Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-3/2021 04.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər- fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 04 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1982-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində işləyən, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq Təqsirləndirilən şəxs2 29 iyul 2020-ci il tarixdə, saat 20:00 radələrində əvəzsiz olaraq 6,355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış, həmin gün qeyd olunan saatda Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan ağ-göy xətli qısaqol köynəyin sol döş cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 12 ədəd, əynində olan göy idman şalvarının sol yan cibində isə 2 ədəd büküm olmaqla, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,580 qram, 0,427 qram, 0,647 qram, 0,538 qram, 0,488 qram, 0,303 qram, 0,656 qram, 0,379 qram, 0,329 qram, 0,424 qram 0,361 qram, 0,235 qram, 0,486 qram və 0,502 qram, ümumi təmiz çəkisi 6,355 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq istinatqa məlum olmayan mənbədən satış məqsədi olmadan ümumi təmiz çəkisi 12,614 qram narkotik vasitə qurudulmuş marixuana əldə edərək həmin narkotik vasitədən 6,355 qramını 29 iyul 2020-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsində Təqsirləndirilən şəxs1 əvəzsiz və heç bir şəxsi marağı olmadan vermiş, qalan 6,259 qram narkotik vasitəni yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 5 saylı evin 4-cü mənzilinin yataq otağında dolabın ikinci çəkəcəyində gizlətmiş, 30 iyul 2020-ci il tarixdə, saat 11:00 radələrində yaşadığı evə baxış zamanı 13 ədəd, ümumi təmiz çəkisi 6,259 qram ayrı-ayrılıqda təmiz çəkiləri 0,458 qram, 0,616 qram, 0,510 qram, 0,589 qram, 0,440 qram, 0,511 qram, 0,553 qram, 0,433 qram, 0,381 qram, 0,498 qram, 0,456 qram, 0,385 qram və 0,429 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 il olar narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır, eləcə də, aralarında dostluq və iş münasibətləri olmaqla, sonuncunun da narkotik vasitə qurudulmuş marixuana istifadə etməsi barədə məlumatı olmuş, bəzən isə bir yerdə olarkən narkotik vasitə qurudulmuş marixuana qəbul etmişlər. 29 iyul 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Yalçının istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmiş, sonuncu ilə yaşadığı məhəllənin yaxınlığında, Siyəzən şəhəri, Şəhidlər Xiyabanının qarşısında görüşüb bir az söhbət etdikdən sonra ondan çəkmək üçün “nəşə”, yəni qurudulmuş marixuananın olubolmamasını soruşduqda Yalçın evində 1-2 kibrit qutusunda qurudulmuş marixuana olduğunu, ancaq qorxduğuna görə atmaq istədiyini bildirmişdir. Bundan sonra, Yalçınla sonuncunun yaşadığı evə tərəf getmişlər. Yalçın evə çıxmış, oradan 1 ədəd kibrit qutusu qurudulmuş marixuana gətirərək ona vermişdir. Daha sonra, Yalçınla sağollaşaraq yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən hal-hazırda işləməyən uşaq bağçasının yanına gedərək orada səkinin qırağında oturub yerdən tapdığı kitabdan 2 vərəq götürüb vərəqlərini cıraraq kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı həmin kağız parçalarına bükərək 14 ədəd xırda bükümlər düzəltmişdir. Bundan sonra, həmin kağız bükümləri hamısını siqaretinin şəffaf rəngli sellofan bükülüsünün içərisinə yığaraq əynində olan köynəyin sol döş cibinə qoymuş, həmçinin evə gedərkən həmin bükülüləri evdə gizlətməyi düşünmüşdür. Həmin sellofanı sol döş cibinə qoyarkən içərisindən 2 ədəd kağız bükülü sellofanın ağzı açıq olduğu üçün şalvarının cibinə düşmüşdür. Elə həmin yerdə oturub mobil telefonu ilə məşğul olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotk vasitə saxlamaqda şübhəli olduğu üçün onu Siyəzən RPŞ-yə aparmışlar. Orada müdafiə hüquqları təmin olunaraq, hüquq və vəzifələri izah olunmuşdur. Müdafiəçi1 iştirakı ilə üzəridə şəxsi axtarış keçirilən zaman əynində olan ağ göy rəngli qısa qol köynəyin sol döş cibindən 1 ədəd şəffaf sellofan paketdə 12 ədəd, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən isə 2 ədəd olmaqla ümumilikdə 14 ədəd ağ rəngli içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümlər aşkar olunaraq götürülüb 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra iştirkaçılar tərəfindən imzalanmışdır. Daha sonra, bu barədə protokol tərtib olunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. İlkin izahatında onda narkotik vasitə olması məlumatını polis əməkdaşlarına məhz Yalçının bildirməsi ehtimalına görə narkotik vasitəni pul ilə aldığını bildirsə də, sonradan həqiqəti, yəni, narkotik vasitəni Yalçından əvəzsiz qaydada aldığını qeyd etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs2, həmçinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 dənizdə balıqçılıqla məşğul olduğu vaxtlardan, təxminən 10 ildən çox olar tanıyır, aralarında dostluq münasibətləri var, eyni zamanda, sonuncu ilə eyni məhəllədə qalırlar. Əvvəllər aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Rafiqin narkotik vasitə qurudulmuş marixuana istifadə etməsi haqqında məlumatı olmuş, bəzən isə bir yerdə narkotik vasitə qurudulmuş marixunanı çəkmək yolu ilə qəbul etmişlər. 29 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş və sonuncu ilə Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində Şəhidlər Xiyabanının yaxınlığında görüşmüşlər. Bir az Rafiqlə söhbət etmiş, söhbət əsnasında sonuncuya evdə 1-2 kibrit qutusu “nəşə” olduğunu, polisdən qorxduğundan atmaq istəyini bildirmişdir. Bu zaman Rafiq qurudulmuş marixuanaları atmamağı əvəzində isə ona verməsini xahiş etmiş, onunla münasibətləri normal olduğundan buna etiraz etməmiş, birlikdə yaşadığı evə tərəf getmişlər. Daha sonra, evə qalxmış orada saxladığı 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanadan 1 ədədini Rafiqə vermiş, 1 ədədini isə öz istifadəsi üçün evdə saxlamışdır. Rafiqlə sağollaşıb, evə qayıtmış, orada olan kibrit qutusunun içərisindəki qurudulmuş marixuanaları öz rahat istifadəsi üçün kağız bükümlərə ayıraraq bükülüləri yataq otağında olan dolabın içərisinə qoymuşdur. 30 iyul 2020-ci il tarixdə, səhər saat təxminən 11:00 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açdığında polis əməkdaşlarını görmüşdür, onları görən kimi, nə baş verdiyini anlamışdır. Bu zaman polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. Belə ki, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək, ora baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, yaşadığı evə keçirilmiş baxış zamanı yatdığı otaqda olan dolabın içərisindəki 13 ədəd ağ rəngli kağız bükülülərdə olan narkotik vasitə qurudulmuş marixuana kütlələrini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, davam etdirilən baxış zamanı yaşadığı evdən həmin dolabda plastik qabın içərisində 1 ədəd sellofanda və 1 ədəd dəmir qabın içərisinə yığdığı çətənə bitkisinin toxumları aşkar edilərək ayrıayrılıqda 2 ədəd ağ rəngli zərfdə qablaşdırılmaqla götürülmüşdür. Zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 verdiyi 1 ədəd kibrit qutusunun içərisində olan, həmçinin yaşadığı evdən aşkar olunaraq götürülmüş 13 ədəd ağ rəngli kağız bükülülərdə olan narkotik vasitə qurudulmuş marixuana kütlələrini 2020-ci ilin aprel ayının axırlarında iş yerinin yaxınlığında Siyəzən rayonu, Çarxana kəndi ərazisində 2 ədəd dibçəkdə 02 ədəd çətənə bitkisi əkib-becərməklə əldə etmişdir. 2 ədəd çətənə bitkisindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün əkib-becərmiş, yerdə qalanlarından isə 1 ədədi kibrit qutusunda Təqsirləndirilən şəxs1 eləbelə pulsuz vermişdir. Evindən aşkar olunaraq götürülmüş çətənə toxumları isə həmin bitkiləri qurudarkən əldə etdiyi toxumlar olmuşdur. Təqsirləndirilən şəxs1 1 ədəd kibrit qutusunda nəşəni hər hansı pul müqablində deyil, aralarında olan dostluğa, eləcə də, qorxduğundan həmin narkotik vasitəni atmaq istədiyi zaman Rafiq atmamağını əvəzində isə ona verməsini xahiş etdiyinə görə pulsuz vermişdir. Bu və ya digər formada narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmamışdır. Çətənə bitkilərini əkdiyi dibçək qablarını isə atmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs1, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən rayon Polis Şöbəsinin YPX-nin inspektoru Şahid3 Rəfail oğlu ifadəsində göstərdi ki, Siyəzən RPŞ-nin PPX-nın polis nəfəri işlədiyi zaman Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatlarına əsasən CAB-ın əməliyyat müvəkkili Akşin Vəliyev tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və müvafiq təlimatlandırılma keçirilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 29 iyul 2020-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 tərəflərindən Siyəzən şəhəri, T.İsmayılov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. RPŞ-nin növbətçi nissəsində Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilçəyi elan olunmuş və videoçəkiliş RPŞ-nin məsul növbətçisi Vüqar Əhmədov tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı sonuncunun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi1 da iştirakı təmin edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş təqdim edilmiş və şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan ağ göy rəngli xətli qısaqol köynəyin sol döş cibindən içərisində ağ rəngli kağız bükülülər olan 1 (bir) ədəd şəffaf rəngli sellofanı və əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd şəffaf rəngli kağız bükülüləri masanın üzərinə qoyaraq həmin bükülülərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Tərəflərindən bükülülərə baxış zamanı şəffaf sellofan bükülünün içərisində ümumilikdə 12 ədəd və əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 2 ədəd bükülülər hər biri açılıb baxılmış, aşkar edilərək götürülmüş bükülülər müvafiq qaydada qablaşdırmış və üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs1, o və digər iştirakçılar həmin zərfin üzərini imza etmişlər. Daha sonra, müstəntiqin göstərişi ilə tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya premet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin PPXT-nin manqa komandiri Şahid4 və növbətçi hissənin növbətçi köməkçisi Şahid6 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid5 Qiyas oğlu ifadəsində göstərdi ki, 30 iyul 2020-ci il tarixdə Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi məqsədilə qərar qəbul edilib, bununla əlaqədar onunla birlikdə təlimatlandırma keçirilməklə, Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs2 özü açmışdır. X3 Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildiyini elan edərək, qərara əsasən onun yaşadığı evə baxış keçiriləcəyi və baxışda Müdafiəçi2 də iştirak edəcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs2 evinə keçirilən baxışa etirazı olmadığını bildirib, bununla əlaqədar ərizə də təqdim etmişdir. Bundan sonra, evə baxış keçirilmişdir. Evə baxış keçirilməsi RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu yaşadığı evdə qanunla qadağan olunmuş narkotik vasitə “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmiş, həmin narkotik vasitəni təqdim etmək üçün polis əməkdaşlarını evə dəvət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 evin yataq otağında mebel dəstinin yanında hərəsində 4 ədəd rəf olmaqla, 2 ədəd dolaba yaxınlaşmış, dolabların birinin ikinci gözünü açmış və orada olan ağ rəngli kağız bükülüləri göstərərək həmin ağ rəngli kağız bükülülərin içərisində narkotik vasitə “nəşə” yəni, qurudulmuş marixuana olduğunu bildirmişdir. Müstəntiqin göstərişi ilə bükülülər sayıldıqdan sonra, orada 13 ədəd bükülünün olduğu aşkarlanmışdır. Hər bir bükülü açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Bundan sonra, dolabın içərisinə baxış zamanı 1 ədəd plastik qab, qabın içərisində şəffaf sellofan bükülünün içərisində bağlı vəziyyətdə olan dairəvi dəmir qabın içərisində ağzı bağlı və 1 ədəd ağzı açıq vəziyyətdə olan dəmir qabın içərisində toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin toxumları çətənə bitkisinin toxumlarının olduğunu bildirmişdir. Daha sonra, aşkar olunmuş narkotik vasitə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Bundan sonra, evə baxış davam etdirilsə də, oradan başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid2 və CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2020-ci il tarixli, 7/460 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış kağız paketdə olan 14 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,580 qram, 2) 0,427 qram, 3) 0,647 qram, 4) 0,538 qram, 5) 0,488 qram, 6) 0,303 qram, 7) 0,656 qram, 8) 0,379 qram, 9 )0,329 qram, 10) 0,424 qram 11) 0,361 qram, 12) 0,235 qram, 13) 0,486 qram və 14) 0,502 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 6,355 qramdır. Tədqiqata təqdim olunmuş 14 ədəd kağız bükülüdə olan marixuanalar tərkibinə görə eynidir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş marixuananın ümumi təmiz çəkisi 6,355 qram təşkil etmiş, tədqiqata cəmi 0,42 qram sərf edildikdən sonra qalıq 5,935 qram təşkil etmişdir. Cinayət işinin 68-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2020-ci il tarixli, 7/461 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış kağız paketi açdıqda 13 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,458 qram, 2) 0,616 qram, 3) 0,510 qram, 4) 0,589 qram, 5) 0,440 qram, 6) 0,511 qram, 7) 0,553 qram, 8) 0,433 qram, 9) 0,381 qram, 10 )0,498 qram, 11) 0,456 qram, 12) 0,385 qram və 13) 0,429 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 6,259 qramdır. Üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış kağız paketdəki təmiz çəkisi 2,557 qram və bir ədəd sellofanda təmiz çəkisi 5,427 qram olan bitki toxumaları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumalarıdır, onlar narkotik vasitələrə aid deyildir. Ümumi çəkisi 7,984 qramdır. Tədqiqata təqdim olunmuş 13 ədəd kağız bükülüdə (Y. A. İlyasovun evindən götürülmüş) və 12 ədəd kağız bükülüdə (R. O. Nəcəfovun üzərindən götürülmüş) olan marixuanalar tərkibinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş marixuananın ümumi təmiz çəkisi 6,259 qram təşkil etmiş, tədqiqata cəmi 0,39 qram sərf edildikdən sonra qalıq 5,869 qram təşkil etmişdir. Cinayət işinin 72-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 27 avqsut 2020-ci il tarixdə verilmiş 2377 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 202-203-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 27 avqsut 2020-ci il tarixdə verilmiş 2375 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 29 iyul 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində ağ-göy xətli qısaqol köynək, göy rəngli idman şalvarı, ağ-göy rəngli yay ayaqqabısı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan ağ-göy xətli qısaqol köynəyin sol döş cibindən içərisində ağ rəngli kağız bükülülər olan 1 ədəd şəffaf rəngli sellofanı və əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 2 ədəd ağ rəngli kağız bükülüləri masanın üzərinə qoyaraq, həmin bükülülərin içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 əynində olan ağ-göy xətli qısaqol köynəyin sol döş cibindən çıxararaq masanın üzərinə qoyduğu 1 ədəd şəffaf rəngli sellofan büklünün içərisindəki ağ rəngli kağız büklülər sayıldığında həmin kağız bükülülərin 12 ədəd olması, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 2 ədəd ağ rəngli bükülü ilə birlikdə ümumilikdə 14 ədəd bükülülər Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Akşin Vəliyev tərəfindən bir-bir açıldığında içərisində yaşıl rəngli, spesifik qoxusu olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş ümumilikdə 14 ədəd ağ rəngli kağız bükülülər zərfə qoyularaq qablaşdırılmış, habelə qablaşdırmanın üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-56-cı vərəqələrində olan baxış keçirilməsi və götürülmə haqqında 30 iyul 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan 3 ünvanındakı mənzil 2 mərtəbəli binanın sağ tərəfində birinci mərtəbəsində yerləşir. Evin içərisinə giriş yaşıl rəngli 1x2,5 metr ölçüdə 1 taylı dəmir qapı vasitəsilədir. Qapıdan içəri daxil olduqda 25 kvadrat metr ölçüdə əsas qonaq otağının olması, qonaq otağının sağ tərəfində divar vasitəsi ayrılmış hərəsi 4 kvadrat metr ölçüdə müvafiq olaraq sanitar qovşağın və mətbəxin olması, qonaq otağının sol tərəfində isə ara kəsmə vasitəsilə təxminən 12 kvadrat metr ölçüdə yataq otağının olması, yaşayış evinin ümumi 45 kvadrat metr ölçüdə olması müəyyən edilmişdir. Qonaq otağına saat əqrəbi istiqamətində baxış keçirildikdə otağın sağ tərəfindəki divarının yanında istilik sobasının, digər divarda divara vurulmuş vəziyyətdə televizorun, giriş qapısı ilə üzbəüz divarın yanında isə ortada divanın, sağ və sol tərəfində oturacaqların, otağın mərkəzində stol və ətrafında stulların olması müşahidə edilmişdir. Qonaq otağının sol tərəfində 1x2,5 metr ölçüdə qapısı olmayan arakəsmədən sonra yataq otağına daxil olduqda arakəsmə ilə üzbəüz paltarlar yığılmış mebel dəsti, mebel dəstinin yanında hərəsində 4 ədəd rəf olmaqla 2 ədəd dolabların, otağın sağ tərəfində isə yatmaq üçün nəzərdə tutulan çarpayının olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 yataq otağına daxil olaraq həmin dolablardan birinin ikinci gözünü açaraq orada olan ağ rəngli kağız bükülüləri göstərərək həmin ağ rəngli kağız büklülərin içərisində narkotik vasitə “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin bükülülər sayıldığında 13 ədəd ağ rəngli kağız bükülü olması, ağ rəngli kağız bükülülər açıldığında hər bir büklünün içərisində yaşıl rəngli, spesifik qoxusu olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş 13 ədəd bükülülər 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, həmin dolabın içərisinə baxış davam etdirilərkən dolabın içərisindən 1 ədəd plastik qab aşkar olunmuş, həmin plastik qab açıldığında içərisidə 1ədəd şəffaf sellofan büklünün içərisidə ağzı bağlı vəziyyətdə və 1 ədəd ağzı açıq vəziyyətdə olan dairəvi dəmir qabın içərisində toxumalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin toxumaların çətənə bitkisinin toxumaları olduğunu bildirmişdir. Bundan sonra, həmin içərisində 1 ədəd şəffaf sellofan büklüsünün içərisindəki ağzı bağlı vəziyyətdə və 1 ədəd ağzı açıq vəziyyətdə olan dairəvi dəmir qabın içərisindəki toxumalar ayrıca 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-139-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 01 avqust 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,935 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunaraq götürülmüş qalıq çəkisi 5,869 qram olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də, kağız paketdə təmiz çəkisi 2,557 qram və bir ədəd sellofanda təmiz çəkisi 5,427 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin Təminat Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 213-226-cı vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 22 oktaybr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 30 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə, yeni məzmunlu ittiham elan edilsə də, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.2-ci maddəsindən bu məcəllənin 234.1-ci maddəsinə tövsif edilib, ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 237-ci, Təqsirləndirilən şəxs1 barəsində isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs2 yaşadığı evə keçirilən baxışı özündə əks etdiriən 1 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsidən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Compakt disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 avqust 2020-ci il tarixli tələbnaməsindən, eləcə də Siyəzən rayon İcra və Probasiya şöbəsinin 24 noyabr 2020-ci il tarixli, 3386/20-64-1 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2010cu il tarixli, 1(059)-16/2010 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 120 saat ictimai işlər cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardığı üçün 30 aprel 2010-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 170-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 avqust 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 29 iyul 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrindəki 31 iyul 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Nəcəfov X5 RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 4(059)-8/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan 30 iyul 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrindəki 01 avqust 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, İlyasov X4 RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən, eləcə də işin 171-172-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində 19 iyul 2019-cu il təvəllüdlü Zəhra adında bir azyaşlı uşağı olan ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətlərindən, işin 173-174-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də işin 310-311-ci vərəqələrindəki elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 27 aprel 2005-ci il təvəllüdlü Səbinə, 08 dekabr 2007-ci il təvəllüdlü Elçin və 30 iyul 2013-cü il təvəllüdlü Həzrət adında üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində işləyən və ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 6,355 qram çəkidə 14 ədəd bükülü şəklində, Təqsirləndirilən şəxs2 isə 6,259 qram çəkidə 13 ədəd bükülü şəklində satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdikləri şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaları məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 22 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, 14 ədəd bükülü şəklində saxlamaqla, üzərində daşımasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 29 iyul 2020-ci il tarixdən 31 iyul 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs1 başqa cinayət işi üzrə həbsdə olmasını və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həmçinin faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 22 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən bu məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə, ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilməsinə, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 237-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, bununla belə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları olmaqla, faydalı əməklə məşğul olması kimi cəzanı yüngülləşdirici halların olmasını, ağırlaşdıran halın mövcud olmamasını, həmçinin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinə yaxın həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,935 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,869 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də yaşadığı evdən aşkar edilərək götürülmüş kağız paketdə təmiz çəkisi 2,557 qram və bir ədəd sellofanda təmiz çəkisi 5,427 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs2 yaşadığı evə keçirilən baxışı özündə əks etdiriən 1 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsidən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 178 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,935 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,869 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də yaşadığı evdən aşkar edilərək götürülmüş kağız paketdə təmiz çəkisi 2,557 qram və bir ədəd sellofanda təmiz çəkisi 5,427 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs2 yaşadığı evə keçirilən baxışı özündə əks etdiriən 1 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsidən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-3/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-3/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver