Məhkəmə qərarları › İş №1(044)-96/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-96/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-96/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalan, ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 0,185 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib bir ədəd siqaret falqasında qablaşdırıb əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol döş cibində daşıyaraq saxlamış, 06.12.2020-ci il tarixdə 21:20-də Gəncə şəhəri İ.Qayıbov küçəsində yerləşən “Çinarlı” adlı çayxananın qarşısında komendant rejiminin tələblərini pozduğu üçün Nizami RPİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol döş cibindən 0,185 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, tutulmamışdan təxminən 1 ay əvvəl yaşadığı Gəncə şəhəri Totanlı küçəsində piyada gedən zaman siqaret falqasında bükülü görmüş, həmin falqanı yerdən götürən zaman açıb baxmış və baxan zaman heroinə bənzədiyini görmüşdür. O, əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün həmin bükülüdəki kütlənin heroin olduğunu bilmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün cibinə qoymuş və həmin heroindən 1 ay ərzində bir neçə dəfə istifadə etmişdir. Heroini əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin ön sol döş cibində saxlamışdır. 06.12.2020-ci il tarixdə saat 21:20-də evə gedən zaman Gəncə şəhəri, İ.Qayıbov küçəsi “Çinarlı” adlı çayxananın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt şəxsiyətini təsdiq edən sənəd istənilmiş, lakin həmin sənəd olmadığı üçün və komendat rejiminin tələblərini pozmasına görə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparılmışdır. Sonra Nizami RPİ-nin növbətçi hissəsində müvəqqəti saxlama yerinə yerləşdirmək üçün üzərində olan əşyalara baxış keçirilən zaman əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin ön sol döş cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş halda, həmin narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra Nizami RPİ-nin İnzibati binasında müdafiəçinin iştirakı ilə onun üzərindən aşkar edilən həmin bükülü açılaraq baxış keçirilmiş, baxış zamanı həmin kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 0.22 qram olmuşdur. Bundan sonra protokol tərtib edilmiş və həmin narkotik vasitə olan heroin zərfdə qablaşdırılamış və o, da protokolu və zərfi imzalamışdır. O, əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, X6 2012-ci ildən, tutduğu vəzifədə isə 2018-ci il tarixdən xidmət edir. 06.12.2020-ci il saat 09:00-dan 07.12.2020-ci il saat 09:00-dək Nizami RPİ-də məsul növbətçi kimi xidmət aparmışdır. 06.12.2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşları Şahid2 və Əjdər Quliyev vətəndaş Təqsirləndirilən şəxs Oqtay oğlunun komendant rejiminin tələblərini pozması və şəxsiyyətini təsdiq edən sənədin üzərində olmaması səbəbindən Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirmiş, Təqsirləndirilən şəxs Oqtay oğlunun şəxsiyyəti müəyyən edilənədək Nizami RPİ-nin müvəqqəti saxlama yerinə yerləşdirilməsi üçün üzərində olan əşyalar yoxlanılan zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin sol döş cibindən bir ədəd siqaret falqasına bükülmüş halda kütlə aşkar edilmiş və həmin kütənin narkotik vasitə olmasına şübhə yarandığı üçün Gəncə şəhər Nizami RPİ-ni rəsinə bu barədə raport yazmış və həmin raport HK-1/2131 sayla qeydiyyata alınraraq icrası Nizami RPİ-nin Təhqiqat Bölməsinə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiçi ilə təmin olunmuş və Gəncə şəhər Nizami RPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülüyə baxış keçirilmişdir. Həmin siqaret falqasına bükülmüş vəziyyətdə olan kütləyə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli, toz halında ilkin baxışdan “heroinə” bənzər maddə olması müəyyən edilmişdir. Sonra həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,22 qram olmuş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni təxminən bir ay əvvəl Gəncə şəhəri Totanlı küçəsində olan dairənin yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 110 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Həmin vaxt o da öz imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, 06.12.2020-ci il tarixdə saat 20 radələrində o, və iş yoldaşı Şahid2 ölkə ərazisində tətbiq edilən komendant rejimini ilə bağlı xidmətə başlamışlar. Onların xidmət yerləri Gəncə şəhəri Bağman qəsəbəsi ərazisində komendant rejiminin tələblərini pozan şəxsləri və həmin şəxslərin şəxsiyyətini müəyyən etməkdən ibarət olmuşdur. 06.12.2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər İ.Qayıbov küçəsində yerləşən “Çinarlı” adlı çayxanın qarşısında adını sonradan bildiyi Təqsirləndirilən şəxs Oqtay oğlunun piyada getdiyini görmüşlər. Onlar Zabitə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin sonuncu üzərində heç bir sənədi olmadığını bildirmişdir. Bundan sonra Zabitin şəxsiyyətini müəyyən etmək üçün Gəncə şəhəri Nizami RPİ-nin inzibati binasına gətirib Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilənədək Nizami RPİ-nin müvəqqəti saxlama yerinə yerləşdirilməsi üçün üzərində olan əşyalar yoxlanılan zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin sol döş cibindən bir ədəd siqaret falqasına bükülmüş halda kütlə aşkar edilmiş və həmin kütənin narkotik vasitə olmasına şübhə yarandığı üçün Nizami RPİ-nin məsul növbətçisi Şahid1 bu barədə rəisə raport yazmış və həmin raportun icrası Nizami RPİ-nin Təhqiqat Bölməsinə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və Gəncə şəhər Nizami RPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülüyə baxış keçirilmişdir. Həmin siqaret falqasına bükülmüş vəziyyətdə olan kütləyə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli, toz halında ilkin baxışdan “heroinə” bənzər maddə olması müəyyən edilmiş, sonra həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,22 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni təxminən bir ay əvvəl Gəncə şəhəri Totanlı küçəsində olan dairənin yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid2 ifadəsindən görünür ki, o, və iş yoldaşı X5 ölkə ərazisində tətbiq edilən komendant rejimini ilə bağlı xidmətə başlamışlar. Onların xidmət yerləri Gəncə şəhəri Bağman qəsəbəsi ərazsisndə komendant rejiminin tələblərini pozan şəxsləri və həmin şəxslərin şəxsiyyətini müəyyən etməkdən ibarət olmuşdur. 06.12.2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər İ.Qayıbov küçəsində yerləşən “Çinarlı” adlı çayxanın qarşısında adını sonradan bildiyi Təqsirləndirilən şəxs Oqtay oğlunun piyada getdiyini görmüşlər. Onlar Zabitə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin üzərində heç bir sənədi olmadığını bildirmişdir. Bundan sonra Zabitin şəxsiyyətini müəyyən etmək üçün Gəncə şəhəri Nizami RPİ-nin inzibati binasına gətirib raport yazaraq həmin vaxt məsul növbətçi olan Şahid1 təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilənədək Nizami RPİ-nin müvəqqəti saxlama yerinə yerləşdirilməsi üçün üzərində olan əşyalar yoxlanılan zaman əynində olan tünd yaşıl rəngli gödəkçənin sol döş cibindən bir ədəd siqaret falqasına bükülmüş halda kütlə aşkar edilmiş və həmin kütənin narkotik vasitə olmasına şübhə yarandığı üçün Nizami RPİ-nin məsul növbətçisi Şahid1 bu barədə rəisə raport yazmış və həmin raportun icrası Nizami RPİ-nin Təhqiqat Bölməsinə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiçi ilə təmin olunmuş və Gəncə şəhər Nizami RPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülüyə baxış keçirilmişdir. Həmin siqaret falqasına bükülmüş vəziyyətdə olan kütləyə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli, toz halında ilkin baxışdan “heroinə” bənzər maddə olması müəyyən edilmiş, sonra həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,22 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni təxminən bir ay əvvəl Gəncə şəhəri Totanlı küçəsində olan dairənin yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 110 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Həmin vaxt o, da öz imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.12.2020-ci il tarixli “götürmə və şəxsi axtarış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol döş cibindən 1 ədəd güqmüşü rəngli siqaret falqasına bükülmü, açıq qəhvəyi rəngli, toz halında olan arkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 07.12.2020-ci il tarixli, 16/793 nömrəli rəyindən görünür ki, təqdimata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs götürülmüş..” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmin çəkisi 0.185 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir (təmiz çəkisi – 0.185 qram, tədqiqata sərf edildi – 0.02 qram, qaliq 0,165 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 15.01.2021-ci il tarixli, 42 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.01.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.165 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 06.01.2021-ci il tarixli 33 saylı arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanser tərəfindən verilmiş 11.01.2021-ci il tarixli 109 saylı arayışdan görünür ki, 06.01.2021-ci il tarixli 33 saylı arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.01.2021-ci il tarixdə 50 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalan, ev 5-də yaşayır və ailə üzvləri X3, X4, X1 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.01.2021-ci il tarixdə 16 saylı Evlər Üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 06.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,165 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,165 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar