Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-45/2020 13.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil X4 iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1980-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,255 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0,195 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 0,482 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, üzərində olan 0,280 qram heroinin 0,025 qramını xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində Şahid1 razılaşma yolu ilə 10 manata satmış, qalan narkotik vasitələri üzərində saxlamış və xx xxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Siyəzən RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayonu “Siyəzən Palace” restoranının qarşısında saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş 0,070 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin qutuda olan 1 ədəd şəffaf sellofandakı 1 ədəd gümüşü rəngli kağız bükümünün içərisində 0,070 qram, 0,031 qram və 0,094 qram olmaqla, ümumi təmiz çəkiləri 0,195 qram olan 3 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş psixotrop maddə olan metamfetamin, bununla yanaşı şəffaf sellofandakı digər gümüşü rəngli kağız parçasının içərisində 0,32 qram, 0,035 qram, 0,035 qram, 0,034 qram, 0,038 qram və 0,041 qram olmaqla, ümumi təmiz çəkiləri 0,215 qram olan 6 ədəd gümüşü rəngli kağız parçalarına bükümlüş narkotik vasitə olan heroin, həmin cibindən 1 ədəd şəffaf sellofan bükümün içərəsində 0,412 qram narkotik vasitə olan marixuana və 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində 0,017 qram və 0,023 qram olmaqla ümumi təmiz çəkiləri 0,04 qram olan 2 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş narkotik vasitə olan heroin, RPŞ-nin həyətində idarə etdiyi ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan "AO SAİ POCKET SALE" markalı elektron tərəzi aşkar olunaraq götülürmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir və eyni zamanda, onu da bildirir ki, polis əməkdaşları tərəfindən üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik və psixotrop vasitələrin bir qismi ona məxsus olmamışdır. Belə ki, bundan əvvəl də Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin istifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələr olmuş, sürmək üçün nəzərdə tutulan etibarnamə əsasında **-VA-*** nömrə nişanlı, VAZ 21723 “Priora” markalı minik avtomobili idarə etmişdir. Xeyli müddət olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında kanalın kənarında yerdən 4 ədəd kibrit qutusu tapmış, həmin kibrit qutusunu açıb içərisinə baxdığında hazır vəziyyətdə gümüşü kağız bükülülərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və həmin narkotik vasitəni götürərək əynində olan gödəkcənin cibinə qoymuşdur. Şahid1 isə Siyəzən şəhər sakini kimi tanımış, sonuncu ev təmiri ilə bağlı müəyyən işləri bacardığından və yaşadığı evin həyətində yerləşən sanitar qovşağın təmirə ehtiyacı olduğundan bu məqsədlə xx xxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elçinin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmişdir. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında qardaşı Seymur Paşayev onu yuxudan oyadaraq Elçinlə sanitar qovşağın təmiri üçün nəzərdə tutulan tikinti materiallarını almaq üçün mağazaya getməsini xahiş etdikdə, o, Elçinlə birlikdə idarə etdiyi **-VA-*** nömrə nişanlı, VAZ 21723 “Priora” markalı avtomobillə Siyəzən şəhəri H.Əliyev küçəsində, Şabran rayonu istiqamətində yerləşən “Siyəzən Palace” şadlıq evinin yaxınlığında olan tikinti materialları satılan mağazaya getmiş, həmin zaman üzərində yerdən tapdığı narkotik vasitə qurudulmuş marixuana bükümləri də olmuşdur. Mağazaya daxil olduqdan sonra polis əməkdaşları onlara yaxınlaşaraq üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onları Siyəzən RPŞ-yə aparmışlar. RPŞ-nin növbətçi hissəsində üzərində Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmış, bu zaman üzərindən (paltarının hansı hissəsində olduğunu dəqiq xatırlamır) 4 ədəd kibrit qutusunun içərisində gümüşü rəngli siqaret kağızı bükülüsündə qəhvəyi rəngli ot şəklində narkotik vasitə qurudulmuş marixuana və gödəkcəsinin sol yan cibindən isə 1 ədəd müştük aşkar olunaraq götürülmüşdür. Bundan başqa, üzərində keçirilən şəxsi axtarış zamanı 1 ədəd Bakı şəhərində 20 Yanvar metrosundan aldığı açılıb-qatlanan bıçaq və üzərində olan 1 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədədi 10 manatlıq olmaqla, ümumilikdə 150 manat nəğd pul aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İlkin videoçəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona aid olmadığını desə də, sonradan polis əməkdaşlarının təzyiqi ilə həmin narkotik vasitə və psixotrop maddələrin ona aid olduğunu bildirmişdir. Daha sonra, idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilə keçirilən baxış zamanı, oradan 1 ədəd gümüşü rəngli kağız falqa və 1 ədəd içərisi boş vəziyyətdə narkotik vasitə qəbul etməyi üçün nəzərdə tutulan papiros, 1 ədəd açılıb-qatlanan bıçaq, 1 ədəd yaşıl rəngli, üzəri tozlu şəkildə olan şpris, 1 ədəd qara rəngli elektron tərəzi və 1 ədəd beysbol çubuğu aşkar olunaraq götürülmüşdür. Bundan başqa, avtomobilindən Şahid1 məxsus “LD” markalı siqaret qutusunun içərisində 1 ədəd iynə, 1 ədəd şpris, 1 ədəd sınıq şüşə ampula və 1 ədəd sellofan bükülüdə toz formasında kristal şəkilli kütlə aşkar olunaraq götürülsə də, həmin siqaret qutusunun içərisində olan predmetlər ona aid olmamış, habelə düşüncəsinə görə bunları onun maşınına Elçinin özü qoymuşdur. Ümumiyyətlə, o, Şahid1 10 manat müqabilində hərhansı narkotik vasitə heroin verməmiş, evin həyətindəki ayaqyolunu təmir etdikdən sonra alacağı 100 manat puldan verəcəyi ilə bağlı razılığa gəlməmiş və aralarında belə bir razılıq da olmamışdır. Bundan əlavə, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri özü hazırlamamış, narkotik vasitələri Siyəzən rayonu ərazisində müxtəlif yerlərdən tapmaqla, istifadə etmişdir. Avtomobilindən aşkar edilərək götürülmüş 1 ədəd elektron tərəzini isə narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün deyil, qızıl tərəzisi olaraq istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də Siyəzən RPŞ-nin növbətçi hissəsində olarkən əməliyyat müvəkkili Şahid3 və rəis müavini Əhməd Nəcəfov tərəfindən fiziki təsirə məruz qalması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Siyəzən şəhəri, Xətai küçəsində ailəsi ilə birlikdə yaşayır və evlidir. Bundan əvvəl Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra yaşadığı ünvan 2 ünvanında yerləşən evinə geri qayıtmışdır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, istifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələr vardır və sürmək üçün nəzərdə tutulan etibarnamə əsasında **-VA-*** nömrə nişanlı, VAZ 21723 “Priora” markalı minik avtomobili idarə edir. Təxminən 10 ilə yaxın müddətdə narkotik vasitə qurudulmuş marixuanadan, təxminən 5 il müddətində isə “şüşə” adlandırılan psixotrop maddə metamfetamindən çəkmək yolu ilə qəbul edir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında kanalın kənarında yerdən kibrit qutusu tapmış, həmin kibrit qutusunu açıb içərisinə baxdığında hazır vəziyyətdə gümüşü kağız bükülülərin içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin narkotik vasitə və psixotrop maddə metamfetamini götürüb əynində olan gödəkcənin cibinə qoymuşdur. Şahid1 Siyəzən şəhər sakini kimi tanımış, sonuncunun ev təmiri ilə bağlı müəyyən işləri bacardığından məlumatı olmuş, yaşadığı evin həyətində sanitar qovşağını təmir etmək lazım olduğundan xx xxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elçinin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmişdir. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Elçin yaşadığı evə gəlmiş, sonuncu təmir olunacaq sanitar qovşağına baxdıqdan sonra həmin sanitar qovşağını təmir edə biləcəyini bildirmişdir. Daha sonra, Elçin lazımi iş alətlərini götürmək üçün yaşadığı evə qayıtmış, sonuncu təxminən saat 09:00 radələrində gəlib, evin həyətində olan sanitar qovşağını təmir etməyə başlamışdır. Elçin ayaq yolunu təmir edən zaman o, yatmış, qardaşı onu yuxadan oyadaraq Elçinə iş görmək üçün material lazım olduğunu bildirmişdir. O, yuxudan oyanıb, Elçinin yanına gəlmiş, sonuncu işləmək üçün bir qədər material lazım olduğunu qeyd etmişdir. Daha sonra, Elçinlə birlikdə idarə etdiyi avtomobilə əyləşmiş, bu zaman üzərində yerdən tapdığı narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin bükümləri də olmuşdur. O, Elçinlə birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsində, Şabran rayonu istiqamətində yerləşən “Siyəzən Palace” şadlıq evinin yaxınlığında olan tikinti materialları satılan mağazaya gəlmiş, oraya daxil olduqdan sonra polis əməkdaşları onlara yaxınlaşaraq üzərlərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib, onları Siyəzən RPŞ-yə gətirmişlər. Əvvəlcə Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmış, bu zaman üzərindən 1 ədəd kibrit qutusunun içərisində gümüşü rəngli siqaret kağızı bükülüsündə qəhvəyi rəngli ot şəklində narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd gümüşü rəngli bükülüdə psixotrop maddə metamfetamin, 6 ədəd bükülüdə narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra, şəxsi axtarış davam etdirilən zaman əlavə olaraq gödəkcəsinin sol yan cibindən 1 ədəd də gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi kağız falqalar və 1 ədəd müştük aşkar olunaraq götürülmüşdür. Bundan başqa, üzərində keçirilən şəxsi axtarış zamanı 1 ədəd metrodan aldığı açılıbqatlanan bıçaq və üzərində olan 1 ədəd 100 manatlıq, 2 ədədi 20 manatlıq, 1 ədədi 10 manatlıq olmaqla ümumilikdə 150 manat nəğd pul aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İlkin videoçəkiliş zamanı özünü müdafiə etmək üçün üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona aid olmadığını bildirsə də, hal-hazırda səmimi olaraq üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona aid olduğunu qeyd edir. Daha sonra, idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilə keçirilən baxış zamanı, oradan 1 ədəd gümüşü rəngli kağız falqa və 1 ədəd içərisi boş vəziyyətdə narkotik vasitə qəbul etməyi üçün nəzərdə tutulan papiros, 1 ədəd açılıb-qatlanan bıçaq, 1 ədəd yaşıl rəngli, üzəri tozlu şəkildə olan şpris, 1 ədəd qara rəngli elektron tərəzi və 1 ədəd beysbol çubuğu aşkar olunaraq götürülmüşdür. Bundan başqa, avtomobilindən LD markalı siqaret qutusunun içərisində 1 ədəd iynə, 1 ədəd şpris, 1 ədəd sınıq şüşə ampula və 1 ədəd sellofan bükülüdə toz formasında kristal şəkilli kütlə aşkar olunaraq götürülmüşdür. Həmin siqaret qutusunun içərisində olan predmetlər ona aid olmamaqla, qutunun maşınında arxada oturan Şahid1 ora qoyduğunu düşünür. Şahid1 10 manat müqabilində bir bükümdə narkotik vasitə heroin verməmiş, evin həyətindəki ayaqyolunu təmir etdikdən sonra alacağı 100 manat puldan verəcəyi ilə bağlı razılığa gəlməmiş, ümumiyyətlə aralarında belə razılıq olmamış, habelə Şahid1 narkotik vasitə verməmiş, saxlanılan zaman ona qarşı hər hansı fiziki və digər zorakılıq halı baş verməmişdir. Bundan əlavə, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri Siyəzən rayonu ərazisində müxtəlif yerlərdən tapıb istifadə etmişdir. Qeyd edilən narkotik vasitələri üzərində aşkar olunan formada tapmış, özü hazırlamamış, üzərinda olan narkotik vasitələri istifadə etmək məqsədi ilə saxlamışdır. Avtomobilindən aşkar edilərək götürülmüş 1 ədəd elektron tərəzinin qızıl tərəzisi olmaqla, narkotik vasitə üçün istifadə etməmişdir. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin eynilik təşkil etməsinə baxmayaraq, o, Şahid1 heç bir narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Siyəzən şəhəri sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “VAZ 21723” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narotik vasitə saxlaması, satışı ilə məşğul olması, eləcə də, Siyəzən şəhər sakini Şahid1 üzərində qanunsuz olaraq naroktik vasitə gəzdirməsi barədə bir sıra əməliyyat məlumatları daxil olmuş, məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə RPŞ-nin sabiq əməliyyat müvəkkili Şahid3 tərəfindən qərar qəbul olunmuş, qərar təsdiq edildikdən sonra sonuncu ilə birlikdə CAB-nin rəisi Şahid2, əməliyyat müvəkilli Şahid5, PPXT-nın manqa komandiri Şahid7, ƏRQ-nun kiçik inspektoru Şahid9, Məlumat Portalının operatoru Şahid8 və YPX-nin inspektoru Şahid11lə birlikdə təlimatlandırma keçirilmişdir. xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində RPŞ-nin rəhbərliyinin tapşırığı ilə əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və Təqsirləndirilən şəxs Siyəzən rayonu, "Siyəzən Palace" restoranın qarşısında idarə etdiyi "VAZ 21723" markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayanması müəyyən olunmuşdur. Əvvəlcə YPX inspketoru Şahid11 və ardınca digər əməkdaşlar Təqsirləndirilən şəxs yaxınlaşmış, həmin vaxt narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli şəxs hesab olunan Şahid1 da avtomobildə olmuş, hər iki şəxsə üzərlərində və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olması barədə əməliyyat məlumatlarının olduğu bildirilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə, eləcə də, Şahid1 da RPŞ-yə dəvət etmişlər. RPŞ-nin növbətçi hissəsində ilk olaraq Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, videoçəkiliş RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru Şahid10 tərəfindən həyata keçirilmişdir. Bundan əvvəl, Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş təqdim edilsə də, sonuncu heç bir sənədə imza etməyəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığını bilmədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş 0,070 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin qutuda olan 1 ədəd şəffaf sellofandakı 1 ədəd gümüşü rəngli kağız bükümünün içərisində 0,070 qram, 0,031 qram və 0,094 qram olmaqla, ümumi təmiz çəkiləri 0,195 qram olan 3 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş psixotrop maddə olan metamfetamin, bununla yanaşı, şəffaf sellofandakı digər gümüşü rəngli kağız parçasının içərisində 0,32 qram, 0,035 qram, 0,035 qram, 0,034 qram, 0,038 qram və 0,041 qram olmaqla, ümumi təmiz çəkiləri 0,215 qram olan 6 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş narkotik vasitə olan heroin, həmin cibindən 1 ədəd şəffaf sellofan bükümün içərəsində 0,412 qram narkotik vasitə olan marixuana və 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində 0,017 qram və 0,023 qram olmaqla ümumi təmiz çəkiləri 0,04 qram olan 2 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ 21723" markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə müstəntiqin göstərişi ilə baxış keçirilmiş, baxış vidioçəkilişlə RPŞ-nin Uçotqeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru Şahid10 tərəfindən həyata keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda olan sürücünün əyləşdiyi oturacağın yuxarı hissəsində günlük adlanan yerdən 1 ədəd gümüşü rəngli kağız falqa və 1 ədəd içərisi boş vəziyyətdə narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulan papiros aşkar olunmuşdur. Təqsirləndirilən şəxs içərisi boş vəziyyətdə olan papirosun “kazbek” olduğunu və narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmiş, daha sonra həmin avtomobilin salonunda qolaltlığından 1 ədəd açılıb-qatlanan bıçaq aşkar olunmuşdur. Bundan sonra, avtomobilin arxa oturacağında səsgücləndiricilərin yerləşdiyi rəfin üzərindən 1 ədəd “LD” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisi açıldığında isə içərisində 1 ədəd iynənin, 1 ədəd şprisin, 1 ədəd sınıq şüşə ampulanın və 1 ədəd sellofan bükülüdə toz formasında kristal şəkilli kütlənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun və həmin qutunun içərisində olan predmetlərin ona aid olmadığını, qeyd olunan predmetlərin saxlanıldığı zaman onunla birlikdə avtomobildə olan Elçin adlı şəxsə məxsus olduğunu bildirmiş, daha sonra, avtomobilin yük yerinə baxış keçirilən zaman oradan 1 ədəd üzərində “Mercedes”, “Bangqiubang Bat” sözləri yazılan beysbol oyunu zamanı istifadə olunan taxta parçası aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin beysbol oyunu zamanı istifadə olunan taxta parçasını bazardan aldığını bildirmişdir. Bundan başqa, avtomobilin yük yerində avtomobilə aid ləvazimatların yığıldığı qutunun içərisindən 1 ədəd yaşıl rəngli, üzəri tozlu şəkildə olan şpris aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin şprisdən avtomobilin qapılarının müəyyən yerlərinə yağ vurmaq üçün istifadə etdiyini qeyd etmişdir. Həmçinin, avtomobilin salonunun cihazlar panelinin sağ tərəfində yerləşən saxlanc yerinə baxış zamanı oradan üzərində “AO SAİ POCKET SALE” sözləri yazılan, işlək vəziyyətdə olan qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin elektron tərəzini marixuana götürəndə çəkmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra, avtomobilə keçirilən baxış davam etdirilsə də, avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. İş üçün əhəmiyyət kəsb edən aşkar edilərək götürülmüş əşyalar müvafiq qaydada qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və idarə etdiyi "VAZ 21723" markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq, ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilk olaraq protokollara imza etməyəcəyini bildirsə də, sonradan üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu qeyd etmişdir. Bir qədər sonra RPŞ-nin növbətçi hissəsində Şahid1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, videoçəkiliş RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru Şahid10 tərəfindən həyata keçirilmiş, bundan əvvəl, Şahid1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Şahid1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda müdafiəçi Yəhyə Nəzərovun iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Şahid1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra, müstəntiqin göstərişi ilə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 əynində olan qara rəgli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd, içərisində 0,025 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra, şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsində yerləşən fərdi yaşayış evində elə həmin tarixdə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, lakin, oradan qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin cinayət axtarış bölməsinin bölmə rəisi Şahid2, RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid5, RPŞ-nin növbətçi hissənin sabiq məsul növbətçisi, hazırda Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid6, PPXT-nin manqa komandiri Şahid7, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid8 Qiyas oğlu, bu qrupun kiçik inspektoru Şahid10, Əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid9 və DYPB-nin YPX inspektoru Şahid11 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərdi ki, o, naroktik vasitə aludəçisi olmaqla, bununla bağlı bir neçə dəfə müalicə də olunmuşdur. Hazırda fərdi əmək fəaliyyəti, yəni ev təmiri işləri ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 5 il olar, Siyəzən şəhər sakini kimi tanıyır. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**- ** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurararaq evlərinin həyətində yerləşən sanitar qovşağının təmirə ehtiyacı olduğunu bildirmiş, növbəti gün üçün, yəni xx xxxxx 2020-ci il tarixdə həmin sanitar qovşağını təmir etməyə çağırmışdır. xx xxxxx 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı, "Priora" markalı avtomobil ilə yaşadığı ünvana gələrək onu öz evlərinə aparmış, habelə Təqsirləndirilən şəxs evində təmir olunacaq sanitar qovşağa baxdıqdan sonra ondan ümumilikdə görəcəyi işə görə 100 manat pul alacağını bildirdikdə, Musa onunla razılaşmış, ləvazimatlarını götürmək üçün onu yaşadığı evə gətirmişdir. Bundan sonra, təxminən saat 09:00 radələrində yenidən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına yollanaraq evin həyətində olan sanitar qovşağı təmir etməyə başlamışdır. Bir qədər işlədikdən sonra material lazım olduğu üçün Musanı çağırmış və ona material almalı olduğunu bildirmişdir. Bu məqsədlə evdən çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş, sonuncunun narkotik vasitə istifadə etdiyini və satışı ilə məşğul olduğunu bildiyindən ondan narkotik vasitə heroin verməsini xahiş etmiş və narkotik vasitə heroinin pulunu isə görəcəyi iş müqabilində alacağı 100 manat puldan çıxacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs öz növbəsində 10 manata narkotik vasitə heroin verəcəyini və həmin narkotik vasitənin pulunu verəcəyi 100 manatdan çıxacağını bildirib, həmin narkotik vasitəni qəbul etmək üçün ən münasib yerin avtomobilin arxa oturacağı olduğunu ifadə etmişdir. Belə ki, arxa yan şüşələr tünd olduğundan avtomobilin salonu görsənməmişdir. O da, avtomobilin arxa sərnişin oturacağında oturmaqla rahat şəkildə Musadan aldığı narkotik vasitə heroini iyləmək yolu ilə qəbul etmiş, yerdə qalan cüzi miqdarda narkotik vasitə heroini isə yenidən bükərək növbəti dəfə şəxsi təlabatı üçün saxlamışdır. Daha sonra, onlar Siyəzən şəhəri, H.Əliyev küçəsində, Siyəzən şəhərinin Şabran rayonu istiqamətində çıxacağında yerləşən "Siyəzən Palace" restoranının yaxınlığındakı tikinti materialları mağazasına getmişlər. Mağazadan çıxıb avtomobilə əyləşən zaman polis əməkdaşları onlara yaxınlaşaraq Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra, RPŞ-nin növbətçi hissəsində üzərinə müdafiəçi X4 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qara rəngli cins şalvarın sağ kiçik cibindən həmin gümüşü rəngli bükülü aşkar olunaraq götürülmüşdür. Həmin bükülünün içərisi açıldığında bükülünün içərisində çox cüzi miqdarda narkotik vasitə heroinin qalıqları aşkar olunmuş və bükülü polis əməkdaşları tərəfindən götürülərək 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmaqla, qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, üzərində keçirilən şəxsi axtarış ilə bağlı protokol yazılmış, habelə imzalarla protokolun doğruluğu təsdiq edilmişdir. Saxlanılan zaman hər hansı fiziki və digər zorakılıq halı baş verməmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa oturacağında səsgücləndiricilərin yerləşdiyi rəfin üzərindən götürülmüş 1 ədəd LD markalı siqaret qutusunun içərisində olan iynənin, şprisin, ağzı kəsik vəziyyətdə şüşə ampulanın və içərisində ağ rəngli kristalşəkilli olan kütlənin ona məxsus olmadığını, üzərində olan narkotik vasitə heroini isə iyləmək yolu ilə qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid13 ifadəsində göstərdi ki, həbs olunana kimi Təqsirləndirilən şəxs Siyəzən şəhəri, X9 küçəsi, ev 113 ünvanında onunla qonşu olması ilə yanaşı, aralarında normal münasibətlər olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs avtomobili ilə taksi kimi fəaliyyət göstərdiyindən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən bir neçə dəfə zəng edib, mesaj yazmaqla taksi kimi sifarişlər vermiş, bundan başqa, Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında isə sonuncunun tutulmasından sonra xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə tanışlığı 2020-ci ilin mart ayının əvvəllərində Siyəzən şəhərində “Kanalın altı” deyilən ərazidə fəhlə kimi evlərin birində işlədiyi vaxtdan olmuşdur. Qeyd etdiyi tarixdə Təqsirləndirilən şəxs “Kanalın altı” deyilən yerə gəlmiş, ona evinin dam hissəsinin təmirə ehtiyacı olduğunu bildirmiş və bu minvalla o, Musadan mobil nömrəsini götürmüş, bir neçə gün sonra isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Musanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əlaqə saxlamış, sonuncunun yaşadığı Siyəzən şəhəri, Xətai küçəsində yerləşən evinə getmişdir. Təmir olunacaq dama baxdıqdan sonra, Musaya görəcəyi iş müqabilində 150 manat pul verəcəyini bildirmiş və sonuncu onunla razılaşmışdır. Beləliklə, həmin evin dam hissəsini təmir etmiş, evdə bir sıra təmir işləri görmüş, pulunu tələb etdikdə isə Musa işi tam bitirdikdən sonra verəcəyini bildirmişdir. Ondan sonra bir neçə dəfə Musaya zəng edərək pulunu istəsə də, sonuncu hər dəfə müxtəlif bəhanə ilə pulu verməkdən yayınmışdır. O, heç bir narkotik vasitə istifadə etmir, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə mesaj yazaraq “Ay yetim bawa gelde olmadiki bir soz de alinmirsa gedim eve” yazmaqda məqsədi isə Təqsirləndirilən şəxs ona olan borcunu almaq istəyi olmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid12 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımış, sonuncunun narkotik vasitə satması barədə eşitmişdir. Özü narkotik vasitə istifadə etməsə də, Siyəzən şəhərində Musa ilə bir neçə dəfə qarşılaşmış, sonuncudan mobil nömrəsini almışdır. Müxtəlif vaxtlarda öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Musanın istifadəsdində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə zəng etsə də, sonuncu telefon zənglərinə cavab verməmişdir. Məhkəmə Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs istifadəsdində olan mobil nömrələrə zəng etsə də, sonuncunun telefon zənglərinə cavab verməməsi ilə bağlı məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid12 hər hası bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, sonuncunun narkotik vasitə satması barədə eşitdiyini, özü narkotik vasitə istifadə etməsə də, Siyəzən şəhərində Musa ilə bir neçə dəfə qarşılaşdığını, sonuncudan mobil nömrəsini aldığını, müxtəlif vaxtlarda öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Musanın istifadəsdində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə zəng edərək ondan narkotik vasitə olan “nəşə” yəni qurudulmuş marixuana istədiyini, lakin Musanın ona narkotik vasitə vermədiyini, buna görə də Musaya bu barədə dəfələrlə mesaj yazdığını, sonuncudan narkoik vasitə istədiyini, lakin Musanın ona narkotik vasitə vermədiyini səmimi şəkildə etiraf etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 74-76-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/484 nömrəli rəyindən görünür ki, üzərində "vət. Təqsirləndirilən şəxs üzərindən....." sözləri qeyd olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutuda, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094qr., 0,070., 0,031., ümumi təmiz çəkisi 0,195 qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd kibrit qutuda, 6 ədəd bükümdə, ayrı-ayırılıqda təmiz çəkiləri 0,032qr., 0,035 qr., 0,035qr, 0,034 qr., 0,038qr. və 0,041qr., ümumi təmiz çəkisi 0,215 qr qəhvəyi rəngli tozşəkilli maddələr isə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Eyni zamanda, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,017 qr. və 0,023 qr. qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8 ədəd bükümdə olan heroinlərin ümumi təmiz çəkisi 0,255 qr. təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponetlərə görə eynidirlər. Həmçinin, rəydən görünür ki, üzərində "Təqsirləndirilən şəxs idarəetdiyi avtomobildən aşkar edilərək götürülmüş...." sözləri qeyd edilən 2 zərfdəki, bir ədəd yaşıl rəngli 5 ml-lik şprisin içərisində olan boz rəngli maddə izləri narkotik və ya psixotrop maddəllərin izlərinə aid deyil, bir ədəd 2,5 ml şpirisin və bir ədəd üzərində "novokain" yazısı olan şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetmaninin izləri var, bir ədəd şəffaf sellofan bükümdəki ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və ya psixotrop maddələrə aid olmayan limon turşusudur. Tədqiqata 0,08 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,175 qram, 0,03 qram istifadə olunduqdan sonra isə metamfetaminin qalıq çəkisi 0,165 qram təşkil etmişdir. Cinayət işinin 73-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 79-81-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/485 nömrəli rəyindən görünür ki, üzərində "Vət.Şahid1 üzərindən....." sözləri qeyd olunan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,025 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin, Şahid1 üzərindən götürülmüş heroin, Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlər (xx xxxxx 2020-ci il tarixli 6/484 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. Tədqiqata 0,015 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,010 qram, 0,05 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,125 qram təşkil etmişdir. Cinayət işinin 78-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 84-85-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 7/147 nömrəli rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı....." yazılar və imzalar olan kağız bükümdə təmiz çəkisi 0,070 qram və 1 ədəd sellofan torbacığda təmiz çəkisi 0,412 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və ümumi çəkisi 0,482 qram təşkil edir. Üzərində "Təqsirləndirilən şəxs mənzilində keçirilmiş şəxsi axtarış zamanı..." yazıları və imzalar olan kağız paketdəki 1 ədəd boş papiros içərisində narkotik vasitənin izləri yoxdur. Tədqiqata 0,04 (hər ob 0,02 qram) qram istifadə olunduqdan sonra qurudulmuş marixuananın qalıq çəki 0,442 qram təşkil edir. Cinayət işinin 83-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizasının dəyəri 69,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 240-241-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 3/275 nömrəli rəyindən görünür ki, təqdim edilən "1" və "2" rəqəmi ilə işarələnmiş predmetlər zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan məişət təyinatlı turist bıçaqlardır, üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmirlər. Təqdim edilən "3" rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə hazırlanmış, idman təyinatlı beysbol toxmağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 239-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-ballistik ekspertizasının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 236-237-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 1601 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş, işin 234-235-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibb ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 56 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı növ bədən xəsarətlərinin obyektiv əlamətləri və onların izləri aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də Siyəzən RPŞ-nin növbətçi hissəsində olarkən əməliyyat müvəkkili Şahid3 və rəis müavini Əhməd Nəcəfov tərəfindən fiziki təsirə məruz qalması ilə əlaqədar olaraq müvafiq araşdırma aparılması üçün Siyəzən rayon prokurorluğuna məlumat verilmişdir. Siyəzən rayon prokurorluğunun xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də Siyəzən RPŞ-nin növbətçi hissəsində olarkən əməliyyat müvəkkili Şahid3 və rəis müavini Əhməd Nəcəfov tərəfindən fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də Siyəzən RPŞ-nin növbətçi hissəsində olarkən fiziki təsirə məruz qalması ilə bağlı göstərdyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-44-cü, 52-54-cu vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında, eləcə də işin 47-49-cu vərəqələrində olan bu tarixli baxış keçirilmə və götürmə aparılma barədə, həmçinin 148- 151-ci vərəqələrində olan eyni tarixli axtarış və götürmə aparılma barədə protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli qolsuz gödəkcə, göy rəngli uzunqol köynək, göy rəngli cins şalvar olmuş, bu zaman sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmasını bilmədiyini qeyd etdikdən sonra sonuncunun üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin sol qabaq sepli cibindən 1 ədəd göy rəngli müştük, daha sonra həmin qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuş, kibrit qutusu açıldığında içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı büklüsü və içərisində 2 ədəd gümüşü rəngli siqaret kağızı olan şəffaf rəngli sellofan olduğu müəyyən edilmişdir. Öncə kibrit qutusunun içərisində ayrıca olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisindəki bükülülər ilə birlikdə ona aid olmadığını bildirsə də, sonradan həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan “nəşə” (qurudulmuş marixuana) olduğunu qeyd etmişdir. Daha sonra, şəffaf sellofanın içərisində olan 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri ayrı-ayrılıqda açıldığında birinci bükülünün içərisində səliqəli formada bükülmüş 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin olduğu müəyyən olunmuşdur. Həmin 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri də ayrı-ayrılıqda açıldığında, içərilərində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kristal şəkilli maddələrin nə olduğunu bilmədiyini və ona aid olmadığını qeyd etmişdir. Daha sonra, şəffaf sellofanın içərisində olan ikinci gümüşü rəngli siqaret kağızı bükülüsü açıldığında içərisində səliqəli şəkildə bükülmüş 6 ədəd əlavə gümüşü rəngli siqaret kağızı bükülüləri aşkar olunmuşdur. Həmin bükülülər ayrı-ayrılıqda açıldığında içərilərində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yenidən həmin bükülülərin ona aid olmadığını bildirmişdir. Bundan sonra, həmin bükülülər ilkin vəziyyətində qablaşdırılmaqla kibrit qutusunun içərisinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən digər bükülülərin aşkar olunduğu əynində olan qara rəngli qolsuz gödəkcənin soİ yan cibindən yenidən 1 ədəd şəffaf sellofan bükülü, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunmuşdur. Həmin gümüşü rəngli siqaret kağızı bükülüsü açıldığında içərisində qəhvəyi rəngli, spesifik qoxusu olan narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bir ədəd şəffaf rəngli sellofanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəffaf sellofanın içərisindəki kütlənin narkotik vasitə “nəşə” (qurudulmuş marixuana) olmaqla özünə məxsus oİduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin həmin cibində şəxsi axtarış davam etdirildikdə cibindən yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər hissəciklər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin hissəciklərin qeyd edilən şəffaf rəngli sellofan bükülünün içərisindən cibinə dağıldığını bildirmişdir. Həmin kütlə tərəflərindən şəffaf rəngli sellofan bükülünün içərisinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən saxlanılarkən idarə etdiyi avtomobilin açarları aşkar olunsa da, sonradan həmin açarlar avtomobilə baxış keçirilərkən bağlı vəziyyətdə olan avtomobilin qapılarının onun özü tərəfindən açılması üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan əlavə, şəxsi axtarış davam etdirilən zaman həmin gödəkcənin sağ yan cibindən 1 ədəd açılıb-qatlanan bıçaq aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bıçağı metrodan aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin həmin sağ yan cibindən 1 ədəd qara rəngli Nokia T210 markalı və Xiaomi Redmi markalı mobil telefonlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman əynində olan qara rəngli qolsuz gödəkcənin sol iç cibindən 1 ədəd qara rəngli cüzdan (pul qabı) aşkar olunmuşdur. Həmin cüzdanın içərisi açıldığında içərisində 2 ədəd gümüşü rəngli kağız falqa və 1 ədəd 100 manat, 2 ədəd 20 manat, 1 ədəd 10 manat olmaqla 150 manat nağd pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin falqadan “şüşə” adlandırılan psixotrop maddə metamfetaminin qəbul olunmasında istifadə edildiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş əşyalar müvafiq qaydada ayrıayrılıqda 3 ədəd zərf olmaqla, qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs hər hansı səbəb göstərmədən hər üç zərfin üzərinə imza etməkdən imtina etsə də, zərflər digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, şəxsi axtarış zamanı Şahid1 əynində qara rəngli uzunqol gödəkcə, qara-qırmızı zolaqlı uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli ipli ayaqqabı olmuş, bu zaman Şahid1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, Şahid1 üzərində şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunaraq götürülmüş, bu bükülü açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə qalıqları aşkarlanmışdır. Həmin bükülü 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, imzalanmışdır. Bundan sonra, Şahid1 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən əlavə qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan əlavə, qara rəngli, 2012-ci ilin istehsalı olan "VAZ 21723" markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə də baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş əşya ya predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda o, avtomobilində hər hansı qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirib, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən özündə olan avtomobilin mərkəzi pult sistemi ilə avtomobilin qapıları açıldıqdan sonra avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin salonunda olan sürücünün əyləşdiyi oturacağın yuxarı hissəsində günlük adlanan yerdən 1 ədəd gümüşü rəngli kağız falqa və 1 ədəd içərisi boş vəziyyətdə narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulan papiros aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin içərisi boş vəziyyətdə olan papirosun “kazbek” olduğunu və narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra, həmin avtomobilin salonunda qolaltlığından 1 ədəd açılıbqatlanan bıçaq, avtomobilin arxa oturacağında səsgücləndiricilərin yerləşdiyi rəfin üzərindən 1 ədəd LD markalı siqaret qutusu aşkar olunmuşdur. Siqaret qutusunun içərisi açıldığında içərisində 1 ədəd iynənin, 1 ədəd şprisin, 1 ədəd sınıq şüşə ampluanın və 1 ədəd sellofan bükülüdə toz formasında kristal şəkilli kütlənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun və içərisində olan predmetlərin ona aid olmadığını, qeyd olunan predmetlərin saxlanıldığı zaman onunla birlikdə avtomobildə olan Elçin adlı şəxsə məxsus olduğunu bildirmişdir. Daha sonra, avtomobilin yük yerinə baxış keçirilən zaman oradan 1 ədəd üzərində “Mercedes”, “Bangqiubang Bat” sözləri yazılan beysbol oyunu zamanı istifadə olunan taxta parçası aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin beysbol oyunu zamanı istifadə olunan taxta parçasını bazardan aldığını bildirmişdir. Bundan başqa, avtomobilin yük yerində avtomobilə aid ləvazimatların yığıldığı qutunun içərisindən 1 ədəd yaşıl rəngli, üzəri tozlu şəkildə olan şpris aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin şprisdən avtomobilin qapılarının müəyyən yerlərinə yağ vurmaq üçün istifadə etdiyini bildirdirmişdir. Daha sonra, avtomobilin salonun cihazlar panelinin sağ tərəfində yerləşən saxlanc yerinə baxış zamanı oradan üzərində “AO SAİ POCKET SALE” sözləri yazılan, işlək vəziyyətdə olan qara rəngli elektron tərəzi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin elektron tərəzini nəşə götürəndə çəkmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra, avtomobilə keçirilən baxış davam etdirilsə də, avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı götürülmüş əşyalar ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 112 nömrəli fərdi yaşayış evinə baxış keçirilsə də, bu zaman evdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkilişlər edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-138-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin xx xxxxx 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs və avtomobilindən götürülmüş qalıq çəkisi 0,125 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 0,165 qram təşkil edən metamfetamin, üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan “AO SAİ POCKET SALE” markalı, işlək vəziyyətdə elektron tərəzi, içərisində narkotik vasitə olan heroinin izləri olan bir ədəd 2,5 ml şpris və bir ədəd üzərində “novokain” yazısı olan şüşə ampula, qalıq çəkisi 0,442 qram təşkil edən qurudulmuş marixuana, Şahid1 götürülmüş qalıq çəkisi 0,010 qram təşkil edən heroin iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Siyəzən RPŞ-nin Təminat hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 269-284-cü vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham, həmçinin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə, həmçinin, sonuncunun idarə etdiyi “VAZ 21723” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə Siyəzən RPŞ-nin inzibati binasının həyətində videoçəkiliş ilə keçirilmiş axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Eyni zamanda qərardan görünür ki, əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələrinin tərkib əlamətlərinin olması sübuta yetmədiyindən Şahid1 barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və barəsində İXMnin 206-cı maddəsi ilə inzibati icraatın açılması üçün qəbul edilmiş qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(059)-140/2020 saylı qərarının surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 manat inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 225-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(059)-05/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin eyni tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1ci maddəsi ilə təqsirli bilinib, 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(059)-10/2020saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətlərindən, eləcə də işin 215-216-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx xxxx 2003-cü il təvəllüdlü Mirzəli, xx xxxxxx 2004-cü il təvəllüdlü Səbinə və xx xxxx 2015-ci il təvəllüdlü Eşqim adında üç yetkinlik yaşına çatmayan uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda 0,255 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,195 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 0,482 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, üzərində olan 0,280 qram heroinin 0,025 qramını Şahid1 razılaşma yolu ilə 10 manata satması, eləcə də, Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş 0,070 qram narkotik vasitə olan qurudulmuş marixuananı, həmin qutuda olan 1 ədəd şəffaf sellofandakı 1 ədəd gümüşü rəngli kağız bükümünün içərisində 0,070 qram, 0,031 qram və 0,094 qram olmaqla, ümumi təmiz çəkiləri 0,195 qram olan 3 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş psixotrop maddə olan metamfetamini, bununla yanaşı şəffaf sellofandakı digər gümüşü rəngli kağız parçasının içərisində 0,32 qram, 0,035 qram, 0,035 qram, 0,034 qram, 0,038 qram və 0,041 qram olmaqla, ümumi təmiz çəkiləri 0,215 qram olan 6 ədəd gümüşü rəngli kağız parçalarına bükümlüş narkotik vasitə olan heroini, bundan əlavə, həmin cibindən götürülmüş 1 ədəd şəffaf sellofan bükümün içərəsində 0,412 qram narkotik vasitə olan marixuananı və 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində 0,017 qram və 0,023 qram olmaqla ümumi təmiz çəkiləri 0,04 qram olan 2 ədəd gümüşü rəngli kağız parçalarına bükülmüş narkotik vasitə olan heroini, həmçinin avtomobilin salonun cihazlar panelinin sağ tərəfində yerləşən saxlanc yerində üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetmaninin izləri olan elektron tərəzini saxlaması, onun qanunsuz olaraq narkotik vasitənin satışını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin məqsədinin gələcəkdə bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bununla belə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli, Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin Təminat hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzəridən və avtomobilindən aşkar edilərək götürülümüş qalıq çəkisi 0,125 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 0,165 qram təşkil edən psixotrop maddə metafetamin, qalıq çəkisi 0,442 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan "AO SAİ POCKET SALE" markalı, işlək vəziyyətdə elektron tərəzi, içərisində narkotik vasitə olan heroinin izləri olan bir ədəd 2,5 ml şpris və bir ədəd üzərində "novokain" yazısı olan şüşə ampula, Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,010 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid1, Təqsirləndirilən şəxs üzərilərində Siyəzən RPŞnin növbətçi hissəsində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın həmçinin, Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, eləcə də DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, olunan 361 (üç yüz altmış bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin Təminat hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzəridən və avtomobilindən aşkar edilərək götürülümüş qalıq çəkisi 0,125 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 0,165 qram təşkil edən psixotrop maddə metafetamin, qalıq çəkisi 0,442 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan "AO SAİ POCKET SALE" markalı, işlək vəziyyətdə elektron tərəzi, içərisində narkotik vasitə olan heroinin izləri olan bir ədəd 2,5 ml şpris və bir ədəd üzərində "novokain" yazısı olan şüşə ampula, Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,010 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid1, Təqsirləndirilən şəxs üzərilərində Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, həmçinin Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, eləcə də DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 361 (üç yüz altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-45/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-45/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver