Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-31/2021 23.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri- fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə 23 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1998-ci ildə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxx 1992-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxxxx 2002-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq, satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 vasitəsilə X2 12 fevral 2021-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində 30 manat pulu özündən olmaqla, 20 manat pulu isə Şahid11 almaqla, ümumilikdə 50 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 10,126 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək, həmin narkotik vasitənin 3,747 qramını Şahid11 aldığı 20 manat pulun müqabilində hər hansı əlavə qazanc əldə etmədən sonuncuya verməklə, qalan 6,379 qramını üzərində saxlamış, üzərində saxladığı narkotik vasitə 12 fevral 2021-ci il tarixdə, saat 00:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində 5 ədəd ağ rəngli kağız bükülülərdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında vasitəçilik etməklə, satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs3 12 fevral 2021-ci il il tarixdə, saat təxminən18:00 radələrində əvəzsiz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 10,126 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əlində olan şəffaf rəngli sellofan paketin içərisində daşıyaraq, Təqsirləndirilən şəxs1 vermiş, həmin narkotik vasitənin müqabilində əldə etdiyi 50 manat pulu isə heç bir əlavə qazanc əldə etmədən Təqsirləndirilən şəxs3 vermiş, həmin narkotik vasitənin 6,379 qramı 12 fevral 2021-ci il tarixdə, saat 00:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində 5 ədəd ağ rəngli kağız bükülülərdə, 3,747 qramı isə həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılmış Şahid11 saxlanılarkən üzərindən atdığı Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində yerdən 3 ədəd ağ rəngli kağız bükülülərdə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs3 2020-ci ilin oktyabr ayında Siyəzən rayonu, Yenikənd kəndində “Kristal” adlanan ərazinin yaxınlığında yetişmiş 1 ədəd çətənə bitkisini kökündən çıxararaq, həmin bitkinin yarpaqlarını yığıb toplayaraq qurutmaqla, onlardan kustar üsulla hazırladığı şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 10,126 qram təşkil edən qurudulmuş marixuananı qanunsuz olaraq, əldə edərək tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə 12 fevral 2021-ci il il tarixdə, saat təxminən 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs1 50 manat müqabilində satmış, həmin narkotik vasitənin 6,379 qramı 12 fevral 2021-ci il tarixdə, saat 00:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində 5 ədəd ağ rəngli kağız bükülülərdə, 3,747 qramı isə həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılmış Şahid11 saxlanılarkən üzərindən atdığı Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində yerdən 3 ədəd ağ rəngli kağız bükülülərdə aşkar edilərək, müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ilə yaxın olar narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Şahid11 təxminən 5-6 ay müddətdir tanımaqlaq, sonuncu ilə aralarında yaxın dostluq münasibətləri olmuş, hər hansı ədavət və düşmənçilik olmamış, habelə, Şahid11 ilə birlikdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmişlər. 12 fevral 2021-ci il tarixdə səhər saatlarında Şahid11la zəngləşərək görüşmüş, təxminən saat 15-16:00 radələrində sonuncu ilə Siyəzən şəhəri, H.Əliyev küçəsi “Mərkəz” adlanan hissədəki parkda dayanıb söhbət etdikləri vaxt birlikdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmək qərarına gəlmişlər. Bunun üçün o, Siyəzən rayonu, Yenikənd kəndində olan Amil adlı şəxsə “whatsapp” mesajlaşma proqramı vasitəsi ilə mesaj yazıb ondan “nəşə” istədikdə sonuncu ona yanında Təqsirləndirilən şəxs2 da, olduğunu bildirmiş və o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Talehin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng etmiş, Taleh ona Amil ilə birlikdə Siyəzən şəhərinə gələcəklərini və onun üçün “nəşə” tapa biləcəyini bildirmişdir. Bundan bir qədər sonra Taleh ona zəng edərək Siyəzən şəhərində olduğunu bildirdikdə, o, Eynulla ilə birlikdə Siyəzən şəhəri, H. Əliyev küçəsindəki “topaz” məntəqəsinin qarşısına getmiş, sonuncu onu həmin yerdə yolun kənarında gözləmiş, o, isə Talehlə görüşmək üçün həmin küçədə yerləşən mağazanın qarşısına getmiş, sonuncu ilə Amil birlikdə gəlmiş, Amil əlində olan 1 ədəd içərisində narkotik vasitə “nəşə”, yəni qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli kağızı Talehin əlində olan 1 ədəd şəffaf sellofan paketə atmış, o, da həmin 1 ədəd ağ rəngli kağız bükülünü oradan götürərək geri qayıtmışdır. Eynulla onun Taleh ilə görüşü barədə bir söz deməmiş, lakin, onun narkotik vasitə əldə etdiyini bilmişdir. Bundan sonra, Eynulla yaşadığı evə, o, isə, Siyəzən rayonunda “kanalın altı” deyilən yerə tərəf getmiş, orada az öncə Taleh vasitəsilə Amildən aldığı narkotik vasitə olan həmin kağız bükülünü açmış və həmin bükümü 10 ədəd ayrı bükümlərə ayırmış, bükümlərdən 4 ədədi Eynullaya məxsus olmuşdur. Eynulla ilə aralarında olan razılaşmaya əsasən əldə etdikləri narkotik vasitələrdən axşam saatlarında əsl adı Əflatun olsa da, hamının Paşa ləqəbi ilə tanıdığı digər tanışlarının yaşadığı evin yaxınlığında birlikdə qəbul etməli idilər. Paşa da, onunla, həmçinin Talehlə birlikdə "xxxx" ASC-də işləmiş, aralarında normal münasibətlər olmuş, nə onunla, nə də ki, Talehlə Paşanın arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. Həmin gün axşam təxminən saat 21:00 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrədən Eynullanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, telefon danışıqlarına əsasən onlar bir neçə saatdan sonra Paşanın evinin yaxınlığında görüşmüşlər. O, Eynullaya 4 ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana vermiş və bundan sonra onlar birlikdə Paşanın evinin qarşısındakı məhəllədə ümumilikdə 2 bükümdə narkotik vasitə qəbul etmişlər. Narkotik vasitəni onunla Eynulla qəbul etmiş, Paşa isə həmin vaxt özünü yaxşı hiss etmədiyini bildirərək, narkotik vasitə qəbul etməmişdir. Qəbul etdikləri narkotik vasitənin 1 bükümünü Eynulla, ikinci bükümünü isə o, təşkil etmişdir. Beləcə, Eynullada 3 büküm, onda isə 5 bükümdə narkotik vasitə qalmışdır. Təxminən saat 00:00 radələrində onlar Paşanı yaşadığı evə ötürdükdən sonra sağollaşıb gedərkən Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində iki nəfər polis geyimində olan şəxslər onlara yaxınlaşmış, Eynulla üzərində narkotik vasitə olduğu üçün özünü itirib qaçmağa başlamış, qaçarkən isə üzərində qalan 3 bükümdə narkotik vasitəni, həmin narkotik vasitələri qəbul etmək üçün istifadə etdiyi kağızları, həmin kağızları müştük formasına salmaq üçün istifadə etdiyi yapışqanı və qayçını həmin küçədə yerə tullamışdır. Buna baxmayaraq, polis əməkdaşları onunla birlikdə Eynullanı da saxlayaraq, üzərilərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə gətirmişlər. RPŞ-də əvvəlcə onun üzərində şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 5 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Eynulla isə üzərindəki narkotik vasitələri atdığından, üzərində qanunla qadağan olunan hər hansı əşya və predmet olmadığından, üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakından imtina etmiş və onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eynullanın Siyəzən şəhəri, O.Qoçəliyev küçəsi ərazisində polis əməkdaşlarını görüb qaçarkən atdığı 3 bükümdə narkotik vasitələr onun özünə məxsus olmuşdur. Belə ki, həmin gün o, Talehin vasitəsi ilə Amildən özü üçün 6 büküm, Eynulla üçün 4 büküm narkotik vasitəni almışdır. O, narkotik vasitlərin satışı ilə məşğul olmamış, özü üçün narkotik vasitə alarkən maddi, şəxsi və digər heç bir marağı olmadan Eynulla üçün də almışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin narkotik vasitəni pulla almaması ilə bağı hissəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü və digər təqsirlədirilən şəxsləri müdafiə xarakteri daşıyır və gələcəkdə ümumilikdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxslərin həmin dövrdə verdikləri ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Çünki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək törətdiyi əməli səmimi şəkildə etiraf etmiş, bu zaman ona hər hansı bir formada təsir və ya fiziki, eləcə də psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən şəhəri ərazisində fərdi əməklə məşğul olur və istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Təqsirləndirilən şəxs3 həmkəndlisi olmaqla, yaxın dostudur, Təqsirləndirilən şəxs1la isə "xxxx" ASC-də birlikdə işləyərkən tanış olaraq, sonuncu ilə də yaxın dostluq münasibətləri olmuşdur. 12 fevral 2021-ci il tarixdə Ehtiram Amilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitə qururdulmuş marixuana əldə etmək üçün mesaj yazarkən, sonuncu Ehtirama onunla birlikdə olduğunu bildirsə də, bilmədiyi səbəbdən onların söhbəti baş tutmamışdır. Bundan sonra, Ehtiram həmin məqsəd üçün ona zəng edəndə, Ehtirama, Siyəzən şəhərinə gələcəyini bildirmişdir. Belə ki, öz evi üçün göbələk almaq məqsədilə Siyəzən şəhərinə getməli olmuşdur. Siyəzən şəhərinə getməmişdən əvvəl bu barədə Amilə məlumat verdiyində o da, onunla birlikdə həmin yerə gedəcəyini bildirmişdir. Onu da qeyd edir ki, sonuncunun üzərində narkotik vasitə olmasından məlumatı olmuşdur. Bundan sonra, onlar taksi vasitəsi ilə Siyəzən şəhərinə getmiş, Ehtiram da onun Amil ilə birlikdə Siyəzən şəhərinə gələcəklərini bilmişdir. Siyəzən şəhəri, H. Əliyev küçəsindəki “topaz” məntəqəsinin yaxınlığında yerləşən mağazaların birindən göbələk aldığı zaman Ehtiram ona zəng edərək, Siyəzən şəhərinə gəlib-gəlmədiklərini soruşduqda, sonuncuya Siyəzən şəhərinin qeyd etdiyi ərazisindəki mağazasında olduğunu, Amilin isə mağazanın qarşısında dayandığı bildirmişdir. Bundan bir qədər sonra mağazadan göbələk almış, mağazanın qarşısına çıxdığı zaman, Amil, Ehtiram və Eynulla orada dayanmışdılar. Sonra isə dördü mağazanın qarşısında dayanarkən Amil əlində tutduğu, içərisində göbələk olan şəffaf sellofan poketin ağzını açmasını istəmiş, o, əlindəki poketi ağzı açıq vəziyyətdə tutmuş və həmin vaxt sonuncu üzərində olan ağ rəngli kağıza bükülmüş qurudulmuş marixuananı sellofan paketin içərisinə atmışdır. Bundan sonra, Ehtiram həmin sellofan paketin içərisində olan qurudulmuş marixuananı götürmüş və onlar oradan uzaqlaşmışlar. Daha sonra, o və Amil yaşadıqları kəndə qayıdaraq, hərəsi öz evlərinə getmişlər. Bir daha qeyd edir ki, o, Siyəzən şəhərinə gəlməli olduğu üçün Amil də onunla gəlmişdir. Narkotik vasitələrin satışı ilə bu və ya digər formada məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş toxumlar narkotik vasitə çətənə bitksinindir. Belə ki, qurudulmuş marixuanadan istifadə etdiyi bəzi vaxtlarda onun toxumalarını yığıb saxlamışdır. Cibindən aşkar olunaraq, götürülmüş qırıntılarda çox gümanki narkotik vasitə qurudulmuş marixuananın qırıntılarıdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin narkotik vasitəni pulla verməməsi ilə bağı hissəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü və digər təqsirlədirilən şəxsləri müdafiə xarakteri daşıyır və gələcəkdə ümumilikdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxslərin həmin dövrdə verdikləri ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Çünki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək törətdiyi əməli səmimi şəkildə etiraf etmiş, bu zaman ona hər hansı bir formada təsir və ya fiziki, eləcə də psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Taleh onun həmkəndlisi olsa da, Ehtiramı Taleh vasitəsi ilə tanımışdır. Özü narkotik vasitələrdən istifadə etmir. Təxminən 2020-ci ilin oktyabr ayında Siyəzən rayonu, Yenikənd kəndində gəzərkən “Kristal” deyilən yerdə çətənə bitkisinin tam olaraq yetişdiyini görmüş, həmin bitkini dibindən çıxartmış, sonra sellofan paketə qoymuş və elə həmin yerdə kolluqların arasında gizlətmişdir. 05 fevral 2021-ci il tarixdə təxminən axşam saatlarında oraya gedərək, kolluqların arasından gizlətdiyi həmin sellofan paketi tapmış, paketin içərisində olan çətənə bitkisinin çox hissəsinin artıq xarab olduğunu görmüş, bir hissəsini götürüb təmizləmiş və hazırladığı qurudulmuş marixuananı özü ilə gətirdiyi ağ paketə yığmışdır. 12 fevral 2021-ci il tarixdə günorta saatlarında Taleh ilə məhəllədə görüşmüş, sonuncuya narkotik vasitə tapması barədə bildirsə də, ona başqa heç nə deməmişdir. Elə həmin vaxtlarda Ehtiram öz istifadəsində olan mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «whatsapp» mesajlaşma proqramı vasitəsi ilə mesaj yazaraq, narkotik vasitə qurudulmuş marixuana istəmiş, sonuncuya Talehin yanında olduğunu bildirmiş və bundan sonra Ehtiram həmin məqsəd üçün Talehə zəng etmişdir. Taleh telefon danışığı zamanı Ehtirama Siyəzən şəhərinə gəlməli olduqlarını bildirmişdir. Bundan sonra, o, Talehlə birgə Siyəzən şəhərinə getmişdir. Həmin gün təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki “topaz” məntəqəsinin yaxınlığında yerləşən mağazaların birindən Taleh evi üçün göbələk alıb, mağazadan çıxan zaman o, həmin vaxtı içərisində qurudulmuş marixuana olan 1 ədəd ağ kağız bükülünü sonuncunun əlində olan şəffaf sellofan poketin içərisinə atmış, həmin vaxt Ehtiram onlara yaxınlaşarkən isə onunla Taleh arasında təxminən 2 metr məsafə olmuşdur. Bundan sonra, Taleh Ehtirama tərəf istiqamətlənmiş, onun əlində olan sellofan paketdə içərisində göbələk və bir ədəd içərisində narkotik vasitə olan ağ kağız bükülü olmuşdur. Taleh həmin şəffaf sellofan paketi Ehtirama tərəf uzatmış, sonuncu həmin şəffaf sellofan paketin içərisindən bir ədəd ağ kağız bükülünü götürmüş və oradan uzaqlaşmışdır. Daha sonra, onlar Siyəzən rayonu, Yenikənd kəndinə qayıtmışlar. 14 fevral 2021-ci il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində yaşadığı evdə olarkən polis əməkdaşları gəlib, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib onu RPŞ-yə dəvət etmişlər. RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirləcəyi elan edilmiş və hüquqlarının Müdafiəçi3 tərəfindən qorunduğunu bildirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunduqda, üzərində qanunla qadağan olunan əşya və predment olmadığını, yalnız bir ədəd 5 manatlıq pul əskinazının olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitələrin satışı ilə bu və ya digər formada məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitə marixuananı sonuncuya təmənasız vermiş, həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasından məlumatı olmamışdır. Odur ki, qeyd etdiyi bu halların, həmçinin gəncliyinin, baş beynin travması nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusundan əziyyət çəkməsinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, digər təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək, göstərmişdir ki, Taleh həmkəndlisidir, Ehtiramı isə Taleh vasitəsi ilə tanımışdır. Özü narkotik vasitələrdən istifadə etmir. Təxminən 2020-ci ilin oktyabr ayında Siyəzən rayonu, Yenikənd kəndində gəzərkən “Kristal” deyilən yerdə çətənə bitkisinin tam olaraq yetişdiyini görmüş, həmin bitkini dibindən çıxartmış, sonra sellofan paketə qoymuş və elə həmin yerdə kolluqların arasında gizlətmişdir. 05 fevral 2021-ci il tarixdə təxminən axşam saatlarında oraya gedərək, kolluqların arasından gizlətdiyi həmin sellofan paketi tapmış, paketin içərisində olan çətənə bitkisinin çox hissəsinin artıq xarab olduğunu görmüş, bir hissəsini isə götürüb təmizləməklə, hazırladığı qurudulmuş marixuananı özü ilə gətirdiyi ağ paketə yığmışdır. 12 fevral 2021-ci il tarixdə günorta saatlarında Taleh ilə məhəllədə görüşmüş, sonuncuya narkotik vasitə tapdığı barədə bildirsə də, ona başqa heç nə deməmişdir. Elə həmin vaxtlarda Ehtiram öz istifadəsində olan mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «whatsapp» mesajlaşma proqramı vasitəsi ilə mesaj yazaraq, narkotik vasitə qurudulmuş marixuana istəmiş, sonuncuya Talehin yanında olduğunu demiş, bundan sonra Ehtiram həmin məqsəd üçün Talehə zəng etmişdir. Taleh telefon danışığı zamanı Ehtirama Siyəzən şəhərinə gəlməli olduqlarını bildirmişdir. Bundan sonra, o, Talehlə birgə Siyəzən şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsindəki “topaz” məntəqəsinin yaxınlığında yerləşən mağazaların birindən Taleh evi üçün göbələk almış, mağazadan çıxan zaman o, həmin vaxtı içərisində qurudulmuş marixuana olan 1 ədəd ağ kağız bükülünü sonuncunun əlində olan şəffaf sellofan poketin içərisinə atmış, həmin vaxt Ehtiram onlara yaxınlaşan zaman isə onunla Talehin arasında təxminən 2 metr məsafə olmuşdur. Bundan sonra, Taleh Ehtirama tərəf istiqamətlənmiş, onun əlində olan sellofan paketdə içərisində göbələk və bir ədəd içərisində narkotik vasitə olan ağ kağız bükülü olmuşdur. Taleh həmin şəffaf sellofan paketi Ehtirama tərəf uzatmış, sonuncu həmin şəffaf sellofan paketin içərisindən bir ədəd ağ kağız bükülünü götürmüş, Talehə pul vermiş və sonra oradan uzaqlaşmışdır. Bundan sonra, Taleh onun yanına gəlmiş, 1 ədəd 50 manatlıq pul əskinazını ona vermişdir. O, həmin pul ilə özünə Siyəzən şəhərində avtovağzalın içərisində olan aptekdən 10 manat pul verib “depakin” adlı dərman almışdır. Həmin vaxtı Taleh onu aptekin bayırında gözləmişdir. Aptekdən çıxmış və Yenikənd kəndinə Taleh ilə qayıtmışdır. 14 fevral 2021-ci il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində yaşadığı evdə olarkən polis əməkdaşları gəlib, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib onu RPŞ-yə dəvət etmişlər. RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və hüquqlarının Müdafiəçi3 tərəfindən qorunduğu bildirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunduqda, o, bir neçə gün öncə Ehtirama satdığı narkotik vasitədən aldığı 50 manatdan cəmi 5 manatlıq 1 ədəd əskinaz qaldığını bildirmişdir. Sonra isə həmin pulu könüllü olaraq təqdim etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Onun həmin narkotik vasitənin Ehtirama satışından Taleh heç bir qazanc əldə etməmiş, eləcə də hər hansı bir marağı olmamışdır. O, narkotik vasitələrin satışı ilə bu və ya digər formada məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasından məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, o cümlədən narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi üçün hər hansı bir məbləğin ödənilməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, onların bu cür ifadə vermələri digər Təqsirləndirilən şəxs3 gələcəkdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdikləri ifadələrində narkotik vasitə qurudulmuş marixuananın 50 manat müqabilində Təqsirləndirilən şəxs3 əldə edilməsini səmimi şəkildə etiraf etmişlər. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərdi ki, əvvəllər mühafizəçi işlədiyi "xxxx" ASC-də işdən asudə istirahət günlərində elə orada tanış olduğu Təqsirləndirilən şəxs1la tez-tez görüşmüş, sonuncu ilə yaxın dostluq münasibətində olmaqla, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 da narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bilmiş, düşəndə arada bir birlikdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmişlər. 12 fevral 2021-ci il tarixdə səhər saatlarında onlar Təqsirləndirilən şəxs1la zəngləşərək görüşmüş, habelə həmin gün axşam saatlarınadək bir yerdə olmuşlar. 12 fevral 2021-ci il tarixdə, təxminən saat 15-16:00 radələrində Təqsirləndirilən şəxs1la Siyəzən şəhəri, H.Əliyev küçəsi “Mərkəz” adlanan hissədəki parkda dayanıb söhbət etdikləri zaman birlikdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmək qərarına gəlmiş, o, Ehtirama 20 manat pul verərək, ona özü üçün narkotik vasitə aldıqda, onun üçün də hər bükümü 5 manatdan olmaqla, 4 bükümdə narkotik vasitə almasını xahiş etmiş, o da razılaşmışdır. Daha sonra, Ehtiram istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən Talehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib sonuncu ilə danışmış, habelə birlikdə Topaz məntəqəsinin yaxınlığına getmişlər. O, Talehlə görüşməmiş, sonuncu ilə görüşmək üçün Ehtiram getmiş, o, isə görüşü müşahidə etmişdir. Bir neçə dəqiqədən sonra Ehtiram geri qayıdıb, onun narkotik vasitə əldə etdiyini bilmiş, habelə onlar əldə etdikləri narkotik vasitələrdən axşam Paşa adlı digər tanışının evində birlikdə qəbul etmək barədə razılığa gəlmişlər. Axşam təxminən saat 21:00 radələrində Ehtiram istifadəsində olan nömrədən onun istifadəsində olan nömrəyə zəng vurmuş, habelə onlar bir neçə saatdan sonra Paşanın evinin yaxınlığında görüşmüşlər. Ehtiram ona 4 ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Daha sonra, onlar birlikdə Paşanın evinin qarşısındakı məhəllədə ümumilikdə 2 bükümdə narkotik vasitə qəbul etmiş, qəbul etdikləri narkotik vasitənin 1 bükümünü özü, digər ikinci bükümünü isə Ehtiram istifadə etmişdir. Beləcə onda 3 büküm, Ehtiram da isə 5 bükümdə narklotik vasitə qalmışdır. Təxminən saat 00:00 radələrində Paşadan ayrılmış, habelə Siyəzən şəhərinin O.Qoçəliyev küçəsi ərazisində iki nəfər polis əməkdaşı onlara yaxınlaşdıqda, o, üzərində narkotik vasitə olduğu üçün özünü itirib, qaçmağa başlamış, bu zaman üzərində qalan 3 bükümdə narkotik vasitəni, həmin narkotik vasitələri qəbul etmək üçün istifadə etdiyi kağızları, həmin kağızları müştük formasına salmaq üçün istifadə etdiyi yapışqanı və qayçını da küçədə yerə tullamışdır. Buna baxmayaraq, polis əməkdaşları Ehtiramı saxladıqdan sonra onu da saxlayıb, üzərlərinə şəxsi axtarış keçirilməsi məqsədilə aparıldıqları Siyəzən RPŞ-də əvvəlcə Ehtiramın üzərində şəxsi axtarış keçirilmişdir. Bildiyi qədəri ilə şəxsi axtarış zamanı Ehtiramın üzərindən həmin 5 bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götrürülmüşdür. O, üzərindəki narkotik vasitələri atdığı üçün və üzərində qanunla qadağan olunan hər hansı əşya və predmet olmadığı üçün özünə arxayın olaraq üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsindən imtina etmiş, habelə bu zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, tərtib olunmuş protokol ucadan oxunmuş doğru olduğundan o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ehtiramın üzərindən aşkar olunan 5 bükümdə narkotik vasitə sonuncuya məxsus olmuş, o, həmin günü onun üçün 4 büküm, özü üçün isə 6 bükümdə narkotik vasitə qurudulmuş marixuana almış, hərəsi bu bükümlərdən birini istifadə etmişlər. O, ilkin izahatında saxlanılarkən üzərindəki 3 bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı Siyəzən şəhərinin O.Qoçəliyev küçəsi ərazisində yerə atdığını bildirdiyindən, 13 fevral 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən onun iştirakı ilə videoçəkiliş vasitəsilə həmin əraziyə baxış keçirilmiş, bu zaman orada yolun qırağında otluqların arasından əvvəlcə ona məxsus əşyalardan 1 ədəd sarı rəngli qutu tapılmış, qutuya baxış zamanı içərisində onun narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi kağız aşkar edilmişdir. Sonra həmin yerdən 3 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanalar olan, ona məxsus ağ rəngli kağız bükülülər aşkar edilmiş, bu bükülülərin hər biri polis əməkdaşları tərəfindən açıldığında içərilərində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixunanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra, əraziyə baxış zamanı 1 ədəd kağız yapışqanı, 1 ədəd qulpu çəhrayı-bənövşəyi rəngli balaca qayçı aşkar olunmuş, habelə o, aşkar olunan predmetlərin ona aid olduğunu bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuana bükülülərindən başqa digər əşyalar onun həmin narkotik vasitəni qəbul etməyi üçün lazım olan əşyalar olmuşdur. Bundan sonra, aşkar edilərək götürülmüş predmetlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, bununla əlaqədar tərtib olunmuş protokol da ucadan oxunmaqla, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid12 ifadəsində göstərdi ki, əsl adı Əflatun olsa da, hamı onu “Paşa” ləqəbi ilə tanıyır. Ehtiram və Eynullanı tanıyır. Çünki, əvvəllər onlarla birlikdə "xxxx" ASC-də işləməklə, hər iki şəxslə normal münasibəti olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 12 fevral 2021-ci il tarixdə Ehtiram istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, harada olduğunu soruşduqda, sonuncuya işdə olduğunu və evə axşam gələcəyini demiş, Ehtiram isə axşam Eynulla ilə birlikdə onunla görüşmək üçün yanına gələcəklərini bildirmişdir. Axşam işdən qayıtdıqdan sonra, yorğun olduğu, habelə, başı ağrıdığı üçün evdə uzanarkən Ehtiram ona zəng vuraraq, Eynulla ilə birlikdə evlərinin qarşısında olduğunu bildirdikdə, könülsüz olsa da, əvvəlcdən görüşməyə söz verdiyi üçün evdən çıxıb, məhəllədə dayanan Ehtiram və Eynulanın yanına getmişdir. Birlikdə biraz xəlvət yerdə dayanıb, söhbətləşərkən Ehtiram cibindən siqaret formasında qurudulmuş marixuana çıxartmış və narkotik vasitədən çəkməyi ona da təklif etsə də, həmin vaxt başı ağrıdığı, habelə, həvəsi olmadığı üçün imtina etmişdir. Ehtiram və Eynulla birlikdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmiş, bundan sonra, birlikdə xeyli dayandıqdan sonra dağılışıb, evə getmək qərarına gəlmiş və sonuncular onu yaşadığı evə ötürdükdən sonra çıxıb getmişlər. Daha sonra, yəni, növbəti gün Eynulla və Ehtiramın yanından gedəndən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, onlardan narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu eşitmişdir. Eynulla və Ehtiram həmin gecə ona narkotik vasitə qurudulmuş marixuananı siqaret formasında təklif etmiş, sonuncuların üzərində əlavə olaraq narkotik vasitə olmasından xəbəri olmamış, nə də ki, bu barədə onlardan bir söz soruşmamışdır. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri sakinləri Təqsirləndirilən şəxs1 və Şahid11 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaları, istifadə etmələri və Siyəzən şəhəri, O.Qoçəliyev küçəsində piyada hərəkətdə olmaları barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatına əsasən tərəfindən protokol tərtib edilərək, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və təsdiq edildikdən sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 12 fevral 2021-ci il tarixdən 13 fevral 2021-ci il tarixə keçən gecə o, RPŞ-nin PPXT-nın polis nəfərləri Şahid8 və Şahid9 ilə birlikdə yuxarıda qeyd olunan küçəyə gedərək, ətraf ərazini müşahidəyə götürmüş və təxminən saat 00:00 radələrində Təqsirləndirilən şəxs1 və Şahid11 həmin küçə ilə piyada hərəkətdə olduğunu görmüşdür. Həmin vaxt o, kənarda müşahidə mövqeyində dayanmış, polis nəfərləri Şahid8 və Şahid9 isə Təqsirləndirilən şəxs1 və Şahid11 saxlamış, saxlanılan zaman sonuncu qaçmağa cəhd göstərsə də, tərəflərindən təkrarən saxlanılmışdır. Daha sonra, üzərlərində şəxsi axtarış keçirilmələri üçün hər iki şəxsi RPŞ-yə dəvət etmiş, onlar buna etiraz etməyərək, onlarla birlikdə getdikləri RPŞ-nin növbətçi hissəsində əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkişlə şəxsi axtarış keçirilməyə başlanılmış və araşdırmanın aparılması RPŞ-nin İB-nin müstəntiqi Rəhmin Zeynalova həvalə olunmuş, bundan əvvəl Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda müdafiəçinin iştirakı da təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ- gümüşü rəngli siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qutu açıldıqda içərisində 5 ədəd ağ rəngli kağız büküm, bükümlər açıldıqda orada yaşıl rəngli, spesifik qoxusu olan, narkotik vasitə qurudulmuş marixuaya bənzər kütlələr olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisindəki kütlənin “nəşə” olduğunu bildirmiş və bundan sonra tərəfindən sonuncunun üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd ağ-gümüşü rəngli siqaret qutusununun içərisindən götürülmüş 5 ədəd ağ rəngli kağız bükülüləri içərilərindəki kütlə ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. Bundan sonra, RPŞ-nin növbətçi hissəsində Şahid11 üzərinə videoçəkişlə şəxsi axtarış keçirilməyə başlanılmış, bundan əvvəl Şahid11 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda müdafiəçinin iştirakının təmin edilməsi təklif olunsa da, o, müdafiəçidən imtina etmişdir. Şəxsi axtarış zamanı Şahid11 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını birdirmiş, habelə onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid11 verdiyi ilkin izahatında polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmaq istədiyini, həmin zaman da üzərindəki 3 bükümdə olan marixuananı yolun qırağına tulladığını və həmin narkotik vasitələri atdığı yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra, onun dediyi yerə yəni, Siyəzən şəhəri O.Qoçəliyev küçəsinə gedilmiş, qeyd olunan yerə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və götürülmə aparılmışdır. Baxış zamanı həmin küçədə, yolun qırağında otluqların arasında 1 ədəd sarı rəngli qutu tapılmış və qutuya baxış zamanı içərisində narkotik vasitə qəbul etmək üçün kağız aşkar edilmişdir. Daha sonra, həmin yerdən aşkar edilməklə, hər biri tərəfindən açılmış 3 ədəd ağ rəngli kağız bükülüdə spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Əraziyə baxış zamanı oradan həmçinin 1 ədəd kağız yapışqanı, 1 ədəd qulpu çəhrayı-bənövşəyi rəngli balaca qayçı aşkar olunmuş, şifahi sorğu zamanı Şahid11 əraziyə baxış zamanı aşkar olunaraq götürülmüş predmetlərin hər birinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra, aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 3 ədəd ağ rəngli kağız bükülü, 1 ədəd qulpu çəhrayı-bənövşəyi rəngdə olan qayçı, 1 ədəd içərisində narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan kağız olan sarı rəngli qutu, 1 ədəd kağız yapışqan bir ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Şahid11 götürülmüş narkotik vasitə qurudulmuş marixuanaların əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində onların həmin narkotik vasitələri 12 fevral 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində Siyəzən rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs3 50 manat pul müqabilində əldə etməsi müəyyən olunmuşdur. 14 fevral 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Əsgərov X6 rayonu, Yenikənd kəndi ərazisində saxlanılmış, sonuncuya özlərini təqdim edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə dəvət etmiş, o, da buna etiraz etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 tərəflərindən RPŞ-yə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış və araşdırmanın aparılması RPŞ-nin İB-nin sabiq müstəntiqi, habelə İB-nin rəisi vəzifəsində işləmiş Bədirşah Vəlimətova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs2 daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin saxlanılması və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün saxlanıldığını və üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmiş, Təqsirləndirilən şəxs2 da üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o da bildirişlə tanış olmuş, müdafiəsi üçün vəkil təqdim olunduqda, isə buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs1 50 manat müqabilində narkotik vasitə satmaqda şübhəli olduğu bildirilmiş və üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa təqdim etməyi təklif edildikdə, sonuncu əynindəki qara rəngli gödəkcənin qabaq sol döş cibindən 01 ədəd yaşıl rəngli kağız bükülünü çıxardıb təqdim etmiş və sonuncunun təqdim etdiyi bükülü açıldığında içərisində bitiki toxumalarının olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülünün içərisindəki toxumların çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Həmçinin, onun əynindəki gödəkcənin içərisində bitki toxumaları olan kağız bükülünü təqdim etdiyi sol döş cibində cib tozları olduğu müəyyən edilmiş və gödəkcənin həmin cibi çevrilərək içərisindəki cib tozları bir ədəd ağ rəngli A4 formatlı kağızın üzərinə boşaldılaraq bükülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs2 götürülmüş yaşıl rəngli kağız bükülü, həmçinin onun cib tozlarının büküldüyü ağ rəngli kağız bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra, şifahi formada Təqsirləndirilən şəxs2 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb-satmaması soruşulduqda, sonuncu cavabında qeyd olunan tarixdə tanışı Təqsirləndirilən şəxs3la birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsində gəlib orada Təqsirləndirilən şəxs1la görüşdüklərini, həmin vaxt özünün əlində sellofan paket olduğunu, paketin ağzını açdığını, Təqsirləndirilən şəxs3 üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı onun əlindəki sellofan paketin içərisinə atdığını, Təqsirləndirilən şəxs1 əlini salaraq paketin içərisindəki narkotik vasitəni götürüb bunun müqabilində ona 50 manat pul verdiyini və özünün də həmin pulu Təqsirləndirilən şəxs1 alıb Amil Mirzəmmmədova verdiyini etiraf etmişdir. Şəxsi axtarışda iştirak edən Təqsirləndirilən şəxs2 vəkil tərəfindən ondan qeyd olunan narkotik vasitənin 50 manat müqabilində Təqsirləndirilən şəxs1 verilməsində hər hansı bir qazanc əldə edib-etmədiyi soruşulduqda isə, o, bununla bağlı heç bir qazanc əldə etmədiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin İctimai təhlükəsizlik bölməsi sahənin polis nəfəri Şahid7, İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun baş inspektoru Şahid5, PPXT-nin polis nəfərləri Şahid8 və Şahid9 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili X7 Təqsirləndirilən şəxs2 münasibətdə Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə yanaşı, digər Təqsirləndirilən şəxs3 münasibətdə ifadəsində göstərdi ki, 12 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 50 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 vasitəsilə narkotik vasitə qurudulmuş marixuana satmış Təqsirləndirilən şəxs3 saxlanılması istiqamətində keçirilmiş əməliyyat axtarış-tədbirləri ilə əlaqədar onun tərəfindən protokol yazılmaqla, bu tədbirlərin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edildikdən sonra, tapşırıq əsasında 14 fevral 2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində Siyəzən RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid6 Amil oğlu ilə birlikdə Siyəzən rayonunun Yenikənd kəndinə getmiş, habelə həmin məqamda aparılmış müşahidələr nəticəsində Təqsirləndirilən şəxs3 kəndin ərazisində müəyyən olunmuş, sonuncuya yaxınlaşıb, özlərini təqdim etməklə, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olmasını bildirdikdən sonra, üzərində şəxsi axtarış keçirilməsi üçün onu Siyəzən RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 razılığı əsasında sonuncunun aparıldığı RPŞ-nin növbətçi hissəsində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, habelə buna etiraz etməmiş Amilə hüquq və vəzifələri barədə bildiriş verilmiş, o, da bildirişlə tanış olmuş, bununla yanaşı ona hüqularının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 ibtidai araşdırmanın aparılması həvalə olunmuş RPŞ-nin İB-nin sabiq müstəntiqi, habelə İB-nin rəisi vəzifəsində işləmiş Bədirşah Vəlimətov tərəfindən şifahi olaraq 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs2 Valeh oğlunun vasitəsilə Təqsirləndirilən şəxs1 50 manat müqabilində narkotik vasitə satmasında şübhəli olduğu bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 şifahi olaraq 12 fevral 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən şəhərinin H.Əliyev küçəsində “Marşrutlar” dayanan mərkəzə yaxın yerə gəldiklərini, orada Təqsirləndirilən şəxs1la görüşdüklərini, üzərində olan narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 əlində tutduğu sellofan paketin içərisinə qoyduğunu, bundan sonra Təqsirləndirilən şəxs2 həmin sellofan paketi Təqsirləndirilən şəxs1 tərəf uzatdığını, Təqsirləndirilən şəxs1 həmin paketin içərisində olan narkotik vasitə qurudulmuş marixuananı götürdüyünü və əvəzində 50 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, Təqsirləndirilən şəxs2 da həmin 50 manatı Təqsirləndirilən şəxs1dan götürdüyü kimi ona verdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 həmin 50 manat puldan 10 manatına özü üçün dərmanlar aldığını, 35 manatını müxtəlif ehtiyaclarına xərclədiyini, yerdə qalıq qalan 5 manat pulun üzərində olduğunu deyərək, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd 5 manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan olunmuş əlavə əşya və predmet varsa təqdim etməsi təklif olunduqda, sonuncu üzərində əlavə qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, onun tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs3 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə satdığı narkotik vasitənin müqabilində aldığı 50 manat nəğd puldan qalıq qalan 1 ədəd 5 manatlıq pul əskinası ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, habelə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid6 Amil oğlu, növbətçi hissəsinin məsul növbətçisi Şahid4, növbətçi köməkçisi Şahid10 və Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 şahid Yusif Yusifovun ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2021-ci il tarixli, 7/188 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan 1 nömrəli zərfdə 5 ədəd ağ rəngli kağız bükülülədə ayrı-ayrılıqda təmiz çəkiləri 1,228 qram, 1,265 qram, 1,287 qram, 1,314 qram, 1,285 qram ümumi çəkisi 6,379 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmçinin, rəydən görünür ki, üzərində “Şahid11 tərəfindən ....... yerə atılmış, həmin yerdən aşkar olunmuş maddi sübutlar” yazılar və imzalar olan zərfdə 3 ədəd ağ rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,265 qram, 1,277 qram, 1,205 qram ümumi çəkisi 3,747 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Eyni zamanda, rəydən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 5 ədəd ağ rəngli kağız bükülülərdə və Şahid11 tərəfindən yerə atılmış 3 ədəd ağ rəngli kağız bükülülərdə olan marixuanalar tərkiblərinə görə eynidir. 2 nömrəli zərfdəki 1 ədəd qırmızı-bənövşəyi rəngli qayçının, 1 ədəd kağız yapışqanının və 1 ədəd qəhvəyi rəngli qutuda ağ və qəhvəyi rəngli kağızların üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Aşkar edilərək götürülmüş marixuanaların ümumi çəkiləri 6,379 qram (1-5 nömrəli obyekt) və 3,747 qram (6-8 nömrəli obyekt) təşkil etmiş, tədqiqata 0,16 qram (hər obyektdən 0,02 qram) sərf edildikdən sonra qalıq çəki müvafiq olaraq 6,279 qram, 3,687 qram təşkil etmişdir. Cinayət işinin İ cild 59-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 7/230 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş maddi sübut” yazılar və imzalar olan zərfdə 1 ədəd yaşıl rəngli kağız bükümdə, 11 ədəd ümumi çəkisi 0,103 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Həmin zərfdə 1 ədəd A4 kağızına bükülü təmiz çəkisi 0,206 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aşkar edilərək götürülmüş çətənə bitkisinin toxumlarının ümumi çəkisi 0,103 qram təşkil etmiş, tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 0,083 qram, marixuananın təmiz çəkisi isə 0,206 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 0,186 qram təşkil etmişdir. Cinayət işinin İİ cild 69-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 7/229 saylı ekspert rəyindən görünür ki, bir ədəd polietilen torbadakı torpaq nümunəsinin tərkibində əkilibbecərilməsi qadağan edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri vardır. Cinayət işinin İİ cild 89-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş 737 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş, 995 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, həmçinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş, 997 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, həmçinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş, 999 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli qış gödəkcəsi, tünd göy rəngli uzunqol köynək, tünd göy rəngli cins şalvar və qəhvəyi rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd ağ-gümüşü rəngli siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, bu qutu açılarkən içərisində 5 ədəd ağ rəngli kağız büküm müəyyən edilmiş, onlar açıldıqda isə hər birinin içərisində spesifik qoxusu olan, yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümlərin içərisindəki kütlənin “nəşə” olduğunu bildirmiş, habelə sonuncunun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və ya pretmet aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan 1 ədəd ağ-gümüşü rəngli siqaret qutusunun içərisindən götürülmüş predmetlər zərfin içərisinə qoyaraq qablaşdırılmış, möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 99-100-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, ağ-boz rəngli boğazsız köynək və ayağında üzərində ağ rəngli nişan olan yay ayaqqabısı olmuş, sonuncuya 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri H. Əliyev küçəsində Təqsirləndirilən şəxs1 50 manat müqabilində narkotik vasitə satmasında şübhəli olduğu bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunduqda, sonuncu əynindəki qara rəngli gödəkcənin qabaq sol döş cibindən 1 ədəd yaşıl rəngli kağız bükülünü çıxarıb təqdim etmiş və həmin bükülü açıldıqda içərisində bitki toxumları olduğu müəyyən edilmiş, habelə o, bitki toxumlarının çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 üzərində axtarış zamanı əynindəki gödəkcənn içərisində bitki toxumları olan yaşıl rəngli bükülünü təqdim etdiyi qabaq sol döş cibində cib tozları olduğu müəyyən edilmiş və həmin cibi çevrilərək içərisindəki cib tozları 1 ədəd A4 kağızının üzərinə boşaldılaraq bükülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs2 ciblərindən 1 ədəd kibrit qutusu və içərisində 3 ədəd siqaret olan siqaret qutusu aşkar edilmiş, lakin sonuncunun üzərindən, həmçinin təqdim etdiyi siqaret və kibrit qutularının içərilərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar aşkar olunmamış, siqaret və kibrit qutuları sonuncuya qaytarılmışdır. Təqsirləndirilən şəxs2 götürülmüş içərisində bitki toxumları olan yaşıl rəngli bükülü, həmçinin onun cib tozlarının büküldüyü ağ rəngli kağız 1 ədəd ağ rəngli zərfin içərisinə qoyaraq qablaşdırılmış, möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb-satmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə Təqsirləndirilən şəxs3la birlikdə Siyəzən şəhəri H. Əliyev küçəsinə gəlib orada Təqsirləndirilən şəxs1la görüşdüklərini, həmin vaxt özünün əlində sellofan paket olduğunu, paketin ağzını açdığını, Təqsirləndirilən şəxs3 üzərində olan narkotik vasitə qurudulmuş marixuananı onun əlindəki sellofan paketin içərisinə atdığını, Təqsirləndirilən şəxs1 əlini salaraq paketin içərisindəki narkotik vasitəni götürüb müqabilində ona 50 manat pul verdiyini və özünün də həmin pulu Təqsirləndirilən şəxs1 alıb Təqsirləndirilən şəxs3 verdiyini etiraf etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitənin 50 manat müqabilində Təqsirləndirilən şəxs1 verilməsində hər hansı bir qazanc əldə edib-etmədiyi soruşulduqda, Təqsirləndirilən şəxs2 bununla bağlı heç bir qazanc əldə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 131-132-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində qara rəngli gödəkcə, qara-göy rəngli köynək, göy rəngli cins şalvar, qara rəngli ipli ayaqqabı və ağzında qara rəngli tibbi maska olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 12 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri H. Əliyev küçəsində Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 50 manat müqabilində narkotik vasitə satmasında şübhəli olduğu bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 şifahi olaraq 12 fevral 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Siyəzən şəhərinin H. Əliyev küçəsində “Marşrutlar” dayanan mərkəzə yaxın yerə gəldiklərini, orada Təqsirləndirilən şəxs1la görüşdüklərini, üzərində olan narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 əlində tutduğu sellofan paketin içərisinə qoyduğunu, bundan sonra sonuncunun həmin sellofan paketi Təqsirləndirilən şəxs1 tərəf uzatdığını, sonuncunun həmin paketin içərisində olan narkotik vasitə qurudulmuş marixuananı götürdüyünü və əvəzində 50 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, sonuncunun da həmin 50 manatı Təqsirləndirilən şəxs1 götürdüyü kimi ona verdiyini bildirmiş, habelə Təqsirləndirilən şəxs3 həmin 50 manat puldan 10 manatına özü üçün dərmanlar aldığını, 35 manatını müxtəlif ehtiyaclarına xərclədiyini, qalıq qalan 5 manatın isə üzərində olduğunu qeyd edərək, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd 5 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 üzərində əlavə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş hər hansı əlavə əşya və predmet aşkar edilməmişdir. Daha sonra, 50 manat nağd puldan qalıq qalan 1 ədəd “C21087470” seriya nömrəli 5 manatlıq pul əskinası 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 1-2-ci, 120-147-ci vərəqələrində olan müvafiq olaraq 17 fevral 2021-ci il tarixli maddi sübut kimi tanıma və 03 may 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan, eləcə də, işin 5-ci vərəqəsindəki 17 fevral 2021-ci il tarixli, CPQ seriyalı, 003117 nömrəli təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılsa da, Təqsirləndirilən şəxs3 15 fevral 2021-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək, ona CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1, Şahid11 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, Şahid12 barəsində isə CM-nin 234.1-ci maddəsi ilə, həmçinin Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci, Təqsirləndirilən şəxs3 barəsində isə CM-nin 237.1-ci maddəsi ilə, eləcə də sonuncu iki şəxs barədə CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 götürülmüş 6,279 qram qalıq çəkidə, Şahid11 götürülmüş 3,687 qram qalıq çəkidə olan narkotik vasitə qurudulmuş marixuana kütlələri, Siyəzən rayonu Yenikənd kəndi ərazisində Təqsirləndirilən şəxs3 1 ədəd çətənə bitkisini qoparıb yarpaqlarını qurutmaqla topladığı yerdən götürülmüş torpaq nümunəsi, Təqsirləndirilən şəxs2 götürülmüş 0,186 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsi və 0,083 qram qalıq çəkidə çətənə bitkisinin toxumları, eləcə də Şahid11 narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə götürülərək qablaşdırılmış 1 ədəd qayçı, 1 ədəd kağız yapışqan və 1 ədəd qəhvəyi rəngli qutuda olan ağ və qəhvəyi rəngli kağızlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Şahid11 üzərilərinə keçirilmiş şəxsi axtarışın, həmin tarixdə Şahid11 saxlanılarkən üzərində olan narkotik vasitələri atdığı Siyəzən şəhəri O.Qoçəliyev küçəsində yerləşən əraziyə keçirilmiş baxışın, 14 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarışın, eləcə Təqsirləndirilən şəxs3 1 ədəd çətənə bitkisini əkib-yetişdirdiyi yerdən torpaq nümunələrinin götürülməsi məqsədilə 15 fevral 2021-ci il tarixdə keçirilmiş baxışın, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Ekrəm oğlu arasında, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında 14 fevral 2021-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmənin video görüntülərinin yaddaşlarına köçürüldüyü 8 ədəd, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 9 ədəd CD disklər cinayət işinə əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitənin satışından əldə etdiyi 50 manat puldan qalıq qalan “C21087470” seriya nömrəli 1 ədəd 5 manat pul maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin Maliyyə Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 43-45-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 aprel 2021-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 16-cı vərəqəsində olan 13 fevral 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 180-181-ci vərəqələrindəki 14 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Yusifov X5 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 93-cü vərəqəsində olan 14 fevral 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 239-240-cı vərəqələrindəki 16 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Əsgərov X6 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 124-cü vərəqəsində olan 14 fevral 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 207-208-ci vərəqələrindəki 15 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 78-79-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də işin 82-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 11 noyabr 2020-ci il təvəllüdlü Günəş adında bir azyaşlı övladı olan ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 57-60-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 16 aprel 2019-cu il təvəllüdlü Nur və 24 yanvar 2021-ci il təvəllüdlü Duyğu adında iki azyaşlı övladı olan Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizəşikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 54-55-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, baş beynin travması nəticəsində yaranan şəxsiyyət və davranış pozuntusundan əziyyət çəkən Təqsirləndirilən şəxs3 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma, Təqsirləndirilən şəxs3 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, hazırlama, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Bununla belə, təqsirləndirilən şəxslərə münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən sabiq baş müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 03 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılmasına, Təqsirləndirilən şəxs3 15 fevral 2021-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilərək, ona CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, həmçinin Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci, Təqsirləndirilən şəxs3 barəsində isə CM-nin 237.1-ci maddəsi ilə, eləcə də sonuncu iki şəxs barədə CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı övladının olmasını və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı narkotik vasitənin miqdarını, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, həmçinin barəsində əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində bir azyaşlı övladının olması və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 13 fevral 2021-ci il tarixdən 14 fevral 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladının olmasını və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı narkotik vasitənin miqdarını, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində hər hansı bir marağı olmasa da, vasitəçi kimi aktiv iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, həmçinin barəsində əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı övladının olması və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 14 fevral 2021-ci il tarixdən 16 fevral 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən gənc olmaqla, xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs3 2020-ci ilin oktyabr ayında Siyəzən rayonu, Yenikənd kəndində “Kristal” adlanan ərazinin yaxınlığında yetişmiş 1 ədəd çətənə bitkisini kökündən çıxararaq həmin bitkinin yarpaqlarını yığıb toplayaraq qurutmaqla, onlardan kustar üsulla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 10,126 qram təşkil edən qurudulmuş marixuananı hazırlaması, qanunsuz olaraq əldə etdiyi bu narkotik vasitəni daşıyaraq, tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə 12 fevral 2021-ci il il tarixdə, saat 18:00 radələrində ictimai yer sayılan Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs1 50 manat müqabilində satması, bundan sonra cinayət yolu ilə əldə etdiyi vəsaiti şəxsi maraqlarının təmin edilməsi naminə xərcləməsi, narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, habelə əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd 5 manatlıq pul əskinasını təqdim edərək bu məbləğin Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə 12 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aldığı 50 manat puldan qalıq qaldığını bildirməsi onun qanunsuz olaraq narkotik vasitənin satışını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs3 hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, əldə etməklə, hazırladığı narkotik vasitənin miqdarını, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində marağı olub, bu marağını vasitəçidən istifadə etməklə, təmin etməsini, bununla da narkotik vasitənin geniş dairəyə yayılmasına şərait yaradaraq, yeni asan gəlir əldə edə biləcəyini düşünən vasitəçilər (kuryer) şəbəkəsinin formalaşmasına şərait yaratmasını, ancaq, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 14 fevral 2021-ci il tarixdən 15 fevral 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş 6,279 qram qalıq çəkidə və Şahid11 götürülmüş 3,687 qram qalıq çəkidə olan narkotik vasitə qurudulmuş marixuana kütlələri, Siyəzən rayonu Yenikənd kəndi ərazisində Təqsirləndirilən şəxs3 1 ədəd çətənə bitkisini qoparıb yarpaqlarını qurutmaqla topladığı yerdən götürülmüş torpaq nümunəsi, Təqsirləndirilən şəxs2 götürülmüş 0,186 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsi və 0,083 qram qalıq çəkidə çətənə bitkisinin toxumları, eləcə də Şahid11 narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə götürülərək qablaşdırılmış 1 ədəd qayçı, 1 ədəd kağız yapışqan və 1 ədəd qəhvəyi rəngli qutuda olan ağ və qəhvəyi rəngli kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Şahid11 üzərilərinə keçirilmiş şəxsi axtarışın, həmin tarixdə Şahid11 saxlanılarkən üzərində olan narkotik vasitələri atdığı Siyəzən şəhəri O.Qoçəliyev küçəsində yerləşən əraziyə keçirilmiş baxışın, 14 fevral 2021ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarışın, eləcə Təqsirləndirilən şəxs3 1 ədəd çətənə bitkisini əkib-yetişdirdiyi yerdən torpaq nümunələrinin götürülməsi məqsədilə 15 fevral 2021-ci il tarixdə keçirilmiş baxışın, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Ekrəm oğlu arasında, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında 14 fevral 2021-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmənin video görüntülərinin yaddaşlarına köçürüldüyü 8 ədəd, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 9 ədəd CD disklər cinayət işində saxlanılmalı, bundan əlavə, maddi sübut olmaqla, Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitənin satışından əldə etdiyi 50 manat puldan qalıq qalan “C21087470” seriya nömrəli 1 ədəd 5 manat pul xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 199 (bir yüz doxsan doqquz) manat 38 (otuz səkkiz) qəpik məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş 6,279 qram qalıq çəkidə və Şahid11 götürülmüş 3,687 qram qalıq çəkidə olan narkotik vasitə qurudulmuş marixuana kütlələri, Siyəzən rayonu Yenikənd kəndi ərazisində Təqsirləndirilən şəxs3 1 ədəd çətənə bitkisini qoparıb yarpaqlarını qurutmaqla topladığı yerdən götürülmüş torpaq nümunəsi, Təqsirləndirilən şəxs2 götürülmüş 0,186 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsi və 0,083 qram qalıq çəkidə çətənə bitkisinin toxumları, eləcə də Şahid11 narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə götürülərək qablaşdırılmış 1 ədəd qayçı, 1 ədəd kağız yapışqan və 1 ədəd qəhvəyi rəngli qutuda olan ağ və qəhvəyi rəngli kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Şahid11 üzərilərinə keçirilmiş şəxsi axtarışın, həmin tarixdə Şahid11 saxlanılarkən üzərində olan narkotik vasitələri atdığı Siyəzən şəhəri O.Qoçəliyev küçəsində yerləşən əraziyə keçirilmiş baxışın, 14 fevral 2021ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarışın, eləcə Təqsirləndirilən şəxs3 1 ədəd çətənə bitkisini əkib-yetişdirdiyi yerdən torpaq nümunələrinin götürülməsi məqsədilə 15 fevral 2021-ci il tarixdə keçirilmiş baxışın, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Ekrəm oğlu arasında, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında 14 fevral 2021-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmənin video görüntülərinin yaddaşlarına köçürüldüyü 8 ədəd, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 9 ədəd CD disklər cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitənin satışından əldə etdiyi 50 manat puldan qalıq qalan “C21087470” seriya nömrəli 1 ədəd 5 manat pul xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 199 (bir yüz doxsan doqquz) manat 38 (otuz səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-31/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-31/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver