Məhkəmə qərarları › İş №1(059)-29/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-29/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-29/2021 08.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi X1, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil X4, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə 08 iyun 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında 17 avqust 1986-cı il tarixdə keçmiş Dəvəçi rayonu, Gil-Gil çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Gil-Gil çay qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 iyul 2019-cu il tarixdən başlayaraq, övladları, 26 avqust 2013-cü il təvəllüdlü X5 və 12 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə, 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(059)-333/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə, həmin məhkəmənin 05 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq, Zərərçəkmiş şəxs təqdimat verilən 06 noyabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə 3648 manat aliment borcunu ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19 iyul 2019-cu il tarixdən başlayaraq, övladları, 26 avqust 2013-cü il təvəllüdlü X5 və 12 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə, eləcə də, 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(059)-333/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, həmin məhkəmənin 05 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Daha sonra, izahatı alınaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. 06 noyabr 2020-ci il tarixədək olan 3900 manat məbləğində aliment borcundan 252 manat məbləğini ödəsə də, məhkəmə qətnaməsini ədalətsiz hesab etdiyindən və həmin qətnamə ilə razı olmadığından qalan 3648 manat məbləğində aliment borcunu ödəməmişdir. Törətdiyi cinayət əməlinin hüquqi nəticələri ilə razılaşdıqdan sonra etdiyi əməlin düzgün olmadığını anlamışdır. Belə ki, heç bir yerdə işləmədiyindən maddi vəziyyəti pis olduğu üçün zərərçəkmiş şəxsə cəmi bir ayın aliment borcunu, yəni 252 manat məbləğini ödəyə bilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də, təyin olunmuş aliment ödənişlərini bundan sonra vaxtlı-vaxtında icra edəcəyi barədə vədinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 19 iyul 2019-cu il tarixdən başlayaraq, övladları, 26 avqust 2013-cü il təvəllüdlü X5 və 12 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə, eləcə də, 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(059)-333/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə, həmin məhkəmənin 05 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq, təqdimat verilən 06 noyabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə 3900 manat məbləğində aliment borcundan cəmi 252 manat məbləğini ödəmiş, yerdə qalan 3648 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Beləliklə, aliment borcunu ödəmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, ona olan aliment borcunu tam ödəməsini tələb edir və təqsirləndirilən şəxs barəsində sərt cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi X2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 19 iyul 2019-cu il tarixdən başlayaraq, övladları, 26 avqust 2013-cü il təvəllüdlü X5 və 12 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə, 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(059)-333/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə, həmin məhkəmənin 05 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq, Zərərçəkmiş şəxs təqdimat verilən 06 noyabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə 3900 manat məbləğində aliment borcundan cəmi 252 manat məbləğini ödəməmiş, yerdə qalan 3648 manat məbləğində aliment borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən toplanmış materiallar 06 noyabr 2020-ci il tarixli təqdimatla cinayət işin başlanması məsələsinə baxılması üçün istintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqında digər şahid Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında elan edilmiş işin 8-12-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 avqust 2019-cu il tarixli, 2(059)-333/2019 saylı qətnaməsinin, eləcə də işin 13-cü vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, 19 iyul 2019-cu il tarixdən başlayaraq, 26 avqust 2013-cü il təvəllüdlü X5 və 12 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 14-15-ci vərəqələrində olan Siyəzən rayon İcra və probasiya şöbəsinin 19 avqust 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(059)- 333/2019 saylı icra sənədi icra olunması üçün 19 avqust 2019-cu il tarixdə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 29-31-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 3(059)-102/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cinayət işinin 79-cu vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 118-119-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2021-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 64-66-cı vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən rayonu, Gilgilçay qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 18 may 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tam ödənilməsini tələb edir və ondan şikayətçi olmasının nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar