Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-18/2021 27.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 27 aprel 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamamorta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq ümumi təmiz çəkisi 0,603 qram narkotik vasitə olan heroin əldə etmiş, həmin narkotik vasitənin 0,052 qramını 09 dekabr 2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin qarşısında Şahid7 10 (on) manata satmış, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 09 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində saxlanılaraq üzərinə şəxsi axtarış keçirmək məqsədi ilə gətirildiyi RPŞ-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin 0,052 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanında yaşadığı evə keçirilən baxış zamanı masanın üzərindən ayrı-ayrılıqda çəkiləri 0,102 qram, 0,124 qram, 0,153 qram və 0,172 qram olan ümumi təmiz çəkisi 0,551 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin təxminən may-iyun aylarında narkotik vasitə heroindən çəkmək yolu ilə qəbul etməyə başlamış, Şahid7 Siyəzən rayonu, Yenikənd kəndində yaşayan kənd sakini kimi elə həmin vaxtlardan, tanımışdır. Bundan əlavə, Şahid7la münasibətləri normal olmaqla, aralarında hər hansı ədavət və düşmənçilik olmamış, habelə sonuncunun narkotik vasitə heroin istifadə etdiyini bilmişdir. 09 dekabr 2020-ci il tarixdə yaşadığı evdə olarkən, yatıb-qalxdığı divanın kənarından balaca bir bükümdə narkotik vasitə heroin tapmış, həmin narkotik vasitə heroinin bir qismini özü istifadə etmiş, yerdə qalan narkotik vasitə heroini isə qırmızı rəngli siqaret kağızına, onu da əlavə olaraq dağılmamasından ötrü gümüşü rəngli falqaya bükmüşdür. Həmin gün günortadan sonra Şahid7 yadında qalmayan mobil nömrədən ona zəng vuraraq vəziyyətinin necə olduğunu soruşduqda, o, Fərahimə pula ehtiyacının olduğunu və yaşadığı evdən bir bükümdə narkotik vasitə heroin tapdığını, həmin narkotik vasitənin bir qismini istifadə etdiyini, yerdə qalanını da ona verə biləcəyini bildirmişdir. Belə ki, Şahid7 ona köhnədən 10 manat borcu olmuş, ona 10 manat borcunu geri qaytaracağı təqdirdə həmin narkotik vasitə heroini verəcəyini bildirdikdə, Fərahim razılaşıb, bir neçə dəqiqədən sonra yaşadığı evin qarşına gəlmişdir. Bundan sonra, Fərahimlə yaşadığı evin qarşısında görüşmüş, sonuncu ona 1 ədəd 10 manat nəğd pul vermiş, o, isə Fərahimə telefonun pulunu verdiyinə görə 1 bükümdə narkotik vasitə heroin verib, yaşadığı evə geri qayıtmışdır. Daha sonra, evdə yenidən əşyalarının arasına baxdığında oradan 4 ədəd bükümdə narkotik vasitə heroin bükülüləri də tapmış, həmin bükülüləri yaşadığı otaqda olan masanın üzərinə qoyub, divanda uzanaraq istirahət etməyə başlamışdır. Bundan əlavə, eyni gün yaşadığı evə Siyəzən şəhər sakini olmaqla, 2020-ci ilin avqust-sentyabr ayından yaxın dostluq münasibətlərində olduğu X4 da gəlmiş, sonuncu ilə söhbət zamanı Fərid cibindən “şüşə”, yəni psixotrop maddə metamfetmin çıxardıb, həmin psixotrop maddələrdən bir hissəsini ona verdikdən sonra, onlar birlikdə həmin psixotrop maddəni çəkməyə başlamışlar. Bir müddət sonra evə Siyəzən RPŞ-nin əməkdaşları gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün evdə baxış keçirəcəklərini elan etmişlər. Bu zaman polis əməkdaşlarının Şahid7 verdiyi narkotik vasitə heroinə görə evinə gəldiklərini başa düşmüşdür. Bundan sonra, Müdafiəçi iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmış, bundan əvvəl polis əməkdaşları yanında olan Fərid Əfəndiyevi narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün Siyəzən RPŞ-yə aparmışlar. Yaşadığı evə keçirilmiş baxış zamanı əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən Şahid7 telefonun əvəzində aldığı 10 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, qonaq otağında olan masanın üzərindən 4 ədəd bükümdə narkotik vasitə heroin kütlələri, eləcə də istifadəsində olan Samsung markalı mobil telefon da qablaşdırılmaqla götürülmüşdür. Daha sonra, evə baxış keçirilməsi davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə hər hansı əşya və predmet aşkar olunmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Şahid7 borclu olduğu 10 manatı pulu verməsi üçün ona az miqdarda nartotik vasitə heroin vermiş, sonuncuya narkotik vasitə və ya psixotrop maddə satmamış, ona narkotik vasitə verdikdə Fərid Əfəndiyev evdə olmamış, sonuncu saat 19:20 radələrində evə gəlmişdir. Bundan başqa, Fərid Əfəndiyevin üzərində psixotrop maddə olması haqqında məlumatı olmuşdur. Şahid6 isə ümumiyyətlə tanımır və sonuncuya da narkotik vasitə satmamışdır. Həmçinin, nə evinə baxış keçirilərkən, nə də Siyəzən RPŞ-də olarkən ona qarşı hər hansı fiziki və digər zorakılıq halı baş verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Şahid7 qanunsuz olaraq narotik vasitə saxlaması, istifadə etməsi ilə əlaqədar daxil olmuş bir sıra əməliyyat məlumatları əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qəbul etdiyi qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edildikdən sonra CAB-ın əməliyyat müvəkilli Cavad Hümbətov ilə birlikdə təlimatlandırma keçirilmiş və RPŞ-nin rəhbərliyinin tapşırığı ilə Şahid7 09 dekabr 2020-ci il tarixdə, saat 18:40 radələrində Siyəzən rayonu, Yenikənd kəndində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə RPŞ-nin növbətçi hissəsinə gətirilib təhvil verilmişdir. Burada Şahid7 üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparılacağı, videoçəkilişin RPŞ-nin növbətçi hissəsinin məsul növbətçi köməkçisi Nurlan Məmmədov tərəfindən qeydə alındığı elan edilmiş, həmçinin Şahid7 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması izah olunmuş, Şahid7 müdafiəçidən imtina etidiyini bildirib, bu barədə ərizə təqdim etdikdən sonra sonuncuya hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş təqdim edilməklə, ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid7 əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd ağqırmızı rəngli siqaret kağızı bükülüsünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra, Şahid7 üzərinə şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamış, habelə sorğu zamanı Fərahim həmin narkotik vasitəni Siyəzən şəhər sakini Nüsrət adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, aşkar olunaraq götürülmüş 1 ədəd bükülü 1 ədəd ağ zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin, Şahid7 üzərinə keçirilən şəxsi axtarış ilə əlaqədar olaraq tərtib olunmuş protokol ucadan oxunub, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Şahid7 narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirilərkən onun, Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilməklə, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Daha sonra, RPŞ-nin CAB-ın əməliyyat müvəkilli Şahid2, ƏRQ-nun inspektoru Şahid3, MP-nın operatoru Şahid5 və NH-nin sürücüsü Şahid4 ilə birlikdə təlimatlandırma keçirilərək RPŞ-nin rəhbərliyinin tapşırığı ilə icra edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 dekabr 2020-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, F.Bayramov küçəsindəki 42 saylı evə qəfil baxış keçirilməsi ilə əlaqədar əməliyyat qrupu ilə birgə gedilmişdir. Həmin ünvana daxil olarkən evə qəfil baxış keçiriləcəyi elan edilməklə, baxışın videoçəkiliş vasitəsi ilə qeydə alındığı, çəkilişin MP-nin operatoru Şahid5 tərəfindən həyata keçiriləyi elan edilmişdir. Evə daxil olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan digər şəxs X1 da evdə olması müəyyən edildiyindən, sonuncunun müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduğu elan edilib, onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə əməliyyat müvəkilli Şahid2 və polis nəfəri Şahid4 ilə birlikdə RPŞ-ə aparılması barədə tapşırıq verilmişdir. Əvvəlcə hadisə barədə məlumat verilmiş, Şahid7 10 manat pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə alması barədə bildirilmiş, sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən 10 manatlıq əskinazı təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmış, baxış zamanı sonuncunun yaşadığı evdə masanın üzərindən götürülmüş 4 ədəd gümüşü rəngli bükülülərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. Həmin bükülülər 1 ədəd ağ rəngli zərfə qoyulmaqla, qablaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd 10 manatlıq əskinaz da qablaşdırılmışdır. Bundan sonra, evə baxış davam etdirilmiş, otaqda olan digər masanın üzərində 1 ədəd mobil telefon müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Evə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamış, baxış başa çatıb onunla əlaqədar protokol tərtib edildikdən sonra Təqsirləndirilən şəxs RPŞ-yə gətirilmişdir. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 İmamməddin oğlu, X7, ƏRQ-nun kiçik inspektoru Şahid3, növbətçi hissənin polis nəfəri-sürücü Şahid4, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid5 Qiyas oğlu Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən şəhər sakini kimi tanıyır və aralarında normal münasibətlər vardır. Tarixini dəqiq xatırlamadığı vaxtda Bakı şəhərinə getmək üçün Siyəzən şəhər mərkəzində yerləşən avtovağzalda dayanarkən Təqsirləndirilən şəxs görmüş, Bakı şəhərinə getmək üçün üzərində kifayət qədər pul olmadığından, sonuncudan 10 manat məbləğində borc pul almışdır. 09 dekabr 2020-ci il tarixdə, saat 18:00 radələrində evdə olarkən anası X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək borc aldığı 10 manat pulu qaytarmaq istədiyini bildirmiş və sonuncu ona yaşadığı evin qarşısına gəlməsini tapşırmışdır. Bundan sonra, o, taksi sürücüsü olan qohumu Sədiyara zəng edərək onu Siyəzən şəhərinə aparmasını xahiş etmiş, bu zaman qardaşının azyaşlı övladını və anasının mobil telefonunu özü ilə götürmüş, Sədiyarın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil ilə Nüsrətin yaşadığı evin qarşısına gəlmiş, saat 18:30 radələrində sonuncuya yaşadığı evin qarşısında olması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs evinin qabağına çıxdıqdan sonra, o, avtomobildən düşərək ondan aldığı 10 manat borcu qaytarmış və yenidən avtomobilə əyləşərək Sədiyara avtomobili Yenikənd kəndinə evlərinə sürməsini xahiş etmişdir. Həmin gün təxminən saat 19:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin qarşısına çatmış, avtomobildən düşüb evə gedərkən Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq aparıldığı RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, hüquqlarının müdafiəsinin müdafəçi tərəfindən qorunması təklif edilsə də, o, müdafiəçinin hüquqi yardımından imtina etmişdir. Bundan sonra, üzərində keçirilən şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən əynində olan göy rəngli şalvarın sol yan cibinə gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroin qoyulmuş, qeyd olunan narkotik vasitənin ona məxsus olmadığını bildirdikdə, RPŞ-nin əməkdaşları “məhkəmədə deyərsən” deyə ona psixi təsir etmiş, habelə həmin narkotik vasitənin onun üzərindən çıxması barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs heç bir narkotik vasitə almasa da, RPŞ-nin əməkdaşlarının təzyiqi nəticəsində ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə almasını qeyd etmişdir. Bütün bunlara baxmayaraq, o, Siyəzən RPŞ-də olanlar barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs nə pul müqabilində, nə də ümumiyyətlə, hər hansı bir narkotik vasitə almaması ilə bağlı məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid7 hər hası bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroin istifadə etdiyini bildiyini, 09 dekabr 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində evdə olarkən anası X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini, telefon danışığı zamanı sonuncudan şəxsi istifadəsi üçün narkotik vasitə heroin istədikdə, Nüsrətin 10 manat müqabilində narkotik vasitə heroin verə biləcəyini qeyd etdiyini, bu məqsədlə ona yaşadığı evin qarşısında gəlməsini tapşırdığını, Nüsrətlə həmin gün saat 18:30 radələrində sonuncunun yaşadığı evin qarşısında görüşməklə, ondan 10 manat pul müqabilində 1 dəfə istifadə üçün narkotik vasitə heroini aldığını, daha sonra, ora gəldiyi taksi sürücüsü Sədiyarın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə yaşadığı Yenikənd kəndinə qayıtdığını səmimi şəkildə etiraf etmiş, habelə təxminən saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində törətdiyi əməli səmimi olaraq etiraf etməklə, üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq əynində olan göy rəngli şalvarın sol yan cibindən Nüsrətdən 10 manatın müqabilində əldə etdiyi, gümüşü rəngli kağızı təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə almadığını göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləməsə də, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs taksi fəaliyəti ilə məşğul olan vaxt tanımış, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə eşitmiş, özü narkotik vasitə istifadə etməmişdir. 09 dekabr 2020-ci il tarixdə narkotik vasitə istifadə etmək qərarına gəlmiş, bu niyyətlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan bir dəfəlik istifadə etmək üçün narktotik vasitə heroin istəmiş, Nüsrət narkotik vasitə olduğunu və almaq üçün yaşadıqları evlərin qarşısına gəlməsini bildirmiş, habelə həmin gün saat 16:00 radələrində Nüsrətin yaşadığı evin qarşısına gedib, sonuncu ilə görüşmüş, ondan 7 (yeddi) manat pul müqabilində narkotik vasitəni almışdır. Bundan sonra, əldə etdiyi narkotik vasitəni iyləmək yolu ilə istifadə etmiş, törətdiyi əməldən peşman olmuşdur. Hal-hazırda narkotik vasitə istifadə etmir, bir dəfə Nüsrətdən aldığı narkotik vasitəni istifadə etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2020-ci il tarixli, 6/2697 saylı ekspert rəyindən görünür ki, üzərində " Şahid7 üzərindən..." və s. yazılar, imzalar olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,052 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” və s. yazılar, imzalar olan zərfdəki (№2) 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,124 qram, 0,172 qram, 0,153 qram, ümumi təmiz çəkiləri 0,551 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Hər iki şəxsdən aşkar edilmiş heroin kütlələri (zərf 1 və 2) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. 1 nömrəli zərfdən tədqiqata 0,03 qram narkotik vasitə olan heroin sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,022 qram, 2 nömrəli zərfdən isə 0,08 qram istifadə edildikdən sonra bu maddənin qalıq çəkisi 0,471 qram təşkil etmişdir. Cinayət işinin 61-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 187-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 07 yanvar 2021-ci il tarixdə verilmiş 17 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 09 dekabr 2020-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Şahid7 əynində yaşıl rəngli qış gödəkcəsi, qəhvəyi rəngli uzunqol köynək, göy rəngli cins şalvar və qara rəngli ipli ayaqqabı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində “kokos” olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldığında içərisində əlavə olaraq ağ-qırmızı rəngli siqaret kağızı bükülüsünün olduğu məlum olmuşdur. Ağ-qırmızı rəngli siqaret kağızı bükülüsü açıldığında içərisində toz halında qəhvəyi rəngli spesifik qoxusu olan narkotik vasitə heroinə bənzər kütlə olduğu məlum olmuşdur. Şahid7 şifahi sorğu zamanı həmin bükülünü 09 dekabr 2020-ci il tarixdə Siyəzən şəhər sakini Nüsrət adlı şəxsdən 10 manat nağd pulun müqabilində aldığını bildirmişdir. Daha sonra, götürülmüş kütlə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şahid7 və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Baxış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-34-cü vərəqələrində olan baxış və götürmə haqqında 09 dekabr 2020-ci il tarixli protokollardan görünür ki, baxış keçirilən ünvan 2 ünvanının həyətinə giriş 1 taylı dəmir qapı vasitəsilədir. Həyətə daxil olduqdan təxminən 4 metr sonra giriş qapısı ilə paralel iki mərtəbəli yaşayış evi var, həmin evin ikinci mərtəbəsinə çıxış pilləkənlər vasitəsilədir. Pilləkənlərlə qalxdıqda sol tərəfdə bir laylı ağ rəngli taxta qapı vardır. Həmin qapı mətbəx və eyni zamanda, dəhliz kimi istifadə olunan təxminən 14 kv.m-lik otağa açılır. Həmin yerdən sağ tərəfdə iki laylı ağ rəngli taxta qapı vasitəsilə evin qonaq otağına giriş vardır. Qonaq otağına daxil olduqda giriş qapısı ilə paralel divara bitişik vəziyyətdə kreslo, divan, divanın qarşısında balaca masa, otağın sol tərəfindəki divarda isə istilik sobası, onun yanında iri stol və ətrafında stullar, otağın baş tərəfindəki divarında isə altlığı ilə birlikdə televizor olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq pul əskinasını təqdim edərək Şahid7 09 dekabr 2020-ci il tarixdə satdığı narkotik vasitənin müqabilində aldığı həmin pul olduğunu bildirmişdir. Daha sonra, otaqdakı divanın qarşısındakı masanın üzərində olan gümüşü rəngli bükülülərə baxış keçirilməsi davam etdirilmiş, Nüsrətdən həmin bükülülərin nə olduğu soruşulduqda, sonuncu bu suala cavab verməmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən masanın üzərində olan 4 ədəd gümüşü rəngli bükülülərə baxış keçirilməsinə başlanmışdır. Birinci gümüşü rəngli kağız bükülü açıldığında içərisində əlavə olaraq ağqırmızı rəngli siqaret kağızı bükülüsü olduğu görünmüş, həmin ağ-qırmızı rəngli siqaret kağızı açıldığında isə içərisində spesifik qoxusu olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” olduğunu bildirmiş və həmin ağ-qırımızı rəngli kağız bükülünün ağzı bağlanılmaqla ilkin variantda olduğu kimi gümüşü rəngli siqaret kağızının içərisinə qoyulmuşdur. Daha sonra, digər ikinci gümüşü rəngli kağız bükülü açıldığında onun da içərisində birincidə oluduğu kimi, eyni qaydada ağ-qırmızı rəngli siqaret kağızı bükülüsü olduğu görünmüş, həmin ağqırmızı rəngli siqaret kağızı bükülüsü də açıldığında içərisində spesifik qoxusu olan narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Qeyd edilən bükülü də eyni qaydada bükülməklə gümüşü rəngli siqaret kağızının içərisinə qoyulmuşdur. Bundan sonra, üçüncü gümüşü rəngli siqaret kağızı bükülü açıldığında onun da içərisində spesifik qoxusu olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, bükülünün içərisindəki kütlənin dağılma ehtimalı olduğundan masanın üzərində olan gümüşü rəngli kağız falqa ilə yenidən bükülmüşdür. Daha sonra, dördüncü bükülü açılmış, onun da içərisində birinci və üçüncü bükümlərdə olduğu kimi içərisində ağ-qırmızı rəngli siqaret kağızı bükülüsü olduğu görünmüşdür. Bükülü açıldığında içərisində spesifik qoxusu olan narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş 4 ədəd bükülülər 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manatlıq pul əskinası da 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, baxış keçirilən otaqda olan digər iri stolun üzərindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonun olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin mobil telefonun faktiki olaraq onun öz istifadəsində olan mobil telefon olduğunu bildirmiş və həmin mobil telefon da iş üzrə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülərək 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan 12 dekabr 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,471 qram narkotik vasitə heroin, Şahid7 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,022 qram narkotik vasitə heroin, eləcə də, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd 10 manatlıq əskinas cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü müvafiq olaraq Siyəzən RPŞ-nin təminat və maliyyə hissələrinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 191-203-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 12 fevral 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona yeni məzmunlu ittiham elan edilmiş, habelə, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibi rədd edilmiş eyni zamanda, Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetmədiyindən sonuncu barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati icraatın açılması üçün qəbul edilmiş qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış və götürmə istintaq hərəkətinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, Şahid7 üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsidən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon onun razılığı ilə yaxın qohumlarına qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 delabr 2020-ci il tarixli tələbnaməsindən, həmçinin işin 178-186-cı vərəqələrində olan Gəncə Hərbi Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli, 1-(095)-305/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.2 və 333.1-ci maddələri ilə təqsirli bilinməklə CM-nin 62, 68.1.1 və 66.3-cü maddələri tətbiq olunub, ona qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və o, üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 4(059)-36/2020 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə, həbs etmənin əvvəli 09 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-136-cı vərəqələrindəki arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, F.Bayramov küçəsindəki 42 nömrəli evdə yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,603 qram təşkil edən narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməsi, həmin narkotik vasitədən 0,052 qram heroini Şahid7 10 manata satması, eləcə də, qalanını yaşadığı Siyəzən şəhərinin F.Bayramov küçəsindəki 42 saylı evdə 4 ədəd bükülü şəklində saxlaması, qeyd edilən ünvana baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı otaqdakı divanın qarşısında olan masanın üzərindən 4 ədəd gümüşü rəngli bükülülərin içərisindən ayrı-ayrılıqda çəkiləri 0,102 qram, 0,124 qram, 0,153 qram və 0,172 qram olan ümumi təmiz çəkisi 0,551 qram narkotik vasitə olan heroinin aşkar edilməsi, habelə əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq pul əskinasını təqdim edərək bu məbləğin Şahid7 09 dekabr 2020-ci il tarixdə almasını bildirməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin gələcəkdə bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gənc olmasını, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən onun əvvəllər mülkiyyət və hərbi xidmət əleyhinə cinayət əməllərinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlini törətməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyinin xeyli dərəcədə artdığını, bununla belə barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddinə yaxın həddə cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,471 qram narkotik vasitə heroin, Şahid7 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,022 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış və götürmə istintaq hərəkətinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, Şahid7 üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsidən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Bundan əlavə, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan 09 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin satışından əldə etdiyi 10 manat pul xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,471 qram narkotik vasitə heroin, Şahid7 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,022 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış və götürmə istintaq hərəkətinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, Şahid7 üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsidən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd CD disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan 09 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin satışından əldə etdiyi 10 manat pul xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-18/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-18/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver