Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-44/2020 15.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə təxminən saat 04:00 radələrində Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” marketə həmin marketin qapısının şüşəsini sındırmaqla, qanunsuz daxil olaraq kassa aparatının içərisindən 310 manat nəğd pul, satıcının masası üzərində olan plastmas qutunun içərisindən qəpiklər formasında 50 manat olmaqla, ümumilikdə 360 manat nəğd pulu və siqaretlər satılan piştaxtadan 12 manat dəyərində 4 qutu “Winston XS” markalı siqaretləri oğurlayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 372 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xatırladığı qədəri ilə təxminən 2018-ci ildən etibarən bir neçə dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstənasında əsəbləri ilə əlaqədar müalicə almış, sonuncu dəfə 2020-ci ilin mart ayında müalicə məqsədilə orada olmuş, xx xxxx 2020-ci il tarixdə isə evə buraxılmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Siyəzən şəhər sakini kimi tanıdığı, aralarında normal münasibətlər olan Şahid1 ilə sonuncunun yaşadığı evin qarşısında görüşmüş, xəstəxanadan evə gəldiyi gündən etibarən bütün gün Şahid1 ilə birlikdə olmuş, yalnız yatan vaxtı ayrılıb, hərəsi öz evinə getmişdir. Oğurluq etmək qərarını isə birlikdə vermiş, oğurluq üçün də münasib yer kimi, Etibarın yaşadığı evin yaxınlığında yerləşən “Məhəllə” marketi seçmişlər. Həmin marketin videomüşahidə kameralarının olduğunu bildikləri üçün, həmin yerdən maska və əlcək taxmaqla oğurluq etmək qərarına gəlmişlər. Daha sonra, gecə təxminən saat 04:00 radələrində Etibarın yaşadığı evin qarşısına gəlmiş və sonuncu ona yaşadığı evdən əlcək və maska vermiş, özü isə müşahidə kameralarının əhatə dairəsindən kənarda dayanaraq ağacların arxasında gizlənmişdir. O, maska və əlcəyi taxıb, mağazanın qapısına yaxınlaşmış, mağazanın qapısının şüşə hissəsini oralarda yerdən tapdığı dəmir parçası ilə sındırıb içəriyə daxil olmuş, orada videomüşahidə kameralarının olduğunu əvvəlcədən bilsə də, üzündə maska olduğu üçün üzünün kameralara düşməyəcəyindən əmin olmuşdur. Mağazaya daxil olaraq əvvəlcə kassaya yaxınlaşmış, kassanı açıb oradan 310 manat nağd kağız pulları, satıcının masası üzərində plastmas qutunun içərisində olan qəpikləri və qutunu götürərək, içərisindəki qəpikləri sellofan torbaya tökərək götürmüşdür. Daha sonra, cibində siqareti olmadığı üçün siqaretler satılan piştaxtaya nəzər yetirərək, əlini uzadıb, oradan 4 qutu “Winston” markalı siqaretləri götürmüşdür. Bundan sonra, mağazadan başqa hər hansı bir əşya götürməyərək mağazadan girdiyi yol ilə çıxmışdır. Bir qədər getdikdən sonra Etibar ilə görüşmüş, mağazadan oğurladığı pulları Etibarla yarıyarıya bölmüşdür. Daha sonra, bir xeyli getdikdən sonra izi itirmək məqsədilə oğurluqda istifadə etdiyi əlcəkləri, maskanı və dəmir aləti tullamışdır. Həmin əlcəkləri və maskanı hara tulladığını isə dəqiq xatırlamır. Bundan sonra, o, Etibarla sağollaşıb yaşadığı evə gələrək yatmış, səhəri gün həmin mağazadan oğurladığı pulların ona çatan hissəsini müxtəlif yerlərə öz təlabatı üçün xərcləmiş, siqaretləri isə tədricən çəkib qurtarmışdır. Belə ki, oğurladığı həmin pullardan özü üçün müxtəllif mağazalardan ayaqqabı, geyim əşyaları və sair əşyalar almışdır. Daha sonra, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında yenidən Şahid1 ilə Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində rastlaşmış və birlikdə taksiyə əyləşərək taksidə Siyəzən şəhərinin küçələrini gəzərək B.Səfəroğlu küçəsinə gəlib çatmışlar. Həmin ərəfərlərdə müalicədən qayıtdığı üçün güclü baş ağrıları olmuş, Etibara 15 manat pul verərək ona dərman almasını xahiş etmişdir. Bundan sonra, Etibar maşından düşmüş və Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsi istiqamətində getmişdir. Bir neçə dəqiqədən sonra Etibar geri qayıdaraq taksiyə əyləşib, ona 14 manat pulu geri qaytarmışdır. Etibar ona dərman ala bilmədiyini, cibində pulu az olduğu üçün, onun Etibara verdiyi puldan 1 manat götürərək özü üçün siqaret aldığını bildirmişdir. Daha sonra, onlar taksi ilə yaşadığı evdən bir iki məhəllə aralıdakı məhəlləyə gəlmişlər. Taksidən düşdükdən sonra o, Etibara saçını düzəltdirmək üçün bərbərə gedəcəyini bildirmiş və onunla sağollaşmışdır. Bundan sonra, evə gəldiyində əmisi Şahid4 ondan oğurluq edib-etmədiyini soruşmuş, o, isə əmisinə əvvəlcə oğurluq etmədiyini bildirmişdir. Daha sonra, əmisi Şahid4 ona “Məhəllə” marketə gedib müşahidə kameralarına baxdığını və kamera görüntülərində olan şəxsin yerişinin onun yerişinə oxşadığını, həmçinin Şahid1 az əvvəl “Məhəllə” marketə gedərək, orada marketin sahibinin oğlu olan Xəyyam ilə görüşərək Xəyyama onun taksi ilə gəzməsi və pul xərcləməsi barədə məlumat verdiyini bildirmişdir. O, əmisi Şahid4 bu sözlərindən sonra Etibarın az öncə taksidən düşüb getdiyi vaxt “Məhəllə” marketə getdiyini və oğurluq etməsi barədə Xəyyama məlumat verdiyini başa düşmüşdür. O, Etibarın bu hərəkətindən hirsələnərək hər şeyi danışmaq qərarına gəlmiş, oğurluğu tək deyil, Şahid1 ilə birlikdə törətdiyini bildirmişdir. Daha sonra, əmisi Şahid4 bu barədə polisə özü məlumat vermiş və polis əməkdaşları Etibarla onu şöbəyə aparmışlar. Daha sonra, Siyəzən RPŞ-də hər şeyi olduğu kimi etiraf etsə də, Etibar törətdiyi əməlini etiraf etməmişdir. Siyəzən RPŞ-nin CABnin rəisi Şahid3 ona izahatında oğurluğu tək törətdiyini və həmin oğurluqda Etibarın iştirak etmədiyini yazmağı tapşırdığından qorxduğu üçün ilkin izahatında oğurluq hadisəsini tək törətdiyini yazmışdır. Amma, əslində həmin oğruluq cinayətindən Etibarın da xəbəri olmuş və ona mağazaya girmək üçün maska və əlcəyi Etibar vermişdir. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsməhkəmə baxış iclasında ifadəsində bildirdi ki,hazırda Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” market adlı mağazanı işlədir. O, 30 mart və xx xxxx 2020-ci il tarixlərdə Siyəzən RPŞ-yə müraciətlər etmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 23:00 radələrində mağazanın qapısını bağlayıb evə getmiş, xx xxxx 2020-ci il tarixdə isə təxminən saat 08:00 radələrində mağazanı açarkən oranın qapısının şüşəsinin sındırıldığını, qapının isə açıq olduğunu görmüşdür. Mağazaya daxil olub baxış keçirən zaman naməlum şəxs və ya şəxslərin mağazanın qapısının şüşəsini sındırmaq yolu ilə mağazaya daxil olduqlarını və kassadan pul oğurlandığını müəyyən etmişdir. Daha sonra, baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə məlumat vermişdir. İlkin məlumat verdiyi zaman mağazadan konkret olaraq hansı məbləğdə pulun və hansı əşyaların oğurlandığını müəyyən edə bilməmişdir. Kassaya ilk vaxtlar gözə yarı baxış keçirdiyi zaman oradan 90 manat pulun oğurlandığını müəyyənləşdirdiyindən ilkin müraciəti zamanı mağazadan 90 manat pulunun oğurlandığını bildirmişdir. Polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub bitdikdən sonra mağazadan hansı əmlakların və hansı məbləğdə pulun oğurlandığını yenidən müəyyənləşdirməyə başlamış, nəticədə oradan 90 manat deyil, 50 manatı qəpiklər formasında, qalanı isə kağız pul formasında olmaqla, ümumilikdə 360 manat nağd pulun və 4 ədəd “Winston XS” markalı siqaretlərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra, Siyəzən RPŞ-yə gedərək xx xxxx 2020-ci il tarixdə yenidən ərizə yazaraq ona məxsus mağazadan 360 manat nağd pulun və 4 ədəd “Winston XS” markalı siqaretlərin oğurlanması barədə məlumat vermişdir. Bundan sonra, aparılmış araşdırmanın nəticəsi olaraq, ona mağazadan oğurluq etmiş şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hazırda ona dəymiş zərərin tam ödənilməsinin, habelə Təqsirləndirilən şəxs qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ilə yaxın müddət olar, Siyəzən şəhər sakini kimi tanıyır. Bundan əlavə, onların arasında normal münasibətlər olmuş və sonuncu ilə hər hansı ədavət və düşmənçilikləri olmamışdır. xx xxxx 2020-ci il tarixdə axşam təxminən saat 19:00 radələrində yaşadığı evin qarşısında dayanıb od yandırmış, odun ətrafında dayandığı zaman Təqsirləndirilən şəxs yaşadığı evə gəlib qapını döyərək onu çağırmışdır. Elnur onu axtarsa da, onun odun ətrafında dayandığını görməmişdir. Bu zaman Elnura səslənərək, nə istədiyini soruşduğunda sonuncu sanitar qovşağa getmək istədiyini bildirmiş, o, isə Elnura sanitar qovşağın evin içində olduğunu deyərək, gedib kənarda öz təbii ehtiyacını ödəməsini məsləhət görmüş, sonuncu da oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmin gün o, bir daha Təqsirləndirilən şəxs ilə rastlaşmamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında küçəyə çıxdığında isə evlərinin yaxınlığında yerləşən “Məhəllə” marketdən gecə saatlarında oğurluq olduğunu öyrənmişdir. Daha sonra, həmin marketin yaxınlığında dayanarkən Təqsirləndirilən şəxs Vasif adlı əmisinin həmin marketə getdiyini, daha sonra, marketdən çıxıb gedərkən, həmin marketin sahibi olan Zərərçəkmiş şəxs Xəyyam adlı oğluna “görüm Elnuru haradan tapıram” dediyini eşitmişdir. Həmin gün günorta saatlarında saatını dəqiq xatırlmadığı vaxtda Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində piyada gəzdiyi zaman təsadüfən Təqsirləndirilən şəxs ilə rastlaşmış və söhbət zamanı Elnura əmisi Vasifin onu axtardığını bildirdikdə, sonuncu ondan əmisi Vasifin onu niyə axtardığını soruşmuş, o, isə bu barədə məlumatının olmadığını söyləmişdir. Daha sonra, Elnur ondan əmisi Vasifi harada gördüyünü soruşmuş, o, isə əmisini evlərinin yanında yerləşən “Məhəllə” marketdən çıxarkən gördüyünü bildirmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs ona həmin marketdən gecə oğurluq olduğunu deyərək, bu barədə məlumatının olub-olmamasını soruşmuşdur. O, isə cavabında Elnura həmin marketdən oğurluq olmasını bir neçə saat əvvəl öyrəndiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs birlikdə piyada evə getməyi təklif etmiş, sonuncu isə cavabında əmisigilin onu axtardığını deyərək, taksi ilə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs həmçinin söhbət zamanı özü üçün təzə paltarlar aldığını və həmin paltarları düzəltmək üçün dərziyə gedəcəyini bildirmişdir. Beləliklə, onlar birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsindən Siyəzən şəhər sakini kimi tanıdıqları Əkbər adlı şəxsin idarə etdiyi Vaz 21011 markalı taksiyə əyləşərək Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi istiqamətində gəlmişlər. Maşında olduqları zaman Elnur ona güclü baş ağrılarının olduğunu deyərək, aptekdən dərman almaq məqsədilə 15 manat pul vermişdir. Bundan sonra, o, taksidən düşərək Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsi istiqamətində piyada gedib, “Məhəllə” marketə gəlmişdir. “Məhəllə” marketin qarşısında həmin marketin sahibi olan Zərərçəkmiş şəxs oğlu Xəyyamı görmüş, sonuncunu kənara çəkərək, ona Təqsirləndirilən şəxs taksilərdə gəzdiyini və özü üçün təzə paltarlar alıb pul xərclədiyini deyərək, Xəyyamdan Elnurun əmisi Vasifə bu barədə məlumat verməsini xahiş etmişdir. Daha sonra, o, Xəyyamla sağollaşaraq marketə daxil olmuş, oradan özündə olan 1 manat pulun üzərinə Təqsirləndirilən şəxs ona verdiyi 15 manat puldan 1 manat da götürüb qoyaraq özü üçün siqaret almış, yerdə qalan 14 manat pulu isə Təqsirləndirilən şəxs qaytarmışdır. Daha sonra, onlar həmin taksi ilə Təqsirləndirilən şəxs yaşadığı evdən bir iki məhəllə kənarda taksidən düşmüş və sonuncu saçını qırxdırmaq məqsədilə yaxınlıqda olan bərbərə gedəcəyini bildirmişdir. Bundan sonra, Elnur ona soruşan olsa, onu görmədiyini deməsini tapşırmışdır. Daha sonra, onlar sağollaşmış, o, isə yaşadığı evə gəlmişdir. Axşam saatlarında yaşadığı evin qapısı döyülmüş, qapını açdığında gələn şəxsin Elnurun əmisi Şahid4 olduğunu görmüşdür. Şahid4 ona “Elnurla oğurluqda əlin var?” deyərək müraciət etmişdir. O, isə Şahid4 Elnurun oğurluq etməsindən məlumatlı olmadığını bildirmişdir. Şahid4 yenidən ondan Elnura siqaret verib vermədiyini soruşduqda, o, Elnura siqaret vermədiyini bildirmişdir. Daha sonra, Vasif ona polisə zəng vuracağını və həmin oğurluqda kimlərin günahkar olub-olmamasını polislərin araşdıracağını qeyd etmişdir. Bundan sonra, polis əməkdaşları yaşadığı ünvana gələrək, onu həmin oğurluq hadisəsində əlaqəsinin olub-olmamasını müəyyən etmək üçün Siyəzən RPŞ-yə dəvət etmişlər. Daha sonra, onun orada izahatı alındıqdan və həmin oğruluq hadisəsində iştirakının olmadığı müəyyən olunduqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, onların atası Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” marketləri vardır. O, həmin marketin işlərinin idarə olunmasında atasına köməklik edir. xx xxxx 2020-ci il tarixdə onlar səhər saatlarında mağazanı açmaq istədikləri zaman oranın qapısının şüşəsinin sındırıldığını, qapının açıq olduğunu görmüşdür. Onlar mağazaya daxil olub baxış keçirərkən naməlum şəxs və ya şəxslərin mağazanın qapısının şüşəsini sındırmaq yolu ilə mağazaya daxil olduqlarını və kassadan pul oğurlandıqlarını müəyyən etmişlər. Daha sonra, atası Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi ilə bağlı Siyəzən RPŞ-yə məlumat vermişdir. Gün ərzində o, mağazada oturub mağazanın videmüşahidə kamerasının yaddaş görüntülərinə baxaraq oğurluğu törətmiş şəxsin kimliyini özlüyündə aydınlaşdırmağa, həmin şəxsi tanımağa çalışmışdır. Lakin, həmin oğurluq etmiş şəxsin üzündə maska olduğu üçün onun kim olduğunu aydınlaşdıra bilməmişdir. Həmin gün mağazada olarkən Siyəzən şəhər sakini kimi tanıdığı və aralarında normal münasibətlər olan Şahid4 mağazaya daxil olmuşdur. O, Şahid4la görüşdükdən sonra, sonuncu da mağazadan oğurluq olması barədə məlumat eşitdiyini bildirmiş və ondan hadisəni törədən şəxsin məlum olub-olmadığını soruşmuşdur. O, da Şahid4 oğurluğu törədən şəxsin kamera görüntülərinə düşsə də, üzündə maska olduğu üçün tanıya bilmədiyini qeyd etmiş və onlar birlikdə həmin görüntülərə baxarkən Vasif görüntülərdəki şəxsin hərəkətlərindən qardaşı oğlu Elnura çox oxşadığını bildirmişdir. Daha sonra, onlar sağollaşərkən, Vasif Təqsirləndirilən şəxs evdə olmadığını deyərək “görüm haradan tapa bilirəmsə, tapım bir söhbət edim” deyərək çıxıb getmişdir. Bundan sonra, günortadan bir qədər keçmiş o, mağazanın qarşsında dayandığı zaman onların mağazasının yanında yaşayan Şahid1 ona yaxınlaşaraq, onu kənara çəkib, Təqsirləndirilən şəxs Siyəzən şəhərinin içərisində taksi ilə gəzdiyini, özünə yeni paltarlar aldığını və pul xərclədiyini bildirmişdir. Elnurun əmisi Şahid4 Elnuru axtardığına görə bu barədə Vasifə xəbər verməsini xahiş etmişdir. Daha sonra, o, bu barədə Şahid4 məlumat vermiş, axşam saatlarında isə Şahid4 qardaşı oğlu Təqsirləndirilən şəxs və Şahid1 barədə polisə məlumat verdiyini və araşdırma aparılması üçün polislərin həmin şəxsləri Siyəzən RPŞ-yə apardıqlarını və ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etdiyini öyrənmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı oğlu olmaqla, sonuncu bir neçə dəfə əsəbləri ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstənasında müalicə almış, sonuncu dəfə isə xx xxxx 2020-ci il tarixdə müalicədən qayıtmışdır. O, Zərərçəkmiş şəxs Siyəzən şəhər sakini kimi tanımış və sonuncu ondan yaşda xeyli böyük olduğu üçün, əsasən Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə yaxın münasibətləri olmuşdur. X1 şəhəri, H.Əliyev küçəsində marketləri var və Xəyyam marketin idarə olunmasında atası Zərərçəkmiş şəxs köməklik edir. O da gün ərzində bir-iki dəfə həmin marketə alış-veriş etmək üçün daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə həmin marketə girdiyi zaman Xəyyamın da orada oturub müşahidə kameralarına baxdığını görmüş və onunla görüşdükdən sonra Xəyyam marketdən oğurluq olduğunu, oğurluğu törətmiş şəxsin müşahidə kameralarına düşdüyünü bildirərək, ona həmin görüntüləri göstərmiş, həmçinin ondan həmin adamı tanıyıb-tanımadığını soruşmuşdur. O, isə həmin görüntülərə baxdığında oğurluq edən şəxsin üzündə maska olduğu üçün həmin şəxsin kim olduğunu təyin edə bilməmişdir. Lakin, oğurluq edən şəxsi mağazaya daxil olarkən və mağazadan çıxdıqdan sonra qaçmağından, eləcə də yerişindən onu qardaşı oğlu Təqsirləndirilən şəxs bənzətmiş və bu barədə Xəyyama bildirmişdir. Mağazadan çıxıb söhbət etdikləri zaman Şahid2 tam əmin olmaq üçün gedib Təqsirləndirilən şəxs tapıb onunla söhbət edəcəyini və əgər görüntülərdə olan şəxsin Təqsirləndirilən şəxs olması təsdiqlənəcəyi halda, sonuncunu polisə özünün təhvil verəcəyini bildirmiş və Xəyyamla sağollaşaraq oradan getmişdir. Daha sonra, Xəyyam ona həmin marketin düz yanında yaşayan Şahid1 adlı şəxsin yanına gələrək, ona Elnurun taksilərdə gəzdiyini, pul xərclədiyi barədə məlumat verməsini qeyd etmişdir. Sonradan axşam saatlarına yaxın o, Təqsirləndirilən şəxsla görüşmüş və söhbət zamanı o, sonuncudan Məhəllə marketdən oğurluq edib-etmədyini soruşduqda, Elnur əvvəlcə hər hansı oğurluq əməli törətmədiyini bildirmişdir. Daha sonra, o, onun Etibar adlı dostunun Xəyyamın yanına gedərək, sonuncuya onun barəsində məlumat verdiyini, həmçinin görüntülərə şəxsən özünün baxıdığını, oğurluğu törədən şəxsin hərəkətlərindən onun hərəkətlərinə oxşadığını bildirdiyində, Elnur ona törətdiyi əməlini etiraf etmişdir. Elnur həmçinin, oğurluq əməlini tək deyil, Şahid1 ilə əvvəlcədən planlaşdıraraq törətdiyini, oğurluq zamanı istifadə etdiyi əlcək və maskanı ona sonuncunun verdiyini, mağazaya özünün tək girdiyini Etibarın isə kənarda dayanıb onu gözlədiyini eləcə də, oğurladığı pul və siqaretdən sonuncuya da, verdiyini söyləmişdir. Bundan sonra o, Şahid1 yaşadığı evin qarşısına gələrək sonuncunu bayıra çağırmış və ondan Təqsirləndirilən şəxs oğurluq etməsi üçün maska verib-verməməsini, həmçinin, Elnurun oğurluq nəticəsində əldə etdiyi puldan və siqaretlərdən ona veribverməməsini soruşmuşdur. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs oğurluq törətməsindən xəbəri olmadığını, ona əlcək və maska vermədiyini bildirdikdə o, sonuncuya hər şeyin polis əməkdaşları tərəfindən araşdırılacağını bildirmişdir. Daha sonra, polisə məlumat verərək, hər iki şəxsin araşdırma aparılmasından ötrü saxlanılaraq RPŞ-yə aparılmalarına köməklik göstərmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən RPŞ-nin cinayət axtarış bölməsinin bölmə rəisi Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə Siyəzən rayon Polis Şöbəsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə ona məxsus Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” marketin qapısının şüşəsini sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olaraq mağazadan pul və siqaret oğurladığını bildirmişdir. Daxil olmuş müraciət əsasında hadisə yeri müayinə olunmuş və marketin videomüşahidə kameralarının yaddaşında olan görüntülərə baxış keçirilmişdir. Həmin görüntülərə baxış keçirilən zaman və əldə olunan əməliyyat məlumatına əsasən qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli olan şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan başqa, onun ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün və xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə olmuş, oğurluq baş vermiş mağazanın yaxınlığında yaşayan və eyni tarixdə mağaza sahibinin oğlu Şahid2 yaxınlaşaraq ona Təqsirləndirilən şəxs Siyəzən şəhəri ərazisində taksilərdə gəzməsi, özü üçün yeni paltarlar alıb pul xərcləməsi barədə məlumat vermiş Şahid1 da, Təqsirləndirilən şəxs ilə birlikdə tərəfindən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs ilkin izahatı zamanı görüntülərdə olan şəxsin özünün olduğunu, həmin oğurluq hadisəsini özünün törətdiyini və Şahid1 həmin oğurluq hadisəsindən əvvəlcədən məlumatlı olmadığını və həmin oğurluğun törədilməsində iştirak etmədiyini bildirmişdir. Həmçinin, izahatı alınmış Şahid1 da Təqsirləndirilən şəxs izahatına analoji izahat verməklə, sonuncunun izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında və şahid qismində verdiyi ifadəsində həmin oğurluq hadisəsini tək törətməsini bildirsə də, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra oğurluğun törədilməsində Şahid1 da ona köməklik göstərməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs Şahid1 adını ilkin izahatında qeyd etmək istəsə də, onun təzyiqi ilə yazmaması barədə xüsusata gəldikdə isə bu tamamilə yalandır. Həmçinin o, Təqsirləndirilən şəxs ilkin izahatı vaxtı sonuncuya təkidlə, oğurluq hadisəsini onun özünün tək törətməsini yazdırmışdırsa, sonradan Elnur cinayət işi üzrə şahid qismində ibtidai istintaqa sərbəst ifadə verərəkən bu barədə hər hansı söz deməmiş, yalnız ona rəsmi ittiham elan olunduqdan sonra bu barədə ifadəsində qeyd etməsi maraq doğurmuşdur. Bundan əlavə, tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 üzərində qanunsuz narkotik vasitə saxlayıb gəzdirdiyinə görə tutulmuş və barəsində cinayət işi başlanılaraq ibtidai istintaq aparılmışdır. Eyni zamanda, Şahid1 narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsinə görə tutularaq ibtidai istintaqa cəlb olunması onun tərəfindən sonuncuya görə Təqsirləndirilən şəxs təzyiq göstərilməsi xüsusatının təkzib olunması üçün yetərli faktdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/794 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 1 qutu “Winston XS” markalı siqaretin, xx xxxx 2020-ci il tarixə, respublikadaxili orta bazar satış qiyməti təxminən 3 manat, 4 ədədinin qiyməti isə 12 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-cı, 59-60-cı vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarlardan, eləcə də 62-ci vərəqədə olan qəbzdən görünür ki, müvafiq olaraq iş üzrə maddi sübut olan və xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” marketdən törədilmiş oğurluq hadisəsi ilə əlaqədar müşahidə kameralarının yaddaşından götürülmüş görüntülərin yaddaşına köçürlüdüyü 1(bir) ədəd Compakt Disk cinayət işinin materiallarına əlavə olunmuş, habelə iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd açıq rəngli göy cins şalvar,1 ədəd qara rəngli köynək, 1 ədəd qırmızı rəngli köynək, 1 cüt qara rəngli idman ayaqqabısı, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli dəmir boyunbağı, 1 ədəd qara rəngli dua qabı və oğurluq etdiyi zaman əynində olmuş 1 ədəd qara rəngli qış gödəkcəsi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-156-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Şahid1 barəsində isə CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 48-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Şahid1 barəsində isə CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.3-cü maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, eləcə də maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd açıq rəngli göy cins şalvar,1 ədəd qara rəngli köynək, 1 ədəd qırmızı rəngli köynək, 1 cüt qara rəngli idman ayaqqabısı, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli dəmir boyunbağı, 1 ədəd qara rəngli dua qabı və oğurluq etdiyi zaman əynində olmuş 1 ədəd qara rəngli qış gödəkcəsi Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməli, həmçinin iş üzrə maddi sübut olan və xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” marketdən törədilmiş oğurluq hadisəsi ilə əlaqədar müşahidə kameralarının yaddaşından götürülmüş görüntülərin yaddaşına köçürlüdüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd açıq rəngli göy cins şalvar,1 ədəd qara rəngli köynək, 1 ədəd qırmızı rəngli köynək, 1 cüt qara rəngli idman ayaqqabısı, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli dəmir boyunbağı, 1 ədəd qara rəngli dua qabı və oğurluq etdiyi zaman əynində olmuş 1 ədəd qara rəngli qış gödəkcəsi Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut olan və xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Məhəllə” marketdən törədilmiş oğurluq hadisəsi ilə əlaqədar müşahidə kameralarının yaddaşından götürülmüş görüntülərin yaddaşına köçürlüdüyü 1(bir) ədəd Compakt Disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-44/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-44/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver