Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-4/2021 23.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 2020-ci ilin aprel ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi 15 ədəd çətənə bitkisi toxumunu yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətyanı sahəsində, sərhədində torpaqda qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etməklə yetişdirmiş, yetişdirdiyi həmin 15 ədəd çətənə bitkisindən vaxtaşırı, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq əldə edib qablaşdırmaqla saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində yaşadığı ünvanda yerləşən evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı, böyürtkən kollarının və qamışlığın içərisində torpaqda 15 ədəd nəm vəziyyətdə, ümumi çəkiləri 38 kq 500 qr (otuz səkkiz kiloqram beş yüz qram) olan, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkisi və qeyd edilən həmin yerdə isə çətənə bitkisindən hazırlayaraq əldə etdiyi ümumi təmiz çəkisi isə 1071,9 qram (1kq71,9qram) narkotik vasitə qurudulmuş marixuananın 161 qramı ağ rəngli polietilen torbanın içərisində 1 ədəd qırmızı rəngli karton qutuda, ayrı-ayrılıqda təmiz çəkiləri 43 qram və 26 qramı göy rəngli polietilen bağlamanın içərisində olan 2 ədəd qəhvəyi rəngli kağız bükümlərdə, 34,6 qramı 1 ədəd qəhvəyi rəngli bağlamada, 290 qramı 1 ədəd qəhvəyi rəngli bağlamada və 517,3 qramı 1 ədəd qəhvəyi rəngli kağız paketdə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 10 saylı evin İ mənzilində ailə üzvlərilə birlikdə yaşamaqla, ev tikintisi ilə məşğul olmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 19-20 yaşlarından istifadə etmişdir. Təxminən 2020-ci il aprel ayının əvvəllərində qurudub sonradan istifadə etmək məqsədilə çətənə kolları əkmək qərarına gəlmiş, bunun üçün yaşadığı evin həyətyanı sahəsində olan bağın sərhədində olan böyürtkən kollarının və qamışlığın arasında torpağa çətənə toxumları basdırıb, onlara qulluq etməyə başlamış, habelə onlara tez-tez su və üzvi gübrə vermişdir. Beləliklə, artıq bir neçə aydan sonra kollar inkişaf edib, sayı 15 ədəd olmuşdur. O, həmin kolları heç kəsin xəbəri olmadan özü tək əkmişdir. Bundan əlavə, böyürtkən kolları və qamışlığın arası ilə cığırlar açaraq çətənə toxumlarını hissə-hissə müxtəlif istiqamətlərdə basdırıb, böyürtkən kollarının arasında üç cığır açmışdır. Birinci cığır əsas yol olmaqla, bura girib, 1-2 metr getdikdən sonra orada olan ərazidə bir neçə çətənə kolu, həmin ərazidən keçib ikinci cığıra girdikdə orada da bir neçə çətənə kolu və həmin ərazidən 3-cü cığıra keçdikdə isə orada da bir neçə çətənə kolu əmələ gəlmişdir. Həmin yerdən arx keçdiyindən o, arxı çətənə kollarına tərəf yönləndirib, onları vaxtaşırı sulayıb, diblərini yumşaltmışdır. Bundan sonra, yetişmiş çətənə kollarının qozalarını qurudub, qurudulmuş marixuana hazırlamış, həmin qozaların budaqlarını isə tullamışdır. Hazırladığı narkotik vasitə olan qurudulmuş marixuananı əsasən sellofan paketlərdə saxlayıb, ovuntularını isə bir ədəd bankaya yığmış, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bu barədə heç kimin xəbəri olmadan yalnız özü üçün istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açanda bir neçə nəfər polis əməkdaşının video kamera ilə küçədə qapının qarşısında dayandığını görmüşdür. Bu zaman polis əməkdaşları ona narkotik vasitə əkib-becərməkdə şübhəli olduğunu bildirərək evinin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirsələr də, həddindən artıq spirtli içki qəbul etdiyindən vəziyyəti elədə yaxşı olmamışdır. Bu səbəbdən də spirtli içkinin təsirindən ayılması üçün o, Siyəzən RPŞ-yə aparılmış və həmin gecəni orada keçirtmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğuna görə hüquq və vəzifələri, həmçinin müdafiə hüququ izah olunmaqla, üzərində şəxsi axtarış keçirilmişdir. Bundan əlavə, üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə Müdafiəçi da iştirak etməsini istədiyini bildirmişdir. Daha sonra, keçirilən şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan olunmuş predmet və ya vasitə aşkar olunmamış, şəxsi axtarış zamanı yaşadığı evin həyətyanı sahəsinin sonunda 2-3 ədəd narkotik təbiətli çətənə kolu əkdiyini bildirib, şəxsi axtarış bitdikdən sonra əkdiyi çətənə kollarını göstərmək üçün polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişdir. Bundan sonra, evin qarşısında dayanmış polis əməkdaşları ona evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirəcəklərini qeyd edib, orada qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə, könüllü təqdim etməsini təklif etdikdə, o, onlara həyətyanı sahədə tərkibində narkotik maddə olan çətənə bitkilərini qanunsuz olaraq əkib-becərdiyini bir daha etiraf etmişdir. Bundan sonra, polis əməkdaşlarını həmin yerə dəvət etmişdir. Beləliklə, yaşadığı evin həyətindən keçərək irəlidə bağın qapısından daxil olaraq, sona qədər gedib, böyürtkən kolları və qamışlığın arasında əkib-becərdiyi çətənə kollarının yerini göstərmiş, Siyəzən RPŞ-nin əməkdaşları isə həmin cığırlarla keçərək çətənə kollarını aşkar etmişlər. Daha sonra, aqronom həmin bitkilərə baxış keçirərək, onların narkotik xassəli olduğunu, bitkilərə mütəmadi olaraq su, gübrə verildiyini və s. digər aqrotexniki qulluqlar göstərildiyini bildirmişdir. Bundan başqa, hazırladığı qurudulmuş marixuana böyürtkən kollarının arasında aşkar edildikdə, o, çətənə kollarını öz şəxsi istifadəsi üçün əkib-becərdiyini və qurudulmuş marixuanaları həmin çətənə bitkilərindən toplayaraq hazırladığını, sonradan istifadə etmək üçün həmin yerdə saxladığını bildirmişdir. Əvvəlcə qutu və sellofanda olan qurudulmuş marixuanalar müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş, möhürləndikdən sonra, o və digər iştirakçılar qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra, çətənə kolları bir-bir torpaqdan çıxarılaraq təmizlənmiş və aşkar edilmiş 15 ədəd çətənə kolu müvafiq şəkildə müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra, o və digər iştirakçılar qablaşdırmanın üzərinə imza etmişlər. Bu barədə tərtib edilmiş baxış protokolu isə oxunduqdan sonra doğru olduğu üçün imzaları ilə təsdiq edilmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 10 saylı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və onun yaxalanaraq ifşa olunması üçün xx xxxxxx 2020-ci il tarixdə əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edib, müvafiq sənədləşmə aparmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 daxil edilmiş və sonuncu keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. Faktla bağlı araşdırmanın aparılması isə Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi X7 həvalə olunmuşdur. Bundan sonra, mütəxəssis-aqronom qismində iştirak etmək üçün Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin Bitki Sağlamlığı və Fitosanitar sektorunun böyük məsləhətçisi, aqronom mütəxəssis X5 da şöbəyə dəvət olunub, keçiriləcək baxış barədə məlumatlandırılmış, mütəxəssis kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra, onlar birlikdə xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Bu zaman hava artıq qaralmış idi. Onları Təqsirləndirilən şəxs özü qarşılamış, sonuncuya özlərini təqdim edib, yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərilməsi barədə məlumat olduğunu və bu səbəbdən də, həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Lakin, Təqsirləndirilən şəxs həddindən artıq spirtli içki qəbul etməklə, həmin vaxt sərxoş olduğundan sonuncunun baxışda iştirak etməsi mümkün olmamışdır. Bu vaxt orada olan Təqsirləndirilən şəxs qardaşı Vurğun Hacıyev, evlərinin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmək istəmədiyini bildirsə də, baxışın keçirilməsinə etiraz etməmişdir. Onlar baş müstəntiq Azər Şahbazovla birlikdə evin həyətyanı sahəsinə daxil olmuş, bağın içərisi ilə keçib ətrafı araşdırdıqdan sonra qamışlıqlar və kolluqlar arasında cığır tapmışlar. Həmin cığırla irəlilədikdən sonra içərisində çətənə bitkilərinə bənzər bitkilər olan ərazi müəyyən etmişlər. Bu zaman baş müstəntiq Azər Şahbazov həmin ərazidə baxışın videogörüntü ilə keçirilməsinə başlamış, həmin ərazidə çoxlu sayda narkotik vasitə hesab edilən çətənə bitkilərinə bənzər bitkilər olduğunu aşkar etmişlər. Lakin, baş müstəntiq Azər Şahbzazov gecə olduğundan ərazinin sıx meşəlik, qamışlıq olması, zərərli heyvanlar ola biləcəyini, bu kimi səbəblərdən baxışın tam və obyektiv keçirilməsinin mümkün olmayacağını bildirmişdir. Bu səbəbdən də, ərazidə post yaradılaraq ətraf mühafizəyə götürülmüş və baxış istintaq hərəkətinin qeyd edilən iştirakçılarla birlikdə sabah saatlarında təkrar keçiriləcəyi, bununla bağlı protokol tərtib olunacağı və iştirakçılar tərəfindən imzalanacağı qərarlaşdırılmışdır. Qeyd edilən ərazi keçilməz və təhlükəli olduğundan X6ə ətrafa göz gəzdirməsi təklif edilmiş və sonuncu həmin bitkilərin əkilib-becərildiyini, onlara qulluq edildiyini bildirmişdir. Baş müstəntiq Azər Şahbazovun təklifi ilə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarına, habelə baxışın təkrar keçiriləcəyi vaxta kimi ərazinin mühafizəsini təmin etmək məqsədilə yaradılmış postda o və əməliyyat müvəkkili Şahid2 qalmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində baş müstəntiq Azər Şahbazovla birlikdə aqronom mütəxəssis Nizami Həmdullayev, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, CAB-ın əməliyyat müvəkkili Şahid3, videoçəkilişi aparan KTQ-nin baş inspektoru Şahid4 və şübhəli şəxs Təqsirləndirilən şəxs post qurduqları əraziyə gəlmişlər. Baxış başlanan zaman baş müstəntiq Azər Şahbazov xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında videoçəkilişlə keçirilən baxışın ərazinin keçilməzliyi, saatın gec olmaqla, təhlükəli heyvanların olması səbəbindən baş tutmamasını, həmin ərazinin mühafizəsinin təşkil etmək üçün post yaradılaraq onların həmin yerə təyin edildiklərini bir daha bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs göstərilən bitkilərin nə olduğu soruşulduqda, narkotik vasitə, yəni çətənə bitkisi olduğunu və çəkmək üçün əkdiyini bildirmişdir. Baxış zamanı onunla Şahid2 olduğu kolluqların arasında küncdə paketlərdə və vedrənin içərisindəki paketlərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, həmçinin, bir ədəd ayaqqabı qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin əkdiyi çətənə bitkilərindən hazırladığını və çəkmək üçün qurutduğunu bildirdi. Bundan əlavə, aşkar olunmuş 1 ədəd bankada Təqsirləndirilən şəxs əl barmaq izlərinin olması ehtimalı olduğundan oradakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qırıntıları digər kağız paketə boşaldıldıqdan sonra, yanındakı 1 ədəd stəkanla birlikdə müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Bundan sonra, aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələr olan paketlər birlikdə 1 ədəd ağ rəngli kisəyə yığılıb, möhürlənərək qablaşdırılmışdır. Həmçinin, baxış zamanı həmin ərazidən paketin içərisində ağ kristal formalı toz halında kütlə aşkar edildikdə, Təqsirləndirilən şəxs bu kütlənin azot gübrəsi olduğunu və əkib-becərdiyi bitkilərə qulluq olunması üçün diblərinə tökdüyünü bildirmiş və azot gübrəsi adlandırılan kütlə də qablaşdırılaraq götürülmüşdür. Daha sonra, həmin ərazidə müəyyən olunmuş 5 ədəd çətənə bitkisinə bənzər bitkiyə baxış keçirmiş X6 bu bitkilərin əkilib-becərildiyini, aqrotexniki qaydada qulluq göstərildiyini, həmçinin onlara gübrə verildiyini bildirmişdir. Aşkar edilmiş bu bitkilər də ölçülüb, diblərindən çıxarılaraq, baş-başa keçirilmiş 2 ədəd kisənin içərisinə yığılıb, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, habelə Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin qablaşdırmaların üzəri imzalamışlar. Bundan sonra, Təqsirləndirilən şəxs iştirakı ilə sol tərəfdə kolların arasında müəyyən olunmuş başqa cığıra ətrafa tam, ətraflı baxış keçirilməsi üçün daxil olmuşlar. Bu cığır balaca və çətin keçilən olduğundan Müdafiəçi oradan keçməsi mümkün olmamış və sonuncu qeyd edilən əraziyə daxil ola bilmədiyini bildirdikdə, Təqsirləndirilən şəxs baxışın davam etdirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Cığırdan daxil olduqda, sol və sağ tərəflərə başqa cığırların olduğu aşkar edilmişdir. Əvvəlcə sol tərəf istiqamətində hərəkət edərək həmin ərazidən başqa bir cığırla keçərək digər əraziyə keçmişlər. Orada 4 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmiş, Təqsirləndirilən şəxs qeyd edilən ərazidə olan çətənə bitkilərini də, 2020-ci ilin aprel ayında əkdiyini və ərazidə olan arxdan şlank vasitəsi ilə su götürürək suladığını bildirmişdir. X6 tərəfindən bu bitkilərə də keçirilmiş baxış zamanı sonuncu bitkilərin hər birinə aqrotexniki qaydada qulluq olunduğunu qeyd etmişdir. Aşkar edilmiş bu bitkilər də ölçülüb, diblərindən çıxarılaraq, baş-başa keçirilmiş 2 ədəd kisənin içərisinə yığılıb, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, habelə Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin qablaşdırmaların üzərini imzalamışlar. Bundan sonra, onlar gəldikləri cığırla geri qayıdıb, az öncə aşkar etdikləri digər cığıra keçib, üçüncü əraziyə daxil olmuşlar. X6 həmin ərazidə müəyyən olunmuş 6 ədəd çətənə bitkisinə bənzər bitkilərə də baxış keçirib, onların hər birinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bu bitkilər də ölçülüb, diblərindən çıxarılaraq, baş-başa keçirilmiş 2 ədəd kisənin içərisinə yığılıb, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, habelə Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin qablaşdırmaların üzərini imzalamışlar. Bununla da, 3 ərazidən ümumilikdə 15 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilərək götürülmüşdür. Bundan sonra, baş müstəntiq X13 Hacıyevdən, eləcə də digər iştirakçılardan keçirilmiş baxışla əlaqədar etirazlarının olub-olmadığını soruşduqda, sualın ünvanlandığı hər kəs etirazının olmadığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə olan əraziyə baxış keçirilməsi prosesinin videogörüntüsü əvvəldən axıra kimi “Nikon” markalı fotoaparat vasitəsi ilə Siyəzən RPŞ-nin KTQ-nin baş inpsektoru Şahid4 tərəfindən qeydə alınmışdır. Sonda keçirilmiş baxışla bağlı baş müstəntiq Azər Şahbazov tərəfindən tərtib olunaraq ucadan oxunmuş protokolu doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar imzalamışlar. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, şöbənin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Şahid4, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid sabiq İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid5 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-30-cu, 37-39-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürülmə, eləcə də eyni tarixli baxış keçirilməsi və götürülmə haqqında protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində açıq qəhvəyi rəngli köynək, açıq qəhvəyi rəngli şalvar və qara rəngli ipsiz ayaqqabı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, Şahin Hacıyev üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsini sərhədinə narkotik tərkibili 2-3 ədəd çətənə bitkisi əkdiyini bildirmişdir. Baxış keçirilən ərazi Siyəzən şəhəri, T.İsmayılov küçəsidir. Baxış istintaq hərəkətinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs çətənə tərkibli natkotik bitkiləri harda əkməsi soruşulduqda sonuncu əkib-becərdiyi çətənə bitkilərinin harada olmasını göstərdikdən sonra evin qarşısından aşağı istiqamətdə getdmişlər. Qeyd edilən ərazidə Təqsirləndirilən şəxs tərəfindən xüsusi cığır açılması müəyyən olunmuşdur. Həmin cığırdan keçərək Təqsirləndirilən şəxs çətənə bitkiləri əkdiyi əraziyə gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə keçirilən baxış zamanı qeyd edilən ərazinin coğrafi relyefinin keçilməz olması və həmçinin hava şəratinin qaranlıq olmasına görə baxış istintaq hərəkətini keçirmək mümkün olmamışdır. Həmin ərazidə olan çətənə bitkisi kollarının mühafizə olunması üçün həmin ərazidə xidməti post təşkil edilmiş və ərazinin mühafisəzi RPŞ-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid1 tapşırılmışdır. Həmin əraziyə daxil olarkən qeyd edilən əməkdaşlar da baxış istintaq hərəkətində iştirak etmişlər. Ərazinin böyüklüyü və eləcə də həmin ərazinin digər yerlərində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi ehtimalı olduğuna görə baxış keçirilən ilkin ərazi şərti olaraq 1-ci tala kimi qəbul olunmuşdur. Şərti olaraq 1-ci talanın ölçüsü təxminən 6x5 metrdir. 1-ci talada kolluqların arasında, sağ tərəfdə 1 ədəd qəhvəyi rəngli kağız paketdə içərisində yaşıl rəngli spesfik iyə malik olan ot kütləsi aşkar olunmuşdur. Qeyd edilən yerdə əlavə olaraq 1 ədəd göy rəngli sellofan paketin içərisində açıq qəhvəyi rəngli paket aşkar olunmuşdur. Qeyd edilən paketin içərisinə baxış keçirilən zaman rəngli spesfik iyə malik olan ot kütləsi və həmin ərazidə ağ rəngli, qırıq vəziyyətdə olan vedrənin içərisində 1 ədəd banka, 1 ədəd stəkan, 2 açıq qəhvəyi rəngli kağız paket aşkar olunmuşdur. Bankada şübhəli şəxs Təqsirləndirilən şəxs əl-barmaq izlərinin olması ehtimalına görə qeyd edilən banka müvafiq qaydada götürülməsi üçün vedrənin yanında yerə qoyulduqda, həmin vedrənin içərisində 1 ədəd açıq qəhvəyi rəngli kağız paketin içərisində yaşıl rəngli spesfik iyə malik olan ot kütləsinin olduğu müəyyən olunmuş və vedrənin içərisindən əlavə olaraq 1 ədəd açıq qəhvəyi rəngli kağız paket aşkar olunmuşdur. Həmin paketə keçirilən baxış zamanı yaşıl rəngli spesfik iyə malik olan ot kütləsi müəyyən olunmuşdur. Qeyd edilən vedrənin içərisindən 1 ədəd balaca stəkan və 1 ədəd banka şübhəli şəxs Təqsirləndirilən şəxs əl barmaq izlərinin olması ehtimalından müfaviq qaydada qablaşdırılması üçün kənara qoyulmuşdur. Həmin yerdə göy rəngli sellofan paket müəyyən olunmuş, həmin paketin içərisində ağ rəngli kristal formalı kütlə aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin azot gübrəsi olmasını və əkib becərdiyi bitkilərə qulluq olunması üçün diblərinə tökdüyünü bildirmişdir. Həmin vedrənin yanında ağ rəngli sellofan paket müəyyən olunmuş və paketə baxış zamanı ağ-qırmızı rəngli qutu aşkar olunmuşdur. Qutuya baxış zamanı yaşıl rəngli spesifik iyə malik ot kütləsi aşkar olunmuşdur. Şübhəli şəxs Şahin Hacıyev həmin kütlələrin əkdiyi çətən bitkilərindən hazırladığını və çəkmək üçün qurutduğunu bildirdirmişdir. Daha sonra, aşkar olunan kütlələr müfaviq qaydada qablaşdırılaraq möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əl barmaq izləri olması ehtimalından aşkar olunaraq götürülmüş 1 ədəd banka içərisində olan spesifik iyə malik yaşıl ot kütləsi digər kağız paketə boşaldılaraq qablaşdırılmışdı. Həmçinin banka və 1 ədəd stəkan da, müfaviq qaydada götürülərək qablaşdırılmışdır. Bundan sonra, ərazidə olan çətənə və oxşar bitkilərə X6 tərəfindən baxış keçirilirmişdir. Aqronom qeyd edilən bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, 1-ci çətənə bitkisinin hündürlüyünün 3,5 metr, 2-ci çətən bitkisinin hündürlüyünün 1,4 metr, 3cü bitkinin hündürlüyünün 2,4 metr, 4-cü bitkinin hündürlüyünün 2,75 metr, 5-ci çətənə bitkisinin hündürlüyünün 1,2 metr olmasını bildirmişdir. Qeyd edilən bitkilər müvafiq qaydada diblərindən çıxarılmaqla, qablaşdırılmışdır. Videokameranın birdəfəlik çəkilişi 29 dəqiqə olduğuna görə video gürüntüdə dayandığından 2-ci çəkilişə başlanılmışdır. Aşkar olunaraq götürülmüş hər birinin içərisində spesifik iyə malik olan yaşıl rəngli ot kütlələri olan 6 ədəd paket 1 ədəd ağ rəngli kisəyə, digər çətənə bitkiləri də kisələrə qoyulmuş, müfaviq qaydada qablaşdırlaraq, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, şərti olaraq İ talada sol tərəfdə kolların arasından cığır olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs iştirakı ilə ətrafa tam, ətraflı baxış keçiriləməsi üçün iştirakçılar ilə birlikdə həmin cığıra daxil olmuşlar. Cığır balaca və çətin keçilən olduğundan Müdafiəçi oradan keçəməsi mümkün olmadığından sonuncu qeyd edilən əraziyə daxil olmaq istəmədiyini bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs də, buna heç bir etirazı olmadığını bildirmişdir. Cığırdan daxil olduqdan sonra sol və sağ tərəflərə başqa cığırların olması müəyyən edilmişdir. İlk olaraq sol tərəf istiqamətində hərəkət olunmuşdur. Cığırın sonunda çətənə bitkilərinin olduğu təxminən 5x5 ölçüdə ərazi aşkar edilmişdir. Şərti olaraq 2-ci talada Təqsirləndirilən şəxs qeyd edilən ərazidə çətən bitkilərinin olmasını və 2020-ci ilin aprel ayında əkdiyini bildirmişdir. Həmin bitkiləri ərazidə olan arxdan şlank vasitəsi ilə su götürməklə sulamışdır. X6 tərəfindən bitkilərə baxış keçirilərkən hər birinə aqrotexniki qaydada qulluq olunduğunu, bitkilərdən 1-ci çətən bitkisinin hündürlüyünün 2,7 metr, 2-ci çətənə bitkisinin hündürlüyünün 2,4 metr, 3-cü bitkinin 2,5 metr, 4-cü çətənə bitkisinin hündürlüyünün 3,1 metr olması müəyyən edilmişdir. Ərazidən aşkar olunaraq götürülmüş 4 ədəd çətən bitkisi diblərindən çıxarılaraq, kisələrə yığılıb qablaşdılıraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Videokameranın birdəfəlik çəklişi 29 dəqiqə olduğuna görə video görüntü dayandırılaraq 3-cü çəkiliş başlanılmışdır. 3-cü çəkiliş şərti olaraq yenidən 1-ci taladan başlanılmışdır. Belə ki, şərti olaraq 1-ci taladan şərti 2-ci talaya daxil olan zaman sağ və sol tərəfə cığırların getməsi aşkar olunuğundan yenidən şərti olaraq 1-ci taladan cığırla gedilmişdir. Cığırda 2 cığırın ayrıldığı müəyyən olunmuşdur. Sağ tərəfə gedən cığırla şərti olaraq 2-ci talaya baxış keçirildiyindən sol cığırla hərəkət edilmişdir. Sol cığırla hərəkət edərək şərti olaraq 3-cü tala aşkar olunmuşdur. Şərti olaraq 3-cü talanın ölçüsü 6x5 metr olması və orada çoxlu sayda çətən bitkiləri müəyyən olunmuşdur. X6 hər bitkiyə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Ərazidə ümumi olaraq 6 ədəd çətən bitkisi aşkar olunmuş, baxış zamanı 1-ci çətən bitkisinin hündürlüyü 3,55 metr, 2-ci çətənə bitkisinin hündürlüyü 1,2 metr, 3-cü çətənə bitkisinin hündürlüyü 1,8 metr, 4-cü çətənə bitkisinin hündürlüyü 2,1 metr, 5-ci çətənə bitkisinin hündürlüyü 3,4 metr, 6-cı çətənə bitkisinin hündürlüyü 2,7 metr olması müəyyən olunmuşdur. Ərazidən aşkar olunaraq götürülmüş 6 ədəd çətən bitkisi diblərindən çıxarılaraq, kisələrə yığılıb qablaşdılıraq götürülmüşdür. Qeyd edilən şərt olaraq 3 taladan ümumilikdə 15 ədəd kol aşkar edilərək götürülmüş və hər bir çətənə bitkisinə aqronom tərəfindən baxış keçirildikdə, bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi, eləcədə torpağın çətənə bitkilərininin yetişməsi üçün münbit olması və torpağa qulluq edilməsi müəyyən edilmişdir. Eyni zamanda, iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd banka, 1 ədəd stəkan, eləcə də içərisində yaşıl rəngli, spesifik iyə malik kütlələr olan 6 ədəd bağlama qablaşdırılaraq götürülmüş və 1 ədəd kisəyə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Siyəzən RPŞ-nin əməkdaşlarının iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsi 10 nömrəli evin İ mənzilində yaşayan Təqsirləndirilən şəxs məxsus evin baxçasına baxış keçirilmiş, baxış zamanı bağçanın aşağı hissəsində böyürtkən kolları ilə əhatə olunmuş qamışlıq bir ərazidə 3 müxtəlif yerdə olmaqla, cəmi 15 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar bitki aşkar olunmuş, bitkilərinən kiçiyinin hündürlüyü 140 sm., ən böyüyünün hündürlüyü 355 sm. olmuşdur. Bitkilərə mütəmadi aqrotexniki qulluq işləri aparılmış, bitkilər həmin ərazidə əkilmiş, suvarılmış, üzvü və qeyri-üzvü maddələr verilməklə becərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-53-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/527 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzası olan 01 (bir) ədəd sintetik torbadakı ağ rəngli polietilen torbanın içərisində 01 (bir) ədəd qırmızı rəngli karton qutuda təmiz çəkisi 161 qram, göy rəngli polietilen bağlamanın içərisində 02 (iki) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 43 qram və 26 qram, 01 (bir) ədəd qəhvəyi rəngli bağlamada təmiz çəkisi 34,6 qram, 01 (bir) ədəd qəhvəyi rəngli bağlamada təmiz çəkisi 290,0 qram; 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə təmiz çəkisi 517,3 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1071,9 qramdır (1kq 71,9qram). Həmçinin, rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazılar və imza olan 05 (beş) ədəd ağ rəngli sintetik torbalardakı sayı 15 (on beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 38 500 qram (38 kq 500qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,3 qram sərf edildikdən sonra marixuananın qalıq çəkisi 1071,6 qram, 0,75 qram səf edildikdən sonra çətənə bitkilərinin qalıq çəkisi 38 499,25 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 69,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-147-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1509 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 96№” dairəvi möhür əksi ilə möhürlənmiş paketdəki təmiz çəkisi 800 qr ağ rəngli xırda dənəvari hissəciklərdən ibarət maddə kütləsinin tərkibində narkotik, psixotrop güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin kütlə ammonium nitratdır (selitra).Tədqiqata 1 qram sərf edildikdən sonra maddənin qalıq çəkisi 799 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-137-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN X1 xx xxxxxx 2020-ci il tarixli, 20/429R nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq əldə edib qablaşdırılması faktı ilə əlaqədar 03 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi (ADİS-in məlumat bankına Siyəzən RPŞ-dən daxil olan) xx xxxxxxxx 1973-cü il tarixdə Siyəzən rayonunda doğulmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X4 Ekspert komissiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2423 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preperatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü, 149-150-ci və 156-157-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli və 24xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında qərarlarından görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1071,6 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və 38499,25 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, 799 qram təşkil edən ammonium nitrat (selitra), həmçinin, 1 ədəd banka və 1 ədəd stəkan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 208-230-cu vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.3-cü maddələrinin tərkibləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Həmçinin qərardan görünür ki, 15-xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünbanında yerləşən evin həyətyanı sahəsinə, həmçinin, xx xxxxxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın və baxışın görüntüləri köçürülmüş 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsi vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 4 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, o, hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(059)-26/2020 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 187-188-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən rayonu İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuannanı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.3-cü maddələrinin tərkibləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1071,6 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 38499,25 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, qalıq çəkisi 799 qram təşkil edən ammonium nitrat (selitra), 1 ədəd banka və 1 ədəd stəkan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 15xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 10 saylı evin 1-ci mənzilinin həyətyanı sahəsinə, həmçinin, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın və baxışın görüntüləri köçürülmüş 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsi vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 4 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1071,6 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 38499,25 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, qalıq çəkisi 799 qram təşkil edən ammonium nitrat (selitra), 1 ədəd banka və 1 ədəd stəkan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 15xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 10 saylı evin 1-ci mənzilinin həyətyanı sahəsinə, həmçinin, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın və baxışın görüntüləri köçürülmüş 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsi vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 4 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-4/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-4/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver