Məhkəmə qərarları › İş №1(048)-29/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-29/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-29/2023 31.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlu sədrliyi Məhkəmə iclas katibi X2 Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin _____ dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə MEHRALİYEV ZAMİL ZAHİD OĞLU Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs AVDİL OĞLU Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ____ Vəkil Bürosuna Müdafiəçi iştirakı ilə açıq məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Məhkəmənin baxış iclası zamanı zərərçəkmiş şəxs ______ məhkəməyə müraciət edərək bildirmişdir ki, onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı zərərçəkmiş şəxsin şikayətinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsinə etirazının olmamasını bildirmişdir. İş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi zərərçəkmiş şəxsin şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin vəsatəti təmin edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə ______ Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar