Məhkəmə qərarları › İş №1(059)-16/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-16/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-16/2021 06.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin qəsəbənin Şirvan yaşayış massivində yerləşən başqa nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,728 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq Siyəzən rayonuna daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonu, Zarat kəndi ərazisində “Beşbarmaq Piri” adlanan ərazinin yaxınlığında saxlanılaraq RPŞ-yə gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sol iç cibindən 1(bir) ədəd ağ rəngli siqaret kağızı bükülüsündə 0,124 qram və əynində olan həmin paltonun sol yan cibindəki “Magna” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd ağ rəngli kağız bükülüyə bükülmüş şəffaf rəngli paketin içərisində 0,604 qram olmaqla 2(iki) ədəd bükülülərdə ümumi çəkiləri 0,728 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7 ilə yaxın müddətdir, narkotik vasitə heroindən iniyeksiya yolu ilə istifadə edir və bu pis vərdişdən əl çəkə bilmir. Əvvəllər də narkotik vasitələrin istifadəsi ilə bağlı məhkum edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında yerdə yolun kənarında siqaret qutusu görmüş, qutunun içərisinə baxan zaman içərisində 2 (iki) ədəd ağ rəngli kağız bükülü olmuşdur. Bükülüləri açıb baxdıqda narkotik vasitə istifadəçisi olduğuna görə həmin bükülülərin içərisində narkotik vasitə heroin olduğunu görmüş və həmin bükülüləri şəxsi istifadəsi məqsədilə götürmüşdür. Qeyd edilən bükülülərdən birini əynində olan qara rəngli paltonun sol iç cibinə, digər bükülünü isə siqaret qutusunun içərisində saxlamaqla əynində olan paltosunun sol yan cibinə qoymuşdur. Siyəzən şəhərində doğulduğu və kifayət qədər münasibət saxladığı tanışları olduğu üçün mütəmadi olaraq Siyəzən şəhərinə gəlib gedir. Beləliklə, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Siyəzən şəhərinə gəlmək üçün yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsindən taksiyə əyləşərək Siyəzən rayonuna gəlmiş, bu zaman tapdığı narkotik vasitə heroin kütlələri də üzərində olmuşdur. Siyəzən rayonu, Zarat kəndində yerləşən “Beşbarmaq Piri” adlanan ərazidə avtomobildən düşərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, şəxsi axtarış aparılmasından ötrü RPŞ-yə dəvət etmişlər. O buna etiraz etməyərək polis əməkdaşları ilə RPŞ-yə gəlmişdir. RPŞ-nin Növbətçi Hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona qanunvericiliklə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. O, üzərində keçiriləcək şəxsi axtarış zamanı və cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli paltonun sol iç cibində olan 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan kütləni və həmin paltonun sol yan cibindən “Magna” siqaret qutusunun içərisində olan 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin kütləsi olan bükülünü təqdim etmiş və üzərində başqa narkotk vasitənin olmadığını bildirmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş həmin 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş və “Magna” siqaret qutusunun içərisində olan 1 ədəd siqaret kağızına bükülümüş şəffaf paketin içərisində olan narkotik vasitə heroin kütlələri 1(bir) ədəd ağ rəngli zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, şəxsi axtarışın keçirilməsinə dair protokol yazılaraq ucadan oxunmuş və protokol imzalar ilə təsdiq edilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində iki uşağının (uşaqlardan biri yetkinlik yaşına çatmamışdır) olmasının, nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən Siyəzən şəhərinə narkotik vasitə gətirməsi, üzərində saxlaması və istifadə etməsi haqqında məlumat daxil olmuşdur. Məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində RPŞ-nin rəhbərliyinin tapşırığı ilə CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və X5 ilə birlikdə Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən “Beşbarmaq Piri” adlanan ziyarətgahın yaxınlığına gedərək Bakı-Quba beton yolunun həmin hissəsindən keçən yerdə dayanaraq ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri istiqamətindən gələn təsadüfi yol maşınlarının birindən düşdüyünü görərək Rəşada yaxınlaşmışlar. Özlərini təqdim edərək RPŞ-nin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi məqsədilə onu RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla RPŞ-yə gəlmişdir. RPŞ-nin X4 Rəşad Tofiq oğlunun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı sonuncunun müdafiə hüququnun təmin olunması məqsədi ilə Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli paltonun sol iç cibindən 1(bir) ədəd ağ rəngli siqaret kağızı bükülüsünü və daha sonra əynində olan həmin qara rəngli paltonun sol yan cibindən 1(bir) ədəd “Magna” markalı siqaret qutusunu təqdim etmişdir. Təqdim edilmiş 1(bir) ədəd ağ rəngli siqaret kağızı bükülüsü açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, “Magna” markalı siqaret qutusunun içərisində isə 1(bir) ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüsünə bükülmüş şəffaf rəngli paketin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər iki bükülünün içərisindəki kütlələrin narkotik vasitə “kokos”, yəni heroin olduğunu bildirmişdir. Daha sonra, həmin 2(iki) ədəd bükülülər zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarışın keçirilməsinə dair protokol yazılaraq ucadan oxunmuş və protokol imzalar ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkilləri Şahid2, Şahid3 və RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-40-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2568 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,604 qr, 0,124 qr., ümumi təmiz çəkisi – 0,728 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (siyahı İ, bənd İ, sıra №49) daxildir. Tədqiqata 0,1 qram heroin istifadə olunduqdan sonra qalıq çəki 0,628 qram təşkil edir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 91,76 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 148-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 3484 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci və 53-54-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış, baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncunun əynində olan qara rəngli paltonun sol iç cibindən 1(bir) ədəd ağ rəngli siqaret kağızı bükülüsünü və daha sonra əynində olan həmin qara rəngli paltonun sol yan cibindən 1(bir) ədəd “Magna” markalı siqaret qutusunu təqdim etmiş, həmin bükülülərin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərində qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükülülərin içərisində narkotik vasitəyə bənzər kütlələr müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-43-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,628 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-161-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarışın videogörüntüləri köçürülmüş 01 (bir) ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-71-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx xxxx 2002-ci il təvəllüdlü Ülvi və xx xxxx 2003-cü il təvəllüdlü Nahid adında biri yetkinlik yaşına çatmayan olmaqla, övladları olan ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin qəsəbənin Şirvan yaşayış massivində yerləşən başqa nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər İcra Hakimiyəti Mənzil Kommunal X1 23 saylı Mənzil Kommunal Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, üzrlü səbəb olmadan məhkəmə çağırışlarına gəlməməsini və barəsində məcburi gətirilmə tətbiq edilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısına yaxın cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,628 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində xx xxxxxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 91,76 (doxsan bir manat 76 qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 ( bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,628 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində xx xxxxxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 91,76 (doxsan bir manat 76 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar