Məhkəmə qərarları › İş №1(044)-55/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-55/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-55/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Göygöl Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, işsiz, Gəncə şəhəri, Ə.Cəmil küçəsi, ev 93, mənzil 10-da qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Əliyev pr, ev 586-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını talamaq niyyəti ilə 22 iyul 2020-ci il tarixdə saat 13 radələrində X5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapılarının kilidli olmamasından istifadə edərək qapını açıb həyətə, oradan da, evin yataq otağına qanunsuz olaraq girib həmin yerdən X4 anası Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 560 manat dəyərində toxuma qızıl boyunbağını, bir ədəd 800 manat dəyərində hörmə qızıl boyunbağını, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət ümumilikdə 400 manat dəyərində qızıl komplekti, bir cüt gümüş sırğa və bir ədəd gümüş üzükdən ibarət ümumilikdə 100 manat dəyərində gümüş komplekti, bir ədəd 5 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış nazik bijuteriya boyunbağını, bir ədəd 8 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış toxuma bijuteriya boyunbağını, bir cüt üzərində qaşlar olan 5 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya sırğanı, bir cüt salxım formalı 5 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya sırğanı, bir ədəd üzərində ağ rəngli qaşlar olan 10 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya üzüyü, bir ədəd üzərində rəngli qaşlar olan 10 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya üzüyü, bir ədəd 200 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış “Çayka” markalı saatı, bir ədəd 15 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış bijuteriya qolbağını və 90 manat pulu, yəni ümumilikdə 2208 manat dəyərində özgə əmlakını talamış, lakin ev sahibi Zərərçəkmiş şəxs1 onun qanunsuz əməllərini aşkar edərək ondan əmlaklarını qaytarmasını tələb etdikdə, o, cinayət əməlini davam etdirib götürdüyü əmlakları özündə saxlamağa çalışaraq yataq otağından çıxıb qaçaraq evdən çıxmaq istəyən zaman zərər çəkmiş şəxsə məxsus üzərində olan 1 ədəd 560 manat dəyərində toxuma qızıl boyunbağı, 1 ədəd 800 manat dəyərində hörmə qızıl boyunbağı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət ümumilikdə 400 manat dəyərində qızıl komplekt, 1 cüt gümüş sırğa və 1 ədəd gümüş üzükdən ibarət ümumilikdə 100 manat dəyərində gümüş komplekt, 1 ədəd 5 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış nazik bijuteriya boyunbağı, 1 ədəd 8 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış toxuma bijuteriya boyunbağı, 1 cüt üzərində qaşlar olan 5 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya sırğa, 1 cüt salxım formalı 5 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya sırğa, 1 ədəd üzərində ağ rəngli qaşlar olan 10 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya üzük, 1 ədəd üzərində rəngli qaşlar olan 10 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış bijuteriya üzük, 1 ədəd 200 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış “Çayka” markalı saat, 1 ədəd 15 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış bijuteriya qolbağı və 2 ədəd 10 manatlıq əsginaslar iradəsindən asılı olmayan səbəbdən evin dəhlizinə, pilləkəninə, həyətinə və küçəyə tökülmüş, 70 manat pulu isə özündə saxlayaraq qaçıb getməklə soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 21 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının kilidli olmamasından istifadə edərək qapını açıb qanunsuz olaraq həyətə, oradan da, qapısı kilidli olmayan əl damına daxil olaraq həmin yerdən sonuncuya məxsus 1 ədəd 80 manat dəyərində və 1 ədəd 110 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış qazanları gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 190 (yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrin aludəçisi olmuş və hətta buna görə də, 2007 və 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkum olunmuşdur. Bundan əlavə isə oğurluq etdiyinə görə 2016-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə məhkum olunmuşdur. Əvvəllər kokos kimi tanıdığı narkotik vasitəni siqaret kağızına büküb çəkməklə istifadə etmiş, daha sonra isə narkotik vasitə istifadə etməmişdir. Heç bir yerdə işləmədiyinə görə maddi baxımdan sıxıntı çəkmişdir. 22 iyul 2020-ci il tarixdə saat 12 radələridə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evdən çıxaraq tikinti materiallarına baxmaq üçün “Daşqın İnşaat” Bazarına getməyə qərar vermişdir. Bu məqsədlə yaşadığı evdən çıxaraq piyada M.C.Paşayev küçəsi boyunca qeyd etdiyi bazar istiqamətinə getmişdir. O, Əyyubxan Budaqov küçəsi ilə kəsişməyə çatdıqda yolunu dəyişərək sağa həmin küçəyə dönərək təxminən 20-30 metr getdikdə sol tərəfində yerləşən evin qapısının açıq olduğunu görmüşdür. Bu zaman qərar vermişdir ki, həmin evə girib oradan oğurluq etsin. Bu məqsədlə evin giriş qapısından həyəfə daxil olmuş, həyətə daxil olduqda evə pilləkən qalxdığını, giriş qapısının isə açıq olduğunu müəyyən etmiş və pilləkənlə qalxaraq açıq qapıdan evin içərisinə daxil olmuşdur. Evə daxil olduqda qarşısına koridor çıxmış, koridorun sağ tərəfində ardıcıllıqla əvvəlcə mətbəx, daha sonra yataq otağı, daha isə koridorun baş tərəfində qonaq otağı olmuşdur. Əvvəlcə koridordan mətbəxə baxdıqda orada əhəmiyyət kəsb edən heç nə olmadığını düşündüyü üçün növbəti otağa, yəni yataq otağına daxil olmuşdur. Yataq otağına daxil olduqda orada sol tərəfdə qarşısına şkaf çıxmış şkafın qapısını açıb paltarların arasına baxdıqda oradan 2 ədəd 10 manatlıq əsginaslarda 20 manat pul olduğunu müəyyən edib dərhal onu götürərək əynində olan şalvarın sol arxa cibinə qoymuşdur. Bundan sonra otaqda yerləşən çarpayıların üzərindəki döşəklərin arxasına baxsa da, heç nə tapa bilməmiş və sağ tərəfə çevrilib baxdıqda qapının arxasında stol yerləşdiyini və üzərinə mücrü qoyulduğunu yanında isə pul qabı olduğunu görüb dərhal həmin yerə yaxınlaşmışdır. Əvvəlcə pul qabını açmış və orada 10 manat pul olduğunu başqa qiymət kəsb edən heçnə olmadığını müəyyən edərək həmin 10 manat pulu əynində olan şalvarın ön sağ cibinə qoymuş, bundan sonra mücrünü açmış və içərisində çoxlu üzük, sırğa, bilərziklərdən ibarət qızılzinət əşyalarını görüb dərhal onları götürərək 20 manatı qoyduğu şalvarının arxa sol cibinə qoyaraq yataq otağından koridora çıxıb çıxış istiqamətinə getmişdir. O, mətbəxin qarşısına çatdıqda mətbəxdə ev sahibini görmüşdür. Həmin qadın onu görən kimi dayanmağını bildirmiş, o isə həmin qadına səssiz olmasını, səhv gəldiyini, Pərvanə xala gilə gedəcəyini demişdir. Həmin qadın ona “sən oğrusan, nə götürmüsənsə qaytar...” deyə bildirmişdir. O isə bu zaman dərhal əynində olan şalvarın arxa sol cibində olan götürdüyü qızıl-zinət əşyalarının bir hissəsini həmin qadına verərək koridor boyunca çıxış istiqamətində qaçmağa başlamışdır. Bu zaman həmin qadın qışqırmağa başlamış o isə pilləkənlə həyətə düşərək oradan çıxış qapısı ilə çölə çıxmış və oradan uzaqlaşmışdır. O, həmin yerdən uzaqlaşdıqdan sonra cibində heç nə qalmadığını və götürdüyü qızıl-zinət əşyaları və 30 manat pulun hamısının düşdüyünü görmüşdür. Bundan sonra öz yaşadığı evə gələrək bu barədə heç kəsə bir söz deməmişdir. Daha sonra o Gəncə şəhər Kəpəz RPB-yə dəvət edilmiş və özü həmin bölməyə gedərək orada hər şeyi olduğu kimi danışmışdır. Bundan əlavə o, ifadəsində göstərmişdir ki, 21 sentyabr 2020-ci il tarixdə yenə maddi baxımdan sıxıntı çəkdiyi üçün oğurluq etməyə qərar vermişdir. Oğurluğu haradan edəcəyini dəqiq bilmədiyi üçün qərara gəlmişdir ki, hər hansı bir avtomobilə minərək qarşısına çıxan yaşayış olmayan mənzildən oğurluq etsin. Bu məqsədlə həmin gün saat 14 radələrində yaşadığı evdən çıxaraq Gəncə şəhəri mərkəzi poçtun qarşısına getmişdir. Həmin yerdə əvvəllər tanıdığı Elnurun VAZ 2106 markalı avtomobildə taksi kimi dayanaraq müştəri gözlədiyini görmüşdür. O, Elnura yaxınlaşaraq əvvəlcə boş olub-olmamağını soruşmuş, sonuncu avtomobilin boş olmasını bildirdikdə özü də avtomobilin ön sağ oturacağında əyləşərək Elnura nənəsigilə-Qırmızı kənd deyilən yerə sürməsini istəmişdir. Bundan sonra Elnur avtomobili işə salaraq onun istiqamətləndirməsilə qeyd olunan yerə getmişlər. X7 küçəsi ilə düzünə irəliləyib Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsinə çatdıqda o, Elnura sağa dönməsini bildirmişdir. Onlar sağa dönüb çınqıllı yolla bir qədər irəlilədikdə yolun sol tərəfində qarşılarına açıq mavi rəngli darvaza çıxmışdır. O, uzaqdan həmin evin daha sakit və kənar bir yerdə olmasını görüb oradan oğurluq edə biləcəyini qərarlaşdıraraq Elnura yalandan çatdıqlarını deyib “gözlə nənəmgilə girib-çıxıram...” sözlərini deyərək avtomobildən düşüb evin darvazasına yaxınlaşmışdır. Əvvəlcə ətrafına baxıb onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra Elnur şübhələnməsin deyə sakit bir şəkildə evin darvazasının tutacağına əlini atıb yoxladıqda qapının açıq olduğunu müəyyən etmişdir. Bundan sonra həyətə daxil olaraq Sakit səslə ev yiyəsi deyə səslənmiş, lakin həyətdə də, heç kəsin olmadığını və onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra qərarlaşdırmışdır ki, əlinə keçən əşyanı kimsə görmədən götürüb çıxsın. Həyətə göz gəzdirdikdə götürə biləcəyi heçnə olmadığı üçün Oradan dərhal əl damına girmiş, əl damında üst-üstə qoyulmuş biri nisbətən kiçik, digəri isa nisbətən böyük olan 2 ədəd mis qazanları görmüş və onları daha tez sata biləcəyi üçün dərhal onları götürərək əl damından həyətə, oradan da, çölə çıxmışdır. O, evin önündə əli ilə Elnura “arxaya ver qazanları qoyum..” deyə işarə etmiş, Elnur təxminən 4-5 metr avtomobili geri sürərək darvazanın önündə saxlamış və o, həmin iki ədəd mis qazanı avtomobilin yük yerinə qoyaraq yenidən gəlib Elnurun yanında əyləşmişdir. Avtomobilə əyləşərkən qazanları harada sata biləcəyini düşünmüş və Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Aura park” ticarət mərkəzinin arxasında əlvan metal alınan yerin olduğunu xatırlayaraq Elnura Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Aura park” ticarət mərkəzinin qarşısına sürməsini istəmişdir. Bundan sonra Elnur avtomobili onun qeyd etdiyi ünvana sürmüşdür. Onlar Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Aura park” ticarət mərkəzinin qarşısına çatdıqda o, Elnura 3 manat verib avtomobildən düşərək qazanları götürmüş, Elnur isə avtomobili sürərək çıxıb getmişdir. Bundan sonra qazanlar əlində piyada yolu keçərək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Aura park” ticarət mərkəzinin arxasında yerləşən əlvan metal alınan yerə getmişdir. Həmin yerdə adı ona sonradan məlum olan əvvəllər tanımadığı Fərruxa yaxınlaşaraq avtomobili ilə qəza törətdiyini, pula ehtiyacı olduğu üçün özünə məxsus mis qazanları satmaq istədiyini bildirmişdir. Fərrux həmin qazanlara baxdıqda onların mis metaldan olduqlarını, çəkisinin isə təxminən 7,1 kiloqram olduğunu müəyyən etmiş və ona həmin iki ədəd qazanı kilosunu 7 manatdan olmaqla ümumilikdə 57 manat qarşılığında ala biləcəyini demişdir. O, Fərruxla razılaşdıqdan sonra Fərrux ondan şəxsiyyətini təsdiq edəcək sənəd tələb etmiş, o isə öz növbəsində cibində olan özünə məxsus AA17499927 nömrəli şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra Fərrux ona məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq üzərinə qazanları hansı tarixdə və neçəyə almağını qeyd etmiş və şəxsiyyət vəsiqəsini özünə qaytararaq ondan qazanları götürüb əvəzində 57 manat pul vermişdir. O, isə pulu götürərək çıxıb getmiş və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları oğurluğun onun tərəfindən törədilməsini müəyyən edərək onu idarəyə dəvət etmiş, o isə öz növbəsində idarəyə gedərək baş vermiş hadisəni olduğu kimi demiş və polis əməkdaşları müvafiq sənədləşməni aparmışlar. Həmin idarədə öyrənmişdir ki, oğurladığı qazanlar Zərərçəkmiş şəxs2 məxsusdur. O, bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə hər hansı bir tanışlığı, heç bir münasibəti olmamışdır. ünvan 4 ünvanında yerləşən və ünvan 5 evinin sakinləri ilə heç bir tanışlığı və ya münasibəti olmamışdır. Həmin ünvanlarda əvvəllər olmamış və hər hansı bir icazəsi olmadan daxil olmuşdur. ünvan 4 ünvanında yerləşən və ünvan 5 evlərinə daxil olmaqda məqsədi qazanc əldə edə biləcəyi hər hansı bir əmlakı götürmək olmuşdur. Əvvəlcədən bilməmişdir ki, evdə heç kəs yoxdur və ya kimsə var. Zərərçəkmiş şəxs1 ondan ciblərini boşaltmağını istəyərkən özü tələsik əlini cibinə ataraq oradakı qızıl-zinət əşyalarını və 20 manat pulu Zərərçəkmiş şəxs1 vermiş və dərhal qaçmağa qərar vermişdir. Digər qızıl-zinət əşyaları və 10 manat pul isə yadından çıxıb cibində qalmış və onlar da, qaçarkən cibindən düşmüşdür. O, dəqiq olaraq bilməmişdir ki, pul qabından götürdüyü 10 manat pul necə cibindən çıxıb düşmüşdür. Sərxoş olduğu üçün həmin hadisəni dəqiq xatırlamır və həmin evdən özü ilə hər hansı bir əmlakı aparmamışdır. Sözügedən hadisə zamanı Zərərçəkmiş şəxs1 hər hansı bir xəsarət yetirməmiş və ya onu hədələməmiş və belə bir məqsədi də, olmamışdır. Həmin evə daxil olarkən isə üzərində hər hansı bir alət və ya predmet olmamış, özünü müdafiə etmək və ya kimisə qorxutmaq kimi bir fikri olmamışdır. Hal-hazırda hər hansı bir narkotik vasitədən istifadə etmir. Zərərçəkmiş şəxs2 məxsus əmlakı oğurlayarkən onu heç kəs görməmiş və oğurluq etməsinin qarşısını almaq üçün hər hansı bir şəxs heç bir maneçilik etməmiş, heç kəs onu dayanması üçün səsləməmişdir. O, həmin ünvana gizlin daxil olmuş, əgər kimsə onu görərdisə qazanları həmin yerə atıb qaçacaqdı. Sözügedən cinayət əməllərini törədərkən hər hansı bir şəxslə razılaşmamış, bu barədə hadisədən əvvəl və sonra heç kəsə bir söz deməmişidir. O cümlədən Şahid1 da, hadisədən əvvəl və ya sonrasında oğurluq etməyilə bağlı heç bir məlumatı olmamışdır. Ona heç kəs o cümlədən, Şahid2 taladığı əmlakı alacağı ilə bağlı əvvəlcədən və ya sonrasında hər hansı bir vəd verməmişdir. Fərruxu əvvəllər tanımamış və ona həmin əmlakın oğurluq olduğunu deməmişdir. Sözügedən cinayət əməllərini törədərkən ona heç kəs köməklik etməmiş, həmin cinayət əməllərini tək törətmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, E.Budaqov küçəsi, ev 53-də ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq ev işləri ilə məşğul olur. Adətən yay aylarında həyətdə iş gördüyü üçün evin giriş qapısını kilidləməsə də, örtülü saxlamışdır. 22 iyul 2020-ci il tarixdə səhər saat 08 radələrində oğlu Ülvi Orucov işə getmiş, o isə evdə tək qalaraq ev işləri ilə məşğul olmuşdur. Həmin gün təxminən saat 12:30 radələrində o, mətbəxdə yeməyi bişirdikdən sonra evdən çıxaraq arxa həyətə keçib toyuqları yemləmişdir. Həmin vaxt küçənin qapısı örütülü olsa da, kilidli olmamışdır. Təxminən 20 dəqiqə həmin yerdə məşğul olduqdan sonra yenidən evə qayıdaraq bir başa mətbəxə keçmiş, mətbəxdə ocaqda bişən yeməyə baxarkən yataq otağından səs eşitmişdir. İlkin olaraq evə pişik girməsini zənn etmiş, məsələni aydınlaşdırmaq üçün əvvəlcə koridora keçmiş, koridordan görmüşdür ki, yataq otağının qapısı örtülü şəkildədir. Həmin otağın qapısını açıq qoyduğundan onun örtülü olması onu daha da, şübhələndirmişdir. O, yataq otağına yaxınlaşıb qapının tutacağına əlini açdıqda bu zaman qapının şüşəsindən otaqda adam olduğunu müəyyən etmişdir. Dərhal qapını açmaq istədikdə bu zaman adı ona sonradan məlum olan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs yataq otağında olmasını görmüşdür. Təqsirləndirilən şəxs onu görən kimi əli ilə arxa tərəfdən qapının tutacağını tutaraq ona qışqırmamasını, səhv gəldiyini, Pərvanə xala gilə gedəcəyini deyərək onu otağa dəvət etmişdir. O, otağa keçdikdə Vüsalın sağ əlinin qapının tutacağında olduğunu, sol əli isə şalvarının sol yan cibinin giriş hissəsində olmuşdur. O, Vüsalınn sol əlinə baxdıqda özünə məxsus qızıl-zinət əşyalarını cibinə qoymağa çalışdığını görmüş və dərhal anlamışdır ki, həmin şəxs evlərinə oğurluğa girib. O, Təqsirləndirilən şəxs “sən oğrusan...” deyə bildirdikdə bu zaman sonuncu otaqdan çıxaraq koridor boyunca çıxış istiqamətində qaçmağa başlamışdır. O, həmin an qışqıraraq qonşuları köməyə çağırmış, Vüsal isə cibində olan qızıl-zinət əşyaları evin koridoruna, pilləkənə, həyətə, tökülə-tökülə pilləkənlə həyətə düşərək oradan küçəyə çıxaraq qaçmışdır. O, Vüsalın arxası ilə qaçaraq küçəyə çıxmış, ancaq həmin şəxs uzaqlaşaraq gözdən itmişdir. Bundan sonra dərhal oğlu Ülviyə zəng edərək məlumat vermiş, Ülvi isə öz növbəsində “102 xidmətinə” zəng edərək polisə məlumat vermişdir. Bu zaman polis əməkdaşları ona zəng etmiş və o, mövcud vəziyyəti bildirmişdir. Polis əməkdaşları ona hadisə yerinə gələndək heç nəyə toxunmamağı bildirmiş, o, isə öz növbəsində yerə tökülmüş əmlaklarına toxunmamışdır. Bir qədər sonra polis əməkdaşları gəlib hadisə yerinə baxaraq müvafiq sənədləşməni aparmışlar. Bundan sonra o, evinə girən şəxsin yerə tökdüyü ona məxsus əmlaklarını toplamış və müəyyən etmişdir ki, həmin şəxs, onun evindən 1 ədəd 560 manat dəyərində toxuma qızıl boyunbağını, 1 ədəd 800 manat dəyərində hörmə qızıl boyunbağını, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət ümumilikdə 400 manat dəyərində qızıl komplekti, 1 cüt gümüş sırğa və 1 ədəd gümüş üzükdən ibarət ümumilikdə 100 manat dəyərində gümüş komplekti, 1 ədəd 5 manat dəyərində nazik bijuteriya boyunbağını, 1 ədəd 8 manat dəyərində toxuma boyunbağını, 1 cüt üzərində qaşlar olan 5 manat dəyərində bijuteriya sırğanı, 1 cüt salxım formalı 5 manat dəyərində bijuteriya sırğanı, 1 ədəd üzərində ağ rəngli qaş olan 10 manat dəyərində bijuteriya üzüyü, 1 ədəd üzərində rəngli qaşlar olan 10 manat dəyərində bijuteriya üzüyü, 1 ədəd 200 manat dəyərində “Çayka” markalı saatı, 1 ədəd 15 manat dəyərində bijuteriya qolbağını və 2 ədəd 10 manatlıq əsginaslarda 20 manat pulu aparmağa cəhd etmişdir. O, həmin əşyaları toplayıb hamsını koridorda kamodun üzərinə qoyaraq polis əməkdaşlarına bir daha təqdim etmişdir. Daha sonra həmin şəxsin evdən daha hansı əşyaları aparmasını aydınlaşdırmaq üçün yataq otağına keçdikdə yataq otağında olan pul qabının açıq vəziyyətdə olduğunu, içərisində olan 70 manatın isə yerində olmadığını görmüş və müəyyən etmişdir ki, həmin şəxs 70 manat pulu özü ilə aparmışdır. Bundan sonra o, ərizə ilə Gəncə şəhər Kəpəz RPB-yə müraciət etmiş, bir qədər sonra polis əməkdaşları evinə girən şəxsin kimliyini müəyyən etmiş və o, həmin şəxsin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə evində oğurluq etmək istəyərkən görmüş, əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun xəbəri olmadan evə daxil olmuşdur. O, Vüsal yataq otağında olarkən yerini müəyyən etmişdir. Qızıl, gümüş və bijuteriya bəzək əşyaları yataq otağında mücrünün içərisində, 20 manat pul şkafda, 70 manat pul isə mücrünün yanına qoyduğu pul qabının içərisində olmuşdur. O, Təqsirləndirilən şəxs görərkən, Vüsal artıq həmin əmlakları yerindən götürmüş və üzərində olmuşdu. O, Vüsalı gördükdən sonra Vüsal qaçmış və əşyalar qaçarkən özü yerə düşmüşdür. Çünki o, Vüsalı gördükdə qızıl, gümüş və bijuteriya bəzək əşyalarını cibinə tam qoya bilməmişdir. Həmin hadisə zamanı Vüsal ona hər hansı bir xəsarət yetirməmiş, onu hədələməmiş, hər hansı bir fiziki zorakılıq göstərməmişdir. Həmin şəxs onun ümumilikdə 2118 manat dəyərində müxtəlif növ qızıl, gümüş və bijuteriya bəzək əşyalarını və 90 manat pulunu aparmağa çalışsa da, sadəcə 70 manat pulunu aparmışdır. O, Təqsirləndirilən şəxs şikayətçi olmasa da, ona 70 manat məbləğində pulun geri qaytarılmasını xahiş edərək, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq ev işləri ilə məşğul olur. Onun yaşadığı evin həyətində məişət əşyalarını yığdığı əl damı vardır. 21 sentyabr 2020-ci il tarixdə səhər radələrində oğlu Elçin işə getmiş və o, evdə tək qalmışdır. Həmin gündən əvvəlki gün o, soğan sifariş etmiş və evə soğan gətirməli idi. Həmin gün saat 14 radələrində o, yenə evdə məişət işləri ilə məşğul olmuşdur. Bu ərəfədə evlərinin giriş qapısı və əl damının qapıları örtülü olsa da, kilidli olmamışdır. Həmin vaxt o evdə olarkən küçədə avtomobilin qapısının örtüldüyünü eşitmiş və zənn etmişdir ki, sifariş etdiyi soğanı gətiriblər. Buna görə də, evin həyətinə çıxmış, lakin həyətdə heç kəsi görməmişdir. O, əl damına baxdıqda oranın qapısının açıq olduğunu görmüş və şübhələndiyi üçün dərhal əl damına gedərək içəri baxdıqda orada qoyduğu 2 ədəd mis qazanın yerində olmadığını müəyyən etmişdir. Bu zaman anlamışdır ki, kimsə qapıların kilidli olmamasından istifadə edərək qazanları oğurlamışdır. Bundan sonra o, dərhal küçəyə çıxdıqda VAZ 2106 markalı sarı rəngli avtomobilin küçələri boyunca irəliləyərək gözdən itdiyini görmüş və müəyyən etmişdir ki, həmin avtomobillə onun qazanları aparılmışdır. O, yaşlı qadın olduğu üçün onların arxası ilə gedib çata bilməyəcəyindən, həmçinin küçədə ona kömək edəcək heç kəs olmadığından evə qayıdaraq oğlu Elçinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra oğlu Elçin evlərinə gələrək əvvəlcə məsələni özü dəqiqləşdirməyə çalışmış, lakin heç bir nəticə əldə etmədiyinə görə, növbəti gün yəni 22 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 ximdətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onların evlərinə gələrək müvafiq sənədləşməni aparmışlar. Daha sonra o, Gəncə şəhər Nizami RPİ-dən öyrənmişdir ki, evindən 2 ədəd mis qazanları oğurlamış şəxs əvəllər tanımadığı Təqsirləndirilən şəxs olmuşdur. O, daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun əl damına daxil olmasını və oradan qazanları götürərək çıxmasını görməmişdir. Sonrasında isə küçədə də, heç kəs olmamışdır. Buna görə də, nə o, nədəki digər bir şəxs Təqsirləndirilən şəxs qazanlarını talamasının qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmişdirlər. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs onun 1 ədəd 80 manat dəyərində və 1 ədəd digərindən böyük 110 manat dəyərində mis qazanlarını oğurlamışdır. Başqa hər hansı bir əmlakı talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq qazancını atası Şahid1 məxsus “VAZ 21065” minik markalı “**-DK-***” dövlət qeydiyyat nişanlı avtomobillə taksiçilik edərək əldə edir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından bir məkanda yaşadıqları üçün tanımış, onunla sadəcə salam-sağol olmuş, başqa hər hansı bir münasibəti habelə, ədavəti, düşmənçiliyi, alış-verişi olmamışdır və ya bir-birilərinə hər hansı bir borcları olmamışdır. Vüsal onun avtomobilinə müştəri kimi əyləşmiş və o da, taksi kimi işlədiyi üçün Vüsalı qeyd etdiyi ünvana aparmış və gördüyü işin qarşılığı olaraq 3 manat pul almışdır. Vüsal ona başqa hər hansı bir vəd verməmiş, bununla bağlı başqa hər hansı bir razılaşmaları olmamışdır. Belə ki, dayanacaq kimi adətən Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən mərkəzi poçt deyilən yerin qarşısında dayanmışdır. 21 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində yenə adəti üzrə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən mərkəzi poçt deyilən yerin qarşısında müştəri gözləyərkən əvvəllər tanıdığı Vüsal adlı şəxs ona yaxınlaşaraq əvvəlcə boş olub-olmamasını soruşmuşdur. O, boş olduğunu dedikdə Vüsal avtomobilin ön sağ oturacağında əyləşərək nənəsigilə-Qırmızı kənd deyilən yerə sürməsini istəmişdir. Bundan sonra o, avtomobili işə salaraq Vüsalın istiqamətləndirməsi ilə qeyd olunan yerə getmişlər. Onlar Ə.Ü.Gəncəvi küçəsində açıq göy rəngli darvazası olan evin qarşısına çatdıqda Vüsal ona nənəsigilə çatdığını deyərək “gözlə nənəmgilə girib-çıxıram...” deyə bildirmiş və avtomobildən düşərək evin darvazasının qapısını açıb içəri daxil olmuşdur. Fərdi yaşayış evinin darvazasının qapısı örtülü olsa da, kilidli olmamışdır. O, isə öz növbəsində avtomobildə Vüsalın gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqə sonra Vüsal əlində 2 ədəd mis qazanla həmin evdən çıxaraq evin önündə ona “arxaya ver qazanları qoyum..” deyə bildirmişdir. O, təxminən 4-5 metr avtomobili geri sürərək darvazanın önündə saxlamış və Vüsal həmin iki ədəd mis qazanı avtomobilin yük yerinə qoyaraq yenidən gəlib onun yanında əyləşərək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Aura park” ticarət mərkəzinin qarşısına sürməsini istəmişdir. Bundan sonra o, avtomobili Vüsalın qeyd etdiyi ünvana sürmüşdür. Onlar Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Aura park” ticarət mərkəzinin qarşısına çatdıqda Vüsal ona 3 manat verərək avtomobildən düşmüş və qazanları götürərək çıxıb getmişdir. O, isə öz dayandığı yerə geri qayıtmış və sonrasında Vüsalın nə etməsini bilməmişdir. Vüsalın həmin evə qazanları talamaq üçün getməsini bilməmiş, həmçinin Vüsal da, özünü şübhəli aparmamışdır. Daha sonra onu Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər və o, həmin yerdə öyrənmişdir ki, Vüsal həmin qazanları oğurlamışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğurluq etməsində özü, eləcə də heç kəs köməklik etməmiş, qazanları tək özü talamış, hadisədən sonra da, Vüsal yol boyu heç kəslə danışmamış və ya vədələşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Metal-sənaye MMC”-də tədarükçü vəzifəsində işləyir. Vəzifə funksiyası əlvan metal tərkibli əşyaları alaraq onları topladıqdan sonra təxminən 10-15 gündən bir ərinməsi üçün zavoda göndərməkdir. Mis tərkibli metalların kiloqramını isə adətən orta bazar qiymətinə uyğun olaraq 7 manata alır. Hər gün bir neçə müştəri ona yaxınlaşaraq satmaq istədiyi metalları göstərir, o isə onlara baxaraq yararlı olub-olmamasını deqiqləşdirdikdən sonra alır. 21 sentyabr 2020-ci il tarixdə adəti üzrə yenə sexdə olarkən bir nəfər əvvəllər tanımadığı, arıq, qaraşın, uzunboy oğlan əlində 2 ədəd qazanla ona yaxınlaşaraq qazanların özünə məxsus olduğunu, avtomobili ilə qəza törətdiyini və buna görə də, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, həmin qazanlara baxdıqda onların mis metaldan olduqlarını, çəkisinin isə təxminən 7,1 kiloqram olduğunu müəyyən etmiş və həmin şəxsə bildirmişdir ki, həmin iki ədəd qazanları kiloqramını 7 manatdan olmaqla ümumilikdə 57 manat qarşılığında alır. Həmin şəxs onunla razılaşdıqdan sonra o, həmin şəxsdən şəxsiyyətini təsdiq edəcək sənəd tələb etmiş, həmin şəxs də, özünə məxsus AA17499927 nömrəli şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bu zaman o, həmin şəxs Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq üzərinə qazanları hansı tarixdə və neçəyə almasını qeyd etmiş və şəxsiyyət vəsiqəsini Vüsalın özünə qaytararaq ondan qazanları götürüb 57 manat pul vermişdir. Vüsal pulu götürdükdən sonra çıxıb getmiş, o, isə qazanları sexdə saxlamışdır. 23 sentyabr 2020-ci İl tarixdə Gəncə şəhər Nizami RPİ-nin polis əməkdaşları işlədiyi yerə yaxınlaşaraq ondan Təqsirləndirilən şəxs ona qazan satıb-satmamasını soruşmuş, o, isə həmin vaxt anlamışdır ki, Vüsalın ona satdığı qazanlar oğurluq olmuşdur. Buna görə də, o, polis əməkdaşlarına baş vermiş hadisəni olduğu kimi danışaraq Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd mis qazanları və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin qazanları və şəxsiyyət vəsiqəsinin surətini ondan götürərək müvafiq protokol tərtib etmiş və mən həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sözügedən hadisəyədək tanımamış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. Təqsirləndirilən şəxs ona əvvəllər hər hansı bir metal tərkibli əşya satmamışdır. Vüsalın ona əvvəlcədən mis qazan satacağını bilməmiş, bu barədə ona hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X2 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və MSY-ə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal zaldan azad edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X2 25 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X2 12 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X2 17 oktabyr 2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 oktyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.03.2007-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23.08.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19.09.2019-cu il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 01 ay 19 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 17 dekabr 2020-ci il tarixdən 18 dekabr 2020-ci il tarixə kimi 02 gün həbsdə saxlanması nəzərə alınmaqla ona təyin edilmiş cəza müddətinə hesablanmış və ona qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla cəzaçəkmə müddətinin əvvəlinin 06 aprel 2021-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli məktubundan görünür ki, Göygöl Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü 27 aprel 2021-ci ildə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 11 avqust 2020-ci il tarixli 1202 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 6/1652-9/3116 №-li rəyindən görünür ki, fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş məmulatların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən1576 manat müəəyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 450 №-li rəyindən görünür ki, təqdim edilmiş iki adda əmlakın oğurluq baş verən tarixə nəzəri hesablama yolu ilə orta bazar qiyməti ilə ümumi dəyəri 133 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2020-ci il tarixli 871 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xətəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması mələhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi və təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 180.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, CM-nin 177.2.3-cü maddəsinə görə isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 1-ci abzasında qeyd edilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 21-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Hazırki halda Təqsirləndirilən şəxs özgə əmlakına yiyələnmək məqsədilə qanunsuz olaraq yaşayış sahəsinə daxil olması məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərdən birinə ziyanın tamamilə ödənməsini, 59.1.14-cü maddəsinə görə isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallar kimi göstərilsə də, CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin 177.2.2-ci maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş təkrarlıq cəzanı ağırlaşdıran hal kimi cəza təyin edilərkən təkrar nəzərə alına bilminmədiyindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin məhkəmədən qaçıb gizlənməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 və 180.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun Göygöl Rsayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs 10 avqust 2021-ci ildən 12 avqust 2021-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan 03 gün çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni həll edərkən onu qeyd edir ki, hadisə yerindən götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 əдəд toxuma qızıl boyunbağı, 1 ədəd hörmə qızıl boyunbağı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət qızıl komplekt, 1 cüt gümüş sırğa və 1 ədəd gümüş üzükdən ibarəf gümüş komplekt, 1 ədəd nazik bijüteriya boyunbağı, 1 ədəd toxuma bigüteriya boyunbağı, 4 cüt üzərində qaşlar olan bijüteriya sırğa, 1 cüt salxım formalı bijüteriya sırğa, 1 ədəd üzərində ağ rəngli qaşlar olan bijüteriya üzük, 1 ədəd üzərində rəngli qaşlar olan bijüteriya üzük, 1 ədəd “Çayka” markalı saat, 1 ədəd bijüteriya qolbağı, həmçinin Şahid2 istintaqa təqdim etdiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bidulla qızına məxsus 2 ədəd mis qazanlardan ibarət maddi sübutların zərər çəkmiş şəxslərə saxlanca verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci 177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 4(dörd)il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 10 avqust 2021-ci ildən 12 avqust 2021-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan 03 gün çıxılmaqla üzərində qəti olaraq 4 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkoloji kabinetdə qeydiyyata alınsın. Hadisə yerindən götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 əдəд toxuma qızıl boyunbağı, 1 ədəd hörmə qızıl boyunbağı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət qızıl komplekt, 1 cüt gümüş sırğa və 1 ədəd gümüş üzükdən ibarəf gümüş komplekt, 1 ədəd nazik bijüteriya boyunbağı, 1 ədəd toxuma bigüteriya boyunbağı, 4 cüt üzərində qaşlar olan bijüteriya sırğa, 1 cüt salxım formalı bijüteriya sırğa, 1 ədəd üzərində ağ rəngli qaşlar olan bijüteriya üzük, 1 ədəd üzərində rəngli qaşlar olan bijüteriya üzük, 1 ədəd “Çayka” markalı saat, 1 ədəd bijüteriya qolbağı, həmçinin Şahid2 istintaqa təqdim etdiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bidulla qızına məxsus 2 ədəd mis qazanlardan ibarət maddi sübutların zərər çəkmiş şəxslərə saxlanca verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar