Məhkəmə qərarları › İş №1(044)-64/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-64/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-64/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1999-cu ildə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis şöbəsinin X5 tanış olduğu Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,250 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,056 qram və 0,620 qram olan 3 ədəd bükümdə psixotrop maddə-metafetamini və 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,047 qram olan narkotik vasitə-heroini əldə edib udmaqla mədəsində gizlədib saxlayaraq, istintaq təcridxanasında saxlanılan şəxs olaraq qadağan olunmuş əşyaları hazırlamamalı, saxlamamalı, gəzdirməməli, daşımamalı və istifadə etməməli olduğu halda ona 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən edilmiş xəbərdarlığa əməl etməyərək daşıyıb gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə, saat 08 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında yoxlanılaraq təcridxana əməkdaşları tərəfindən rentgen müayinəsindən keçirilərkən mədəsində saxladığı ümumi təmiz çəkisi 1,250 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,056 qram və 0,620 qram olan 3 ədəd bükümdə psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,047 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə-heroin və psixotrop maddə-metafetamindən istifadə edir. 2020-ci ilin mart ayında o, oğurluq etdiyi üçün tutulmuş və Ağcabədi RPŞ-nin X5 saxlanılmış və orada Şahid1 ilə tanış olmuşdur. O, Elnurla eyni kamerada saxlanılmış, kamerada olarkən Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib saxladığı üçün barəsində cinayət işi başlanıldığını və buna görə həbs edildiyini öyrənmişdir. xx xxxx 2020-ci il tarixdə Şahid1la onu Ağcabədi RPŞ-nin X5n 2 saylı İstintaq Təcridxanasına köçürmüşlər. Təcridxanada olarkən təcridxana əməkdaşları Elnurdan və ondan şübhələndikləri üçün üzərinə axtarış aparmışlar, lakin üzərilərində hər hansı qanunla qadağan olunmuş əşya, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra təcridxana əməkdaşları Elnuru və onu rentgen müayinəsindən keçirmək qərarına gəlmişlər və rentgendə yoxlama zamanı onun və Elnurun mədəsində kütlələr olduğu aşkar edilmişdir. Həmin kütlələri əvvəlcə Elnur, daha sonra isə o, tualetdə hal şahidlərinin iştirakı ilə bədənindən kənarlaşdırmışlar. Həmin kütlələr təcridxananın əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol və kütlələrin qablaşdırıldığı zərf iştirakçılar tərəfindən imzalanmışdır. O, mədəsindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün əldə etmiş, onun həmin narkotik vasitələri satmaq niyyəti olmamış və heç kimə satmamışdır. O, həmin narkotik vasitələri tanımadığı şəxsdən əldə etmiş, Şahid1 ona narkotik vasitə və psixotrop maddə verməmişdir. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini, anasının rəhmətə getdiyini və əmisinin şəhid olduğunu bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxsla eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 Bölməsinin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon Polis şöbəsinin X5n təcridxanaya köçürülmüş Şahid1 narkotik vasitə olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində 2 nəfər hal şahidinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Şahid1 üzərindən narkotik vasitə və digər hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 mədəsində hər hansı narkotik vasitənin olub-olmadığını aydınlaşdırmaq üçün sonuncu təcridxanada rentgen aparatında müayinə olunmuş, müayinə zamanı mədəsində yad cisim olduğu aşkar edilmişdir. Həmin yad cismin narkotik vasitə olub-olmadığını müəyyənləşdirmək üçün Şahid1 anus dəliyi vasitəsilə, təbii yolla həmin 2 ədəd bükümü çıxardaraq təhvil vermiş, həmin 2 ədəd büküm eksperetizaya təqdim edilməsi üçün qabaşldırılaraq götürülmüşdür. Bundan sonra onlar Şahid1 ilə birlikdə Ağcabədi RPŞ-nin MSY-dən 2 saylı İstintaq Təcridxanasına köçürülmüş Təqsirləndirilən şəxs da mədəsində təcridxanaya narkotik vasitə keçirə biləcəyindən şübhələndikləri üçün xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində sonuncunun da üzərində axtarış aparmaq qərarına gəlmiş, 2 nəfər hal şahidi dəvət edərək axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs təcridxanada rentgen aparatında müayinə olunmuş, müayinə zamanı Nicatın mədəsində 4 ədəd yad cisim olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs səmimi etiraf edərək mədəsindəki kütlənin narkotik vasitə olduğunu bildirmiş və həmin 4 ədəd yad cismi anus dəliyi vasitəsilə təbii yolla həmin 4 ədəd bükümü çıxardaraq təhvil vermişdir. Həmin 4 ədəd bükümün içərisində narkotik vasitə olub-olmadığını müəyyənləşdirmək üçün eksperetizaya təqdim edilməsinə görə qabaşldırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştrakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 Bölməsinin baş inspektoru Şahid2 digər Şahid3 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasının komendantı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Şahid1 mədəsindən narkotik vasitə aşkar edilmiş və qablaşdırılaraq protokol tərtib edilmişdir. Bundan sonra Şahid1la birlikdə Ağcabədi RPŞ-nin MSY-dən 2 saylı İstintaq Təcridxanasına köçürülmüş Təqsirləndirilən şəxs da mədəsində təcridxanaya narkotik vasitə keçirə biləcəyindən təcridxana əməkdaşları şübhələndikləri üçün xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində Nicatın da üzərində axtarış aparmaq qərarına gəlmişlər. Onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təcridxanada rentgen aparatında müayinə olunmuş, müayinə zamanı Nicatın mədəsində 4 ədəd yad cisim olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs səmimi etiraf edərək mədəsindəki kütlənin narkotik vasitə olduğunu bildirmiş, həmin 4 ədəd yad cismi anus dəliyi vasitəsilə təbii yolla çıxardaraq təhvil vermişdir. Həmin 4 ədəd büküm eksperetizaya təqdim edilməsi üçün qabaşldırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları X4, Şahid3, Şahid2, hal şahidləri Şahid5 və Şahid4, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən 2 saylı istintaq təcridxanasına gətirilərkən axtarış zamanı rentgeneqrafiyada həzm traktarında aşkar olunmuş 4 ədəd bükümdə yad kütləni xx.xx.2020-ci il tarixdə, saat 08 radələrində təbii yolla (anus dəliyi vasitəsi ilə) çıxardaraq əməkdaşlara təqdim etmişdir. Aşkar edilib götürülmüş 3 ədəd ağ rəngli duz kristallarına oxşar narkotik maddəyə bənzər kütlə və 1 ədəd qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə xüsusi qaydada qablaşdırıldıqdan sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsindən verilmiş xx.xx.2020-ci il tarixli, 6/306 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “həbs edilmiş şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 3 (üç) ədəd dairəvi formalı polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,574 qram, 0,056 qram və 0,620 qram, ümumi təmiz çəkisi 1,250 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,047 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Metamfetaminin ümumi təmiz çəkisi – 1.250 qr., tədqiqata sərf edildi ümumi – 0.12qr., qalıq – 1.130 qr.; heroinin təmiz çəkisi – 0.047 qr., tədqiqata sərf edildi – 0.03qr., qalıq – 0.017 qr.). Ekspertiza tədqiqatının dəyəri 76 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsindən verilmiş xx.xx.2020-ci il tarixli, 16/576 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 yaşadığı evin hamam otağından.....”, “Şahid1 yaşadığı evin hamam otağından stulun üzərindən.....”, “Şahid1 həyətindən aşkar edilmiş........”, “vət. Şahid1 götürülmüş metamfetamin.”, “vət. N.Salmanovdan götürülmüş heroin və metamfetamin” sözləri olan kağız paketlərdəki metafetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 yaşadığı evin hamam otağından.....”, “Şahid1 yaşadığı evin hamam otağından stulun üzərindən....” sözləri olan kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eyni olub, üzərində “Şahid1 həyətindən aşkar edilmiş.....” sözləri olan kağız paketdəki heroinlə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 yaşadığı evin hamam otağından.....”, “Şahid1 yaşadığı evin hamam otağından stulun üzərindən.....”, “Şahid1 həyətindən aşkar edilmiş......” sözləri olan kağız paketlərdəki heroinlər, üzərində “vət. N.Salmanovdan götürülmüş heroin və metamfetamin” sözləri olan kağız paketdəki heroinlə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Ekspertiza tədqiqatının dəyəri 60.80 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 783 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. - Ağcabədi Rayon Məhkəməsinin 1(017)-62/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4- cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən ona 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən 2 saylı İstintaq Təcridxanasına köçürülmüşdür. - Ağcabədi Rayon İcra Hakimiyyəti başcısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, İİ Siyahısında metafetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Onun dəfələrlə eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Ağcabədi Rayon Məhkəməsinin 1(017)-62/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalıqları – 1.130 qram çəkidə olan metafetamin və 0.017 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 76 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317- 2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Ağcabədi Rayon Məhkəməsinin 1(017)-62/2020 saylı, xx.xx.2020ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalıqları – 1.130 qram çəkidə olan metafetamin və 0.017 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 76 (yetmiş altı) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar