Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-21/2021 27.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə X2 X5 Şəxsin X4 verdiyi yaxma analizin nəticəsi xx xxxxxx 2020-ci il tarixdən pozitiv çıxdığına görə COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alınmaqla, müalicəsini yaşadığı evdə özünü təcrid formasında davam etdirmək üçün karantinə alınmasına və karantin rejimi qaydalarına uyğun olaraq 14 gün ərzində yaşadığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına səbəb olmamalı, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratmamalı olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı və özünü təcriddə olduğu ünvan 2 ünvanını tərk edərək küçəyə çıxmış, karantin rejimi qaydalarını pozmaqla, COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış və həmin tarixdə saat 10:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Nihad” marketin qarşısında müəyyən edilərək saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə arvadı X1 hərarəti yüksəldiyindən təcili tibbi yardıma müraciət edərək həkim briqadası çağırmış, o, arvadı Nərminə Abdullayevə, eləcə də uşaqları Cavidan Hüseynov və Aydan Hüseynova COVİD- 19 virusuna görə yaxma analizi vermişlər. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə SMS ilə analizin cavabının pozitiv çıxması ilə bağlı mesaj gəlmişdir. Bundan başqa, arvadı Nərminə Hüseynovanın və oğlu Cavidan Hüseynovun da COVİD-19 yaxma analizinin cavabları müsbət çıxmışdır. Həmin gün adını bilmədiyi həkimlə danışmış, həmçinin xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Ford Transit” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xəstəxanaya getmiş, həkimlər tərəfindən ona ciddi müalicə təyin olunmasa da, bədəninin müqavimətini gücləndirmək məqsədi ilə bir neçə dərman və vitaminlər qəbul etməsi məsləhət görülmüşdür. Bundan sonra, ona özünü təcrid formasında 14 gün müddətində ev şəraitində müalicə təyin olunmuş və bu müddət ərzində karantin rejimi qaydalarına riayət edəcəyi, qeyd olunan qaydaları pozub yaşadığı evdən çölə çıxacağı təqdirdə isə cinayət məsuliyyətinə cəlb olunacağı barədə iltizama imza etdirilmişdir. Həmin vaxtdan özünü təcrid şəraitində yaşadığı evdə qalıb müalicəsini davam etdirməyə başlasa da, özündə COVİD-19 xəstəliyinin heç bir əlamətini hiss etməmiş və səhhətində hər hansı bir narahatçılıq olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə yaşadığın evin təbii qazı kəsildiyindən saat 10:00 radələrində məcbur olub, idarə etdiyi “Ford Transit” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, evdən çıxmış, bu zaman qoruyucu maska da taxmışdır. O, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Nihad” marketin yanına getməklə, mağazanın işçilərinə kömür almaq istədiyini bildirmiş, habelə 1 ədəd balaca kisə kömürü avtomobilinə qoymalarını işçilərdən xahiş etmişdir. Avtomobilində olarkən polis əməkdaşı şüşəni döyüb, ondan avtomobilindən düşməsini istəmiş, o, isə avtomobildən düşmüş, həmin vaxt polis əməkdaşlarından biri COVİD-19 xəstələri ilə təmasda olan şəxslər üçün nəzərdə tutulmuş xüsusi qoruyucu geyim formasında olmuşdur. Polis əməkdaşları onun kimliyi ilə maraqlananda adını və soyadını bildirməklə, özünü onlara təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları ona COVİD-19 testinin cavabının müsbət çıxdığını və 14 gün müddətində özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğunu bildirmiş və hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyini soruşmuşlar. O, isə polis əməkdaşlarına həqiqətən COVİD-19 xəstəsi kimi qeydiyyatda olduğunu etiraf etmiş, lakin özündə həmin xəstəliyin heç bir əlamətini hiss etmədiyini və səhhətində hər hansı bir narahatçılığının olmadığını bildirib, evdə qazın kəsildiyini və bununla bağlı heç kimin maraqlanmadığını qeyd etmişdir. Buna baxmayaraq, polis əməkdaşları ona özünü təcrid şəraitində evdə olmalı olduğu 14 günlük karantin müddətinin başa çatmadığını izah etmişlər. Bundan sonra, polis əməkdaşları ona idarə etdiyi avtomobilə əyləşməyi təklif etmiş, o, avtomobilə əyləşdikdən sonra xüsusi qoruyucu geyim formasında olan polis əməkdaşı da onun yanında əyləşmiş və həmin polis əməkdaşının müşayiəti ilə yaşadığı ünvana geri qaytarılmışdır. Həmin vaxtdan sonra bir daha yaşadığı evi tərk etməmiş, imza etdiyi iltizamda 7 gündən 21 gün ərzində evdən çıxmamağı göstərilmiş, o, isə bunu səhv anlayıb, 11 gündən sonra evdən çıxmışdır. Özünü təcrid formasında təyin olunmuş 14 günlük karantin rejimi başa çatdıqdan sonra xəstəxanada ondan növbəti dəfə analiz götürülmüş və bu dəfəki analizinin nəticəsi neqativ çıxmışdır. Daha sonra, həkimlər onun gündəlik normal fəaliyyətinə icazə vermişdir. Hazırda özü və ailə üzvləri tam sağlamdırlar və heç birində COVİD-19 xəstəliyi yoxdur. Odur ki, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 təlimatında onlara COVİD- 19 xəstələri ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş adlı siyahı barədə məlumat verilmişdir. Həmin tarixdə PPXT-nın polis nəfəri Şahid3la xidmətdə olarkən adı COVİD-19 xəstələrinin siyahısında olan Təqsirləndirilən şəxs özünü təcrid formasında 14 gün müddətinə karantinə alınmasına baxmayaraq, yaşadığı ünvanı tərk edib idarə etdiyi “Ford Transit” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Nihad” marketin qarşısına gəlməklə oradakı insanlar üçün real təhlükə yaratmasını müşahidə etmişlər. Bundan sonra, dərhal bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Daha sonra, saat 10:00 radələrində CAB-nin xüsusi qoruyucu geyimlə təchiz olunmuş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə qeyd olunan marketin qarşısına getmişlər. “Ford Transit” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nihad” marketin qarşısında olduğunu görüb, videoçəkiliş vasitəsi ilə avtomobilə yaxınlaşmış və ara məsafəsi saxlamaqla, avtomobilin yanında dayanmış sürücüdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdə, onlar Təqsirləndirilən şəxs COVİD-19 testinin cavabı müsbət çıxdığından özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğunu bildirmiş və hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyini soruşmuşlar. Bundan sonra, Təqsirləndirilən şəxs həqiqətən COVİD-19 xəstəsi kimi qeydiyyatda olduğunu və özünü təcrid formasında yaşadığı evdə olmalı olduğunu etiraf etmiş, lakin, özünü sağlam hiss etdiyini və səhhətində COVİD-19 xəstəliyi ilə bağlı heç bir narahatçılıq olmadığını qeyd edib, evdə qazın kəsildiyini, ərzağın olmadığını, heç kimin onunla maraqlanmadığını və buna görə də məcbur olub, ərzaq almaq üçün evdən çıxdığını bildirmişdir. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs 14 günlük karantin müddətinin başa çatmadığı və buna görə də özünü təcrid şəraitində evdə olmalı olduğu izah edilmiş, bundan sonra ona idarə etdiyi avtomobilə əyləşib yaşadığı evə geri qayıtması təklif olunmuşdur. Bundan sonra, xüsusi qoruyucu geyimlə təchiz olunmuş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi avtomobilə əyləşmiş, habelə onun yaşadığı ünvana qaytarılmasını təmin etmişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq özünü təcriddə olduğu ünvanı tərk etməsi barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və PPXT-nin polis nəfəri Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-ci vərəqəsində olan X2 X5 Şəxsin xx xxxxxx 2020-ci il tarixli, SMDM/267 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə X2 Mərkəzi PHŞ-in X4 yaxma analizi vermiş, xx xxxxxx 2020-ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyata alınmış və müalicəsi ev şəraitində davam etmişdir. Həmçinin, növbəti yaxmanın götürülmə vaxtı xx xxxxxx 2020-ci il tarixinə təyin olunmuş, Təqsirləndirilən şəxs müalicənin yaşadığı evdə özünü təcrid formasında davam etdirilməli olması ilə bağlı özünün də tanış olmaqla, imza etdiyi müvafiq bildiriş verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-ci vərəqəsində olan xx xxxxxx 2020ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (Covid-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə xx xxxxxx 2020-ci il tarixindən 14 gün (iki neqativ test nəticəsi olarsa) ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena nomalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-60-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyata alınmaqla yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 162 nömrəli mənzildə özünü təcrid formasında karantinə götürülməsinə və karantin qaydalarına uyğun olaraq 14 gün ərzində yaşadığı mənzili tərk etməməli olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və idarə etdiyi “Ford Transit” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Nihad” marketin qarşısında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması və xüsusi qoruyucu geyim forması ilə təchiz olunmuş polis əməkdaşının müşayiəti ilə yaşadığı ünvana qaytarılmasının təmin edilməsi prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-55-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, işin 30-cu vərəqəsində olan X2 X5 Şəxsin xx xxxxxx 2021-ci il tarixli, 21 nömrəli məktubundan, eləcə də elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx xxxx 2021-ci il təvəllüdlü Aydan və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Cavidan adında iki uşağı olmaqla, “insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız İİ tip” diaqnozu ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 162 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun “insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız İİ tip” diaqnozu ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkməklə, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, xüsusilə “insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız İİ tip” diaqnozu ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkməklə, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və idarə etdiyi “Ford Transit” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Nihad” marketin qarşısında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması və xüsusi qoruyucu geyim forması ilə təchiz olunmuş polis əməkdaşının müşayiəti ilə yaşadığı ünvana qaytarılmasının təmin edilməsi prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və idarə etdiyi “Ford Transit” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Nihad” marketin qarşısında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması və xüsusi qoruyucu geyim forması ilə təchiz olunmuş polis əməkdaşının müşayiəti ilə yaşadığı ünvana qaytarılmasının təmin edilməsi prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-21/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-21/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver