Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-28/2021 08.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 08 iyun 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1993-cü ildə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxx 1985-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 19 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin qarşısında 10 manat məbləğində pulun müqabilində qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,215 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, həmin narkotik vasitə 20 yanvar 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Siyəzən RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülüdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 0,452 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək həmin narkotik vasitənin 0,215 qramını 19 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 10 manata sataraq, qalan 0,237 qram narkotik vasitə olan heroini üzərində saxlamış, həmin narkotik vasitə 21 yanvar 2021-ci il tarixdə, təxminən saat 09:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ üst cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş formada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 ilə yaxın olar, narkotik vasitə olan heroini tüstü yolu ilə qəbul edir. Təqsirləndirilən şəxs2 həmkəndlisi kimi uzun müddət olar, tanıyır. Belə ki, sonuncu onunla yanbayan qonşuluqda yaşayır. Rayon ərazisində “Əvəz” ləqəbi ilə çağırılmaqla, bir neçə müddət olar, cəzaçəkmə müəssisəsindən azad olunmuş Təqsirləndirilən şəxs2 narkotik vasitələrin həm satışı, həm də istifadəsi ilə məşğul olan şəxs kimi tanıyır. 19 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində küçədə olarkən Şərəfətdinlə rastlaşmış, sonuncuya 10 manat məbləğində pul verərək qarşılığında siqaretin gümüşü rəngli kağızına bükülü vəziyyətdə 1 büküm heroin almışdır. Həmin gün Şərəfətdindən aldığı narkotik vasitə heroinin bir hissəsini təklikdə olan zaman istifadə etmiş, qalanını isə növbəti günlərdə şəxsi istifadəsi məqsədilə əynində olan şalvarın sol yan cibinə qoymuşdur. 20 yanvar 2021-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində yaşadığı evin qarşısında dayanarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirməklə, onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü RPŞ-yə dəvət etmişlər. O, buna etiraz etməyərək polis əməkdaşları ilə RPŞ-yə getmiş, şəxsi axtarışın keçirilməsinə başlanılmazdan əvvəl ona qanunverciliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də, müdafiə hüququ izah olunaraq heç bir etirazı olmadan dövlət hesabına fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqdim olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd gümüşü rəngli siqaret kağızında olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroin kütləsi 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, himayəsində iki azyaşlı övladının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs2, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildən çox olar, narkotik vasitə heroindən istifadə edir, hətta, narkotik vasitəyə olan tələbatını ödəməkdən ötrü 2018-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində yerləşən evlərdən birindən qardaşı Turxan Fərzəliyev ilə birlikdə oğurluq etmiş, həmin əməlinə görə Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 2020-ci ilin aprel ayında çəkib qurtararaq cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bundan sonra, bir müddət fərdi əməklə məşğul olsa da, sonradan heç bir yerdə işləmədiyindən yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 18 yanvar 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən gümüşü rəngli 2 ədəd siqaret kağızı bükülüləri tapmış, bükülülərə baxdıqda narkotik vasitə heroin olduğunu görmüş, habelə şəxsi istifadəsi məqsədilə götürmüşdür. Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi uzun müddət olar tanıyır, sonuncu onunla qonşuluqda yaşamaqla, aralarında normal münasibətlər olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. 19 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 ilə görüşmüş, söhbət zamanı sonuncu ondan şəxsi istifadəsi məqsədilə narkotik vasitə heroin istədikdə o, tapdığı heroinin 1 bükümünü 10 manata ona sata biləcəyini bildirmişdir. Rzaqulu onunla razılaşaraq, 1 ədəd 10 manatlıq pul əskinasını ona vermiş, o isə əvəzində bir büküm heroini verib, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra, təkilikdə olanda qalan narkotik vasitə heroinin cüzi miqdarını da qəbul edib, qalanını yenidən gümüşü rəngli siqaret kağızına bükərək növbəti günlərdə tələbatı yaranan vaxtda istifadə etmək məqsədilə üzərində saxlamışdır. 21 yanvar 2021-ci il tarixdə, səhər təxminən saat 09:00 radələrində yaşadığı evin qarşısında dayanarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, RPŞ-nin əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə, onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü RPŞ-yə dəvət etmiş, habelə RPŞ-yə aparılmışdır. Orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl ona qanunverciliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də, müdafiə hüququ izah edilmiş, üzərinə keçiriləcək şəxsi axtarışda hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqdim olunmuş, o, isə buna etiraz etməmişdir. Bundan sonra, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman əynində olan qara rəngli gödəkcənin sağ üst cibindən 1 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülməklə, 1 ədəd ağ rəngli zərfin üzərinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra, üzərində keçirilən şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, doğru olduğundan o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs1, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 yanvar 2021-ci il tarixdə Siyəzən rayonu, Zarat kənd sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Həmin gün təxminən saat 12:00 radələrində RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 İmadəddin oğlu ilə birlikdə Siyəzən rayonu, Zarat kəndi ərazisinə gedərək Təqsirləndirilən şəxs1 yaşadığı küçəni müşahidəyə götürmüşlər. Bir qədər sonra, Təqsirləndirilən şəxs1 həmin küçədə yaşadığı evin qarşısına çıxaraq dayandığını görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün, şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etmişlər. Sonuncu üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirdikdə tərəflərindən RPŞ-yə gətirilmiş və orada növbətçi hissədə Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi2 da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş və bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin bükülü bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, daha sonra, sonuncunun üzərinə keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 ilkin izahatında üzərindən aşkar olunmuş 1 ədəd bükülüdə olan narkotik vasitə heroinə bənzər kütləni 19 yanvar 2021-ci il tarixdə yaşadığı kənddə həmkəndlisi “Əvəz” ləqəbli, Təqsirləndirilən şəxs2 10 manata aldığını bildirmiş və keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində həmin şəxsin Siyəzən rayonu, Zarat kənd sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. 21 yanvar 2021-ci il tarixdə tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və həmin gün təxminən saat 09:00 radələlərində o, RPŞ-nin İTBnin polis sahə rəisi Şahid3 ilə birlikdə Siyəzən rayonu, Zarat kəndinə gedərək Təqsirləndirilən şəxs2 yaşadığı küçəni müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs2 küçəyə çıxaraq yaşadığı evin qarşısında dayandığını görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etməklə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etmişlər, sonuncu üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirmiş və RPŞ-yə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Şərafətdin Fərzəliyevə və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi1 də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Şərafətdin Fərzəliyevə üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirsə də, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ üst cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunaraq götürülmüş və bükülü açıldığında içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin bükülü də bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. Daha sonra, Şərafətdin Fərzəliyevin üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra, sonuncunun üzərinə keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Şərafətdin Fərzəliyev narkotik vasitə satdığını etiraf etsə də, narkotik vasitə satdığı şəxsin adını bilmədiyini söyləmişdir. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3, RPŞ-nin Növbətçi hissəsinin növbətçi köməkçiləri Şahid5 və Şahid4, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 63-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 6/268 saylı ekspert rəyindən görünür ki, üzərində “S. Z. Fərzəliyevin üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazılan zərfdə təmiz çəkisi 0,237 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitədir-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Üzərində R.Q.Əhmədovdan aşkar olunaraq götürülmüş” yazılan zərfdə təmiz çəkisi 0,215 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitədirheroindir. Tədqiqata təqdim edilmiş üzərində “Üzərində “S. Z. Fərzəliyevin üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazılan zərfdə təmiz çəkisi 0,237 qram heroin ilə üzərində “R.Q.Əhmədovdan aşkar olunaraq götürülmüş kütlə ” yazılan zərfdə təmiz çəkisi 0,215 qram heroin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 0,215 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,165 qram qalmış, X1 üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi isə 0,237 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,187 qram qalmışdır. Cinayət işinin 62-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 184-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 03 fevral 2021-ci il tarixdə verilmiş 328 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 188-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 04 mart 2021-ci il tarixdə verilmiş 679 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli kofta, boz rəngli cins şalvar və göy yay ayaqqabısı olmuş, bu zaman ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret bükülüsünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilmiş, bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində qara rəngli kofta, qara rəngli qış gödəkcəsi, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuş, bu zaman ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunla qadağan olunan əşya və ya predmet olmadığını bildirdikdə, sabiq baş müstəntiqin göstərişi ilə NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxsi axtarışa başlanılmış, bu zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin sağ üst cibindən 1 ədəd gümüşü rəngli siqaret bükülüsü aşkar olunmuşdur. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilmiş, bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmaqla, möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 146-147-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 03 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 0,215 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 0,237 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin narkotik vasitələrin hər ikisinin ayrı-ayrılıqda 0,05 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmış, eləcə də qalan 0,165 və 0,187 qram çəkidə narkotik vasitə olan heroin kütlələri saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 192-203-cü vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Həmçinin, 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, 21 yanvar 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarışın və baxışın, eləcə də onlar arasında 22 yanvar 2021-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmənin video görüntülərinin yaddaşına köçürüldüyü 03 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2021-ci il tarixli tələbnaməsindən, işin 137-142-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1(059)-36/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilmiş və onun üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzası saxlanılmış və o, 16 aprel 2020ci il tarixdə cəzasının sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 hazırda üzərində məhkumluğu olan şəxsdir. Eyni zamanda, cinayət işinə əlavə edilmiş Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 08 iyun 2021-ci il tarixli, 1131/21-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 avqust 2018-ci il tarixli, 1(059)-36/2018 saylı hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzasını da icra etməməklə, heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 20 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrindəki 22 yanvar 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Əhmədov X6 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-120-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli, 4(059)-7/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 173-176-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində 17 iyul 2009-cu il təvəllüdlü İlkanə və 13 sentyabr 2015-ci il təvəllüdlü Ayan adında iki yetkinlik yaşına çatmayan övladı olan Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 177-179-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 26 oktyabr 2015-ci il təvəllüdlü Oktay və 26 sentyabr 2017-ci il təvəllüdlü Cahid adında iki azyaşlı övladları olan Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasının, gəncliyinin və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən sabiq baş müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 27 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, həmçinin əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşaqlarının olması, gəncliyi və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2021-ci il tarixdən 22 yanvar 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əvvəllər mülkiyyət əleyhinə cinayət törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 1(059)-36/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməli və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,165 qram, Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 0,187 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində müvafiq olaraq 20 yanvar 2021-ci il və 21 yanvar 2021-ci il tarixlərdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışların, eləcə də onlar arasında 22 yanvar 2021-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmənin videogörüntülərinin yaddaşına köçürüldüyü 3 (üç) ədəd Compakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilsin və onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli, tutulduğu vaxtdan, yəni 21 yanvar 2021-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,165 qram, Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 0,187 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində müvafiq olaraq 20 yanvar 2021-ci il və 21 yanvar 2021ci il tarixlərdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışların, eləcə də onlar arasında 22 yanvar 2021-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmənin videogörüntülərinin yaddaşına köçürüldüyü 3 (üç) ədəd Compakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlundan və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-28/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-28/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver