Məhkəmə qərarları › İş №1(053)-13/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-13/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-13/2025 04.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçisi X2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və 14 avqust 1978-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 6 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X6, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öncədən aralarında olan razılaşmaya əsasən 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs ilə ünvan 7 ünvanında yerləşən "Marriott Boulevard" oteldə görüşləri zamanı sonuncunun etibarını qazanmaq və guya nüfuzlu şəxslərlə əlaqəli bir şəxs olduğuna inandırmaq məqsədi ilə yüksək vəzifəli şəxslərlə görüş əsnasında Zərərçəkmiş şəxs işlədiyi müddətdə gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərindən qanunsuz gəlir əldə etməklə barəsində əməliyyat tədbirinin keçiriləcəyinə dair məlumatlı olduqlarını və onlar tərəfindən həmin hadisənin qarşısının alındığını, bunun qarşılığında həmin şəxslərə hörmət etməli olduğunu yalandan bildirdikdən sonra söhbət zamanı Zərərçəkmiş şəxs barəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin isitintaqının aparıldığını öyrənib qeyd edilən cinayət işi üzrə köməklik etmək imkanına malik şəxslərlə guya bu barədə danışıb məlumat verəcəyini bilirdikdən sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X5 ilə aralarında olan razılaşma və plana uyğun olaraq Zərərçəkmiş şəxsla əlaqə saxlayıb guya vəzifəli şəxslərlə görüşüb bu barədə söhbət etdiklərini, barəsində Neftçala rayon prokurorluğunda istintaqı aparılan cinayət işinə xitam verilməsini təmin edə biləcəklərinə inandırıb, 2024-cü ilin mart ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Rabil Şahmarovun işlədikləri ünvan 8 ünvanında yerləşən ofisdə görüşləri zamanı nüfuzlu şəxslərin iştirakı ilə məsələnin müsbət həll edilməsi görüntüsü yaratmaq üçün əvvəlcədən qurulmuş plana əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 guya Daxili İşlər Nazirliyinin Məxfi şöbəsinin polkovnik rütbəli əməkdaşı, Rabil Şahmarovu isə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə danışıldığını, guya yüksək vəzifədə işləyən tanışına Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, xidmət haqqı olaraq isə 10.000 (on min) manat olmaqla, özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Rabil Şahmarov üçün ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Rabil Şahmarov vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2024-cü ilin mart ayında ünvan 8 ünvanında Zərərçəkmiş şəxs 30.000 manat pul vəsaitini alıb, həmin pul vəsaitini qabaqcan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X5 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2lə öncədən aralarında olan razılaşmaya əsasən 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərindən qanunsuz gəlir əldə etməklə guya barəsində həyata keçirilməsi planlaşdırılmış əməliyyat tədbirinin qarşısının alınması və gələcəkdə hüquq-mühafizə orqanları ilə yaşaya biləcəyi problemlərin qarşısının alınmasında edəcəyi alınmasında edəcəyi köməkliyə görə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 general rütbəli şəxs kimi təqdim etdiyi sonuncunun cinayətdən xəbərsiz qayınatası Şahid1 2.500 manat dəyərində saat hədiyyə verməli olduğunu Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2024- cü ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının qarşısında sonuncudan 2.500 manat, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2 dələduzluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyi 9.000 manat məbləğində pul vəsaitinin geri alınmasına köməklik göstərilməsinə dair sonuncunun özünə müraciəti ilə əlaqədar həmin pul vəsaitini geri alacağı təqdirdə yarısının özlərinə verilməsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs2 özünü Daxili İşlər Nazirliyinin Məxfi şöbəsinin polkovnik rütbəli əməkdaşı və qayınatasını "general" kimi Şahid2 yalandan təqdim edib, pul vəsaitinin 5.000 manat hissəsinin Şahid2 geri qaytarılmasına nail olduqdan sonra, Zərərçəkmiş şəxs 2024-cü ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının qarşısında 2.500 manat, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxsla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə telefon danışıqları zamanı Təqsirləndirilən şəxs2 yalandan general rütbəli şəxs kimi təqdim etdiyi cinayətdən xəbərsiz qayınatası Şahid1 hüquq-mühafizə orqanları ilə gələcəkdə yaşaya biləcəyi problemlərin qarşısının alınması və müsbət həlli müqabilində hədiyyə qismində xalça alınmasının zəruri olmasını Zərərçəkmiş şəxs yalandan bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla xx.xx.2024-cü il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən “Ağa Market" də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə öz istifadələri üçün xalça alınması ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən cinayətdən xəbərsiz Şahid3 Bahadur oğlunun adına "xxxx" ASC-də açılmış 5239 1517 **** 6225 nömrəli bank kartına 1.000 manat köçürülməsinə və həmin dəyərdə xalçanın özlərinə təqdim edilməsinə nail olduqdan sonra, ələ etdikləri pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öncədən aralarında olan razılaşmaya əsasən 2024-cü ilin mart ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə ünvan 7 ünvanında yerləşən "Marriott Boulevard" oteldə görüşləri zamanı sonuncunun etibarını qazanmaq və guya nüfuzlu şəxslərlə əlaqəli bir şəxs olduğuna inandırmaq məqsədi ilə yüksək vəzifəli şəxslərlə görüş əsnasında Zərərçəkmiş şəxs işlədiyi müddətdə gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərindən qanunsuz gəlir əldə etməklə barəsində əməliyyat tədbirinin keçiriləcəyinə dair məlumatlı olduqlarını və onlar tərəfindən həmin hadisənin qarşısının alındığını, bunun qarşılığında həmin şəxslərə hörmət etməli olduğunu yalandan bildirməsindən sonra söhbət zamanı Zərərçəkmiş şəxs barəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin isitintaqının aparıldığını Təqsirləndirilən şəxs1 vasitəsi ilə öyrənməklə qeyd edilən cinayət işi üzrə köməklik etmək imkanına malik şəxslərlə guya bu barədə danışılıb məlumat veriləcəyini sonuncu vasitəsi ilə bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X5 ilə aralarında olan razılaşma və plana uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb guya vəzifəli şəxslərlə görüşüb bu barədə söhbət etdiklərini, barəsində Neftçala rayon prokurorluğunda istintaqı aparılan cinayət işinə xitam verilməsini təmin edə biləcəklərinə inandırıb, 2024-cü ilin mart ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Rabil Şahmarovun işlədikləri ünvan 8 ünvanında yerləşən ofisdə görüşləri zamanı nüfuzlu şəxslərin iştirakı ilə məsələnin müsbət həll edilməsi görüntüsü yaratmaq üçün əvvəlcədən qurulmuş plana əsasən özünü guya Daxili İşlər Nazirliyinin Məxfi şöbəsinin polkovnik rütbəli əməkdaşı, Rabil Şahmarovu isə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edib, İslam Ruaşı, Rabil Şahmarovu isə Baş Prokurorluğun Həsənov barəsində cinayət təqibinə xitam verilməsi üçün Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə danışıldığını, guya yüksək vəzifədə işləyən tanışına Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, xidmət haqqı olaraq isə 10.000 (on min) manat olmaqla özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Rabil Şahmarov üçün ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Rabil Şahmarov vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2024-cü ilin mart ayında ünvan 8 ünvanında Zərərçəkmiş şəxs 30.000 manat pul vəsaitini alıb həmin pul vəsaitini qabaqcan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X5 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1la öncədən aralarında olan razılaşmaya əsasən 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərindən qanunsuz gəlir əldə etməklə guya barəsində həyata keçirilməsi planlaşdırılmış əməliyyat tədbirinin qarşısının alınması və gələcəkdə hüquq-mühafizə orqanları ilə yaşaya biləcəyi problemlərin qarşısının alınmasında edəcəyi köməkliyə görə general rütbəli şəxs kimi təqdim etdiyi cinayətdən xəbərsiz qayınatası Şahid1 2.500 manat dəyərində saat hədiyyə verməli olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2024-cü ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının qarşısında sonuncudan 2.500 manat, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2 dələduzluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyi 9.000 manat məbləğində pul vəsaitinin geri alınmasına köməklik göstərilməsinə dair sonuncunun özlərinə müraciəti ilə əlaqədar həmin pul vəsaitini geri alacağı təqdirdə yarısının özünə verilməsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, özünü Daxili İşlər Nazirliyinin Məxfi şöbəsinin polkovnik rütbəli əməkdaşı və qayınatasını "general" kimi Qudrǝt Hadıyevə yalandan təqdim edib, pul vəsaitinin 5.000 manat hissəsinin Qudrat Hadıyevdən geri qaytarılmasına nail olduqdan sonra, Zərərçəkmiş şəxs 2024-cü ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının qarşısında 2.500 manat, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxsla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə telefon danışıqları zamanı yalandan general rütbəli şəxs kimi təqdim etdiyi cinayətdən xəbərsiz qayınatası Şahid1 hüquq-mühafizə orqanları ilə gələcəkdə yaşaya biləcəyi problemlərin qarşısının alınması və müsbət həlli müqabilində hədiyyə qismində xalça alınmasının zəruri olmasını Zərərçəkmiş şəxs yalandan bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla xx.xx.2024-cü il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən "Ağa Market❞ də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə öz istifadələri üçün xalça alınması ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən cinayətdən xəbərsiz Şahid3 Bahadur oğlunun adına "xxxx" ASC-də açılmış 5239 1517 **** 6225 nömrəli bank kartına 1.000 manat köçürülməsinə və həmin dəyərdə xalçanın özlərinə təqdim edilməsinə nail olduqdan sonra, ələ etdikləri pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öncədən aralarında olan razılaşmaya əsasən 2024-cü ilin mart ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə ünvan 7 ünvanında yerləşən "Marriott Boulevard" oteldə görüşləri zamanı sonuncunun etibarını qazanmaq və guya nüfuzlu şəxslərlə əlaqəli bir şəxs olduğuna inandırmaq məqsədi ilə yüksək vəzifəli şəxslərlə görüş əsnasında Zərərçəkmiş şəxs işlədiyi müddətdə gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərindən qanunsuz gəlir əldə etməklə barəsində əməliyyat tədbirinin keçiriləcəyinə dair məlumatlı olduqlarını və onlar tərəfindən həmin hadisənin qarşısının alındığını, bunun qarşılığında həmin şəxslərə hörmət etməli olduğunu yalandan bildirməsindən sonra söhbət zamanı Zərərçəkmiş şəxs barəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin isitintaqının aparıldığını Təqsirləndirilən şəxs1 vasitəsi ilə öyrənməklə qeyd edilən cinayət işi üzrə köməklik etmək imkanına malik şəxslərlə guya bu barədə danışılıb məlumat veriləcəyini sonuncu vasitəsi ilə bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 ilə aralarında olan razılaşma və plana uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb guya vəzifəli şəxslərlə görüşüb bu barədə söhbət etdiklərini, barəsində Neftçala rayon prokurorluğunda istintaqı aparılan cinayət işinə xitam verilməsini təmin edə biləcəklərinə inandırıb, 2024-cü ilin mart ayında qabaqcadan əlbir olduğu Rabil Şahmarovla birlikdə işlədikləri ünvan 8 ünvanında yerləşən ofisdə görüşləri zamanı nüfuzlu şəxslərin iştirakı ilə məsələnin müsbət həll edilməsi görüntüsü yaratmaq üçün əvvəlcədən qurulmuş plana əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 guya Daxili İşlər Nazirliyinin Məxfi şöbəsinin polkovnik rütbəli əməkdaşı, Rabil Şahmarovu isə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə danışıldığını, guya yüksək vəzifədə işləyən tanışına Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, xidmət haqqı olaraq isə 10.000 (on min) manat olmaqla, özü, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Rabil Şahmarov üçün ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Rabil Şahmarov vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2024-cü ilin mart ayında ünvan 8 ünvanında Zərərçəkmiş şəxs 30.000 manat pul vəsaitini alıb həmin pul vəsaitini qabaqcan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi uzun müddətdir ki, tanımışdır. İslam kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan bir şirkətin satıcısı kimi işləmişdir. Bu barədə əvvəldən məlumatı olmuşdur. Amma İslamın fermer kartlarından nağdlaşdırma etməsi və barəsində Neftçala rayon prokurorluğunda araşdırma aparılmasını bilməmişdir. Belə ki, bir müddətdir ki, tanıdığı, tikinti şirkətində işləyən İsmayıl adlı şəxslə söhbət zamanı sonuncu ona həmkəndlisi Zərərçəkmiş şəxs fermer kartlarından külli miqdarda mənimsəmə faktları ilə bağlı problemi olduğunu bildirmiş və ondan İslamı tanıyıb-tanımadığını soruşmuşdur. O, İslamı tanıdığını bildirdikdə İsmayıl İslamla görüşməyi təklif etmişdir. O, İsmayılı Şirin adlı şəxsin vasitəsilə tanımışdır. Deyilənə görə İsmayıl DTX-nin əməkdaşıdır. Şirini isə təxminən 1 ildir ki, ortaq tanışlarının hesabına tanımış və Şirin özünü Daxili İşlər Nazirliyinin polkovniki kimi təqdim etmişdir. O, İslamla əlaqə saxlayıb Bakıya dəvət etmişdir. 2024-cü ilin mart ayında İslamla "Abşeron Marriott" otelində görüşmüş və İslama vəziyyəti başa salmışdır. İslama həqiqətən də gübrə ilə əlaqədar əməllərinə görə generallarla söhbət zamanı barəsində əməliyyat tədbiri olacağını və danışaraq bunun qarşısını aldığını demişdir. Elə həmin vaxt İslam bildirmişdir ki, həqiqətən də artıq barəsində Neftçala rayon prokurorluğunda cinayət işi başlanılmışdır və istintaq gedir. Təxminən 3-4 gün sonra İslama zəng edərək görüşmək üçün Bakıya çağırmışdır. Şərq Bazarının qarşısında olarkən İsmayıl gəlib onu, İslamı və Şirini Şərq Bazarı yaxınlığında Biznes Plazanın 3-cü mərtəbəsində Rabilin tikinti şirkətinin ofisinə aparmışdır. Şirin və İsmayıl İslamla tanış olmuşlar. İsmayıl ofisə qalxdıqda bildirmişdir ki, bu məsələləri Rabil müəllim həll edəcək və sonuncunun qəbuluna girməlidirlər. Bir müddət gözlədikdən sonra İslam və İsmayılla birlikdə həmin ofisdə Rabilin otağına keçmişdir. Şirin isə çöldə gözləmişdir. Orada İslam və İsmayıl ilə birlikdə Rabillə görüşmüşdür. İslam barəsində Neftçala rayon prokurorluğunda aparılan araşdırma barədə danışmışdır. Rabil Baş Prokurorluqda rəhbər vəzifəli şəxslərlə, həmçinin Baş Prokurorun İ müavini Elçin Məmmədovla yaxın əlaqələrinin olduğunu bildirərək birbaşa özünün bu işi həll edəcəyini, İslamın barəsində olan cinayət işini xitam etdirəcəyini bildirmiş və bunun müqabilində 20.000 manat pul tələb etmişdir. Həmin pulu Baş Prokurorun müavininə verərək işi həll edəcəyini demişdir. Bundan sonra otaqdan çıxıb Şirinlə danışmış və Rabilin tələb etdiyi 20.000 manatdan əlavə, İslamdan 10.000 manat da almaq qərarına gəlmişlər. Bundan sonra İslamla danışıb izah etmişdir ki, Rabil 20.000 manatın hamısını işi həll etməyə verəcək, ancaq özlərinə də əlavə 10.000 manat istəyirlər. Sonra İslamla birlikdə ofisdən çıxıb İslamın avtomobilinə əyləşmişlər. Orada İslam ona 30.000 manat pul vermiş və özü maşında qalmışdır. O, yenidən ofisə daxil olaraq 20.000 manat pulu Rabilə vermişdir. İsmayıl da həmin zaman otaqda olmuşdur. İsmayıl pulu sayıb Rabilə vermiş və sonuncu pulu otaqda şkafa qoymuşdur. Bundan sonra əlavə götürdüyü 10.000 manatın 5.000 manatını Şirinə vermiş, qalanını isə özünə götürmüşdür. Bundan bir müddət sonra Şirin qaynatasına saat alıb hədiyyə etmək lazım olduğunu və bu səbəbdən İslamla danışmasını demişdir. O, İslama Şirin müəllimin qayınatasının hüquq-mühafizə orqanlarında işlədiyini və general rütbəsində olduğunu bildirmişdir. İslama barəsində əməliyyatın qarşısının alınmasındakı köməkliyinə görə və gələcəkdə də hər hansı problem yaşayarsa bunun qarşısının alınmasına görə indidən Şirinin qaynatası Bədir müəllimə hədiyyə vermək lazım olduğunu demişdir. 2024-cü ilin aprel ayında onlar birlikdə Əhmədlidə "Mado kafesində görüşmüşlər. Orada Şirin telefonda saat şəklini İslama göstərib, general qayınatasının bu saatı bəyəndiyini, ona hədiyyə edilərsə, İslamın gələcəkdəki problemlərini həll edəcəyini və təhlükəsizliyini təmin edəcəyini demişdir. İslam bank kartından 2.500 manat çıxararaq həmin pulu Şirinə vermişdir. Səhv etmirsə, Şirin sonradan həmin puldan ona da 500 manat vermişdir. Bundan bir müddət sonra isə, Şirin xəbər göndərmişdir ki, general qaynatasına xalça hədiyyə edilməsi üçün 3.000 manat versin. İslam pulu olmadığını bildirdikdə, ona nəyə gücü çatırsa, heç olmasa 1.000 manat verməsini demişdir. İslam 1.000 manat pulu xalçanı satan Aqil adlı şəxsin bank kartına göndərmişdir. Daha sonra Şirin ona gedib xalçanı Aqildən götürməsini və həmin xalçanı nə vaxt kimə vermək lazım olacağını deyəcəyini bildirmişdir Bundan əlavə söhbət zamanı İslam Şirinə müraciət edərək demişdir ki, özünü mühafizə xidmətinin polkovniki kimi təqdim edən Qüdrət və Fuad adlı şəxslər rayon prokurorluğundakı işin bağlanması adı ilə ondan 9.000 manat pul alıb, qaytarmırlar. Şirin həmin pulun qaytarılması üçün İslama kömək etmişdir. Şirin Qüdrət adlı şəxsdən 9.000 manatın 5.000 manatını geri almış və İslama göndərmişdir. Həmin puldan 2.500 manatını Şirin özünə götürmüşdür. Rabil işi təxmini 1 həftəyə həll edəcəyini desə də, aradan xeyli müddət keçmiş və heç bir müsbət nəticə olmamışdır. Axırda İslam özü məcbur olaraq Neftçala rayon prokurorluğunda kartlardan nağdlaşdırdığı vəsaiti rəsmi olaraq dövlət büdcəsinə ödəmişdir. O, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs törətmiş olduğu əməllər barədə məlumatları haradan əldə etməsi barədə soruşmamışdır. X10 DTXnin əməkdaşı kimi təqdim etmişdir. Həmçinin İsmayıl ona pdf formatında İslamın pul köçürmələrini göstərmişdir. O, artıq ehtiyat edib məlumatların mənbəyini soruşmamışdır. Təqsirləndirilən şəxs3 DTX işçisi olduğu halda hansı səbəbdən tikinti şirkətində işləməsi onda şübhə oyatmamışdır. Əvvəlcə İsmayılın tikinti şirkətində işlədiyini bilməmişdir. Yalnız Rabillə görüşmək üçün ofisə getdikdən sonra İsmayılın da orada işlədiyini öyrənmişdir. Bu barədə Şirindən soruşduqda isə sonuncu İsmayıl artıq təqaüddə olduğunu və artıq bu şirkətdə işlədiyini demişdir. Zərərçəkmiş şəxs tərəfindən araşdırmaya təqdim edilmiş səs yazıları onda məxsusdur. Səs yazılarında dəfələrlə İslamdan alınmış pulun geri qaytarılması ilə bağlı danışıqlar aparmışdır. Video görüntüdə isə, "Faktor lizing" ofisinə daxil olaraq, eyni zamanda **-AH-*** nömrəli Mercedes markalı avtomobili idarə edərək pul əvəzi Rabildən götürdüyünü demişdir. Rabillə dəfələrlə danışaraq pulu geri almaq üçün çalışmış və hər dəfə İslama səs atmışdır. Görüntüdəki avtomobil isə Rabilə məxsusdur. Bir dəfə Rabil ona avtomobilin açarlarını təhvil verərək, pulu qaytaranda maşını geri alacağını demişdir. Lakin, bir neçə gün sonra 15 sentyabr 2024-cü ildə pulu verməsə də, maşını geri almışdır. Pulu isə bu günə kimi qaytarmamışdır. "Faktor lizing" ofisindən Rabil guya maşını qoyub lizinq götürəcəyini və pulu qaytaracağını demişdir. O, bu səbəbdən ora gedib çəkiliş etmişdir. Zərərçəkmiş şəxs artıq onlardan şikayət vermək üçün prokurorluğa müraciət etdikdən sonra Təqsirləndirilən şəxs2 ona İsmayılla danışmasını və "pdf" formatında olan sənədləri göndərməsini istəməsini demişdir. O, İsmayıldan bunu istəsə də İsmayıl göndərməmişdir. Daha sonra isə Şirin özü həmin məlumatları ona göndərmiş və bunu İslama göstərərək cinayətkarın elə İslamın özü olduğunu deməsini bildirmiş, ancaq o, bunu etməmişdir. O, həmin puldan istintaq dövründə 30.000 manat ödəniş etmiş, hazırda da qalan borc təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq zərərçəkmiş şəxsə ödənilmişdir. Törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilir. Hazırda etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə ilkin olaraq özünü təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs heç bir vəd verməmiş və bu məsələ ilə əlaqədar heç kəsdən heç bir məbləğdə pul almamışdır. Mahiyyəti üzrə göstərmişdir ki, əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmiş və 2016-cı ildə öz ərizəsi ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs1la isə ortaq tanışları vasitəsilə bir müddət idi ki, münasibəti yaranmışdır. Eyni zamanda İsmayıl adlı şəxsi tikinti işləri ilə məşğul olan şəxs kimi tanımışdır. Bundan əlavə İsmayıl əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmişdir. Belə ki, 2024-cü ilin mart ayında İsmayıl Təqsirləndirilən şəxs1la görüş zamanı İsmayıl Eminə müraciət edərək Neftçala rayonundan olan Zərərçəkmiş şəxs adlı şəxsi tanıyıb-tanımamasını soruşmuş, Təqsirləndirilən şəxs1 tanıdığını bildirdikdə, İsmayıl Neftçala rayonundan olan Zərərçəkmiş şəxs adlı şəxsin fermer kartlarından nağdlaşdırma etməsi ilə əlaqədar problemləri olduğunu bildirmişdir. İsmayıl Eminə əgər İslam ona yaxındırsa köməklik etmək imkanları olduğunu demişdir. Emin İsmayılın sözünə görə İslamı Bakıya çağıraraq görüşüb danışmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs1 ona müraciət edərək İslam və İsmayılla görüşüb məsələni həll etmək istədiyini, həmçinin həmin görüşdə onun da iştirak etməyini istədiyini bildirmişdir. O, bu səbəbdən "Şərq Bazarı'nın qarşısında İsmayıl, Emin və İslamla görüşüb yaxınlıqdakı İsmayılın işlədiyi ofisə getmişlər. Bu zaman məlum olmuşdur ki, əslində məsələni Rabil adlı şəxs həll edəcəkdir və bu səbəbdən də Rabilin qəbuluna girmək üçün gözləməlidirlər. İsmayıl Rabili prokurorluq əməkdaşı kimi təqdim etmişdir. Daha sonra Rabil zəng edərək yanına gələ biləcəklərini bildirsə də, onun içəri keçməsinə icazə verməmişdir. Odur ki, içəri ancaq İslam və Emin İsmayılla birlikdə keçmişdir. Bu səbəbdən onlar gözləmişdir. İslam və Emin bir müddət sonra içəridən çıxmış və Emin görüş barədə ona məlumat vermişdir. Dediyinə görə İslam görüş zamanı fermer kartlarından nağdlaşdırma məsələsiylə bağlı barəsində Neftçala rayon prokurorluğunda araşdırma aparıldığını bildirmiş, Rabil isə bu məsələnin Baş prokurorun İ müavini vasitəsilə həll edə biləcəyini deyərək 20.000 manat tələb etmişdir. Daha sonra İslam və Eminlə birlikdə ofisdən çıxıb aşağı düşmüşdür. Emin İslamla sonuncunun avtomobilinə yaxınlaşmış və biraz sonra geri qayıtmışdır. Emin Rabilin istədiyi 20.000 manat pulu vermək üçün yuxarı qalxacağını və onun da birlikdə qalxmasını istədiyini bildirmişdir. O, münasibəti xatirinə bundan imtina etməmiş və Eminlə birlikdə yuxarı qalxmışdır. Lakin Rabil onu yenə içəri buraxmamış, Emin İsmayılla içəri girib pulu verǝrǝk geri qayıtmışdır. Bundan sonra Rabil dəfələrlə onlara yalan vədlər verərək guya işi həll etdiyini bildirsə də, sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Neftçala rayon prokurorluğunda olan işi öz həllini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 bildirdiyi kimi bu məsələ ilə əlaqədar sonuncudan 5000 manat pul almamışdır. İslam bu səbəbdən məcbur qalaraq qanunla müəyyən edilmiş qaydada dəymiş zərəri və müvafiq cərimə ödənişi edib barəsində istintaq olunmuş cinayət işinə xitam verilməsinə nail olmuşdur. Qeyd olunan hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs1 tərəfindən ona heç bir halda pul vəsaiti verilməmişdir. Ancaq Təqsirləndirilən şəxs1 ona vəd vermişdir ki, məsələ müsbət formada həll edilərsə ona da pul verəcəkdir. İsmayıl X4 prokurorluq əməkdaşı kimi təqdim etməsinə baxmayaraq sonuncunun özəl şirkətə məxsus ofisdə oturduğunu gördükdə onda şübhə yaranmışdır. Lakin İsmayıl bildirmişdir ki, guya Rabil xüsusi olaraq burada yerləşdirilib və sonuncu ancaq bu tip xüsusi problemli məsələləri həll edir. İsmayıl Rabili elə təqdim etmişdi ki, guya Rabilin qəbuluna gələn insanlar saatlarla onu gözləyir, bir çox hallarda isə ümumiyyətlə qəbula girə bilmirlər. O, Rabili əvvəllər tanımamışdır. Həmçinin əvvəlcədən heç bir danışığı olmamışdır. Ancaq hadisədən sonra 2024-cü ilin avqust ayında İslamın pulunu geri almaq üçün Eminlə birlikdə görüşərkən Rabili görmüşdür. Budan başqa o, Zərərçəkmiş şəxs bildirdiyi kimi qeyd olunan görüşdə özünü DİN-nin polkovniki kimi təqdim etməmiş, iclasda olmağı səbəbindən və rəisin tapşırığını icra etməsi və nazirliyin binasının "Şərq Bazarı"na uzaq olması səbəbindən gec gəlməsi kimi ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs1 özü onu bu formada təqdim etmişdir. O da İslamın yanında artıq Eminə heç nə deyə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində ona köməklik göstərilməsi səbəbindən "general" olan qaynatası Bədir adlı şəxsə saat alınması üçün 2500 manat və Qüdrət adlı şəxsin verməli olduğu 5.000 manatın geri qaytarılması üçün göstərdiyi köməkliyə görə 2500 manat olmaqla ümumilikdə 5000 manat pulu şəxsən ona verməsi, həmçinin təxminən bir həftə sonra zəng edərək bu dəfə qaynatasına xalça hədiyyə edilməsi üçün 3000 manat pul göndərməsi barədə müraciət etməsi və 1000 manat göndərilməsinə nail olması barədə göstərdikləri həqiqəti əks etdirmir. Onun qaynatası Şahid1 general deyildir. O, Təqsirləndirilən şəxs1 qaynatasının general olduğunu deməmişdir. X12 Quliyevin əvvəllər daxili işlər orqanlarında işlədiyini və təqaüddə olduğunu bilmişdir. Saatın alınması məsələsinin ona aidiyyəti olmamışdır. Bu ideya Eminin özündən çıxmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 İslamın kartlardan nağdlaşdırma işləriylə bağlı problemlərinin çox olduğunu, onların İslama köməklik etməsinə görə, sonuncunun onlara yaxşılıq etmək istədiyini demişdir. Buna görə qayınatasına saat hədiyyə etmək istədiyini bildirmişdir. Ona nə saat alınması üçün, nə pulun qaytarılması üçün, nə də xalça alınması üçün pul verilməmişdir. Təxminən 2024-cü ilin aprel-may aylarında Emin və İslamla Əhmədli qəsəbəsi "Mado" kafesində görüş zamanı İslam yaxınlıqda ATM-dən bank kartından 2.500 manat pul çıxararaq Eminə vermişdir. Bir neçə gün sonra Emin onun bilmədiyi yerdən saatı alaraq İslamı da görüşə çağırmış və görüşdə qayınatası Şahid1 təqdim etmişdir. İslam özü saatı Emindən götürüb Bədir müəllimə təqdim etmişdir. O, İslamla danışaraq Eminin dediyi kimi xalçanın alınması üçün pul verməsini demişdir. Ancaq xalçanın onun qaynatasına verilməsi üçün alınması barədə deyilənlər həqiqəti əks etdirmir. Bundan başqa, İslam bir dəfə görüş zamanı Qüdrət adlı şəxsin ondan 9.000 manat alaraq ələ keçirdiyini demişdir. O, həmin görüş zamanı İslamın telefonu ilə Qüdrət adlı şəxslə danışmış, İslamın pulunu geri qaytarmasını tələb etmişdir. Bundan bir müddət sonra İslamla danışdıqda sonuncunun pulunu geri aldığını bildirmişdir. Həmin puldan İslam ona heç nə verməmişdir. Zərərçəkmiş şəxsə həmin puldan istintaq dövründə 30.000 manat ödəniş edilmiş, hazırda isə qalan borc da digər təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq zərərçəkmiş şəxsə ödənilmişdir. Törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilir. Hazırda etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər keçmiş adı ilə MTN-də çalışmışdır. 29 dekabr 2023-cü il tarixdən "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Belə ki, həmin ərəfədə ümumi tanış vasitəsilə "xxxx" MMC-nin təsisçisi Rabil Şahmarovla tanış olmuşdur. Rabil şirkətə direktor axtardığını bildirib, ona maaşla həmin vəzifəni təklif etmiş və o da razılaşmışdır. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs2 də iştirakı həyata keçirilmiş indi adını dəqiq xatırlamadığı Rəfail və ya Ramazan adlı şəxslə görüş zamanı Zərərçəkmiş şəxs gübrə satışı ilə əlaqədar subsidiya ödənişlərini nağdlaşdırılması ilə bağlı problemləri olduğunu eşitmişdir. Rəfailin hazırda anket məlumatlarını xatırlamır və əlaqə vasitəsi qalmamışdır. Bundan bir müddət sonra Rəfail adlı şəxslə öz işi ilə əlaqədar münasibətləri pozulmuşdur. Daha sonra Zərərçəkmiş şəxs qanunsuz əməlləri barədə "pdf" sənədlər Təqsirləndirilən şəxs2 ona təqdim etmişdir. 2024-cü ilin mart ayında Neftçala rayonundan olan tanıdığı Hacı Təqsirləndirilən şəxs1la görüşmüşdür. Söhbət zamanı Eminə Rəfailin danışdığı məsələ barədə demiş və Təqsirləndirilən şəxs2 təqdim etdiyi "pdf" sənədləri Eminə göstərmişdir. Ancaq hər hansı köməklik etmək və ya buna oxşar təklif etməmişdir. Sadəcə informasiya vermiş yəni İslam adlı şəxslə bağlı problem sonuncu ilə görüşərək olacağını demişdir. Emin İslamı tanıdığını və danışacağını demişdir. Həmin görüşdə Eminlə onu tanış edən Şirin adlı şəxs də iştirak etmişdir. Şirini isə yenə ortaq tanışlar vasitəsilə uzun müddətdir ki, keçmiş polis işçisi kimi tanımışdır. Şirin özünü keçmiş polis işçisi kimi təqdim etmişdir. Emin bir neçə gün sonra onunla əlaqə saxlayaraq həqiqətən də İslamın barəsində Neftçala rayon prokurorluğunda cinayət işi başlandığını və köməklik edilməsini xahiş etmişdir. Onun Rəfail adlı şəxslə artıq əlaqəsi qalmadığından Rabil Şahmarova müraciət etmək qərarına gəlmişdir. Belə ki, rəhbəri Rabil Şahmarovu vəzifəli şəxslərlə əlaqəli bir insan kimi tanıdığı üçün bu barədə Rabil Şahmarovla danışmışdır. Rabil isə problemi olan şəxslər kimlərdisə onları qəbul edib köməklik edə biləcəyini demişdir. Bundan sonra Eminə məlumat vermişdir. Eminlə danışıqlarına əsasən özü İslamla görüşərək danışıb və sonradan birlikdə onun iş yerinə Qarabağ küçəsi 22 ünvanında yerləşən ofisə gəlmişlər. İslam və Sirin Şirəliyev də olmuşdur. Görüş zamanı əvvəlcə onun otağında əyləşib söhbət etmişlər. İslam fermer kartlarından pul nağdlaşdırlmalarına görə barəsində Neftçala rayon prokurorluğuna cinayət işi istintaq olunduğunu bildirmişdir. Orada Émin Şirinə "polkovnik Şirin müəllim" deyə müraciət etmişdir. O, müdiri Rabil müəllimin vəzifəli şəxslərlə əlaqələrinin geniş olduğunu, İslama kömək edə biləcəyini, bu işi yoluna qoya biləcəyini, bu səbəbdən də bu barədə Rabillə danışmalarını demişdir. Rabil otağa konkret olaraq məsələyə aidiyyəti olan şəxslərin, yəni Emin və İslamın gəlməsini, digərlərinin gözləməsini, onların bu söhbətdə iştirak etməməsini demişdir. O, İslam və Emini Rabilin otağına çağırmışdır. Bundan sonra Emin və İslam eyni məsələni Rabilə danışmışlar, Rabil yüksək vəzifəli şəxslərlə yaxşı əlaqələrinin olmasını, geniş dairəsinin olduğunu bildirərək rayon prokurorluğunda olan həmin cinayət işini 20.000 manat müqabilində bağlayaraq İslamın işini yoluna qoya biləcəyini demişdir. Bundan sonra İslam və Emin bayıra çıxmışlar. Az müddətdən sonra Emin tək yenidən qayıtmış və onlar birlikdə Rabilin otağına keçmişlər. Emin otaqda cibindən pul çıxarıb Rabilə uzatmış, Rabil isə pulu saymağını bildirmişdir. O, pulu sayıb 20.000 manat olduğunu bildirmişdir. Bundan sonra Rabil həmin pulu ondan götürüb otaqdakı seyfə qoymuşdur və Emin çıxıb getmişdir. Lakin aradan xeyli müddət keçsə də, iş həllini tapmamış, Emin dəfələrlə Rabilin yanına gəlib söhbət etmişdir. Hətta ilk görüşdən sonra Rabil və Eminin öz münasibətləri yaxşı olmiş və özləri ondan xəbərsiz dəfələrlə görüşüb danışmışlar. Nəticədə İslamın işi həll olunmamış, Rabil isə pulu qaytarmamışdır. O, özü də Rabildən bu barədə soruşduqda dəqiq bir cavab verməmişdir. Rabil 20.000 manatdan heç bir pul verməmişdir. O, Rabil Şahmarovu prokurorluq əməkdaşı kimi təqdim etməmiş və Rabil Şahmarovun xüsusi olaraq burada yerləşdirilərək bu tip problemli məsələləri həll etdiyini bildirməmişdir. O, Rabilin prokurorluqla, eləcə də digər dövlət orqanları ilə güclü əlaqələri olduğunu demişdir. O, adını demək istəmədiyi bir neçə millət vəkilinin Rabil Şahmarovun yanına gəlib-getdiyini görmüş, həmçinin bir neçə dəfə Rabil yanına girib-çıxan şəxslər barədə ona müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları olmasını bildirmişdir. Onun Zərərçəkmiş şəxs Rabil Şahmarovun tələb etdiyi 20.000 manatdan əlavə daha 10.000 manat alınmasından məlumatı olmamışdır. Yalnız İslam adlı şəxs aidiyyəti üzrə şikayət etdikdən sonra bu barədə eşitmişdir. Söhbət zamanı Emin həmin pulu Şirinlə bölüşdüyünü bildirmiş, Şirin isə pul aldığını boynuna almamışdır. Həmçinin onlardan eşitmişdir ki, Emin və İslam Şirinin qaynatasına hədiyyə almışlar. Ancaq hansı səbəbdən olması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxsə həmin puldan istintaq dövründə 30.000 manat ödəniş edilmiş, hazırda isə qalan borc da digər təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq zərərçəkmiş şəxsə ödənilmişdir. Törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilir. Hazırda etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ildən "xxxx" MMC-də satıcı kimi işləyir. 2023-cü ildən halhazıradək Neftçala rayonu ərazisində gübrə satışı ilə məşğul olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə verilən subsidiya kartlarını fermerlər onun yanına gələrək müəyyən miqdarda gübrə aldıqdan sonra kart hesabında qalan gübrəni satmağını onan xahiş etmiş və o, həmin gübrələri sataraq pullarını fermerlərə vermişdir. 2023-cü ilin avqust ayında fermer kartlarından gübrə satışını həyata keçirdiyi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayon Şöbəsində onun barəsində araşdırma başlanılmış və toplanmış material hüquqi qiymət verilməsi üçün Neftçala rayon Prokurorluğuna göndərilmişdir. Neftçala rayon prokurorluğunda xx.xx.2024-cü il tarixli qərarla barəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işi başlanılmışdır. 2024-cü ilin mart ayında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək bir məsələ ilə əlaqədar görüşmək üçün onu Bakı şəhərinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 ərəb dilini yaxşı bildiyi üçün turzim sahəsində çalışır və əsasən ərəb turistlərlə işləyir. Bu səbəbdən də kifayət qədər maddi imkanı vardır. O, Bakı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs1la sonuncunun dediyi "Mariott Boulevard" oteldə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs1 ona bir neçə gün əvvəl generallar ilə görüşdüyünü və onun barəsində yaxın günlərdə əməliyyat tədbirinin keçiriləcəyini öyrəndiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ciddi insan kimi tanıdığı üçün inanmışdır. Bundan əlavə artıq barəsində cinayət işi istintaq olunduğundan məlumatların üst-üstə düşdüyünü anlamışdır. O, Təqsirləndirilən şəxs1 söhbətin necə açıldığını və məhz onun adının çəkildiyini maraqlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, söhbət əsnasında Neftçala rayonundan olan bir şəxslə bağlı tədbir olacağı deyilmiş, Emin ətraflı soruşub onun adını eşitdikdə artıq görüşüb danışmaq qərarına gəlmişdir. Eyni zamanda özünün həmin əməliyyat tədbirini dayandırdığını bildirərək onun generalların haqqını verməli olduğunu söyləmişdir. O, Eminə artıq barəsində Neftçala rayon prokurorluğunda cinayət işinin başlanıldığını və bu səbəbdən həmin işin nəticəsini gözlədiyini demişdir. Çünki işin nəticəsində maddi ziyan müəyyənləşdiriləcəyini və həmin ziyanı ödəməli olduğunu bilmişdir. Bunları Eminə izah edib kiməsə əlavə pul verməyə maddi imkanının olmadığını demiş və Eminlə sağollaşmışdır. Təxminən 3-4 gün sonra Emin yenidən ona zəng edərək barəsində Neftçala rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə məsələnin həlli üçün köməklik məqsədilə görüşmək istədiyini bildirmişdir. O, bu səbəbdən özü ilə evdə olan bütün pulunu, yəni 35.000 manatı üzərində götürüb Bakıya gəlmişdir və Eminin dediyi kimi "Şərq Bazarı"nın qarşısında sonuncu ilə görüşmüşdür. Eminlə dayanıb bir şəxsi gözləmişdir. Eminin dediyinə görə gözlədikləri şəxsin adı Şirindir və Daxili İşlər Nazirliyinin polkovnikidir. Bir müddət sonra Şirin adlı şəxs gəlmiş və Emin onları tanış etmişdir. Onlar birlikdə "Şərq Bazarı"nın arxasında yerləşən bir binanın 3-cü mərtəbəsinə qalxmışlar. Bu zaman onları sonradan adının İsmayıl olduğunu bildiyi şəxs qarşılamış və onlar ofisə keçmişdir. Ofisdə oturub Rabil adlı şəxsin onları qəbul etməsini gözləmişlər. Bu zaman Eminlə Şirin söhbət etmiş, söhbət zamanı Şirin iclasda olduğunu, rəisinin tapşırığını icra etdiyi üçün və nazirliyin binasının bura uzaq olduğu üçün gec gəldiyini və s. demişdir. Onda artıq tam inam formalaşmışdır ki, bu adam həqiqətən də polis polkovnikidir. 15 dəqiqə gözlədikdən sonra Rabil onları qəbul etmək üçün xəbər göndərmişdir. O, İsmayıl və Eminlə birlikdə Rabilin otağına daxil olmaq üçün içəri keçmişdir. Şirin isə içəri keçməmiş və orada gözləməyə davam etmişdir. Onlar hər üçü Rabilin otağına keçmişdir. O, içəri girəndən sonra məlum olmuşdur ki, Emin əslində Rabillə yaxın deyilmiş. Emin eyni rayondan olduğu üçün İsmayılı tanıyırmış və İsmayılın vasitəsilə Rabilə xəbər göndərərək ona köməlik edilməsini xahiş etmişdir. O, Rabilin danışıqlarından qeyd edilən mənzərini anlamışdır. Guya Rabil keçmiş DTX əməkdaşı olmuşdur. Rabil ona bildirmişdir ki, məsələdən tam xəbərdardır və payını verdiyi halda ona Neftçala rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə köməklik edə bilər. Daha sonra onlara çıxıb çöldə gözləmələrini demişdir. 15 dəqiqə sonra yenə hər üçü otağa qayıtmış və bu zaman Rabil onun barəsində istintaqı aparılan cinayət işinin xitam olunmasına köməklik göstərilməsi üçün Baş prokurorun 1-ci müavini Elçin Məmmədovla danışdığını bildirmişdir. Rabilin deməsinə görə Elçin Məmmədova çatdırılması üçün ona 20.000 manat, özünə isə 10.000 manat pul verəcəyi halda heç bir problem qalmayacaq. O, otaqdan çölə çıxaraq Emin ilə məsləhətləşmiş və həmin pulu vermək qərarına gəlmişdir. Bundan sonra o, ofisdən çıxıb Eminlə birlikdə özünə məxsus avtomobilin yanına getmişdir. Hər gün prokurorluqdan fermerləri dəvət edib dindirdikləri üçün bu məsələni həll etmək qərara gəlmişdir. Özünə məxsus olan **-LM-*** dövlət qeydiyyat nişanlı "X13" markalı avtomobildə olan puldan 30.000 manat hissəsini götürərək elə avotomobilin içində Eminə vermişdir. Emin pulu aldıqdan sonra orda gözləməyini bildirərək həmin pulu Rabilə vermək üçün ofisə qayıtmışdır. Daha sonra geri qayıdıb, yaxın günlərdə cinayət işinin xitam olunacağını bildirmişdir. Bundan sonra o, rayona geri qayıtmışdır. Bir neçə gün sonra Emin ona zəng edərək Şirin adlı şəxsin qayınatası general Bədir müəllimin bundan əvvəl əməliyyatın qarşısının alınmasındakı köməkliyinə görə dəyəri 2500 manat olan qol saatı hədiyyə etməli olduğunu bildirmişdir. Eminin deməsinə görə generalın bundan sonra arxasında dayanması və onu qoruması nəticəsində hüquq-mühafizə orqanları ilə heç bir problem yaşamayacaqdır. O, Bakı şəhərinə gələrək Əhmədli metrosunun yaxınlığında Emin və Şirin ilə görüşmüş və özü ilə artıq 2500 manat pulu gətirmişdir. Şirin isə artıq saatı və saatın qabını özü ilə gətirmişdi. O, saatın alınması üçün gətirdiyi 2500 manat pulu Şirinə vermişdir. Şirin də saatı və qabı ona verǝrǝk nə vaxt Bədir müəllimə verilməsi mümkün olsa xəbər edəcəyini demişdir. Söhbət zamanı Neftçala rayon prokurorluğunda barəsində olan işlə əlaqədar bundan əvvəl Mühafizə Polisinin əməkdaşları Qüdrət və Fuad adlı şəxslərə 9.000 manat pul verdiyini və geri ala bilmədiyini bildirmişdir. Həmin danışıq zamanı Şirin həmin pulu adı çəkilən şəxslərdən geri ala biləcəyini demişdir. O, Şirinə pulu geri ala bilərsə yarısını ona verəcəyini bildirmişdir. Elə ordaca Şirin Qüdrət adlı şəxslə danışmışdır. Bundan sonra Qüdrət 15-20 dəqiqə içərisində 9.000 manatdan 5.000 manat pulu Qüdrətlə onu tanış edən Elmar adlı şəxsə, sonuncu da pulu ona göndərmişdir. Odur ki, 5.000 manatın geri qaytarılması üçün Əhmədli metrostansiyasının yaxınlığında yerləşən Kapital Banka məxsus bankomatdan nağdlaşdırdığı 2500 manatı Təqsirləndirilən şəxs2 vermək üçün onlara yaxınlaşmışdır. Emin həmin pulu saymış və onun qarşısında Şirinə vermişdir. Şirin də ona təşəkkür etmişdir. Ümumilikdə 5000 manat pulu Şirinə vermişdir. Təxminən bir həftə sonra Şirin adlı şəxs ona zəng edərək bu dəfə qaynatasının bir xalça bəyəndiyini və bu səbəbdən də 3000 manat pul göndərməyini demişdir. O, imkanının olmadığını, ancaq 1000 manat göndərə biləcəyini bildirmişdir. Şirin razılaşdığından 1000 manat pulu Şirinin bildirdiyi kart nömrəsinə göndərmişdir. Bundan sonra o, rayona geri qayıtmış və bir müddət keçməsinə baxmayaraq həmin cinayət işi xitam olunmamışdır. O, məcbur olaraq dövlətə dəymiş maddi ziyanı ödədikdən sonra Neftçala rayon prokurorluğunda qanuni əsaslarla cinayət işi xitam olunmuşdur. Bundan sonra Eminə zəng edərək verdiyi pulu geri tələb etmişdir. Lakin, Emin müxtəlif bəhanələr gətirərək pulu geri qaytaracağına dair yalan vədlər verməsinə baxmayaraq hal-hazıradək aldığı pulu geri qaytarmamışdır. Rabil vəd vermişdi ki, 1 həftə ərzində işinə xitam veriləcəkdir. Ancaq vədinə əməl etməmişdir. Qeyd edir ki, hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərər hazırda tam olaraq ödənilib. Təqsirləndirilən şəxslərlə barışıb, onlara qarşı şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 8 ildir ki, tanıyır, ancaq Təqsirləndirilən şəxs2 harada işlədiyini bilməmişdir. Bu barədə Şirindən bir dəfə soruşsa da, sonuncu ona dəqiq cavab verməmişdir. İsmayıl adlı şəxsi isə Təqsirləndirilən şəxs2 dostu və DTX-nin əməkdaşı kimi tanımışdır. 2024-cü ilin aprel ayında özünə məxsus qədimi xalçanı satdığından söhbət zamanı Təqsirləndirilən şəxs2 bu barədə bildirmişdir. Şirin həmin vaxt yanında olan "Hacı" ləqəbli Emin adlı şəxlə birlikdə xalça ilə maraqlanmışdır. Bir neçə gün sonra isə ona xalçanı almaq istədiklərini bildirmiş və yalnız 1000 manat verə biləcəklərini demişlər. Onun maddi sıxıntıları olduğundan bu təkliflə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə ona məxsus 523915*****6225 nömrəli karta 1000 manat pul vəsaiti köçürülmüşdür. Elə həmin gün də Emin adlı şəxs xalçanı ondan götürmüş və getmişdir. Həmin xalçanı kim üçün və nə üçün aldıqlarını isə bilməmişdir. Şahid X7 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı özlərinin səmimi etirafları, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. İttiham aktına əlavə edilmiş arayışdan görünür ki, iş üzrə 36.000 (otuz altı min) manat maddi ziyandan 30.000 (otuz min) manat olan hissəsi Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, qalan 6.000 manat hissəsi isə ödənilməmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən səlahiyyətli orqana ünvanlanmış və notarial qaydada təsdiq edilmiş (**********549) nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, onlara qarşı hər hansı bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizə onun sözləri əsasında yazılmış və yazılanları öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-yə aid 10409 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə dəymiş ziyanın 25 faizini, 9000 (doqquz min) manat pulu X1 hesabına (hesab AZ90CTRE0********) ödəmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs cinayət nəticəsində vurduqları ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışlar. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi 15 aprel 2025-ci il tarixli qəbzlə müəyyən olunur ki, cinayət nəticəsində vurulmuş 36.000 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 9.000 manat məbləğində dövlət büdcəsinə ödəniş edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddesinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktiki halları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın əvəzi tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onunla barışmış və cinayət əməli ilə vurduqları ziyanın 25 faizi miqdarında, yəni 9.000 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişlər. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Azercell” və "xxxx" MMC-dən götürülmüş 02 ədəd, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar