmədiyini, həmin əraziyə getmədiyini demişdir. Rəsul özü isə əsassız olaraq həbs ediləcəyindən qorxduğu üçün polisə getməyib qaçaraq gizlənmişdir. Rəsulun istifadəsində ***-***-**-** sayli mobil telefon nömrəsi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, Gəncə şəhər Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında yerləşən təkər təmirində işləyir. 13 iyul 2020-ci il tarixdə, saat 21 radələrində o, görmüşdür ki, işlədiyi yerin əks tərəfində 296 nömrəli evin qarşısında avtomobillər dayanıb, xeyli sayda təxminin 70-80 nəfər tanımadığı şəxslər əllərində dəyənəklə avtomobildən düşmüşlər və həmin yerdə olan “Qalenvagen” kimi tanınan Mersedes markalı avtomobilin üstünə tökülüşmüşlər. Həmin avtomobili dəyənəklə vurmuşlar, sonra avtomobilin yanında olan şəxslərlə dalaşmışlar. Dava zamanı bəzi şəxslər oradan qaçmışlar. Mercedes markalı avtomobil də üzü Yeni Gəncə istiqamətinə sürüb qaçmışdır. Orada əlində dəyənək olan şəxslərdən bəziləri Mersedesin ardınca, bəziləri isə qışqırıb ucadan söyüşlər söyüb ətrafda qorxu yaradıb əllərində dəyənəklə digər tanımadığı şəxslərin ardınca qaçmışlar. O və orada olan şəxslər qorxub həmin şəxslərə yaxınlaşmayıb bir qırağa çəkilib dayanmışlar ki, həmin şəxslər getsin, sonra işlərinə davam etsinlər. Buna baxmayaraq həmin şəxslər öz qanunsuz və vahimə yaradan hərəkətlərindən əl çəkməmişlər. Mercedes markalı avtomobil yenidən fırlanıb həmin qaçan kütləyə doğru avtomobili idarə edib həmin şəxslərin üzərinə sürmüş, əlində dəyənək olan şəxslər yenidən həmin Qalenvageni dəyənək və daşla vurub zədələmiş Qalenvagen bu dəfə mal bazarı istiqamətində sürüb getmişdir. Əllərində dəyənək olan şəxslərin bəziləri piyada, bəziləri isə gəldikləri avtomobilə minib Qalenvagenin arxasınca getmişlər. Həmin şəxslər onlar olduqları yerdən uzaqlaşsalar da, sonradan həmin şəxslər oraya qayıdıb 296 nömrəli evin qarşısında dayanan VAZ 2106 markalı avtomobilə əllərində olan dəyənək və bıçaqla zədələr yetirib avtomobilin təkərlərini cırıb, pəncərələrini, fənərlərini sındırıb, detallarını əzmişlər. Həmin şəxslər o qədər qərəzli və vahiməli hərəkətlər etmişlər ki, onlar qorxudan həmin şəxslərə yaxınlaşa bilməmişlər. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirinə gələn insanlar həmin şəxslərin bu hərəkətlərindən təlaşa düşmüşlər. VAZ 2106 markalı avtomobili yarasız hala saldıqdan sonra həmin şəxslər əllərində dəyənək mal bazarı istiqamətində getmişlər. Həmin istiqamətə gedəndə Qalenvagen yenidən onların olduğu, istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxslər də yenidən çılğınlaşıb dəyənəklərini və yerdən götürdükləri daşı Qalenvagenə atmışlar. Qalenvagenin arxasınca isə qara rəngli ” 4 göz” kimi tanınan Mersedes markalı avtomobil onlara tərəf hərəkət edib, avtomobildə olan şəxs odlu silahdan bir neçə dəfə havaya atəş açmışdır. O və orada olan şəxslər qorxub həmin yerdən qaçmışlar, sonra həmin şəxslər oradan uzaqlaşıb getmişlər. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmiş, o, həmin şəxslərdən heç kimi tanımamışdır. O, hansı silahdan atəş açıldığını görməmiş, heç bir xəsarət almamış və ekspertdən keçmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X47 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 onun dostudur, “Mişa” ləqəbli Mətləb də tanışıdır. Həmin şəxslərin hər ikisi ilə münasibəti yaxşıdır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 12 iyul 2020-ci il tarixdə təxminən saat 21 radələrində dostu Pərviz ona zəng edib dedi ki, tanışı "Mişa" ləqəbli Mətləb digər tanışları Xəyalın telefonundan vatsap vasitəsi ilə Pərvizin ünvanına, yəni arvad, var yox söyüşləri söymüşdür. O, Pərvizə demişdir ki, “Mişa” yəqin piyandır. Bu səbəbdən də Mişaya baş qoşmamasını, sonuncunun telefonlarından gələn zənglərə cavab verməməsini demişdir. Bir qədər sonra Pərviz ona yenə də zəng edib Mişanın əl çəkmədiyini və İmamzadənin yanına gəlməsini dediyini bildirmişdir. O, yenə də Pərvizə demişdir ki, Mişanın telefonlarına cavab verməsin. Təxminən 30 dəqiqə sonra Pərviz yenə zəng edib bildirmişdir ki, Mişa İmamzadənin yanına gəlməyənin ünvanına nalayiq söyüşlər söyüb, Pərvizi həmin yerə çağırır. O, da evdən çıxıb öz idarə etdiyi Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospektindən Dəmir yol vağzalının dörd yolu kimi tanınan yerdən Pərvizi və yanında olan tanışları Uralı götürmüşdür. Pərviz ona demişdir ki, Mişa, Renat və Xəyal yeyib-içib sərxoş vəziyyətdədilər və İmamzadə yolunda gözləyirlər. O, Pərvizə demişdir ki, Mişa zəng etsə cavab verməsin, səhəri gün ayıq başla söhbət edərlər. Onun Gəncə şəhərinin mərkəzində işi olduğundan Pərviz və Urala da onunla birlikdə getmələrini demişdir. O, işini yekunlaşdırdıqdan sonra yenidən dəmiryol vağzalı istiqamətinə qayıtmışlar. Bir qədərdən sonra Pərviz demişdir ki, Mişa yenədə vatsap vasitəsi ilə sms göndərib İmamzadə yoluna çağırır. O, da İmamzadə tərəfə doğru avtomobilini idarə etmişdir. “Sərin” şadlıq sarayını keçəndən sonra dairədə yenidən geri qayıdıb Pərvizə demişdir ki, Mişaya zəng etsin, şəhər tərəfdə söhbət etsinlər. O, Gəncə şəhəri Keçid küçəsi ilə üzü Savxoz Nizami dairəsinə tərəf gedəndə qarşıdan Renatın idarə etdiyi Kia markalı avtomobilin gəldiyini görmüşdür. O, əli ilə işarə etmişdir ki, ardınca şəhər istiqamətinə gəlsinlər. Lakin Renatgil də üzü İmamzadə istiqamətində keçmişlər. Sonra Mişa yenidən Pərvizə zəng edib İmamzadənin yanına gəlmələrini demişdir. O, da avtomobilini geri hərləyib İmamzadə istiqamətində Renatın avtomobilinin arxasınca getmişdir. Onlar avtomobilləri İmamzadənin yaxınlığında saxlamışlar, Pərviz və Ural ondan əvvəl avtomobildən yerə düşmüşlər. Sonra o, avtomobildən düşmüşdür. Həmin vaxt görmüşdür ki, Mişa əlində nəsə dəyənək formasında bir alətlə Pərvizin üzərinə gedib Pərvizə zərbələr endirir, Pərviz də qaçır. Həmin vaxt Mişanın ayağı nəyəsə ilişib yerə yıxılmış, Pərviz sonuncunun əlindəki dəyənəyi tutub əlindən almaq istəmiş, Mişa isə cəhd etmişdir ki, ayağa qalxıb Pərvizi vursun. Həmin vaxt o, Ural, orada olan digər avtomobillə gələn Xəyal, Renatla bir yerdə Mişanı və Pərvizi tutub aralamışlar. Bundan sonra Renat Pərvizi tutub badalax verərək yerə yıxmış, özü də Pərvizin üstünə yıxılmışdır. Həmin vaxt o, Uralla birlikdə Renatı tutub qaldırmışlar ki, Pərvizi döyməsin. Onlar Renatı araladıqdan sonra Renat və Pərvizə öz iradını bildirmişdir ki, "bu nə hərəkətdir edirsiniz dəyənək nəyə lazım idi, Pərvizi təkmi görübsünüz, niyə döyürsünüz”. Bundan sonra Renat onun üstünə gəlib ona nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Xəyal da Uralın üstünə gedib Uralla dava etmək istəmişdir. Sonra Renat avtomobilinə gedib avtomobildən, səhv etmirsə bıçaq götürüb onun üstünə gəlmişdir. Həmin vaxt isə, Ural və Pərviz ona demişdir ki, Renat içkili olduğu üçün sonuncuya baş qoşmasın. Həmin vaxt Mişa araya girib Renatı aralamışdır ki, onunla dava etməsin. Sonra Renat gedib onun avtomobilinə minmiş, ona ana bacı söyüşləri edib onunla gedib təkbətək dava etməyini istəmişdir. Həmin vaxt o, əsəbləşib Renatla dava etmək üçün avtomobilinə minib oradan getmək üçün sükanın arxasına əyləşmək istəyəndə Pərviz və Ural onu tutub saxlamışlar. Xəyal da Renatı avtomobildən yerə düşürtmüş və oradan çıxıb getmişlər. O, da Pərviz və Uralla birlikdə çıxıb getmişlər. O, yaşadığı evə getməyini Pərvizə tapşırmış və avtomobilindəki həmin şəxsləri düşürdüb getmişdir. Təxminən 1 saat sonra, yəni 13 iyul 2020-ci il tarixdə saat 00:10 radələrində Renat ona zəng edib yaşadığı evin qarşısına çıxmağını demişdir. O, evdə olduğunu, səhərisi gün zəng edib danışmağı Renata bildirmişdir. Renat əvvəlcə onunla razılaşsa da təxminən 10 dəqiqədən sonra yenidən ona zəng edib yaşadığı evin qarşısına çıxmağını bildirmişdir. O, pəncərədən baxanda Renatın yaşadığı evin qarşısında dayandığını görmüşdür. O, elə güman etmişdir ki, Renat əvvəlcə olan söhbətə görə ondan üzr istəmək üçün gəlibdir. O, Renatın yanına düşmüş, sonuncu avtomobilinə əyləşməyi ona bildirmişdir. Həmin vaxt Renatın avtomobilində bir nəfər tanımadığı şəxs öndə, digəri isə arxada əyləşmişdir. O, avtomobilin arxa sağ tərəfində əyləşmişdir. O, həmin iki nəfəri görəndə fikirləşmişdir ki, Renat onu aparıb həmin şəxslərlə birlikdə döymək istəyir. Həmin vaxt Renat avtomobili idarə edib hərəkətə başlamışdır. Həmin zaman öndə bir avtomobilin dayandığını və həmin avtomobilin içində ön tərəfdə Xəyalın oturduğunu görmüşdür. Xəyal əyləşdiyi avtomobil də hərlənib hərəkət etmişdir. Renat da həmin avtomobilin arxasınca hərəkətə başlayanda o, qətiləşdirmişdir ki, həmin şəxslər onu döyməyə aparırlar. Həmçinin Renatın avtomobilində ön sol tərəfdə oturan tanımadığı şəxs də Renata işarə ilə nəsə demişdir. O, dərhal Renata avtomobili saxlamasını desə də Renat avtomobili saxlamayıb getmək istəyəndə o, avtomobilin qapısını açmış və Renat da avtomobili saxlamışdır. O, avtomobildən yerə düşmüş, Renat da avtomobildən düşüb onun yanına gəlmişdir. O, Renata irad bildirmişdir ki, nəyə görə uşaq yığıb onun üstünə gəlir. Həmin vaxt avtomobildə ön sol tərəfdə oturan şəxs demişdir ki, “ağali uşaq nədi ee, biz uşağıq”. Həmin vaxt Xəyal da ora gəlmiş, o, Renata demişdir ki, “sən kimsən ki, gecə vaxtı mənim evimə gəlmisən?”, Sonra Renata demişdir ki, “çıx get sonra danışarıq”. Renatgil də çıxıb getmişlər. Renat avtomobilinə mindikdən sonra yenidən ona zəng edib Poçt qəsəbəsində məktəbin həyətinə gəlməyini demişdir. O, fikirləşmişdir ki, Renatın dediyi yerə getməsə Renat yenə də onun evinə gələcək. Bunun üçün də Pərvizə zəng edib olanları danışmış və birlikdə Renat dediyi yerə getməyi bildirmişdir. Onlar bir yerdə poçt qəsəbəsinə getmişlər. Yolda Xəyal ona zəng edib məktəbin həyətinə getməməyi, yanacaq doldurma məntəqəsinin yanına gedib orada söhbət etməyi bildirmişdir. Xəyal ona demişdir ki, Renat sərxoşdu, sonuncu ilə dava etməyə getməyin. Pərvizlə o, yanacaq doldurma məntəqəsinin yanına getmişlər. Orada Xəyal, tanımadığı 7-8 nəfər və Renat olmuşlar. O və Pərviz avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmışdır. Həmin vaxt tanıdığı Amil adlı şəxs onlara yaxınlaşıb demişdir ki, səhər Renatla ayıq başla söhbət edərsiniz. Həmin vaxt o, orada olan Renatla onların yaşadığı evə gəlib onu çağıran avtomobilin ön tərəf oturacağında əyləşən şəxsə demişdir ki, “sən nə üçün mənim qapıma gəlmişdin”. Həmin şəxs də ondan üzr istəmiş, daha sonra isə onlara demişdir ki, evlərinə getsinlər və sabah söhbət edib onun yaşadığı evə gəldiyini izah edib Renatı səhv edərlər. 13 iyul 2020-ci il tarixdə təxminən saat 15 radələrində o Renata zəng edib harada olduğunu soruşmuş, ötən gecə yaşadığı evə gəldiyi üçün oturub söhbət etmək istədiyini bildirmişdir. O, Renatı Gəncə-Bakı yolunun 1-ci kilometirliyində salınmış qəsəbəyə çağırmış, həmin qəsəbəyə gedəndə Pərviz ona zəng edib Renatla görüşüb-görüşmədiyini soruşanda o, məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə getdiyini, orada Renatla görüşəcəklərini bildirmişdir. Pərviz də həmin yerə gələcəyini ona demişdir. Həmin vaxt oraya onlar tərəfdən Pərvizin tanışları olan tanıdığı Vaqif adlı şəxs, sonradan isə tanımadığı 3-4 nəfər şəxslər də gəlmişlər. Bir neçə dəqiqə sonra isə Ural da həmin yerə gəlmişdir. Bunlardan təxminən 40 dəqiqə sonra tanıdığı Vüqar ona zəng edib “ay Emin biz hamımız tanışıq. Özün bilirsən ki, Renat içəndə danışığını bilmir. Bir səhvdi edib bağışla çxıb getsin” deyə ona müraciət etmişdir. O, da Vüqara demişdir ki, səhv edən zəng edib üzr istəyər. Həmin vaxt Vüqar demişdir ki, onların olduğu yerə gəlib söhbət edərlər. Təxminən 20 dəqiqədən sonra Renat öz avtomobili ilə onların olduqları yerə gəlmiş, Renatdan başqa avtomobildə tanıdığı Rəşad və Vüqar adlı şəxslər də olmuşlar. Həmin vaxt yəni, 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Renatgilnən onlar görüşmüşlər. Rəşad ona yaxınlaşıb onunla kənarda təklikdə söhbət etmək istədiyini demişdir. Həmin vaxt orada olan Anarın tanışları Rəşada demişlər ki, “gəlin burda söhbət edək”. Rəşad da əli ilə işarə edib “ə siz saxlıyın” deyərək səslənmişdir. Həmin vaxt orada olan şəxslər Rəşadın üstünə gedib Rəşadı və yanında olan Renatı döymüşlər. Sonra o, Vüqar, Pərviz, Ural onları aralamışlar. Renatı, Vüqarı və Rəşadı gəldikləri avtomobilə mindirib yola salmışlar ki, çıxıb getsinlər. Renatgil də oradan çıxıb getmişlər. Vüqar ona zəng edib Rəşadı döyənləri və onu nalayiq söyüşlərlə hədələmişlər. Bundan sonra onun telefonuna tanımadığı şəxlərdən zəng olunmuş, onu müxtəlif yerlərə söhbət etməyə çağırmışlar və “Rəşadı vurubsuz, gəlin cavab verin” demişlər. O, da həmin şəxlərlə danışıb söhbəti şirinliklə başa vurmağı çalmış, lakin həmin şəxslər yenidən qızışmışlar. Həmin vaxt Xəyal ona zəng edib bildirmişdir ki, Rəşad və dostları xeyli sayda adam yığıb o və Rəşadı döyən şəxslərlə dava etməyə hazırlaşırlar. O, Rəşad və dostlarının böyüyü kimi tanıdığı Qurban adlı avtoriteti yığıb dostlarını sakitləşdirməsini xahiş etmişdir. Qurban ona hadisədən məlumatı olduğunu və Rəşadın hansı səbəbə vurulmasını, Rəşad qardaşı olduğunu, Rəşadı vuranlar cavablarını alacağını ona demişdir. O, Qurbandan xahiş etmişdir ki, bu söhbəti başa çatdırsın, mehribançılıqla qurtarıb getsin. Qurban da ona “baxarıq” deyib telefon əlaqsini kəsmişdir. Bundan sonra o, öz avtomobili ilə Pərviz və Uralla birlikdə həmin yerdən çıxıb yaşadıqları evə getmək qərarına gəlmişlər. Onlar Bakı-Gəncə yoluna çıxıb Gəncə şəhəri istiqamətində hərəkət edən zaman Nizami prospektinin girəcəyində olan dairədə görmüşdür ki, Renatın avtomobili və Vüqarın Opel avtomobili yolun sağında dayanıb, lakin o, dayanmayıb yoluna davam etmiş, əgər dayansa həmin şəxslər çox olduqları üçün onları döyüb xəsarət yetirəcəklər. O, “Cihazqayırma” zavaodunun yanında olan işıqfora çatanda Vüqarın Opel markalı avtomobili, üzərində taksi işarəsi olan VAZ 2107 markalı, VAZ 2106 markalı avtomobillər, Renat öz avtomobilini, Ramil idarə etdiyi avtomobili onun avtomobilinin önünə, sağ və soluna sürüb avtomobilini saxlamağını ondan tələb etmişlər. Həmin avtomobillərin içində xeyli sayda adamlar olduqları üçün o, avtomobilini orda saxlamaqla özünü və avtomobilində olanları təhlükəyə atacağını başa düşmüşdür. Bunun üçün də avtomobili saxlamayıb çıxıb getmişdir. O, həmin şəxslərdən yayınıb gözündən itmək istəmiş, lakin həmin şəxslər bütün şəhəri onun arxasınca siqnal verərək saxlamağını tələb etmişlər və ona işarələrlə hədə-qorxu gəlmişlər. Vüqar həmin vaxt ona zəng edib avtomobili saxlamağını demişdir. O, da “saxla deyirsən, gör indi nağaracam” deyə cavab verəndə Vüqar “nə edəcəksən, polisə məlumat verəcəksən” demiş və o, telefonunu söndürmüşdür. Bundan sonra həmin şəxslər onun arxasınca gəlməmişlər. O, Avtozavod qəsəbəsinə gedib avtomobilini saxlayıb yenidən Qurbana zəng edib tanışlarına sözsöhbətə son qoymasını bildirsə də Qurban bunun mümkün olmadığını bildirib mübahisəni davam etdirəcəyini demişdir. Həmin gün təxminən saat 21 radələrində tanımadığı şəxslər ona zəng edib demişlər ki, Qurbangil Qızılca yoluna mübahisəyə və dava-dalaşa çağırırlar. O, həmin yerə getmək istəməmiş, lakin digər tanışları da ona zəng edib demişlər ki, Qurbangil dava-dalaş etmək üçün həmin yerə çağırırlar. O, Qurbana zəng etsə də sonuncu telefona cavab verməmişdir. O, axırda məcbur qalıb Gəncə şəhər Təbriz küçəsində yerləşən kardioloji xəstəxananın qarşısına getmişdir. Həmin vaxt orda Vaqifə məxsus VAZ 2106 markalı avtomobil, həmçinin sonuncunun tanışlarının orada olduqlarını görmüşdür. O və Pərviz də orada bir tərəfdə dayanmışlar. Bir neçə dəqiqədən sonra Qızılca qəsəbəsi tərəfdən təxminən 15-20 sayda avtomobil gəlib onlar olduqları yerdə dayanmışdır. Həmin vaxt o, Pərvizlə birlikdə onun avtomobilində dayanmışlar. Həmin vaxt avtomobildən düşən şəxslər onun və orada olan tanışlarının ünvanına nalayıq söyüşlər söyərək əllərində olan dəyənək, taxta parçaları daşla onun avtomobilini vurub zədələmişlər. O, avtomobili ilə yanaşı ona da xəsarət yetiriləcəyini görüb məcbur qalaraq avtomobilini Gəncə şəhər Yeni Gəncə istiqamətində hərəkət etdirmişdir. Həmin vaxt orda olan Ramil, Vüqar və tanımadığı çoxlu sayda şəxslər avtomobilinin yan güzgülərini sındırmışlar, söyüşlər söyüb orada vahimə yaratmışlar. Avtomobilinin güzgülərini sındırdıqları və zədələdikləri üçün o, əsəbləşmiş və avtomobili hərləyib həmin şəxslərin üstünə sürmüşdür ki, həmin şəxsləri vursun ki, ürəyi sakitləşsin. O, həmin şəxslərin üstünə getsə də həmin şəxslər yenə də əllərində olan daş dəyənəklə yenidən onun avtomobilini vurub zədələmişlər. O, Yeni Qızılca qəsəbəsi istiqamətdə hərəkətdə olarkən postu keçib getmiş və yenidən geri qayıtmış, kənarda dayanıb baxmışdır ki, həmin şəxslər oradan çıxıb getsinlər və o, da rahat çıxıb getsin, Həmin vaxt Vaqif onlara zəng etmişdir ki, avtomobilini saxladığı yerdə gizlənib və orada olan şəxslər axtarırlar. O, məcbur qalıb yenidən həmin yerə getmişdir. Yenə də postu keçib getmişdir. Polis ona saxla işarəsi versə də o, saxlamamış və qorxmuşdur ki, həmin şəxslər onu və avtomobildə olan şəxsləri polisin yanında gəlib döyərlər. Çünki həmin şəxslərin çılğın və qərəzli hərəkətləri insanı vahiməyə, qorxuya salmışdır. O, keçib əvvəlki yerə çatana yaxın Vüqarın Opel markalı avtomobili yolun sağ təfində dayanmışdır. Vüqar və sonuncunun yanında olan 6-7 nəfər şəxslər yenidən onun üstünə cumub dəyənəklə avtomobili vurmuşlar. O, da Vüqarın avtomobilini sürtüb keçmiş, orada olan şəxslərin hamısı orada ona daş, dəyənək atdıqları üçün o, avtomobili saxlamayıb sürüb evinə getmişdir. 14 iyul 2020-ci il tarixdə onu polisə dəvət etdikləri üçün o, Polis İdarəsinə getmişdir. Hadisə nəticəsində ona fiziki zərər yetirilməmiş. Lakin avtomobildə olmasaydı orada olan Vüqar, Ramil, Renat, Qurban və həmin şəxlərin yanında olan digərləri əllərində olan dəyənəklə onu döyüb xəsarət yetirərmişlər. Həmin şəxslər onun avtomobilinə maddi ziyan yetirmişlər. Hadisə zamanı odlu silahdan kim atəş açması barədə onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadə verərək göstərmişdir ki, o, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində tanışı X47 onun istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə zəng edib Poçt qəsəbəsinin oğlanları ilə bir gün əvvəl mübahisəsi olduğunu və həmin mübahisəni 13 iyul 2020-cı il tarixdə görüşüb davam edəcəyini ona bildirmişdir. Poçt qəsəbəsinin oğlanları ilə olan söhbətdə yanında olmağı Emin ondan xahiş etmiş, tanıyıb və etibar etdiyi bir iki nəfər oğlan da aparmağı ona bildirmişdir. O, da tanıdığı Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-** və Ülvi Hüseynovun istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edib Eminin dediklərini həmin şəxslərə bildirmişdir. Rəsul onunla bir yerdə kickboks idman növü ilə məşğul olmuş, uzun müddət münasibətləri yaranmış və məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır. Ülvini də uzun müddətdir ki tanıyır, sonuncu ilə şəhərdə tanışlarının vasitəsilə dost olmuşdur. Həmin vaxt Rəsul yaşadığı qaçqın şəhərciyində olduğunu, həmin tərəfin şəhərdən kənar olduğunu və söhbətin də orada olmasını məsləhət görmüşdür. O, Ülviyə və Eminə həmin qəsəbəyə gəlmələrini demişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra onun özü də həmin yerə getmişdir. O, oraya gedən zamanı dostu Təqsirləndirilən şəxs2, Ülvi Hüseynov və həmin şəxslərin yanında tanımadığı 2-3 nəfər şəxslər olmuşlar. Sonradan oraya Anar tanımadığı taksi avtomobili ilə, bir qədər sonra isə Emin Hüseynov öz avtomobili ilə dostu Təqsirləndirilən şəxs1la birlikdə oraya gəlmişlər. Emin onların yanına gəldikdən sonra Poçt qəsəbəsində olan Renad adlı şəxsə zəng edib həmin yerdə gözlədiklərini bildirmişdir. Emin həmin müddət ərzində danışmışdır ki, bir gün əvvəl Renad adlı şəxslə mübahisəsi düşmüş, mübahisədən sonra Renad gecə yarıdan sonra Emingilə zəng edib sonuncunu evdən çıxardıb yenidən mübahisə etmiş, mübahisənin davamını həmin günə saxlamışlar. Təxminən 50-55 dəqiqədən sonra adını Renad kimi bildiyi şəxs özünə məxsus olan qara rəngli Kia markalı avtomobili ilə oraya gəlmişdir. Həmin vaxt Renadın Yanında adlarını sonradan bildiyi Rəşad və Vüqar adlı şəxslər də olmuşlar. Həmin şəxslər avtomobildən düşən kimi Rəşad Emini yanına çağırmış, Emin Rəşadın yanına gedəndə onlar da Eminlə getmək istəyəndə Rəşad onlara alçaldıcı cavab verərək “ə sən sxala əəə, məni səf salmayın” sözlərini demişdir. Rəşadın həmin sözlərinə görə sonuncu ilə onun arasında mübahisə düşmüş, həmin vaxt Eminlə Rəşad kənara çəkilmiş, o, isə Renadı qırağa çəkib Eminə qarşı etdiklərinin səhv olduğunu bildirmişdir. Həmin vaxt Renadla sözü çəpləşmiş, o, Renadı yumruqla vurmuş, Rəşad da qışqıraraq onun üstünə gəlib onu vurmaq istəyəndə o, Rəşadı qabaqlamış, yumruq və kəllə ilə sonuncunu vurub yerə yıxmışdır. Həmin vaxt Emin, Rəsul və digərləri onları aralamışlar. Renadgil gəldikləri avtomobilə minib oradan getmişlər, Renadgil onlarla görüşüb davam etmək istədiklərini çatdırmışlar, bundan sonra onlar həmin yerdən uzaqlaşıb şəhərin mərkəzi istiqamətində gedərkən Poçt qəsəbəsinin oğlanları “Pribor” adlanan yerdə 4-5 avtomobillə işıqforda onların qabağını kəsmişlər. Onlar həmin yerin mərkəz olduğunu, dava edərlərsə polis tərəfindən tutulacaqlarını bildirmişlər. Buna baxmayaraq Poçt qəsəbəsinin oğlanları avtomobilləri ilə onların avtomobillərini təqib etmişlər, sonradan isə ayrılıb çıxıb. getmişlər. Həmin vaxt onun avtomobilində Ülvi, Rəsul, sonuncunun 2 nəfər tanışları, Eminin avtomobilində isə sonuncu ilə yanaşı Anar və Pərviz olmuşlar. Onlar dağılıb öz evlərinə getmək, Renadgilnən zəngləşib mübahisəni mehribançılıqla həll etmək qərarına gəlmişlər. Lakin Poçt qəsəbəsində olan Qurban, Renad, Rəşad və digərləri mübahisəni və davadalaşı davam etdirmək üçün Eminə zəng edib Göygöl rayon Qızılca qəsəbəsinə gəlmələrini tələb etmişlər. Onlar ilkin olaraq həmin yerə getmək istəməsələr də Qurbanın çoxsaylı zəngindən sonra həmin yerə getmək qərarına gəlmişlər. Emin ona zəng edib çayın qırağındakı tanışlarını da götürüb həmin yerə getmələrini bildirmişdir. Həmin vaxt o, öz tanışı Ülvi və Rəsula da zəng edib dava olacağını bildirmişdir. Ülvi götürməyi ona bildirsə də Rəsul həmin ərazidə olduğunu demişdir. Ülvi və Rəsulun dediyi tanımadığı şəxsləri götürüb Qızılca qəsəbəsi istiqamətində hərəkət etmişdir. Yolda Emin ona zəng edib tapşırmışdır ki, Təbriz küçəsində “Ürək Xəstəxanası”-nın yanında dayanıb gözləsinlər. O, həmin yerə çatanda orada heç kim olmamışdır. Sonradan Rəsul tanımadığı avtomobillə, Emin isə öz avtomobili ilə Anar və Pərvizlə birlikdə oraya gəlmişlər. X72 telefon danışıqları etmiş, mübahisənin sabahı günə qalmağını razılaşmışlar. Onlar öz avtomobilləri ilə “Ürək xəstəxanası” istiqamətində gedən zamanı yolun hərəkət istiqamətində 9-10 avtomobilin dayandığını, həmin avtomobillərin içərisindəki şəxslərin əllərində dəyənəklə onların üstünə gəldiklərini görmüşlər. Həmin şəxslər dəyənəklərlə Eminin avtomobilinə zərbələr endirmişlər. Həmin vaxt Emin avtomobilini sürüb oradan uzaqlaşmışdır. Həmin şəxslər onların üstünə hücum çəkmişlər, o, həmin şəxslərin ona xəsarət yetirəcəklərini görüb oradan təxminən 500 metr məsafədə qaçdıqdan sonra bir nəfərdən xahiş etmişdir ki, həmin şəxsin evində gizlənsin. Həmin şəxs də etiraz etməyib onu evinə salmışdır. O, tanımadığı həmin şəxsin evində olan zamanı əlində dəyənəklər olan şəxslərin səslərindən eşitmişdir ki, onu axtarırlar. Təxminən 4-5 dəqiqədən sonra küçədə ard-arda atəş səsləri eşidib Eminə zəng etmişdir ki, gedib onu götürsün. O, Emindən əvvəl Rəsula zəng edib olduğu yeri izah edib götürməsini demiş, Rəsul onu götürcəyinə söz versə də onun yerini tapa bilmədiyini sonradan ona bildirmişdir. O, Eminlə telefonda danışanda sonuncu odlu silahdan Rəsulun atəş açdığını və buna görə də həmin yerdən qaçıb getdiklərini söyləmişdir. O, təxminən 10 dəqiqədən sonra həmin evdən çıxıb hadisə yerinə qayıtmış vəavtomobilinin yararsız hala salındığını görmüşdür. O, polis əməkdaşlarına özünü təqdim edib maşının sənədlərini verib Polis İdarəsinə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ 2106 markalı, **-KA-*** nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. O, mülamadi olaraq Gəncə şəhər Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında dayanıb müştəri gözləyir. 13 iyul 2020-ci il tarixdə, saat 21:30 radələrində o, həmin yerdə dayanıb müştəri gözləyən vaxt yolun əks istiqamətində 296 nömrəli evin qarşısında dayanan VAZ 2106 markalı avtomobilə əllərində dəyənək və bıçaq olan şəxslərin avtomobilin təkərlərini cırıb, pəncərələrini, fənərlərini sındırıb, detalların isə əzdiklərini görmüşdür. Həmin şəxslər qərəzli və vahiməli hərəkətlər etdikləri üçün onlar qorxularından həmin şəxslərə yaxınlaşa bilməmişlər. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirinin işlədən və oraya təmirə gələn insanlar onların bu hərəkətlərindən təlaşa düşmüşlər. VAZ 2106 markalı avtomobili yararsız hala salandan sonra həmin şəxslər əllərində dəyənək mal bazarı istiqamətində getmişlər. Həmin istiqamətə gedən zaman Qalenvagen kimi tanınan Mercedes markalı avtomobil onların olduqları istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxslər də yenidən çılğınlaşıb dəyənəklərini və yerdən götürdükləri daşı Qalenvagenə atmışlar. Qalenvagenin arxasınca isə qara rəngli “4 göz” kimi tanınan Mercedes markalı avtomobil onlar tərəfə hərəkət etmiş, avtomobildə olan şəxs odlu silahdan təxminən 3 dəfə havaya atəş açmışdır. O və orada olan şəxslər qorxub həmin yerdən qaçmışlar. Sonra həmin hadisəni törətmiş şəxslər oradan uzaqlaşıb getmişlər. O, hadisəni törətmiş şəxsləri tanımamışdır. O, hansı silahdan atəş açıldığını görməmiş, odlu silahdan açılan atəş nəticəsində hər hansı bir xəsarət almadığı üçün ekspertdən keçmək istəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ-21099 markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobilini BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. Gəncə şəhərindən olan Əli adlı tanışına təxminən 2020-ci ilin iyul ayının əvvəllərində nisyə olaraq Jiquli markalı avtomobillər üçün 100 manata sükan satmışdır. 13 iyul 2020-ci il tarixdə o, Bakı şəhərindən gələn tanışı Anar adlı şəxslə birlikdə Gəncə şəhəri ərazisində oturub yemək yeyərkən, həmin gün saat 21 radələrində o, Əliyə zəng edib pulunu istəmişdir. Əli də yaşadığı Bağman adlı ərazidə olduğunu onlara deyib yaşadığı evin yaxınlığına getməyini ona demişdir. O, Anarla birlikdə özünə məxsus avtomobillə həmin əraziyə getmiş, camaat arasında “Döş əti” kimi tanınan kafenin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə girərək yanacaq doldurmuşdur. Bundan sonra Əliyə bir neçə dəfə zəng etmiş, lakin Əli zənglərinə cavab verməmişdir. Yanacaqdoldurma məntəqəsindən çıxarkən isə Mersedes Benz G55 AMG markalı, ağ rəngli avtomobilin karantin postundan saxlamadan sürətlə keçdiyini, bir nəfər şəxsin həmin avtomobilin arxası ilə qaçdığını, təxminən 20 nəfərə yaxın şəxsin isə həmin şəxsin arxasınca qaçdıqlarını görmüşdür. O, başa düşmüşdür ki, nəsə hadisə baş vermişdir. Həmin vaxt karantin postunda olan polis əməkdaşlarına yaxınlaşaraq nə baş verdiyini soruşmaq istəsə də, polis əməkdaşları postu sürətlə keçən avtomobilin nömrəsini dəqiqləşdirməyə və nə baş verdiyini aydınlaşdırmağa başlamışlar. Buna görə nə baş verdiyini o, bilməmişdir. Daha sonra nə baş verdiyini öyrənmək üçün öz avtomobili ilə “Döş əti” kimi tanınan kafenin qarşısına gəlib dayanmışdır. Lakin orada olan şəxslər artıq dağlışdıqları üçün o, da öz avtomobilinə minərək oradan işlərinin dalınca getmişdir. Sonradan isə Gəncə şəhəri ərazisində camaat arasında gedən söz-söhbətdən ona məlum olmuşdur ki, iki qrup şəxs arasında hansısa insident olmuş və aralarında olan mübahisəni, dava-dalaşı həmin ərazidə davam etdirmək üçün oraya toplaşaraq bir-biriləri ilə dalaşmışlar. O, hadisədə iştirak edən şəxslərdən heç kimi tanımamış, o, isə orada təxminən 5 dəqiqə olmuş və sonra çıxıb getmişdir. O hadisə yerində olarkən silahdan atəş açıldığını eşitməmiş və görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, ailəlidir və 3 uşağı var, əvvəllər heç vaxt məhkum olmayıbdır. O, özünə məxsus Mercedes E klass markalı, **-NL- *** dövlət nömrə nişanlı qara rəngli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub pul qazanaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır, sonuncu Gəncə şəhərində inşa edilmiş Kəlbəcər şəhərciyində yaşayır, o, da həmin şəhərcikdə yaşayan qohumlarının evinə gedib-gələndə Təqsirləndirilən şəxs2lə tanış olmuş, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 13 iyul 2020-cı il tarixdə, saat 21 adələrində o, idarə etdiyi avtomobili ilə tanışını Göygöl rayonu Qızılca kəndinə aparmış və tanışını düşürtdükdən sonra Gəncə şəhərinə qayıtmağa başlamışdır. O, mal bazarının yaxınlığındakı karantin postunu keçən kimi təsadüfən yolun sağ tərəf kənarında Rəsulu görmüş, həmin vaxt avtomobilinin üstündə taksi işarəsi olduğu üçün Rəsul da ona saxlaması üçün əli ilə işarə etmişdir. O, avtomobili Rəsulun yanında saxlamış və sonuncu avtomobilin ön sağ outracağında əyləşmişdir. O, Rəsulla salamlaşmış və avtomobili Gəncə şəhəri istiqamətində idarə etməyə başlamışdır. O, təxminən 100-200 metr məsafə qət etmişdir ki, həmçinin Rəsuldan hara getdiyini soruşmağa hazırlaşırdı ki, “Döş əti” deyilən kafenin qarşısında xeyli sayda insanların yolun ortasında olduqlarını görmüşdür. O, məcbur olub avtomobilin sürətini azaltmışdır ki, hansısa tanımadığı avtomobilin onun qarşısını kəsdiyini, ətrafda olan şəxslərin isə onun avtomobilinə hücum etdiklərini görmüşdür. Həmin vaxt o, başa düşmüşdür kı, orada nəsə dava-dalaş var, Rəsul orada olan şəxsləri onların üstünə gəlməsinin qarşısını almaq, həmçinin qorxudaraq dağıtmaq məqsədilə havaya lüləsi kəsik tüfəng vasitəsilə bir dəfə atəş açmış və avtomobili sürüb oradan aralanmalarını istəmişdir. Rəsul atəş açmamışdan əvvəl isə “qoy bunları qorxudum ki, dağılışıb evlərinə getsinlər” sözlərini demişdir. Rəsul oraya toplaşan adamları dağıtmaq və qorxutmaq məqsədilə həmin silahdan havava atəş açmışdır. O, dərhal avtomobilini idarə edərək oradan aralanmış, təxminən 700-800 metr məsafə qət etmişdir ki, Rəsul nədənsə avtomobili saxlatmaq istəmişdir. O, avtomobili saxlatdıqdan sonra Rəsul heç bir söz demədən maşından yerə düşmüş, ona çıxıb getməyi dediyi üçün o, da oradan çıxıb öz işlərinin dalınca getmişdir. Təqsirləndirilən şəxs2 avtomobilə minərkən həmin vaxt hava qaranlıq olduğu üçün sonuncunun əlində hər hansı bir əşya olub-olmamasına fikir verməmişdir. Hadisə yerində onun tanıdığı şəxslərdən heç kim olmamış, hadisənin kimlər arasında və nə səbəbə baş verməsini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X19 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X21, X29, X22, X23, Zərərçəkmiş şəxs3, Seyid ləqəbli Turalı uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə eyni ərazidə yaşamış, münasibətləri də yaxşı olmuşdur. 13 avqust 2020-ci İl tarixdə, saat 20 radələrində o, yaşadığı evdən çıxıb Poçt qəsəbəsində 7 nömrəli xətt marşurutun sonuncu dayanacağına getmişdir. O, ora gedəndə görmüşdür ki, “Bij” ləqəbli Ramilin Meqan markalı avtomobili, Akifə məxsus VAZ 2107 markalı avtomobili, rəngli VAZ 2106 markalı avtomobili, Vüqara məxsus Opel markalı avtomobili, tanışı Atin içərisində olduğu boz rəngli Meqan, Renata məxsus Kia markalı avtomobillər içərisində xeyli sayda cavan oğlanlar hərəkət edib gedirlər. O, əl edib Bəxtiyarın idarə etdiyi Atin olan avtomobili saxladaraq həmin avtomobilə minmiş avtomobildə onların üçündən başqa heç kim olmamışdır. O, avtomobilə minəndə bu qədər şəxsin hara getdiyini soruşmuş, Atin də demişdir ki, qardaşı Renatı və Zərərçəkmiş şəxs2 döyən şəxslərlə davaya gedirlər. Onlar digər hərəkət edən avtomobillərlə Gəncə şəhər, Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”-nın yaxınlığına getmişlər, “Vüsal” şadlıq sarayının yan tərəf küçəsində avtomobilləri saxlayıb yerə düşmüşlər. Həmin vaxt orada tanıdığı X48, Zərərçəkmiş şəxs2, X33, X39, X34, X32, Zərərçəkmiş şəxs3, Seyid ləqəbli Tural, Ələsgər, qırmızı rəngli VAZ 2107 markalı avtomobilin sahibi Akif, Ayxan, “Nəriş” ləqəbli şəxsi, “Rambı” ləqəbli şəxsi, “Aska” ləqəbli Asəf adlı şəxs və tanımadığı təxminən 10-15 nəfər şəxslər olmuşlar. Təxminən 20-25 dəqiqədən sonra Atın qayıtmaqlarını demiş, həmin vaxt o, içdiyi pivə şüşəsi onun əlindən düşüb Bəxtiyarın avtomobilinin oturacağını islatdığı üçün o, Ələsgərin idarə etdiyi Vüqara məxsus Opel markalı avtomobildə arxa oturacaqda oturmuşdur. Həmin vaxt Ələsgərin idarə etdiyi avtomobildə, ön sağ tərəfdə Ayaz, arxa sol tərəfdə o, sağ tərəfdə isə tanımadığı bir cavan oğlan oturmuşdur. Onlar “Ürək xəstəxanası” istiqamətdə gedəndə yolun sol tərəfində qarşı tərəfdən gələn Eminə məxsus Qalenvagenin orada dayandığını və Eminin tanışlarının orda dayandığını görmüşlər. Həmin vaxt onlarla gedən şəxslər öz avtomobillərini orada saxlatmışlar. Avtomobildə olan şəxslərin bəziləri əlində dəyənək Eminin avtomobili tərəfə getmişlər. Ələsgər də avtomobili saxlatmış, onlar da avtomobildən düşüb Eminin avtomobili və tanışları olan tərəfə getmişlər. Həmin vaxt onların avtomobilində olan Ayazın da əlində taxta dəyənək olmuş, Ayaz Qalenvagenə çatan kimi əlindəki dəyənəklə avtomobilə zərbə vurmuş, o, da özündən biixtiyar həmin avtomobili vurmuşdur. X58 idarə edib Y.Gəncə istiqamətdə getmiş, Eminlə gələn şəxslər isə üzü mal bazarı istiqamətində qaçmışlar. Onlarla gedən şəxslər də həmin şəxlərin arxasınca qaçmışlar. O, da bir qədər qaçsa da sonra qaça bilməyib dayanmış və Bəxtiyarın avtomobilinə minib Poçt qəsəbəsinə getməyini demişdir. Həmin vaxt Atin də avtomobildə olmuş, onlar bir qədər getsələr də Atin həmin yerə qayıtmağı Bəxtiyara bildirdiyi üçün onlar yenidən həmin yerə qayıtmışlar. Onlar ora çatanda “Bij” ləqəbli Ramilin avtomobilinin Emin tərəfdən gələn VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin qarşı tərəfində dayandığını, orada Ramilin özü, Ayaz, Araz və bir neçə nəfər xatırlamadığı şəxslərin olduqlarını görmüşdür. Sonra Atinlə o, da oraya getmişlər. Araz, Ayaz əlində taxta parçası ilə həmin VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobili vurmuşlar və digərləri də təpiklə həmin avtomobili vurmuşlar. Sonra o, üzərində olan açılıb bağlanan bıçaqla həmin avtomobilin dörd ədəd təkərini də deşdiyi üçün təkərlərdə olan hava boşalmış və təkərlər yerə yatmışdır. Bundan sonra o, oradan “Vüsal” şadlıq sarayı istiqamətində qaçmış, o, həmin istiqamətə gedəndə Qalenvagen markalı avtomobilin onlar tərəfə gəldiyini görüb yuxarı qayıtmışdır. Qalenvagen onların üstünə doğru hərəkət etdiyi üçün o, geri qayıdıb əks istiqamətə qaçmışdır. Həmin vaxt odlu silahdan atəş açılmasının səsini eşitmiş, o, geri çönüb baxanda tünd rəngli “4 göz” kimi tanınan Mercedes markalı avtomobildən yan tərəfdə oturmuş sərnişinin atəş açdığını görmüşdür. Həmin tanımadığı şəxs onun görmədiyi silahdan iki dəfə atəş açmışdır. Sonra həmin şəxslər oradan uzaqlaşıb getmişlər. O, da “Ürək xəstəxanası” istiqamətində qaçmış, oradan da taksi avtomaşınına oturub yaşadığı evə getmişdir.O, tanışlarının davaya getdiyini görüb özü könüllü olaraq tanışları ilə birlikdə davaya getmişdir. O, hadisə yerində olarkən yalnız üzərindəki bıçaqla VAZ 2106 markalı avtomobilin təkərlərini deşmiş, həmin avtomobilin sahibinin qarşı tərəfdən davaya gələn şəxslərdən birinə məxsus olduğunu bilib avtomobilin təkərlərini deşmişdir. O, yaşadığı evin qonaq otağındakı vazın içərisində saxladığı açılıb-bağlanan bıçağı polis əməkdaşlarına təqdim edə bilərmiş. O, həmin bıçağı həmişə üzərində gəzdirmiş, hadisə yerinə gedəndə də həmin bıçaq üzərində olmuş və o, həmin bıçağı davaya gedəndə məqsədli şəkildə aparmamışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Polis İdarəsində və ya hər hansı bir yerdə o, polis tərəfindən fizki zorakılığa məruz qalmamış, polis əməkdaşları onu döyməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X12 ifadəsində göstərmişdir ki, o, X76 Universitetinin 3-cü kurs tələbəsidir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X21, X29, X6, X7, X13, X23, Zərərçəkmiş şəxs3 tanıyır. Həmin şəxslər Poçt qəsəbəsində yaşayır, o, da həmin şəxsləri bir ərazinin sakinləri kimi tanımış, ancaq elə də yaxından münasibəti yoxdur. Sadəcə birbirlərini görəndə bir tanış kimi salamlaşmışlar. 13 iyul 2020-ci il tarixdə, təxminən saat 18 radələrində o, eyni küçədə yaşadığı Aqşin adlı tanışı ilə Poçt qəsəbəsində, “Tural” şadlıq sarayının yaxınlığında rastlaşmış, Aqşin ona “Poçtovoy uşaqlarının” yanına getdiyini bildirmişdir. O, da Aqşinlə birlikdə piyada gedərkən yolda Tural adlı tanışı öz avtomobili ilə onların yanında dayanmış və avtomobilə oturmağı onlara bildirmişdir. Aqşinlə o, Turalın avtomobilinə oturmuşlar, o, arxa sağ tərəfdə, Aqşin isə ön sağ tərəfdə oturmuşlar. Tural avtomobili idarə edib Poçt qəsəbəsində “8-ci küçənin stadionu” kimi tanınan yerdə saxlamışdır. Həmin vaxt orda xeyli sayda təxminən 40 nələr cavan oğlanlar toplaşmışlar. Həmin şəxlərdən tanıdığı Zərərçəkmiş şəxs1, Atin Əliyev, Zərərçəkmiş şəxs2, Həsən Həsənov, Ramil Hüseynov, Qurban Qurbanov, Ayaz Hacıyev, Kamran Novruzov, Zərərçəkmiş şəxs3, Araz Məmmədzadə, Seymur, Ələsgər, Seyid ləqəbli Tural, Ayxan, Asəf adlı Aska, Pərviz, Cıpban ləqəbli Elnur və tanımadığı bir neçə nəfər başqa şəxslər də olmuşlar. Orada həmçinin Renadın Kia markalı, Ramilin Meqan markalı, Vüqarın Opel markalı və yadında qalmayan bir neçə avtomobil dayanmışdır. Onlar oraya çatıb adamın çox olduğunu görüb o, Turala qayıdıb getmələrini demişdir. Həmin vaxt orada adlarını çəkdiyi şəxslər “gedirik” deyib avtomobillərə oturmuşlar. O, Aqşin, Aska ləqəbli Asəf və Ayxan Turalın avtomobilinə oturmuşlar, Tural avtomobili idarə edib yaşadığı küçənin qarşısına gəlmişdir. O, orda avtomobildən düşmüşdür. Tural avtomobili idarə edib onların küçəsinə daxil olmuşdur. 2-3 dəqiqədən sonra Tural onların küçəsindən çıxıb “otur bir yerdə gedib qayıdaq” deyə müraciət etdiyi üçün o, da Turalın avtomobilinə oturmuşdur. Sonra Tural avtomobili idarə edib “Pasyolka” kimi tanınan əraziyə doğru hərəkət etmişlər. Həmin vaxt Turalın avtomobilində bir ədəd taxtadan olan bel sapı olmuşdur. Yolda gedən zaman o, Turaldan hara getdiklərini soruşanda sonuncu “gedib qayıdacayıq” deyə ona cavab vermişdir. Həmin vaxt Aqşin demişdir ki, tanışları Rəşadı döyüblər və sonuncunu döyən şəxslərlə davaya gedirlər. Aqşinin söhbətindən o, bilmişdir ki, Emin, Vaqif və həmin şəxslərin tanışları Renadla Rəşadı həmin gün Gəncə şəhərinin Bakı istiqamətində olan çıxışında döyüblər. Bunun üçün də Poçt qəsəbəsinin cavanları yığılıb həmin şəxslərlə Təbriz küçəsində “Ürək xəstəxanası”-nın yaxınlığında görüş təyin edib dava edəcəklər. Həmin vaxt o, utandığı üçün maşından düşməmiş və fikirləşmişdir ki, maşından düşsə digər şəxslər ona pis baxacaqlar, lakin o, Turalın avtomobilinə minəndə dava olacağını bilməmişdir. Tural avtomobili “Ürək xəstəxanası” istiqamətində idarə etmişdir. Turalın avtomobilindən başqa həmin vaxt Renad, Ramil, Akif adlı şəxslərin avtomobili və tanımadığı şəxslərin VAZ 2107, VAZ 2106 markalı, ümumilikdə 7-8 avtomobil həmin istiqamətə getmişlər. Onlar “Ürək xəstəxanası”-nın yanına çatıb Emin, Vaqif və tanışlarının gəlmədiyini görmüşlər. Orada olan şəxslər avtomobilləri sürüb “Vüsal” şadlıq sarayının yan tərəfindəki küçədə saxlayıb Emin yə tanışlarının gəlməsini gözləməyi təklif etdikləri üçün orada olan avtomobil sahibləri də avtomobillərini həmin yerə sürüb dayanmışlar. Təxminən 20-25 dəqiqədən sonra orada olan şəxslər bilirmişlər ki, Emin və tanışları gəlməyəcək, söhbət qaldı səhərə. Sonra onlar yenidən gəldikləri avtomobillərə minib yaşadıqları Poçt qəsəbəsinə qayıtmışlar. Həmin vaxt Turalın avtomobilini Aqşin idarə etmiş, Tural özü ön sağ oturacaqda, o, arxa sağ tərəfdə, Aska ortada, Ayxan isə sol arxa tərəfdə oturmuşlar. Onlar “Ürək xəstəxanası”-nın yaxınlığına çatanda Emin və sonuncunun tanışlarının yolun sol tərəfində dayandıqlarını görmüşlər. Onlarla gedən şəxslər də Emingili görüb avtomobillərini saxlamışlar və avtomobildə olan şəxslər əllərində taxta dəyənəklə avtomobillərindən yerə düşmüşlər. O, da Askanın sözünə əsasən Turalın avtomobilində olan taxta dəyənəyi götürüb avtomobildən yerə düşmüş, lakin həmin taxta dəyənəkdən istifadə etməmişdir. Həmin vaxt onlar tərəfdən gedən şəxslər əllərindəki dəyənəklə Eminin Qalenvagen markalı avtomobilini vurmağa başlamışlar. Həmin vaxt Eminin tanışları ilə dava düşmüş, avtomobildən düşən zaman Emin öz Qalenvagen markalı avtomobilini Yeni Gəncə istiqamətinə idarə etmiş, Eminlə gələn tanışları isə üzü əks istiqamətə, yəni “Vüsal” şadlıq sarayı istiqamətə qaçmışlar. Onlarla gedən şəxslər də əllərində dəyənək həmin şəxslərin dalınca qaçmışlar. Emin həmin vaxt avtomobilini hərləyib onlarla gedən şəxslərin üzərinə sürüb “Vüsal” şadlıq sarayı itiqamətində hərəkət emişdir. Onlarla gedən şəxslər Eminin avtomobilinin arxasınca qaçmışlar. O, bir yerdə əlində dəyənək Eminin və sonuncunun tanışlarının arxasınca tutmaq məqsədilə qaçsa da həmin şəxsləri tuta bilməmişlər. Sonra o və orada olan şəxslər yenidən əvvəlki yerlərinə qayıtmışlar. Sonra o, əlindəki bel sapı ilə Turalın avtomobilinə minmiş, həmin vaxt Tural özü avtomobilini idarə etmiş, Aqşin ön sağ tərəfdə, Aska isə arxa sol tərəfdə oturmuşdur. Onların dördü də Poçt qəsəbəsinə qayıtmışlar. O, öz yaşadığı evə getmiş, bel sapı isə Turalın avtomobilində qalmışdır. Həmin gün dava yerindən onlardan sonra qayıdanlardan eşitmişdir ki, Emin və tanışları tərəfdən gələn kimsə odlu silahdan atəş açıbdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs1, Atin Əliyev, Zərərçəkmiş şəxs2, Həsənov Həsən, Ramil Hüseynov, Qurbanov Qurban, Ayaz Hacıyev, Kamran Novruzov, Zərərçəkmiş şəxs3, Araz Məmmədzadə, Seymur, Ələsgər, Seyid ləqəbli Tural, Ayxan, Asəf adlı Aska, Pərviz, Cıpban ləqəbli Elnur və tanımadığı bir neçə nəfər başqa şəxslər də orada olmuşlar. Orada Ayazın, Arazın, Həsənin, Pərvizin, Kamranın, Vüqarın, Ələsgərin, Atinin, Nəriş ləqəbli şəxsin və tanımadığı bir neçə nəfər şəxslərin əlində də taxta və dəmir parçası olmuşdur. Həmin şəxslərin əksəriyyəti əllərində olan əşyalarla Eminin avtomobilinə zərbələr vurmuşlar. Hadisə zamanı o, kiminsə əlində odlu silah görməmişdir. Sonradan orada olan tanışlardan eşitmişdir ki, kimsə odlu silahdan atəş açıb, lakin kim açdığını və hansı növ silahdan açdığını bilməmişdir. Baş vermiş hadisə o, orada olduğu müddət ərzində təxminən 10-15 dəqiqəyə yaxın davam etmiş, sonradan isə hadisənin nə qədər davam etdiyini bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X28 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ 21015 markalı, **-LV-*** nömrə nişanlı avtomobilini 11 iyul 2020-cı il tarixdə Samux rayon sakininə satsa da həmin avtomobili alan şəxs avtomobilin problemləri olduğu üçün avtomobili qaytaracağını bildirmişdir. O, həmin şəxsə avtomobilə görə aldığı 1800 manat pulun 500 manatını başqa şəxsə avtomobil almaq üçün beh verdiyini bildirmiş, telefonla danışan zaman həmin şəxs onunla razılaşmış və onlar Gəncə şəhər “Pasyolka” kimi tanınan yerdə görüşmüşlər ki avtomobili qaytarsın. Onlar həmin yerdə görüşmüş və o, həmin şəxsə 1300 manat pul vermişdir. Sonra həmin şəxs ona demişdir ki, o, həmin şəxsi aparıb yaşadığı Samux rayonuna düşürtsün. O, avtomobili həmin şəxsin özü sürməsini bildirmiş və özü isə dostu “Şestoy” kimi tanıdığı şəxsin avtomobili ilə həmin şəxslərin ardınca getmişdir. Həmin şəxs Samux rayonuna avtomobili süz ə getmişdir ki, yerdə qalan 500 manat pulu qaytaranda avtomobili onun özünə verəcəkdir. O, da bu barədə polisə zəng edib məlumat vermiş və Samux rayon Polis Şöbəsinin əməkdaşları ona məsus avtomobili həmin şəxsdən alıb dayanacağa yerləşdirmişlər. 13 iyul 2020-ci il tarixdə o, avtomobili Samux RPŞ-nin duracağından çıxarıb Gəncə şəhər, Poçt qəsəbəsində yaşayan qohumu Seymur Arif oğluna başına gələnləri danışmaq, həmçinin həmin şəxslərlə söhbət etməsi üçün Seymurdan xahiş etmək üçün sonuncunun yaşadığı Poçt qəsəbəsinə getmişdir. O, Seymurun yaşadığı binanın qarşısına gedəndə görmüşdür ki, Seymur orda dayanıbdır. O, Seymurla görüşüb olanları danışmaq istəyəndə sonuncunun telefonuna zəng gəlmiş, həmin zəngdən sonra Seymurun üz cizgiləri əsəbi halda dəyişmiş və telefonla əlaqəni kəsmişdir. Təxminən 1-2 dəqiqədən Sonra qırmızı rəngli markasına fikir vermədiyi xarici avtomobil gəlib onların yanında dayanmış və Seymur həmin avtomobildə arxa sol tərəfdə oturmuşdur. O, Seymurdan hara getdiyini soruşanda sonuncu ona zəng vuracağını demişdir. Həmin avtomobildə həmin vaxt Seymurdan başqa 3-4 nəfər tanımadığı başqa şəxslər də olmuşlar. O, elə güman etmişdir ki, Seymurun davası düşüb və davaya edir. O, da həmin qırmızı rəgli avtomobilin arxasınca getmişdir. Həmin avtomobil hərəkət edib H.Əliyev prospektində 20 nömrəli orta məktəbin qarşısında dayanmış avtomobilin ön tərəfində oturan arıq bədən qurluşlu şəxş və sükanın arxasında dolu idmançı bədən qurluşlu şəxs avtomobildən düşüb yerlərini dəyişmişlər. Avtomobili arıq bədən qurluşlu şəxs idarə etməyə başlayanda o, həmin şəxslərin yanına sürüb əli ilə Seymura hara getdiyini soruşmuşdur. Seymur da əli ilə ona işarə edib arxalarınca gəlməyini demişdir. Sonra həmin avtomobilin arxasınca hərəkət edib Gəncə şəhər Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”-nın yaxınlığına gedib orada dayanmışlar. O, da avtomobilindən düşüb Seymura yaxınlaşmışdır. Həmin vaxt Seymurun yanında olan şəxslər ondan siqaret istədikləri üçün o, həmin şəxslərə siqaret vermişdir. Seymurdan nə baş verdiyini soruşanda sonuncu bir problem olduğunu demişdir. Sonra Seymurun yanında olan şəxslərlə söhbətindən başa düşmüşdür ki, kiminləsə dalaşıblar və yenidən həmin yerdə görüşüb dava etmək üçün görüş təyin ediblər. O, orada dayanıb gözləmişdir ki, görsün dava nə yerdə qalacaq. Təxminən 10-15 dəqiqədən sonra Seymur onun avtomobilinin ön sağ oturacağında əyləşib “Ürək xəstəxanası” istiqamətinə sürməyini demiş, o, da həmin istiqamətə sürmüşdür. Həmin vaxt Seymur oraya getdiyi qırmızı rəngli Meqan, göy rəngli VAZ 2106 markalı avtomobil, ağ rəngli nömrə nişanını bilmədiyi VAZ 2107 markalı avtomobil və xatırlamadığı bir neçə avtomobilin həmin istiqamətə getmişlər. O, da həmin şəxslərin ardınca hərəkət etməyə başlamış, “Ürək xəstəxanası”-nın yaxınlığına çatanda yolun sol tərəfində əks istiqamətə dayanmış Qalenvagen kimi tanınan Mercedes markalı avtomobilin dayandığını görmüşdür. Həmin vaxt qeyd etdiyi avtomobillər yolun hərəkət istiqamətində dayanıb yolun hərəkətini məhdudlaşdırmışlar. O, avtomobilini saxlamış, avtomobildən düşən şəxslərin əllərində dəyənəklər olduğunu görmüşdür. Həmin şəxslər dəyənəklə Qalenvagenin üzərinə hücum edib avtomobilə zərbələr endirmişlər. O, avtomobili idarə edib “Ürək xəstəxanasının” qarşısında saxlamış, həmin vaxt Qalenvagen avtomobili o, olduğu tərəfə sürüb sonra isə yenidən hərləyib avtomobili dəyənəkla vuran şəxslərin üstünə sürüb “mal-qoyun bazarı” istiqamətinə sürüb getmişdir. Təxminən 2-3 dəqiqədən sonra o, idarə etiyi VAZ 21015 markalı avtomobillə Qalenvagen hərəkət etdiyi istiqamətə getmiş, Qalenvagen karantinlə əlaqədar yaradılmış postdan keçib Daşkəsən rayonu istiqamətində getmişdir. O, avtomobilini hərləyib yenidən dava olan yerə qayıtmışdır. Həmin vaxt Seymur qırmızı rəngli Meqandan düşüb onun avtomobilinə oturmuşdur. Bir qədər öndə isə adını Qurban kimi tanıdığı şəxs də onun avtomobilinə əyləşmişdir. Sonra onlar oradan çıxıb Poçt qəsəbəsinə getmişlər. Yolda gedən zaman Qurban onlara demişdir ki, “hamınızı polis idarəsinə çağıracaqlar, özünüz gedib özünüz haqqında danışıb işinizi həll edərsiniz”. Sonra o, avtomobilini Poçt qəsəbəsinə sürüb getmiş, oraya çatanda Qurban "gedirəm quşların yanına" getməyini dediyi üçün Seymurun göstərdiyi yolla o, həmin yerə getmişdir. Yolda olan zaman Qurban telefonla kimlərləsə danışıb getdikləri yerə gəlmələrini demişdir. Həmin yer aralıq küçələrdən keçəndən sonra heç kimin yaşamadığı kənarları hasarlanmış bir yer olmuşdur. O, Qurbanı orada düşürtmüş, təxminən 5-6 dəqiqə sonra həmin yerə təxminən 4-5 nəfər tanımadığı cavan oğlanlar gəlmişlər. Həmin oğlanlar oraya gələndə dava-dalaş olan yerdə odlu silahdan atəş açıldığını demişlər. Sonra o, Seymurla oradan Poçt qəsəbəsinə qayıtmış, qəsəbənin mərkəzində Seymuru düşürtmüş və özü isə çıxıb getmişdir. O, Qalenvagenin getdiyi istiqamətdə yenidən dava-dalaş olacağını güman edib həmin istiqamətə hansı məqsəd, nə üçün getdiyini bilməyib getmişdir. Hadisə zamanı əllərində dəyənək olan şəxsləri o, tanımamışdır. Silahdan atəş açılan zaman o, orada olmamış və kim tərəfindən atəş açıldığını bilməmişdir. O, Seymurdan başqa hadisə zamanı orada olan şəxslərdən heç kimi tanımır. Seymur ona zəng edib gizlənməyini, onu polisə apararlarsa onun ad verməyə məcbur edəcəklərini, onu tutarlarsa Seymurun adını, yəni davada iştirak etdiyini polisə deyəcəyini bildirib, ara sakitləşəndən sonra ortalığa çıxmağı demişdir. O, iki gün əvvəl Seymura zəng edib nə qədər gizlənəcəyini soruşanda sonuncu özü də polisdən qaçıb gizləndiyini ona bildirmişdir. O, Seymurun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. O, qorxduğu üçün polisə məlumat verməmiş, elə başa düşmüşdür ki, polisə desə onun özünü də tutacaqlar. Polis İdarəsində və ya hər hansı bir yerdə o, polis tərəfindən fiziki zorakılığa məruz qalmamış, polis əməkdaşları onu döyməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X32 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Renault Meqan markalı, **-EH-*** nömrə nişanlı avtomobili var. 13 iyul 2020-ci il tarixdə , idarə etdiyi avtomobillə yaşadığı evə gedən zamanı Poçt qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında tanışları Seyid və sonuncunun yanında olan tanımadığı şəxs onun avtomobilini saxlamışlar. O, da avtomobilini saxlamış, həmin şəxslər avtomobilə əyləşib həmin vaxt yolun əks istiqaməti ilə hərəkətdə olan, tanışı Vüqara məxsus Opel markalı, Renata məxusu Kia Sarento markalı və tanımadığı şəxslərə məxsus təxminən 5-6 avtomobilin arxasınca getməyini bildirmişlər. O, da həmin şəxslərin arxasınca avtomobilini sürmüş, yolda Seyid və tanımadığı şəxsin söhbətindən ona məlum olmuşdur ki, Renatla tanıdığı Emin Hüseynovun bir gün əvvəl aralarında olan münaqişə ilə bağlı Emin və sonuncunun tanışları ilə davaya gedirlər. O, bildiyinə görə dava-dalaş məcburi köçkünlər üçün salınmış qəsəbənin yaxınlığında olmalı imiş. Bu səbəbdən də həmin istiqamətdə getmişlər. O, gedən şəxslərin sayının çox olduğunu görüb Emini görüb uzaqlaşması üçün həmin avtomobillərdən ayrılıb Gəncə şəhər istiqamətində olan yolda dayanmış, bir qədər sonra Emin həmin yerdən keçəndə o, Eminə işarə edib dayanmasını bildirmişdir ki,düşüb Eminlə söhbət etsin ki, dava düşməmiş qaçıb itsin. Lakin Emin avtomobili saxlamayıb sürüb getmişdir. Emin avtomobili idarə edib Cihazqayırma zavodu istiqamətində hərəkət etmişdir. O, idarə etdiyi avtomobili Eminin idarə etdyi avtomobilin yaxınlığına sürüb uzaqlaşıb getməsini, dava olarsa pis nəticələnəcyini bildirmək istəsə də Emin ona məhəl qoymayıb sürüb getmişdir. O və digər avtomobillər də Eminin arxasınca hərəkət etmişlər. O, sadəcə olaraq avtomobilində tanışlar oturduğu üçün həmin şəxslərin arxasınca hərəkət etmişdir. Onun dava etmək niyyəti olmamışdır. O, həmin şəxsləri düşürüb gedə də bilməzmiş, çünki belə bir şey yaxşı qəbul edilmir və o cür hərəkət etmiş olsaydı həmin ərazidə hörmətdən düşmüş olardı. Emin həmin vaxt gözdən itmişdir. Sonra avtomobildə olanlar demişlər ki, dava Gəncə şəhəri Təbriz küçəsində Kardioloji xəstəxananın yaxınlığında olacaqdır. Onlar həmin yerə getmişlər. Onlar orada bir qədər dayanıb Eminin gəlməsini gözləmişlər, Emin gəlmədiyi üçün və avtomobillərin çox olduğu üçün onlar qərarlaşmışlar ki, avtomobilləri ara küçələrdən birinə verib gözləsinlər. Təxminən 20-25 dəqiqə orada gözləyib 13 iyul 2020-ci il tarixdə, təxminən saat 21 radələrində yenidən Təbriz küçəsinə qayıtmışlar. Həmin vaxt onlarla gedən avtomobillərin sırasında onun avtomobili altıncı yerdə olmuşdur. O, yola yeni çıxan zaman xeyli sayda insanların daş, taxta parçaları ilə Eminin və orada olan VAZ-2106 markalı avtomobilə daş və dəyənəklə zərbələr yetirdiklərini görmüşdür. Lakin o, həmin şəxslərin kim olduqlarını bilməmişdir. Həmin ərəfələrdə odlu silahdan atəş səsi eşitmiş, o, Seyidi çağırıb həmin yerdən uzaqlaşıb getməsini demiş, Seyid də onun avtomobilinə minmiş və onlar oradan uzaqlaşıb getmişlər. O, avtomobili orada saxlasa da, avtomobildən düşməmişdir. Gəncə şəhər Təbriz küçəsində Eminə məxsus avtomobilin və VAZ 2106 markalı avtomobilin daş və dəyənəklə vurulub ziyan yetirildiyini görmüş, lakin kiminsə vurulub fiziki zərbələr aldığını görməmiş, maşınları da əzən şəxslərin kim olduğunu bilməmişdir. O, atəş səsi eşitsə də kim və hansı silahdan atdığını görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X40 ifadəsində göstərmişdir ki, o, ailəlidir, himayəsində 2 az yaşlı övladı, var, böyük övladının 3 yaşı, kiçik övladı isə 7 aylıqdır. O, özünə məxsus Haval markalı avtomobili ilə taksilik edib ailəsini dolandırır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X21, X29, X6, X22, X13, X23, Zərərçəkmiş şəxs3 tanıyır. Həmin şəxslərlə eyni bir ərazidə qaldığı üçün tanıyır, münasibəti yaxşıdır və heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 13 iyul 2020-ci il tarixdə, saat 20 radələrində o, tanışı X66 qəsəbəsində Azərbaycan Əsgəri küçəsində söhbət edən zaman tanışı “Rambı” ləqəbli şəxs onun istifadəsində olan telefonla zəng edib harada olduğunu soruşmuş, o, da olduğu yeri bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra Rambı öz idarə etdivi qırmızı rəngli, səhv etmirsə Opel markalı avtomobillə onun yanına gəlmişdir. Həmin vaxt “Rambı” ləqəbli şəxsin avtomobilində tanıdığı Rəşad və tanımadığı başqa bir adam da olmuşlar. Rambı avtomobilə oturmağı ona bildirdiyi üçün o, avtomobilə oturmuş və tanışı Röyal da öz VAZ 21015 markalı avtomobili ilə onların arxasınca gəlmişlər. Yolda o, hara getdiklərini soruşanda Rambı demişdir ki, X74 adlı şəxs və tanışları döyüblər, bunun üçün də Poçt qəsəbəsinin cavanları Emin və tanışları ilə Təbriz küçəsində “Ürək xəstəxanası”- nın yaxınlığında dava etmək üçün görüş təyin ediblər. Həmin vaxt ona məlum olmuşdur ki, oraya davaya gedirlər. O, getmək istəməsə də Rambigilə heç nə deyə bilməmiş, fikirləşmişdir ki, getməkdən imtina etsə onu yaxşı qəbul etməyəcəklər. Bu səbəbdən də o, imtina etməkdən utanıb bir söz deməyib həmin şəxslərlə deyilən yerə getmişdir. Yolda 20 nömrəli məktəbin qabağında Rambı sükandan düşüb qabaq sol tərəfdə oturmuş, Rəşad avtomobili idarə etməyə başlamışdır. “Ürək xəstəxanası”-nın yanına çatanda onlar orada dayanmışlar, Röyal da onların arxasınca həmin yerə gəlmişdir. Rambının avtomobilini orada saxlayıb Röyalın avtomobilinə minmişlər. Rambı telefonla danışdıqdan sonra Poçt qəsəbəsinin oğlanlarının “Vüsal” şadlıq sarayının yaxınlığında olduqlarını və Röyala avtomobili oraya sürməyini demişdir. Röyal avtomobili oraya sürüb “Vüsal” şadlıq sarayının yan tərəf küçəsində saxlamışdır. Həmin vaxt orda tanıdığı şəxslərdən Araz, Ayaz, Qurban, Ramil, Həsən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Atin, Ələsgər, Vüqar, Kamran, Həbib, Miri Rüstəmov, Ayxan və tanımadığı təxminən 30-35 nəfər şəxs olmuşdur. Orada bir daha söhbətdən məlum olmuşdur ki, Rəşadı və Renadı döyən şəxslərlə həmin yerdə dava olacaqdır. Həmin vaxt Emin tərəfdən tanımadığı şəxs oraya gəlib Qurban və Renadla söhbət edib həmin günün səhəri 3-5 nəfər oturub söhbət etməyi təklif etmişdir. Bir qədər həmin şəxslə söhbətdən sonra Qurbangil razılaşmışlar ki, səhər görüşüb söhbət edərlər. Bunun üçün də orada olan şəxslərə demişlər ki, Poçt qəsəbəsinə qayıtsınlar. O, Röyalın avtomobilinə oturmuş, orada olan şəxslər də öz avtomobilinə minib “Ürək xəstəxanası” istiqamətinə getmişlər. “Ürək xəstəxanası”-nın yaxınlığına çatanda Qalenvagen markalı avtomobilin yolun sol tərəfində dayandığını görmüşlər. Onlarla qayıdan şəxslər də avtomobillərini orada saxlayıb əllərində dəyənəklə həmin Qalenvagen tərəfə qaçıb avtomobilə zərbələr vurmağa başlamışlar. O, da Röyalın avtomobilindən düşüb həmin yerə getmişdir. Sonra Qalenvagen avtomobili üzü Yeni Gəncə istiqamətində sürmüş, Emin tərəfdən gələn şəxlər isə üzü “Vüsal” şadlıq sarayı istiqamətində qaçmışlar. Onlarla gedən tanışlar da həmin şəxslərin ardınca qaçmışlar. O, da tanışlarına qoşulub həmin istiqamətdə qaçmışdır. Həmin vaxt Emin Qalenvagenlə onların üstünə sürüb onları vurmaq istəmiş, onlar bir qədər aşağı qaçıb sonradan geri qayıtmışlar. Sonra o, “Bij” Ramilin avtomobilinə minmiş, sonuncu avtomobilini hərləyən zaman Röyalın avtomobilini görmüş və düşüb Röyalın avtomobilinə minərək Poçt qəsəbəsinə sürməsini Röyala demişdir. O, avtomobilin ön tərəfində oturmuş, bir qədər avtomobili idarə edəndən sonra qabaqda Qurbanın dayandığını görüb Röyala saxlamasını demiş və Qurban da avtomobilin arxa tərəfində oturmuşdur. Sonra onlar Poçt qəsəbəsinə qayıtmışlar. Qurban quş saxladığı məhləyə getməyi təklif etdiyi üçün onlar oraya getmişlər. Onlar oraya çatandan sonar Ayaz, Araz, Kamran da oraya gəlmişlər. Həmin vaxt namazın vaxtı keçdiyi üçün o, namaz qılmağa başlamışdır. Həmin vaxt digər şəxslər də oraya gəlmişlər. O, namaz qılıb qurtardıqdan sonra Ayaz bildirmişdir ki, qarşı tərəfdən gələn şəxslər hadisə yerində odlu silahdan atəş açıldığını deyiblər və atəş açılan vaxt o, hadisə yerində olmamışdır. Sonra o, Röyalla birlikdə yaşadığı binanın yanına qayıtmış, o, düşüb evinə getmiş və Röyal da çıxıb getmişdir. O Rambının avtomobilinə mindikdən sonra davaya getdiklərini bilmiş, həmin vaxt etiraz etsə ona pis baxacaqlarını düşünmüş və utanıb avtomobildən düşməyərək həmin dava olan yerə getmişdir. Hadisə zamanı Ayazın, Arazın Kmaranın, Həsənin və xatırlamadığı digərlərinin əlində dəyənək olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X14 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, subaydır. O, özünə məxsus qırmızı rəngli VAZ-2107 markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, müştəri götürmək üçün öz avtomobili ilə həmişə qəsəbədə olan “Fama” marketin qarşısında dayanır. Poçt qəsəbəsində yaşayan Qurban, Həsən, Seymur, Renat, Vüqar, Rəşad adlı şəxsləri uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. 13 iyul 2020ci il tarixdə, saat 16 radələrində o, həmişə olduğu kimi “Fama” marketin qarşısında dayanıb müştəri gözləyərkən tanışları Həsən, Seymur, İntiqam və tanımadığı bir nəfər şəxs onun maşınına minərək “Pasyolka” adlanan əraziyə sürməsini istəmişlər. O, nə baş verdiyini bilməmiş və avtomobilini həmin şəxslərin dediyi əraziyə sürməyə başlamışdır. O, yolda olarkən Həsən Rəşadla, Renatla telefon vasitəsi ilə danışarkən o, başa düşmüşdür ki, Rəşad və Renat kiminləsə dalaşıblar və Həsəni də həmin dava ilə bağlı yanlarına çağırırlar. “Pasyolka” adlanan əraziyə çatarkən orada Vüqarın Opel markalı avtomobili ilə, X75 markalı avtomobili ilə, Raminin Megan markalı avtomobili ilə orada olduqlarını, yanlarında əlavə olaraq bir neçə xatırlamadığı avtomobilin həmçinin Rəşadın, adlarını xatırlamadığı, lakin üzdən tanıdığı, əsasən Poçt qəsəbəsində yaşayan şəxslərin orada olduqlarını görmüşdür. Bir qədər orada dayandıqdan sonra orada olan söhbətdən başa düşmüşdür ki, Rəşad və Renatın dalaşdıqları Emin adlı şəxs həmin şəxslərlə görüşmək üçün Bakı yolunun üstünə, Kəlbəcər şəhərciyinin qarşısına çağırır. Buna görə onların hamısı birlikdə Eminin dediyi yerə getməyə başlamışlar. Həsən, Seymur, İntiqam və tanımadığı bir nəfər şəxs yenə də onun maşınına minmişlər. O, həmin yerə getmək istəməsə də Həsən onu məcbur edərək dostunun döyüldüyünü bildirib həmin yerə sürməyini istəmişdir. Onlar deyilən əraziyə gedərkən “Əllərin dairəsi” adlanan yerdə Emin adlı şəxsin özünə məxsus ağ rəngli “Mercedes” markalı avtomobillə Gəncə şəhərinin içərisinə doğru hərəkət etdiyini görmüşlər və hamısı avtomobillərini geriyə döndərib Eminin maşınının arxasınca gəlmişlər. “Priborun kruqu” adlanan yerdə Emin öz avtomobilini işıqforda saxlayarkən Vüqar özünə məxsus Opel markalı avtomobili Eminin maşınının qarşısına sürərək onun yolunu kəsmiş və avtomobildən düşmüşdür. Onlarla olan digər şəxslər də avtomobildən düşüb Eminin maşınına yaxınlaşaraq sonuncunu maşından düşürmək istəyərkən Emin avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobil Eminin maşınının arxasında olmuş və onlar yenidən Eminin avtomobilinin arxası ilə sürməyə başlamışlar. Vüqar bir neçə dəfə öz avtomobili ilə Eminin maşınını sıxaraq saxlatmaq istəsə də Emin maşını saxlamamış və harasa getmişdir. Onların hamısı isə oradan “Poçt” qəsəbəsinə getmişlər və maşınında olan şəxslər maşından düşdükdən sonra o, yemək yemək üçün evinə getmişdir. Bir qədər yemək yeyib yenidən saat 20-21 radələrində “Fama” marketin qarşısına getmişdir ki, taksi kimi fəaliyyətini davam etdirsin. Həsən, Seymur onun maşınına minərək qəsəbədə “kruq” deyilən əraziyə sürməsini istəmişlər. Həmin vaxt Həsəngil davaya getdiklərini ona bildirmişlər. O, deyilən əraziyə getmək istəməsə də Həsən, Rəşad, Renat, Ramin və digərləri ilə münasibəti yaxın olduğuna görə utanıb həmin şəxslərlə getməkdən imtina etməmişdir. Onlar oradan “kruq” deyilən əraziyə getmişlər. Həmin vaxt orada Renatın, Vüqarın, Raminin avtomobilini görmüşlər, həmin şəxslərin özləri ilə yanaşı Rəşad, Qurban və adlarını xatırlamadığı digər şəxslər də orada olmuşlar. Bir qədər orada dayandıqdan sonra Emingillə Bağman ərazisində görüş olacağını bildirmişlər. Bundan sonra Həsən, Qurban və Seymur da onun maşınına minmişlər, onlar oradan Bağman deyilən əraziyə getmişlər ki, Emingillə görüşsünlər. Onlarla birlikdə ora Renat, Vüqar, Ramil, həmçinin tanımadığı 2-3 avtomobil və 20-25 nəfərə yaxın şəxs də gəlmişdir. Həmin əraziyə çatdıqdan sonra bir qədər dayanıb Eminlə zəngləşmişlər və görüşün səhərə qaldığını demişlər. Onlar oradan geri qayıdarkən isə “döş əti” kimi tanınan kababxananın qarşısında Eminin maşınının dayandığını gördükləri üçün bütün maşınlar, həmçini o, da həmin yerdə dayanmışlar və avtomobildə olan bütün şəxslər, onun avtomobilində isə olan Qurban, Seymur və Həsən adlı şəxslər də onun avtomobilindən yerə düşərək Eminin avtomobilinin üstünə hücum çəkmişlər. O isə öz avtomobilindən düşüb avtomobilin yanında dayanıb nə baş verdiyini baxmağa başlamışdır. Onlarla birlikdə ora getmiş şəxslər Eminin maşınını daşla, taxta ilə vurmağa başlamışlar və Emini maşından düşürmək istəmişlər. Lakin Emin maşını sürərək oradan uzaqlaşmış və bir neçə dəqiqədən sonra yenidən hadisə yerinə gələrək avtomobili orada olan şəxslərin üstünə sürüb yenidən hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra Həsən və tanımadığı şəxslər onun maşınına minmişlər və onlar oradan Poçt qəsəbəsində “kruq” deyilən əraziyə getmişlər. Orada həmin şəxslər onun maşınından düşmüşlər, o, isə evə getmişdir. Təxminən bir saatdan sonra isə eşitmişdir ki, onlar gəldikdən sonra Emin yenə öz avtomobili ilə hadisə yerinə qayıtmış, mübahisə davam etmiş və mübahisə vaxtı silahdan da istifadə edilmişdir. Lakin kimin hansı silahdan istifadə etdiyini o, bilməmişdir. Bir neçə gündən sonra isə eşitmişdir ki, polis tərəfindən araşdırma aparılır. Baş vermiş sonuncu hadisə vaxtı orada Renat, Rəşad, Qurban, Həsən, Seymur və digər xatırlamadığı, tanımadığı şəxslər olmuşlar. Hava qaranlıq olduğundan isə həmin şəxslərin üzünü dəqiq görə bilməmişdir. Hadisə vaxtı odlu silahdan istifadə edildiyini o, evə gəldikdən sonra eşitmiş, lakin kimin, hansı silahdan və nə üçün istifadə etdiyini bilməmişdir. O, dava-dalaş olacağını qabaqcadan bilərək bu barədə polisə məlumat vermədiyini, həmçinin dava baş verəcəyini bilə-bilə həmin şəxsləri dava yerinə aparmağının səhv olduğunu etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X27 ifadəsində göstərmişdir ki, o, X48, Zərərçəkmiş şəxs2, X33, Ayaz adlı, Kamran “Bij” ləqəbli Ramin, “Seyid” ləqəbli Turalı uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə, uşaqlıqdan bir ərazidə yaşamış, münasibətləri də yaxşı olmuşdur. 13 iyul 2020-ci il tarixdə, təxminən saat 01 radələrində Renat ona zəng edib tanıdığı Eminlə mübahisəsi və davası düşdüyünü, Poçt qəsəbəsində Eminin və tanışlarının söhbətə gəldiklərini, onun da yanına getməyini demişdir. Həmin vaxt o, başqa yerdə olduğu üçün Renata gələ bilməyəcəyini demişdir. 13 iyul 2020-ci il tarixdə, təxminən saat 16 radələrində Renat yenidən ona zəng edib Eminlə gecəni söhbət etdikdən sonra günorta Rəşəd, Vüqar və Renat gedib Emin və tanışları ilə söhbət edən zaman Emin və tanışları Rəşadı və Renatı döydüyünü sonuncu ona bildirmişdir. İndi də Poçt qəsəbəsinin oğlanları Emin və Eminin tanışları ilə dava getdiyini, onun da getməyini demişdir. O, da Renata Poçt qəsəbəsində “Ucuzluq” geyim dükanının qarşısında dayandığını və onu da ordan götürməsini demişdir. Renat öz avtomobili ilə onu həmin yerdən götürmüşdür. Həmin vaxt Renatın avtomobilində tanımadığı şəxs olmuşdur. Həmin vaxt Renatın avtomobilindən başqa 8 avtomobil dava yerinə getmişdir. O, tanıdığı şəxslərdən Renatın, “Bij” ləqəbli Ramilin Meqan markalı avtomobili, Vüqarın Opel markalı avtomobili, Akif adlı şəxin qırmızı rəngli VAZ 2107 markalı avtomobili orada olmuşdur. Yerdə qalan avtomobilin isə kimə məxsus olduğunu bilməmişdir. O, Renatın avtomobilinə mindikdən sonra bilmişdir ki, Renat, Emin və Eminin tanışları Renatı və Rəşadı döydükləri üçün həmin şəxslərlə Gəncə şəhəri “Ürək xəstəxanası”-nın yaxınlığında davaya gedirlər. Onlar həmin yerə getmişlər. Həmin yer yaşayış yeri olduğu üçün Qurban və Renat demişdir ki, Emin və Eminin tanışları gələnə qədər heç kim avtomobildən düşməsin, Vüsal şadlıq sarayının yan tərəfində olan küçədə gözlənilsin. Qurbanın özü həmin yerə hansı avtomobillə gəldiyini o, bilməmişdir. Təxminən 10-15 dəqiqədən sonra Eminin tanışlarından biri həmin yerə gəlib görüşün sabaha qalmasını demişdir. Həmin vaxt o, Renatın avtomobilindən siqaret çəkmək üçün yerə düşmüş, avtomobildən düşən zaman avtomobildə olan əl dəyənəyini özü ilə götürmüş, götürməkdə məqəsədi isə həmin vaxt dava düşərsə özünü qorumaq üçün itifadə etmək olmuşdur. Eminin tanışı ilə Renat və Qurban söhbət etmişdir. Bundan sonra onlar razılaşmışlar ki, görüş səhərə qalsın. Bunun üçün də onlar avtomobillərə minib Poçt qəsəbəsinə qayıtmışlar. Həmin vaxt o, Qurbanla birlikdə Akifin VAZ 2107 markalı avtomobilində əyləşmiş, o, arxa sol oturacaqda, Qurban sol tərəfdə, ön oturacaqda isə kimin oturduğunu bilməmişdir. Həmin vaxt taxta parçasını da özü ilə götürmüşdür. Onlar Təbriz küçəsinə qayıdıb Yeni Gənçə istiqamətində gedəndə Eminin Mercedes markalı avtomobilinin yolun sol tərəfində dayandığını və tanışlarının da orada dayandığını görmüşlər. Həmin vaxt onlarla gədən avtomobillərin hamısı orda dayandıqları üçün onlar da orada dayanmışlar. O, əlində taxta düşüb Eminin avtomobili tərəfə getmiş, onlarla gedən şəxslərin hamısı da həmin istiqamətə gəlmişlər. Emin avtomobilində oturub pəncərə və qapısını bağlamışdır. Emin avtomobildən düşməmiş, o və digər orada əlində taxta olanlar Eminin avtomobilinə zərbələr endirmişlər və dava düşmüşdür. Eminin yanında gələn şəxslər “mal qoyun” bazarı istiqamətində qaçmışlar. Həmin vaxt Emin avtomobilini Yeni Gəncə istiqamətinə sürüb qaçmış, o, isə yenidən gəldiyi istiqamətə qaçıb dayanmışdır. Həmin vaxt Emin avtomobilini hərləyib onlar tərəfə sürüb avtomobilini onların üstünə çəkib onları vurmaq istəmiş, həmin vaxt o, əlindəki taxta ilə yenidən Eminin avtomobilinin sağ tərəfindən vurmuşdur. Sonra o, Akifin avtomobili tərəfə qayıtmış, o, yenə də arxa tərəfdə oturmuşdur. Qurban da əvvəlki yerində oturmuşdur. Akifə Poçt qəsəbəsi istiqamətində getməyi demişdir. Həmin vaxt Qurban avtomobildən düşmüş, onlar isə çıxıb getmişlər. Onlar Poçt qəsəbəsinə gedəndə yolda kimsə orada olanlardan Akifə zəng edib demişdir ki, Eminin tanışlarından kimsə odlu silahdan atəş açıbdır. Onlar yaşadıqları evə getmişlər. O, hadisədən sonra polislərin onları axtardığını bilib evdən çölə çıxmamışdır. 18 iyul 2020-ci il tarixdə onun siqareti qurtardığı üçün o, məcbur qalıb evdən çıxıb dükana gedəndə üzdən tanıdığı polis əməkdaşlarının ona tərəf gəldiyini görüb qaçmış, lakin ayağı ilişib yerə yıxıldığı üçün polislər onu tutub Nizami RPİ-yə aparmışlar. Həmin cinayət hadisəsinə onu Renat cəlb etmiş, sonuncunun deməyi əsasında o, həmin davaya gedibdir. O, əlindəki taxta parçasını Renatın avtomobilindən götürmüş və Eminin avtomobilinə vurmuşdur. Hadisə zamanı orada olan tanıdığı şəxslərdən, Renat, Qurban, Kamran, Ramil, Rəşad, həmçinin onlar tərəfdən tanımadığı təxminən 20-25 nəfər şəxslər və qarşı tərəfdən isə Emin və sonuncunun təxminən 10-15 nəfər tanışları olmuşlar. Hadisə zamanı onun əlində taxta parçası olmuş və Eminin avtomobilinə vurmuşdur. O, hadisə zamanı odlu silah görməmişdir. Sonradan orada olan tanışlardan bilmişdir ki, kimsə odlu silahdan atəş açmış, lakin kim açdığını və hansı növ silahdan açdığını bilməmişdir. Nizami RPİ-yə gətirilən zamanı üzərindən aşkar edilmiş açılıb-bağlanan cib bıçağı ona məxsus olmuş, həmin bıçağı üzərində gəzdirməkdə hər hansı bir məqsədi olmamışdır. Təbriz küçəsində baş verən hadisə zamanı həmin bıçaq evdə olmuş, o, həmin bıçaqdan hadisə zamanı istifadə etməmişdir. 18 iyul 2020-ci il tarixdə polis əməkdaşları onu tutmaq istəyərkən o, qaçanda yerə yıxılmış, hər iki qolunun dirsək hissəsində və hər iki ovcunda olan xəsarətləri yıxılan zaman almışdır. Polis İdarəsində və ya hər hansı bir yerdə o, polis tərəfindən fizki zorakılığa məruz qalmamış, polis əməkdaşları onu döyməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X34 ifadəsində göstərmişdir ki, o, X33, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1, X32, X27, Zərərçəkmiş şəxs3, X19, X29 tanıyır, həmin şəxslər onunla eyni bir ərazidə yaşayıb uşaqlıqdan bir yerdə böyümüşlər. Həmin şəxslərin hər biri ilə münasibəti yaxşıdır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. 13 iyul 2020-ci il tarixdə, saat 15 radələrində tanışı X27 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Zərərçəkmiş şəxs2 tanımadığı şəxslər tərəfindən döyüldüyünü və həmin şəxslərlə Poçt qəsəbəsinin oğlanları bir yerə yığılıb yenidən davaya getdiklərini demişdir. O, da Həsənə Poçt qəsəbəsinin mərkəzinə yəni, 7 nömrəli xətt marşurutunun sonuncu dayanacağına gələcəyini deyib evdən çıxmışdır. O, həmin yerə gedib heç kimin olmadığını görmüş, Azərbaycan Əsgəri küçəsi istiqamətində piyada getmişdir ki, Həsəngili tapsın. O, piyada gedən zamanı yolda “bij” ləqəbli Ramilin avtomobili ilə rastlaşmış, Ramil avtomobili saxlamış və o, Ramildən nə baş verdiyini soruşanda sonuncu Renat və Rəşadın Emin və tanışları tərəfindən döyüldüyünü ona bildirmişdir. Daha sonra Ramil ona avtomobilə oturmağı və bir yerdə Renat və Rəşadı döyən şəxslərlə söhbətə getməyi bildirmişdir. O, həmin şəxslərlə görüşə gedərlərsə döyüləcəklərini güman edib bu barədə Ramildən soruşanda sonuncu narahat olmamağı, həmin yerə getməyi demişdir. O, da Ramlin avtomobilində ön sağ oturacaqda əyləşmişdir. Ramil ona məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin yanında Emin və tanışları ilə görüşəcəyini demişdir. Həmin yerə gedərkən Ramil yolda telefonla danışıb Vüqargilə deyilən yerə gəldiyini demişdir. Ramil telefonla yolda Seyid ləqəbli Turalla danışıb. “sərçə” bazarı kimi tanınan yerin yaxınlığından sonuncunu götürəcəyini demişdir. Onlar Turalı “Kəpəz” stadionunun yaxınlığından götürüb Gəncə şəhərinin Bakı istiqamətində çıxışına getmişlər. Ramil avtomobili Nizami Məqbərəsinin yanından hərləyib Gəncə istiqamətində olan yola qayıtmış, həmin vaxt Emin adlı şəxsin idarə etdiyi “Qalenvagen” kimi tanınan Mercedes markalı avtomobil də oraya gəlmişdir. Eminin avtomobilindən başqa VAZ 2106 markalı və Mercedes markalı “4 göz” kimi tanınan avtomobil də oraya gəlmişdir. Ramil avtomobildən düşüb Eminlə söhbət etməyə başlamışdır. Sonra Emin avtomobilini sürüb getmiş, Ramil də öz avtomobili ilə Eminin arxasınca getmişdir. Onlar “Piribor” kimi adlanan yerə çatanda həmin vaxt tanışları Vüqarın Opel markalı avtomobili, Atinin idarə etdiyi Mercedes C-class markalı avtomobili, Renadın Kia markalı avtomobili, Akifin VAZ 2107 markalı avtomobili həmin yerə gəlmişdir. Həmin vaxt orda avtomobillərdən tanıdıqları, Vüqar, Ələsgər, Rəşad, Renad və yadında qalmayan bir neçə nəfər şəxs düşüb Eminin avtomobili tərəfə getmişlər. Lakin Emin avtomobilin qapısını açmamış, sonra Emin avtomobili sürüb getmişdir. Onlar da Eminin arxasınca şəhərdə yarım saata qədər hərlənsələr də Emin dayanmamışdır. Sonra Ramilə onlar tərəfdən gedən uşqalardan kimsə zəng edib Poçt qəsəbəsinə qayıtdıqlarını dediyi üçün onların hamısı birlikdə, yəni Ramil idarə etdiyi avtomobildə onunla, Tural və Ramil özü, Atin idarə etdiyi Mercedes markalı avtomobildə özü tək Eminin avtomobilinin arxasınca hərəkət etmişlər. Vüqar, Renat və Akifin idarə etdiyi avtomobillə Poçt qəsəbəsinə qayıtmışlar. Onlar da Poçt qəsəbəsinə qayıtmışlar. O, öz yaşadığı küçənin baş tərəfində Ramilin avtomobilindən yaşadığı evə getmək üçün düşmüşdür. O, avtomobildən düşəndə Ramilə demişdir ki, nəsə bir dava olsa zəng edib ona da xəbər edər. Sonra o, yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 20 radələrində bacısıgili atasına məxsus VAZ 2107 markalı, **-CM-*** nömrə nişanlı avtomobillə yaşadıqları Gəncə şəhər Bağman qəsəbəsində “Ürək xəstəxanası”-nın yaxınlığında yaşadıqları evlərinə aparmış, təxminən 5-10 dəqiqə keçmiş həmin ərazidə yaşayan şəxslər demişlər ki, Poçt qəsəbəsində yaşayan Qurban və tanışlarının Təbriz küçəsində digər şəxslərlə kütləvi davası gedir. O, tez Təbriz küçəsi istiqamətinə getmiş, Təbriz küçəsinə çıxanda Ramilin avtomobilinin həmin yerdən keçdiyini görmüş, Ramil onu görüb avtomobilini saxlayıb ona demişdir ki, “uşaqlar hamsı qaçıb gedibdir, Sən tək burda nə edirsən. Qaç get indi polislər gələcəklər”. Ramil demişdir ki, Vüqarın avtomobili xarab olduğu üçün hadisə yerində qaldığına görə Vüqarı və yanında olan şəxsləri götürməyə gedir. O, nə hadisə baş verdiyini Ramildən soruşanda sonuncu ona bildirmişdir ki, Emin və Eminin tanışları ilə onların tanışları arasında kütləvi dava baş vermiş və qarşı tərəfdən gələn şəxlərlə dava zamanı qarşı tərəf qaçıb getmişdir. O, həmin hadisə baş verən yerə baxan zamanı Eminin yanında gələn 32 seriyası ilə olan VAZ 2106 markalı avtomobilin şüşələrinin yarasız hala salındığını, faralarının qırıldığını görmüş, həmin avtomobili Poçt qəsəbəsinin oğlanları etdiyini demişdir. Sonra Ramil onu düşürtmüşdür ki, gedib Vüqarın hadisə yerində xarab olub qalan avtomobilini işə salsın. Ramil hadisə yerinə qayıtmamağı, Emin və Eminin tanışlarının onu görərlərsə döyüb xəsarət yetirəcəklərini ona bildirmişdir. O, Ramilin avtomobilindən düşüb taksi avtomaşınına minib yaşadığı Poçt qəsəbəsinə qayıtmışdır. Atasına məxsus VAZ 2107 markalı avtomobil isə bacısıgilin həyətində qalmış, lakin o, həmin istiqamətə qayıtmamışdır ki, Emingil həqiqətən onu görüb tanıyar və onu döyərlər. Səhəri gün isə atası özü gedib bacısıgilin həyətindən avtomobili götürmüşdür. Həmin günün səhəri Poçt qəsəbəsinin sakinlərindən eşitmişdir ki, hadisə yerində odlu silahdan da atəş açılmışdır. O, Təbriz küçəsində “Poçtavoy” uşaqlarının dava etdiklərini eşitdikdən sonra onun özü də “Paçtavoy”dan olduğuna görə həmin dava olan yerə getsə də dalaşmaq fikri olmamışdır. Belə ki Ramil ona bildirmişdir ki, qarşı tərəfdən olan şəxslər küçələrdə gəzərək onlar tərəfdən dalaşanları axtarırlar və ona məsləhət bilmişdir ki, oradan aralansın. Bundan əlavə həmin gün günorta vaxtı qarşı tərəflə mübahisə olarkən o, həmin mübahisədə iştirak etdiyindən fikirləşmişdir ki, onu görüb tanıya bilərlər. Bu səbəbdən o, başqa avtomobillə oradan uzaqlaşıb getmişdir. Gəncə şəhəri Təbriz küçəsində baş vermiş dava-dalaş vaxtı onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, lakin həmin gün günorta vaxtı o, Həsənlə danışsa da və Həsən ona Rəşadın döyüldüyünü bildirsə də sonradan telefonunun enerjisi bitdiyi üçün gün ərzində o, heç kimlə əlaqə saxlaya bilməmişdir. 13 iyul 2020-ci il tarixdə, günorta saatlarında Emin və sonuncunun tanışları ilə mübahisə etmiş şəxslər onun tanışları olduğundan, həmçinin eyni qəsəbədə yaşadıqlarından o, hadisə yerinə getməyə məcbur olmuş, çünki gələcəkdə onun tanışları ona pis baxacaqlar və tanışları qarşısınla utanmağına səbəb ola bilərdi. Səhəri günü camaat arasında gedən söz-söhbətdən ona məlum olmuşdur ki, mübahisə vaxtı odlu silahdan da istifadə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 15.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyul 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 14 oktyabr 2021-ci ilədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni 29 oktyabr 2020-ci il tarixə qədər uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 19.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 19 avqust 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 03.10.2020-ci il tarixli qərardan görünür ki, həmin cinayət iş üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 05.10.2020-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 03.08.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 03.08.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər əhkəməsinin 11.08.2016-cı il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il, 06 ay, 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək əməli AR CM-nin 130.1-ci maddəsi ilə tövsif edilib, 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza müddətini çəkdiyi üçün cəzadan azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat Şöbəsinin 08 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 14 may 2021-ci il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsində vəfat etmiş və ölümü 29.07.2021-ci il tarixli 118 nömrə ilə Daşkəsən rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin vermiş olduğu 3/963, 8/1346, 3/980, 3/981 nömrəli 25 sentyabr 2020-ci il tarixli rəylərdən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış beysbol toxmağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş “Mercedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, qabaq arxa sol qapıda, qabaq-arxa sol yan şüşədə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontakda olması, dəyməsi, o cümlədən təqdim edilmiş dəyənəyin təsirindən yaranması mümkündür. Tədqiqata təqdim edilmiş “Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərində olan zədələr kəsicilik, deşicilik xassəsinə malik olan predmetin, o cümlədən təqdim edilmiş bıçağın təsirindən yaranması mümkündür. Tədqiqata təqdim edilmiş “Mercedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, arxa sağ qanadda, sağ ayaqaltıda) və “Opel Vectra” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq arxa sol qapıda, qabaq sol qanadda, sol kılıkda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə, yerləşmə yerlərinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrin biribiriləri ilə təmasda olması nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş “Opel Vectra” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol, arxa qapısının çöl və iç hissəsində, arxa, sol oturacağı üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan qurğuşun metal izinin və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, ölçüsünə, morfolofi quruluşuna, əsasən, avtomobilin sol, arxa qapısının çöl hissəsində və sol arxa oturacağı üzərində olan zədələr giriş, avtomobilin sol arxa qapısının iç hissəsində olan zədə isə çıxış zədəsi olmaqla, yivsiz odlu silahdan açılmış atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 5 sm-dən 2 metrə qədər məsafədən soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 1033 nömrəli 15 iyul 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–sol gözün alt qapağının qançırı və sol said nahiyyəsinin sıyrığı- bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13.07.2020-ci il tarixə uğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 1036 nömrəli 15 iyul 2020-ci il tarixli rəyindən görünür ki, X30 bədəni üzərində xəsarətlər müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan təhlükəsiz şəhər kameralarından əldə olunmuş GTŞ-90.3 nömrəli videogörüntüdən Gəncə şəhərinə girişçıxış yolları müşahidə olunur. Həmin görüntünün 00:14 saniyəsində Zərərçəkmiş şəxs3 idarə etdiyi Opel Vectra markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri stqamətində hərəkəti, 01:10 dəqiqəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi Kia Sorento markalı, **-HT-*** döylət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri isiqamətində hərəkəti, 03:53 dəqiqəsində X31 idarə etdiyi Mercedes Benz G 55 AMG markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri istiqamətində hərəkət etməsi, onun ardınca isə X35 özünə məxsus Renalut Megan markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri istqamətində hərəkət etməsi müşahidə edilir.Gəncə şəhər Baş Polis İdarəsinin şəhər ərazisində quraşdırılmış GTŞ-89.4 nömrəli kamerasının qeydə aldığı videogörüntüdən görünür ki, Emin Hüseynov idarə etdiyi Mercedes Benz markalı avtomobili ilə Nizami küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkət edib “Cihazqayırma” zavodunun yaxınlığında Nizami küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki işıqforun qırmızı işığında dayanır, həmin vaxt Ramil Hüseynov idarə etdiyi “Renault Megan” markalı avtomobillə sağ arxasında, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Opel Vectra” markalı avtomobil ilə sağ tərəfdən hərəkət edib Emin Hüseynov idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin önünə keçir, onun ardında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sorento” markalı avtomobil gəlib dayanır, daha sonra Atin Əliyev “Mercedes C” markalı avtomobillə sol tərəfdən hərəkət edib Emin Hüseynov idarə etdiyi "Mercedes Benz” markalı avtomobilin önünə keçərək saxlayır, onun arxasında isə Vaqif Bəhlulzadənin idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanır. Bundan sonra Ramil Hüseynov idarə etdiyi avtomobildən yerə düşüb Emin Hüseynov idarə etdiyi “Mercedes Benz” markalı avtomobili istiqamətində əl-qol işarələri ilə hərəkət edərək Emini hədələməsi, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Opel Vectra” markalı avtomobildən və digər avtomobillərdən bir neçə nəfər şəxslər düşüb Emin Hüseynov idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin ətrafına toplaşaraq ətrafda olan şəxsləri özlərinə cəlb edərək onların narahatçılığına səbəb olan və digər hərəkət iştirakçılarının hərəkətinə maneçilik yaratması ilə nəticələnən hərəkətlər edirlər. Gəncə şəhər Baş Polis İdarəsinin şəhər ərazisində quraşdırılmış digər Təhlükəsizlik kameralarından da görünür ki, Zərərçəkmiş şəxs1, X15, X36, Zərərçəkmiş şəxs3, X2 və onlarla birlikdə bir neçə avtomobillərin X31 və X8 idarə etdiyi avtomobilləri Gəncə şəhəri ərazisində, yəni Nizami küçəsi ilə hərəkət edib M.Bağırov küçəsi ilə hərəkətlərini davam etdirib, oradan Azərbaycan Bayrağı küçəsinə dönüb təqiblərini davam etdirərək Ş.İ.Xətai prospektinə daxil olub üzü “Dəyirmanın” dairəsi istiqamətində təqiblərini davam etdirmiş, “Dəyirmanın dairəsindən” geri qayıdaraq üzü “Cihazqayırma” zavodu istiqamətində təqiblərini davam etdirmişlər. Sonradan Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan adları yuxarıda qeyd olunan şəxslər idarə etdikləri avtomobilləri ilə təqiblərini dayandıraraq H.Əliyev prospekti ilə Poçt qəsəbəsinə qayıtmışlar. Təxminən 1 saatdan sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Sorento” markalı, Ramil Hüseynov idarə etdiyi qırmızı rəngli “Renault Megan” markalı, Atın Əliyev idarə etdiyi boz rəngli “Renault Megan” markalı, Akif Dünyamalıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Poçt qəsəbəsi ərazisindən Ş.İ.Xətai prospektinə daxil olaraq Gəncə şəhəri Təbriz küçəsində yerləşən “Ürək Xəstəxanası” istiqamətində hərəkət edirlər. X59 idarə etdiyi “Mercedes Benz G 55 AMG” markalı avtomobillə Gəncə şəhəri H.Əliyev prospekti ilə hərəkət edib 3 nömrəli Xəstəxananın qarşısından keçib Təbriz küçəsində yerləşən “Ürək Xəstəxanası” istiqamətində hərəkət edir. Bundan əlavə hadisələrin baş verdiyi ərazidə olan “Toyuğun döş əti” kimi adlanan kafenin qarşısında quraşdırılmış müşahidə kameralarından əldə olunmuş 1 nömrəli videogörüntüyə baxış zamanı məlum olur ki, həmin videogörüntü 13.07.2020-ci il tarixdə, saat 20:30:25 saniyədə başlayır. Həmin vaxt hava açıq vəziyyətdədir, ətrafda ticarət obyektləri, taksi fəaliyyəti ilə məşğul olan şəxslər, səki ilə hərəktdə olan şəxslər, həmçinin Təbriz küçəsindəki avtomobil yolunda intensiv olaraq avtomobillərin hərəkəti müşahidə edilir. Bundan başqa, həmin videogörüntünün 20:47:53 saniyəsində X26 özünə məxsus idarə etdiyi VAZ-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib yolun hərəkət istiqamətində dayanır. Həmçinin, görüntünün 21:22:58 saniyəsində Ramil Hüseynovun avtomobilindən özü və bir neçə şəxslər yerə düşüb Emin Hüseyova məxsus avtomobilə yaxınlaşırlar. 21:23:00 saniyədə Akif Dünyamalıyevin idarə etdiyi avtomobilindən onun özü, X27, X33 avtomobilindən düşüb Emin Hüseyova məxsus avtomobilə qaçaraq yaxınlaşırlar. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:22:58 saniyəsində X40 piyada avtomobil yolu ilə bir nəfər şəxslə Emin Hüseyov və sonuncunun yanında olan şəxslərə tərəf qaçaraq yaxınlaşır. Bundan başqa, həmin görüntünün 21:23:02 dəqiqəsində Zərərçəkmiş şəxs3 məxsus “Opel Vectra” markalı avtomobil hadisə yerində dayanır, avtomobiin ön sağ oturacağından X39 əlində dəyənək, arxa sol oturacaqdan X19, sükan arxasından isə Zərərçəkmiş şəxs3 özü yerə düşərək Emin Hüseyova məxsus avtomobilə qaçaraq yaxınlaşırlar. Bundan əlavə, həmin görüntünün 21:23:05 dəqiqəsində Ramil Hüseynovun kütləyə əli ilə Emin Hüseynovun avtomobilini göstərib həmin avtomobilə yaxınlaşmalarını əli ilə işarə edib səsləməsi müşahidə olunur. Həmçinin, həmin görüntünün 21:23:06 dəqiqəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi Kia Sorento markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib yolun hərəkət istiqamətində dayanır, onun özü, avtomobilin arxa oturacağından bir nəfər əlində dəyənəklə və digər şəxslər düşüb Emin Hüseynov və sonuncunun yanında olan şəxslərə tərəf qaçaraq yaxınlaşırlar. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:23:14 dəqiqəsində hadisə yerinə gələn həmin avtomobillər və avtomobildən düşən şəxslər, həmçinin Emin Hüseyon və onunla birlikdə hadisə yerinə gəlmiş Vaqif Bəhlulzadə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 kütləvi şəkildə toplaşaraq qarşılıqlı mübahisə və münaqişə yaratmaları həmin ərazidəki avtomobil yolunun hərəkətini tam məhdudlaşdırılması və ətrafda olan şəxslərin diqqətini özlərinə cəlb etməsi müşahidə olunur. Bundan başqa, həmin görüntünün 21:23:18 dəqiqəsində hər iki kütlə arasında olan şəxslərin qarşılıqlı dava-dalaşları müşahidə edilir. Görüntünün 21:23:20 dəqiqəsində isə X60 Benz markalı avtomobilini şəhərin mərkəzi istiqamətində idarə edir, əlində dəyənəkli şəxslər isə Eminin avtomobilinə zərbələr endirməklə həmin avtomobilin arxası ilə qaçırlar. Görüntünün 21:23:29 dəqiqəsində hər iki kütlə arasında qarşılıqla davanın baş verməsi müşahidə olunur. Görüntünün 21:23:33 dəqiqəsində əlində dəyənək olan və olmayan şəxslərin kütlə halında avtomobil yolu ilə üzü “mal-qoyun” bazarı istiqamətində qaçmaları, hərəkətdə olan avtomobillərin isə hərəkətinin məhdudlaşdırılması müşahidə edilir. Bundan əlavə, həmçin görüntünün 21:23:37 dəqiqəsində X4 əlində dəyənəklə kütlə ilə birlikdə bir neçə nəfər şəxsin arxasınca qaçaraq əlindəki dəyənəyi hadisə yerinə “VAZ- 2107” markalı avtomobilin arxa oturacağına minmək istəyən şəxsə vurması görünür və yenidən digər şəxslərin arxası ilə qaçaraq əlindəki dəyənəyi həmin şəxslərə tətbiq etmək məqsədi olması müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:23:41 dəqiqəsində Emin Hüseynov idarə etdiyi Mercedes markalı avtomobillə yenidən hadisə yerinə qayıdır və avtomobilini kütlə halında qaçan şəxslərin üzərinə sürərək həmin şəxsləri avtomobillə vurmağa çəhd etməsi müşahidə edilir. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:23:47 dəqiqəsində X24 əlində dəyənəklə kütlə ilə birlikdə bir neçə nəfər şəxsin arxasınca qaçaraq əlindəki dəyənəyi həmin şəxslərə tətbiq etmək məqsədi olması müşahidə edilir. Həmçinin həmin vaxt adları istintaqa məlum omayan bir neçə nəfər şəxslərin də əllərində dəyənəklə kütlə arxasınca qaçmaları və digər şəxslərə dəyənəyi tətbiq etmək məqsədlərinin olması müşahidə edilir. Bundan başqa, həmin görüntünün 21:24:04 dəqiqəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia” markalı avtomobillə hadisə yerinə gəlmiş şəxsləri avtomobilinə mindirərək Emin Hüseynovun idarə etdiyi avtomobilin arxasınca getmələri müşahidə olunur. Bundan əlavə, həmin görüntünün 21:24:20 dəqiqəsində kütlənin yolun hərəkət istiqamətində toplaşması, avtomobillərin hərəkətinin məhdudlaşdarılması, kənarda olan şəxslərə laqeydlik göstərərək onlara məhəl qoymayıb qərəzli hərəkət etdirməsi və həmin yerdə olan kənar şəxslərin qorxmaları müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:24:35 dəqiqəsində X9, X16 Akif Dünyamalıyevə məxsus VAZ 2107 markalı avtomobilə minərək 21:25:04 dəqiqəsində “mal-qoyun” bazarı istiqamətində dönmələri və Emin Hüseynovun avtomobilinin arxasınca hərəkət etmələri müşahıdə edilir. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:25:21 dəqiqəsində X10 idarə etdiyi “VAZ-21015” markalı avtomobilini “mal-qoyun” bazarı istiqamətində yüksək sürətlə idarə edərək Emin Hüseynovun avtomobilinin arxasınca hərəkət etməsi müşahidə edilir. Röyal Məmmədovun bu hərəkətləri ətrafda olan şəxslərin qorxu və narahatçılığına səbəb olması ilə nəticələnir. Səkidə toplaşmış şəxslərin onun arxasınca hərəkətlərinə baxmaları görünür. Bundan başqa, “Toyuğun döş əti” kimi adlanan kafenin qarşısında quraşdırılmış müşahidə kameralarından əldə olunmuş 2 nömrəli videogörüntüyə baxış zamanı məlum olur ki, görüntünün 21:22:36 dəqiqəsindən birinci videogörüntüdə olan görüntələr, yəni Ramil Hüseynovun, Akif Dünyamalıyevin, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Röyal Məmmədovun avtomobilləri ilə hadisə yerinə gəlib dayanmaları, kütlənin həmin yerə toplaşması, vətəndaşlar arasında qorxu yaratmaq və şəxslər üzərində zor tətbiq olunması, əllərində dəyənəklə şəxslərin arxasınca qaçmaları müşahidə edilir. X46 avtomobilini kütlənin üzərinə sürməsi, vətəndaşlar üzərndə zor tətbiq etməsi müşahidə edilir. Bundan əlavə, həmin görüntünün 21:25:47 dəqiqəsində X17 “mal-qoyun” bazarı tərəfdən kütlənin arasında qaçaraq öz avtomobilinə tərəf gəlməsi müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:26:26 dəqiqəsində X10 idarə etdiyi VAZ-21015 markalı avtomobillə “mal-qoyun” bazarı tərəfdən hadisə yeri istiqamətindən gəlib dayanması, 21:26:36 dəqiqəsində isə Ramil Hüseynovun avtomobilini səkiyə hərəkət edib dayanması, arxa sol qapıdan Seymur Məmmədovun avtomobildən düşüb Röyal Məmmədovun avtomobilinin ön sağ oturucuğında oturması, Ramil Hüseynovun isə əks istaqamətində avtomobilini idarə etməsi və yenidən Gəncə şəhəri istiqamətində qayıtması müşahidə edilir. Qeyd olunanlarla yanaşı, görüntünün 1-1 saylı videosunun 21:28:59 dəqiqəsində X37 idarə etdiyi avtomobillə Gəncə şəhəri istiqamətində hərəkət edib 296 saylı yaşayış evinin qarşısında Vaqif Bəhlulzadənin avtomobilinin ön hissəsində dayanması, avtomobildən özü ilə yanaşı Araz Məmmədzadə ilə birlikdə düşüb Vaqif Bəhlulzadənin avtomobilinə yaxınlaşıb kiməsə zəng etməsi müşahidə edilir. Bundan başqa, həmin görüntünün 21:31:31 dəqiqəsində onların bərabərliyində ağ rəngli VAZ-2107 markalı avtomobilin dayanması, həmin avtomobildən Ayaz Hacıyevin və bir neçə nəfər şəxslərin Vaqif Bəhlulzadənin avtomobilinə yaxınlaşması, 21:31:41 dəqiqədə həmin yerin yaxınlığında boz rəngli “Reno” markalı avtomobilin dayanması, Kamran Novruzovun həmin avtomobildən düşərək Vaqif Bəhlulzadənin avtomobilinə yaxınlaşması müşahidə edilir. Bundan əlavə, həmin görüntünün 21:31:48 dəqiqəsində Vaqif Bəhlulzadənin avtomobilinin yanına toplaşmış şəxslər əllərində olan dəyənəklə avtomobilin müxtəlif yerlərinə zərbələr vurması, Kamran Novruzovun əlindəki əşya ilə avtomobilin təkərlərini deşməsi müşahidə edilir. Onların bu hərəkətləri ətrafdakıların qorxu və narahatçılığına səbəb olur. Bundan sonra həmin şəxslərin Ramil Hüseynovun avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşmaları, Ayaz Hacıyev və Kamran Novruzovun isə piyada “malqoyun” bazarı istiqamətində getmələri müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:32:58 dəqiqəsində Emin Hüseynovun idarə etdiyi avtomobillə yenidən yüksək sürətlə hadisə yerinə qayıdaraq qarşı tərəfdən olan şəxslərin toplaşdıqları yerə avtomobilini istiqamətləndirərək həmin şəxsləri avtomobillə vurmağa cəhd edir, vətəndaşların qorxsuna səbəb olan hərəkətlər edərək şəhərin mərkəzi istiqamətində yoluna davam edir. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:33:07 dəqiqəsində vətəndaşların avtomobil yolundan sağ tərəfə təlaş içində qaçması, bir neçə nəfərin isə yolun kənarında dayanmış “VAZ-21099” markalı avtomobilin sağ yan tərəfində aşağıya əyilməsi, görüntünün 3-2 saylı videosunun 21:33:09 dəqiqəsində Təqsirləndirilən şəxs2 oldu silahdan atəş açması nəticəsində yolun kənarında toplaşan şəxslərin qorxu və təlaş içərisində hadisə yerindən özlərini itirmiş şəkildə qeyri-nizam formada kənarda əkilmiş çinar ağacının arxasına qaçıb gizlənmələri müşahidə edilir. Videogörüntünün 21:33:11 dəqiqədə isə Təqsirləndirilən şəxs2 sərnişin olduğu Şahid11 idarə etdiyi qara rəngli Mercedes Benz markalı, **-NL-*** nömrə nişanlı avtomobilin ön sağ pəncərəsindən havaya atəş açaraq yüksək sürətlə şəhərin mərkəzi istiqamətində getmələri müşahidə edilir. Bundan əlavə, həmin görüntünün 21:33:31 dəqiqəsində Kamran Novruzovun “Ürək Xəstəxanası” istiqamətində getməsi, oraya toplaşmış kütlənin qaçaraq avtomobillərinə minərək hadisə yerindən uzaqlaşmaları müşahidə edilir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan telfon danışıqları məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə 13.07.2020-ci il tarixdədə saat 01:11:02 dəqiqədə X41 istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng olunmuşdur. Saat 15:14:10 dəqiqədə Təqsirləndirilən şəxs1 mobil tefefon nömrəsinə X31 istifadəsində olan ***-***-**-** nömrəsindən zəng daxil olmuşdur. Həmin vaxt Emin Hüseynovun istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olması göstərilir. Saat 15:35:48 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrəylə Emin Hüseynovun istifadəsində olan nömrəyə zəng etməsi və hər iki nömrənin anten dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olmasını göstərir. Saat 18:04:03 dəqiqəyə qədər Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinin antenin əhatə dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olması göstərilir. Saat 19:25:09-cu dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə Atin Əliyev istifadəsində olan ***-***-**-** nömrəsindən zəng etmişdir. Saat 21:25:49-cu dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə Atın Əliyev istifadəsində olan ***-***-**-** nömrəsindən zəng etmişdir. Hər iki mobil telefon nömrəsinin əhatə dairəsi Göy-Göl rayonu Üçtəpə kəndi Bala Bağmanlı olmasını göstərmişdir. Saat 21:44:32-ci dəqiqəyə qədər Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun əhatə dairəsi Göy-Göl rayonu Üçtəpə kəndi Bala Bağman olmasını göstərmişdir. Həmçinin hadisə baş verən həmin ərazidə 13.07.2020-ci il tarixdə saat 20:00-dan saat 22:00-a qədər olan müddət ərzində qeyd edilən əhatənin anten dairəsində mobil telefon işlətmiş şəxslərin müəyyənləşdirilməsi məqsədi ilə götürülən məlumatlardan aydın olur ki, 13.07.2020-ci il tarixdə saat 20:33:17 dəqiqədə, saat 21:34:50-ci, 21:38:36-cı, 21:38:37-ci dəqiqədə Təqsirləndirilən şəxs2 qeyd edilən hadisə baş verən vaxt hadisə yerində, yəni Gəncə şəhər Təbriz küçəsində “Gəncə, Gəncə şəhər, Bağbanlar qəsəbəsi” anteninin əhatə dairəsində istifadəsində olan ***-***-**- ** saylı mobil telefondan istifadə etmiş və həmin vaxt orda olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1- ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Onunqeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs1 ifadəsi, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi ilə bağlı gətirdiyi dəlillər cinayət məsuliyyətindən azad edilməsi üçün özünü müdafiə xarakteri daşıyan dəlillərdir. Odur ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və iddialarının olmadığını, ilk dəfə cinayət məsuliyyətinə olunduğunu, gənc olduğunu,himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 15 iyul 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixədək həbsdə, həmin tarixdən hazırki vaxtadək isə ev dustaqlığında olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə isə onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ölmüşdür. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.1-1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda-ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs2 cinayətdə təqsiri müəyyən edildiyindən və o öldüyündən ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunacaq əmlak yoxdur. Bundan əlavə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkilləri X18 və X25 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslərə vəkil X18 və vəkil X25 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X18, Təqsirləndirilən şəxs2 müdafiəsini isə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X25 həyata keçirdiyindən hər bir vəkil üçün 120 manat, cəmi 240 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun (Emitent (ödəyən) bank “Kapital Bank”-ın Gəncə icmal filialında olan Kod;200275; VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************; SÜİFT BİK; AİİBAZ2X; Hesab N-si AZA04AİİB ********************; VÖEN-**********) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 15 iyul 2020-ci il tarixindən 17 noyabr 2021-ci il tarixinədək, yəni 01 il 04 ay 02 gün həbsdə və ev dustaqlığında olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 03 (üç) ay, 26 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dusaqlığı qətimkan tədbiri ləğv edilisin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs2 oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Ölmüş Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-52/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-52/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver