Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-12/2021 16.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 2 ünvanında yerləşən yaşayış evinə qonşuluqda yerləşən evin həyətindən keçməklə, pəncərədən qanunsuz daxil olub, evin qonaq otağından dəyəri 40 manat olan, istifadə olunmuş, açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalçanı, hər birinin dəyəri 70 manat təşkil edən istifadə olunmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü 2 ədəd xalçanı, dəyəri 70 manat təşkil edən istifadə olunmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü 1 ədəd xalçanı, dəyəri 40 manat təşkil edən istifadə olunmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü 1 ədəd xalçanı, evin qonaq otağı ilə üzbəüz olan otaqdan dəyəri 25 manat təşkil edən istifadə olunmuş, 02 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo üstünü, 1 ədəd 2x145 sm ölçülü divan üstünü, hər birinin dəyəri 16 manat təşkil edən 6 ədəd 1 litrlik "Orlof" markalı spirtli içkini, dəyəri 25 manat təşkil edən 1 ədəd istifadə olunmuş elektrik samovarını, dəyəri 5 manat təşkil edən qırmızı rəngli, güllü, 60x130 sm ölçülü parçanı, dəyəri 15 manat təşkil edən 1 ədəd ağ rəngli 150x230 sm ölçülü süfrəni, dəyəri 5 manat təşkil edən, təzə vəziyyətdə qadın üçün 1 cüt tərliyi, dəyəri 6 manat təşkil edən qara rəngli 200x150 sm ölçülü 1 ədəd parçanı, dəyəri 3 manat təşkil edən, göy rəngli 85x160 sm ölçülü 1 ədəd parçanı, dəyəri 4 manat təşkil edən qəhvəyi rəngli 150x150 sm ölçülü 1 ədəd parçanı, dəyəri 6 manat təşkil edən qara-bənövşəyi rəngli, zərli 100x250 sm ölçülü 1 ədəd tül parçanı, dəyəri 5 manat təşkil edən tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı 1 ədəd yaylığı, dəyəri 6 manat təşkil edən çəhrayı rəngli 110x250 sm ölçülü 1 ədəd parçanı, dəyəri 6 manat təşkil edən qırmızı rəngli 130x250 sm ölçülü 1 ədəd parçanı, dəyəri 2 manat təşkil edən qırmızı rəngli 80x90 sm ölçülü 1 ədəd parçanı, dəyəri 6 manat təşkil edən çəhrayı rəngli 200x140 sm ölçülü 1 ədəd parçanı, dəyəri 4 manat təşkil edən qırmızı rəngli 140x150 sm ölçülü 1 ədəd parçanı, dəyəri 25 manat təşkil edən istifadə olunmuş, qızılı rəngli 60x180 sm ölçülü, pərdə üstlüyünü və 140x220 sm ölçülü 1 dəst pərdəni, dəyəri 6 manat təşkil edən istifadədə olmuş 1 ədəd namaz xalçasını, evin qonaq otağı ilə üzbəüz digər otaqdan isə hər birinin dəyəri 30 manat təşkil edən istifadədə olmuş, üzərində "Mayak" yazısı olan 2 ədəd stolüstü saatı, dəyəri 110 manat təşkil edən təzə vəziyyətdə "Embraco" markalı, "EMY e 70HEP" model 220-240V 1 ədəd soyuducu motoru, dəyəri 5 manat təşkil edən qara rəngli 1 ədəd çemodanı, dəyəri 3 manat təşkil edən 1 ədəd taxta süveniri, dəyəri 7 manat təşkil edən ağ rəngli şüşə materialdan olan 1 ədəd fil süvenirini, dəyəri 4 manat təşkil edən istifadə olunmuş şüşə materialdan olan 1 ədəd meyvə qabını, dəyəri 142 təşkil edən istifadə olunmuş, boz rəngli, üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış 1 ədəd tikiş maşınını, dəyəri 15 manat təşkil edən istifadə olunmuş, Koreya istehsalı olan boz rəngli, 1 ədəd krosnu aparatını, dəyəri 150 manat təşkil edən istifadə olunmuş, üzərində “KA3ANb” yazıları olan qarmon musiqi alətini talamaqla Zərərçəkmiş şəxs Əlağa oğluna ümumilikdə 1014 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda heç bir yerdə işləməməklə, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs əvvəldən tanımışdır. Belə ki, Mayis onunla qonşuluqda Siyəzən şəhərinin Sabir küçəsindəki 20 saylı evdə yaşasa da, həmin evdə demək olar qalmamış, ev boş olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat təxminən 01:00 radələrində yaşadığı məhəllədə olmuş, maddi vəziyyətinin pis olduğuna görə oğurluq etmək qərarına gəlmiş, yaşadığı evin yuxarısında yerləşən Mayisin evinə girmək qərarına gəlmiş, əvvəlcədən evdə heç kimin olmadığını bilmişdir. Evin həyətində it olmuş, Mayisin yaşadığı evin həyətinə onunla qonşuluqda olan sahibsiz evin həyətindən daxil olmaq qərarına gəlmiş, əvvəlcə hasardan sahibsiz evin həyətinə tullanmış, oradan isə birbaşa Mayisin evinin pəncərəsinə yaxınlaşıb, pəncəri itələməklə, açaraq evə daxil olmuşdur. Evi axtararkən oradan 6 ədəd 1 litrlik “Orlof” markalı spirtli içki, 2 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo üstü, 1 ədəd 2x145 sm ölçülü divan üstü dəsti, 1 ədəd elektrik samovarı, qızmızı rəngli güllü, 1 ədəd 60x130 sm ölçülü süfrə, 1 ədəd qara rəngli 200x150 sm ölçülü parça, 1ədəd 150x230 sm ölçüdə süfrə, 1 ədəd göy rəngli, 85x160 sm ölçüdə parça, qəhvəyi rəngli 150x150 ölçülü parça, təşkil edən, qara rəngli, zərli 1ədəd 100x250 sm tül parça, 1 ədəd tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı yaylıq, 1 ədəd çəhrayı rəngli 110x250 sm ölçülü parça, 1 ədəd qırmızı rəngli 130x250 sm ölçülü parça, 1 ədəd 80x90 sm ölçülü parça, 1 ədəd 200x140 sm ölçülü çəhrayı rəngli parça, 1 ədəd 140x150 sm ölçülü 1 ədəd parça, 1 ədəd istifadə olunmuş, qızılı rəngli 60x180 sm ölçüdə pərdə üstlüyü və 140x220 sm ölçüdə pərdə, 1 ədəd istifadə olunmuş namaz xalçası, 1 ədəd istifadə olmuş, açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalça, 2 ədəd istifadə olunmuş, qırmızı rəngli, naxışlı 140x250 sm xalça, istifadə olmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü xalça, 1 ədəd istifadə olunmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü xalça, 2 ədəd istifadə olunmuş, üzərində “Mayak” sözləri yazılan stolüstü saat, 1 ədəd təzə vəziyyətdə “Embraco” markalı, EMY e 70 HEP” model 220-240V soyuducu motor, 1 ədəd istifadə olunmuş çemodan, 1 ədəd taxta samovar, ağ rəngli şüşə materialdan olan 1 ədəd fil suvenir, şüşə materialından hazırlanmış 1 ədəd meyvə qabı, istifadə olunmuş, boz rəngli üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış 1 ədəd tikiş maşını, 1 ədəd qadın üçün tərlik, 1 ədəd istifadə olunmuş, Koreya istehsallı boz rəngli, krosnu aparatı, 1 ədəd istifadə olunmuş, üzərində “KA3AНb” yazıları olan qarmon müsiqi alətini oğurlamışdır. O, həmin əşyaları konkret olaraq hansı otaqlardan götürdüyünü bilməmişdir. Həmin əşyaları qeyd olunan evdən tapdığı paketlərə yığmış, təxminən saat 03:00 radələrində evdən oğurladığı əşyaları oradan çıxartmağa başlamışdır. Əşyalar çox olduğundan hissə-hissə evdən çıxardıb qonşuluqda olan sahibsiz evin həyətinə yığmış, oradan isə hissə-hissə götürüb yaşadığı Siyəzən şəhəri, A.Qaradağlı küçəsindəki evin zirzəmisinə aparmışdır. Paketlər çox olduğuna görə oğurladığı həmin əşyaları 2 dəfəyə yaşadığı evin zirzəmisinə yığmış, gecəni orada qalmış və oğurladığı araqlardan birini içmişdir. Səhər yuxudan ayılmış, anasının oğurluqdan xəbəri olmasından qorxmuş, oğurladığı əşyaları evdən çıxartmaq qərarına gəlib, onları qohumu Şahid evində yerləşdirməyi planlaşdırmış, saat 15:00 radələrində sonuncunun yaşadığı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki evə getmişdir. Bundan başqa, o, evdən çıxarkən, özü ilə 2 balaca paket götürmüş, həmin paketləri qohumu Şahid yaşadığı ünvana aparsa da, sonuncu evdə olmamış, Şahinin atası Akif Nəcəfova yalandan evi satdığını bildirib, əşyaları müvəqqəti olaraq onlarda yerləşdirməyi xahiş etmiş, Akif Nəcəfov isə buna etiraz etməyərək həmin iki paketi evlərinin zirzəmisinə yığmışdır. Bundan sonra, o, Akif Nəcəfova başqa əşyalar da gətirəcəyini bildirib, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yenidən evdən əşyaları götürməklə, qohumu Şahid yaşadığı ünvana aparmışdır. Bu zaman da Şahid evdə olmamış, sonuncunun atası Akif Nəcəfovdan xahiş etdiyinə görə gətirdiyi əşyaları da evin zirzəmisinə yerləşdirmişdir. Akif Nəcəfova əşyaların oğurluq olması barədə heç nə bildirməmiş, sonuncuya əşyaların özünə məxsus olduğunu və evi satdığını, müvəqqəti olaraq evlərinə yerləşdirməsini xahiş etmişdir. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə törətdiyi cinayət əməlinə görə saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-də törətdiyi əməli etiraf edərək, oğurladığı əşyaları polisə təqdim etmişdir. Həmçinin, oğurluq edən zaman tək olmuşdur. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməməklə, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, ünvan 3 ünvanında qeydiyyatda olsa da, anası Sabahgül 2020-ci ilin iyun ayında öldükdən sonra, Siyəzən şəhəri, 28 May küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Siyəzən şəhərinin Sabir küçəsindəki 20 saylı fərdi yaşayış evində heç kim yaşamasa da, o, mütamadi olaraq evə baxmağa getmiş, oranı qorumaq üçün it də saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə evə daxil olan zaman evdə olan ev əşyalarının yerində olmadığını görmüş, evdən oğurluq olduğunu başa düşmüş, bu barədə DİN-nin “102” zəng xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra, sonuncularla evə daxil olmuş, habelə oğrunun qonşuluqdakı evin həyətindən keçməklə, pəncərə vasitəsilə ona aid evə daxil olduğunu müəyyən etmişdir. Evə daxil olan zaman evin qonaq otağından 1 ədəd açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalçanın, 2 ədəd istifadədə olmuş, qırmızı rəngli naxışlı 140x250sm ölçülü xalçanın, 1 ədəd istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü xalçanın, 1 ədəd istifadədə olmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü xalçanın, qonaq otağı ilə üzbəüz otaqdan 1 dəst 02 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo üstünün, 01 ədəd 2x145 sm ölçülü divan üstünün, 6 ədəd 1 litrlik "Orlof markalı spirtli içkinin, 1 ədəd istifadə olmuş elektrik samovarının, 1 ədəd qırmızı rəngli, güllü, 60x130 sm ölçülü parçanın, 1 ədəd ağ rəngli 150x230 sm ölçülü süfrənin, 1 cüt təzə vəziyyətdə qadın üçün tərliyinin, 1 ədəd qara rəngli 200x150 sm ölçülü parçanın, 1 ədəd göy rəngli 85x160 sm ölçülü parçanın, 1 ədəd qəhvəyi rəngli 150x150 sm ölçülü parçanın, 1 ədəd qara-bənövşəyi rəngli, zərli 100x250 sm tül parçanın, 1 ədəd tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı yaylığın, 1 ədəd çəhrayı 110x250 sm ölçülü parçanın, 1 ədəd qırmızı rəngli 130x250 sm ölçülü parçanın, 1 ədəd qırmızı rəngli 80x90 sm ölçülü parçanın, 1 ədəd çəhrayı rəngli 200x140 sm ölçülü parçanın, 1 ədəd qırmızı rəngli 140x150 sm ölçülü parçanın, 1 dəst istifadədə olmuş, qızılı rəngli 60x180 sm ölçüdə pərdə üstlüyünün və 140x220 sm ölçüdə pərdənin, 1 ədəd istifadədə olmuş namaz xalçasının, qonaq otağı ilə üzbəüz digər otaqdan 2 ədəd istifadədə olmuş, üzərində "Mayak" yazısı olan stolüstü saatın, 1 ədəd təzə vəziyyətdə "Embraco" markalı,"EMY e 70HEP"model 220-240V soyuducu motorun, 1 ədəd istifadədə olmuş qara rəngli çemodanın, 1 ədədi taxta süvenirin, 1 ədəd ağ rəngli şüşə materialdan olan fil süvenirinin, 1 ədəd istifadədə olmuş şüşə materialdan meyvə qabının, 1 ədəd istifadədə olmuş, boz rəngli, üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış tikiş maşınının, 1 ədəd istifadədə olmuş, Koreya istehsalı olan boz rəngli krosnu aparatının, 1 ədəd istifadədə olmuş üzərində "KA3AHb» yazıları olan qarmon musiqi alətinin oğurlandığını müəyyən etmiş, sonradan oğurluq hadisəsini törədən şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmiş, həmçinin sözügedən əşyalar polis əməkdaşları vasitəsilə ona qaytarılmış, habelə dəymiş ziyan tam olaraq ödənilmişdir. Hazırda ona dəymiş zərərin tam ödənilməsinin, habelə Təqsirləndirilən şəxs qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş Şahid məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu olmaqla, sonuncu mütəmadi olaraq yaşadığı Siyəzən şəhəri, M.Müşfiq küçəsindəki 30 saylı evə gəlib-getmiş, münasibətləri normal olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs evlərini satmaq istəməsi ilə bağlı məlumatı olmuş, xx xxxxxx 2020-ci il tarixdə atası Akif Nəcəfov ona zəng edərək Şirəlinin evə gəldiyini, sonuncunun evlərini satdıqlarına görə ev əşyalarını onların evində yerləşdirməyi xahiş etdiyini bildirmiş, o, isə bunun həqiqətən də qeyd edilən kimi olduğunu maraqlandıqdan sonra atası Akifə, Şirəlinin gətirmiş olduğu əşyaların evlərində yerləşdirilməsinə razılıq vermiş, atası isə heç bir etiraz etmədən əşyaları qəbul etmişdir. Həmin vaxt Şirəli atasına 2 ədəd sellofanla dolu əşyalar vermiş, həmin əşyaların içərisində 2 ədəd spirtli içki, 2 ədəd saat da olmuşdur. Bundan sonra, Şirəli atası Akifə evin digər əşyalarını da gətirəcəyini bildirsə də, həmin gün gəlməmişdir. Daha sonra, yəni, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Şirəli yenidən onların evinə gəlmiş, habelə özü ilə 5 ədəd xalça, 1 ədəd xrustal qab, 1 ədəd qarmon musiqi aləti, 1 ədəd tikiş maşını, 1 ədəd soyuducu motor, 1 ədəd elektriklə işləyən samovar, 1 dəst divan və kreslo üzü üçün nəzərdə tutulan örtük, 1 ədəd namaz qılmaq üçün xalça, 1 ədəd krosnu aparatı, 1 dəst qadın tərliyi, 2 ədəd suvenir, 1 ədəd boş çemodan və 2 ədəd içərisində 13 ədəd müxtəlif rəngli örtüklər olan sellofanlar gətirmiş, onları da atası Akif Nəcəfova göstərməklə, həmin əşyaları da sonuncunun razılığı ilə evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə yerləşdirmişdir. Bundan sonra, yaşadığı ünvana gəlmiş polis əməkdaşları Şirəlinin gətirdiyi əşyaların oğurluq olmasını bildirmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-42-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, HK-1/518 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların, o cümlədən 1 ədəd 1 litrlik "Orlof markalı spirtli içkinin 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti 16 manat, istifadədə olmuş, 02 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo və 01 ədəd 2x145 sm ölçülü 1 dəst divan üstünün qiyməti 25 manat, 1 ədəd istifadədə olmuş elektrik samovarının qiyməti 25 manat, qırmızı rəngli, güllü, 60x130 sm ölçülü parçanın qiyməti 5 manat, 1 ədəd ağ rəngli 150x230 sm ölçülü süfrənin qiyməti 15 manat, qara rəngli 200x150 sm ölçülü 1 ədəd parçanın qiyməti 6 manat, göy rəngli 85x160 sm ölçülü 1 ədəd parçanın qiyməti 3 manat, qəhvəyi rəngli 150x150 sm ölçülü 1 ədəd parçanın qiyməti 4 manat, qara-bənövşəyi rəngli, zərli 100x250 sm 1 ədəd tül parçanın qiyməti 6 manat, tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı 1 ədəd yaylığın qiyməti 5 manat, çəhrayı 110x250 sm ölçülü 1 ədəd parçanın qiyməti 6 manat, qırmızı rəngli 130x250 sm ölçülü 1 ədəd parçanın qiyməti 6 manat, qırmızı rəngli 80x90 sm ölçülü 1 ədəd parçanın qiyməti 2 manat, çəhrayı rəngli 200x140 sm ölçülü 1 ədəd parçanın qiyməti 6 manat, qırmızı rəngli 140x150 sm ölçülü 1 ədəd parçanın qiyməti 4 manat, istifadədə olmuş, qızılı rəngli 60x180 sm ölçüdə, pərdə üstlüyünün və 140x220 sm ölçüdə 1 dəst pərdənin qiyməti 25 manat, istifadədə olmuş 1 ədəd namaz xalçasının qiyməti 6 manat, açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalçanın qiyməti 40 manat, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250sm ölçülü 2 ədəd xalçanın qiyməti ümumilikdə 140 manat, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü 1 ədəd xalçanın qiyməti 70 manat, istifadədə olmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü 1 ədəd xalçanın qiyməti 40 manat, istifadədə olmuş, üzərində "Mayak" yazısı olan 2 ədəd stolüstü saatın qiyməti ümumilikdə 60 manat, təzə vəziyyətdə "Embraco" markalı, "EMY e 70HEP"model 220-240V 1 ədəd soyuducu motorun qiyməti 110 manat, istifadədə olmuş 1 ədəd qara rəngli çemodanın qiyməti 5 manat, 1 ədəd taxta süvenirin qiyməti 3 manat, 1 ədəd ağ rəngli şüşə materialdan olan fil süvenirinin qiyməti 7 manat, istifadədə olmuş şüşə materialdan olan 1 ədəd meyvə qabının qiyməti 4 manat, istifadədə olmuş, boz rəngli, üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış 1 ədəd tikiş maşınının qiyməti 120 manat, təzə vəziyyətdə qadın üçün 1 cüt tərliyin qiyməti 5 manat, istifadədə olmuş, Koreya istehsalı olan boz rəngli, 1 ədəd krosnu aparatının qiyməti 15 manat, istifadədə olmuş, üzərində “KA3AНb” yazıları olan qarmon musiqi alətinin qiyməti 150 manat, əşyaların ümumi dəyəri isə 934 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən və 51-52-ci vərəqələrdə olan eyni tarixli əşyanın maddi sübut kimi tanıması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan istifadədə olmuş, açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250sm ölçülü xalça 2 ədəd xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü 1 ədəd xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü 1 ədəd xalça, istifadədə olmuş, 02 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo üstü, 01 ədəd 2x145 sm ölçülü 1 dəst divan üstü, 6 ədəd 1 litrlik "Orlof markalı spirtli içki, 1 ədəd istifadədə olmuş elektrik samovarı, qırmızı rəngli, güllü, 60x130 sm ölçülü parça, 1 ədəd ağ rəngli 150x230 sm ölçülü süfrə, təzə vəziyyətdə qadın üçün 1 cüt tərlik, qara rəngli 200x150 sm ölçülü 1 ədəd parça, göy rəngli 85x160 sm ölçülü 1 ədəd parça, qəhvəyi rəngli 150x150 sm ölçülü 1 ədəd parça, qara-bənövşəyi rəngli, zərli 100x250 sm 1 ədəd tül parça, tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı 1 ədəd yaylıq, çəhrayı 110x250 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 130x250 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 80x90 sm ölçülü 1 ədəd parça, çəhrayı rəngli 200x140 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 140x150 sm ölçülü 1 ədəd parça, istifadədə olmuş, qızılı rəngli 60x180 sm ölçüdə, pərdə üstlüyü və 140x220 sm ölçüdə 1 dəst pərdə, istifadədə olmuş 1 ədəd namaz xalçası, istifadədə olmuş, üzərində "Mayak" yazısı olan 2 ədəd stolüstü saat, təzə vəziyyətdə "Embraco" markalı, "EMY e 70HEP"model 220-240V 1 ədəd soyuducu motor, istifadədə olmuş 1 ədəd qara rəngli çemodan, 1 ədəd taxta süvenir, 1 ədəd ağ rəngli şüşə materialdan olan fil süveniri, istifadədə olmuş şüşə materialdan olan 1 ədəd meyvə qabı, istifadədə olmuş, boz rəngli, üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış 1 ədəd tikiş maşını, istifadədə olmuş, Koreya istehsalı olan boz rəngli, 1 ədəd krosnu aparatı, istifadədə olmuş, üzərində “KA3AНb” yazıları olan qarmon musiqi aləti iş üzrə maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər ərazisində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-119-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(059)- 54/2020 saylı hökmündən, eləcə də iş materiallarına əlavə edilmiş Siyəzən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2021-ci il tarixli, 421/2021-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, eyni zamanda o, məhkəmənin hökmü ilə ona təyin olunmuş cəzanın 4 ay 22 gününü çəksə də, 1 il 7 ay 8 gün çəkilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2020-c.ui il tarixli, 1(059)-54/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2020-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə təyin edilmiş sonuncu cəzanın şərtlərini pozmaqla, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, gəncliyi, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli, 1(059)-54/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı, azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs qəti cəza olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, habelə Təqsirləndirilən şəxs tərəfindən oğurlanan istifadədə olmuş, açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250sm ölçülü xalça 2 ədəd xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü 1 ədəd xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü 1 ədəd xalça, istifadədə olmuş, 02 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo üstü, 01 ədəd 2x145 sm ölçülü 1 dəst divan üstü, 6 ədəd 1 litrlik "Orlof markalı spirtli içki, 1 ədəd istifadədə olmuş elektrik samovarı, qırmızı rəngli, güllü, 60x130 sm ölçülü parça, 1 ədəd ağ rəngli 150x230 sm ölçülü süfrə, təzə vəziyyətdə qadın üçün 1 cüt tərlik, qara rəngli 200x150 sm ölçülü 1 ədəd parça, göy rəngli 85x160 sm ölçülü 1 ədəd parça, qəhvəyi rəngli 150x150 sm ölçülü 1 ədəd parça, qara-bənövşəyi rəngli, zərli 100x250 sm 1 ədəd tül parça, tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı 1 ədəd yaylıq, çəhrayı 110x250 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 130x250 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 80x90 sm ölçülü 1 ədəd parça, çəhrayı rəngli 200x140 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 140x150 sm ölçülü 1 ədəd parça, istifadədə olmuş, qızılı rəngli 60x180 sm ölçüdə, pərdə üstlüyü və 140x220 sm ölçüdə 1 dəst pərdə, istifadədə olmuş 1 ədəd namaz xalçası, istifadədə olmuş, üzərində "Mayak" yazısı olan 2 ədəd stolüstü saat, təzə vəziyyətdə "Embraco" markalı, "EMY e 70HEP"model 220-240V 1 ədəd soyuducu motor, istifadədə olmuş 1 ədəd qara rəngli çemodan, 1 ədəd taxta süvenir, 1 ədəd ağ rəngli şüşə materialdan olan fil süveniri, istifadədə olmuş şüşə materialdan olan 1 ədəd meyvə qabı, istifadədə olmuş, boz rəngli, üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış 1 ədəd tikiş maşını, istifadədə olmuş, Koreya istehsalı olan boz rəngli, 1 ədəd krosnu aparatı, istifadədə olmuş, üzərində “KA3AНb” yazıları olan qarmon musiqi aləti Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli, 1(059)-54/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti cəza 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən oğurlanan istifadədə olmuş, açıq qırmızı rəngli, güllü 150x190 sm ölçülü nazik xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250sm ölçülü xalça 2 ədəd xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı 140x250 sm ölçülü 1 ədəd xalça, istifadədə olmuş, qırmızı rəngli, naxışlı, üzərində təxminən 15 sm kəsiyi olan 120x200 sm ölçülü 1 ədəd xalça, istifadədə olmuş, 02 ədəd tünd qırmızı rəngli 70x145 sm ölçülü kreslo üstü, 01 ədəd 2x145 sm ölçülü 1 dəst divan üstü, 6 ədəd 1 litrlik "Orlof markalı spirtli içki, 1 ədəd istifadədə olmuş elektrik samovarı, qırmızı rəngli, güllü, 60x130 sm ölçülü parça, 1 ədəd ağ rəngli 150x230 sm ölçülü süfrə, təzə vəziyyətdə qadın üçün 1 cüt tərlik, qara rəngli 200x150 sm ölçülü 1 ədəd parça, göy rəngli 85x160 sm ölçülü 1 ədəd parça, qəhvəyi rəngli 150x150 sm ölçülü 1 ədəd parça, qara-bənövşəyi rəngli, zərli 100x250 sm 1 ədəd tül parça, tünd qırmızı rəngli, zərli, üçkünc saçaqlı 1 ədəd yaylıq, çəhrayı 110x250 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 130x250 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 80x90 sm ölçülü 1 ədəd parça, çəhrayı rəngli 200x140 sm ölçülü 1 ədəd parça, qırmızı rəngli 140x150 sm ölçülü 1 ədəd parça, istifadədə olmuş, qızılı rəngli 60x180 sm ölçüdə, pərdə üstlüyü və 140x220 sm ölçüdə 1 dəst pərdə, istifadədə olmuş 1 ədəd namaz xalçası, istifadədə olmuş, üzərində "Mayak" yazısı olan 2 ədəd stolüstü saat, təzə vəziyyətdə "Embraco" markalı, "EMY e 70HEP"model 220-240V 1 ədəd soyuducu motor, istifadədə olmuş 1 ədəd qara rəngli çemodan, 1 ədəd taxta süvenir, 1 ədəd ağ rəngli şüşə materialdan olan fil süveniri, istifadədə olmuş şüşə materialdan olan 1 ədəd meyvə qabı, istifadədə olmuş, boz rəngli, üzərində "ПОДОЛЬСК 142" sözləri yazılmış 1 ədəd tikiş maşını, istifadədə olmuş, Koreya istehsalı olan boz rəngli, 1 ədəd krosnu aparatı, istifadədə olmuş, üzərində “KA3AНb” yazıları olan qarmon musiqi aləti Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-12/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-12/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver