Məhkəmə qərarları › İş №1(054)-9/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-9/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-9/2022 19.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 X20 nümayəndəsi Nümayəndə1 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş, hazırda Oğuz rayon İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx.xx.2015-ci il tarixli 09/11-557 nömrəli əmrlə Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən, texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Oğuz rayon Məşğulluq Mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 6 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Oğuz rayon Məşğulluq mərkəzinə ayrılmış 29.786 (iyirmi doqquz min yeddi yüz səksən altı) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən Şahid11 2017-ci ilin may ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 29.786 (iyirmi doqquz min yeddi yüz səksən altı) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Oğuz rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin may ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Oğuz rayon Məşğulluq Mərkəzində adı qeyd edilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi xx.xx.2017-ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolu və digər sənədlərin Şahid11 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün xx.xx.2016-cı il tarixli 28 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid9, Şahid7 və Şahid8 tərəfindən ünvan 2 ünvanında yerləşən Oğuz rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğusu üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC-nin həmin kotirovka sorğusunun qalibi olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra xidməti otağında öz imzası və məşğulluq mərkəzinin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, adı qeyd edilən hüquqi şəxsin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 56 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 29.786 (iyirmi doqquz min yeddi yüz səksən altı) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 6 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda, Şahid14 və Şahid12 2017-ci ilin may ayı ərzində Zaqatala rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, habelə, Oğuz rayonunda fərdi satıcılardan aldıqları mal-qaranı Oğuz rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid3 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda, guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda, guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.610 manat dəyərində maddi aktivlər verildiyi halda, guya 5.225 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 2.800 manat dəyərində maddi aktivlər verildiyi halda, guya 4.120 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 3.610 manat dəyərində maddi aktivlər verildiyi halda, guya 5.225 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda, guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi barədə tamah və şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Oğuz rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə xx.xx.2018-ci il tarixli aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə maddi aktivlərin verilməsi üçün ayrılmış 29.786 (iyirmi doqquz min yeddi yüz səksən altı) manat məbləğində vəsaitdən faktiki olaraq 20.820 (iyirmi min səkkiz yüz iyirmi) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla, onlara etibar edilmiş 8.966 (səkkiz min doqquz yüz altmış altı) manat məbləğində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməkə yanaşı göstərdi ki, o, 2015-ci ilin noyabr ayında Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru təyin olunmuş, 2020-ci ilin avqsut ayında X8 publik hüquqi şəxsi yarandıqdan sonra həmin Agentliyin 11 saylı ərazi məşğulluq mərkəzi filialının şöbə müdiri vəzifəsinə keçirilmişdir. 2020-ci ilin sonunda müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. 2017-ci ildə Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru o özü, baş mühasibi Şahid10 olmuşdur. Mərkəzin hesablaşma hesabı "xxxx" ASC-nin Oğuz rayon filialında olmuş, mərkəz birbaşa Dövlət Məşğulluq Xidmətinə tabe olmuşdur. 2016-cı ilin sonlarından başlayaraq əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədilə mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərlə biznesin qurulması məqsədilə iki aylıq kurslar təşkil olunmağa başlanmışdır. Kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib təqdim edərək həmin biznes planlarında görəcəkləri işin dəyərini göstərmişlər. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. 2017-ci ilin may ayında Oğuz rayon Məşğulluq Mərkəzinin Baş İdarə üzrə birbaşa kuratoru Şahid11 ona zəng edərək bildirmişdir ki, rəhbərliyin göstərişi ilə maddi aktivlərin alınması ilə bağlı ona imzalanması üçün hazır sənədlər göndərəcəkdir. Şahid11 ona həmin sənədləri imzalayıb Oğuz rayon Məşğulluq Mərkəzinin möhürü ilə təsdiq edərək və mərkəzin aidiyyəti əməkdaşlarına da imza etdirməklə qısa zamanda həmin sənədləri ona geri qaytarmağı tapşırmışdır. Bir neçə saat sonra Şahid11 hazırda xatırlamadığı şəxslə sənədləri ona göndərmiş, həmin sənədlərdə əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədilə guya Oğuz rayon Məşğulluq Mərkəzi üzrə 2017-ci ildə kotirovka sorğusu keçirildiyi, həmin sorğuda bir neçə şirkətin də iştirak etdiyi, Oğuz rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının komissiya üzvləri olması, sorğuda "xxxx" MMC adlı şirkətin guya qalib olması barədə protokol, təkliflər, yazışmalar, qalib şirkət kimi "xxxx" MMC ilə Oğuz rayon Məşğulluq Mərkəzi adından onun özü tərəfindən bağlanmış və adı çəkilən təşkilat tərəfindən artıq möhürlənmiş və imzalanmış müqavilə və digər müvafiq sənədlər olmuşdur. O, kotirovka sorğularının məşğulluq mərkəzinin özü tərəfindən keçirilməli olduğunu, adı çəkilən şirkətlərin kotirovkada faktiki olaraq iştirak etməklə görüləcək işlərlə bağlı qiymətlər təklif olunmalı olduğunu, əlverişli qiymət təklif edən şirkətin komissiyanın qiymətləndirməsi ilə seçilib qalib elan edildikdən sonra həmin şirkət ilə müqavilə bağlanmalı olduğunu bilmişdir. Ona görə də həmin sənədləri imzalamaqdan çəkindiyini Şahid11 da bildirmişdir. Şahid11 isə ona demişdir ki, bu rəhbərliyin tapşırığıdır, bütün respublika üzrə bu proses gedir və tapşırıq mübahisəsiz icra olunmalıdır, lakin konkret olaraq rəhbərliyin hər hansı əməkdaşının adını çəkməmişdir. Bundan sonra o, həmin sənədləri imzalamış və Oğuz rayon Məşğulluq Mərkəzinin digər əməkdaşları, yəni komissiya sədri kimi adı qeyd olunmuş Şahid9, komissiya üzvləri kimi adları qeyd olunmuş Şahid7 və Şahid8 imzalatdırıb, Oğuz rayon Məşğulluq Mərkəzinin möhürü ilə təsdiq edib Şahid11 göndərmişdir. Mərkəzin sənədləri imzalayan əməkdaşlarına, yəni komissiyanın sədrinə və üzvlərinə də həmin sənədlərin imzalanması barədə rəhbərliyin göstərişi olduğunu izah etmişdir. Məşğulluq Mərkəzində tender komissiyasının yaradılması barədə əmr də 2016-cı ildə onun özü tərəfindən verilmişdir. Bundan sonra isə Şahid11 göstərişinin davamı olaraq guya kotirovka sorğusunun qalibi olmuş və buna görə də müqavilə bağlanmış "xxxx" MMC adlı şirkətin bank hesabına müvafiq olaraq 29.786 manat pul vəsaitinin köçürülməsi barədə baş mühasib Şahid10 göstəriş vermiş, bununla bağlı müqaviləni, protokolu və digər sənədləri ona təqdim etmiş, özü də köçürmə ilə bağlı müvafiq sənədləri imzalayıb Mərkəzin möhürü ilə təsdiq edərək "xxxx" MMC adlı şirkətin bank hesabına 29.786 manat pul vəsaitinin köçürülməsini təmin etmişdir. Bundan sonra ayrı-ayrı fiziki şəxslərə maddi aktivlər verilmişdir. Aktivlər müqavilə bağlanmış şirkətin əməkdaşları tərəfindən paylanmış, Oğuz rayon Məşğulluq Mərkəzinin hər hansı əməkdaşı onları müşayiət etməmişdir. Aktivlərin mülkiyyətə verilməsini 2018-ci ildə özü Şahid11la birgə yoxlamış və həmin vaxt da hər hansı problem olmamışdır. O, yalnız aktivlərin tam həcmdə verilib-verilməməsini dəqiqləşdirilmiş, aktivlərin hansı qiymətlərə alınması ilə maraqlanmamışdır. Eyni zamanda, həmin kotirovka sorğusuna görə ona hər hansı vəsait ödənilməmiş, kotirovka sənədlərini imzalaması və möhürlə təsdiq etməsi, müqavilə bağlaması, müvafiq hesaba vəsait köçürülməsi üçün ona heç kim pul yaxud digər əmlak verməmiş, buna görə ona başqa hər hansı üstünlük və ya imtiyaz verilməmiş, o, həmin sənədlərin rəsmiləşdirilməsini ancaq Şahid11 tapşırığı ilə, onun həmin tapşırığın rəhbərlik tərəfindən verilməsi barədə dedikləri əsasında həyata keçirmişdir. Oğuz rayon Məşğulluq Mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı "xxxx" MMC ilə bağlanılmış müqavilə, kotirovka sorğusunun nəticələrinə dair yekun protokol, qaimə-fakturalar və digər sənədlərdə adının qarsısında olan imzalar özünə məxsusdur. Oğuz rayon Məşğulluq Mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı faktiki olaraq heç bir kotirovka sorğusu keçirilməmiş, o, protokolda adları qeyd olunan müəssisələri də tanımır. O, aktivlərin paylanmasında da iştirak etməmiş, lakin iş axtaran şəxslərin hər biri ilə maraqlandıqdan sonra onlara aktlarda göstərilən miqdarda aktivlərin verildiyini dəqiqləşdirdikdən sonra aktları imzalamış, aktivləri faktiki olaraq "xxxx" MMC şirkətinin adından Şahid12 adlı şəxs paylamışdır. Aktivlərin mülkiyyətə verilməsi barədə aktlarda yazılan qiymətlər Şahid11 göndərdiyi qaimə-fakturadakı qiymətlərə uyğun olmuş, ona görə də o, aktları imzalamışdır. O, heç bir maddi aktiv almamış, qaimə-faktura və digər sənədlər də vəsaitin köçürülməsi üçün baş idarədən verilmiş sənədlər olmuşdur. O, Şahid11 tərəfindən ona verilmiş göstərişləri icra etmiş, qeyd olunan sənədləri imzalamaqda başqa məqsədi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ona elan edilmiş ittihamda nəzərdə cinayət əməllərini törətdiyini könüllü etiraf edib həmin əməllərin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əməllərə görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Həmin əməllər nəticəsində dəymiş 8.966 (səkkiz min doqquz yüz altmış altı) manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. İş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 X20 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 X20 X1 filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində işləyir. Hazırki cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 8.966 (səkkiz min doqquz yüz altmış altı) manat məbləğində özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Zərərçəkmiş hüququ şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində eyni zamanda göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 X23 dəymiş 8.966 (səkkiz min doqquz yüz altmış altı) manat miqdarında maddi ziyan məbləği Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş və təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, 2015-ci ildə Oğuz rayon Məşğulluq Mərkəzinə baş məslətəçi-mühasib vəzifəsinə təyin edilmiş, 2020-ci ilin noyabr ayında müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. 2017-ci ildə Oğuz rayon Məşğulluq Mərkəzinni direktoru Təqsirləndirilən şəxs, Dövlət Məşğulluq Xidməti üzrə kurator isə Şahid11 olmuşdur. Mərkəzin bank hesabı "xxxx" ASC-nin Oğuz filialında olmuşdur. 2017-ci ilin may ayında Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru onu xidməti otağına çağıraraq "xxxx" MMC ilə 29.786 manat məbləğində aktivlərin alınması ilə bağlı bağlanmış müqavilə, qaimə-faktura və digər sənədləri təqdim edib həmin şirkətin hesabına 29.786 manat vəsait köçürməsini tapşırmışdır. O da bağlanmış müqavilələrin icra edilməsi üçün kassa xərclərinin sifarişi cədvəllərini və ödəniş tapşırıqlarını Təqsirləndirilən şəxsla bərabər imzayaraq "xxxx" MMCnin bank hesabına 29.786 manat köçürülməsini təmin etmişdir. Sənədləri Maliyyə İdarəsinə təqdim edərkən kotirovka keçirilib-keçirilməməsi barədə ondan heç nə soruşulmamışdır. Qaimə-fakturada, ödəniş tapşırığında və kassa xərclərinin sifarişi cədvəllərində adının qarşısında olan və ona istinad olunan imzaların hamısı onun özü tərəfindən icra edilmişdir. O, ancaq hazır müqavilə və digər sənədləri icraya yönəldərək "xxxx" MMC-nin bank hesabına 29.786 manat köçürülməsini təmin etmişdir. Sənədlərin imzalanması və müqavilələrin icraya yönəldilməsi üçün hər hansı məbləğdə pul almamışdır. Müqavilə və digər sənədlər ona təqdim olunarkən kotirovka sorğusunun faktiki olaraq keçirilib-keçirilməməsi barədə məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid9 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, Oğuz rayon Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ilin may ayında X9 direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Dövlət Məşğulluq Xidmətindən Oğuz rayon Məşğulluq Mərkəzi üzrə kotirovka sorğusunun keçirilməsinə dair hazır sənədlər verildiyini, həmin sənədlərdə komissiya sədri kimi onun, komissiya üzvləri kimi Məşğulluq Mərkəzinin digər əməkdaşları Şahid7 və Şahid8 adlarının qeyd olduğunu, Məşğulluq Xidmətindən ona həmin sənədləri komissiya üzvlərinə imza etdirmək barədə rəhbərlik tərəfindən tapşırıq verildiyini bildirmiş, lakin konkret olaraq heç kimin adını çəkməmişdir. Həmin sənədlərin içərisində 2017-ci ildə Oğuz rayonu üzrə kotirovka sorğusu keçirilməsi, Məşğulluq Mərkəzinin əməkdaşlarının komissiya üzvləri olması, kotirovka sorğusunda 29.786 manat təkliflə "xxxx" MMC adlı şirkətin qalib gəlməsinə dair protokol, həmin şirkətlə bağlanmış müqavilə, qaimə-faktura və digər sənədlər olmuşdur. Kotirovka sorğusuna dair hazır sənədlər Təqsirləndirilən şəxs tərəfindən, habelə, komissiya sədri kimi onun özü, komissiya üzvləri kimi isə Şahid7 və Şahid8 tərəfindən imzalanmışdır. Əslində isə, ümumiyyətlə, 2017-ci ildə Oğuz rayon Məşğulluq Mərkəzi üzrə hər hansı kotirovka sorğusu keçirilməmişdir. Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolda adının qarşısındaki imza onun özü tərəfindən icra edilmişdir. Protokolun imzalanması üçün hər hansı məbləğdə pul almamış, Təqsirləndirilən şəxs inandığı üçün və protokolun imzalanması barədə ona baş idarədən tapşırıq gəldiyini dediyinə görə həmin sənədi imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş, Oğuz rayon Məşğulluq Mərkəzinin kotirovka sorğusu üzrə satınalma komissiyasının üzvləri olan digər əməkdaşları Şahid7 və Şahid8 da Şahid9 ifadəsinin məzmununa uyğun ifadələr verərək Oğuz rayon Məşğulluq Mərkəzi üzrə əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə aktivlərin alınması ilə bağlı 2017-ci ildə heç bir kotirovka sorğusunun keçirilmədiyini, həmin kotirovka sorğularına dair sənədləri Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs tapşırığı ilə, onun həmin sənədlərin imzalanmasına dair rəhbərliyin göstərişinin olması barədə dedikləri əsasında imzaladıqlarını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid11 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, hazırda Dövlət Məşğulluq Xidməti X20 sənədlər və müraciətlərlə iş departamentinin vətəndaşlarla iş şöbəsinin müdiri vəzifəsində işləyir. Özünəməşğulluq proqramı çərçivəsində işsiz kimi seçilmiş şəxslər təlimlərə cəlb edilir, onlara biznes planı yazmaq, biznesi idarə etmək vərdişləri öyrədilir, bundan sonra onların yazdıqları layihələr yoxlanılır, ayrılmış vəsait hesabına öz təsərrüfatlarını yaratmaq üçün onlara mal-material və avadanlıqlar ayrılır. İstifadəyə verilmiş əmlaklar sonradan həmin şəxsin öz mülkiyyətinə verilir. Ölkə Prezidentinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə əhalinin özünəməşğulluğunun artırılması məqsədi ilə 6 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hər rayon üzrə kvotaya görə bölüşdürülmüş, tədbirlərin həyata keçirilməsi rayon məşğulluq mərkəzlərinə həvalə edilmişdir. O, Şimal-Qərb regionu üzrə kurator kimi əhalinin özünəməşğulluğunun artırılması məqsədi ilə aidiyyəti şəxslərin seçilməsində iştirak etmiş, eyni zamanda təlimçiləri seçmişdir. Özünəməşğulluq proqramı üçün ilkin vəsait Prezidentin ehtiyat fondundan ayrılsa da, xx.xx.2018-ci il tarixdən etibarən bu vəsait işsizlikdən sığorta fondundan ayrılır. Əvvəllər vəsait yerli məşğulluq mərkəzlərinə ayrılmış, həmin mərkəz tender keçirmə yolu və ya kotirovka sorğusu ilə aidiyyəti təşkilatları seçmişdir. Aidiyyəti təşkilatlar isə tələb olunan malmaterialı və avadanlığı təmin edib işsiz şəxslərə təqdim etmişdir. Hazırda isə tender və kotirovkaların keçirilməsini mərkəzi aparat təşkil edir. Dövlət Məşğulluq Xidməti rəhbərliyinin əmrinə əsasən ölkə ərazisi müxtəlif regionlar üzrə kurasiyalara bölünmüş, 7-8 əməkdaş kurasiya üzrə rayonlarda bu prosesin keçirilməsinə nəzarət etmişdir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları onun kurasiyasında olmuşdur. Həmin rayonlarda biznes planların seçilməsi, istifadə üçün verilmiş maddi aktivlərin bir il sonra istifadəçilərin mülkiyyətinə verilməsi prosesində özü iştirak etmiş və görüşdüyü hər bir şəxsin təsərrüfatına, yaxud yaratdığı iş sahəsinə baxış keçirilmiş və yerində akt tərtib edilmiş, bununla da proses başa çatmışdır. Mal-materialların alınması ilə bağlı keçirilən tender və kotirovka sorğularına dair işlərə müdaxilə etməmişdir. Ancaq aktivlər paylandıqdan bir il sonra, yəni 2018-ci ildə həmin aktivlərin mülkiyyətə verilməsi ilə bağlı prosesdə iştirak etmiş, aktivlərin olduğu ünvanlara şəxsən baxış keçirmiş, sonra isə tərtib edilmiş aktları imzalamışdır. Şahid5, Şahid6, Şahid1, Şahid2, Şahid4 və Şahid3 adlı şəxslərə maddi aktivlərin verilməsi ilə bağlı tərtib edilmiş, aktivlərin mülkiyyətə verilməsi ilə bağlı aktlarda olan imzalar öz imzalarıdır, mülkiyyətə verilməyə dair aktlar məşğulluq mərkəzinin möhürü ilə təsdiq edilmişdir. Həmin aktların tərtib edilməsi zamanı o, aktda göstərilən maddi aktivin adı qeyd edilən şəxsə, həqiqətən də, verilib-verilməməsinə diqqət yetirmişdir. Onun imzaladığı aktlar üzrə hər bir şəxsə aktda qeyd edilmiş sayda və növdə maddi aktiv verildiyi müəyyən edilmişdir. Aktlarda yazılan qiymətlər, həmin qiymətlərin hansı əsaslarla yazılması barədə məlumatı yoxdur. Oğuz rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Təqsirləndirilən şəxs 2017-ci ildə onun Oğuz rayon Məşğulluq Mərkəzi üzrə özünəməşğulluğun təmin edilməsi ilə bağlı kotirovka sorğusu keçirilməsi ilə bağlı sənədləri göndərərək imzalanmaqla və möhürlə təsdiq edilməklə ona qaytarılmasını tapşırması, həmin tapşırıq əsasında bu göstərişi icra etməsi barədə ifadəsində göstərdikləri həqiqətə uyğun deyildir. O, heç vaxt Təqsirləndirilən şəxs tender və kotirovka sənədləri göndərməmiş, bu məzmunda göstəriş verməmişdir. "xxxx" MMC adlı şirkəti isə, ümumiyyətlə, tanımır. İş üzrə şahid qismində dindirilmiş Şahid12 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, mal-qara alqı-satqısı ilə məşğul olaraq müxtəlif rayonlardan mal-qara alıb satır. 2017-ci ilin may-iyul aylarında qəzetdə və internet saytında Lənkəran, Mingəçevir, Sumqayıt, Qax, Oğuz, Kürdəmir, Zaqatala, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu və respublikanın digər rayon və şəhər Məşğulluq Mərkəzi üzrə işaxtaran şəxslərə aktivlərin alışı ilə bağlı tender və kotirovka sorğusu keçirildiyini görmüşdür. Elandan başa düşmüşdür ki, həmin məşğulluq mərkəzləri vətəndaşlara verilməsi üçün mal-qara və digər əmlaklar almaq istəyir, buna görə də tender və kotirovka keçirir. Bundan sonra həmin tenderlərdə və kotirovkalarda iştirak etmək qərarına gəlmişdir. Tender və kotirovkada iştirak etmək üçün müəyyən tələblər olduğuna görə Rəşad adlı dostu vasitəsilə tanış olduğu, fiziki şəxs kimi vergi ödəyicisi -"xxxx" adlı şirkətin direktoru olmaqla Saatlı rayonunda malqara ferması olan Seyidrəsul Abbasova təklif etmişdir ki, qeyd etdiyi rayonlar üzrə məşğulluq mərkəzləri tərəfindən keçirilən kotirovka sorğularında və tenderlərdə fiziki şəxs kimi onun adından və "xxxx" MMC-nin adından iştirak edib əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul Abbasov onun təklifi ilə razılaşmışdır. Eyni qaydada müxtəlif şəxslər vasitəsilə tanış olduğu X15, X6 və X2 direktorları olduqları hüquqi şəxslər olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Sabit” kəndli fermer təsərrüfatının adından tender və kotirovkada iştirak etmək qərarına gəlmiş, həmin şirkətlərin direktorlarının adından kotirovkada və tenderdə iştirak etmək üçün ərizələr almış, bank rekvizitlərini götürmüş, təklif olunan qiymətləri paketə qoyub həmin sənədləri məşğulluq mərkəzlərinə təqdim etmişdir. Eyni zamanda, həmin direktorların adından etibarnamələr alaraq tender və kotirovkalar keçirilən məşğulluq mərkəzlərinə təqdim etmişdir. Təklifləri verdikdən sonra həmin mərkəzlərdə kotirovka sorğuları və tenderlər keçirilmiş, Oğuz rayonunda "xxxx" MMC şirkəti tenderin qalibi olmuşdur. Lakin kotirovkanın və tenderlərin məşğulluq mərkəzlərinin hansı otaqlarında keçirilməsini xatırlamır. Hər tender və kotirovkada onun təmsil etdiyi şirkətlərdən başqa digər iki şirkət də iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini, həmçinin, məşğulluq mərkəzlərinin konkret olaraq hansı əməkdaşlarının komissiyada iştirak etmələrini də xatırlamır. O, qeyd olunan şirkətlərin adından bir çox rayonlarda iştirak etdiyi tender və kotirovka sorğularının qalibi olmuşdur. Şirkətlərə və Seyidrəsul Abbasovun hesabına köçürülmüş pulu direktorlar özləri bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalanını aktivləri almaq üçün ona vermişlər. Şirkət rəhbərləri və Seyidrəsul Abbasov tender və kotirovka sorğusu prosesi ilə, ümumiyyətlə, maraqlanmamışlar, onlar ancaq bununla bağlı onun tərtib etdiyi sənədləri imzalamışlar, həmin şirkətləri faktiki olaraq o özü təmsil etmişdir. Tender və kotirovkalarda qalib gəlib şirkətlərlə müqavilələr bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq vətəndaşları aktivlər paylanmalı olan hər bir rayonun özündə, yaxud həmin rayonda iri mal bazarı olmadıqda qonşu rayonda yerləşən mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, habelə, heyvandarlıqla əlaqədar olmayan aktivləri Bakı şəhərində müxtəlif mağazalardan, habelə “Sədərək” ticarət mərkəzindən alıb paylamış, hər aktivi verəndə bununla bağlı akt tərtib etmiş, aktları bəzən o özü, bəzən də aktivlərin paylanmasında və daşınmasında onunla bərabər iştirak edən qardaşı Şamxal Mirzəyev, tanışları Şahid14 və Samir Hüseynov imzalamışlar, aktivləri alarkən isə pulunu özü vermişdir. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməsi üçün heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə, əldə etdiyi qazancdan heç kimə pul verməmişdir. İşaxtaran şəxslərə vermək üçün aldığı aktivlərin qiyməti tender və kotirovka sorğularında təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı aktivlərin real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, o, faktiki olaraq bazar qiymətlərini müəyyən edib bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. Oğuz rayonunda "xxxx" MMC şirkəti ilə kotirovka sorğusunda iştirak etmiş, maddi aktivləri həm özü, həm də köməkçisi Şahid14 bazarlardan, habelə, fərdi satıcılardan alaraq vətəndaşlara paylamışlar. 2017-ci ildə özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara aktivlərin verilməsi ilə bağlı aktlarda adının qarşısında olan imzaların hamısı özü tərəfindən icra edilmiş və imzası olan aktlar özü tərəfindən tərtib edilmiş, aktlar aktivləri paylayan və aktı imzalayan şəxslər tərəfindən tərtib edilmiş, aktivlərin vətəndaşların mülkiyyətinə verilməsi barədə aktlar isə onlar tərəfindən tərtib edilməmiş, həmin prosseslərdə iştirak etməmişlər. Onlar yalnız tenderdə iştirak edən şirkət olaraq təkliflərini vermiş və təklif qəbul edilərək tenderin qalibi müəyyən edilmişdir. Onlar vətəndaşlara öz istəklərinə uyğun olaraq iri və xırda buynuzlu heyvanları alıb vermişlər. Təqdim etdikləri sənədlərdə də qiymətləri ümumi göstərmişlər, yəni vətəndaşlara aldıqları heyvanların qiyməti, vergi, əmək haqqı, gəlib-getmə və digər xərclər nəzərə alınaraq cəm şəklində birlikdə göstərilmişdir. Vətəndaşlara alıb verdikləri mal-qara ilə bağlı həmin vətəndaşların heç bir narazlığı da olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid14 da Şahid12 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, 2013- 2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon şöbəsində baş məsləhətçi, DSMF-nin Saatlı rayon şöbəsində müdir müavini vəzifələrində işləmişdir. Ailəsinin Saatlı rayonunda 150 baş iri buynuzlu, 350 baş xırda buynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı mövcuddur. Həmin təsərrüfatı özü və qardaşı Mirmansur Abbasov idarə edirlər. O, "xxxx" MMC şirkətinin direktorudur. Şahid12 onun tələbə yoldaşı olmuşdur. Onun təsərrüfatı olduğu üçün və vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə Şahid12 onun adından kotirovka sorğuları və tenderlərdə iştirak etməyi, bunun müqabilində qazandığı pulun bir hissəsini ona verməyi təklif etmişdir. O da həmin təkliflə razılaşaraq Şahid12 etibarnamə vermişdir. Şahid12 tərtib edib ona təqdim etdiyi, müxtəlif rayonlarda keçirilən tender və kortirovka sorğuları ilə bağlı sənədləri imzalamışdır. O özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. 2017-ci ildə bir neçə dəfə Şahid12lə birlikdə "xxxx" ASC-nə gedib orada onun hesabına köçürülən vəsaiti hesabdan çıxarıb Şahid12 təqdim etmişdir. Aralarında olan danışığa görə Şahid12 həmin pul hesabına özünəməşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvanların alınıb verilməsini təşkil edəndən sonra qalan vəsaitin bir hissəsini ona verməli idi. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir. Möhürü Şahid12 versə də, öz adından tərtib edilmiş bütün sənədləri şəxsən özü imzalamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi heç kimlə əmək müqaviləsi bağlamamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, 2016-cı ildə iş axtaran şəxs kimi X14 müraciət edərək qeydiyyata alınmışdır. Bir müddət sonra onu Məşğulluq Mərkəzinə dəvət edərək təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçmişlər. Biznes planı heyvandarlıqla məşğul olmaqla əlaqədar olmuşdur. Kurs bitdikdən sonra imtahanı müvəffəqiyyətlə vermişdir. İmtahandan keçdikdən sonra 2017-ci ilin may ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını bildirməyərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu, Bakı şəhərindən Oğuz rayonuna gələcəyini və ona 4 baş ətlik dana verəcəyəni bildirmişdir. O, həmin şəxslə danışıb heyvanları birlikdə almaq barədə razılaşdıqdan sonra növbəti gün Zaqatala rayonu Əliabad kəndindəki bazarda görüşmüşlər. Həmin şəxs 4 baş ətlik danaya görə satıcıya bir başı 900 manatdan olmaqla cəmi 3600 manat məbləğində pul vermiş və heyvanları satıcıdan alaraq ona təhvil vermişdir. Heyvanların qiymətini o özü danışmış, pulunu isə Bakı şəhərindən gələn şəxs vermişdir. Bu barədə akt tərtib edərək imzalamışlar və o, heyvanları öz evinə aparmışdır. Ona daşıma və yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verilməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur. Aktlarda aktivlərin adları olsa da, qiymətlər olmamış, qiymətlərin yazılmalı olduğunu bilməmişdir. Belə ki, o, həmin aktları imzalayarkən nə üçün imza etdiyinə və aktın məzmununa dəqiq fikir verməmişdir. Ona maddi aktivlər, yəni heyvanlar verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Heyvanları saxlayıb artırmış və hazırda da heyvandarlıqla məşğuldur. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid5, Şahid4 və Şahid6 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək iş axtaran şəxs kimi X10 qeydiyyata alındıqlarını, təlimə cəlb edilərək kurs keçdiklərini, kurs bitdikdən sonra imtahanı müvəffəqiyyətlə verdiklərini, özünəməşğulluq proqramı şərçivəsində onlara mal-qara verildiyini və bununla bağlı müvafiq sənədləri imzaladıqlarını bildirmişlər. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx.xx.2015-ci il tarixli 09/11-557 saylı əmrə əsasən Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş, X3 Nizamnaməsinə və “Dövlət satınalmaları haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir ki, Məşğulluq Mərkəzinin direktoru satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən, texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Məşğulluq Mərkəzi üzrə xx.xx.2016-cı il tarixli 28 nömrəli əmrin surətindən müəyyən edilir ki, “Özünəməşğulluq” tədbirlərinin keçirilməsi ilə əlaqədar kotirovka sorğusu keçirmək məqsədi ilə məşğulluq mərkəzində komissiyanın sədri Şahid9, komissiya üzvləri isə Şahid7 və Şahid8 olmaqla tender komissiyası yaradılmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon Məşğulluq Mərkəzi üzrə xx.xx.2017-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının yekun protokolunda qeyd edilmişdir ki, həmin tarixdə Oğuz rayon Məşğulluq Mərkəzi tərəfindən kotirovka sorğusu keçirilmiş, sorğunun qalibi ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Qeyd olunan protokol məşğulluq mərkəzində yaradılmış komissiyanın üzvləri Şahid9, Şahid7 və Şahid8 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon Məşğulluq Mərkəzi üzrə xx.xx.2017-ci il tarixli nömrəsiz müqavilənin surətindən müəyyən edilir ki, kotirovka sorğusunun qalibi kimi icraçı hüquqi şəxs "xxxx" MMC ilə sifarişçi Oğuz rayon Məşğulluq Mərkəzi arasında 29.786 (iyirmi doqquz min yeddi yüz səksən altı) manat məbləğində maddi aktivlərin alınması ilə əlaqədar müqavilə bağlanmış, həmin müqaviləni Oğuz rayon Məşğulluq Mərkəzi adından Təqsirləndirilən şəxs imzalayaraq müəssisənin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 622401 nömrəli qaimə-fakturanın, xx.xx.2017ci il tarixli 56 nömrəli ödəniş tapşırığının surətlərindən müəyyən edilir ki, “Özünəməşğulluq” ilə əlaqədar alınmış malların dəyəri kimi Oğuz rayon Məşğulluq Mərkəzi tərəfindən qeyd olunan qaimə-faktura əsasında 29.786 (iyirmi doqquz min yeddi yüz səksən altı) manat məbləğində vəsait "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında aktların surətlərindən müəyyən edilir ki, Oğuz rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid3 5.072 manat dəyərində, Şahid5 5.072 manat dəyərində, Şahid4 5.225 manat dəyərində, Şahid2 4.120 manat dəyərində, Şahid6 5.225 manat dəyərində, Şahid1 5.072 manat dəyərində maddi aktivlər verilməsi ilə bağlı aktlar tərtib edilmiş, həmin aktları Oğuz rayon Məşğulluq Mərkəzi adından Təqsirləndirilən şəxs imzalayaraq müəssisənin möhürü ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş, xx.xx.2017ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokol, xx.xx.2017-ci il tarixli 56 nömrəli ödəniş tapşırığı, aktivlərin Oğuz rayonu üzrə işaxtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 12 (on iki) akt və xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622401 nömrəli qaimə fakturanın təsdiq edilmiş surətləri iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, hazırkı cinayət işinin materiallarından Sumqayıt, Binəqədi, Abşeron və respublikanın digər şəhər və rayon Məşğulluq mərkəzlərinin vəzifəli şəxsləri, bundan əlavə, Dövlət Məşğulluq Xidmətinin həmin cinayətin iştirakçısı olan vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla icraata qəbul edilərək ibtidai istintaq aparılır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Bayan İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10-26/54 nömrəli arayışdan, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixdə anadan olmuş X11 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X12 adlı iki azyaşlı uşağı vardır. Oğuz rayon İcra Hakimiyyəti başçısının Bayan İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş 8.966 manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəmiş, eyni zamanda, dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2141,50 manat miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Oğuz rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 39-cu bəndində qeyd edilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilən ittihamda qeyd edilən cinayət əməllərini vəzifəli şəxs olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törətmiş olsa da, hazırki cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə elan edilən ittiham qeyd olunan cinayət əməllərinin məhz vəzifəli şəxs olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törətmiş olmasını ifadə edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasında “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə” ifadəsi də həmin cinayətin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədildiyini özündə ehtiva edir. Bununla da, hazırki ittihamda qeyd olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi Təqsirləndirilən şəxs tərəfindən törədildiyi qeyd edilən cinayət əməlinin hüquqi tövsifi baxımından Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini də əhatə edir. Beləliklə, Təqsirləndirilən şəxs vahid (bir) əməllə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi normalarının müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd olunan əsaslara görə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyi baxımdan məhkəmə hesab edir ki, hazırki cinayət işi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3, 179.2.4 və 308.1-ci maddələrindən həmin Məcəllənin 179.2.1, 179,2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməli və onun əməlinə Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3 və 179.2.4-cü maddələri ilə hüquqi qiymət verilməlidir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət təqibindən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə, eyni zamanda, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən imtina etdiyini bildirmiş və iş üzrə həmin maddələrlə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı cinayət təqibindən imtina edilməsi barədə vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 8.966 manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2141,50 manat miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinin məzmununa görə məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs da özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, cinayət nəticəsində dəymiş maddi ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, eyni zamanda, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etməklə hazırda barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2017-ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokol, xx.xx.2017-ci il tarixli 56 nömrəli ödəniş tapşırığı, aktivlərin Oğuz rayonu üzrə işaxtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 12 (on iki) akt və xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622401 nömrəli qaimə fakturanın təsdiq edilmiş surətləri iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması, mülki iddia tələbinin verilməməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3, 179.2.4 və 308.1-ci maddələrindən həmin Məcəllənin 179.2.1, 179,2.3 və 179.2.4cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179,2.3 və 179.2.4cü maddələrində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2017-ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokol, xx.xx.2017-ci il tarixli 56 nömrəli ödəniş tapşırığı, aktivlərin Oğuz rayonu üzrə işaxtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 12 (on iki) akt və xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622401 nömrəli qaimə fakturanın təsdiq edilmiş surətləri iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci və digər məhkəmə xərclərinin olmaması, mülki iddia tələbinin verilməməsi nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar