Məhkəmə qərarları › İş №1(044)-85/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-85/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-85/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Şahid8 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X5, X1, X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ünvan 3idxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ünvan 3idxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ünvan 3idxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla yaşayış evinin saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda oğurluq etmişdir. Belə ki, o, 10 sentyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq vahid niyyətlə evdə bir ədəd 550 manat dəyərində 4x5 ölçüdə xalça, bir ədəd 600 manat dəyərində 3x5 ölçüdə xalça, bir ədəd 400 manat dəyərində 2x4 ölçüdə xalça, bir ədəd 480 manat dəyərində 3x3 ölçüdə xalça, bir ədəd 200 manat dəyərində 1x1.5 ölçüdə xalça, bir ədəd 1200 manat dəyərində iki filtirli tozsoran, bir ədəd 150 manat dəyərində blender, bir ədəd 80 manat dəyərində mikser, 30 manat dəyərində bir ədəd mikser, bir ədəd 500 manat dəyərində 5 kiloqramlıq “LG” markalı paltaryuyan, bir ədəd 700 manat dəyərində “Samsung” markalı 6 kiloqramlıq paltaryuyan, bir ədədi 30 manata olmaqla 1200 manat dəyərində 40 ədəd xrustal stəkanlar, 80 manat dəyərində qazan dəsti, 60 manat dəyərində bir ədəd böyük qazan, 150 manat dəyərində 5 ədədli qazan dəsti, 60 manat dəyərində bir ədəd şirəli qazan, 300 manat dəyərində bir ədəd qazan dəsti, bir ədədi 100 manata olmaqla 200 manat dəyərində iki ədəd alminium qazan, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində iki ədəd böyük ölçüdə qazan, 1 ədədi 50 manata olmaqla 100 manat dəyərində 2 ədəd sadə qazan, bir ədəd 170 manat dəyərində mikrodalğalı soba, bir ədəd 200 manat dəyərində “Rainford” markalı mikrodalğalı soba, 300 manat dəyərində yataq örtüyü, bir ədədi 10 manat olmaqla 140 manat dəyərində əl-üz dəsmalı, bir ədəd 50 manat dəyərində qadın üçün hamam xalatı, bir ədədi 20 manat olmaqla 80 manat dəyərində dörd ədəd can dəsmalı, bir dəst 100 manat dəyərində xrustal rumka, bir ədəd 50 manat dəyərində elektrikli ətçəkən, bir 80 manat dəyərində elektikli meyvə-tərəvəz doğrayan, 350 manat dəyərində 48 nəfərlik boşqab dəsti, 130 manat dəyərində elektrikli çaynik dəsti, bir ədədi 50 manat olmaqla 100 manat dəyərində iki ədəd ütü, 320 manat dəyərində 12 nəfərlik nahar servisi, bir ədəd 110 manat dəyərində su motoru, bir ədəd 80 manat dəyərində fen, bir ədəd 250 manat dəyərində jurnalni stol, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində 2 ədəd nərdtaxta, bir ədəd 150 manat dəyərində böyük ölçüdə çaynik, bir ədədi 10 manata olmaqla 60 manat dəyərində 6 ədəd su qabı, bir ədəd 150 manat dəyərində böyük ölçüdə gecə lampası, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd kompot qabı, bir ədəd 100 manat dəyərində qırmızı rəngli gül qabı, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində iki ədəd xrustal meyvə qabı, 100 manat dəyərində 6 ədəd bakal, bir ədədi 2 manata olmaqla 144 manat dəyərində 72 ədəd boşqab, bir ədədi 25 manata olmaqla 50 manat dəyərində iki ədəd üçmərtəbəli çərəz qabları, bir ədədi 400 manat olmaqla 800 manat dəyərində 2 ədəd xrustal giləmeyvə qabı, 1 ədəd 350 manat dəyərində 30 sm hündürlükdə xrustal gül qabı, 1 ədəd 600 manat dəyərində 33 sm hündürlükdə xrustal bogema gül qabı, 1 ədəd 200 manat dəyərində üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), 1 ədəd 150 manat dəyərində elektrikli samovar, bir ədəd 80 manat dəyərində samovar, 1 dəsti 100 manat olmaqla 300 manat dəyərində 3 dəst yastıq, yorğan və döşək üzlükləri, 1 ədədi 150 manat olmaqla 300 manat dəyərində 2 ədəd parçadan olan stol üzlüyü, 15 manat dəyərində 6 ədəd nəlbəki, 30 manat dəyərində 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çay qaşığı, 200 manat dəyərində 1 ədəd mis qazan və 20 manat dəyərində 6 ədəd fincan və nəlbəkiləri, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 14029 (on dörd min iyirmi doqquz) manat dəyərində qeyd olunan əşyaları talamaqla xeyli miqdarda oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla yaşayış evinin saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda oğurluq etmişdir. Belə ki o, 10 sentyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq vahid niyyətlə evdə bir ədəd 550 manat dəyərində 4x5 ölçüdə xalça, bir ədəd 600 manat dəyərində 3x5 ölçüdə xalça, bir ədəd 400 manat dəyərində 2x4 ölçüdə xalça, bir ədəd 480 manat dəyərində 3x3 ölçüdə xalça, bir ədəd 200 manat dəyərində 1x1.5 ölçüdə xalça, bir ədəd 1200 manat dəyərində iki filtirli tozsoran, bir ədəd 150 manat dəyərində blender, bir ədəd 80 manat dəyərində mikser, 30 manat dəyərində bir ədəd mikser, bir ədəd 500 manat dəyərində 5 kiloqramlıq “LG” markalı paltaryuyan, bir ədəd 700 manat dəyərində “Samsung” markalı 6 kiloqramlıq paltaryuyan, bir ədədi 30 manata olmaqla 1200 manat dəyərində 40 ədəd xrustal stəkanlar, 80 manat dəyərində qazan dəsti, 60 manat dəyərində bir ədəd böyük qazan, 150 manat dəyərində 5 ədədli qazan dəsti, 60 manat dəyərində bir ədəd şirəli qazan, 300 manat dəyərində bir ədəd qazan dəsti, bir ədədi 100 manata olmaqla 200 manat dəyərində iki ədəd alminium qazan, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində iki ədəd böyük ölçüdə qazan, 1 ədədi 50 manata olmaqla 100 manat dəyərində 2 ədəd sadə qazan, bir ədəd 170 manat dəyərində mikrodalğalı soba, bir ədəd 200 manat dəyərində “Rainford” markalı mikrodalğalı soba, 300 manat dəyərində yataq örtüyü, bir ədədi 10 manat olmaqla 140 manat dəyərində əl-üz dəsmalı, bir ədəd 50 manat dəyərində qadın üçün hamam xalatı, bir ədədi 20 manat olmaqla 80 manat dəyərində dörd ədəd can dəsmalı, bir dəst 100 manat dəyərində xrustal rumka, bir ədəd 50 manat dəyərində elektrikli ətçəkən, bir 80 manat dəyərində elektikli meyvə-tərəvəz doğrayan, 350 manat dəyərində 48 nəfərlik boşqab dəsti, 130 manat dəyərində elektrikli çaynik dəsti, bir ədədi 50 manat olmaqla 100 manat dəyərində iki ədəd ütü, 320 manat dəyərində 12 nəfərlik nahar servisi, bir ədəd 110 manat dəyərində su motoru, bir ədəd 80 manat dəyərində fen, bir ədəd 250 manat dəyərində jurnalni stol, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində 2 ədəd nərdtaxta, bir ədəd 150 manat dəyərində böyük ölçüdə çaynik, bir ədədi 10 manata olmaqla 60 manat dəyərində 6 ədəd su qabı, bir ədəd 150 manat dəyərində böyük ölçüdə gecə lampası, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd kompot qabı, bir ədəd 100 manat dəyərində qırmızı rəngli gül qabı, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində iki ədəd xrustal meyvə qabı, 100 manat dəyərində 6 ədəd bakal, bir ədədi 2 manata olmaqla 144 manat dəyərində 72 ədəd boşqab, bir ədədi 25 manata olmaqla 50 manat dəyərində iki ədəd üçmərtəbəli çərəz qabları, bir ədədi 400 manat olmaqla 800 manat dəyərində 2 ədəd xrustal giləmeyvə qabı, 1 ədəd 350 manat dəyərində 30 sm hündürlükdə xrustal gül qabı, 1 ədəd 600 manat dəyərində 33 sm hündürlükdə xrustal bogema gül qabı, 1 ədəd 200 manat dəyərində üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), 1 ədəd 150 manat dəyərində elektrikli samovar, bir ədəd 80 manat dəyərində samovar, 1 dəsti 100 manat olmaqla 300 manat dəyərində 3 dəst yastıq, yorğan və döşək üzlükləri, 1 ədədi 150 manat olmaqla 300 manat dəyərində 2 ədəd parçadan olan stol üzlüyü, 15 manat dəyərində 6 ədəd nəlbəki, 30 manat dəyərində 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çay qaşığı, 200 manat dəyərində 1 ədəd mis qazan və 20 manat dəyərində 6 ədəd fincan və nəlbəkiləri, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 14029 (on dörd min iyirmi doqquz) manat dəyərində qeyd olunan əşyaları talamaqla xeyli miqdarda oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla yaşayış evinin saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda oğurluq etmiş və bundan başqa qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 10 sentyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq vahid niyyətlə evdə bir ədəd 550 manat dəyərində 4x5 ölçüdə xalça, bir ədəd 600 manat dəyərində 3x5 ölçüdə xalça, bir ədəd 400 manat dəyərində 2x4 ölçüdə xalça, bir ədəd 480 manat dəyərində 3x3 ölçüdə xalça, bir ədəd 200 manat dəyərində 1x1.5 ölçüdə xalça, bir ədəd 1200 manat dəyərində iki filtirli tozsoran, bir ədəd 150 manat dəyərində blender, bir ədəd 80 manat dəyərində mikser, 30 manat dəyərində bir ədəd mikser, bir ədəd 500 manat dəyərində 5 kiloqramlıq “LG” markalı paltaryuyan, bir ədəd 700 manat dəyərində “Samsung” markalı 6 kiloqramlıq paltaryuyan, bir ədədi 30 manata olmaqla 1200 manat dəyərində 40 ədəd xrustal stəkanlar, 80 manat dəyərində qazan dəsti, 60 manat dəyərində bir ədəd böyük qazan, 150 manat dəyərində 5 ədədli qazan dəsti, 60 manat dəyərində bir ədəd şirəli qazan, 300 manat dəyərində bir ədəd qazan dəsti, bir ədədi 100 manata olmaqla 200 manat dəyərində iki ədəd alminium qazan, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində iki ədəd böyük ölçüdə qazan, 1 ədədi 50 manata olmaqla 100 manat dəyərində 2 ədəd sadə qazan, bir ədəd 170 manat dəyərində mikrodalğalı soba, bir ədəd 200 manat dəyərində “Rainford” markalı mikrodalğalı soba, 300 manat dəyərində yataq örtüyü, bir ədədi 10 manat olmaqla 140 manat dəyərində əl-üz dəsmalı, bir ədəd 50 manat dəyərində qadın üçün hamam xalatı, bir ədədi 20 manat olmaqla 80 manat dəyərində dörd ədəd can dəsmalı, bir dəst 100 manat dəyərində xrustal rumka, bir ədəd 50 manat dəyərində elektrikli ətçəkən, bir 80 manat dəyərində elektikli meyvə-tərəvəz doğrayan, 350 manat dəyərində 48 nəfərlik boşqab dəsti, 130 manat dəyərində elektrikli çaynik dəsti, bir ədədi 50 manat olmaqla 100 manat dəyərində iki ədəd ütü, 320 manat dəyərində 12 nəfərlik nahar servisi, bir ədəd 110 manat dəyərində su motoru, bir ədəd 80 manat dəyərində fen, bir ədəd 250 manat dəyərində jurnalni stol, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində 2 ədəd nərdtaxta, bir ədəd 150 manat dəyərində böyük ölçüdə çaynik, bir ədədi 10 manata olmaqla 60 manat dəyərində 6 ədəd su qabı, bir ədəd 150 manat dəyərində böyük ölçüdə gecə lampası, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd kompot qabı, bir ədəd 100 manat dəyərində qırmızı rəngli gül qabı, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində iki ədəd xrustal meyvə qabı, 100 manat dəyərində 6 ədəd bakal, bir ədədi 2 manata olmaqla 144 manat dəyərində 72 ədəd boşqab, bir ədədi 25 manata olmaqla 50 manat dəyərində iki ədəd üçmərtəbəli çərəz qabları, bir ədədi 400 manat olmaqla 800 manat dəyərində 2 ədəd xrustal giləmeyvə qabı, 1 ədəd 350 manat dəyərində 30 sm hündürlükdə xrustal gül qabı, 1 ədəd 600 manat dəyərində 33 sm hündürlükdə xrustal bogema gül qabı, 1 ədəd 200 manat dəyərində üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), 1 ədəd 150 manat dəyərində elektrikli samovar, bir ədəd 80 manat dəyərində samovar, 1 dəsti 100 manat olmaqla 300 manat dəyərində 3 dəst yastıq, yorğan və döşək üzlükləri, 1 ədədi 150 manat olmaqla 300 manat dəyərində 2 ədəd parçadan olan stol üzlüyü, 15 manat dəyərində 6 ədəd nəlbəki, 30 manat dəyərində 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çay qaşığı, 200 manat dəyərində 1 ədəd mis qazan və 20 manat dəyərində 6 ədəd fincan və nəlbəkiləri, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 14029 (on dörd min iyirmi doqquz) manat dəyərində qeyd olunan əşyaları talamaqla xeyli miqdarda oğurluq cinayəti törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 5.540 qram və 1 ədəd bükümdə 0,715 qram, ümumilikdə 6,255 qram 2 büküm psixotrop maddə olan metamfetamini əldə edib əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlamış və daşımış, 04 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 5-ci döngədə saxlanılıb Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə 5.540 qram və 1 ədəd bükümdə 0,715 qram, ümumilikdə 6,255 qram 2 büküm psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri onların özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər plastik qapı və pəncərə ustası kimi fəaliyyət göstərmiş, müştəri olan zaman plastik pəncərələrin hazırlanması ilə məşğul olmuşdur. O, əvvəllər də qanunsuz olaraq narkotik vasitədən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. 10 sentyabr 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 və qonşusu Təqsirləndirilən şəxs3 birlikdə söhbət edərkən Təqsirləndirilən şəxs3 onlara bildirmişdir ki, qohumunun Gəncə şəhəri, Məhəsti küçəsində evi var, qohumu Azərbaycan Respublikasında deyil, Rusiya Federasiyasında yaşadığı üçün həmin evdə heç kim olmur. Qədir qohumunun evindən gedib oğurluq etməyi onlara təklif etmişdir. Onların xərcləməyə pulları olmadığı üçün o da Elcanla birlikdə Qədirin təklifi ilə razılaşmışlar. Həmin gün axşam saat 20 radələrində onlar piyada ünvan 8 ünvana getmişlər. O, Qədirin qohumunun evinin üç mərtəbəli olduğunu görmüşdür. Elcan evin darvazasının üzərindən evin həyətinə tullanmış və içəridən qapını açmışdır. Elcan qapını açdıqdan sonra onlar içəri daxil olmuşlar. Onların üçündə də alışqan olmuşdur. Onlar alışqanın işığından fanar kimi istifadə etməklə qapısı açıq vəziyyətdə olan evin birinci mərtəbəsinə daxil olmuşlar. Evin ikinci və üçüncü mərtəbəsi təmirsiz olduğu üçün onlar ikinci və üçüncü mərtəbəyə çıxmamışlar. Evin birinci mərtəbəsi dörd otaqlı olmuşdur. Onlar otaqları gəzmişlər və evdə hansı əşyaların satılıb-satılmayacağını öz aralarında söhbət etmişlər. Sonra onlar evdən bir ədəd qırmızı rəngli gül qabı, iki ədəd meyvə qabı, altı ədəd boşqablar, 6 ədəd fincan, 6 ədəd nəlbəki, bir ədəd çaynik, iki ədəd duz qabları, üç ədəd mürəbbə qablarını evin otağından evin həyətinə gətirib qoymuşlar. Sonra Elcan evdə olan sandığın içərisinə baxanda orada evin qapısının açarını tapmışdır. Onlar fikirləşmişlər ki, gec olduğu üçün səhərisi gün taksi tutarlar və həmin əşyaları aparıb sataraq pul əldə edərlər. Ona görə də onlar həmin gün çıxıb getmişlər. Səhərisi gün, yəni 11 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində onlar birlikdə yoldan keçən tanımadıqları taksi ilə həmin ünvana getmişlər və qapını açarla açıb həyətə qoyduqları əşyaları götürüb Gəncə şəhəri, Sabir küçəsində qabqacaq alan Sərxan adlı şəxsin yanına aparmışlar. Onlar oğurladıqları həmin əşyaların hamısını onun şəxsiyyət vəsiqəsi ilə 470 manata satmışlar. Qədir əldə etdikləri puldan Elcana verməmişdir. Həmin 470 manat pulu o, Qədirlə birlikdə xərcləmişlər. Təxminən 4 gün keçdikdən sonra pulları qurtardığı üçün Qədir ona bildirmişdir ki, yenidən qohumunun evinə gedib oğurluq etsinlər. Həmin vaxt onun da pulu qurtardığı üçün o, Qədirlə razılaşmış və həmin günü, yəni 15 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində həmin evə getmişlər. Qədir evin qapısının açarını ona vermiş və o, qapını açmış və onlar içəri daxil olmuşlar. Onlar həyətdə yerdə qutunun içərisində iki ədəd stəkan dəsti, 6 ədəd bakal, bir ədəd mikser, iki ədəd balaca ölçüdə xalça və bir ədəd böyük ölçüdə xalça görmüşlər. O, Qədirlə yoldan keçən tanımadıqları taksi ilə həmin əşyaları götürüb Gəncə şəhərində mərkəzi bazara aparıb adını bilmədiyi qadına onun şəxsiyyət vəsiqəsi ilə 200 manata satmışlar. Sonra yenə onların pulları qurtardığı üçün fikirləşmişlər ki, yenidən həmin evə gedib oğurluq etsinlər. Onlar bu məqsədlə 18 sentyabr 2020-ci il tarixdə, saat 11 radələrində həmin ünvana getmişlər. Onlar özlərində olan açarla qapını açıb evin içərisinə daxil olmuşlar, evin mətbəxindən bir ədəd qazan dəsti, iki ədəd alminium qazan, iki ədəd böyük ölçüdə qazan, 72 ədəd boşqab və iki ədəd çərəz qablarını götürüb yoldan keçən tanımadıqları taksi ilə Gəncə şəhərində mərkəzi bazara aparıb adını bilmədiyi həmin qadına onun şəxsiyyət vəsiqəsi ilə 170 manata satmışlar, əldə etdikləri pulları Qədirlə birlikdə xərcləmişlər. Bundan başqa o, heç bir yerdən oğurluq etməmişdir. O, cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs3 ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildirdiyi üçün bu səbəbdən də onlar əşyaları hissəhissə oğurlayıb satmışlar ki, onlardan şübhələnən olmasın. Onlar ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildikləri üçün hətta bir neçə dəfə həmin evdə də gecələmişlər, evin açarı onların özündə də olmuşdur. Onlar 10 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zamanı evdə olan əşyaların hamısını oğurlamaq niyyətləri olmuş, lakin fikirləşmişlər ki, imkan daxilində hissə-hissə evdəki əşyaların hamısını oğurlayarlar. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 sentyabr 2020-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə söhbət edərkən Təqsirləndirilən şəxs3 onlara bildirmişdir ki, qohumunun Gəncə şəhəri, Məhsəti küçəsində evi var, həmin qohumu Azərbaycan Respublikasında deyil, Rusiya Federasiyasında yaşadığı üçün evdə heç kim olmur. Təqsirləndirilən şəxs3 qohumunun evindən gedib oğurluq etməyi onlara təklif etmişdir. Hüseynlə birlikdə Qədirin təklifi ilə razılaşmışlar. Həmin gün, saat 20 radələrində onlar piyada ünvan 8 ünvana getmişlər. O, evin üç mərtəbəli olduğunu görmüşdür. O, evin darvazasının üzərindən evin həyətinə tullanmış və içəridən qapını açmışdır. O, qapını açdıqdan sonra Hüseyn və Qədir içəri daxil olmuşlar. Onların üçü də əllərindəki alışqanın fanarı ilə qapısı açıq vəziyyətdə olan evin birinci mərtəbəsinə daxil olmuşlar. Həmin evin ikinci və üçüncü mərtəbəsi təmirsiz vəziyyətdə olduğu üçün onlar ikinci və üçüncü mərtəbəyə çıxmamışlar. Evin birinci mərtəbəsində dörd otaq olmuş, onlar otaqları gəzmişlər və evdə hansı əşyaların satılıb-satılmayacağını öz aralarında söhbət etmişlər. Sonra onlar evdən bir ədəd qırmızı rəngli gül qabı, iki ədəd meyvə qabı, altı ədəd boşqablar, 6 ədəd fincan, 6 ədəd nəlbəki, bir ədəd çaynik, iki ədəd duz qabları, üç ədəd mürəbbə qablarını evin otağından evin həyətinə çıxardıb qoymuşlar. Bundan sonra o, evdə olan sandığın içərisinə baxanda oradan evin iki ədəd qapısının açarını tapmışdır. Onlar fikirləşmişlər ki, həmin vaxt gec olduğu üçün səhərisi gün taksi tutarlar və həmin əşyaları aparıb sataraq pul əldə edərlər. Ona görə də onlar həmin günü evdən çıxıb getmişlər. Səhərisi gün, yəni 11 sentyabr 2020-ci il tarixdə onlar birlikdə yoldan keçən tanımadıqları taksi ilə həmin ünvana getmişlər, açarla qapını açmışlar, həyətə qoyduqları əşyaları götürüb Gəncə şəhəri, Sabir küçəsində qab-qacaq alan Sərxan adlı şəxsin yanına aparmışlar və həmin əşyaların hamısını Hüseynin şəxsiyyət vəsiqəsi ilə 470 manata satmışlar, 470 manat puldan Qədir ona pul verməmişdir. O, evin açarının birini Qədirə vermiş, açarın biri isə onun özündə qalmışdır. 10 gündən sonra, yəni 21 sentyabr 2020-ci il tarixdə o, fikirləşmişdir ki, özü tək gedib həmin evdən oğurluq etsin. Həmin gün, saat təxminən 07 radələrində o, tanımadığı taksi ilə həmin ünvana getmiş, həmin evin özünə məxsus olduğunu taksi sürücüsünə bildirmişdir. O, özündə olan açarla evin qapısını açanda həyətdə bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşını və üzərində də mikrodalğalı soba görmüşdür. O, güman etmişdir ki, həmin paltaryuyanı və mikrodalğalı sobanı Qədir gətirib oraya qoymuşdur. O, həmin paltaryuyanı və mikrodalğalı sobanı taksiyə qoyub 23 nömrəli məktəbin arxasında yarımçıq tikilidə aparıb gizlətmişdir ki, sonra aparıb satar, lakin aparıb sata bilməmişdir. Bundan başqa o, heç bir yerdən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin evdən təkrar olaraq oğurluq etməkləri barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildirdiyi üçün bu səbəbdən də onlar əşyaları hissəhissə oğurlayıb satmışlar ki, onlardan şübhələnən olmasın. Onlar ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildikləri üçün hətta bir neçə dəfə həmin evdə də gecələmişlər, evin açarı onların özündə də olmuşdur. Onlar 10 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zamanı evdə olan əşyaların hamısını oğurlamaq niyyətləri olmuş, lakin fikirləşmişlər ki, imkan daxilində hissə-hissə evdəki əşyaların hamısını oğurlayarlar. Çünki əşyaların hamısını bir dəfəyə oğurlasaydılar qonşular görüb şübhələnərdilər. Ona görə də əşyaları hissə-hissə müxtəlif vaxtlarda oğurlamışlar. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 sentyabr 2020-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə söhbət edən zaman pulları olmadığı üçün gedib oğurluq etməyi həmin şəxslərə təklif etmişdir. O, sahibi Rusiya Federasiyasında yaşadığı üçün evdə heç kim olmayan Gəncə şəhəri, Məhsəti küçəsində yerləşən evdən oğurluq etməyi təklif etmişdir. Hüseyn və Elcan da onunla razılaşmışlar. Həmin gün, saat 20 radələrində onlar piyada ünvan 8 ünvana getmişlər. Elcan evin darvazasının yuxarı hissəsində yerləşən dəmir barmaqlığın üzərindən evin həyətinə tullanmış və içəridən qapını açmışdır. Elcan qapını açdıqdan sonra onlar içəri daxil olmuşlar. Onlar özlərində olan alışqanın fanarı ilə qapısı açıq vəziyyətdə olan evin birinci mərtbəsinə daxil olmuşlar. Evin ikinci və üçüncü mərtəbəsi isə təmirsiz olduğu üçün onlar ikinci və üçüncü mərtəbəyə çıxmamışlar. Evin birinci mərtəbəsi dörd otaqlı olmuşdur. Onlar otaqları gəzmişlər, evdə hansı əşyaların satılıb-satılmayacağını öz aralarında söhbət etmişlər. Sonra onlar evdən bir ədəd qırmızı rəngli gül qabı, iki ədəd meyvə qabı, altı ədəd boşqablar, 6 ədəd fincan, 6 ədəd nəlbəki, bir ədəd çaynik, iki ədəd duz qabları, üç ədəd mürəbbə qablarını evin otağından evin həyətinə gətirib qoymuşlar. Elcan evdə olan sandığın içərisindən iki ədəd evin qapısının açarını tapmışdır. Onlar fikirləşmişlər ki, gec olduğu üçün səhərisi gün taksi tutub həmin ünvana gələrlər və oğurladıqları həmin əşyaları aparıb satıb pul əldə edərlər. Ona görə də həmin günü evdən çıxıb getmişlər. Səhərisi gün, 11 sentyabr 2020-ci il tarixdə onlar birlikdə yoldan keçən tanımadıqları taksi ilə həmin ünvana getmişlər və qapını açıb həyətə qoyduqları əşyaları götürüb Gəncə şəhəri, Sabir küçəsində qab-qacaq alan Sərxan adlı şəxsin yanına getmişlər. Onlar oğurladıqları həmin əşyaların hamısını Hüseynin şəxsiyyət vəsiqəsi ilə 470 manata satmışlar. Sonra evin açarının birini Elcan ona vermiş, açarın biri isə Elcanda qalmışdır. O, əldə etdiyi həmin 470 manat puldan Elcana pul verməmişdir. Həmin pulu Hüseynlə birlikdə xərcləmişlər. Təxminən 4 gündən sonra pulları qurtardığı üçün onlar yenidən, yəni 15 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində həmin evə getmişlər. Onlar evin qapısını açıb içəri daxil olmuşlar. Onlar həyətdə yerdə qutunun içərisində iki ədəd stəkan dəsti, 6 ədəd bakal, bir ədəd mikser, iki ədəd balaca ölçüdə xalça və bir ədəd böyük ölçüdə xalça görmüşlər. Onlar yoldan keçən tanımadıqları taksi ilə həmin əşyaları götürüb Gəncə şəhərində mərkəzi bazarın yaxınlığında yerləşən adını bilmədiyi qadına Hüseynin şəxsiyyət vəsiqəsi ilə 200 manata aparıb satmışlar. Həmin 200 manat pulu da Hüseyn ilə birlikdə xərcləmişlər. Sonra yenə onların pulları qurtardığı üçün onlar yenidən həmin evə gedib oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar 18 sentyabr 2020-ci il tarixdə, saat 11 radələrində həmin ünvana getmişlər. Onlar özlərində olan açarla evin qapısını açıb içəriyə daxil olmuşlar. Onlar evin mətbəxindən bir ədəd qazan dəsti, iki ədəd alminium qazan, iki ədəd böyük ölçüdə qazan, 72 ədəd boşqab və iki ədəd çərəz qablarını götürüb yoldan keçən tanımadıqları taksi ilə Gəncə şəhərində mərkəzi bazara aparıb adını bilmədiyi həmin qadına Hüseynin şəxsiyyət vəsiqəsi ilə 170 manata satmışlar, əldə etdikləri pulları da birlikdə xərcləmişlər. Bundan başqa pulu olmadığı üçün onun özü tək 28 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində həmin evdən 1 ədəd elektrikli samovar, 1 ədəd çarpayı örtüyü, 3 dəst yastıq, yorğan və döşək üzlükləri və 1 ədəd parçadan olan stol üzlüyünü Gəncə şəhərində Mərkəzi bazarın yaxınlığında yerləşən dükanda adını bilmədiyi qadına öz şəxsiyyət vəsiqəsi ilə 70 manata satmışdır. Bundan başqa 05 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində pulu olmadığı üçün həmin evdən 6 ədəd nəlbəki, 1 ədəd üçmərtəbəli çərəz qabı, 2 ədəd qazan, 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çay qaşığını oğurlayıb Gəncə şəhərində Mərkəzi bazarın yaxınlığında yerləşən dükanda adını bilmədiyi qadına öz şəxsiyyət vəsiqəsi ilə 50 manata satmışdır. Bundan başqa 08 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində yenə pulu olmadığı üçün həmin evdən 1 ədəd parçadan olan stol örtüyü, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd mis qazan, 6 ədəd fincan və nəlbəkiləri Gəncə şəhərində Mərkəzi bazarın yaxınlığında yerləşən dükanda adını bilmədiyi qadına öz şəxsiyyət vəsiqəsi ilə 40 manata satmışdır. O, tanışları Elcan və Hüseynlə birlikdə ünvan 8 ünvanda yerləşən evdən müxtəlif vaxtlarda və xatırlamadığı tarixlərdə dəqiq bilmədikləri sayda məişət əşyaları oğurlayıb tanımadıqları şəxslərə satmışlar. Onlar əldə etdikləri pulları da öz ehtiyacları üçün xərcləmişlər. O, etdiyi oğurluq hadisəsinə görə çox peşman olmuşdur. O, bundan başqa heç bir yerdən oğurluq etməmiş, cinayət yolu ildə əldə etdikləri pulları öz ehtiyacları üçün xərcləmişdir. O, ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildiyinə görə əşyaları hissə-hissə oğurlayıb satmışlar ki, onlardan şübhələnən olmasın. Ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildikləri üçün hətta bir neçə dəfə həmin evdə də gecələmişlər, evin açarı onların özündə də olmuşdur. Onlar 10 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zamanı evdə olan əşyaların hamısını oğurlamaq niyyətləri olmuş, lakin fikirləşmişlər ki, imkan daxilində hissə-hissə evdəki əşyaların hamısını oğurlasınlar. Bundan başqa o, 5 ildən artıqdır ki narkotik vasitələrdən istifadə edir. Təxminən 1 ilə yaxındır ki istifadəçilər arasında “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamindən istifadə etməyə başladıqdan sonra səhhətində pisləşmələr başlamış, psixotrop maddə metamfetamindən istifadə etmədikdə şiddətli ağrıları yaranmışdır. Buna görə də o, gündə azı bir dəfə metamfetamin alıb iynə vasitəsilə bədəninə vurur. 03 noyabr 2020-ci il tarixdə, günorta saatlarında o, yaşadığı evin yaxınlığında narkomanların yığışdığı yerə getmiş, həmin yerə hər zaman narkomanlar yığışdığı üçün bəzən elə olur ki, yerdə narkotik vasitə və ya psixotrop maddə olur. O, yerə baxarkən bir bükümdə metamfetaminin yerdə olduğunu görüb götürərək cibinə qoymuşdur. Həmin vaxt metamfetamindən bir qədərini istifadə etmiş, qalan metamfetamini isə 2 bükümə ayırmışdır ki, lazım olanda rahat istifadə edə bilsin. 04 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı İ.Qayıbov küçəsində 5-ci döngədə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Onu Nizami rayon Polis İdarəsinə dəvət etdikdə o, etiraz etmədən öz razılığı ilə polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada təhqiqatçı onun hüquq və vəzifələrini izah etdikdən sonra ona öz razılığı ilə vəkil dəvət edilmişdir. Vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı könüllü olaraq o, əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 bükümün içərisinə yerləşdirilmiş 2 büküm psixotrop maddə metamfetamini çıxardıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və başqa qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə, o cümlədən psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı cibindən çıxararaq könüllü təqdim etdiyi 2 büküm metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 8 qram təşkil etmişdir. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilərək imzalanmış, metamfetamin isə qablaşdırılaraq götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş 2 büküm psixotrop maddə metamfetamini o, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. O, 2019-cu ildə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün məhkum olunmuşdur. O, narkotik vasitə, həmçinin psixotrop maddə istifadəçisidir və narkomaniya xəstəliyindən əziyyət çəkir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi4 göstərmişdir ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs hal-hazırda Rusiya Federasiyası, Perm Vilayəti, Çusovoy şəhəri, Sevastopolskaya küçəsi, ev 40 ünvanda yaşayır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getməmişdən əvvəl ünvan 8 ünvanda yerləşən evinin açarını qonşusu Şahid4 vermişdir ki, aradabir gedib onun evinə nəzarət etsin. Şahid4 sonuncu dəfə Zərərçəkmiş şəxs məxsus evə nəzarət etmək məqsədilə 16 oktyabr 2020-ci il tarixdə getmiş və evdə olan əşyaların bir çoxunun oğurlandığını görmüşdür. Şahid4 Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə danışdıqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan evdən oğurlanmış əşyaların siyahısını və qiymətini dəqiqləşdirmişdir. Belə ki, ünvan 10 ünvandan bir ədəd 550 manat dəyərində 4x5 ölçüdə xalça, bir ədəd 600 manat dəyərində 3x5 ölçüdə xalça, bir ədəd 400 manat dəyərində 2x4 ölçüdə xalça, bir ədəd 480 manat dəyərində 3x3 ölçüdə xalça, bir ədəd 200 manat dəyərində 1x1.5 ölçüdə xalça, bir ədəd 1200 manat dəyərində iki filtirli tozsoran, bir ədəd 150 manat dəyərində blender, bir ədəd 80 manat dəyərində mikser, 30 manat dəyərində bir ədəd mikser, bir ədəd 500 manat dəyərində 5 kiloqramlıq “LG” markalı paltaryuyan, bir ədəd 700 manat dəyərində “Samsung” markalı 6 kiloqramlıq paltaryuyan, bir ədədi 30 manata olmaqla 1200 manat dəyərində 40 ədəd xrustal stəkanlar, 80 manat dəyərində qazan dəsti, 60 manat dəyərində bir ədəd böyük qazan, 150 manat dəyərində 5 ədədli qazan dəsti, 60 manat dəyərində bir ədəd şirəli qazan, 300 manat dəyərində bir ədəd qazan dəsti, bir ədədi 100 manata olmaqla 200 manat dəyərində iki ədəd alminium qazan, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində iki ədəd böyük ölçüdə qazan, 1 ədədi 50 manata olmaqla 100 manat dəyərində 2 ədəd sadə qazan, bir ədəd 170 manat dəyərində mikrodalğalı soba, bir ədəd 200 manat dəyərində “Rainford” markalı mikrodalğalı soba, 300 manat dəyərində yataq örtüyü, bir ədədi 10 manat olmaqla 140 manat dəyərində əl-üz dəsmalı, bir ədəd 50 manat dəyərində qadın üçün hamam xalatı, bir ədədi 20 manat olmaqla 80 manat dəyərində dörd ədəd can dəsmalı, bir dəst 100 manat dəyərində xrustal rumka, bir ədəd 50 manat dəyərində elektrikli ətçəkən, bir 80 manat dəyərində elektikli meyvə-tərəvəz doğrayan, 350 manat dəyərində 48 nəfərlik boşqab dəsti, 130 manat dəyərində elektrikli çaynik dəsti, bir ədədi 50 manat olmaqla 100 manat dəyərində iki ədəd ütü, 320 manat dəyərində 12 nəfərlik nahar servisi, bir ədəd 110 manat dəyərində su motoru, bir ədəd 80 manat dəyərində fen, bir ədəd 250 manat dəyərində jurnalni stol, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində 2 ədəd nərdtaxta, bir ədəd 150 manat dəyərində böyük ölçüdə çaynik, bir ədədi 10 manata olmaqla 60 manat dəyərində 6 ədəd su qabı, bir ədəd 150 manat dəyərində böyük ölçüdə gecə lampası, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd kompot qabı, bir ədəd 100 manat dəyərində qırmızı rəngli gül qabı, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində iki ədəd xrustal meyvə qabı, 100 manat dəyərində 6 ədəd bakal, bir ədədi 2 manata olmaqla 144 manat dəyərində 72 ədəd boşqab, bir ədədi 25 manata olmaqla 50 manat dəyərində iki ədəd üçmərtəbəli çərəz qabları, bir ədədi 400 manat olmaqla 800 manat dəyərində 2 ədəd xrustal giləmeyvə qabı, 1 ədəd 350 manat dəyərində 30 sm hündürlükdə xrustal gül qabı, 1 ədəd 600 manat dəyərində 33 sm hündürlükdə xrustal bogema gül qabı, 1 ədəd 200 manat dəyərində üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), 1 ədəd 150 manat dəyərində elektrikli samovar, bir ədəd 80 manat dəyərində samovar, 1 dəsti 100 manat olmaqla 300 manat dəyərində 3 dəst yastıq, yorğan və döşək üzlükləri, 1 ədədi 150 manat olmaqla 300 manat dəyərində 2 ədəd parçadan olan stol üzlüyü, 15 manat dəyərində 6 ədəd nəlbəki, 30 manat dəyərində 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çay qaşığı, 200 manat dəyərində 1 ədəd mis qazan və 20 manat dəyərində 6 ədəd fincan və nəlbəkiləri oğurlanmışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 14029 (on dörd min iyirmi doqquz) manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməmiş, təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən ünvan 11 ünvanda işlənmiş əşyaların alışı və satışı ilə məşğul olur. 28 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 və yanında da iki nəfər adını bilmədiyi şəxslər əllərində sellofan torbada qab-qacaqlarla onun işlədiyi dükana gəlmişlər. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, pula ehtiyacı olduğundan evində əşyaları satmaq istəyir. O, həmin əşyaların dəqiq Hüseynə məxsus olubolmamasını soruşanda sonuncu həmin əşyaların dəqiq oğurluq yox, özünə məxsus olduğunu bildirmişdir. O, əşyaların oğurluq olmamasını dəqiqləşdirmək üçün Hüseyndən şəxsiyyət vəsiqəsini tələb etmiş, sonuncu da şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Bundan sonra o, Hüseynin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və sonuncuya inanmışdır. Hüseynin ona təqdim etdiyi 2 ədəd giləmeyvə qabı və 1 ədəd 30 sm hündürlükdə gülqabını 200 manata, 1 ədəd 33 sm hündürlükdə bogema gülqabını 50 manata və 1 ədəd üzərində maral şəkili olan çay servisi ( 6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı) 220 manata, ümumilikdə həmin əşyaların hamısını 470 manata Hüseyndən almışdır. O, həmin əşyaları alqı-satqı edən zaman hamısını Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin surətində qeyd etmiş, həmin vərəqdə əşyaların adlarını, Hüseynə verdiyi pulun miqdarını, Təqsirləndirilən şəxs1 aldığı pulun miqdarını, həmçinin sonuncunun imzasını, həmin günün tarixini və saatını qeyd etmişdir. Həmin qeydlər aparılmış Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs1 yanında gələn şəxslərin adlarını və soyadlarını bilməmiş, lakin həmin şəxslərin biri ucaboylu və digəri isə alçaq boylu olmuşdur. Təqsirləndirilən şəxs1 həmin əşyalardan başqa digər hər hansı bir əşya ona satmamışdır. O, Təqsirləndirilən şəxs1 aldığı 2 ədəd giləmeyvə qabı, 1 ədəd 30 sm hündürlükdə gül qabı, 1 ədəd 33 sm hündürlükdə bogema gül qabı və 1 ədəd üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı) istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi X3 həyat yoldaşıdır, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Rusiya Federasiyasında yaşadıqları üçün evin açarını evə nəzarət etməsi məqsədilə qonşusu Şahid4 vermişdir. Şahid4 da aradabir evə gedib nəzarət etmişdir. Sonuncu dəfə Şahid4 16 oktyabr 2020-ci il tarixdə nəzarət etmək üçün evə getmiş və evdə olan əşyaların oğurlanmasını görmüşdür. Oğurluq hadisəsini gördükdən sonra Şahid4 Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs da Mehribana bildirmişdir ki, zəng edib polisə bu barədə məlumat versin. Sonra Şahid4 DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs və X15 Federasiyasının Perm vilayətində yaşadıqlarından, dünyada olan Covid-19 xəstəliyə ilə əlaqədar beynəlxalq uçuşlar bağlı olduğundan Azərbaycan Respublikasına gələ bilməmişlər. O, Zərərçəkmiş şəxs ilə görüntülü olaraq telefon vasitəsilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs ona bildirmişdir ki, evdə olan 100 manat dəyərində bir ədəd qırmızı rəngli gül qabı, bir ədədi 100 manat olmaqla 200 manat dəyərində iki ədəd meyvə qabı, 200 manat dəyərində altı ədəd boşqab, 6 ədəd fincan, 6 ədəd nəlbəki, bir ədəd çaynik, iki ədəd duz qabı, üç ədəd mürəbbə qablarından ibarət nahar dəsti, bir dəsti 50 manata olan 100 manat dəyərində iki ədəd stəkan dəsti, 100 manat dəyərində 6 ədəd bakal, 30 manat dəyərində bir ədəd mikser, bir ədədi 100 manata olmaqla 200 manat dəyərində iki ədəd 1x1.5 ölçüdə xalça, 150 manat dəyərində bir ədəd böyük ölçüdə xalça, evin mətbəxindən 300 manat dəyərində bir ədəd qazan dəsti, bir ədədi 100 manata olmaqla 200 manat dəyərində iki ədəd alüminium qazan, bir ədədi 70 manata olmaqla 140 manat dəyərində iki ədəd böyük ölçüdə qazan, bir ədədi 2 manata olmaqla 144 manat dəyərində 72 ədəd boşqab, bir ədədi 25 manata olmaqla 50 manat dəyərində iki ədəd çərəz qabları, bir ədədi 400 manat olmaqla 800 manat dəyərində 2 ədəd giləmeyvə qabı, 1 ədəd 350 manat dəyərində 30 sm hündürlükdə xrustal gülqabı, 1 ədəd 600 manat dəyərində 33 sm hündürlükdə xrustal bogema gülqabı, 1 ədəd 200 manat dəyərində üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), 1 ədəd 150 manat dəyərində elektrikli samovar, 1 dəsti 100 manat olmaqla 300 manat dəyərində 3 dəst yastıq, yorğan və döşək üzlükləri, 1 ədədi 150 manat olmaqla 300 manat dəyərində 2 ədəd parçadan olan stol üzlüyü, 15 manat dəyərində 6 ədəd nəlbəki, 20 manat dəyərində 1 ədəd üçmərtəbəli çərəz qabı, 1 ədədi 50 manata olmaqla 100 manat dəyərində 2 ədəd qazan, 30 manat dəyərində 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çay qaşığı, 200 manat dəyərində 1 ədəd mis qazan və 20 manat dəyərində 6 ədəd fincan və nəlbəkiləri oğurlanmışdır. Bundan başqa evdən digər əşyalar oğurlansa da o, həmin əşyaların siyahısını və qiymətini dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Rəmiyyəddin oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 noyabr 2020-ci il tarixdə Cinayət Axtarışı Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs3 ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs3 müəyyən edilməsi üçün Gəncə şəhəri, İ.Qayıbov küçəsinə getmişlər. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs3 Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 5-ci döngədə görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və sonuncunu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs3 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılacağı və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs3 təqdim edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən şəffaf sellofanda bir ədəd büküm aşkar olunmuşdur. Həmin 1 ədəd büküm açıldıqda içərisində iki ədəd büküm olduğu aşkar edilmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olmuşdur. Həmin maddə bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən başqa hər hansı narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş kütlələr qablaşdırılmış və şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilmişdir. Şəxsi axtarışla bağlı protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini özünün deməsinə görə Gəncə şəhəri, İ.Qayıbov küçəsində yaşadığı evin yaxınlığından tapmış və istifadə etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, həmin psixotrop maddəni öz istifadəsi üçün əldə etmiş və satış məqsədi olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, X12 şəhəri ərazisində oğurluq hadisələrini törətməkdə şübhəlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 Şahid5 Rəmiyyəddin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid5la ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclası zamanı tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, uzun müddətdir ki Gəncə şəhəri, Əttarlar küçəsində işlənmiş əşyaların alışı və satışı ilə məşğul olur. 24 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 və yanında da iki nəfər adlarını bilmədiyi şəxslər onun işlədiyi dükana gəlmişlər. Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğundan evində olan əşyaları satmaq istədiyini ona bildirmişdir. O, həmin əşyaların dəqiq Hüseynə məxsus olub-olmamasını soruşanda sonuncu satmaq istədiyi əşyaların dəqiq özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. O, əşyaların oğurluq olmadığını dəqiqləşdirmək üçün Hüseyndən şəxsiyyət vəsiqəsini tələb etmiş, sonuncu da ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra o, Hüseynə və yanında adlarını bilmədiyi iki nəfər şəxslərə inanmışdır. Hüseyn ona 3 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam üçün can dəsmalı, 4 ədəd balınc üzlüyü, bir ədəd mələfə və 1 ədəd də qadın üçün hamam xalatını təqdim etmişdir. O, həmin əşyaların hamısına 50 manat pul vermişdir. Bundan başqa Hüseyn 02 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində evində olan əşyaları satmaq üçün yenə onun işlədiyi dükana gəlmişdir. Hüseyn yenə də özünə məxsus şəxsiyyət vəsiqəsini göstərdikdən sonra 8 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam üçün can dəsmalı, 1 ədəd termos, 1 ədəd elektriklə işləyən ətçəkən, 1 ədəd mikser, 1 ədəd elektrikli meyvətərəvəz doğrayan, 1 dəst (6 ədəd) xrustal stəkanlar, 1 ədəd sadə su qabı və yanında 4 ədəd stəkan və bir dəst qazanı (4 ədəd) ona satmış, o da həmin əşyaların hamısını 173 manat pulun müqabilində Hüseyndən almışdır. Bundan başqa Hüseyn yanındakı iki nəfər şəxslə birlikdə 03 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində 1 ədəd çarpayı üzlüyü, 2 ədəd stul üçün kiçik ölçüdə xalça, 2 ədəd əl-üz dəsmalı, 1 dəst mətbəx üçün əşyalar (1 ədəd böyük qaşıq, bir ədəd kəfkir, 1 ədəd böyük çəngəl, 1 ədəd çömçə və 1 ədəd deşikli böyük qaşıq), 1 dəst qazan (4 ədəd) və 1 ədəd mikser gətirib həmin əşyaların hamısını 70 manat pulun müqabilində ona satmışdır. 09 oktyabr 2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 yenidən dostları ilə birlikdə onun işlədiyi dükana gəlmiş, 1 ədəd 2.5x1.5 ölçüdə xalça, 2 ədəd sadə qazan, 1 ədəd çay dəsti (6 fincan, 6 boşqab,2 çaynik, 1 qəndqabı və 1 südqabı), 3 dəst ( bir dəstə 6 ədəd stəkan) Rusiya istehsalı xrustal stəkanlar, 6 ədəd xrustal rumkalar, 5 ədəd kvadrat formada kasalar və 12 ədəd balaca ölçüdə boşqablar gətirib ona satmış və ümumilikdə 200 manat pul almışdır. Bundan başqa 28 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 onun işlədiyi dükana gəlib öz şəxsiyyət vəsiqəsi ilə ona 1 ədəd elektrikli samovar, 1 ədəd çarpayı örtüyü, 3 dəst yorğan-döşək üzlüyü və 1 ədəd parçadan olan stol örtüyünü 70 manata satmışdır. Bundan başqa 05 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 onun işlədiyi dükana gəlib öz şəxsiyyət vəsiqəsilə ona 6 ədəd sadə nəlbəki, 1 ədəd üçmərtəbəli çərəzqabı, 2 ədəd sadə qazan, 6 ədəd qaşıq, 6 ədəd çəngəl və 6 ədəd çayqaşığını ümumilikdə 50 manata satmışdır. Bundan başqa 08 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 onun işlədiyi dükana gəlib öz şəxsiyyət vəsiqəsi ilə ona 1 ədəd parçadan olan stol örtüyü, 1 ədəd əl-üz dəsmalı, 6 ədəd fincan və nəlbəkiləri və 1 ədəd qapaqlı mis qazanı ümumilikdə 40 manata satmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd etdiyi əşyaları alan zaman həmin şəxslərin şəxsiyyət vəsiqəsinin nömrələrini, ona satdıqları əşyaların sayını və qiymətini öz qeydiyyat dəftərində qeyd etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qeyd olunan əşyalardan başqa ona digər hər hansı bir əşyalar satmamışlar. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona satdıqları əşyaları müxtəlif qiymətlərə tanımadığı müştərilərə satmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona satdıqları əşyaların oğurluq olması barədə onun məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclası zamanı tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qohumudur, Rusiya Federasiyasında yaşadığı üçün ünvan 8 ünvanında yerləşən evinin açarını aradabir gedib evə nəzarət etmək məqsədilə ona vermişdir. 2020-ci ilin avqust ayında o, Nazilənin evinə gedib nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. 17 oktyabr 2020-ci il tarixdə o, Nazilənin evinə nəzarət etmək məqsədilə gedəndə qapının açıq vəziyyətdə olduğunu görmüş, evdən oğurluq olduğunu başa düşüb DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Naziləyə də zəng edib bu barədə məlumat vermişdir. O, Polisə ərizə yazan zaman təxminən 5000 manat dəyərində əmlakın oğurlandığını bildirmişdir. Lakin, sonradan Nazilə ilə telefonda danışan zaman sonuncu müəyyən etmişdir ki, evdən 500 manat dəyərində bir ədəd “LG” markalı paltaryuyan, 120 manat dəyərində bir ədəd mikrodalğalı soba, 100 manat dəyərində qırmızı rəngli bir ədəd gül qabı, hər birinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində iki ədəd meyvə qabı, 200 manat dəyərində nahar dəsti, hər birinin qiyməti 50 manat olmaqla 2 ədəd stəkan dəsti, 100 manat dəyərində 6 ədəd bakal, 30 manat dəyərində bir ədəd mikser, hər birinin qiyməti 200 manat dəyərində iki ədəd 1x1,5 ölçülərdə xalçalar, 150 manat dəyərində bir ədəd böyük xalça, 300 manat dəyərində bir ədəd qazan dəsti, hər birinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində iki ədəd alüminium qazan, hər birinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində böyük qazan, hər birinin qiyməti 2 manat olmaqla 144 manat dəyərində 72 ədəd sadə boşqab və hər birinin qiyməti 25 manat olmaqla 50 manat dəyərində iki ədəd çərəz qabı oğurlanmışdır. Zərərçəkmiş şəxs evindən həmin əşyalardan da başqa digər əşyalar oğurlanmış, həmin əşyaların siyahısı və dəyəri barədə Zərərçəkmiş şəxs özünün daha dəqiq məlumatı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Heydər Əliyev tərəfindən Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm aşkar edilərək götürülmüş, həmin bükümün içərisindən isə bir ədəd gümüşü rəngli kağız və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü aşkar edilmiş, həmin bükümlər açıldıqda içərisində kristal formalı, psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilərək çəkisi 8,0 qram müəyyən edilmiş, zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanda yerləşən evinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və evin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 sentyabr 2020-ci il tarixdə ünvan 8 ünvandan oğurladığı bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşın və bir ədəd mikrodalğalı soba onun gizlətdiyi Gəncə şəhəri 23 nömrəli məktəbin arxasındakı yarımçıq tikilidən götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə götürmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 28 sentyabr 2020-ci il tarixdə satdığı 1 ədəd 33 sm hündürlükdə bogema gül qabı və 1 ədəd üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı) Şahid1 götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.112020-ci il tarixli, 120-20878-1220 nömrəli məktubdan görünür ki, ünvan 12 ünvanında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerindən götürülmüş 07 (yeddi) ədəd əlbarmaq izləri Azərbaycan Respublikası DİN-nin KTİ-nin ADİS məlumat bazasında oan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisə nəticəsində xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağı ilə eynilik təşkil etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2020-ci il tarixli, 16/752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «04.11.2020-ci il tarixdə vət. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı götürülmüş 8,0 qram çəkidə büküm.» yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,540 qram, 0,715 qram, ümumi təmiz çəkisi – 6,255 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində məhkəmə-narkoloji ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 1028 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 22 dekabr 2020-ci il tarixli, 9/5794 nömrəli rəyindən görünür ki, istifadədə olmuş “LG” markalı, 5 kiloqramlıq bir ədəd paltaryuyan – 200 manat, istifadədə olmuş “RAİNFORD” markalı, RMW-252DG model bir ədəd mikrodalğalı soba – 60 manat, istifadədə olmuş 33 sm hündürlüyündə qızılı rəngli bir ədəd gül qabı – 50 manat, istifadədə olmamış bir dəst çay servisi (1 ədəd çaynik, 1 ədəd qənd qabı, 1 ədəd süd qabı 5 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab və 1 ədəd bulud) – 160 manat olmaqla ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 4 adda malların 2020-ci ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiymət ilə ümumi dəyəri təxminən 470,00 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 22 dekabr 2020-ci il tarixli, 20/1R nömrəli rəyindən görünür ki, 10.09.2020ci il tarixdə ünvan 8 ünvanında Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd kağız parçaların üzərinə yapışdırılmış 07 ədəd lent kəsikləri üzərində olan 07 ədəd əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərindən 01 ədədi xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl-barmaq DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə cinayət işi üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Gəncə şəhəri, Məhsəti küçəsində yerləşən 9 nömrəli evdən oğurluq etdiyini etiraf etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə cinayət işi üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Gəncə şəhəri, Məhsəti küçəsində yerləşən 9 nömrəli evdən oğurluq etdiyini etiraf etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə cinayət işi üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri, Məhsəti küçəsində yerləşən 9 nömrəli evdən oğurluq etdiyini etiraf etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.12.2020-ci il tarixli, 4065 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə Opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.12.2020-ci il tarixli, 4066 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə Opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.12.2020-ci il tarixli, 4067 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə Opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.12.2020-ci il tarixli, 3694 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında 18.12.2020-ci il tarixli, 3695 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.12.2020-ci il tarixli, 3696 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.12.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Zərərçəkmiş şəxs göstərdiyi 14029 manat dəyərində maddi ziyan əsas götürülmüş, öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şahid1 təqdim etdiyi bir ədəd 33 sm hündürlükdə bogema gül qabı və bir ədəd üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşın və bir ədəd “Rainford” markalı mikrodalğalı soba, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş ümumilikdə 6,255 qram psixotrop maddə olan metamfetaminin iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslər və müdafiəçiləri cinayət işinin materialları ilə yanaşı maddi sübutlar hesab edilən bir ədəd 33 sm hündürlükdə bogema gül qabı, bir ədəd üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşın və bir ədəd “Rainford” markalı mikrodalğalı soba, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminlərin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrı-ayrılıqda 5,440 qram və 0,615 qram psixotrop maddə metamfetaminlərlə tanış olduqdan sonra həmin çəkidə metamfetaminlər Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, bir ədəd 33 sm hündürlükdə bogema gül qabı, bir ədəd üzərində maral şəkili olan çay servisi (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşın və bir ədəd “Rainford” markalı mikrodalğalı soba isə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs tələbi ilə etibarnamə verdiyi qohumu Şahid3 qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13.11.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsinin 20.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 29.01.2020-ci il tarixdə şöbədə qeydiyyata alınmış və cəza müddəti başlamışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 23.10.2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 oğlu ona həmin hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 29.01.2020-ci il tarixdən 23.10.2020-ci il tarixədək 08 ay 23 gününü çəkmiş, çəkilməmiş 09 ay 07 gün cəzası qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 17.12.2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17.03.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsinin 20.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli hökmü ilə 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 18 gününü çəkmiş, çəkilməmiş 01 il 06 ay 12 gün cəzası qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 23 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 23.10.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 23.10.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 04 noyabr 2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 06 noyabr 2020-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 14 dekabr 2020-ci il tarixdə əməliyyataxtarış tədbirləri nəticəsində tutulmuş və müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 14.12.2020-ci il tarixdən hesablanmaqla 01 ay 11 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləri tam sübuta yetirilmiş və onların həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.2005-ci il tarixli, 1 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, “Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə, həmçinin təqsirləndirilən şəxslərin özlərinin ifadələri ilə də təsdiq edilmişdir ki, təqsirləndirilən şəxslər özgə əmlakının talanmasına yönəlmiş cinayətkar niyyətlərini həyata keçirməmişdən əvvəl öz aralarında qeyd edilən cinayət əməlini birlikdə törətmələrinə dair razılaşmışlar və qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişlər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri şahidlərin və təqsirləndirilən şəxslərin özlərinin ifadələri ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, digər təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, həmçinin təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini, eyni zamanda təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırda baxılan cinayət əməlini, barəsində olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-138/2019 saylı, 13 noyabr 2019-cu il tarixli hökmü qüvvəyə mindikdən sonra törətmişdir, həmçinin Təqsirləndirilən şəxs3 hazırda baxılan cinayət əməllərini Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-36/2020 saylı, 17 mart 2020-ci il tarixli hökmü qüvvəyə mindikdən sonra törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza hökmlərin məcmusu üzrə, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələri üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edildikdən sonra hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona hazırki hökm üzrə təyin ediləcək cəzaya Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-138/2019 saylı, 13 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 07 gün hissəsi qismən birləşdirilməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23.10.2020-ci il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23.10.2020-ci il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4. 234.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edildikdən sonra, hazırki hökm üzrə təyin ediləcək cəzaya Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-36/2020 saylı, 17 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 12 gün hissəsi qismən birləşdirilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 03 gün müddət təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli və onun həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 14.12.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barələrində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübutlar Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş və Gəncə şəhər baş Polis İdarəsinin saxlanc yerində saxlanılan psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrıayrılıqda 5,440 qram və 0,615 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin bir ədəd 33 sm hündürlükdə bogema gül qabının, bir ədəd üzərində maral şəkili olan çay servisinin (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşının və bir ədəd “Rainford” markalı mikrodalğalı sobanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs tələbi ilə etibarnamə verdiyi qohumu Şahid3 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 1028 nömrəli rəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə 05.11.2020-ci il tarixli, 16/752 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, digər ekspertizaların keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın qaytarılmamış hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlar dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 20 iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 qızı tərəfindən 20 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından təqsirləndirilən şəxslərin müdafiəçilərinin hər birinin vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-138/2019 saylı, 13 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 07 gün hissəsi hazırki hökmlə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə (Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsan. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-36/2020 saylı, 17 mart 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 12 gün hissəsi hazırki hökmlə ona təyin olunmuş 03 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə (Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), Təqsirləndirilən şəxs3 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 04 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək, yəni 03 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 14.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin, digər ekspertizaların keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İşi üzrə maddi sübutlar Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunub götürülmüş və Gəncə şəhər baş Polis İdarəsinin saxlanc yerində saxlanılan psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrı-ayrılıqda 5,440 qram və 0,615 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin bir ədəd 33 sm hündürlükdə bogema gül qabının, bir ədəd üzərində maral şəkili olan çay servisinin (6 ədəd fincan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 ədəd bulud, 1 ədəd çaynik, 1 ədəd süd qabı və 1 ədəd qəndqabı), bir ədəd 5 kiloqramlıq “LG” markalı paltaryuyan maşının və bir ədəd “Rainford” markalı mikrodalğalı sobanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs tələbi ilə etibarnamə verdiyi qohumu Şahid3 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın qaytarılmamış hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat, X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat, X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar