Məhkəmə qərarları › İş №1(059)-41/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-41/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-41/2021 19.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 19 oktyabr 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri, xx xxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 avqust 2020-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixə kimi olan müddət ərzində ümumilikdə on üç dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsd formasında işlədiyi Zərərçəkmiş şəxs1 məxsus olan "xxxx" Firmasının nəzdnində fəaliyyət göstərən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsi ərazisində yerləşən daş karxanasının anbarına və tövləyə qanunsuz daxil olaraq anbardan 2880 manat dəyərində 20 ədəd qara rəngli kapron setkanı, 1200 manat dəyərində 300 metrlik ağ rəngli iki qatlı polietilen plyonkanı, tövlədən isə 180 manat dəyərində 15 ədəd 1,5 metrlik inək bağlamaq üçün nəzərdə tutulan zəncirləri və həmin daş karxanasının həyətindən 4176 manat dəyərində 348 qutu plastmas qapaqlı paslanmayan metaldan hazırlanmış ondulin mıxları (mismarları), 600 manat dəyərində 25 ədəd 6 metrlik dördkünc formalı dəmir əsaslı ərintidən hazırlanmış metal profilləri oğurlamaqla Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 9036 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 16 sentyabr 2020-ci il tarixdə vahid niyyətlə əhatə olunan qəsd formasında həmin dövr üçün işlədiyi Zərərçəkmiş şəxs1 məxsus olan "xxxx" Firmasının nəzdnində fəaliyyət göstərən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsi ərazisində yerləşən daş karxanasının həyətindən 600 manat dəyərində təsərrüfat təyinatını itirmiş iri daşları doğramaq üçün nəzərdə tutulan 300 kiloqram ağırlığında jam adlanan dəmir parçasını oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 28 yanvar 2021-ci il tarixdə saat təxminən 23:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən şəhəri, ünvan 4nda yerləşən yaşayış olmayan evinə pəncərədə kondisionerin quraşdırılması üçün nəzərdə tutulmuş yerdən qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 1 ədəd yerli istehsal olan 2 nəfərlik yataq otağı çarpayısını, 300 manat dəyərində 1 ədəd 3x6 metr ölçüdə, qarışıq rəngli, üzərində güllərdən dekorasiya olunmuş Türkiyə istehsalı olan xalçanı,10 manat dəyərində 1 ədəd baltanı, 20 manat dəyərində 4 ədəd şirniyyat qabını, 20 manat dəyərində 10 ədəd stəkanı, 40 manat dəyərində 8 ədəd vazanı oğurlamış, bundan başqa o, həmçinin 30 yanvar 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində vahid niyyətlə əhatə olunan qəsd formasında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə sonuncuya məxsus, yuxarda qeyd olunan ünvanda yerləşən yaşayış olmayan evinə qapını açmaqla qanunsuz daxil olaraq oradan 350 manat dəyərində ağ rəngli iki kameralı, “Çinar” markalı 1 ədəd soyuducunu, 80 manat dəyərində 80 kvadratmetrlik, iran istehsalı, 1 ədəd qazla işləyən istilik sobasını və 50 manat dəyərində 6 nəfərlik Rusiya istehsalı olan açılıb bağlanan 1 ədəd stolu oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 1070 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 16 sentyabr 2020-ci il tarixdə həmin dövr üçün sürücü işlədiyi Zərərçəkmiş şəxs1 məxsus olan "xxxx" Firmasının nəzdnində fəaliyyət göstərən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsi ərazisində yerləşən daş karxanasının həyətindən 600 manat dəyərində təsərrüfat təyinatını itirmiş iri daşları doğramaq üçün nəzərdə tutulan 300 kiloqram ağırlığında jam adlanan dəmir parçasını oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 30 sentyabr 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində həmin dövr üçün sürücü işlədiyi Zərərçəkmiş şəxs1 məxsus olan "xxxx" Firmasının nəzdnində fəaliyyət göstərən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsi ərazisində yerləşən daş karxanasının həyətindən 150 manat dəyərində 10 ədəd 6 metrlik dördkünc formalı dəmir əsaslı ərintidən hazırlanmış metal profilləri oğurlamaqla zərərçəkmiş şəxsə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən rayonu, Alxanlı kəndində çoban işləyir. Tanıdığı Zərərçəkmiş şəxs1 Siyəzən rayonu, Gil-gilçay qəsəbəsində yerləşən daş karxanasında 2019-cu ildən 2020-ci ilin oktyabr ayına kimi fəhlə işləmiş, həmin müddət ərzində iş bitdikdən sonra karxananın mühafizəsini həyata keçirmişdir. Maddi vəziyyəti pis olduğuna görə işlədiyi daş karxanasından oğurluq etmək qərarına gəlmiş və 20 avqust 2020-ci il tarixdə axşam saatlarında iş vaxtının bitməsi ilə əlaqədar işçilər evə getdikdən sonra, oğurluq üçün uyğun vaxt olduğunu hesab edib, təxminən saat 20:00 radələrində daş karxanasının anbarının qapısı açıq olduğundan oraya getmiş və orada olan torları, yəni ikiqatlı kapron setkaları götürmək qərarına gəlmişdir. Belə ki, karxananın anbarının qapısının açarı Ramil adlı kon sürücüsündə olmuş və sonuncu iş bitdikdən sonra açarları müdirə qaytarsa da, bəzi vaxtlarda qapını bağlamaq yaddan çıxdığından həmin vaxtlarda oradan oğurluq etmişdir. İlk dəfə oradan hər birinin içərisində 21 metr kapron setka olan 4 top kapron setka götürmüş və həmin setkaları karxananın ərazisində yerləşən yeməkxananı işlədən tanışı Qabilə satmaq qərarına gəlmişdir. Belə ki, Qabilin işlətdiyi yeməkxanada mütəmadi olaraq yemək yeyib, karxanadan maaşını aldıqdan sonra sonuncunun borcunu ödəmişdir. Həmin ərəfədə maaşını almadığı üçün Qabilə təxminən 150 manat borcu yaranmış və oğurladığı setkaları sonuncuya sataraq borcunu azaltmaq qərarına gəlmişdir. Bu məqsədlə Qabilə istifadəsində olan mobil nömrədən zəng vurmuş, zəngindən sonra sonuncu karxanaya gəlmiş və o, ona 30 manat pulun müqabilində 2 top kapron setka vermişdir. Həmin vaxt Qabil ondan setkaların oğurluq olub-olmamasını soruşduqda, sonuncuya setkaların oğurluq olmadığını, müdirin ona verdiyini bildirmiş və bundan sonra Qabil həmin 2 top setkanı götürüb aparmışdır. Bu hadisədən təxminən bir gün sonra Qabilin yanına yeməkxanaya gedib 1 top setka aparmış və sonuncuya həmin setkanın pay olduğunu bildirmişdir. Qabil isə 1 top setkanın müqabilində ona iki bakal pivə vermişdir. Sonra isə ümumilikdə 6 dəfə Qabilin yeməkxanasına gedib, hər dəfəsində sonuncuya 1 top setka vermiş, bunun müqabilində hər top setkaya görə Qabil ona olan borcundan 10 manat silib, əlavə olaraq ona 1 bakal pivə vermişdir. Kapron setkaları satdıqdan sonra Qabilə əlavə olaraq 8 ədəd inək zənciri də pay vermişdir. Bundan sonra, Qabilə yenidən kapron setka təklif etsə də, sonuncu almaqdan imtina edərək ona olan borcunu nağd şəkildə ödəməsini istəmişdir. 3-4 gün sonra yenidən Qabilin yanına getmiş və karxananın işə başladığını, ona olan borclarını ödəyəcəyini bildirmişdir. Qeyd edir ki, kapron setka toplarını tək oğurlamış və aparıb Qabilə vermişdir. 2020-ci ilin sentyabr ayının ortalarında karxanada olan dəmir profilləri oğurlamaq qərarına gəlmiş, bu məqsədlə istifadəsində olan mobil nömrədən Gil-Gilçay qəsəbəsində yaşayan, metal qəbulu ilə məşğul olan Təbriz adlı şəxsə zəng edərək ondan metal qəbul edib-etmədiyini soruşduğunda sonuncu ona hər növ metal aldığını bildirmişdir. Təbrizə karxananın ərazisində lazımsız metalların yığıldığını bildirmiş, bundan sonra həmin tarixdə təxminən saat 19:00 radələrində sonuncu özünə məxsus “Qazel” markalı yük avtomobili ilə karxanaya gəlmiş, souncuya verdiyi 5 ədəd dəmir profili ölçükdükdən sonra müqabilində ona 40 manat pul vermiş, habelə onlar birlikdə həmin əşyaları avtomobilə yüklədikdən sonra Təbriz çıxıb getmişdir. Hadisədən 2-3 gün sonra yenidən Təbrizə zəng edib metalların olduğunu bildirmiş və ondan həmin metalları almaq istəyib-istəmədiyini soruşdur. Bu vaxt karxanada olan 5 ədəd dəmir profili Təbrizin maşınına yükləmiş, profillərin əvəzində sonuncu ona 40 manat pul vermişdir. Həmin vaxt Təbrizə həmçinin, 10 manat məbləğində pulun müqabilində 1 top 2 qatlı poletilin plyonka satmışdır. Bu hadisədən 3-4 gün sonra təxminən sentyabr ayının 16-sı Ramil ilə birlikdə karxananın ərazisində olarkən yerdə təsərrüfat təyinatını itirmiş, bir neçə müddət olar, istifadəsiz vəziyyətdə qalan, iri daşların doğranılmasında istifadə edilən təxminən 300 kiloqram ağırlıqda “jam” adlanan dəmir baltanın olduğunu görmüş, sonuncuya həmin dəmir parçasını satmağı təklif etmiş, o da, razılaşmışdır. Ramil həmin dəmirin çəkisinə görə kifayət qədər ağır olduğundan və uzun müddət olar, torpaqda qalmasından onu çıxartmağın çətin olacağını bildirərək, “Kon” adlı yük maşını ilə çıxara biləcəklərini bildirmişdir. Bundan əlavə, Ramil həmin dəmiri Təbrizin ala biləcəyini və sonuncu gəldikdən sonra özünün “Kon” ilə həmin dəmiri maşına yükləyəcəyini qeyd etmişdir. Bu məqsədlə Ramil Təbrizə zəng etmiş və dəmir satmaq istədiyini bildirərək axşam saat 20:00 radələrində firmaya gəlməsini istəmişdir. Həmin gün axşam 20:00 radələrində Ramil “Kon” ilə dəmiri Təbrizin yük avtomobilinə yükləmiş və dəmir əşyanın müqabilində sonuncu Ramilə 60 manat məbləğində pul vermişdir. Bu puldan 10 manatını o, geri qalan 50 manat pulu isə Ramil götürmüş və sonuncu ona maaş alanda 20 manat pul verəcəyini qeyd etmiş və təxminən 3 gün sonra 20 manat pulu ona qaytarmışdır.Bundan sonra təkrarən karxananın həyətində olan dəmir profillərdən oğurlayıb satmaq qərarına gəlmiş, yenidən oğurladığı dəmir profilləri Təbrizə satmış, əvəzində isə sonuncu ona 50 manat pul vermişdir. Həmin vaxt Təbrizə pay olaraq 2 top kapron setka vermiş, sonuncu isə kapron setkaları ona pay olaraq verməsinə baxmayaraq ona əlavə olaraq 10 manat pul vermişdir. Bu hadisədən sonra təxminən 20 sentyabr 2020-ci tarixdə karxananın yaxınlığında olan zavodda işləyən adını sonradan öyrəndiyi Azad adlı şəxsə yaxınlaşaraq dəmir profillər və kapron setkalar təklif etmiş, sonuncu isə Əflatun adlı qohumuna zəng edib bu barədə dedikdə o, gəlib həmin əşyalara baxmaq lazım olduğunu bildirib, həmin əşyaların harada olduğunu soruşduqda ona həmin əşyaların karxanada olmasını bildirmişdir. Bundan sonra, Azadı və Əflatunu karxanaya əşyalara baxması üçün aparmış, sonuncu ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, ona həmin əşyaların oğurluq olmadığını bildirmişdir. Bu vaxt 10 ədəd profil və 2 top kapron setkanı Əflatuna 120 manata, 7 top setkanı isə Azada 70 manata satmağa razılaşmış, habelə, sonuncuların hər birinə 1 qutu mismar pay vermişdir. Həmin vaxt əşyalar karxananın ərazisində qalmış və bir gün sonra Əflatun, eləcə də Azad gəlib həmin əşyaları götürüb, ona 190 manat pul vermişlər. Daha sonra, isə o, daş karxanasının müdiri Zərərçəkmiş şəxs1 Siyəzən RPŞ-yə müraciət edərək karxanadan oğurluq olduğunu bildirməsini eşitmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus karxanadan 2020-ci ilin avqust ayından sentyabr ayının 20-nə kimi olan müddət ərzində oğurluqlar etmiş, oradan ümumilikdə, 25 ədəd profili, 1 top ağ rəngli plyonkanı, 20 ədəd qara rəngli kapron setkanı, Ramil ilə birlikdə təsərrüfat təyinatını itirmiş daş doğramaq üçün istifadə olunan baltanı, 15 ədəd dəmir inək zəncirlərini və 348 qutu mismarları oğurlayıb satmışdır. Oğurladığı əşyalardan 9 top kapron setkanı və 8 ədəd inək zəncirini Qabil adlı şəxsə, 1 top poletilin plyonkanı, 2 top kapron setkanı, 15 ədəd dəmir profili və Ramil ilə birlikdə oğurladığı təsərrüfat təyinatını itirmiş daş doğramaq üçün istifadə olunan baltanı Təbriz adlı şəxsə, 10 ədəd dəmir profili, 9 top kapron setkanı, 2 qutu mismarı isə Əflatun və Azada, digər əşyaları isə yoldan keçən tanımadığı şəxslərə və yük maşını sürücülərinə satmışdır. Həmçinin, o, Zərərçəkmiş şəxs2 yaşadığı evin qonşuluğunda yerləşən evindən də oğurluq etmişdir. Belə ki, 2021-ci ilin yanvar ayının sonlarında çöldə gəzərkən pulu olmadığından, habelə, evinə verilən qaz kəsildiyi üçün oğurluq etmək qərarına gəlmiş və qonşusu Babaqulunun evində heç kim yaşamadığından onun evini oğurluq üçün münasib hesab etmişdir. 28 yanvar 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Babaqulunun evinin hasarından aşaraq evin həyətyanı sahəsinə girmiş, evin kondisioner hissəsi açıq olduğundan həmin yerdən içəri daxil olmuşdur. Bundan sonra, evə baxdığında ilk olaraq iki nəfərlik yataq otağı çarpayısı nəzərinə dəymişdir. Belə ki, çarpayını sökərək yaşadığı evdə odun sobasında yandırmaq fikrinə düşmüş, bu məqsədlə çarpayını xırda vəziyyətə salmaqla sökərək sellofana yığmış, lakin, evdən kondisioner yerindən deyil, evin əsas giriş qapısının və çöl qapının açar hissələrini sındıraraq qapını açıb çıxmışdır. Həmin vaxt evdən əlavə olaraq 1 ədəd qarışıq rəngli, üzərində güllərdən dekorasiya olunmuş xalçanı,1 ədəd baltanı, 4 ədəd şirniyyat qabını, 10 ədəd stəkanı, 8 ədəd vazanı da oğurlamışdır. Daha sonra, 30 yanvar 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində ətrafda heç kimin olmadığını görüb yenə həmin evə qapıdan daxil olmuş, bu dəfə isə evdən soyuducunu, 1 ədəd stolu və qazla işləyən istilik sobasını götürərək çıxmış, həmin əşyaları evinin həyətində yerləşdirmiş və bir gün sonra onları yaşadığı məhəlləyə gəlmiş dəmir alveri ilə məşğul olan şəxsə 67 manat müqabilində satmışdır. Sonradan baş vermiş hadisə ilə əlaqədar polis şöbəsinə dəvət edilmiş və orada olarkən etdiyi əməli etiraf etmişdir. İfadə verərkən ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermişdir. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 Cəmil oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən daş karxanasında “Kon” adlandırılan yükləyici traktor idarə edərkən, Əbdüləli ilə birlikdə yalnız 16 sentyabr 2020-ci il tarixdə “Kon” adlanan traktor vasitəsilə yerdə torpağa batmış vəziyyətdə olan, iri daşları doğramaq üçün nəzərdə tutulmuş, “Jam” adlanan təsərrüfat təyinatını itirmiş dəmir baltanı oğurlamışdır. Belə ki, Əbdüləli ona həmin dəmir baltanı oğurlamağı təklif etdikdə, sonuncu ilə razılaşmış və ona həmin dəmirin çox ağır olması səbəbindən yalnız idarə etdiyi “kon” adlandırılan traktor ilə maşına yükləyə biləcəyini bildirmişdir. Bundan sonra, o, Təbrizə zəng etmiş, sonuncuya dəmir olmasını, onu satmaq istədiyini və həmin dəmiri götürməsi üçün firmanın ərazisinə gəlməsini bildirmişdir. Təxminən sentyabr ayının 16-sı saat 19:00 radələrində müdiri aparıb evə yola salmış və yenidən firmaya qayıtmışdır. Bir qədər sonra təxminən saat 20:00 radələrində Təbriz dəmirlər üçün gəlmiş və o, sonuncuya həmin dəmirin lazımsız olmasını bildirib, idarə etdiyi “kon” adlanan traktor ilə dəmiri Təbrizin gəldiyi “Qazel” markalı maşına qoymuşdur. Təbriz həmin vaxt dəmirin çəkisini ölçmüş və dəmirin əvəzində 60 manat pul vermişdir. Bundan başqa, yalnız 30 sentyabr 2020-ci il tarixdə 10 ədəd dəmir profili dəmir kəsənlə kəsib, iki yerə bölərək təmirlə bağlı yaşadığı evə aparmış, lakin, bu barədə müdirə xəbər verməmiş, bu barədə nə vaxtsa müdir soruşsa, onda ona məlumat verəcəyini fikirləşmişdir. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Gil-gilçay qəsəbəsi ərazisində yerləşən “İmpeksan” firmasının həm direktoru, həm də sahibi olmaqla, hər gün səhər saat 08:30-dan axşam saat 19:00-a qədər firmada olur. Sahibi olduğu firmanın fəaliyyəti inşaat materiallarının alqı-satqısından ibarət olmuş, lakin, hal-hazırda işləməsə də, işlək olduğu vaxtlarda ora həm də daş karxanası kimi də fəaliyyət göstərmişdir. Firmada iş dayandığından orada yalnız o, bir nəfər mühafizəçi Əbdüləli və bir nəfər yükləyici traktor sürücüsü Ramil adlı şəxs işləmişdir. Müraciət etdiyi vaxtdan 1 ay öncə bəzi materialların yerində olmadığını, həmin hadisədən təxminən 20 gün sonra firmanın ərazisində açıq yerdə olan dəmir profillərin sayının azalmasını hiss etmiş, bu barədə Ramildən soruşduğunda, sonuncu məlumatının olmadığını bildirmişdir. Həmin vaxt heç kimə müraciət etməmiş və biraz daha gözləmək qərarına gəlmişdir. Daha sonra, həmin materialların daha da azaldığını gördükdə Siyəzən RPŞ-nə müraciət etmişdir. Polis əməkdaşları firmanın ərazisinə gəlmiş və firmanın həyətinə, eləcə də anbarına baxış keçirmiş, bu vaxt orada müxtəlif növ materialların olmadığını müşahidə etmiş və bu barədə polis əməkdaşlarına bildirmişdir. Firmanın ərazisindən açıqlıqda olan təqribən 600 manat dəyərində 1 ədəd təsərrüfat fəaliyyətini itirmiş, iri daşları doğramaq üçün istifadə olunan dəmir balta (jam), 1 qutusunun qiyməti 4,50 manat olmaqla 348 qutu mismar, hər birinin qalınlığı 2 mm, eni 2 sm, uzunluğu isə 6 metr olan 35 ədəd dəmir profil, firmanın anbarından isə 1 top uzunluğu 300 metr, ağırlığı 55 kiloqram olan polietilen plyonka, 20 ədəd hər birinin uzunluğu 21 metr olan qara rəngli kapron setkalar, firmanın ərazisində olan fermadan isə inəkləri bağlamaq üçün nəzərdə tutulan 15 ədəd zəncir oğurlanmışdır. Hadisə nəticəsində ona təxminən 5000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və onlara ciddi cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, habelə, Siyəzən şəhəri, ünvan 4nda da yaşayış evi vardır. Sonuncu dəfə 2020-ci ilin noyabr ayının sonlarında həmin evdə olmuş və həmin vaxt yaşayış evində hər bir vəziyyət qaydasında olmuşdur. 2020-ci ilin noyabr ayının sonlarından Göygöl şəhərində oğlu Azər yanında olarkən 18 fevral 2021-ci il tarixdə, saat 21:00 radələrində digər oğlu Zəka ona zəng edərək Siyəzən şəhəri, Babək küçəsində yerləşən evə getdiyini, evin qapısının açıq vəziyyətdə olduğunu və oğurluq hadisəsinin baş verməsinin müəyyən etdiyini bildirmişdir. Uzaq yerdə olduğu üçün Siyəzən şəhərinə geri qayıtdıqdan sonra hadisə ilə bağlı polis şöbəsinə müraciət etməyi düşünmüşdür. 06 mart 2021-ci il tarixdə Siyəzən şəhərinə gələrkən əvvəlcə özünə məxsus Babək küçəsində yerləşən evinə getmiş və ora daxil olduqda oğlu Zəkanın bildirdiyi həmin hadisə ilə rastlaşmışdır. Evə baxan zaman yaşayış evindən dəyəri 100 manat olan 1 ədəd qazla işləyən istilik sobasının, dəyəri 50 manat olan 1 ədəd stolun, dəyəri 200 manat olan 1 ədəd 2 nəfərlik yataq otağı çarpayısının, dəyəri 400 manat olan 1 ədəd soyuducunun, dəyəri 150 manat olan 1 ədəd xalçanın, 22 ədəd büllur qablardan hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 20 manat olan 4 ədəd şirniyyat qabının, hər birinin 2 manat olmaqla ümumi dəyəri 20 manat olan 10 ədəd stəkanların, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 40 manat olan 8 ədəd vazanın, dəyəri 10 manat olan 1 ədəd baltanın oğurlandığını, bundan başqa evdə olan kondisionerin sökülərək həyətə atıldığını və evin çöl giriş qapısının və əsas giriş qapısının açar sisteminin sındırıldığını müəyyən etmişdir. Bundan sonra evdən çıxaraq polis şöbəsinə gəlib baş vermiş hadisə ilə bağlı müraciət etmiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Kondisionerin sökülüb yaşayış evinin həyətinə atılması nəticəsində ona 50 manat, 2 ədəd qapının açar hissələrinin sındırılması nəticəsində isə hər birinin dəyəri 15 manat olmaqla ümümilikdə 30 manat məbləğində maddi zərər dəymişdir. Ümumilkdə isə oğurluq nəticəsində ona 990 manat, əmlakının məhv edilməsi nəticəsində isə 80 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş oğurluqda şübhələndiyi şəxs və ya şəxslər olmasa da, ibtidai araşdırmanın gedişatında oğurluğu törədənin Təqsirləndirilən şəxs1 olması ona məlum olmuşdur. Hazırda ona dəymiş 1070 manat zərər ödənilmədiyindən o, Təqsirləndirilən şəxs1 şikayətçidir və sonuncu barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Gil-Gil çay qəsəbəsi yaxınlığında yerləşən AADA-nın 10 saylı xüsusi təyinatlı idarəsində gözətçi işləyir. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarında saat 17:00 radələrində işdə olarkən idarənin içərisində olan kafeyə tez-tez gəlib-gedən, habelə adını Siyəzən RPŞ-də öyrəndiyi Əbdüləli ona yaxınlaşıb satılıq dəmir profil və kapron setka olduğunu dedikdə, sonuncuya həmin idarədə gözətçi işləyən atasının dayısı oğlu Əflatuna bu barədə bildirdikdən sonra cavab verəcəyini qeyd etmiş və o da, razılaşmışdır. Bundan sonra, Əflatuna bir nəfər şəxsin əşyalar satdığını bildirmiş və o, həmin materiallara baxmaq istədiyini qeyd etmişdir. Daha sonra, onlar Əbdüləliyə yaxınlaşıb, materiallara baxmaq istədiklərini bildirdikdə, sonuncu materialları idarənin arxa hasarının çölündə yığdığını ifadə etmişdir. Bundan sonra, o, Əflatun və Əbdüləli birlikdə ora gedib, materiallara baxdıqda onları almaq qərarına gəlmiş və onların oğurluq olub-olmaması barədə Əbdüləlidən soruşmuş, bu zaman sonuncu onlara yan zavodda işlədiyini, materialları maaşının əvəzinə müdirin ona verdiyini, habelə, 1 ədəd dəmir profilin və 1 ədəd kapron setkanın hər birinin ayrılıqda qiymətinin 10 manat olduğunu bildirmişdir. Bundan sonra, 10 ədəd dəmir profil və 2 ədəd kapron setkanı Əflatun, qalan 7 ədəd kapron setkanı isə hasar çəkmək üçün istifadə etmək məqsədilə özü almaq qərarına gəlmiş, hətta, Əbdüəli hər birisinə 1 qutu mismar da pay vermişdir. Əbdüləli kafeyə borcu olduğu üçün pulunu dərhal istədikdə, Əflatun ona hər ikisinin sutkalıq mühafizəçi işlədiklərinə görə materialları saat 19:00 radələrində aparıb, evdən pulunu gətirə biləcəklərini bildirmiş və bu barədə razılaşdıqdan sonra, materiallar həmin yerdə qalmışdır. Əflatun saat 19:00 radələrində materialları aparıb evə qoyması və evdən onun üçün 120 manat pul gətirməsi üçün maşınının açarlarını ona vermiş, o, isə dərhal evə gedib, özü üçün 70 manat və Əflatun üçün isə 120 manat pul gətirmişdir. Əflatun 10 ədəd dəmir profilə və 2 ədəd kapron setkaya görə 120 manat pulu, o, isə setkalara görə 70 manat pulu Əbdüləliyə vermişdir. O, həmin vaxt Əbdüləlinin adını bilməsə də, onu idarələrinin kafesinə tez-tez gəldiyini görmüşdür. 21 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları onu Siyəzən RPŞ-yə dəvət edib aldığı materialların oğurluq olduğunu bildirmiş, məhz həmin məqamda materialları aldığı şəxsin adının Əbdüləli olduğunu öyrənmişdir. Aldığı materialları istifadə etməmiş və onları Siyəzən RPŞ-yə aparıb, təqdim etmişdir. Əbdüləlinin gətirdiyi əşyaların oğurluq olmasından xəbərsiz olmuş, sonuncu həmin materialları zavod işləmədiyi üçün maaşının əvəzinə müdirin ona verdiyini bildirmişdir. Əbdüləli həmin kapron setkaları və dəmir profilləri satarkən tək olmuşdur. Məhkəmə istintaqında digər Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Gil-gil çay qəsəbəsi yaxınlığında yerləşən yol idarəsinin içərisində icarəyə götürdüyü kafeni işlətməyə başlayandan 3-4 gün sonra bir nəfər şəxs ora gəlməyə başlamış, habelə adının Əbdüləli olduğunu və yan zavodda fəhlə işlədiyini bildirmiş, həmçinin, o, demək olar, hər gün günorta saatlarında kafeye gələrək nahar etmişdir. Əbdüləli bəzən səhər və axşam saatlarında da kafeye gəlib yemək yemiş və spirtli içki qəbul etmişdir. İlk gəldiyi təxminən 15-20 gün Əbdüləli yeməyinin hesabını dərhal ödəmiş, həmin vaxtdan sonra isə kafeye gələndə pulunu olmadığını bildirib, nisyə yazmasını istəmişdir. Əbdüləli 3-4 gün yemək yemiş, sonrakı gün isə həmin günlərin hesabını ödəmişdir. Bir müddət sonra Əbdüləlinin borcu 150 manatı keçmiş və o, Əbdüləliyə yemək verməkdən imtina etmişdir. Əbdüləli müdirin ona maaşını vermədiyini, maaşın yerinə ona “tol” yəni, kapron setka verdiyini bildirmiş, əgər lazım olarsa həmin kapron setkadan ona verə biləcəyini, əvəzində isə borcundan silməsini təklif etmiş, o, da təkliflə razılaşmış, pulunun batmasındansa, bəlkə gətirdiyi materialların lazım ola biləcəyini düşünmüşdür. O, Əbdüləlidən həmin setkaların kimə məxsus olduğunu soruşduqda, sonuncu müdirə məxsus olduğunu, maaşının əvəzinə ona verdiyini bildirmişdir. Bundan sonra, 20 avqust 2020-ci il tarixdə Əbdüləli 2 ədəd kapron setka gətirməklə, onların ikisinin bir yerdə qiymətinin 40 manat olduğunu demiş, o, isə baha olduğunu deyib, razılaşmadıqda, Əbdüləli ikisinə görə 30 manat borcundan silməsini istəmiş və o da razılaşaraq borcundan silmişdir. Daha sonra, Əbdüləli 1 ədəd kapron setkanı özü ilə kafeyə gətirərək pay verdiyini bildirmişdir. O, həmin kapron setkanı götürüb əvəzində Əbdüləliyə 2 bakal pivə vermişdir. Bundan sonra, Əbdüləli bir gündən bir ümumilikdə daha 6 ədəd kapron setka gətirib ona vermiş, o, isə razılaşıb hər birinin əvəzinə Əbdüləlinin borcundan 10 manat silmiş və ona pivə vermişdir. Hətta, Əbdüləli həmin kapron setkalardan başqa ona pay kimi 8 ədəd inək zənciri də vermişdir. Əbdüləli yenə də kapron setka gətirə biləcəyini bildirsə də, o, lazım olmadığı üçün istəməmiş, əksinə, Əbdüləlidən pulunu nəğd verməsini tələb etmişdir. Bundan sonra, Əbdüləli 3-4 gün kafeyə gəlməmiş, sonradan yenidən kafeyə gəlib, zavodun artıq işlədiyini, borcunu qısa zamanda verəcəyini qeyd etmişdir. Həmin ərəfələrdə gələndə isə yediyinin hesabını nəğd şəkildə dərhal ödəmişdir. Əbdüləlinin ona verdiyi kapron setkaların oğurluq olmasından xəbərsiz olmuş, Əbdüləli həmin setkaları zavod işləmədiyi üçün maaşının əvəzinə müdirin ona verdiyini bildirmişdir. Əbdüləli kapron setkaları hər dəfəsində ona tək gətirmişdir. O, Əbdüləliyə nağd pul verməmiş, ona olan borcundan 60 manat silmişdir. Əbdüləli onun işlətdiyi kafeyə tək gəlmiş, cəmi 3-4 dəfə səhər saatlarında həmin zavodda işləyən “Kon” sürücüsü Ramillə gəlib pivə içmişdir. Bundan əlavə, Əbdüləli həmin kapron setkaları ancaq günorta saatlarında gətirib ona vermiş, ondan aldığı 8 ədəd inək zənciri və ümumilikdə 9 ədəd qara rəngli kapron setka yaşadığı ünvanda olmuş, onları Siyəzən RPŞ-yə təqdim etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Gil-Gil çay qəsəbəsi yaxınlığında yerləşən X2 idarəsində fəhlə işləyir. Həmin işdən əlavə metal qəbulu ilə də məşğul olur. İşlədiyi idarənin kafesinə tez-tez gəlib-gədən Əbdüləli 2020-ci ilin sentyabr ayının ortalarında tanımadığı nömrədən ona zəng edərək, özünü təqdim etmiş və ondan metal qəbulu ilə məşğul olub-olmadığını soruşmuş o, isə məşğul olduğunu bildirdikdə, Əbdüləli, zavodun ərazisində yığılmış lazımsız dəmirlər olduğunu qeyd etmiş və ondan alıb-almadığını maraqlanmışdır. O, ala biləcəyini bildirib, təxminən saat 19:00 radələrində özünə məxsus “Qazel” markalı avtomobillə zavodun ərazisinə getmiş, həmin vaxt Əbdüləli həmin dəmirlərin lazımsız olduğunu və müdirin xəbəri olduğunu qeyd etmişdir. O da razılaşıb, həmin dəmirləri ölçmüş və 5 ədəd dəmir profilin əvəzində Əbdüləliyə 40 manat vermiş, habelə Əbdüləli ilə dəmirləri maşına yükləyərək oradan getmişdir. Həmin vaxtdan 2-3 gün sonra Əbdüləli yenidən ona zəng vurub, dəmir olduğunu demiş, o, karxanaya getmiş və Əbdüləliəli bu dəfə də dəmirlərin lazımsız olduğunu bildirməklə, onları maşına yükləmişdir. O, bu dəmirləri ölçmüş və 5 ədəd dəmir profilin əvəzində Əbdüləliyə yenə də 40 manat vermişdir. O zaman Əbdüləli 1 top plyonka da gətirib satmaq istədiyini bildirmiş, o, isə ölçmədən plyonkaya görə ona 10 manat pul verib, oradan getmişdir. Yenə həmin vaxtdan 3-4 gün sonra Əbdüləli yenidən ona zəng vuraraq ağır bir dəmir olduğunu qeyd etmiş, o, da zavoda getmiş, habelə orada dəmirin ağır olduğunu dedikdə, Ramil həmin dəmiri traktorla maşına yükləyəcəyini bildirmişdir. O, dəmiri ölçdükdən sonra əvəzində Ramilə 60 manat verib getmişdir. Həmin vaxtdan 2-3 gün sonra Əbdüləli yenidən ona zəng vurub, dəmir olduğunu dedikdə, o, zavoda getmiş, bu dəfə isə Əbdüləlidən 5 ədəd dəmir profil almışdır. Həmin dəmir profilləri ölçüb götürmüş və əvəzində Əbdüləliyə 50 manat pul vermişdir. Əbdüləli həmin vaxt 2 ədəd kapron setka gətirmiş və ona pay olaraq vermişdir. Lakin, o, Əbdüləliyə 10 manat pul vermişdir. 21 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları onu Siyəzən RPŞ-yə dəvət etmiş və ona aldığı materialların oğurluq olduğunu bildirmişlər. O, aldığı materialları artıq metal əritmə zavoduna verdiyini, lakin, 2 ədəd kapron setkanı və 1 top plyonkanı polis əməkdaşlarına təqdim edəcəyini bildirmişdir. Onun aldığı əşyaların oğurluq olmasından xəbəri olmamış, Əbdüləli dəmir metalların lazımsız olduğunu və 2 ədəd kapron setkanı isə zavod işləmədiyi üçün maaşının əvəzinə müdirin ona verdiyini bildirmişdir. Qeyd etdiklərindən əlavə Əbdüləlidən heç bir şey almamışdır. Üçüncü dəfə metal alanda bir ədəd ağır dəmiri yükləyəndə Əbdüləlinin yanında Ramil də olmuş və o dəmiri Ramil traktorla maşına yükləmişdir. Həmin vaxt o, pulu da Ramilə vermiş, lakin üçüncü dəfədən başqa Ramil onun yanında olmamış, Əbdüləli tək olmuşdur. Əbdüləli hər dəfəsində erkən saatlarda zəng edib onunla danışmış və axşam saatlarında gəlməsini istəmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 470D yük markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonlara gedərək dəmir qırıntıları alıb, həmin qırıntıları daha sonra metal qəbulu sexlərinə satmaqla məşğuldur. 31 yanvar 2021-ci il tarixdə dəmir alveri üçün avtomobili ilə Siyəzən rayonuna gəlmiş, təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, Babək küçəsində olarkən Əbdüləli adlı şəxs ona yaxınlaşaraq, dəmir kimi satmağa köhnə soyuducu və qazla işləyən soba olduğunu bildirmişdir. O, həmin əşyaları haradan əldə etməsi barədə maraqlandıqda Əbdüləli ona həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra, o, bu əşyaları tərəzidə çəkərək 1 kiloqramı 20 qəpikdən olmaqla, 67 manat müqabilində almışdır. Bundan sonra, o, bu məsələ ilə bağlı Siyəzən RPŞ-yə dəvət edilmiş və orada olarkən aldığı əşyaların oğurluq olmasını öyrənmişdir. O, Əbdüləlidən həmin əşyaları alarkən tək olmuş, həmin əşyaları sonradan Sumqayıt şəhərində metal əritmə sexinə satmış və həmin əşyalar çoxdan ərintiyə verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli, 6/2292 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ölçüləri 2x4x113,1 sm divarının qalınlığı təxminən 2,0 mm olan 1 ədəd dördkünc formalı metal profil dəmir əsaslı ərintidən hazırlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 134-136-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2020-ci il tarixli, 9/4623 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin, 20 avqust 2020-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək olan müddət, Mərkəzin fiziki-kimyəvi ekspertizalar şöbəsinin 20 noyabr 2020-ci il tarixdə verilmiş 6/2292 nömrəli ekspert rəyinin nəticələrini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri bir metr eni 140 sm qara rəngli iki qatlı kapron setka üçün təxminən 6 manat, bir metr eni 120 sm aq rəngli iki qatlı polietilen plyonka üçün 4 manat, 1 qutu plastmas qapaqlı paslanmayan metaladn hazırlanmış ondulin mıxlar (qutunun üzərində 400 ədəd göstərilib) üçün 12 manat, bir metr ölçüləri 2x4 x113,1 sm, divarının qalınlığı təxminən 2,0 mm olan dördkünc formalı dəmir əsaslı ərintidən hazırlanmış metal profil üçün 2,50 manat müəyyən edilmişdir. Həmçinin, rəydən görünür ki, müvafiq markalanma və Mərkəzdə şərait olmadığından bir top kapron setkanın və bir top polietilen plyonkanın uzunluğunu müəyyən etmək mümkün olmadığından onlar üzrə qiymət bir metr üçün verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 133-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 217-218-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 9/1301 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən tədqiqat obyektlərinin, 2020-ci ilin noyabr ayının sonlarından 18 fevral 2021-ci il tarixədək olan müddətə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablanma yolu ilə 1 ədəd qazla işləyən 80 kvadrat metrlik, 10 il bundan öncə alınmış, işlək vəziyyətdə, İran istehsalı istilik sobası təxminən üçün 80 manat, 1 ədəd 4 il bundan əvvəl alınmış Çinar markalı, yerli istehsal, hündürlüyü 180 sm eni isə, 60 sm, işlək vəziyyətdə, ağ rəngli, ümumiyyətlə istifadə olunmamış və 2 kameralı olmuş soyuducu üçün 350 manat, 1 ədəd təzə, təxminən 2 ildir ki, alınmış, istifadə olunmamış, Türkiyə istehasalı, eni 3 metr, uzunluğu isə 6 metr, qarışıq rəngli, üzərində güllərdən əhatə olunmuş dekorasiya olmuş xalça üçün 300 manat müəyyən edilsə də, 1 ədəd təxminən 30 il öncə alınmış, içərisi açılıb-bağlanan, 6 nəfərlik, işlək vəziyyətdə və Rusiya istehsalı olmuş stol, 1 ədəd qəhvəyi rəngli, yerli istehsal, istifadəyə yararlı, taxtadan olmuş 2 nəfərlik yataq otağı çarpayısı, Çexiya və Rusiya istehsalı olmaqla, az istifadə olunmuş 4 ədəd şirniyyat, 10 ədəd stəkan və 8 ədəd vaza olmuş, təxminən 30 il bundan öncə alınmış 22 ədəd büllur qablar, 1 ədəd iri həcmli balta qiymətləndirilməsi üçün tədqiqata təqdim edilmədiyindən habelə göstərilən tədqiqat obyektlərinin faktiki ekspert baxışı keçirilmədən, konkret adı, modeli, əmtəə görünüşü, ölçüləri, yararlılığı, texniki göstəriciləri, hansı vəziyyətdə olması barədə mənəvi və fiziki məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 216-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 250-251-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli, 9/3339 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhəində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilən əvvəllər istismarda olmuş bir metr inək bağlamaq üçün istifadə olunan zəncir hazırkı işlənmiş vəziyyətdə, 2020-ci ilin avqustoktyabr ayları ərzində, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 8,00 manat müəyyən edilmişdir. Həmçinin, rəydən görünür ki, qərarın təsviri hissəsində göstərilən təsərrüfat fəaliyyətini itirmiş dəmir balta maddi sübut qismində Mərkəzə təqdim edilmədiyinə görə, ekspert baxışı keçirilmədən faktiki olaraq onun markası, modeli, təyinatı, ölçüləri, texniki göstəricilər, tərkibi, yararlılığı, hansı vəziyyətdə olması və istismar müddəti barədə məlumat olmadığından onun qiymətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 249-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 1-19-cu vərəqələrində olan 29 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də işin İ cild 141, 145-ci səhifələrdəki ərizə və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 2 nəfərlik yataq otağı çarpayısına aid 12 ədəd taxta parçaları maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilsə də, maddi sübut kimi tanınmış 20 ədəd qara rəngli kapron setkalar, 01 ədəd iki qatlı polietilen plyonka, 08 ədəd inək zənciri və 20 ədəd dəmir profillər Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 159-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 fevral 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin bu cildinin 160-164-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 1(059)- 11/2015 saylı hökmünün surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə, 3 il müddətinə azadlıqdan məhrum edilmiş, həmçinin 16 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş Təqsirləndirilən şəxs1 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 158-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 178-ci səhifəsində olan Siyəzən RPŞ-nin 06 mart 2021-ci il tarixli, 183-2597-1221 nömrəli məktubundan, eləcə də bu cildin 179-cu səhifəsindəki eyni tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 mart 2021-ci il tarixdə Siyəzən rayonu, Alxanlı kəndinin ərazisində tutularaq RPŞ-nin MSYyə təhvil verilmişdir. Cinayət işinin İ cild 198-199-cu vərəqələrindəki 08 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Qasımov X1 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 64-66-cı vərəqələrində olan 27 iyun 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 203-206-cı vərəqələrində olan arayış, xasiyyətnamədən, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, müvafiq olaraq ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2, eləcə də himayəsində 14 aprel 2008-ci il təvəllüdlü Rəhimə və 20 noyabr 2012-ci il təvəllüdlü Əli adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər tərəfindən tərtib olunmuş ərizələrdən görünür ki, dəymiş zərər tam şəkildə ödənildiyinə görə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığı halda, digər Zərərçəkmiş şəxs2 ona dəymiş 1070 manat zərər ödənilmədiyindən Təqsirləndirilən şəxs1 şikayətçi olmaqla, sonuncu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, həmçinin Təqsirləndirilən şəxs1 saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ümumi zərərin qismən ödənilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun barəsində şikayət daxil olmamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq saxlanc yerinə daxil olmaqla, xeyli miqdarda talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 06 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, zərərin ödənilməsini, həmçinin onun barəsində şikayət daxil olmamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 20 ədəd qara rəngli kapron setkalar, 01 ədəd iki qatlı polietilen plyonka, 08 ədəd inək zənciri və 20 ədəd dəmir profillər Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməli, maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 2 nəfərlik yataq otağı çarpayısına aid 12 ədəd taxta parçaları hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 20 ədəd qara rəngli kapron setkalar, 01 ədəd iki qatlı polietilen plyonka, 08 ədəd inək zənciri və 20 ədəd dəmir profillər Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 2 nəfərlik yataq otağı çarpayısına aid 12 ədəd taxta parçaları hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan cəmi 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar