Məhkəmə qərarları › İş №1(044)-72/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-72/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-72/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin nümayəndəsi X2, Təqsirləndirilən şəxs, müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndəsi Şahid3 iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, 11-ci sinif şagirdi, subay, əvəllər məhkum edilməmiş, Gəncə şəhəri Təbriz küçəsi, 6-DAL, ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli midarda ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyəti ilə 2020-ci ilin fevral ayının əvvəllərindən 2020-ci ilin iyun ayının ortalarına qədər olan müddət ərzində, istintaq zamanı müəyyən edilməsi mümkün olmayan tarixlərdə bacısı Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri, Məhrəsə bağı, ev 17V, mənzil 5 üvanında yerləşən mənzilə Zərərçəkmiş şəxs1 kömək etmək və baş çəkmək üçün gələrək evdə olan zaman Zərərçəkmiş şəxs1 xəbərsiz əvvəllər yataq otağındakı paltar dolabının üzərindən, sonralar isə çarpayının altından istintaq zamanı müəyyən edilməsi mümkün olmayan məbləğlərdə hissə-hissə, ümumilikdə vahid niyyətlə xeyli miqdar təşkil edən 800000 (səkkiz yüz min) Rus rublunu, həmin dövrün məzənnəsinə uyğun olaraq 19040 (on doqquz min qırx) manat məbləğində pulunu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanunu nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ona qarşı irəli sürülmüş mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, o ata və anası ilə birlikdə yaşayır. Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli orta məktəbin 11-ci sinif şagirdidir. Şahid3 atası, Şahid2 anası, Zərərçəkmiş şəxs1 bacısıdır. Nübar uzun müddətdir ki, Afər adlı şəxslə evlənmiş və onların iki uşağı vardır. Nübar da öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Afər uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və orada meyvə ticarəti ilə məşğul olur. Afər il ərzində bir neçə dəfə Azərbaycan Respublikasına gələrək bir müddət öz evində qalır və yenidən Rusiya Federasiyasına qayıdır. Vaxtaşırı olaraq Afər Rusiya Federasiyasından müxtəlif şəxslərin vasitəsi ilə öz ailəsi üçün pul göndərir və həmin pulu bir çox halda o, bəzi hallarda isə bacısının qonşusu Fuad adlı şəxs götürərək. bacısına verirdi. Bacısı da həmin pulu evdə saxlayırmış. Afər pulun çox hissəsini Gəncə şəhərində yerləşən “Əminə” marketdə işləyən Elvin adlı şəxsə göndərirdi. Afərin göndərdiyi pulun hamısı Rus rublu olurdu və bacısına lazım olarkən az-az həmin puldan götürərək bəzən özü, bir çox hallarda isə o, Azərbaycan manatına dəyişərək xərcləyirmiş. Axrıncı dəfə Afər 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasına gəlmiş və həmin vaxt o, özü ilə bir qədər pul da gətirmişdir. 2020-ci ilin fevral ayında Afər yenidən Rusiya Federasiyasına qayıtmışdır. Afər Rusiya Federasiyasına getdikdən sonra hər 10 gündən bir müxtəlif məbləğlərdə bacısına pul göndərməyə başlamışdır ki, 100000 (yüz min) rubla qədər olan pulu o, daha yuxarı məbləğdə pulu isə Fuad götürərək bacısına verirdi. Bacısının evinə hər gün gedib-gəldiyi üçün bacısının həmin pulları köynək qutusunun içərisinə yığaraq yataq otaqlarındakı dolabın üstünə qoyduğunu görürdü. 2020-ci ilin təxminən fevral ayının əvvəllərində fikirləşmişdir ki Afərin gətirdiyi puldan onlara demədən götürsün və özü üçün xərcləsin. Buna görə 2020-ci ilin təxminən fevral ayının 4-də o, Afərin yaşadığı evə getmişdir. Həmin vaxt Afər evdə olmamış, bacısı isə evdə olmuşdur. Bir qədər evdə oturduqdan sonra bacısının mətbəxdə iş gördüyünü və başının qarışıq olduğunu görüb bacısından xəbərsiz yataq otağına keçərək dolabın üzərinə qoyulmuş kağız qutunun içərisində olan puldan 5000 (beş min) rubl götürüb cibinə qoymuşdur. Pulu götürərkən, fikirləşmişdir ki, əgər Afərin və bacısının götürdüyü puldan xəbərləri olmasa davamlı olaraq oradan pul götürər. Pulu götürdükdən sonra 10-15 dəqiqə evdə oturduqdan sonra bacısına işlərinin olduğunu deyib evdən çıxmışdır. Həmin günü Gəncədə “Qlavnı” deyilən ərazidə pulu manata dəyişərək özü üçün paltar almış, “Gəncə Mall” ticarət mərkəzində əyləncəyə xərcləmişdir. Təxminən 4-5 gündən sonra Afərin və bacısının götürdüyü puldan xəbərlərinin olmadığını görüb yenidən pul götürməyi planlaşdırmışdır. Yenə də, Afər evdə olmadığı vaxtı və bacısının başı qarışıq olan vaxtı o, həmin yerdən ikinci dəfə 10000 (on min) rubl pul götürmüşdür. Həmin pulu manata dəyişərək bir neçə gün ərzində Gəncə şəhəri ərazisində özü üçün xərcləmişdir. Bu minvalla 2020-ci ilin fevral ayının axrına qədər o, bacısının evindən 4-5 dəfə, hər dəfəsində 5000, 10000 rubl olmaqla pul götürüb Gəncə şəhəri ərazisində dostu Yavərlə xərcləmişdir. Bir neçə dəfə o, Yavərlə pul xərclədikdən şonra onlar həmin pulu haradan əldə etdiyini ondan soruşduqda o, onlara pulu evlərindən ona verdiklərini desə də, onlar ona inanmayaraq o qədər pulu xərcləmək üçün verildiyinin mümkün olmadığını ona demişlər. Buna görə o, məcburiyyət qarşısında qalaraq onlara bacısının evindən oğurluq etdiyini demişdir. 2020-ci ilin fevral ayının axırlarında Afər Rusiya Federasiyasına getmişdir və oradan pul göndərməyə başlamışdır. Afər Rusiya Federasiyasına getdikdən sonra da o, evdən pul götürməkdə davam etmişdir. Artıq o, evdən ayrı-ayrılıqda 15-20 min rubl götürürmüş. 2020-ci ilin təxminən aprel ayının ortalarında Yavər onu Qamət adlı şəxslə tanış etmişdir. O bildiyi qədər Yavər Qamətə evdən pul oğurladığını bildirmişdir. Lakin o, bunu dəqiq bilmirmiş. Qamətlə tanış olduqdan sonra Qamət ondan pulu haradan əldə etdiyini soruşduqda ona bacısının həmin pulu ona xərcləmək üçün verdiyini demişdir. Bundan sonra Qamət ondan borca 1000 manat pul istəyərək iki günə qaytaracağını bildirmişdir. O, Qamətə borca pul verməyə razılaşmışdır. Buna görə o, yenə də evdən pul oğurlayaraq Azərbaycan manatına dəyişib Qamətə borca 1000 manat pul vermişdir. Bundan sonra Qamət ondan yenə borca pul istəmiş və o, Qamətə borca 300 manat pul vermişdir. Təxminən may ayının ortalarına qədər ümumilikdə o, artıq 400000 rub pul götürmüşdür və həmin pulun 1300 manatını Qamətə, 1200 manatını isə Yavərə borcunu ödəməsi üçün vermişdir. Lakin onlar ona onlara pul verməsi üçün hədə-qorxu gəlməmişdilər. Təxminən may ayının ortalarında Yavərin, Qamətin ondan istifadə etdiklərini başa düşüb onlardan ayrılmaq qərarına gəlmişdir. O, onlardan ayrıldıqdan sonra bacısının evindən pul götürməkdə davam etmiş və həmin pulu artıq İmaməddinlə xərcləmişdir. Qamət və Yavərdən ayrıldıqdan sonra Yavər ona zəng edərək onunla Məhrəsə bağında görüşməsini istəmiş, o, Yavərlə görüşərkən orada Qamət də olmuşdur ki, bir qədər söhbət etdikdən sonra Yavər ondan borca 150 manat pul istəmişdir. Lakin o, onlardan aralanıb bacısının evinə qaçmışdır. Həmin vaxt Yavər və Qamət onun dalınca gələrək hansı binaya girdiyini və bacısının hansı evdə yaşamasını görmüşlər. Belə ki, o, binaya girdikdən sonra bacısının yaşadığı evin pəncərəsindən həyətə baxarkən Yavər və Qamət onu görmüşlər. Bundan sonra Qamət, nə də ki, Yavər ona zəng etməsələr də, onunla görüşməsələr də, Qaməti tez-tez bacısının yaşadığı evin ətrafında, Afərin göndərdiyi pulu götürməyə gedərkən ”qlavnı” deyilən ərazidə görməyə başlamışlar. O, elə başa düşmüşdür ki, Qamət onu güdür. Həmin vaxt o, artıq telefon nömrəsini dəyişərək ***- ***-**-** saylı mobil telefon nömrəsi almışdır. Təxminən 2020-ci ilin may ayının axırına qədər o, Qamətin onu güddüyünü görsə də, may ayının axırlarından sonra Qamət gözə görünməmişdir. Buna baxmayaraq 2020-ci ilin iyun ayının ortalarına qədər o, bacısının evindən hər dəfəsində 50-60 min rubl olmaqla əlavə olaraq 400000 (dörd üz min) rubl məbləğində tez-tez pul götürməyə və Əli, Ülvin və İmaməddinlə birlikdə xərcləməyə davam etmişdir. Son vaxtlar bacısı pulu yatdığı döşəyin altında şaxlamışdır. 2020-ci ilin iyun ayının ortalarından sonra artıq evdən külli miqdarda pul götürdüyünü və üstünün açılacağını fikirləşib artıq evdən bir daha pul götürməmişdir. Lakin bacısının evinə gedibgəlirmiş və Afərin göndərdiyi pulu bacısına gətirib verirmiş. 25 iyul 2020-ci il tarixdə o, günorta vaxtı bacısının evinə gedərək bacısına lazım olan yeyinti əşyalarını alıb aparmış və qapının qarşısından çıxıb qayıtmışdır. Bundan sonra həmin günü axşama yaxın saat təxminən 20 radələrində o, yenidən Nübarın evinə gedərək bir qədər həyətdə uşaqları ilə oynamış, evdə yemək yedikdən sonra saat təxminən 21 radələrində çıxıb öz yaşadığı evə getmişdir. Həmin günü saat təxminən 23 radələrində isə eşitmişdir ki, Nübarın evinə kimsə girərək bıçaqla ona hədə-qorxu gəlib evdən pul götürmüşdür. Anası, atası və o, birlikdə ora getmişlər və polis tərəfindən araşdırma aparmağa başlanılmışdır. Polis tərəfindən araşdırma aparılan zaman isə o, bacısının evindən etdiyi oğurluq hadisələrini polis əməkdaşlarına danışmış və bacısının evinə girmiş şəxsin Qamət ola biləcəyini bildirmişdir. Pulları götürdüyü tarixi və ayrı-ayrılıqda məbləğlərini o, dəqiq olaraq bilməsə də, son olaraq hesablamasına görə o, bacısının evindən onlardan xəbərsiz 2020-ci ilin fevral ayının 4-dən 2020-ci ilin iyun ayının ortalarına qədər 800000 (səkkiz yüz min) Rus rubl götürmüşdür. O, evdən hər dəfə pul götürdükcə mobil telefonunda həmin pulları yazırmış və üst-üstə gəlirmiş. Buna görə dəqiq olaraq bilirmiş ki, o, evdən ümumilikdə 800000 (səkkiz yüz min) Rus rubl götürmüşdür. Lakin bir daha evdən oğurluq etməməyə qərar verdikdən sonra telefonunun yaddaşında saxladığı həmin qeydi telefonundan silmişdir ki, kiminsə əlinə düşməsin və kimsə görməsin. O, həmin pulu birdəfəyə oğurlasaydı evdəkilərin məlumatı olacaqdır. Buna görə oğurladığı pulu hissə-hissə oğurlamağa qərar vermişdir və hər dəfəsində pul oğurlayarkən fikirləşirdi ki, oğurladığı pulu xərcləyib qurtardıqdan sonra yenə də oğurlasın. Bacısının evindən pul oğurlaması ilə bağlı yalnız səhv etmirsə Qamətin və Yavərin məlumatı olmuşdur. Yavər ondan heç vaxt hədə-qorxu ilə pul tələb etməmişdir. Şahid qismində dindirildiyi ifadəsində o, qorxduğu üçün Yavərin ondan hədə-qorxu ilə pul tələb etdiyini göstərmişdir. Şahid qismində verdiyi ifadəsində Qamətin onu dəfələrlə evdən pul götürmək üçün məcbur etdiyini, boynundan tutub sıxmaqla, sillə ilə onu vurmaqla ona təyziq göstərməsi barədə göstərdikləri yalandır. Bu cür hal olmamışdır, o, qorxduğu üçün əvvəlcə o cür ifadə vermişdir. Oğurladığı pulları o, yuxarıda adlarını çəkdiyi şəxslərlə birlikdə Gəncə və Mingəçevir şəhərləri, Daşkəsən, Göygöl, Şəmkir rayonları ərazisində kafelərə, restoranlara, əyləncələrə xərcləmişdir. Əməlindən peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, törətdiyi əməlin mahiyyətini dərk etməməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərin nümayəndəsi X3 izahatında göstərdi ki, Murad Nübarın qardaşıdır. Nübar qardaşına güvəndiyindən Murad onların evinə gələrkən Muradın üzərində onun xüsusi nəzarəti olmamışdır. Murad nəyinki bacısı Nübarın evindən oğurluq etməklə ona xeyli miqdarda ziyan vurmuş, hətta Muradın verdiyi istiqamətlərlə onun dostları Nübara qarşı quldurluq cinayətini törətmişlər. Bu hallar Muradın şəxsiyyətini mənfi səciyyələndirilən hallar kimi nəzərə alınmalıdır. Vurulmuş ziyana gəldikdə isə istintaq zamanı dəymiş ziyandan yalnız 500 manat pul ödənilmişdir.Murad və onun valideynləri tərəfindən qalan ziyan ödənilməmiş, ziyanın ödənilməsinə belə cəhd edilməmişdir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və mülki iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o 2014-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2015-ci ildə dava etdiyi üçün, həmçinin üzərində odlu silah gəzdirdiyi üçün Rusiya Federasiyasında həbs edilmişdir. 2019-cu ilin avqust ayının 1-də azadlığa çıxdıqdan sonra onu Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya etmişlər. Azərbaycan Respublikasına gəldikdən sonra isə atasının və qardaşının ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən evdə yaşamağa başlamışdır. Heç bir işlə məşğul olamamışdır. Təxminən 2019-cu ilin avqust ayının axırlarında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə hazırkı həyat yoldaşı Elvira ilə tanış olmuş və həmin vaxtdan etibarən bir-biri ilə sevgili kimi münasibət saxlamağa başlamışlar. Elvira Gəncə şəhəri ərazisində kirayədə yaşamış, o da bəzən ata evində, bəzən isə Elvira yaşadığı evdə gecələmiş və artıq onlar ailə kimi bir-biri ilə münasibətdə olmuşlar. 2020-ci ilin təxminən aprel ayının ortalarında Yavər adlı tanışı onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək görüşmələrini istəmişdir. O, Yavərlə görüşərkən Yavərin yanında əvvəllər ümumiyyətlə tanımadığı, sonradan adını bildiyi Murad adlı şəxs olmuşdur. Orada bir qədər söhbət etdikdən sonra Muradın söhbətlərindən xeyli pulu olduğunu başa düşmüş, Murad yaşca kiçik olduğundan Muradda həmin pulun haradan olması onda maraq oyatmış və o, Muraddan pulu haradan əldə etdiyini soruşmuş, Murad ona bacısının yaşadığı evdə xeyli miqdarda pul olduğunu, bacısına deyərək həmin puldan götürdüyünü və dostlarına xərclədiyini bildirmişdir. Bundan sonra Murada ona da 1000 manat borca pul verməsini xahiş etmiş, Murad bacısına dedikdən sonra ona pul verəcəyini bildirmiş və buna görə də Murad kənara çəkilərək guya bacısı ilə telefonla danışıb bacısının razı olduğunu və səhəri günü ona pul verə biləcəyini demişdir. Bundan sonra onlar səhəri günü Məhrəsə bağında görüşərkən Murad ona 1000 manat pul vermiş, həmin günü o, artıq Muradın bacısının evindən oğurluq etmək fikrinə düşmüş və Muradı sorğu-sual edərək bacısının harada və kiminlə yaşadığını, evdə nə qədər pul olduğunu öyrənməyə başlamışdır. Lakin o, Murada nə üçün sorğu-sual etdiyini, niyətinin nə olduğunu bildirməmişdir. Murad ona bacısının yaşadığı evin yerini, mərtəbəsini, tək yaşadığını, ərinin Rusiya Federasiyasında olduğunu, evə tez-tez pul göndərdiyini, evdə çarpayının altında külli miqdarda pul olduğunu danışmışdır. O, özü əvvəllər Məhrəsə bağı ərazisində yaşadığı üçün həmin ərazini yaxşı tanımışdır. Bundan sonra o, Muradla birlikdə bacısının evindən oğurluq etmələrini və pulu bölmələrini təklif etmiş, lakin Murad onunla razılaşmamış və əgər belə bir fikri olarsa ona deyəcəyini bildirmişdir. Daha sonra isə o, Murada zarafat etdiyini demiş, həmin günü onlar ayrılmışdır. O, Muraddan aldığı 1000 manat pulu 2 gündən sonra Murada qaytarmalı olmuşdur. 2020-ci ilin mart ayında Elviranın ondan hamilə olduğunu bildikləri üçün artıq ərarvad olaraq birlikdə yaşamalarına qərar vermişlər və buna görə də Muraddan aldığı pulla 2020-ci ilin təxminən aprel ayının axırlarında Gəncə şəhərində yerləşən Məhrəsə bağı ərazisində aylığı 230 manata olmaqla kirayə ev tapıb və Elvira ilə daimi olaraq birlikdə həmin evdə yaşamağa başlamışlar. Muraddan aldığı pulu dediyi vaxt ərzində Murada qaytara bilməmişdir. Bundan sonra Murad və Yavər dəfələrlə ona zəng edərək pulu geri istəmiş, bir müddətdən sonra Yavər Muradın puluna görə ona zəng etdikdə o, Yavərə Muradı yaşadığı evin yaxınlığına çağırmasını bildirmiş, bundan sonra üçü yaşadığı evin yaxınlığında görüşmüş, həmin vaxt onların arasında nəyəsə görə mübahisə olduğundan Yavər Muradın əlindən telefonunu almış və yenidən mübahisəni davam etdirməyə başlamışlar. Həmin vaxt Murad qışqırdığı üçün, yaşadığı evin yaxınlğında səs-küy salmasın deyə o, Yavərdən telefonu alaraq Murada qaytarmışdır. Orada bir qədər söhbət etdikdən sonra yenidən Muradın bacısının evindən oğurluq etməyi fikirləşmişdir. Yavərlə Murad qonşuluqda yaşadıqları üçün Yavəri kənara çəkib Muradın bacısı qonşuluğunda yaşayan atası evinə gələrsə ona xəbər etməsini və o da, ev boş olan vaxtı Muradın bacısının evinə girməyi, evdəki pulları oğurlamağı və bölməyi Yavərə təklif etmiş, lakin Yavər onunla razı olmamış, bundan sonra yenidən Muradın yanına qayıtmış və Yavərlə Murad söhbət edərkən Yavər Muraddan 150 manat pul istəmiş, Murad isə bacısından pul alıb verəcəyini bildirmişdir. Buna görə birlikdə Muradın bacısının yaşadığı binanın qarşısına getmiş, Yavərlə o, binanın qarşısında gözləmiş, Murad isə bacısının evinə pul gətirsin deyə getmiş, təxminən bir saat orada gözlədikdən sonra Muradın gəlmədiyini görüb o, Yavərdən aralanaraq evinə getmiş, bundan sonra o, bir daha Yavərlə Muradı görməmiş və onlar bir-biri ilə zəngləşməmişdir. Çünki Yavər və Murad yaşca ondan balaca olmuşlar. Son vaxtalar isə maddi vəziyyəti çətin olduğundan, Elvira hamilə olduğundan özü-özlüyündə Muradın bacısının evinə girərək evdəki pulu götürməsini fikirləşmiş, bu fikirlə 25 iyul 2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdən Muradın bacısının evinə girəcəyi təqdirdə evdə olan adamı qorxuzmaq üçün bir ədəd tutacağı sarı rəngdə olan kiçik mətbəx bıçağını götürərək Məhrəsə bağı ərazisinə getmiş və saat 23 radələrində Muradın bacısının yaşadığı evə zorla daxil olaraq çarpayının altında olan pulları götürüb evdən çıxmışdır. Səhəri günü Elvira ilə Bakı şəhərinə getmiş və pulları saydıqda başa düşmüşdür ki, evdən ümumilikdə ******* (iki milyon yüz əlli beş min) Rus rublu götürmüşdür. Həmin pulun bir hissəsini Bakı şəhərində xərcləyərək Elviraya, özünə mobil telefon, avtomobil almışdır. 07 avqust 2020-ci il tarixdə isə o, Bakı şəhərində evdə olarkən polis əməkdaşları evə gələrək Gəncə şəhəri ərazisində cinayət hadisəsi törətdiyini bildirib onu saxlayaraq polis idarəsinə gətirmişlər. Murad ona pulu bacısına deyərək götürdüyünü bildirsə də, o, şübhələnirdi ki, Murad yalan danışır və evdən oğurluq edir. Lakin o, bunu tam dəqiq olaraq bilmirdi. O, Murada bacısının evindən birlikdə pul oğurlamağı təklif etsə də, Muradı heç vaxt buna məcbur etməmişdir. Bilirdi ki, o, Muradı məcbur etsə Murad uşaq olduğu üçün kiməsə bu barədə məlumat verəcəkdir. Həmin cinayəti törədəcəyindən Muradın heç bir məlumatı olmamışdır. O, Murada bacısının evindən oğurluq etməyi təklif etsə də, Murad onunla razılaşmadıqdan sonra o, bir daha Murada heç bir söz deməmiş və əksinə olaraq Muradla zarafat etdiyini bildirmişdir. Bacısının evinin yerini, mərtəbəsini, pulun olduğu yeri, bacısının tək yaşamasını Muraddan öyrənərkən Murad onun hansı niyyətlə həmin məlumatları əldə etdiyini başa düşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, heç bir işlə məşğul deyil. Gəncə şəhər sakini olan, həmçinin 38 nömrəli orta məktəbdə oxuyan Murad adlı şəxsi uzun müddətdir ki, tanıyır və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2020-ci ilin təxminən mart ayında o, Muradla yenidən görüşərkən Murad cibindən 300 manat pul çıxararaq xərcləmək üçün evlərindən həmin pulu ona verdiklərini və həmin pulu onunla birlikdə xərcləmək istədiyini demişdir. O, Murada heç bir etiraz etməmiş və həmin günü və səhəri günü onlar pulu Gəncə şəhəri ərazisində çayxanada, kafedə xərcləməyə başlamışlar. Bundan bir neçə gün sonra Murad yenə də xərcləmək üçün evlərindən ona pul verdiklərini demiş və bu minvalla Muradla birlikdə olarkən Murad dəfələrlə 200-300-400 manat olmaqla onunla birlikdə pul xərcləməyə başlamışdır. Murad ondan başqa adını bilmədiyi, lakin üzdən tanıdığı digər dostları ilə də pul xərcləyirdi. Muradin həddindən artıq pul xərclədiyini görüb həmin pulu haradan əldə etdiyini yenidən soruşmuş, Murad isə həmin pulu Rusiya Federasiyasında işləyən qardaşının xərcləmək üçün ona göndərdiyini, bəzən isə bacısının xərcləmək üçün ona verdiyini demişdir. Muraddan özünə xərcləməyə borca bir dəfə 200 manat, bir dəfə isə 150 manat olmaqla pul almışdır. Lakın həmin pulu qaytara bilməmişdir. O, əvvəllər Mahrasa bağında yaşayan Qamət adlı şəxsi də tanımış və Qamətlə də, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Qamətlə də, bəzən görüşərək vaxt keçirirmiş. 2020-ci ilin təxminən aprel ayının ortalarında Muradla birlikdə olarkən təsadüfən Qamətə də zəng edərək görüşmələrini istəmişdir. Həmin günü Qamət də yanlarına gəlmiş və onlar bir qədər birlikdə vaxt keçirməyə başlamışlar. Həmin vaxt Qamət Muradın pulunun olduğunu bilmiş və Muraddan özü üçün borca pul istəmişdir. Murad da, Qamətə borca pul verməyə razılaşmışdır. Lakin o, onların söhbətlərinə müdaxilə etməmişdir. Daha sonra Murad bacısının evindən 1000 manat pul gətirərək Qamətə vermişdir. Həmin vaxt Qamət pulu bir neçə günə qaytaracağını demişdir. Qamətin dediyi vaxt gəlib çatdıqda Murad və o, Qamətə zəng edərək pulu verməsini xahiş etmişlər. Onlar yenə də, Qamətlə görüşmüşlər və Qamət pulunun olmadığını, düzəldən kimi verəcəyini demişdir. Həmin günü onlar birlikdə olarkən Qamət onu kənara çəkib ona Muradın bacısı onun qonşuluğunda yaşayan ata evinə gələrsə ona xəbər etməsini, özünün isə ev boş olan vaxtı Muradın bacısının evinə girərək evdəki pulları oğurlamasını və onunla bölməsini təklif etmişdir. Lakin o, Qamətlə razı olmamış və qəti etirazını bildirmişdir. Həmin vaxtdan sonra o, bir daha Qaməti görməmişdir. Həmçinin Muradla da, bir neçə gün görüşdükdən sonra Murad heç bir səbəb bildirmədən ondan ayrılmış və onunla ümumiyyətlə əlaqə saxlamamışdır. O özü də Murada zəng etməmiş və əlaqə saxlamamışdır. Bundan təxminən 1-2 ay sonra polis tərəfindən ona məlumat verilərkən o bilmişdir ki, Muradın bacısının evinə kimsə girərək evdə olan pulları götürmüşdür. Muradın onunla birlikdə xərclədiyi və ona borca verdiyi pulları bacısı Nübarın evindən oğurlaması ilə bağlı onun heç bir məlumatı olmamışdır. O, Muraddan həmin pulu haradan əldə etdiyini soruşduqda Murad həmin pulu qardaşının Rusiya Federasiyasından ona xərcləmək üçün göndərdiyini, bəzən isə bacısının ona verdiyini deyirdi. Muradın ifadəsində onunla birlikdə xərclədiyi pulu bacısının evindən oğurladığını ona bildirməsi barədə göstərdikləri tamamilə yalandır. O heç vaxt Muradın evlərindən pul oğurladığını bilməmişdir. Muradla Qamətin tanışlığı tam təsadüfdən olmuşdur. O, Qaməti bilərəkdən Muradla tanış etməmişdir. Onun yanında Qamət Muradı vurmamışdır və Murada hədə-qorxu gələrək pul tələb etməmişdir. Murad, yalnız onunla birlikdə pul xərcləmişdir. Murad, Qamətə yalnız borca pul vermişdir. Murad kiminsə onu evdən pul oğurlamağa məcbur etməsi barədə ona heç bir söz deməmişdir. Muradın xərclədiyi pulu saymadığı üçün Muradın onunıa birlikldə olduğu müddət ərzində nə qədər pul xərclədiyini bilmir. Nübarın evindən quldurluq edilməsi ilə bağlı onun sonradan məlumatı olmuşdur ki, bu barədə polislər ona demişlər. Həmin günü isə o, həmişə olduğu kimi evində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, avtomobil təmiri ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs, İsa Zeynalov onun oğlanları, Zərərçəkmiş şəxs1 isə qızıdır. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, Zərərçəkmiş şəxs2la ailə həyalı qurmuşdur və iki uşağı vardır. Nübar da öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Afər uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və orada meyvə ticarəti ilə məşğul olur. Afər, il ərzində bir neçə dəfə Azərbaycan Respublikasına gələrək bir müddət öz evində qalır və yenidən Rusiya Federasiyasına qayıdır. İsa Zeynalov da hal-hazırda Rusiya Federasiyasında Afərin yanında işləyir. Murad isə xx xxxxxx 2004-cü il tarixdə dünyaya gəlibdir, Gəncə şəhəri, Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir və onunla birlikdə yaşayır. Nübar öz uşaqları ilə evində tək yaşadığından Murad hər gün Nübarın yaşadığı evə gedərək köməklik göstərir. Afər vaxtaşırı olaraq Rusiya Federasiyasından müxtəlif şəxslərin vasitəsi ilə öz ailəsi üçün pul göndərir və həmin pulu bir çox halda Murad, bəzi hallarda isə qızının qonşusu Fuad adlı şəxs götürərək Nübara vermişdir. Nübar da həmin pulu evdə saxlamışdır. Axrıncı dəfə Afər 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasına gəlmişdir və həmin vaxt Afər, özü ilə bir qədər pul da gətirmişdir, 2020-ci ilin fevral ayında Afər yenidən Rusiya Federasiyasına qayıtmışdır. Afər Rusiya Federasiyasına getdikdən sonra hər 10 gündən bir müxtəlif məbləğlərdə Nübara pul göndərməyə başlamış, az məbləğdə olan pulu Murad, yuxarı məbləğdə olan pulu isə Fuad götürərək Nübara vermişdir. 26 iyul 2020-ci il tarixdə, səhər saat 01 radələrində o, evində olarkən Rusiyadan oğlu İsa ona zəng edərək Nübarın evinə hansısa bıçaqlı şəxsin girərək Nübara hədə-qorxu gəlib evdə olan pulu götürüb qaçdığını ona bildirmişdir. Buna görə o, arvadı Cəmilə ilə birlikdə tez Gəncə şəhərinə, Nübarın evinə gələrək nə baş verdiyini soruşmuşdur. Həmin vaxt 25 iyul 2020-ci il tarixdə, saat təxminən 23 radələrində naməlum şəxs çöldən işıq sayğacından evin işığını söndürmüş, Nübar isə işığı yandırmaq üçün qapını açıb çölə çıxdıqda həmin şəxs zorla evə daxil olaraq bıçaqla Nübarı hədələyib Afərin Rusiya Federasiyasından göndərdiyi və evdə olan pulun bir hissəsini götürərək qaçdığı ona məlum olmuşdur. Bundan sonra polis tərəfindən araşdırma aparılmağa başlamış və onun iştirakı ilə Muradın izahatı alınarkən Murad 2020-ci ilin fevral ayının əvvəllərindən başlayaraq 2020-ci ilin iyul ayının əvvəllərinə qədər olan müddət ərzində qızı Nübarın evinə gedib-gələrkən qızından xəbərsiz evdə olan puldan hissə-hissə 5, 10, 50 və 100 min rubl olmaqla, ümumilikdə 8300000 (səkkiz yüz min) rubl pul götürdüyünü, həmin pulu isə öz dostlarına xərclədiyini, dostlarından isə Qamət adlı şəxsin dəfələrlə Muraddan pul tələb etdiyini, Muradın Nübarın evindən pul götürdüyünü bildikdən sonra Muradla birlikdə Nübarın evinə girərək evdə olan pulları oğurlamağı Murada təklif etdiyini bildirmişdir. Murad həmçinin bildirmişdir ki, Nübarın evindən götürdüyü pulun bir hissəsini Məmməd, Ülvin, Əli, İmaməddin, Yavər və Qamət adlı dostlarına borca vermişdir. Bundan sonra o, Murad qızı Nübarın evindən pul oğurlayaraq dostlarına xərcləyərkən dostlarından Qamət adlı şəxs Nübarın evində pul olduğunu bildikdən sonra Nübarın evinə bıçaqla daxil olaraq Nübara hədə-qorxu gəlib evdə olan pulu götürdüyü başa düşmüşdür. 25 iyul 2020ci il tarixdə o, işdən saat 17 radələrində qayıtmış, qonşuda olan yas mərasiminə görə köməklik etmiş, saat təxminən 22 radələrində isə Murad da kömək etmək üçün onun yanına gəlmiş, lakin artıq köməyə ehtiyac olmadığı üçün Muradla birlikdə həmin saatda evə getmiş və oğlu İsa onlara zəng edib məlumat verənə qədər Murad evdə olmuşdur. O, həmişə işdə olduğu üçün Muradın özünə külli miqdarda pul xərcləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona kiminsə hədə-qorxu gəlməsi və ya bacısı Nübarın evindən pul götürməyə məcbur etməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fərrux qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, İsa Zeynalov onun oğlanları, Zərərçəkmiş şəxs1 isə qızıdır. Zərərçəkmiş şəxs1 2013-cü ildə Zərərçəkmiş şəxs2la ailə həyatı qurmuşdur və iki uşağı vardır. Nübar da öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Afər artıq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və orada meyvə ticarəti ilə məşğul olur. O, il ərzində bir neçə dəfə Azərbaycan Respublikasına gələrək bir müddət öz evində qalır və yenidən Rusiya Federasiyasına qayıdır. İsa Zeynalov da hal-hazırda Rusiya Federasiyasında Afərin yanında işləyir. Murad isə xx xxxxxx 2004-cü il tarixdə dünyaya gəlmişdir. Gəncə şəhəri, Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin 10cu sinif şagirdidir və onunla birlikdə yaşayır. Nübar öz uşaqları ilə evində tək yaşadığından Murad hər gün Nübarın yaşadığı evə gedərək köməklik göstərir. Afər vaxtaşırı olaraq Rusiya Federasiyasından müxtəlif şəxslərin vasitəsi ilə öz ailəsi üçün pul göndərmiş və həmin pulu bir çox halda Murad, bəzi hallarda isə qızının qonşusu Fuad adlı şəxs götürərək Nübara vermişdir. Nübar da həmin pulu evdə saxlamışdır. Axrıncı dəfə Afər 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasına gəlmişdir. 2020-ci ilin fevral ayında Afər yenidən Rusiya Federasiyasına qayıtmışdır. Afər Rusiya Federasiyasına getdikdən sonra hər 10 gündən bir müxtəlif məbləğlərdə Nübara pul göndərməyə başlamış, az məbləğdə olan pulu Murad, yuxarı məbləğdə olan pulu isə Fuad götürərək Nübara vermişdir. 26 iyul 2020-ci il tarixdə, səhər saat 01 radələrində onlar evdə olarkən Rusiyadan oğlu İsa əri Mübarizə zəng edərək Nübarın evinə hansısa bıçaqlı şəxsin girərək Nübara hədə-qorxu gəlib evdə olan pulu götürüb qaçdığını onlara bildirmiş, buna görə onlar birlikdə tez Nübarın evinə gələrək nə baş verdiyini soruşmuş, həmin vaxt 25 iyul 2020-cı il tarixdə, saat təxminən 23 radələrində naməlum şəxs çöldən işıq sayağacından evin işığını söndürmüş, Nübar isə işığı yandırmaq üçün qapını açıb çölə çıxdıqda həmin şəxs zorla evə daxil olaraq bıçaqla Nübarı hədələyib Afərin Rusiya Federasiyasından göndərdiyi və evdə olan pulun bir hissəsini götürərək qaçdığı onlara məlum olmuşdur. Bundan sonra polis tərəfindən araşdırma aparılmağa başlamış və əri Mübarizin iştirakı ilə Muradın izahatı alınarkən Murad, 2020-ci ilin fevral ayının əvvəllərindən başlayaraq 2020ci ilin iyul ayının əvvəllərinə qədər olan müddət ərzində qızı Nübarın evinə gedib-gələrkən qızından xəbərsiz evdə olan puldan hissə-hissə 5,10, 50 və 100 min rubl olmaqla, ümumilikdə 800000 (səkkiz yüz min) rubl pul götürdüyünü, həmin pulu isə öz dostlarına xərclədiyini, dostlarından isə Qamət adlı şəxsin dəfələrlə Muraddan pul tələb etdiyini, Muradın Nübarın evindən pul götürdüyünü bildikdən sonra Muradla birlikdə Nübarın evinə girərək evdə olan pulları oğurlamağı təklif etdiyini bildirmişdir. Murad həmçinin bildirmişdir ki, Nübarın evindən götürdüyü pulun bir hissəsini Məmməd, Ülvi, Əli, İmaməddin, Yavər və Qamət adlı dostlarına borca vermişdir. Bundan sonra Murad qızı Nübarın evindən pul oğurlayaraq dostlarına xərcləyərkən dostlarından Qamət adlı şəxs Nübarın evində pul olduğunu bildikdən sonra Nübarın evinə bıçaqla daxil olaraq Nübara hədə-qorxu gəlib evdə olan pulu götürdüyü onlara məlum olmuşdur. 25 iyul 2020-ci il tarixdə Murad saat təxminən 12 radələrində evdən çıxaraq Nübara qatıq və süd versin deyə Nübarın evinə getmiş, daha sonra isə ona bildirdiyinə görə dostları ilə olmuşdur. Axşama yaxın yenidən Nübarın evinə getmiş orada yemək yedikdən sonra saat təxminən 22 radələrində evə gəlmişdir və oğlu İsa onlara zəng edib məlumat verənə qədər Murad evdə olmuşdur. Son iki-üç ay Muradın əynində təzə köynək, şalvar, ayaqqabı, həmçinin əlində təzə telefon görmüş, Muraddan həmin geyim əşyalarını və telefonu haradan və hansı pulla əldə etdiyini soruşduqda ona həmin paltarları dostu ilə dəyişik geydiyini demiş, bundan əlavə isə Murad özünə mobil telefon almış, həmin mobil telefonu hansısa dostundan kreditə aldığını bildirmişdir. Bundan başqa Muradın özünə külli miqdarda pul xərcləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona kiminsə hədə-qorxu gəlməsi və ya bacısı Nübarın evindən pul götürməyə məcbur etməsi barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2003-cü il tarixdə dünyaya gəlmiş və anası, qardaşı və ata nənəsilə birlikdə yaşayır. Aidə Xəlilova onun anasıdır. Gəncə şəhər sakini olan, həmçinin 38 nömrəli orta məktəbdə oxuyan Murad adlı şəxsi əvvəllər tanımamışdır. Təxminən 2020-ci ilin aprel ayının ortalarında o, Gəncə Mall ticarət mərkəzində Məmməd adlı tanışının vasitəsi ilə Muradla tanış olmuşdur. Ülvini isə uşaqlıqda tanımış və Ülvinlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ülvin də, onun yanıda olarkən onun vasitəsi ilə Muradla tanış olmuşdur. O və Ülvin Muradla tanış olduqdan sonra tez-tez Gəncə şəhəri ərazisində çayxanalara, ticarət mərkəzlərinə, bulvara, həmçinin Daşkəsən rayonu Xaşbulaq kəndi ərazisində, Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşən kafelərə gedərək orada əylənmiş və yeyib-içmişlər. Hesabın pulunu isə hər dəfə Murad ödəmiş, bir müddətdən sonra Muradın xeyli pul xərclədiyini gördükdən sonra o, Muraddan həmin pulları ona Rusiyada meyvə işi ilə məşğul olan qardaşının ona göndərdiyini bildirmişdir. Bundan əlavə o, Muraddan təxminən 500 manata yaxın borca da pul almış, həmin pulu da o, özü üçün xərcləmişdir. Muradla birlikdə pulu xərcləyərkən bir çox hallarda Ülvin də yanlarında olmuşdur. O, bildiyinə görə Murad Ülvinə də, borca pul vermişdir, lakin həmin pulun qədərini o, bilməmişdir. Təxminən ay yarım o, Muradla birlikdə olduqdan sonra Murad sonradan pul xərcləməyi dayandırmış və qardaşının artıq Murada pul göndərmədiyini bildirmişdir. Buna baxmayaraq o, yenə də, Muradla görüşüb vaxtlarını birlikdə keçirməkdə davam etmişlər. Murad kiminsə onu evdən pul oğurlamağa məcbur etməsi barədə ona heç bir söz deməmişdir. Muradin bacısının evindən pul oğurlamasından onun məlumatı olmamışdır. Murad, həmin pulları qardaşının Rusiyadan göndərdiyini demişdir, bir neçə dəfə də, o, Murada rus pulu gəldiyini görmüşdür. Muradın xərclədiyi pullara gəldikdə isə həmin pulu saymadığı üçün Muradın onunla birlikldə olduğu müddət ərzində evdən nə qədər pul götürməsini bilməmişdir. Muradın bacısı Nübarı tanımamış və Nübarın evindən quldurluq edilməsi ilə bağlı onun səhəri günü məlumatı olmuşdur. Həmin günü o, axşam saat 21 radələrinə qədər küçədə olduqdan sonra evə getmiş və bir daha evdən çölə çıxmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid8 Maarif oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2005-ci il tarixdə dünyaya gəlmiş və anası və qardaşı ilə birlikdə yaşayır. Gəncə şəhəri, Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin şagirdidir. Qanuni nümayəndə1 onun anasıdır. Gəncə şəhər sakini olan, həmçinin 38 nömrəli orta məktəbdə oxuyan Murad adlı şəxsi uzun müddətdir ki, tanıyır və Muradla heç bir ədavət və düşmənçilikləri olmamışdır. Əksinə olaraq münasibətləri yaxşı olmuşdur. Muradla boş vaxtlarında şəhər ərazisində çayxanaya gedərək vaxtlarını keçirmişlər. Təxminən 2020-ci ilin may ayında dəqiq gününü xatırlamadığı vaxtda o, Muradla birlikdə olarkən Murad cibindən 200 manat pul çıxararaq həmin pulu onunla birlikdə xərcləməyi təklif etmiş, o, Muraddan həmin pulu haradan əldə etdiyini soruşduqda Murad əvvəlcə ona həmin pulu atasının yanında işləyib qazandığını bildirmişdir. Pulu xərcləmək üçün o, Muradla razılaşmış və həmin günü, həmçinin səhəri günü Bağman ərazisində yerləşən “Döş əti” kafesində, həmçinin mağazada həmin pulu birlikdə xərcləmiş, bu minvalla Murad hər 3-4 gündən bir 200-300 manat arası pul gətirərək birlikdə xərcləmiş, Murad bir neçə dəfə cibindən pul çıxardıqdan sonra o, Murada atasının usta olduğunu və hər dəfə bu qədər pul verə bilməyəcəyini deyib gətirdiyi pulu haradan əldə etdiyini soruşmuş, sonra Murad həmin pulu evlərindən oğurladığını ona bildirmiş, lakin o, Murada evlərindən oğurluq etməməsini məsləhət görmüşdür. Buna baxmayaraq Murad yenə də, evlərindən pul götürüb birlikdə xərcləməkdə davam etmişlər. Bundan əlavə o, Muraddan özünə xərcləməyə 50 manat və 200 manat borca pul almış, həmin pulu da o, özü üçün xərcləmişdir. Muradla birlikdə pulu xərcləyərkən bir çox hallarda Yavər də yanlarında olmuş, onlar Yavərlə çayxanada tanış olmuşlar. O, bildiyinə görə Murad Yavərə də, borca pul vermişdir. Lakin həmin pulun qədərini o, bilməmişdir. Təxminən ay yarım o, Muradla birlikdə olduqdan sonra Murad heç bir səbəb bildirmədən ondan ayrılaraq Əli, Ülvin adlı tanışları ilə gəzməyə, həmçinin onlarla pul xərcləməyə başlamışdır. Daha sonra o, nə baş verdiyini bilməmişdir. Murad kiminsə onu evdən pul oğurlamağa məcbur etməsi barədə ona heç bir söz deməmişdir. O, pulu saymadığı üçün Muradın onunla birlikldə olduğu müddət ərzində evdən nə qədər pul götürməsini bilməmişdir. Muradın evdən götürdüyü pulların götürülmə tarixi və məbləğləri barədə onun dəqiq məlumatı olmamışdır. Nübarın evindən quldurluq edilməsi ilə bağlı onun səhəri günü məlumatı olmuş, həmin günü o, axşam saat 22 radələrinə qədər evdə olmuş, saat 22 radələrində isə qonşuları Azərin evinə gedərək orada internetdə oyun oynamışdır. Saat 23 radələrində isə evlərinə gəlmiş və bir daha evdən çölə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, əsasən kənd təsərrüfatı ilə məşğul olur. Zərərçəkmiş şəxs2 onun qardaşıdır, Zərərçəkmiş şəxs1 Afərin arvadıdır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə uzun müddətdir ki, ailə həyatı qurmuşdur və onların iki uşağı vardır. Afər də öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Afər artıq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və orada meyvə ticarəti ilə məşğul olur. O, il ərzində bir neçə dəfə AzərbaycanRespublikasına gələrək bir müddət öz evində qalmış və yenidən Rusiya Federasiyasına qayıtmışdır. Lakin Afərin evinə gediş gəlişləri az olduğuna görə Afərin evinə pul göndərib-göndərməməsi, nə vaxt və ya kiminlə göndərməsi barədə heç bir məlumatları olmamış və bu barədə də soruşmağa ehtiyac duymamışdır. Axrıncı dəfə Afər 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasına gəlmişdir. 2020-ci ilin fevral ayında Afər yenidən Rusiya Federasiyasına qayıtmışdır. Afər Rusiya Federasiyasında olduğu müddət ərzində isə Nübarın qardaşı Murad bəzən Nübarla qalmış və ya Nübarın evinə tez-tez gedib-gəlmişdir. 26 iyul 2020-ci il tarixdə, səhər saat 05 radələrində o, evində olarkən Rusiyadan qardaşı Afər ona zəng edərək evinə hansısa bıçaqlı şəxsin girərək Nübara hədə-qorxu gəlib evdə olan pulu götürüb qaçdığını ona bildirmişdir. Buna görə o, tez Gəncə şəhərinə, Afərin evinə gələrək nə baş verdiyini öyrənmişdir. Həmin vaxt Afərin Rusiya Federasiyasına getdikdən sonra hər 10 gündən bir müxtəlif məbləğlərdə evinə pul göndərməsi, hadisə baş verən günə qədər Afərin evində 4.700.000 (dörd milyon yeddi yüz min) rubl pul olduğu, hadisə günü isə naməlum şəxsin çöldən işıq sayğacından evin işığını söndürməsi, Nübarın isə işığı yandırmaq üçün qapını açıb çölə çıxdıqda həmin şəxs zorla evə daxil olaraq bıçaqla Nübarı hədələyib evdə olan pulun bir hissəsini götürərək qaçması ona məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 18 may 2004-cü il tarixdə dünyaya gəlmiş, nənəsi Almazla birlikdə yaşayır, atası və anası isə hal-hazırda Rusiya Federasiyasındadırlar. Gəncə şəhəri, Cavadxan adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Gəncə şəhər sakini olan, həmçinin 38 nömrəli orta məktəbdə oxuyan, Bağman qəsəbəsində yaşayan Murad adlı şəxsi 2020-ci ilin əvvəllərindən çayçıya gəlibgedərkən tanımışdır və Muradla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2020-ci ilin təxminən may ayının əvvəllərindən etibarən Muradla birlikdə olarkən Murad ona öz hesabına siqaret, şirniyyatla çay almağa başlamış, o, Muraddan həmin pulu haradan əldə etdiyini soruşduqda Murad həmin pulu işləyib əldə etdiyini demişdir. Bu minvalla Murad hər 3-4 gündən bir görüşürmüş və Gəncə şəhəri ərazisində Murad pul xərcləmişdir. Təxminən bir ay o, Muradla birlikdə olduqdan sonra Murad heç bir səbəb bildirmədən ondan ayrılmış və onunla ümumiyyətlə əlaqə saxlamamışdır. O, özü də Murada zəng etməmiş və Muradla əlaqə saxlamamışdır. Daha sonra isə polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər və orada Muradın bacısının evinə kimsə girərək evdə olan pulları götürdüyü ona məlum olmuşdur. Muradın onunla birlikdə xərclədiyi pulları bacısı Nübarın evindən oğurlaması ilə bağlı onun heç bir məlumatı olmamışdır. O, Muraddan həmin pulu haradan əldə etdiyini soruşduqda Murad həmin pulu işləyib qazandığını demişdir. Murad kiminsə onu evdən pul oğurlamağa məcbur etməsi barədə ona heç bir söz deməmişdir. O, pulu saymadığı üçün Muradın onunla birlikdə olduğu müddət ərzində nə qədər pul xərclədiyini bilməmişdir. 25 iyul 2020-ci il tarixdə Muradın bacısı Nübarın evindən quldurluq edilməsi ilə bağlı onun bir neçə gün sonradan məlumatı olmuş, bu barədə polislər ona demişlər. Həmin günü isə o, həmişə olduğu kimi evlərində olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xüsusi mühafizə xidmətində mühafizəçi işləyir. Həyat yoldaşı Nigar Əfəndiyevadır. Zərərçəkmiş şəxs2 tanıyır və Afər ailəsi ilə birlikdə onun qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs1 Afərin həyat yoldaşıdır. Afərin yaşadığı evlə onların yaşadıqları evdən 1 mərtəbə aşağıdadır. Afərgilin münasibətləri həmişə yaxşı olmuşdur və heç bir ədavət və düşmənçiliyi olmamışdır, onlar daha yaxın qonşu olduqları üçün Afər Rusiya Federasiyasından Azərbaycan Respublikasına pul göndərərkən o, həmin pulu götürərək Nübara vermişdir. Afər Rusiya Federasiyasından bir neçə dəfə hər dəfəsində 500000 (beş yüz min) rus rublu olmaqla pul göndərmişdir və o, həmin pulu “Əminə” Marketdən götürərək Nübara vermişdir. 25 iyul 2020-ci il tarixdə saat təxminən 23:30-da o, işdə olarkən həyat yoldaşı Nigar ona zəng edərək Nübarın evində hansısa hadisə baş verdiyini və Nübarın Nigarı çağırdığını bildirmiş, o, işdə olduğu üçün yoldaşı ilə ehtiyatlı olmasını və lazım gələrsə polisə məlumat verməsini demişdir. Bir qədərdən sonra yenidən yoldaşı ilə əlaqə saxladıqda və nə baş verdiyini soruşduqda Nübar evinə tanımadığı şəxsin zorla girərək bıçaqla Nübarı hədələdiyini və evində olan pulunu götürüb apardığını ona bildirmişdir. Bundan sonra polis tərəfindən araşdırma aparmağa başlamışlar. Afər onun vasitəsi ilə iki dəfə, hər dəfəsində 500000 (beş yüz min) rus rublu olmaqla pul göndərmişdir. Afər digər pulları qaynı Muradın vasitəsi ilə evə göndərmişdir. Hadisə baş verən günü o, işdə olmuşdur və evə səhəri günü saat 11 radələrində gəlmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən və hal-hazırda yetkinlik yaşına çatmayan şəxsdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanserin 22.11.2020-ci il tarixli arayışından görünür ki, Zeynalov X1 Dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserin 23.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİNin BƏSİİ-dən alınmış 20.11.2020-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 11 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 11 noyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş çıxarışdan görünür ki, 24.01.2020-ci il tarixdən 26.07.2020-ci il tarixədək olan dövr ərzində 1 Rus rublu 0,0238 manat olmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirimiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə köməklik etməsini CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş qaydada cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, məhkəmə hesab edir ki, həmin hal CM-nin 59.1.10-cu maddəsində göstərilmiş yüngülləşdirici hal kimi nəzərə alına bilməz. Belə ki, Təqsirləndirilən şəxs cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə köməklik etsə də, o könüllü olaraq gəlib təqsirini boynuna almamış, ayrı-ayrı vaxtlarda oğurluq cinayət əməlini törətməkdə davam etmişdir. Buna baxmayaraq məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə köməklik etməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmadığından bu hal da CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını da məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Belə ki, məhkəmə Şahid5(hazırki iş üzrə şahid) əməlinə cinayət hüquqi qiymət vermək niyyətindən uzaq olaraq onu qeyd edir ki, Nübarın qardaşı Təqsirləndirilən şəxs güvənərək ona əri tərəfindən göndərilmiş pulların götürülməsini həvalə etməsi kimi saf münasibətindən istifadə edərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla yanaşı, bacısının evindən oğurlamış pulları başqa-başqa şəxslərə borc verməsi, məhz Muradın köməkliyi ilə həmin şəxslərin onun bacısının evini tanıması, asanlıqla Şahid5 tərəfindən işıq sayğacının məhz bacısı Nübara məxsus mənzilin sayğacı olmasının müəyyən edilməsi, həmin sayğacın söndürülərək bacısı Nübarın məcburən sayğaca baxmaq üçün qapını açması, pulların yerinin asanlıqla aşkar edilməsi Təqsirləndirilən şəxs şəxsiyyətindəki çatışmazlıqların nəticəsində baş vermişdir. Ona görə də məhkəmə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab etmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs yeniyetməlik dövründə olduğundan hazırki vaxtda ona həyat mövqeyi strateji əhəmiyyətə malik olmaqla gələcəyə yönəlməlidir. Bu baxımdan da azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə Təqsirləndirilən şəxs islah olunması mümkün görünmür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxs barəsində hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vəsaitlərin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsusu cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prossesual Məcəlləsinin 155.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə mülki iddiaya da münasibət bildirərək onu qeyd edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi cinayət əməli nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə 800.000(səkkiz yüz min)Rus rublu məbləğində maddi ziyan dəymiş, həmin ziyandan 500 manat pulun zərərçəkmiş şəxslərə ödənilməsi işin mübahisəsiz halına çevrilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ödənilmiş 500 manat 21740 rus rubluna bərabər olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə 778260 rus rublu məbləğində pul ödənilməmiş qalmışdır. ММ-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. ММ-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, mülki iddia maddi ziyana aid hissədə qismən təmin edilməli, 778260(yeddi yüz yetmiş səkkiz min iki yüz altmış) rus rublu hökmün icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməli, iddia tələbi maddi ziyana aid qalan hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1104.2-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs gəliri və ya hansı əmlakının olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, dəymiş maddi ziyan onun atası Şahid3 tutulmalıdır. Məhkəmə mülki iddianın mənəvi ziyana aid hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Mülki iddiaçılar iddia edirlər ki, baş vermiş hadisələr nəticəsində onların nikahları belə pozulmaq mərhələsinə gəlib çıxmışdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, həmin cəzanın təyin edilməsi zərərçəkmiş şəxslərdə baş vermiş sarsıntıları qismən də olsa geri qoymuşdur.Bundan başqa da göründüyü kimi ər-arvad olaraq birgə iddiaçılar qismində onların çıxış etmələri baş verən hadisənin onların nikah münasibətlərinə təsirsiz ötüşməsindən xəbər verir. Bundan başqa da məhkəmə mülki iddiaçıların diqqətinə onu da çatdırır ki, hazırda ailə münasibətlərinin davam etdirilməsi Ailə Məcəlləsinin 3.0.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasından xəbər verir. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Cinayət işi üzrə məhkəmə xərcləri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, onun məhkəmə iclas zalında həbsə alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-354, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalında dərhal həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən,yəni 08 dekabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə mülki iddia qismən təmin edilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın əvəzi olan 778260(yeddi yüz yetmiş səkkiz min iki yüz altmış) rus rublu hökmün icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs valideyni Şahid3 alınaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia qalan hissələrdə təmin edilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar