Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-25/2020 29.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi - fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, üzərində məhkumluğu olan, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxxx 2013-cü il təvəllüdlü Ayxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(060)-373/2014 saylı, həmçinin, xx xxx 2012-ci il təvəllüdlü Əliyeva Türkanə Rinad qızının və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ceyhun Rinad oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 58 manat 50 qəpik, cəmi 117 manat məbləğində alimentin alınaraq Eldarova Turanə Elşən qızına ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)- 137/2016 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12 gün müddətinə və Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 4429 manat məbləğində aliment borcunu, həmçinin, tələbkar Eldarova Turanə Elşən qızına 3279 manat məbləğində aliment borcunu ödəməmiş, onlara maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxxxxx 2013-cü il təvəllüdlü Ayxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, həmçinin xx xxx 2012-ci il təvəllüdlü Əliyeva Türkanə Rinad qızının və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ceyhun Rinad oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 58 manat 50 qəpik, cəmi 117 manat məbləğində alimentin alınaraq Eldarova Turanə Elşən qızına ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən qüvvədən düşmüş Azərbaycan Respublikası İXMnin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12 gün müddətinə və Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin hazırkı vaxtadək maddi imkanı olmadığından yığılmış alimenti ödəyə bilməmiş və nəticədə xx xxxxxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 7210 manat, tələbkar Zərərçəkmiş şəxs2 isə 3279 manat məbləğində aliment borcu qalmışdır. Bütün bunlara baxmayaraq, o, bu borcu qəbul edir və yaranmış borcun hissə-hissə ödənilməsinə söz verir. Odur ki, sadaladığı halların, gəncliyinin, yaranmış aliment borcunu ödəyəcəyi barədə vədinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birgə nikahından xx xxx 2012-ci il təvəllüdlü Türkanə və xx xxxxxx 2013-cü il təvəllüdlü Ceyhun adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə və tez-tez aralarında mübahisələr yarandığına görə nikahın pozulması, eləcə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxx 2012-ci il təvəllüdlü Əliyeva Türkanə Rinad qızının və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ceyhun Rinad oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 58 manat 50 qəpik olmaqla, cəmi 117 manat məbləğində alimentin alınaraq xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi çıxarılmışdır. Borclu Təqsirləndirilən şəxs 3279 manat məbləğində aliment borcunu onun xeyrinə qərəzli olaraq ödəmədiyini, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək, sonuncu barəsində ciddi cəza tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birgə nikahından xx xxxxxxx 2013-cü il tarixdə Ayxan adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə və tez-tez aralarında mübahisələr yarandığına görə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2013-cü il tarixdən başlayaraq, xx xxxxxxx 2013-cü il təvəllüdlü Ayxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2014-cü il tarixli qətnaməsi çıxarılmışdır. Borclu Təqsirləndirilən şəxs 7210 manat məbləğində aliment borcunu onun xeyrinə qərəzli olaraq ödəmədiyini, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək sonuncu barəsində ciddi cəza tədbiri görülməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş, habelə işdə olan sənədlərdən göründüyü kimi xx xxxx 2020-ci il tarixdə ölmüş Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən başlayaraq, xx xxxxxxx 2013-cü il təvəllüdlü Ayxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, həmçinin xx xxx 2012-ci il təvəllüdlü Əliyeva Türkanə Rinad qızının və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ceyhun Rinad oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 58 manat 50 qəpik olmaqla, cəmi 117 manat məbləğində alimentin alınaraq Eldarova Turanə Elşən qızına ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İcra vərəqələri Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, bildiriş və qərar icra olunması üçün borclu Təqsirləndirilən şəxs rəsmi olaraq təqdim olunmuşdur. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara edilmiş sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamışdır. Bundan başqa, borclunun yaşadığı evdəki əmlakına baxış keçirilmiş, baxış zamanı icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmadığından bu barədəmüvafiq akt tərtib edilmişdir.Borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar olunmuş, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən qüvvədən düşmüş Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12 gün müddətinə və bu məhkəmənin xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən isə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 7210 manat məbləğində aliment borcunu, tələbkar Eldarova Turanə Elşən qızına isə 3279 manat məbləğində aliment borcunu ödəməmiş, onlara maddi ziyan vurmaqla, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında şahid Siyəzən icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid4 şahid şöbənin böyük icra məmuru Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-10-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx xxx 2014-cü il tarixli, 2(060)-373/2014 saylı qətnaməsinin, eləcə də işin 15-ci səhifəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ayxan Rinad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2013-cü il tarixdən başlayaraq, hər ay 103 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Cinayət işinin 11-14-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2016-cı il tarixli, 2(059)-137/2016 saylı qətnaməsinin, eləcə də işin 16-cı səhifəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, xx xxx 2012-ci il təvəllüdlü Əliyeva Türkanə Rinad qızının və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ceyhun Rinad oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 58,50 manat olmaqla, cəmi 117 manat məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Eldarova Turanə Elşən qızına ödənilməsi qət edilmişdir. Cinayət işinin 17 və 19-cu vərəqələrində olan Siyəzən rayon icra qrupunun xx xxxx 2014-cü il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(060)-373/2014 saylı icra sənədi icra olunması üçün xx xxxx 2014-cü il tarixdə icra qrupunun icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 18 və 20-ci vərəqələrində olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)-137/2016 saylı icra sənədi icra olunması üçün xx xxx 2018-ci il tarixdə icraata daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 45-46-cı vərəqələrində olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 3(059)-98/2015 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qüvvədən düşmüş Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və 12 (on iki) gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(059)-82/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunmuşdur. Cinayət işinin 159-cu vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 52-57-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli, 1(059)-01/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək cəzası 01 ilə endirilmiş və xx xxxxxx 2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində müəyyən olunaraq saxlanılmış, Siyəzən RPŞ-yə gətirilmiş və Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilməsi üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin 194-195-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(059)-25/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işində olan xx xxxxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin 09 və xx xxxxxxxx 2020-ci il tarixli, məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-nə, oradan isə xx xxxxxxxx 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin, eləcə də arayışın surətlərindən görünür ki, ünvan 1ndə yaşamış Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və qərarlarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və barəsində yaşayış yeri üzrə şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-25/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-25/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver