Məhkəmə qərarları › İş №1(059)-23/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-23/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-23/2021 08.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər- fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 08 iyun 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1988-ci ildə keçmiş Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “X16 and Wineyard” MMC-də anbardar vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxxxx 1987-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 01 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində satış məqsədi olmadan Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində tanışı Təqsirləndirilən şəxs1 100 manat borcunun əvəzində razılaşmaqla, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,214 qram çəkidə narkotik vasitə olan heroin və 0,303 qram psixotrop maddə olan metamfetamin, həmçinin istintaqa məlum olmayan mənbədən 0,04 qram çəkidə narkotik vasitə olan metadon əldə edib üzərində saxlayaraq daşımış, 01 yanvar 2021-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yuxarı cibindən “Winston” markalı siqaret qutusunun içərisində biri əlavə olaraq göy rəngli sellofan paketə bükülməklə, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ayrı-ayrılıqda 0,133 qram və 0,081 qram çəkilərdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan başqa, hər biri əlavə olaraq ağ rəngli kağızlara bükülmüş 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində, ayrı-ayrılıqda 0,124 qram, 0,121 qram və 0,058 qram çəkilərdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd konvalyutda 0,04 qram çəkidə, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi dərman həbi formasında narkotik vasitə olan metadon aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,121 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamış, 09 dekabr 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X5 yaşadığı Siyəzən şəhərinin F.Bayramov küçəsindəki 42 saylı evdə saxlanılaraq RPŞ-yə gətirilmiş, həmin psixotrop maddə RPŞ-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rənglli cins şalvarın arxa sol cibindən ayrı-ayrılıqda çəkiləri 0,061 qram, 0,046 qram, 0,032 qram, 0,018 qram, 0,063 qram, 0,070 qram, 0,055 qram, 0,078 qram, 0,057 qram, 0,067 qram, 0,039 qram, 0,054 qram, 0,310 qram, 0,171 qram olmaqla 14 ədəd kağız bükülülərdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 0,214 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,303 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini 01 yanvar 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində 100 manat borcunun əvəzində tanışı Təqsirləndirilən şəxs2 razılaşmaqla, satmış, həmin narkotik vasitə heroin biri əlavə olaraq göy rəngli sellofan paketə bükülərək 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ayrı-ayrılıqda 0,133 qram və 0,081 qram çəkilərdə, psixotrop maddə metamfetamin isə hər biri əlavə olaraq ağ rəngli kağızlara bükülmüş 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində, ayrı-ayrılıqda 0,124 qram, 0,121 qram və 0,058 qram çəkilərdə 01 yanvar 2021-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yuxarı cibindən “Winston” markalı siqaret qutusunun içərisində aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6-7 ay olar ki narkotik vasitə heroindən və psixotrop maddə metamfetmindən tüstü yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs1 isə təxminən 5 ilə yaxın müddət olar tanımaqla, onunla aralarında normal münasibətlər olmuş, hər hansı ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 ondan bir hər həftə ərzində qaytarmaq şərtilə 100 manat məbləğində borc pul istəmiş və o, ona həmin pulu borc olaraq vermişdir. Pulu verdiyi vaxtdan bir həftədən çox vaxt keçsə də, o, borcunu qaytarmamış və o, mütəmadi olaraq Fəriddən pulunu istəməyə başlamışdır. 01 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək yenidən Fəriddən borclu olduğu pulu istədikdə, sonuncu pulu hələlik verə bilməcəyini, yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Sonra həmin gün Fəridlə Siyəzən şəhərində “Moyka” məhəlləsi adlandırılan S.Xeyrullayev küçəsində görüşmüş və söhbət əsnasında Fəriddən şəxsi istifadəsi üçün narkotik vasitə istədikdə, o, “Winston” markalı siqaret qutusunu ona verərək qutunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, lakin, Fəriddən narkotik vasitələrin miqdarını soruşmamışdır. Onunla sağollaşdıqdan sonra siqaret qutusunun içərisini açmış və içərisində 5 ədəd bükülü olduğunu görmüşdür. Həmin bükülülərin bir hissəsinə baxdıqda içərilərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra, təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində şərab dükanı kimi fəaliyyət göstərən mağazanın qarşısında dayanarkən mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü Siyəzən RPŞ-yə dəvət etmişlər. O, buna etiraz etməyərək RPŞ-yə getmiş, orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışın keçirilməsinə başlanılmazdan əvvəl ona qanunverciliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də, müdafiə hüququ izah edilmiş, üzərinə keçiriləcək şəxsi axtarışda və sonrakı proseslərdə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim olunmuş və o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı ilk olaraq üzərində hər hansı bir qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunduqda, əynində olan qara rəngli gödəkcənin üst sol cibində olan siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman 5 ədəd gümüşü rəngli siqaret bükülüsü aşkar olunmuşdur. Həmin bükülülər polis əməkdaşları tərəfindən bir-bir açılmış və bükülülərdən 2 ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Digər 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü açıldığında isə onların hər üçünün Təqsirləndirilən şəxs1 tərəfindən içərilərindəki kütlələrin dağılmaması üçün əlavə olaraq ağ rəngli kağızlara büküldüyü, ağ rəngli kağız bükülülər açıldığında isə onların içərilərində toz halında ağ kristal şəkilli kütlələr olmaqla psxitorop maddə metamfetamin olduğu müəyyən olunmuşdur. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd dairəvi formada qəhvəyi rəngli dərman həbi və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən isə 1 ədəd kustar üsulla hazırlanmış müştük aşkar olunmuşdur. Dərman həbi narkotik tərkibli metadon dərmanı olmuş, onu təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadığı küçədə yerdən tapmış, həmin dərmanın üzərində ərəb hərfləri ilə yazıları görmüş, sakitləşdirici dərman olduğunu fikirləşmişdir. Müştüyü isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çəkmək üçün istifadə etmək məqsədilə üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş ümumilikdə 5 ədəd bükülülərdə olan narkotik vasitə hesab edilən heroini və psixotrop maddə metamfetamini 01 yanvar 2021-ci il tarixdə Siyəzən şəhəri “Moyka” küçəsi adlanan S.Xeyrullayev küçəsində Təqsirləndirilən şəxs1 ilə görüşərək sonuncudan təmənnasız almış, həmin bükümləri özü hazırlamamış, üzərində narkotik vasitə və psixotrop maddə olmasından heç kimin məlumatı olmamış, üzərindən aşkar olunmuş həmin narkotik vasitələri və psixotrop maddələri öz tələbatına uyğun olaraq gələcəkdə istifadə etmək niyyətində olmuş, digər metadon dərmanını isə yaşadığı küçədə yerdən tapmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı uşaqlarının olmasının və bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs1 sonuncuya verdiyi 100 manat pulun əvəzində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr və psixotrop maddə almaması, habelə təmənnasız alması ilə bağlı məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs2 bu cür ifadə verməsi Təqsirləndirilən şəxs1 gələcəkdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs2 hər hası bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində 01 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək yenidən Fəriddən borclu olduğu 100 manat pulu istədiyini, sonuncunun borcunu qaytara bilmədiyini, bu zaman 100 manat pulun əvəzinə narkotik vasitə və psixotrop maddə verə biləcəyini təklif etdiyini, narkotik vasitələrdən təzə-təzə istifadə etməyə başladığı üçün şəxsi istifadəsi məqsədilə Fəridin borc pulun əvəzində narkotik vasitə verməsi təklifi ilə razılaşdığını, habelə narkotik vasitə və psixotrop maddəni 100 manat borcun qarşılığında aldığını səmimi şəkildə etiraf etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 oğlu məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olsa da, hər hansı bir formada narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən 1 ildən çox olar, el arasında hamının “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir. Psixotorop maddə metamfetamini çəkmədiyi vaxtlarda çox halsız, hərəkətlərində qeyriadekvat olur və onu da qeyd edir ki, psixotrop maddə metamfetamin qəbul etməsini ailə üzvlərindən heç kim bilmir. Gün ərzində təxminən 6-7 bükümdə psixotrop maddə metamfetamin qəbul etdiyindən gündəlik dozanın çoxluğuna görə, tutulmamışdan bir ay əvvəl “Whatsapp” proqramı vasitəsilə hal-hazırda xatırlamadığı xarici bir nömrə istifadəçisi ilə əlaqə saxlayaraq həmin şəxslə Sumqayıt şəhəri, X10 qəsəbəsində görüşmüşdür. Həmin şəxsdən 400 manata bir bükümdə təxminən 7-8 qram çəkidə psixotrop maddə metamfetamin almış, bir ay ərzində gündəlik 6-7 büküm istifadə etmək üçün həmin psixotorop maddəni çoxlu bükümlərə ayırmışdır. 09 dekabr 2020-ci il tarixdə bir neçə dəfə tanışı Nüsrət Qafarov ilə əlaqə saxlayaraq onunla görüşmək, yaşadığı evə getməyə utandığı üçün sonuncuya məxsus evdə gecələməyi qərara almışdır. Bu məqsədlə Nüsrətin yaşadığı evə getmiş, evə daxil olduğu vaxt masanın üzərində içərisində narkotik vasitə olan falikalar görmüş, masada əyləşib, özü ilə gətirdiyi “şüşə” yəni psixotrop maddə metamfetamini ayrı-ayrı bükümlərdə hazırlamaq qərarına gəlmişdir. Gündəlik narkotik vasitə qəbul etmək dozası həddən artıq çox olduğundan, eləcə də, narkotik vasitələri bükümlərə ayırmaq üçün yaxşı şərait olduğundan üzərində olan psixotrop maddələrdən gümüşü rəngli siqaret kağzılarında 14 ədəd büküm hazırlayaraq cibinə qoymuşdur. Bundan təxminən bir neçə dəqiqə sonra evə polis əməkdaşları daxil olmuş, üzərində narkotik vasitə saxlmaqda şübhəli şəxs olduğunu bildirmiş və sonuncular tərəfindən Siyəzən RPŞ-yə gətirilmişdir. RPŞ-də üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışın keçirilməsinə başlanılmazdan əvvəl ona qanunverciliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də, müdafiə hüququ izah edilmiş, üzərinə keçiriləcək şəxsi axtarışda və sonrakı proseslərdə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqdim olunmuş və o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk olaraq əynində olan qara rəngli cins şalvarın sol yan cibindəki gümüşü siqaret kağızının içərisində olan psixotrop maddələri təqdim etmişdir. Polis əməkdaşları həmin siqaret kağızını açdıqda onun içərisində ayrıayrılıqda gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində psixotrop maddə metamfetamin olan 14 büküm aşkar etmiş, həmin miqdar isə onun təxminən 4-5 günlük dozası olmuşdur. Üzərindən aşkar olunmuş 14 ədəd bükülüdə olan psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılıb, üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra, bu barədə protokol tərtib olunmuş və doğru olduğundan imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində 11 dekabr 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bundan sonra, bir neçə gün ərzində pis vərdişlərindən uzaqlaşmağa çalışsa da, iradəsinin zəifliyi ucbatından sonradan yenidən psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən çəkmək yolu ilə qəbul etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 bir neçə müddət olar tanıyır, onunla aralarında normal münasibətlər olmuş, hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etməsi barədə məlumatı olmuşdur. Belə ki, onlar əvvəllər bir yerdə bir neçə dəfə çəkmək yolu ilə narkotik vasitə heroin qəbul etmişlər. Təxminən 2020-ci ilin noyabr ayında maddi cəhətdən sıxıntıları olduğu üçün Təqsirləndirilən şəxs2 borca 300 manat pul istəmiş və həmin pulu bir həftə ərzində qaytarcağına söz vermiş, 200 manatını bir həftə ərzində geri qaytarsa da, sonuncuya 100 manat pul borcu qalmışdır. Bu müddət ərzində Cavid bir neçə dəfə zəng vuraraq borcunu istəsə də, maddi vəziyyətinin pis olması səbəbindən ona həmin pulu geri qaytara bilməmişdir. Sonuncu dəfə 01 yanvar 2021-ci il tarixdə Cavid öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq yenidən ona qaytarmalı olduğu 100 manat borc pulu istəmişdir. O, Cavidə pulunun olmadığını bildirsə də, sonuncu israr ilə pulunu tələb etdiyindən, onu başa salmaq üçün görüşmək qərarına gəlmişdir. Cavidlə Siyəzən şəhəri, S.Xeyrullayev küçəsinin sonunda qəbirstanlığa gedən yolda görüşmüş, söhbət zamanı sonuncu ondan yenə də 100 manat borc verdiyi pulu istədikdə, ona pulunun olmadığını, qısa müddətdə pulunu qaytaracağını bildirmişdir. Söhbət əsnasında Cavid narkotik vasitəyə olan təlabatından ağrıdığını bildirmişdir. Cavidin narkotik vasitə və psixtrop maddə metamfetamin qəbul etdiyini bildiyindən, özü də narkotik vasitə qəbul etməyən zamanlarda ağrıları olduğundan, Cavidin ağrılarının dözülməz olduğunu başa düşüb, özü ilə üzərində gətirdiyi “Winston” markalı siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ona vermişdir. Özü narkotik vasitə və psixtrop maddənin istifadəsini tərkitmək istədiyindən, üzərində çoxdan qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetaminləri hər hansı məbləğdə pul almadan Cavidə qəbul etməsi üçün vermiş, sonra onlar sağollaşmış və ondan sonra sonuncu ilə hər hansı əlaqəsi olmamışdır. 02 yanvar 2021-ci il tarixdə axşam təxminən saat 21:00 radələrində Siyəzən şəhəri, Nizami küçəsində yerləşən 45 nömrəli yataqxananın qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və sonuncular tərəfindən RPŞ-yə gətirilmişdir. 01 yanvar 2021-ci il tarixdə RPŞ-də olarkən Təqsirləndirilən şəxs2 verdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə görə saxlanıldığını bilmişdir. Özü xəstə olduğu üçün narkomaniya xəstəliyindən əziyyət çəkənlərin hansı ağrılar çəkdiyini bildiyindən narkotik vasitə və psixtrop maddələri Təqsirləndirilən şəxs2 narkotik vasitəyə olan təlabatına görə ağrıdığından və heç bir qazanc əldə etmədən vermiş, ondan hər hansı məbləğdə pul almamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sonuncuya bu gün də 100 manat pul borcu qalmışdır. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetaminləri 2020-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri, H. Zeynalabdin Tağıyev qəsəbəsində “Bölgə” ləqəbli şəxsdən almış və 2020-ci ilin dekabr ayında tutularkən üzərində aşkar olunaraq götürülmüş psixotrop maddəni də həmin vaxt almışdır. Həmin narkotik vasitə və psixtrop maddəni öz istifadəsi üçün saxlamış, hər hansı bir formada narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Nüsrət Qafarovun yaşadığı evə gedərkən orada narkotik vasitə olduğunu bilmiş, evə daxil olmuş və masanın üzərində “falqa” nın içərisində narkotik vasitələrin olduğunu görmüşdür. Nüsrətdən masanın üzərində olan narkotik vasitələrin masanın üzərində niyə qoyduğunu soruşduqda o, istifadə etmək məqsədilə qoyduğunu bildirmişdir. Nüsrət Qafarovun yaşadığı evdə “falqa” da nə qədər narkotik vasitə olmasını görməmiş, içəriyə girəndən bir neçə dəqiqə sonra polis əməkdaşları da evə daxil olmuş və narkotik vasitələrin saxlanılmasında şübhəli şəxs olduğunu bildirib, onu Siyəzən RPŞ-yə aparmışlar. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkili Şahid2 ifadəsində göstərdi ki, Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitəni üzərində gəzdirməsi və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat tədbirinin həyata keçirilməsi barədə tərəfindən 01 yanvar 2021-ci il tarixdə protokol yazılmaqla müvafiq qərar qəbul edilmiş və qərar Siyəzən RPŞnin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və RPŞ-nin ƏRQ-nin kiçik inspektoru X8 qrup şəklində təxminən saat 15:00 radələrində Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, H. Əliyev küçəsində saxlayaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə gətirmiş, növbətçi hissədə onun, Şahid3, X6 və RPŞ-nin məsul növbətçisi Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi1 də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli gödəkcənin sol tərəfində yerləşən yuxarı üst cibindən “Winston” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman 5 ədəd gümüşü rəngli siqaret bükülüsü aşkar olunmuşdur. Hər bir bükülü şəxsi axtarışı keçirən müstəntiq tərəfindən açılmış və 1 ədəd gümüşü rəngli bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, sonra 3 ədəd gümüşü rəngli siqaret bükülüləri açıldıqda hər bir bükülünün içərisində əlavə olaraq ağ rəngli kağız bükülülər, həmin kağız bükülülərin hər birinin içərisində psixotrop maddə metamfetminə bənzər kütlə, daha sonra isə 5-ci gümüşü rəngli siqaret kağızı bükülüsü açılmış və bükülünün içərisində əlavə olaraq göy rəngli sellofan paket bükülüsü, həmin bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri Fərid adlı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunan kütlələr ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, ümumilikdə 99 manat və 1 ABŞ dolları pul, bundan başqa əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qəhvəyi rəngli dərman konvalyutunda dairəvi formalı həb, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən isə 1 ədəd kustar üsulla hazırlanmış müştük aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qəhvəyi rəngli həb və 1 ədəd ağ rəngli kustar üsulla hazırlanmış müştük ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən qanunsuz əşya və ya pretmet aşkar olunmamış və şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar olaraq protokol tərtib olunmaqla, ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və növbətçi hissənin məsul növbətçisi Şahid4 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid5 İmamməddin oğlu ifadəsində göstərdi ki, 09 dekabr 2020-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitəni üzərində saxlaması və tanışı Siyəzən şəhər sakini X5 yaşadığı Siyəzən şəhərinin F. Bayramov küçəsindəki 42 saylı evinə gedərək sonuncu ilə birlikdə istifadə etmələri barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunaraq təsdiq edilmişdir. Həmin gün saat 20:00 radələrində CAB-ın sabiq baş əməliyyat müvəkkili Şahid1, növbətçi hissənin polis nəfəri-sürücü X7, ƏRQ-nun kiçik inspektoru X6 və uçot qeydiyyat və statistika işləri qrupunun operatoru X3 iştirakı ilə qrup şəkilində Nüsrət Qafarovun yaşadığı yuxarıda qeyd olunan ünvana getmişlər. Nüsrət Qafarovun yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuş, sonuncu isə buna etirazının olmadığını bildirdikdə onlar həmin ünvana daxil olmuş, narkotik vasitələri üzərində saxlamaqda şübhəli bilinən digər şəxs Təqsirləndirilən şəxs1 də orada olduğunu görmüş, sonuncu üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğuna görə müstəntiq Bədirşah Vəlimətov tərəfindən şübhəli şəxs qismində tutulduğu elan edilmiş, üzərində şəxsi axtarış keçirilməsi üçün o və Nuran Ucaqov tərəfindən RPŞ-yə gətirilmişdir. RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili Şahid1, uçot qeydiyyat və statistika işləri qrupunun operatoru Qorxmaz Sultanov və ƏRQ-nun kiçik inspektoru Cavid Hidayətov isə X5 yaşadığı ünvana keçiriləcək baxışda iştirak etmək üçün orada qalmışlar. RPŞ-nin növbətçi hissəsində onun, növbətçi hissənin polis nəfəri-sürücü Nuran Ucaqovun və növbətçi köməkçisi Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi2 da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində insanlar arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 9 ədəd bükülüləri çıxararaq masanın üzərinə qoymuş, bükülülərdən 2 ədədi ağ rəngli kağız bükülüsündə, 2 ədədi siqaretin sellofan bükülüsündə, 5 ədədi isə siqaretin ağ-qırmızı rəngli kağız bükülüsündə olmuşdur. İlk olaraq 2 ədəd ağ rəngli kağız bükülülər, sonra isə 5 ədəd ağ-qırmızı rəngli siqaret kağızı bükülüləri bir-bir açıldığında bütün bükülülərin içərisində toz halında ağ rəngli kristal şəkilli kütlələrin olduğu, sonra isə 2 ədəd siqaretin şəffaf rəngli sellofanında olan bükülülərdən biri açıldığında içərisində 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin olduğu, hər iki gümüşü rəngli siqaret kağızı bükülüləri açıldığında onların da içərilərində toz halında ağ rəngli kristal şəkilli kütlələrin olduğu, digər ikinci şəffaf rəngli sellofan bükülünün içərisi açıldığında içərisində 5 ədəd siqaretin gümüşü rəngli kağız bükülülərinin olduğu, həmin bükülülər də ayrı-ayrılıqda açıldığında onların da hamısının içərisində toz halında ağ rəngli kristal şəkilli kütlələrin olduğu müəyyən olunmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən ümumilikdə 14 ədəd bükümdə toz halında, ağ rəngli kristal şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükülülərin içərilərindəki “şüşə” adlandırılan psixotrop maddədən bir qədərini istifadə etdiyini, yerdə qalanın dağılmaması üçün sellofan bükülülərdə sıx şəkildə bağladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 özü üzərində olan faktiki olaraq istifadə etdiyi 1 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefonu da təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərində qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumilikdə 14 ədəd olan bükümlər içərilərindəki toz halında kristalşəkilli kütlələr ilə birlikdə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1, Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi Şahid6 və növbətçi hissənin polis nəfəri-sürücü X11 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 yanvar 2021-ci il tarixli, 6/09 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 2 ədəd zərfdəki, 5 ədəd bükümdə, onlardan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,133 qram və 0,081 qram, ümumi təmiz çəkisi 0,214 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,124 qram, 0,121 qram, 0,058 qram, ümumi təmiz çəkisi 0,303 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd konvaltudakı üzərində “F/M40” yazısı həkk olunmuş 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram təşkil edir, 1 ədəd ağ rəngli borucuq formalı əşyanın içərisində narkotik vasitə heroinin izləri vardır, lakin, iz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İİ siyahısına daxildirlər. Aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 0,214 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,164 qram, metamfetaminin təmiz çəkisi 0,303 qram təşkil etmiş, tədqiqata 0,06 qram sərf edildikdən sonra qalıq 0,243 qram qalmış, həmçinin 1 ədəd həbin ½ hissəsi sərf edilmişdir. Cinayət işinin İ cild 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 183-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2020-ci il tarixli, 6/2696 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün № 96” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən...” və s. yazılar olan zərfdəki bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram, 0,046 qram, 0,032 qram, 0,018 qram, 0,063 qram, 0,070 qram, 0,055 qram, 0,078 qram, 0,057 qram, 0,067 qram, 0,039 qram, 0,054 qram, 0,310 qram, 0,171 qram olmaqla, ümumi təmiz çəkisi 1,121 qram, ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi 1,121 qram təşkil etmiş, tədqiqata 0,07 qram sərf edildikdən sonra qalıq 1,051 qram qalmışdır. Cinayət işinin İ cild 182-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 11 fevral 2021-ci il tarixdə verilmiş, 459 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 dekabr 2020-ci il tarixdə verilmiş, 3485 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 01 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, göy rəngli kofta və qara rəngli ayaqqabı olmuş, bu zaman sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sol tərəfindən yerləşən yuxarı üst cibindən “Winston” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman 5 ədəd gümüşü rəngli siqaret bükülüsü aşkar olunmuşdur. 1 ədəd gümüşü rəngli bükülü açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sonra 3 ədəd gümüşü rəngli siqaret bükülüləri açılmış, bu bükülülərin içərisində əlavə olaraq ağ rəngli kağız bükülülər aşkar olunmuş, onların hər birinin içərisində psixotrop maddə metamfetminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra, 5-ci gümüşü rəngli siqaret kağızı bükülüsü açılmış, onun içərisində əlavə olaraq göy rəngli sellofan paket bükülüsü aşkar olunmuşdur. Həmin bükülüyə baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri Fərid adlı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunan kütlələr 1 ədəd ağ zərfə qoyulmuş, zərfin üzəri möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qəhvəyi rəngli dərman konvalyutunda dairəvi formalı həb və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən isə 1 ədəd kustar üsulla hazırlanmış müştük aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qəhvəyi rəngli həb və 1 ədəd ağ rəngli kustar üsulla hazırlanmış müştük 1 ədəd ağ rəngli zərfə qoyulub, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunsuz əşya və ya pretmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 171-172-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 09 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində açıq qəhvəyi rəngli qış gödəkcəsi, qara rəngli cins şalvar, yaşıl rəngli uzunqol köynək, qara rəngli uzunboğaz çəkmə və başında ağ rəngli idman papağı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində insanlar arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 9 ədəd bükülüləri müvafi olaraq, 2 ədədini ağ rəngli kağızda, 2 ədədini siqaretin sellofan bükülüsündə, 5 ədədini isə siqaretin ağ-qırmızı rəngli kağızlarında masanın üzərinə qoymuşdur. Əvvəlcə 2 ədəd ağ rəngli kağız bükülülər, sonra isə 5 ədəd ağ-qırmızı rəngli siqaret kağızı bükülüləri bir-bir açıldığında bütün bükülülərin içərisində toz halında ağ rəngli kristal şəkilli kütlələrin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükülülərin hamısının içərisindəki kütlələrin “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. 7 ədəd bükülülərə baxıldıqdan sonra yerdə qalan 2 ədəd siqaretin şəffaf rəngli sellofanında olan bükülülərin açılmasına başlanılmışdır. Həmin şəffaf rəngli sellofan bükülülərdən biri açıldığında içərisində 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin olduğu, bu bükülülər açıldığında isə onların da içərilərində toz halında ağ rəngli kristal şəkilli kütlələrin olduğu müəyyən olunmuşdur. Daha sonra, digər ikinci şəffaf rəngli sellofan bükülünün içərisi açılmış, bu bükülünün içərisində 5 ədəd siqaretin gümüşü rəngli kağız bükülülərinin olduğu müəyyən olunmuşdur. Həmin bükülülər də ayrıayrılıqda açıldığında onların da hamısının içərisində toz halında ağ rəngli kristal şəkilli kütlələrin olduğu təsbit edilmişdir. Bu bükülülərin içərisindən iki və beş ədəd olmaqla, ümumilikdə 7 ədəd siqaretin gümüşü rəngli kağız bükülüləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bu bükülülərin içərilərindəki “şüşə” adlandırılan psixotrop maddədən bir qədərini istifadə etdiyindən, onların dağılmaması üçün sellofan bükülülərdə sıx şəkildə bağladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd ağ rəngli kağız bükülüdə, 5 ədəd ağ-qırmızı qırmızı rəngli siqaret kağızı bükülüsündə, 7 ədəd isə gümüşü rəngli siqaret kağızı bükülülərində olmaqla, ümumilikdə 14 ədəd bükümdə toz halında, ağ rəngli kristal şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərində qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumilikdə 14 ədəd bükümlər içərilərindəki toz halında kristalşəkilli kütlələr ilə birlikdə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, qablaşdırma möhürlənib, Təqsirləndirilən şəxs1 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 50-51-ci, 193-194-cü, eləcə də İİ cild 113-138-ci vərəqələrində olan müvafiq olaraq 02 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanımaq, 11 dekabr 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 10 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,164 qram olan narkotik vasitə heroin, 0,243 qram psixotrop maddə metamfetamin, narkotik vasitə metadon tərkibli həbin ½ hissəsi, 1 (bir) ədəd içərisində narkotik vasitə heroinin izləri olan ağ rəngli borucuq formalı əşya (müştük), Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,051 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Siyəzən RPŞ-nin təminat hissəsinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 2 ədəd Compakt disklər də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 10 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.1 və 234.2-ci, Təqsirləndirilən şəxs2 isə 03 yanvar 2021-ci il tarixdə CM-in 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 əməlində isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından qeyd olunan şəxslər barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 3-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 4-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 18-ci vərəqəsində olan 01 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 98-99-cu vərəqələrindəki 03 yanvar 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Həsənov X9 RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 163-cü vərəqəsində olan 09 dekabr 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 217-218-ci vərəqələrindəki 11 dekabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 127-128-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 04 yanvar 2021-ci il tarixli, 4(059)-01/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 6-7-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də İİ cild 111-112-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 26 sentyabr 2017-ci il təvəllüdlü Xaliq və 03 fevral 2019-cu il təvəllüdlü Yasəmən adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, “X16 and Wineyard” MMC-də anbardar vəzifəsində işləyən və ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 239-240-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, Təqsirləndirilən şəxs1 isə satış məqsədi olmadan, habelə bu məqsədlə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etmə və ya saxlama, daşıma, həmçinin satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, bununla belə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, faydalı əməklə məşğul olması kimi cəzanı yüngülləşdirici halların olmasını, ağırlaşdıran halın mövcud olmamasını, həmçinin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 01 yanvar 2021-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən gəncliyini və barəsində yaşayış yeri üzrə şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bununla belə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 daha əvvəl 09 dekabr 2020-ci il tarixdən 11 dekabr 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli, Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan, yəni 02 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,164 qram olan narkotik vasitə heroin, 0,243 qram psixotrop maddə metamfetamin, narkotik vasitə metadon tərkibli həbin ½ hissəsi, 1 (bir) ədəd içərisində narkotik vasitə heroinin izləri olan ağ rəngli borucuq formalı əşya (müştük), Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,051 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 2 ədəd Compakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 223,90 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 daha əvvəl həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli, tutulduğu vaxtdan, yəni 02 yanvar 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 0,164 qram olan narkotik vasitə heroin, 0,243 qram psixotrop maddə metamfetamin, narkotik vasitə metadon tərkibli həbin ½ hissəsi, 1 (bir) ədəd içərisində narkotik vasitə heroinin izləri olan ağ rəngli borucuq formalı əşya (müştük), Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,051 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 2 ədəd Compakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 223,90 (iki yüz iyirmi üç manat 90 qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar