Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-44/2021 30.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə 30 noyabr 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Dağıstan küçəsi, ev 25, mənzil 89/90A ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri, 09 iyun 1992-ci il tarixdə Siyəzən rayonu, Beşdam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə və xx xxxx 1992-ci il tarixdə, Siyəzən rayonu, Beşdam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 18 aprel 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinin həyətindən 1 metri 1 manat olmaqla, 45 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini, həmçinin sexin içərisinə arxa tərəfdə yerləşən pəncərəsindən qanunsuz daxil olmaqla, sexin divarlarından 1 metri 1 manat olmaqla 400 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini və bir ədəd 200 manat dəyərində İran istehsalı olan “Damande” markalı 3 fazalı pərli havalandırma mühərrikini oğurlayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 645 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 aprel 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə pəncərədən qanunsuz daxil olaraq, oradan 1 metri 1,54 manat olan 150 metr uzunluğunda ağ rəngli 4 ədəd damardan və 4 ədəd qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 11 mm olan, damarlarının hər birinin diametri təxminən 3,7 mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 1,7 mm olan mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 231 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 aprel 2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə nəfəsliyin ağzında olan dəmir barmaqlığı qırmaqla nəfəslikdən qanunsuz daxil olaraq oradan 1 metri 1 manat olan 200 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 aprel 2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə nəfəsliyin ağzında olan taxtanı qırmaqla nəfəslikdən qanunsuz daxil olaraq, oradan 1 metri 1,70 manat olan 70 metr uzunluğunda 2x4 mm2 ölçülü içərisi rezinə oxşar 2 ədəd qırmızı və göy rəngli damarlardan ibarət mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 119 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ümumilikdə üç dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsd formasında ilk dəfə 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Qarasiyəzən kəndində yerləşən yaşayış olmayan evin həyətinin sağ tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq, oradan 1950 manat dəyərində 1300 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş, 4x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət dörd damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, sexin həyətindən 96 manat dəyərində 100 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş 2x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, həyətin sol tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla, qanunsuz daxil olaraq oradan 336 manat dəyərində 350 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş, 2x,2,5 mm2, üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, 28 aprel 2021-ci il tarixdə saat təxminən 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək həmin yaşayış olmayan evə pəncərədən qanunsuz daxil olaraq, oradan 20 manat dəyərində 1 ədəd üzrəində “Geepas” model GVC2541 sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, üst qapağı və komplektə daxil olan digər hissələri üstündə olmayan tozsoranı, 50 manat dəyərində 1 ədəd üzərində “Zass Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş doqquz bölmədən ibarət yağla işləyən elektrik radiator qızdırıcısını, 30 manat dəyərində 1 ədəd üzərində “BBK, made in China” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş DVD aparatını, 30 aprel 2021-ci il tarixdə isə saat 23:00 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək yenidən evin həyətinin sağ tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq, oradan 1200 manat dəyərində 1 ədəd üzərində “BM2, Arcotherm, Biemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanı və 1 metri 1,50 manat olan 15 metr uzunluğunda 4x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət 4 damalı mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 3586 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 aprel 2021-ci il tarixdə, saat təxminən 00:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 1 metri 3 manat olan 140 metr uzunluğunda göy və qırmızı rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət üzərində 15 ədəd kauçuk materialdan olan işıq plafonlar quraşdırılmış iki damalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,220 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 01 may 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonu, Beşdam kəndi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibində olan 1 ədəd salfetkanın içərisində 1 ədəd gümüşü rəngli kağız bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 aprel 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə pəncərədən qanunsuz daxil olaraq oradan 1 metri 1,54 manat olan 150 metr uzunluğunda ağ rəngli 4 ədəd damardan və 4 ədəd qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 11 mm olan damarlarının hər birinin diametri təxminən 3,7 mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 1,7 mm olan mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 231 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 aprel 2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə nəfəsliyin ağzında olan dəmir barmaqlığı qırmaqla nəfəslikdən qanunsuz daxil olaraq oradan 1 metri 1 manat olan 200 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 aprel 2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə nəfəsliyin ağzında olan taxtanı qırmaqla nəfəslikdən qanunsuz daxil olaraq oradan 1 metri 1,70 manat olan 70 metr uzunluğunda 2x4 mm2 ölçülü içərisi rezinəoxşar 2 ədəd qırmızı və göy rəngli damarlardan ibarət mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 119 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ümumilikdə üç dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsd formasında ilk dəfə 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Qarasiyəzən kəndində yerləşən yaşayış olmayan evin həyətinin sağ tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq oradan 1950 manat dəyərində 1300 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş, 4x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət dörd damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, sexin həyətindən 96 manat dəyərində 100 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş 2x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, həyətin sol tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq oradan 336 manat dəyərində 350 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş, 2x,2,5 mm2, üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, 28 aprel 2021-ci il tarixdə saat təxminən 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək həmin yaşayış olmayan evə pəncərədən qanunsuz daxil olaraq oradan 20 manat dəyərində 1 ədəd üzərində “Geepas” model GVC2541 sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, üst qapağı və komplektə daxil olan digər hissələri üstündə olmayan tozsoranı, 50 manat dəyərində 1 ədəd üzərində “Zass Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş doqquz bölmədən ibarət yağla işləyən elektrik radiator qızdırıcısını, 30 manat dəyərində 1 ədəd üzərində “BBK, made in China” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş DVD aparatını, 30 aprel 2021-ci il tarixdə isə saat 23:00 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək yenidən evin həyətinin sağ tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq oradan 1200 manat dəyərində 1 ədəd üzərində “BM2, Arcotherm, Biemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanı və 1 metri 1,50 manat olan 15 metr uzunluğunda 4x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət 4 damalı mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3586 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 aprel 2021-ci il tarixdə, saat təxminən 00:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 1 metri 3 manat olan 140 metr uzunluğunda göy və qırmızı rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət üzərində 15 ədəd kauçuk materialdan olan işıq plafonlar quraşdırılmış iki damalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 18 aprel 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinin həyətindən 1 metri 1 manat olmaqla 45 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini, həmçinin sexin içərisində arxa tərəfdə yerləşən pəncərəsindən qanunsuz daxil olmaqla, sexin divarlarından 1 metri 1 manat olmaqla 400 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini və bir ədəd 200 manat dəyərində İran istehsalı olan “Damande” markalı 3 fazalı pərli havalandırma mühərrikini oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 645 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 aprel 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə pəncərədən qanunsuz daxil olaraq oradan 1 metri 1,54 manat olan 150 metr uzunluğunda ağ rəngli 4 ədəd damardan və 4 ədəd qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 11 mm olan damarlarının hər birinin diametri təxminən 3,7 mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 1,7 mm olan mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 231 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 23 aprel 2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə nəfəsliyin ağzında olan dəmir barmaqlığı qırmaqla nəfəslikdən qanunsuz daxil olaraq oradan 1 metri 1 manat olan 200 metr uzunluğunda ağ rəngli 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqillərini oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 24 aprel 2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə nəfəsliyin ağzında olan taxtanıqırmaqla nəfəslikdən qanunsuz daxil olaraq oradan 1 metri 1,70 manat olan 70 metr uzunluğunda 2x4 mm2 ölçülü içərisi rezinəoxşar 2 ədəd qırmızı və göy rəngli damarlardan ibarət mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 119 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ümumilikdə üç dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsd formasında ilk dəfə 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Qarasiyəzən kəndində yerləşən yaşayış olmayan evin həyətinin sağ tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq oradan 1950 manat dəyərində 1300 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş, 4x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət dörd damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, sexin həyətindən 96 manat dəyərində 100 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş 2x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, həyətin sol tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq oradan 336 manat dəyərində 350 metr uzunluğunda xarici görünüşünə görə istismar edilmiş, 2x,2,5 mm2, üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabeli, 30 aprel 2021-ci il tarixdə isə saat 23:00 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək yenidən evin həyətinin sağ tərəfində yerləşən quşçuluq sexinə soyutma sisteminin pəncərisini açmaqla qanunsuz daxil olaraq oradan 1200 manat dəyərində 1 ədəd üzərində “BM2, Arcotherm, Biemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanı və 1 metri 1,50 manat olan 15 metr uzunluğunda 4x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət 4 damalı mis əsaslı ərintidən hazırlanmış kabeli oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3486 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 29 aprel 2021-ci il tarixdə, saat təxminən 00:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən, hal-hazırda fəaliyyəti dayandırılmış quşçuluq sexinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 1 metri 3 manat olan 140 metr uzunluğunda göy və qırmızı rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət üzərində 15 ədəd kauçuk materialdan olan işıq plafonlar quraşdırılmış iki damalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6 ay olar, psixotrop maddə metamfetamindən istifadə edir. Digər təqsirləndirilən şəxslər həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətində olmaqla, aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 18 aprel 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində Vüsal ilə yaşadıqları Siyəzən rayonu, Beşdam kəndində görüşüb, söhbət edərkən adını sonradan bildikləri Zərərçəkmiş şəxs2 məxsus, yaşadıqları kənddə yerləşən, fəaliyyəti dayandırılmış quşçuluq sexindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə ikisi piyada sexə tərəf getmiş, saat 21:00 radələrində sexə yaxınlaşıb, çölündə olan təxminən 45 metr uzunluğunda elektrik naqillərini, habelə, sexin yan tərəfindəki açıq vəziyyətdə olan plastik pəncərədən içəri daxil olmaqla, divara bərkidilmiş, üzəri ağ rəngli rezin örtüklü olan ümumilikdə təxminən 400 metr uzunluqda elektrik naqillərini özlərində olan kəlbətinlə kəsməklə, oradan çıxardıb, sexin arxa tərəfinə yığmış, bundan sonra, həmin naqilləri sexin çölündən kəsdikləri naqillər ilə birlikdə mis əldə etmək üçün yandırmışlar. Sonra, sexə birinci dəfə daxil olduqlarında sökdükləri havalandırma sisteminə aid pər ilə işləyən 1 ədəd elektrik mühərrikini də, götürmək üçün eyni qaydada sexin içərisinə daxil olmuş, bu dəfə isə sexin ön tərəfində olan plastik pəncərəni əlləri ilə içəridən açaraq mühərriki oradan çölə çıxartmışlar. Daha sonra, naqillərin yanması nəticəsində yerdə qalan misləri və mühərriki əl ilə götürüb yaşadığı ünvana aparmışdır. Bundan sonra, oğurladıqları əşyaları satmaq üçün qohumu Əkbərə zəng edərək, onda mis naqilin olduğunu, satmaq üçün onun avtomobili ilə Sumqayıt şəhərinə getmək istədiyini bildirmiş, habelə, Əkbər “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi adlanan ərazidə fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinə gedərək, oğurladıqları əşyaları təhvil verib, bunun müqabilində aldıqları təxminən 70-80 manat məbləğində puldan 30 manat taksi sürücüsünə verdikdən sonra yerdə qalan pulu öz aralarında bölmüşlər. Bundan başqa, 23 aprel 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində bu dəfə artıq üçü, yəni həmkəndliləri Vüsal və Samir ilə birlikdə başqa bir fəaliyyəti dayandırılmış quşçuluq sexindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə adını sonradan bildikləri Zərərçəkmiş şəxs5 məxsus, yaşadıqları kənddə yerləşən quşçuluq sexinə tərəf piyada getmiş, həmin gün, təxminən saat 21:00 radələrində quşçuluq sexinə yaxınlaşıb, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, sexin giriş qapısının yanında plastik materialdan olan pəncərənin sınıq şüşəsindən əlini içəri salaraq pəncərəni açmış və pəncərədən növbəli şəkildə içəriyə daxil olmuşlar. Sexin içərisini alışqanın fənəri ilə işıqlandırdıqdan sonra, özü ilə götürdüyü kəlbətin vasitəsi ilə içəridə olan təxminən 200 metrə yaxın naqilləri kəsib, içəriyə daxil olduqları yerdən çölə çıxmış və oğurladıqları naqilləri aparıb, yaşadığı evin həyətinə qoymuşlar. Həmin gün, təxminən saat 22:00 radələrində adını sonradan bildikləri Zərərçəkmiş şəxs3 məxsus, yaşadıqları kənddə yerləşən quşçuluq sexindən də oğurluq etmişlər. Belə ki, oraya gedib, ətrafa bir qədər göz gəzdirib, sexin içərisinə nəfəsliyindən girəcəklərini qərara almış, üçü birlikdə nəfəsliyin ağzında olan dəmir barmaqlığı əlləri ilə dartaraq qırıb, nəfəslikdən növbəli şəkildə içəriyə daxil olmuşlar. Burada da, alışqanın fənəri ilə içərini işıqlandırdıqdan sonra, özündə olan kəlbətin ilə divarlara bərkidilmiş təxminən 150 metrə yaxın naqilləri kəsib nəfəslikdən çölə tullamış və sexə daxil olduqları yerdən çölə çıxaraq, naqilləri də götürüb yaşadıqları evə getmişlər. Daha sonra, 23 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixə keçən gecə təxminən saat 01:00 radələrində adını sonradan bildikləri Zərərçəkmiş şəxs6 məxsus, yaşadıqları kənddə yerləşən quşçuluq sexindən də oğurluq etmək qərarına gəlmiş, oraya da, qırağdan nəzər yetirib, yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra, içəriyə nəfəslikdən girəcəklərini qərara alıb, nəfəsliyin ağzında olan taxta hissəsini üçü birlikdə əlləri ilə dartaraq, qırıb açdıqdan sonra, növbəli şəkildə sexin içərisinə daxil olmuşlar. Burada da alışqanın fənəri ilə içərini işıqlandırdıqdan sonra, özündə olan kəlbətin ilə divarlara bərkidilmiş təxminən 70 metrə yaxın naqilləri kəsib nəfəslikdən çölə tullamış, başqa oğurlanmalı əşya olmadığı üçün sexə daxil olduqları yerdən çıxmış və naqilləri də götürərək yaşadıqları evə getmişlər. Bundan sonra, oğurladıqları naqilləri kisələrə yığıb, satmaq üçün qohumu Əkbərə zəng vurmuş, habelə, sonuncuya məxsus avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yolun solunda yerləşən metal qəbulu məntəqəsinə təhvil versələr də, müqabilində nə qədər pul əldə etdiklərini dəqiq xatırlamasa da, həmin məbləği üç yerə bölüb yaşadıqları ünvana qayıtmışlar. Bununla yanaşı, 27 aprel 2021-ci il tarixdə Samir və Vüsal ilə yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə Siyəzən rayonu, Qara Siyəzən kəndində yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus fəaliyyətini dayandırmış quşçuluq sexinə tərəf getmiş, saat təxminən 23:00 radələrində ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, sexin hasarından tullanıb həyətə daxil olmuşlar. Həyətdə iki ayrı sex və yaşayış olmayan ev olduğunu, habelə, giriş darvazadan sağ tərəfdə yerləşən sexdə çoxlu sayda mis naqillərini görüb, əvvəlcə həmin sexin soyutma sisteminin pəncərisini birlikdə açaraq, növbəli şəkildə sexin içərisinə daxil olmuş və içəridə olan elektrik naqillərini üzərində olan kəlbətin ilə sökərək sexin hasarından çölə atmışlar. Həmin vaxt, sexin içərisində olan isitmə sobasını da, oğurlamaq istəsələr də, soba ağır olduğundan onu başqa vaxt oğurlamağı planlaşdırmışlar. Bundan sonra, sexin həyətində olan naqilləri də, söküb bir yerə yığdıqdan sonra, həyətdə, sol tərəfdə yerləşən sexin içərisinə eyni qaydada daxil olaraq, oradan da, sexin divarlarına bərkidilmiş elektrik naqillərini özündə olan kəlbətin ilə sökərək, bir yerə yığdıqdan sonra, yığdıqları bütün naqiləri çıxardıb quşçuluq sexinin hasarından çölə atmışlar. Daha sonra, o və Samir yaşayış olmayan evə baxış keçirərkən məişət əşyalarının olduğunu görsələr də, həmin əşyaları eyni gündə apara bilməyəcəkləri üçün başqa vaxt aparmağı qərara alaraq, hasardan tullanıb çölə çıxmış və həmin naqilləri götürərək, yaşadığı evə qoymuşlar. Səhəri gün, yəni 28 aprel 2021-ci il tarixdə, gecə saat 04:00 radələrində Vüsaldan xəbərsiz, Samir ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan evdən oğurluq etmək üçün quşçuluq sexinin qarşısına gəlmiş, hasardan həyətə, oradan isə evin plastik pəncərəsinin aralı olduğunu görüb, həmin pəncərədən içəri daxil olmuşlar. Evin birinci mərtəbəsində olan otaqların birindən 1 ədəd radiator, 1 ədəd tozsoran və 1 ədəd DVD aparatını özləri ilə götürüb, Samirin yaşadığı ünvanda, həyətdə olan yarımtikiliyə qoymuşlar. Bundan əlavə, üçü 28 aprel 2021-ci il tarixdən 29 aprel 2021ci il tarixə keçən gecə adını sonradan bildikləri Zərərçəkmiş şəxs4 məxsus, yaşadıqları kənddə yerləşən quşçuluq sexindən də oğurluq etmişlər. Belə ki, yenə də, piyada şəkildə quşçuluq sexinə getmiş, Vüsal ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra, sexə bitişik olan sol küncdəki iki mərtəbəli tikilinin yan tərəfində yerləşən plastik pəncərəsini açıb, növbəli şəkildə içəriyə daxil olmuş, həmin vaxt otaq qaranlıq olduğu üçün pəncərənin qarşısındakı güzgüyə toxunmuş, nəticədə güzgü yerə düşərək qırılmışdır. Onlar həmin otaqdan sexə açılan plastik pəncərəni də əlləri ilə açaraq oradan sexin içərisinə daxil olduqdan sonra, dərhal sexə aid işıq sayğacının elektrik naqilini sayğacdan kəsərək içəridə olan təxminən 60-70 metr uzunluqda olan naqilləri, habelə, sexin girişindəki tikilinin divarında olan təxminən 6 metr uzunluğunda elektrik naqilini də, kəsib, oradan uzaqlaşmışlar. Bundan sonra, təxminən 70 metr uzunluğunda, üzərində 15 ədəd patronları olan elektrik naqilini dəmiryolu stansiyasının yaxınlığında yandırıb 7 kiloqram mis əldə etmişlər. Səhəri gün təxminən saat 11:00 radələrində avtomobil lazım olduğu üçün Əkbərə zəng vurmuş, habelə, Samir Əkbərə məxsus avtomobil ilə Sumqayıt şəhərində mal bazarı adlanan ərazinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə misi təhvil vermiş və müqabilində əldə etdiyi 280 manat məbləğində pulun 180 manatını ona, o, da həmin puldan 70 manatını Vüsala vermişdir. Həmçinin, 30 aprel 2021-ci il tarixdə üçü yenidən görüşərək, planlaşdırdıqları kimi Zərərçəkmiş şəxs1 məxsus Siyəzən rayonu, Qara Siyəzən kəndində yerləşən fəaliyyətini dayandırmış sexdən isitmə sobasını və qalan mis naqilləri oğurlamaq qərarına gəlmiş, bu məqsədlə sexə gedib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, növbəli şəkildə sexin həyətinə tullanmışlar. Bundan sonra, istilik sobasını oğurlamaq üçün giriş darvazasının sağ tərəfində yerləşən sexin soyutma sisteminin pəncərəsindən içəriyə daxil olmuş, içəridə qalan cüzi miqdarda mis naqilləri habelə, sobanı köməkləşərək, oradan götürüb çölə çıxmışlar. Oğurladıqları həmin isitmə sobasını yolun əks tərəfində Beşdam kəndi istiqamətinə piyada daşıyaraq, yola yaxın yerləşən sexlərdən birinin arxa tərəfində olan qapısı adi qaydada bağlandığı üçün açıb, orada gizlətmişlər. Zərərçəkmiş şəxs1 məxsus sexdən birinci dəfə oğurluq edərkən həmin sobanı da oğurlayıb satacaqlarını planlaşdırdıqları üçün quşçuluq işi ilə məşğul olan Əlzamin adlı tanışlarına yalandan Samirin qohumunda “peç” olduğunu bildirmişlər. Əlzamini uşaqlıqdan bir həmkəndli kimi tanımış, onunla normal münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamış, onun quşçuluq işi ilə məşğul olduğunu bildikləri üçün sobanı almaq istəyib-istəməməsini soruşmuş, Əlzamin də sobanı gördükdən sonra onlara qəti fikir söyləcəyini bildirmişdir. Növbəti gün Əlzamin ilə görüşmüş və sonuncu sobaya baxmaq istədiyini bidirdikdə, onu qoyduqları sexin yerləşdiyi ərazinin təxmini istiqamətini ona bildirmiş, sonuncu bundan təəccüblənərək həmin sexi təzəcə icarəyə götürdüyünü və sobanın niyə məhz həmin sexə qoyduqlarını soruşmuş, onlar da sobanın Samirin qohumu tərəfindən gecə gətirilib, kəndin girəcəyində avtomobildən düşürüldüyünü, sobanı ona göstərməli olduqlarından yola yaxın sexə qoyduqlarını bildirmişlər. Həmin sexin onun tərəfindən icarəyə götürüldüyünü söhbət zamanı bildiklərini söylədikdə, Əlzamin onların cavabından şübhələnib, tərəddüd edərək, sobaya baxmağa razılığını bildirmiş, habelə sobaya baxdıqdan sonra, Əlzamin onlardan həmin sobanın oğurluq olub-olmamasını bir daha soruşsa da, onlar ona sobanın oğurluq olmadığını, Samirin qohumuna məxsus olduğunu qeyd etmişlər. Daha sonra, Əlzamin Samirə zəng vuraraq, sobanı çox nahaq yerə icarəyə götürdüyü sexə qoyduqlarını bildirib, onu həmin sexdən götürmələrini xahiş etmişdir. Bir daha qeyd edir ki, Əlzaminin sobanı oğurlayaraq oraya qoymalarından xəbəri olmamışdır. 01 may 2021-ci il tarixdə yaşadığı evin qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etdiklərində, cibində psixotrop maddə metamfetamin olmasına baxmayaraq, onu cibindən ata bilməsə də, buna etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsinə gətirildikdən sonra narkotik vasitələrin saxlanmasında şübhəli olduğu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu və üzərində Müdafiəçi2 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməsinə başlamazdan əvvəl ona hüquq və vəzifələri izah olunmaqla, müdafiə hüququnun təmin olunması üçün Müdafiəçi2 təqdim edilmiş, o, da üzərində keçirilən şəxsi axtarış zamanı hüquqlarının Müdafiəçi2 tərəfindən təmin olunmasına etirazının olmadığını bildirmiş, bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd salfetkanı çıxararaq masanın üzərinə qoymuş, iştirakı ilə həmin salfetka açılıb baxıldıqda, içərisində 2 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü, əlavə 2 ədəd gümüşü rəngli kağız bükülüsü, 1 ədəd narkotik vasitəni qəbul etmək üçün yaşıl rəngli müştük formalı kağız əşyanın olması müəyyən olunmuşdur. Bundan sonra, 2 ədəd ağ-qara rəngli kağız bükülülər açılıb baxıldıqda onların içlərinin boş olduğu, salfetkanın içərisində əlavə başqa heç bir şeyin olmadığı, 1-ci gümüşü kağız bükülü açıldıqda içərisində əlavə olaraq 1 ədəd gümüşü rəngli bükülüyə bükülmüş vəziyyətdə ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2-ci gümüşü rəngli sıx vəziyyətdə bağlanmış bükülü açıldıqda isə içərisinin boş olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı 1-ci gümüşü rəngli bükülüdəki kütlənin nə olduğu soruşulduqda, içərisindəki, kütlənin “şüşə” olduğunu bildirmiş, həmin ağ rəngli kütlə qablaşdırılaraq, yenidən gümüşü rəngli kağıza bükülmüşdür. Bundan sonra, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar olunmamışdır. Sözügedən psixotrop maddə metamfetamini 1 ədəd gümüşü rəngli bükülüdə təxminən 2021-ci ilin aprel ayının axırlarında bibisioğlu Elşənin rəhmətə getməsi ilə əlaqədar Bakı şəhərində olarkən onun dəfnindən çıxıb küçə ilə gedən vaxt 1 ədəd siqaret qutunun arxa tərəfindən tapmışdır. Bundan sonra, üzərindən aşkar olunmuş yaşıl rəngli 1 ədəd müştük formalı kağız əşya və 1 bir ədəd gümüşü rəngli kağızın içərisində 1 bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırmış, zərfin üzəri möhürlənmiş, bununla bağlı tərtib olunmuş protokol, habelə zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, ondan Beşdam kəndi ərazisində fəaliyyət göstərməyən quşçuluq sexlərindən də oğurluq edib-etməməsi soruşulduqda, o, Samir və Vüsal ilə birlikdə oğurluq etdiklərini etiraf etmişdir. Daha sonra, polis əməkdaşları ilə birlikdə oğurladıqları soba və naqili gizlətdikləri yerə getmiş, həmin predmetlər polis əməkdaşları tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan əlavə, Əkbər taksi fəaliyyəti ilə məşğul olduğu üçün sonuncudan onları Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, habelə, bunun müqabilində Əkbər pulunu almış, sonuncunun onların təhvil verdikləri mis naqillərin oğurluq olması barədə məlumatı olmamış, nə də ki, onlarla birlikdə həmin oğurluq hadisələrinin törədilməsində iştirak etməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinin nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasının, gəncliyinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Siyəzən rayonu, Beşdam kəndində yerləşən fəaliyyəti dayandırılmış quşçuluq sexi olsa da, Bakı şəhərinin Nəsimi rayonundakı Pişəvari küçəsində yerləşən 5 saylı evin 28-ci mənzilində yaşayır. O, həmin sexi 2011-ci ildə inşasını bitirdikdən sonra bir müddət özü işlətmiş, 2018-ci ildə isə həmin sexin fəaliyyətini tam dayandırmışdır. Bundan sonra, o, ara-sıra həmin sexə baş çəkərək ora nəzarət etmişdir. O, 12 aprel 2021-ci il tarixdə qeyd olunan sexdə olarkən hər bir şeyin qaydasında olduğunu gördükdən sonra oradan çıxaraq, Bakı şəhərinə qayıtmışdır. 19 aprel 2021-ci il tarixdə təkrarən həmin sexə baş çəkmək üçün axşam saat 17:00 radələrində ora getmiş, həmin vaxt sexə məxsus çöl tərəfdən təxminən 45 metr uzunluqda 4 xətli diametri 20 mm olan mis elektrik naqillərinin yerindən çıxarılaraq, oğurladığını və sexə aid pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra, o, sexin dəmir qapısını açaraq içəri daxil olmuş, içəridəki sexin plastik qapısının orta hissəsinin sınıq vəziyyətdə olduğunu müşahidə etmişdir. O, həmin qapını açaraq sexin zalına daxil olub, içəriyə nəzər keçirdikdən sonra oradan ümumilikdə 400 metr uzunluqda, üzəri ağ rəngli rezin örtüklü diametri 20 mm olan bütün elektrik xətlərinin və bir ədəd 3 fazalı, İran istehsalı ”Damande” firmasına məxsus pərli havalandırma sisteminin elektrik mühərrikinin yerindən çıxarılaraq, oğurlandığını müəyyən etmişdir. Bundan sonra, o, sexdən çıxmış və növbəti gün Siyəzən rayon Polis Şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 45 metr uzunluqda olan elektrik naqilinin 1 metrəsinin qiyməti 2 manat olmaqla, ümumilikdə 90 manat, 400 metr uzunluqda olan elektrik naqilinin 1 metrəsinin qiyməti 2 manat olmaqla, 800 manat və 1 ədəd elektrik mühərrikinin qiymətinin təxminən 200 manat olmaqla, ümumilikdə 1090 manat dəyərində maddi ziyan dəymişdir. Eyni zamanda, həmin sexin yenidən bərpasına çəkiləcək xərclərə görə əlavə 410 manat da nəzərə alındıqda, oğurlanmış əşyalarla birlikdə ona ümumilikdə 1500 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan sexindən oğurluq etmiş şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Beşdam kəndi ərazisində əvvəllər fəaliyyət göstərən, oğurluq hadisəsi zamanı isə fəaliyyəti dayandırılmış quşçuluq sexi vardır. 15 aprel 2021-ci il tarixdə, saat 09:00 radələrində ara-sıra olduğu kimi quşçuluq sexinə baş çəkmək üçün oraya getmiş və hər şeyin qaydasında olduğunu görüb, qapıları kilidləyərək saat 12:00 radələrində evinə qayıtmışdır. Növbəti dəfə isə 07 may 2021-ci il tarixdə, saat 10:00 radələrində yenidən sexə baş çəkmək üçün getdiyində, sexin giriş qapısının yanında olan pəncərənin şüşəsinin qırıq olduğunu, sonra sexə ümumi baxış keçirməyə başladığında isə sexin divarlarına bərkidilmiş, metrəsinin dəyəri 1,60 manat olmaqla, 240 manat məbləğində təxminən 150 metr uzunluğunda mis naqillərin oğurlandığı, oğurluq hadisəsi zamanı kabellərin quraşdırıldığı avtomatların, işıq patronlarının və elektrik qutularının zədələndiyini müəyyən etmişdir. Bundan başqa, həmin şəxslər sexdən oğurluq etdikləri zaman sexdə olan kabellərin quraşdırıldığı avtomatların, işıq patronlarının və elektrik qutularının zədələnməsi nəticəsində ona əlavə 260 manat məbləğində, cəmi isə 500 manat məbləğində maddi zərər dəymişdir. Sonradan həmin oğurluq hadisəsini törətmiş şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Beşdam kəndi ərazisində 2009-cu ildə adına sənədləşdirmiş quşçuluq sexini hazır şəkildə, yəni elektrik sisteminə əl vurmadan təhvil almışdır. Əvvəllər həmin quşçuluq sexi fəaliyyət göstərsə də, hal-hazırda fəaliyyət göstərmədiyindən, ara-sıra nəzarət etmək üçün ora baş çəkmişdir. Belə ki, 12 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində quşçuluq sexinə baş çəkib, hər şeyin qaydasında olduğunu gördükdən sonra, qapıları kilidləyərək saat 16:00 radələrində evinə qayıtmışdır. 24 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində yenidən sexinə baş çəkməyə gedərkən, çöldə olan nəfəsliklərdən birinin torunun qırıq olduğunu, sexin qapısını açaraq içəriyə baxdığında isə orada olan metrəsi 1 manatdan olmaqla, təxminən 200 metr uzunluğunda mis elektrik naqillərinin oğurlandığını görmüşdür. Bundan sonra, sexə bir daha nəzər keçirtsə də, oradan başqa heç nəyin oğurlanmadığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 200 manat məbləğində maddi zərər dəymiş, dəmir barmaqlığın bərpasına isə əlavə 15 manat xərc çəkmişdir. Sonradan həmin oğurluq hadisəsini törətmiş şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və onlara ciddi cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Beşdam kəndi ərazisində əvvəllər fəaliyyət göstərən, oğurluq hadisəsi zamanı isə fəaliyyəti dayandırılmış quşçuluq sexi vardır. 23 aprel 2021-ci il tarixdə, saat 09:00 radələrində hər gün olduğu kimi quşçuluq sexinə baş çəkmək üçün oraya getmiş, sexə ümumi nəzər keçirərkən hər şeyin qaydasında olduğunu görüb, qapıları kilidləyərək, saat 15:00 radələrində çıxıb evinə qayıtmışdır. 24 aprel 2021-ci il tarixdə, saat 17:00 radələrində yenidən sexinə baş çəkməyə gedərkən çöldə olan nəfəsliklərdən birinin torunun qırıq olduğunu, sexin içərisinə baxdığında isə orda olan metrəsi 1,70 manatdan olmaqla, təxminən 70 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını görmüşdür. Bundan sonra, sexə bir daha nəzər keçirtsə də, oradan başqa heç nəyin oğurlanmadığını müəyyən etmişdir. Baş verən oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 119 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan həmin oğurluq hadisəsini törətmiş şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və onlara ciddi cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 12 il olar, Siyəzən rayonu, Qara Siyəzən kəndində ona məxsus 2 ədəd quşçuluq sexi olmuş, bu sex 36 sot torpaq sahəsində yerləşmişdir. Quşçuluğun ərazisində broyler təyinatlı, toyuq-cücə yetişdirmək, diri satışını həyata keçirmək üçün istifadə olunmuş 2 ədəd ayrı-ayrılıqda eni 17 və uzunluğu 80 metr olan eyni ölçüdə sexlər, eləcə də 1 ədəd fərdi yaşayış evi olmuş, sexlər bütün lazımi avadanlıqlarla təchiz olunmaqla, istifadəyə tam yararlı vəziyyətdə olmuşdur. Lakin, yaranan maliyyə problemləri ucbatından həmin quşçuluq sexləri təxminən iki il olar, işləmir. Sexin həm işlədiyi dövrdə, həm də fəaliyyətini dayandırdığı vaxtda ora baxan gözətçi olsa da, o, da vaxtaşırı quşçuluq sexinə baş çəkərək, oranı daim nəzarətdə saxlamışdır. Amma, orada gözətçi işləyən Elman 4 ay olar, səhhətində yaranan problemlər ilə əlaqədar işə çıxa bilməmiş və sex gündəlik nəzarətdən kənar qalmışdır. Axırıncı dəfə o, dəqiq gününü xatırlamasa da, 2020-ci ilin dekabr ayı ərzində Siyəzən şəhərinə gələrkən sexə girib baş çəkərək hər şeyin qaydasında olduğunu müşahidə etsə də, həmin tarixdən sonra sexə baş çəkməmişdir. 30 aprel 2021-ci il tarixdə, saat 22:00 radələrində Elman onun istifadəsində olan mobil telefona zəng edərək, sexlərdən olan oğurluq barədə ona xəbər vermişdir. Səhəri gün, yəni 01 may 2021-ci il tarixdə o, Bakıdan gəlib sexə ümumi baxış keçirmiş, bu zaman qapıdan sağ tərəfdə yerləşən sexin 3-cü kardondan olan “pet” kimi adlanan soyutma hissəsinin və sol tərəfdə olan sexin də 2-ci “pet” hissəsinin açıq olduğunu görmüşdür. Sağ tərəfdəki, sexdən 13 top (dörd) çıxışlı olmaqla, cəmi 1300 metr kabelin, 1 ədəd qaz ilə işləyən GA/N 100 markalı sobanın, sol tərəfdə yerləşən sexdən isə 2 çıxışlı ümumi uzunluğu 350 metr kabellərin oğurlandığını görmüşdür. Quşçuluq sexinin çöl hissəsindən isə ümumi uzunluğu 100 metr olan 2 çıxışlı kabellərin də oğurlandığını müəyyən etmişdir. Bundan sonra, quşçuluq sexinin həyətində yerləşən evin pəncərəsinin açıq olduğunu, ora daxil olduqda isə bir ədəd elektrik radiatorunun, bir ədəd tozsoranın, bir ədəd DVD aparatının da oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4600 manat maddi ziyan dəymişdir. Sonradan həmin oğurluq hadisəsini törətmiş şəxslərin Siyəzən rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexini işlətməklə, ailəsini dolandırır. 26 aprel 2021-ci il tarixdə işlətdiyi sexdə quşların qurtarması səbəbindən sexin fəaliyyətini qısa müddətlik dayandırmış, bundan bir gün sonra, sexin qapı və pəncərələrini bağlayaraq oradan çıxmışdır. 29 aprel 2021-ci il tarixdə isə sexə baxmaq üçün oraya getdiyində, oranın sol tərəfindəki 2 mərtəbəli giriş otağına aid plastik pəncərənin açıq vəziyyətdə olduğunu, giriş otağının qapısını açaraq içəriyə daxil olduğunda, orada olan 1 ədəd güzgünün yerdə sınıq, habelə sexə aid bir ədəd plastik pəncərənin də açıq vəziyyətdə olduğunu görüb, oğurluq hadisəsi baş verdiyini müəyyən etmişdir. Daha sonra, sexin qapısını açıb içəriyə daxil olmuş və bu vaxt sexə aid metrəsi 3 manatdan olmaqla, 2 ədəd göy və qırmızı rənglərdən ibarət, hər birinin ayrı-ayrılıqda uzunluğu 70 metr, ümumilikdə 140 metr olan elektrik naqilinin, həmçinin, üzərindəki zavod istehsalı olan 15 ədəd işıq patronlarının yerində olmadığını görmüş, bundan sonra, oğurluq hadisəsinin baş verməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 420 manat məbləğində maddi zərər dəymişdir. Sonradan həmin oğurluq hadisəsini törətmiş şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmişdir. Hazırda təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonunculara qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləsə də, fərdi qaydada əmək fəaliyyəti ilə, o cümlədən atasına məxsus Vaz 21011 markalı avtomobili etibarnamə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 onun qaynı olmaqla, arvadı Fatimənin qardaşıdır. O, Ziyanı təxminən 3 il bundan qabaq qohum olandan sonra tanımış, buna qədər onunla hər hansı tanışlığı olmamışdır. Ziya ilə münasibəti yeznə-qayın kimi normal olmuş, aralarında hər hansı narazılıq olmamışdır. İlk dəfə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cari ilin təxminən aprel ayının əvvəllərində qaynı Ziyanın yanında Siyəzən rayonu Beşdam kəndində görmüş, həmin vaxtdan da onları Ziyanın vasitəsi ilə tanımışdır. Onlar barədə Ziyadan soruşduqda, sonuncu Vüsal və Samiri uşaqlıqdan tanıdığını və yoldaşlıq etdiyini bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının ortalarında, səhər saat 08:00 radələrində Ziya istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək evdə olduğunu, daha sonra isə ona H.Z.Tağıyev qəsəbəsinə getməli olduğunu və onu gəlib evdən götürməsini xahiş etmişdir. Ziyanın ondan Sumqayıta neçə manata aparmasını soruşduqda, o Ziyaya Sumqayıta taksilərin 30 manata getdiyini bildirmişdir. Bundan sonra, o, istifadəsində olan Vaz 21011 markalı avtomobilə əyləşib Beşdam kəndinə gəlmiş, Ziyanı orada dəmiryolunun yaxınlığından götürmüşdür. Ziya həmin vaxt əlində olan un kisələrini qoymaq üçün maşının yük yerini açmasını xahiş etmiş, o da bundan sonra maşından düşərək yük yerini açmışdır. Yük yerini açdıqdan sonra Ziya əlində olan 2 kisəni maşınının yük yerinə qoyub maşına əyləşmiş, bu zaman o, Ziyadan kisələrin içində nə olduğunu soruşduqda, sonuncu həmin kisələrdə öz həyətlərindən yığdığı mis və alüminium olduğunu bildirmişdir. Bundan sonra, o, Ziyaya bu əlvan materialların oğurluq olub-olmamasını, üstəlik oğurluq mallardısa, ailəsinin olduğunu xatırlatmış və belə işlərə onu qatmamasını xahiş etmişdir. Bu vaxt Ziya ona əminliklə həmin kisələrdə olan metalların oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, avtomobili işə salıb, bir qədər getdikdən sonra Ziya ona Vüsalın da onunla Sumqayıta gedəcəyini və onu da götürülməli olduğunu bildirmiş, habelə kəndin dayanacağında Vüsalı da götürərək Sumqayıta getmiş, təxminən saat 09:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinə çatmış, orada olarkən Ziya yolu göstərərək hara getməli olduqlarını qeyd etmişdir. O, avtomobili tanımadığı metal qəbulu məntəqəsinin qarşısına sürmüş, ora çatdıqda, Ziya və Vüsal avtomaşından düşərək yük yerindəki kisələri götürüb, metal qəbul məntəqəsinə aparmışlar. Ziya və Vüsal metalları təhvil verib, qayıdaraq yenidən maşına əyləşmiş və Ziya maşında ona taksi pulu kimi Sumqayıt şəhərinə apardığına görə 30 manat pul vermişdir. Bundan sonra, o, avtomaşınını Sumqayıt şəhərində ustaya göstərmiş, habelə Siyəzən şəhərinə qayıtmışlar. Bundan təxminən bir həftə sonra Ziya yenidən səhər saatlarında ona zəng vuraraq, Sumqayıt şəhərinə getməli olduğunu bildirmiş, o, zəngdən sonra Siyəzən rayonu, Beşdam kəndinə gedərək, yolun qırağından Ziyanı, daha sonra yaşadığı evdən Samiri götürmüş, sonuncu əlindəki 2 ədəd un kisəsini maşının yük yerinə qoymuş, həmin vaxt Vüsal da, onlarla bir yerdə olmuşdur. O, yenidən Ziya, Vüsal və Samirdən metalların oğurluq olubolmamasını soruşmuş, sonuncular isə kisədəki mislərin oğurluq olmadığını, özlərinə məxsus olduğunu bildirib, həyət-bacadan yığdıqlarını qeyd etmişlər. Bundan sonra, hər üçü maşına əyləşib Sumqayıt şəhərinə yola düşmüş, orada, H.Z.Tağıyev qəsəbəsi ərazisində yolun solunda yerləşən tanımadığı əlvan metal qəbulu məntəqəsinə çatmışlar. Bu dəfə Ziya, Vüsal və Samir metalları təhvil vermək məqsədilə metal qəbulu məntəqəsinə getmiş və bir neçə dəqiqə sonra gələrək, ona taksi pulu kimi 40 manat vermişlər. Bundan sonra, Ziya, Vüsal və Samirlə bir yerdə Siyəzən rayonuna qayıtmış, təxminən bir həftə sonra səhər saatlarında yenidən Ziya ona zəng edərək, Beşdam kəndinə gəlməsini xahiş etmiş, habelə bu zəngdən təxminən yarım saat sonra Ziya Vüsal və Samirlə Bakı-Quba beton yolunun Beşdam kəndinin yaxınlığında görüşmüşdür. Bu dəfə də yenə onlar 2 un kisəsini maşının yük yerinə qoyub, Sumqayıt şəhərinə getmiş və orada mal bazarı adlanan yerin yaxınlığında olan başqa bir əlvan metal qəbulu məntəqəsinə təhvil vermişlər. Bu kisələri təhvil verəndən sonra maşında ona zəhmət haqqı kimi 30 manat pul verilmiş və sonra həmin şəxsləri yenidən Siyəzən rayonuna qaytarmışdır. Daha sonra, o, Ziyanın və digərlərinin çağırışı ilə heç bir yerə getməmiş və görüşməmişdir. O, Ziyanın narkotik vasitə istifadəçisi olduğunu və oğurluqla məşğul olmasını sonuncu tutulduqdan sonra Siyəzən RPŞ-də olarkən öyrənmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, şəxsi təsərrüfatında mal-qara və kiçikbuynuzlu heyvanlar saxlayır. Həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs1 tanısa da, onlarla yaxından münasibəti olmamış, bununla yanaşı münasibəti həmişə normal olmaqla, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təxminən aprel ayının axırlarında Ziya və Vüsal onun quşçuluq işi məşğul olduğunu bildiyindən ona Təqsirləndirilən şəxs2 qohumunda quşçuluqda istifadə olunan soba olduğunu bildirib, həmin sobanı almaq istəyib-istəməməsini soruşmuşlar. O, Vüsal və Ziyaya həmin sobaya baxdıqdan sonra fikrini bildirəcəyini qeyd etmişdir. Təxminən 01 may 2021-ci il tarixdə səhər saatlarında Samir ona zəng edərək, qohumunun həmin sobanı gətirdiyini və ona baxmaq istəyib-istəmədiyini soruşmuş, o, isə sobaya harada baxa biləcəyini sual etdiyində, Samir sobanın yerləşdiyi təxmini yeri demiş və o, sobanın yerləşdiyi yer ilə bağlı çox təəccüblənmişdir. Belə ki, o, Samirin dediklərindən həmin sobanın onun tərəfindən yeni icarəyə götürülən Siyəzən rayonunun Beşdam kəndindəki quşçuluq sexinə qoyulduğunu başa düşmüşdür. O, sobanı qoyduqları quşçuluq sexinin onun tərəfindən icarəyə götürüldüyünü və niyə məhz həmin quşçuluq sexinə qoyulduğunu da əlavə soruşduğunda, Samir həmin sobanın gecə maşın ilə gətirələrək düşürüldüyünü, ona göstərmək fikirləri olduğundan çox uzağa aparmaq istəmədiklərini bildirmişdir. O, Samirin danışığından şübhələnsə də, həmin sobaya baxmağa razılaşmışdır. Bundan sonra, onlar birlikdə həmin sobaya baxmaq üçün Siyəzən rayonu, Beşdam kəndində yerləşən yeni icarəyə götürdüyü sexə yollanmış, oraday çatıb birlikdə həmin isitmə sobasına baxmış, həmin sobanın oğurluq olub-olmamasını soruşmuşdur. Həmin şəxslər isə ona sobanın oğurluq olmadığını və Samirin hansısa qohumuna məxsus olduğunu bir daha bildirmişlər. Bundan sonra o, Samirə sobanı almağa razı olub-olmaması barədə heç bir söz demədən sağollaşıb evə qayıtmışdır. Bir qədər sonra mobil telefonu ilə Samirə zəng edərək, həmin sobanı çox nahaq yerə onun icarəyə götürdüyü sexə qoyduqlarını bildirməklə, buna görə Samirə irad tutmuş və sobanı həmin sexdən götürərək uzaqlaşdırmağını tələb etmişdir. Daha sonra, Siyəzən RPŞ-də olarkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun icarəyə götürdüyü sexə aparıb qoyduqları isitmə sobasının oğurluq olmasından məlumatlı olmuşdur. O, isitmə sobasının Vüsal, Ziya və Samir tərəfindən başqa bir quşçuluq sexindən oğurlanaraq, onun icarəyə götürdüyü sexə qoyulmağından xəbərsiz olmuş və bu barədə hər hansı məlumatı olmamışdır. Onlardan bu barədə soruşduqda, isə həmin şəxslər sobanın oğurluq olmadığını bildirmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 117-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2021-ci il tarixli, 6/1772 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün № 96 dairəvi möhür əksi olan ... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,220 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Eyni zamanda, bir ədəd yaşıl rəngli kağız borucuqda narkotik və psixotrop maddələrə aid izlər aşkar edilməmişdir. Tədqiqata 0,05 qram metamfetamin sərf edildikdən sonra psixotrop maddənin qalıq çəkisi 0,170 qram təşkil etmişdir. Cinayət işinin İ cild 116-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİİ cild 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş 1876 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/3030 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materialları satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş əvvəllər istismarda olmuş üzərində markalanma yazıları olmayan, cəmi 140 metr 1x4mm2 ölçülü, xarici görünüşünə görə istismar edilmiş, üzəri göy və qırmızı rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış naqilin hazırkı işlənmiş vəziyyətdə, 29 aprel 2021-ci il tarixə, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti təxminən 67,20 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/3028 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materialları satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına nümunə kimi təqdim edilmiş əvvəllər istismarda olmuş üzərində 2x4mm2 ölçülü 70 metr elektrik kabelinin hazırkı işlənmiş vəziyyətdə, 23 aprel 2021-ci il tarixə köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 84 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 18-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 22-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2021-ci il tarixli, 6/1992-9/3317 nömrəli ekspert rəyindən görünür ki, təxminən 9,6 sm uzunluqlu, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, müxtəlif rəngli rezinəoxşar 4 ədəd damardan və 4 ədəd qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 11,00 mm, damarların hər birinin diametri təxminən 3,17 mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 1,7 mm olan kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Eyni zamanda rəydən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edlmiş nümunə əsasında 150 metr əvvəllər istismar olunmuş ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, müxtəlif rəngli rezinəoxşar 4 ədəd damardan və 4 ədəd qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 11,00 mm, damarların hər birinin diametri təxminən 3,17 mm, qırmızımtıl-sarı rəngli simlərdən hər birinin diametri təxminən 1,7 mm olan mis əsaslı ərintidən hazırlanmış kabelin hazırkı işlənmiş vəziyyətdə, 23 aprel 2021-ci il tarixə, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış təxminən 231 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış materialların ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 9/3031 nömrəli ekspert rəyindən görünür ki, üzərində markalanma göstəriciləri olmayan ağ rəngli, 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqilinin istifadə olunması nəzərə alınaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1 metri-1 manat, 445 metri-445 (445x1,00 manat) manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 30-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 9/3032 nömrəli ekspert rəyindən görünür ki, üzərində markalanma göstəriciləri olmayan ağ rəngli, 4 xətli, diametri 13 mm olan, mis əsaslı elektrik naqilinin istifadə olunması nəzərə alınaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1 metri-1 manat, 200 metri-200 (200x1,00 manat) manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 9/3338 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində mağazalarda və köhnə məişət ev əşyalarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilən əvvəllər istifadədə olmuş tədqiqat obyektlərinin, o cümlədən bir ədəd üzərində “BM2, Arcotherm, Bıemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanın 27 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək olan müddətdə, istismar müddətini, xarici görünüşünü və köhnəlməsini nəzərə alaraq republikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 1200 manat, 1300 metr üzərində markalanma yazıları olmayan 4x2,5 mm2 ölçülü, xarici görünüşünə görə istismar edilmiş, üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət dörd damalı mis əsaslı ərintidən hazırlanmış kabelin qiyməti 1950 manat, 350 metr uzunluğu 23 sm, üzərində markalanma yazıları olmayan, 2x,2,5 mm2 ölçülü, xarici görünüşünə görə istismar edilmiş, üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabelin qiyməti 336 manat, 100 metr uzunluğu 23 sm, xarici görünüşünə görə istismar edilmiş 2x2,5 mm2 ölçülü üzəri ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən ibarət iki damalı mis əsaslı ərintidən hazırlanmış kabelin qiyməti 96 manat, bir ədəd üzrəində “Geepas” model GVC2541 sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, üst qapağı və komplektə daxil olan digər hissələri üstündə olmayan tozsoranın qiyməti 20 manat, bir ədəd üzərində “Zass Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş doqquz bölmədən ibarət yağla işləyən elektrik radiator qızdırıcısının qiyməti 50 manat, bir ədəd üzərində “BBK, made in China” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş DVD aparatın qiyməti 30 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 106-107-ci vərəqələrində olan 01 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli qış gödəkcəsi, qara rəngli uzunqol köynək, qara rəngli şalvar və qara rəngli ipsiz ayaqqabı olmuş, bu zaman təklif əsasında sonuncunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən çıxararaq masanın üzərinə qoyduğu 1 ədəd salfetka açılıb baxıldıqda içərisində 2 ədəd ağ-qara rəngli siqaret kağızı bükülüsü, əlavə 2 ədəd gümüşü rəngli kağız bükülüsü, 1 ədəd narkotik vasitəni qəbul etmək üçün yaşıl rəngli müştük formalı kağız əşya müəyyən olunmuşdur. 2 ədəd ağ-qara rəngli kağız bükülülər açılıb baxıldıqda onların içlərinin boş olduğu, həmçinin salfetkanın içərisində əlavə başqa heç nə olmadığı müəyyən olunmuşdur. Salfetkanın içərisində aşkarlanmış 1-ci gümüşü kağız bükülü açıldıqda içərisində əlavə olaraq 1 ədəd gümüşü rəngli bükülüyə bükülmüş vəziyyətdə ağ kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin “şüşə” olduğunu bildirmişdir. Bu kütlə qablaşdırılaraq yenidən gümüşü rəngli kağıza bükülmüş, 2-ci gümüşü rəngli sıx vəziyyyətdə bağlanmış bükülü açıldıqda isə içərisinin boş olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 əlavə üzərində qanunla qadağan olunan əşya və ya predmet olubolmaması soruşulduqda, o üzərində əlavə qanunla qadağan olunan əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra, şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş predmetlər müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 144-146-cı səhifələrindəki 03 may 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, İİİ cild 76-115-ci vərəqələrində olan 03 iyul 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan, eləcə də İİİ cild 55-56-cı səhifələrdəki ərizə və qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Geepas” model GVC2541 sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, üst qapağı və komplektə daxil olan digər hissələri üstündə olmayan tozsoran, bir ədəd üzərində “Zass Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş doqquz bölmədən ibarət yağla işləyən elektrik radiator qızdırıcısı, bir ədəd üzərində “BBK, made in China” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş DVD aparat Zərərçəkmiş şəxs1 qaytarılmış, eləcə də zərərçəkmiş şəxslərdən götürülmüş ekspertizaya nümunə kimi təqdim olunmuş kabellər, Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,170 qram təşkil edən psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərində 01 may 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də bu tarixdə Siyəzən rayonunun Beşdam kəndi ərazisində Şahid2 icarəyə götürdüyü quşçuluq sexindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində “BM2, Arcotherm, Biemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanın və 15 metr uzunluğunda elektrik kabelinin götürülməsi ilə bağlı görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd, cəmi 2 ədəd CD disk də maddi sübut kimi tanınıb, saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 151-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2021-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin bu cildinin 154-157-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 1(003)-2/2018 saylı hökmünün surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməklə, qəti olaraq 3000 manat cərimə cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 7(059)-5/2019 saylı qərarı ilə cərimə cəzası 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmçinin 19 mart 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 191-192-ci, 199-200-cü və 208- 209-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 4(059)- 19/2021, 4(059)-18/2021 və 4(059)-17/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarlarından görünür ki, müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cild 218-219-cu vərəqələrində olan arayış, xasiyyətnamədən, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 11 iyul 2016-cı il tarixdən 01 yanvar 2018-ci il tarixədək, 29 sentyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmaqla, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 167-168-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİHB-nin Beşdam kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 169-170-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, himayəsində 18 fevral 2014-cü il təvəllüdlü Amin və 25 iyul 2019-cu il təvəllüdlü Bənövşə adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonu, Beşdam kəndində yaşamış Təqsirləndirilən şəxs3 barəsində Siyəzən RİHB-nin Beşdam kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər tərəfindən tərtib olunmuş ərizələrdən görünür ki, dəymiş zərər tam şəkildə ödənildiyinə görə onların təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmamaqla yanaşı, sonuncular barəsində ciddi cəza verilməməsini, habelə yüngül cəza təyin edilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, habelə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 01 may 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 01 may 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olmaqla, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olmaqla, gənc olması, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, həmçinin Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 01 may 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs3 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İV, V, Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Geepas” model GVC2541 sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, üst qapağı və komplektə daxil olan digər hissələri üstündə olmayan tozsoran, bir ədəd üzərində “Zass Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş doqquz bölmədən ibarət yağla işləyən elektrik radiator qızdırıcısı, bir ədəd üzərində “BBK, made in China” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş DVD aparat Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməli, iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş kabellər hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə zərərçəkmiş şəxslərə qaytarılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,170 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs1 üzərində 01 may 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də bu tarixdə Siyəzən rayonunun Beşdam kəndi ərazisində Şahid2 icarəyə götürdüyü quşçuluq sexindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində “BM2, Arcotherm, Biemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanın və 15 metr uzunluğunda elektrik kabelinin götürülməsi ilə bağlı görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd, cəmi 2 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 435 (dörd yüz otuz beş) manat məbləğində ekspertiza xərci isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Geepas” model GVC2541 sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, üst qapağı və komplektə daxil olan digər hissələri üstündə olmayan tozsoran, bir ədəd üzərində “Zass Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş doqquz bölmədən ibarət yağla işləyən elektrik radiator qızdırıcısı, bir ədəd üzərində “BBK, made in China” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş DVD aparat Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş kabellər hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə zərərçəkmiş şəxslərə qaytarılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 0,170 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs1 üzərində 01 may 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də bu tarixdə Siyəzən rayonunun Beşdam kəndi ərazisində Şahid2 icarəyə götürdüyü quşçuluq sexindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd üzərində “BM2, Arcotherm, Biemmedue, model GA/N 100C, İtalia” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş, silindr formalı, üstünə idarəedici elektrik və qaz qurğuları quraşdırılmış qazla işləyən sobanın və 15 metr uzunluğunda elektrik kabelinin götürülməsi ilə bağlı görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd, cəmi 2 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 435 (dörd yüz otuz beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-44/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-44/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver