Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-93/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 2-ci döngə, ev 2də qeydiyyatda olmaqla həmin üvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 oktyabr 2020-ci il tarixdə saat 00 radələrindən saat 06 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanda qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs bir dəfə yumruqla sol çiyininə zərbə vurmuş və sonuncu yerə yıxılmış, bundan sonra isə onun ağlayaraq yalvarmasına məhəl qoymayaraq köməyinə heç kimin gəlmədiyini görüb, onun köməksiz vəziyyətindən istifadə edərək xüsusi amansızlıqla üç dəfə təpiklə sol qoluna və bir dəfə təpiklə sağ dizinə vuraraq Zərərçəkmiş şəxs ağır iztirablar verməklə sol dirsək sümüyünün qapalı sınığı, sol çiyin, sol bazu, sağ diz və sol sağrı nahiyələrinin qançırları, sol çiyinüstü nahiyənin yaralarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkumluq həyatı yaşamışdır. Zərərçəkmiş şəxs uşaq yaşından etibarən tanısa da, aralarında qeyri-rəsmi nikah münasibətləri təxminən 4 ildir yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikah münasibətində yaşadıqdan bir müddət sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 9 ay həbsdə olmuş və cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. 12 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında spirtli içki qəbul etdikdən sonra hansı səbəbə görə ona xəyanət etdiyini deyib Mehribanla dalaşmışdır. Həmin vaxt Mehribanın sifət nahiyəsindən yumruqla vuraraq sonuncuya xəsarət yetirmişdir. Bundan təxminən 3-4 gün sonra Mehribanla yenidən barışıb birlikdə yaşamağa başlamışlar. 14 avqust 2020-ci il tarixdə yenə də Mehribanla yaşadıqları evdə spirtli içki qəbul etmişlər. Həmin vaxt o, Mehribana ondan başqa digər şəxslərlə cinsi münasibətdə olması ilə bağlı suallar versə də, Mehriban tam olaraq aydınlıq gətirmədiyi üçün o, Mehribanı bir dəfə sillə ilə vurmuşdur. Buna görə də onun barəsində cinayət işi başlanılmış və o, başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 128-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hazırki cinayət işi üzrə isə onu bildirir ki, o, 22 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına dəvət etmişdir. Birlikdə onun evində spirtli içki qəbul etmişlər. Bundan sonra pula ehtiyacı olduğu üçün Mehribandan borca pul istəmiş, lakin Mehriban pulu olduğu halda ona borca pul verməmişdir. Həmçinin Mehribanın ona xəyanət etdiyini hiss etmişdir. Ona borca pul vermədiyi üçün 23 oktyabr 2020-ci il tarixdə, təxminən gecə saat 00 radələrindən saat 06 radələrinə kimi Mehriban ona cavab qaytarmış, hətta onunla nalayiq ifadələrlə danışdığına görə o, bir neçə dəfə Mehribanın bədəninə yumruq və təpiklə vurmuşdur. Hadisə zamanı o, Zərərçəkmiş şəxs lüt soyundurmamış, Mehribanın əlini və ayağını bağlamamış, ancaq sonuncunun bədəninin müxtəlif nayihələrinə yumruq və təpiklə zərbələr vurmuşdur. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuşdur. Həmçinin onun pula ehtiyacı olmuş, Mehribanın da pulu olduğu halda ona borca pul verməməsindən və o, həbsdə olan zaman Mehribanın başqa çəxslərlə cinsi əlaqədə olmasından əsəbləşib sonuncunu döymüşdür. Hadisə zamanı o, Mehribanın bir dəfə yumruqla sol çiyin hissəsinə vurmuş və sonuncu yerə yıxılmış, Mehriban yerə yıxıldıqdan sonra da o, sərxoş və əsəbi olduğu üçün üç dəfə sonuncunun sol qoluna və bir dəfə də sağ dizinə təpiklə vurmuşdur. Əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuş, sonuncu ilə 3 il birlikdə yaşasalar da, sonradan sözləri tutmadığından ayrılmışlar. Təqsirləndirilən şəxs əvvəllər məhkumkluq həyatı yaşamışdır. Sonucu dəfə isə 2020-ci ilin iyul ayının əvvəllərində azadlığa çıxmış və onun yaşadığı ünvana gəlmişdir. Nəsrəddin onu qısqandığı üçün onu döyüb xəsarətlər yetirmişdir. Onu döyüb xəsarət yetirdiyi üçün Təqsirləndirilən şəxs barəsində cinayət işi açılmış və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. 22 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu yaşadığı Ş.Bahəddin küçəsi, ev 2 ünvanına dəvət etmişdir. Onlar evdə olan zaman Nəsrəddin ondan pul istəsə də, o, pul verməmişdir. Həmin vaxt Nəsrəddin sərxoş vəziyyətdə olmuşdur. 23 oktyabr 2020-ci il tarixdə, təxminən saat 00 radələrindən saat 06 radələrinə kimi Nəsrəddin onu döyməyə başlamış, sonra isə onu lüt soyundurub, əllərini və ayaqlarını bağlayaraq onun əllərinə və qollarına əl və ayaq zərbələri endirmişdir. Həmçinin onun bədəninin müxtəlif nahiyələrinə də təpiklə zərbələr endirmişdir. Bundan sonra o, əllərini və ayaqlarını açması üçün Nəsrəddinə yalvardığına görə sonuncu onun əllərini və ayaqlarını açmışdır. Həmin vaxt o, qorxusundan heç kimə heç nə deməmişdir. Daha sonra isə Nəsrəddin yatdığı üçün o, saat 06:15-də sonuncunun evindən çıxıb öz evinə getmişdir. O, bir az özünə gəldikdən sonra saat 09 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə zamanı onların yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs üç dəfə təpiklə onun sol qoluna, bir dəfə yumruqla sol çiyin hissəsinə və o, yerdə uzanıqlı vəziyyətdə olan zaman isə bir dəfə təpiklə onun sağ dizinə vurub xəsarət yetirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 23.10.2020-ci il tarixli, 1656 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol dirsək sümüyünün qapalı sınığı, sol bazu, sağ diz və sol sağrı nahiyələrinin qançırları və sol çiyinüstü nahiyənin yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23.10.2020-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, onunla barışmasını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs həbslə əlaqəli olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə insan həyatı üçün təhlükəli olmayan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır xəsarət yetirmə cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, həmçinin onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.11.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25.08.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş cəzanın əvvəli 10.03.2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.11.2004-cü il tarixli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli hökmləri ilə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin məhkumluqları ödənilməmiş yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, onun əməlində cinayətlərin təhlükəli residivinin olması isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhkum olunduğu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 1(044)-44/2021 saylı hökmü çıxarıldıqdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.12.2020-ci il tarixli 4(044)-163/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 1(044)-44/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli hazırki cinayət işi üzrə tutulduğu 11 dekabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə istintaqı zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, həmçinin mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 1(044)-44/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, ona təyin edilmiş cəzanın əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-93/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-93/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver