Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-39/2021 19.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 19 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 28 fevral 2021ci il tarixdə, saat 02:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla, oradan iki ədəd ümumi dəyəri 120 manat olan üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 200 metr təzə elektrik naqili, bir ədəd ümumi dəyəri 60 manat olan üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü göy rəngli 100 metr təzə elektrik naqili, bir ədəd ümumi dəyəri 60 manat olan üzərində “Gönül Cablo, 1x4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 100 metr təzə elektrik naqili, bir ədəd 25 manat dəyərində perfirator-drel, bir ədəd 5 manat dəyərində üzərində “COLT” sözü yazılmış markalanma yazıları olan təxminən 50 sm uzunluqda, qırmızı rəngdə taraz ölçən cihaz və dəyəri 21 manat olan 5 metr uzunluqda üzərində “Cablo, 2x10mm ” markalanma yazıları olan üstü ağ rəngli təzə elektrik kabelini oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 291 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, tərkibində təsiredici maddəsi metadonun ümumi miqdarı 0,12 qram təşkil edən 3 ədəd “Methadon- 40” tabletlərini və şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,046 qram təşkil edən narkotik vasitə heroini əldə edərək yaşadığı ünvan 1 ünvanında saxlamış, 05 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən həmin narkotik vasitə metadon evin giriş otağında olan çarpayının üzərindəki döşəyin altından üzərində “Methadone-40” sözləri yazılan 1 ədəd dərman konvalyutunun içərisində 3 ədəd üzərində “F/M 40 yazıları olan qəhvəyi dərman həbləri formasında, həmin narkotik vasitə heroin isə mebel rəfində (servant) olan stəkanların birinin içərisindən ayrı-ayrılıqda çəkiləri 0,026 qram və 0,020 qram olmaqla 2 ədəd qara rəngli siqaret kağızı bükülülərində aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində nənəsi Şəfiqə Quliyeva ilə birlikdə yaşayır, habelə, həmin evin birinci mərtəbəsində əmisi Şahid6 yaşayır, sonuncu ilə münasibəti yaxışıdır və aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Heç bir yerdə işləməsə də, ara-sıra fəhlə kimi günəmuzd ev təmiri işlərində işləyərək fərdi əməklə məşğul olur, həmçinin, düşəndə narkotik vasitə olan heroindən çəkmək yolu ilə qəbul edir. 28 fevral 2021-ci il tarixdə, gecə təxminən saat 02:00 radələrində maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxıb piyada gəzə-gəzə Siyəzən şəhəri, B.Bayramov küçəsinə gəlmiş və həmin küçədə piyada gəzərkən yaşayış olmayan, eləcə də yeni tikilməkdə olan bir ev görüb oğurluq etmək üçün həmin evin münasib olduğunu fikirləşmişdir. Ətrafa göz gəzdirdikdən sonra evin hasarından həyətə tullanmış, həyətə daxil olduqdan sonra cəld şəkildə evin qarşısında olan pilləkənlərlə qalxaraq evin giriş qapısının yanında olan pəncərəni əli ilə itələmiş, həmin pəncərə açıldıqdan sonra evin içərisinə daxil olmuşdur. Bundan sonra, cibində olan alışqanın işığı ilə evin içərisində oğurlamaq üçün hansı əşyalar olduğunu müəyyənləşdirmək niyyəti ilə otaqları gəzmiş, həmin vaxt pəncərədən daxil olduğu otaqdakı divanın altında 1 ədəd drel aparatının olduğunu, yan otağa keçdiyində orada 4 topada elekrik naqillərinin, təxminən 5-6 metr uzunluqda ağ rəngli elektrik naqilinin və 1 ədəd taraz ölçən cihazın olduğunu görmüşdür. Daha sonra, qeyd olunan əşyaları yerdə olan sellofanlardan birinə qoyaraq evə daxil olduğu pəncərədən çıxaraq həyətə düşmüş, küçədə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra dərhal hasardan tullanıb, oradan uzaqlaşmaq üçün iti addımlarla hərəkət etməyə başlamışdır. Yaşadığı ev istiqamətində hərəkət edərkən anidən həmin ərazidə xidmət aparan iki nəfər polis əməkdaşının olduğunu görmüş, sonuncular əlində sellofan olduğunu görərək şübhələndikləri üçün onu çağırmışlar. Bu zaman əlində olan sellofanla qaça bilməyəcəyini görüb həmin oğurladığı əşyaları yığdığı sellofanı yerə tullayaraq qaçmağa başlamış, həmin vaxt polis əməkdaşları bir neçə metr arxası ilə gəlsələr də, sonradan onlardan uzaqlaşmağı bacarmışdır. Bundan sonra, yaşadığı evə getmiş və həmin gün evdən bayıra çıxmamış, hətta, baş vermiş hadisədən sonra polis əməkdaşlarının onu tanımalarından və bu səbəbdən axtarılacağından ehtiyat edib mümkün qədər evdən çıxmamağa çalışmışdır. 05 mart 2021ci il tarixdə yaşadığı evdə olarkən pəncərədən bayıra baxdığında evin qarşısında polis əməkdaşlarının olduğunu görmüş, bu vaxt polis əməkdaşlarının 28 fevral 2021-ci il tarixdə baş verən oğurluqla bağlı onu aparmaq üçün gəldiklərini düşünmüş, polis əməkdaşları tərəfindən aparılmaması üçün və sonunculara təsir etmək məqsədilə evdə olan masanın üzərindəki bıçağı götürüb özünə qarın nahiyəsindən xəsarətlər yetirib evin qapısının önünə çıxmışdır. Həyətə çıxdığında polis əməkdaşları artıq həyətə daxil olduqlarından, onun özünə xəsarət yetirib əli ilə qarnını tutduğunu görmüş, bu zaman sonunculara onu heç yerə apara bilməyəcəklərini bildirmuşdir. Polis əməkdaşları tibbi yardım olunmağından ötrü onu X5 Diaqnostika Mərkəzinə aparmış, bu zaman o, yaşadığı evin qapısını özündə olan açar vasitəsi bağlayıb, evin qapısının açarını əmisi Şamilə vermişdir. O, polis əməkdaşlarının yaşadığı ünvana narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün baxış keçirilməsi məqsədilə gəldiklərini deyil, 28 fevral 2021-ci il tarixdə Siyəzən şəhəri, B.Bayramov küçəsində törətdiyi oğurluq hadisəsi ilə bağlı onu aparmaq məqsədilə gəldiklərini fikirləşdiyindən yaşadığı evin giriş qapısını açarla bağlayıb, açarı əmisi Şamilə vermişdir. Polis əməkdaşları tərəfindən xəstəxanaya aparılıb, orada tibbi yardım göstərildikdən sonra oğurluqla bağlı polis şöbəsində aparılan araşdırmaya görə Siyəzən RPŞ-yə aparılacağını təxmin etməmişdir. Habelə, əvvəlcədən polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçiriləcəyini bilmiş olsa idi, evdə ona məxsus otaqda yatdığı çarpayıdakı döşəyin altında saxladığı “Methodone-40” adlı narkotik tərkibli dərmanı və otaqda olan mebel rəfindəki stəkanlardan birinin içərisində siqaret kağızı bükülülərində narkotik vasitə olan heroini götürüb məhv edərdi. Sonradan, əmisi Şamilin iştirakı ilə polis əməkdaşlarının yaşadığı ünvana videoçəkiliş vasitəsilə baxış keçirdiyi və baxış zamanı ona məxsus otaqda yatdığı çarpayıdakı döşəyin altında “Methodone-40” adlı narkotik tərkibli dərmanın və otaqda olan mebel rəfindəki stəkanlardan birinin içərisində siqaret kağızı bükülülərində narkotik vasitə olan heroinlərin sonuncular tərəfindən aşkar edərək müvafiq qaydada qablaşdırılmaqla götürüldüyü məlum olmuşdur. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, habelə, tikintisi tam başa çatmadığından yaşayış olmayan, təmir-tikinti işləri ilə özünün məşğul olduğu, Siyəzən şəhəri, B.Bayramov küçəsində yeni tikilməkdə olan bir mərtəbəli yaşayış evi vardır. 27 fevral 2021-ci il il tarixdə günorta saatlarında həmin evə gedərək yarımçıq qalan təmir-tikinti işlərini görmüş və işlərini görüb qurtardıqdan sonra evə nəzarət edib, hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra, həmin gün axşam təxminən saat 21:00 radələrində yaşadığı ünvana qayıtmışdır. 28 fevral 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində yenidən sözügedən evinə gedib, qapını açıb içəri daxil olduqdan sonra pilləkənlərlə yuxarı qalxarkən üzbəüz plastik materialdan olan pəncərənin birinin açıq olduğunu görmüş və evdən oğurluq olmasından şübhələnərək evinə ümumi nəzər keçirməyə başlamışdır. Bundan sonra, evin içərisində olan otağa qoyduğu sellofan torbada saxladığı 4 topada olan ümumilikdə 400 metr elektrik naqillərinin, bir ədəd direlin, bir ədəd hündürlük ölçənin və 3 mm enində olmaqla 5 metr uzunluğunda televizor üçün nəzərdə tutulmuş elektrik naqilinin yerində olmadığını görmüşdür. Həmin hadisədən sonra bir neçə gün ərzində evindən oğurluq etmiş şəxsi axtarıb tapmağa çalışsa da, buna nail olmadığından 05 mart 2021-ci il tarixdə ərizə ilə Siyəzən RPŞ-nə müraciət etmişdir. Müraciəti üzrə RPŞ-də aparılmış araşdırmadan sonra oğurluq hadisəsinin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 291 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, 28 fevral 2021-ci il tarixdə, təxminən saat 02:30 radələrində Siyəzən şəhəri, B.Bayramov küçəsi və oraya yaxın ərazilərdə RPŞ-nin PPXT-nin polis nəfəri Şahid4 ilə birlikdə xidmət olarkən bir nəfər şəxsin əlində sellofana qoyulmuş vəziyyətdə olan əşyalarla hərəkət etdiyini görmüş, vaxt baxımından gec olduğu üçün və həmin şəxsin əlindəki sellofanın içərisində olan əşyaların oğurluq ola biləcəyi onlarda şübhə yaratdığından onun şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə səsləyərək yanına getdikləri vaxt sonuncu əlindəki dolu vəziyyətdə olan sellofanı küçənin ortasına atıb, qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt Zeynal cəld şəkildə əşyalara yaxınlaşmış, o, isə həmin şəxsin arxasınca bir neçə metr qaçsa da, onu saxlaya bilməmiş və qaranlıq olduğundan nə o, nə də ki, Zeynal həmin şəxsin kim olduğunu görməmişlər. Daha sonra, həmin əşyaları götürürək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Orada onların iştirakı ilə RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Emil Zülfüqarov həmin sellofan torbaya baxış keçirtmiş və sellofan torbanın içərisində 1 ədəd direl, 1 ədəd taraz ölçən cihaz, 4 topa elektrik naqilləri və 1 ədəd televizor üçün nəzərdə tutulmuş 5 metrlik elektrik naqili olduğunu müəyyən etmişdir. Daha sonra, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin əşyaların Siyəzən şəhəri sakini Təqsirləndirilən şəxs tərəfindən Siyəzən sakini Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən yaşayış olmayan evdən oğurlanması müəyyən olunmuşdur. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid4 Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 ifadəsində göstərdi ki, 05 mart 2021-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatına əsasən Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol tərtib edilərək, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün təxminən saat 17:00 radələrində o, CAB-ın rəisi Şahid2, CAB-ın sabiq əməliyyat müvəkkilləri Şahid1, X6, PPXT-nın komandiri X9 və PPXT-nın polis nəfəri X4 ilə birlikdə Siyəzən şəhəri, Xətai küçəsinə gedərək ətraf ərazini müşahidəyə götürməklə, Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasını döymüşlər. Darvazanın qapısını Təqsirləndirilən şəxs əmisi, adını sonradan bildikləri Şahid6 Cəmaləddin oğlu açmış, sonuncuya özlərini təqdim edib Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və qardaşı oğlu Elvinin yaşadığı evdə narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirərək, yaşadığı evə baxış keçirmək istədiklərini bildirmiş, habelə, Şahid6 onları həyətə dəvət etmişdir. Həyətə daxil olduqdan sonra Şahid6 həyətin sol tərəfində yerləşən iki mərtəbəli evi göstərərək qardaşı oğlu Təqsirləndirilən şəxs həmin evin ikinci mərtəbəsində yaşadığını, hal-hazırda evdə olduğunu bildirdiyi zaman, sonuncunun yaşadığı evin qapısının önünə çıxdığını, əli ilə qarın nahiyyəsini tutduğunu və qarın nahiyyəsinin qanlı vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt, Təqsirləndirilən şəxs onlara yaşadığı evin pəncərəsindən gəldiklərini gördüyünü, onu heç yerə apara bilməmələri üçün özünə bıçaqla xəsarət yetirdiyini bildirsə də, sonuncuya dərhal tibbi yardım göstərilməsi zərurətinin olduğunu başa düşdüklərindən onu cəld şəkildə Cavad Hümbətovun, Hacı Əskərovun və Elgün Muradovun köməkliyi ilə X3 Mərkəzinə göndərmişlər. Bundan sonra, Şahid6 iştirakı ilə Elvinin yaşadığı evə baxış keçirməyə başlamış, bundan əvvəl Şahid6 bununla bağlı etirazının olub-olmamasını soruşduqda, sonuncu heç bir etirazının olmadığını deyərək bu barədə ərizə də təqdim etmişdir. Təqsirləndirilən şəxs xəstəxanaya getməzdən əvvəl evinin açarlarını əmisi Şahid6 verdiyindən sonuncu evin giriş qapısını özündə olan açarla açmış və onları baxış keçirmələri üçün Təqsirləndirilən şəxs yaşadığı evə dəvət etmişdir. Evə daxil olduqda giriş qapısı ilə divanın arasında sol tərəfdə yerdə Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi üçün istifadə etməsi ehtimal olunan tiyəsinin üzərində qan izləri olan qara qulplu bıçaq olduğu aşkar olunmuşdur. Həmin bıçaq araşdırmanı aparan istintaq bölməsinin sabiq rəisi Bədirşah Vəlimətov tərəfindən bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və üzəri o, Şahid6 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Şahid1 tərəfindən evə baxış keçirilməsi davam etdirilmiş, Bədirşah Vəlimətov tərəfindən Şahid6 çarpayının üzərində olan gödəkcənin kimə məxsus olması soruşulduqda, sonuncu çarpayının üzərində olan gödəkcənin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Baxış zamanı həmin çarpayının üzərindəki döşəyin altından üzərində “Methodone-40” sözləri yazılan kəsilmiş dərman konvolyutunun içərisində 3 ədəd dərman həbi aşkar olunmuşdur. Bundan sonra, otağa baxış keçirilməsi davam etdirilərkən otaqda olan televizorun sağ tərəfindəki mebel rəfində (servant) olan stəkanların birinin içərisindən 2 ədəd qara rəngli siqaret kağızı bükülüləri aşkar olunmuşdur. Həmin kağız bükülülərin içəriləri açılarkən içərilərində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinəbənzər kütlələr olduğu müəyyən olunmuşdur. Tərəflərindən aşkar edilmiş prdementlər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və üzəri o, Şahid6 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, bununla əlaqədar protokol tərtib olunub, ucadan oxunmuş, protokol doğru olduğundan o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, tərəflərindən həmin evə baxış keçirilməsi davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1, RPŞ-nin CAB-ın bölmə rəisi Şahid2 və Şahid6 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli, 9/1300 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, o cümlədən iki ədəd üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 200 metr təzə elektrik naqilinin 27 fevral 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan müddətə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti 120 manat, bir ədəd olan üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü göy rəngli 100 metr təzə elektrik naqilinin satış qiyməti 60 manat, bir ədəd üzərində “Gönül Cablo, 1x4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 100 metr təzə elektrik naqilinin satış qiyməti 60 manat, bir ədəd üzərində markalanması oxunmayan (yazılar pozulub), xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi göy rəngdə, kabelin üstü kəsilmiş elektrik perfiratorun-direlin qiyməti 25 manat, bir ədəd üzərində “COLT” sözü yazılmış markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, uzunluğu təxminən 50 sm, uclarında qapaqları olmayan qırmızı rəngdə taraz ölçən cihazın qiyməti 5 manat, uzunluğu 5 metr, üzərində “Cablo, 2x10mm” markalanma yazıları olan üstü ağ rəngli təzə elektrik kabelin qiyməti 21 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 75 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2021-ci il tarixli, 6/924 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, üzərində "... vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş....” yazısı olan zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,046 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Methadone-40” sözləri yazılan konvolyutda 3 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır. 3 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,12 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəriciyə əsasən 1 həbdə 0,04 qr metadon olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in l siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısına daxildirlər. Tədqiqata 0,02 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,026 qram təşkil etmiş, 3 ədəd həbdən 1 həb sərf edildikdən sonra 2 ədəd həb qalmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 3/468 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 181-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 184-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 22 aprel 2021-ci il tarixdə verilmiş 1224 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrin və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-93-cü vərəqələrində olan 05 mart 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə giriş ağ rəngli 1x3 metr ölçüdə dəmir qapı vasitəsilədir. Həmin qapının bağlı vəziyyətdə olduğu müəyyən olunmuş, evin giriş qapısının açarı Şahid6 olduğu üçün həmin qapı onun tərəfindən açılmış və o, iştirakçıları baxış keçirilməsi üçün evə dəvət etmişdir. Evə daxil olduqda ümumilikdə 2 otaq və təmirsiz vəziyyətdə 1 ədəd mətbəx olduğu müəyyən olunmuşdur. Həmin otaqlardan birincisi giriş otağı, ikincisinin isə əlavə yataq otağı kimi istifadə olunduğu müəyyən edilmişdir. Giriş otağının sahəsi təxminən 20 kvadratmetrdir. Otağa daxil olduqda saat əqrəbi istiqamətində baxış keçirilərkən sol tərəfdə divan, divanın qarşısında balaca masa, daha sonra giriş qapısı ilə üzbəüz divara bitişik vəziyyətdə çarpayı, çarpayının ayaq tərəfində 1x3 metr ölçüdə digər otağa keçmək üçün arakəsmə, divanla üzbəüz divarda isə 1 ədəd mebel dəsti (servant), ortada altlığı ilə birlikdə televizor və daha sonra isə 1 ədəd mebel dəsti (servant), giriş qapısından sağ tərəfdəki divarda isə mətbəxə keçid üçün üzərindən xalı asılmış 1x3 metr ölçüdə arakəsmə və 1 ədəd kreslo olduğu müəyyən olunmuşdur. Otağa daxil olan kimi giriş qapısı ilə divanın arasında sol tərəfdə yerdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən özünə xəsarət yetirməsi üçün istifadə etməsi ehtimal olunan tiyəsinin üzərində qan izləri olan qara qulplu bıçaq olduğu müəyyən edilmiş, həmin bıçaq 1 ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, evə baxış keçirilməsi davam etdirilmiş, həmin otaqda giriş qapısı ilə üzbəüz divara bitişik vəziyyətdə olan çarpayının üzərinə baxış keçirilərkən, Şahid6 şifahi formada həmin çarpayının üzərində olan gödəkcənin kimə məxsus olması soruşulmuş, sonuncu gödəkcənin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Baxış zamanı çarpayının üzərindəki döşəyin altından üzərində “Methodone- 40” sözləri yazılan kəsilmiş dərman konvolyutunun içərisində 3 ədəd dərman həbi aşkar olunmuşdur. Daha sonra, otağa saat əqrəbi istiqmətində baxış keçirilməsi davam etdirilərkən otaqda olan televizorun sağ tərəfindəki mebel rəfində (servant) olan stəkanların birinin içərisindən 2 ədəd qara rəngli siqaret kağızı bükülüləri, onların içərilərində isə qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə heroinəbənzər kütlələr olduğu müəyyən edilmişdir. Bundan sonra, evə baxış keçirilməsi davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, otaqda olan çarpayının üzərindəki döşəyin altından aşkar olunmuş üzərində “Methodone- 40” sözləri yazılan kəsilmiş dərman konvolyutunun içərisindəki 3 ədəd dərman həbi və otaqda olan televizorun sağ tərəfindəki mebel rəfində (servant) olan stəkanların birinin içərisindən aşkar olunmuş 2 ədəd qara rəngli siqaret kağızı bükülüləri 1 ədəd ağ zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 225-242-ci vərəqələrində olan 18 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,026 qram təşkil edən narkotik vasitə olan heroin və “Methadone-40” sözləri yazılan konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş 2 ədəd narkotik vasitə metadon həbləri, eləcə də Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına videoçəkiliş vasitəsilə 05 mart 2021-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təvhil verilmiş, eyni zamanda, maddi sübut 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus tikilməkdə olan Siyəzən şəhəri B.Bayramov küçəsində yerləşən evdən oğurlanmış iki ədəd üzərində HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 200 metr təzə elektrik naqili, bir ədəd olan üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü göy rəngli 100 metr təzə elektrik naqili, bir ədəd üzərində “Gönül Cablo, 1x4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 100 metr təzə elektrik naqili, bir ədəd üzərində markalanması oxunmayan (yazılar pozulub), xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi göy rəngdə, kabelin üstü kəsilmiş elektrik perfirator-drel, bir ədəd üzərində “COLT” sözü yazılmış markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, uzunluğu təxminən 50 sm, uclarında qapaqları olmayan qırmızı rəngdə taraz ölçən cihaz, uzunluğu 5 metr, üzərində “Cablo, 2x10mm” markalanma yazıları olan üstü ağ rəngli təzə elektrik kabeli maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin ərizəsi əsasında özünə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli tələbnamədən, işin 213-220-ci vərəqələrində olan Tərtər Hərbi Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 1(098)-27/2015 saylı hökmünün surətindən, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin 19 oktyabr 2021-ci il tarixli, 2256/2021-64-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 18 fevral 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 200 manat cərimə cəzasına məhkum edilmiş, həmçinin məhkəmənin hökmü ilə ona təyin olunmuş 200 manat cərimə cəzasından 120 manatı ödəmişdir. Sonradan Təqsirləndirilən şəxs “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Siyəzən rayon icra və probasiya şöbəsinin 08 avqust 2016-cı il tarixli qərarı ilə cəzadan azad olunduğu üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-cı vərəqəsində olan 05 mart 2021ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 156-157-ci vərəqələrində olan 07 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 1(059)-39/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışından yayındığı üçün onun barəsində məcburi qaydada gətirmə tətbiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 175-176-cı vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən rayonu İcra Hakimiyyətinin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İşdə olan zərərçəkmiş şəxsin 27 iyul 2021-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində ciddi cəza təyin edilməməsini xahiş edir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 5ci bəndinə əsasən heroin 0,15 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 5-ci bəndinə görə 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdarda, bu siyahının 13-cü bəndinə görə 0,02 qramdan artıq (təmiz halda qramlarla) metadon şəxsi istehlak miqdarından artıq, 1,6 qramdan artıq (təmiz halda qramlarla) isə metadon isə külli miqdarda hesab edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan metadon şəxsi istehlak miqdarından artıq olsa da, aşkar edilərək götürülmüş digər narkotik vasitə olan 0,046 qram heroin şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti onun yaşadığı ünvana baxış keçirilərkən aşkar edilmiş metadona görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs narkotik vasitə olan metadonu əldə edib, yaşadığı ünvanda saxlamasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, digər narkotik vasitəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan 0,046 qram heroinin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu əldə edib saxlama, eləcə də, tikilməkdə olan fərdi yaşayış evinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ictimai faydalı işlə məşğul olmamasını, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən qaçıb gizlənməsini və barəsində məcburi gətirmə elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 07 mart 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,026 qram təşkil edən narkotik vasitə olan heroin və “Methadone-40” sözləri yazılan konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş 2 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus tikilməkdə olan Siyəzən şəhəri B.Bayramov küçəsində yerləşən evdən oğurlanmış iki ədəd üzərində HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 200 metr təzə elektrik naqili, bir ədəd olan üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü göy rəngli 100 metr təzə elektrik naqili, bir ədəd üzərində “Gönül Cablo, 1x4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 100 metr təzə elektrik naqili, bir ədəd üzərində markalanması oxunmayan (yazılar pozulub), xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi göy rəngdə, kabelin üstü kəsilmiş elektrik perfirator-drel, bir ədəd üzərində “COLT” sözü yazılmış markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, uzunluğu təxminən 50 sm, uclarında qapaqları olmayan qırmızı rəngdə taraz ölçən cihaz, uzunluğu 5 metr, üzərində “Cablo, 2x10mm” markalanma yazıları olan üstü ağ rəngli təzə elektrik kabeli Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına videoçəkiliş vasitəsilə 05 mart 2021-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 253 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, qəti olaraq təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,026 qram təşkil edən narkotik vasitə olan heroin və “Methadone-40” sözləri yazılan konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş 2 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus tikilməkdə olan Siyəzən şəhəri B.Bayramov küçəsində yerləşən evdən oğurlanmış iki ədəd üzərində HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 200 metr təzə elektrik naqili, bir ədəd olan üzərində “HES Cablo, HO7V-K4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü göy rəngli 100 metr təzə elektrik naqili, bir ədəd üzərində “Gönül Cablo, 1x4mm, 100m” markalanma yazıları olan polietilen bağlamada üstü qırmızı rəngli 100 metr təzə elektrik naqili, bir ədəd üzərində markalanması oxunmayan (yazılar pozulub), xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi göy rəngdə, kabelin üstü kəsilmiş elektrik perfiratordrel, bir ədəd üzərində “COLT” sözü yazılmış markalanma yazıları olan, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, uzunluğu təxminən 50 sm, uclarında qapaqları olmayan qırmızı rəngdə taraz ölçən cihaz, uzunluğu 5 metr, üzərində “Cablo, 2x10mm” markalanma yazıları olan üstü ağ rəngli təzə elektrik kabeli Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına videoçəkiliş vasitəsilə 05 mart 2021-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 253 (iki yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-39/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-39/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver