Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-46/2021 05.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi , Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 05 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1999-cu ildə Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsinə “başqa yerə getməmək barədə iltizam növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində evlənmək məqsədilə birlikdə yaşadığı özündən altı yaş kiçik olmaqla barəsində edilən hərəkətləri başa düşən, aşkar surətdə on altı yaşına çatmayan, xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə yaşadığı Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən evində sonuncunun qızlıq pərdəsinin tamlığının pozulması ilə nəticələnən təbii yolla cinsi əlaqədə olmuş, həmçinin arxa keçəcək nahiyəsində düz bağırsağın xarici büzücü əzələsinin boşalması ilə nəticələnən seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə eyni kənddə yaşamaqla, sonuncunu uşaqlıq illərindən tanıyır. Təxminən 2019-cu ildən etibarən Zərərçəkmiş şəxs ilə sevgi münasibətləri qurmuş, sonuncu həmin il onunla birlikdə qoşulub qaçsa da, bir gün sonra anası onu geriyə qaytarmış, habelə, həmin vaxt Vüsalə ilə heç bir cinsi əlaqədə olmamışdır. Bundan sonra, Vüsalənin ailəsi onların sevgi münasibətlərinə qarşı olmasına baxmayaraq münasibətləri davam etmişdir. 05 sentyabr 2020-ci ilin tarixdə Vüsalə ilə birlikdə qaçmağa qərar vermiş və həmin müddətdən sonra sonuncu onunla birlikdə qeyrirəsmi şəkildə yaşamağa başlamışdır. Bundan sonra, Vüsalə ailəsi ilə birlikdə yaşadığı Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən evində qalmış, həmin vaxt sonuncu ilə heç bir cinsi əlaqədə olmamışdır. 07 sentyabr 2020-ci il tarixdə Vüsalə ilə ilk dəfə cinsi əlaqədə olmuş və o gün sonuncunun bakirəliyini pozmuşdur. 29 sentyabr 2020-ci il tarixdə İİ Qarabağ döyüşlərinə yollanmış və sözügedən ərəfədə Vüsalə anasının yanına qayıtmış, habelə, bu vaxtlar ərzində ara-sıra anası Leylinin yaşadığı evə də getmişdir. Vüsalə ilə birlikdə yaşadığı, habelə, döyüşlərdə olduğu müddət ərzində də, sonuncu ilə normal münasibətləri olmuşdur. 11 yanvar 2021-ci il tarixdə döyüşlərdən qayıtmış və 2 gün Bakı şəhərində qaldıqdan sonra yaşadığı ata evinə gəlmiş, həmin vaxt Vüsalə də evdə olmuşdur. Bundan sonra, ailəsi ilə Vüsalənin ailəsi arasında mübahisələr yaranmağa başlamışdır. Belə ki, Vüsalə Bakı şəhərində oxunduğundan sonuncunun anası Tacirə onların Bakı şəhərinə köçmələrini tələb etmişdir. 14 fevral 2021-ci il tarixdə Vüsalə ilə birlikdə bacısının evinə qonaq getdikləri vaxt, orada onunla Vüsalə arasında mübahisə yaranmış, həmin mübahisənin səbəb isə sonuncunun anasının ondan Vüsaləni qohumlarının evinə qonaq aparmaq tələbi ilə bağlı olmuşdur. Qeyd olunan ərəfədə Bakı şəhərinə işləmək üçün getdiyindən Vüsaləni qohumlarının evinə aparmağa vaxtı olmamışdır. Bundan sonra, Vüsalə ilə birlikdə 5-6 gün Bakı şəhərində qalmış, 20 fevral 2021-ci il tarixdə isə Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən ailəsinə məxsus evə qayıtmışdır. 24 fevral 2021-ci il tarixdə Vüsalə ona anası Tacirənin yaşadıqları evə gələcəyini, anası ilə birlikdə özünün də gedəcəyini bildirmiş, elə həmin gün sonuncunun anası yaşadıqları ünvana gəlmiş, aralarında mübahisə yaranmış, bu səbəbdən Tacirə baş verən mübahisələrlə bağlı polisə müraciət etmişdir. Həmin mübahisədən sonra onlar artıq ayrılmış və Vüsalə anasının yanına qayıtmışdır. Vüsalənin bakirəliyi onunla Siyəzən rayonu, Gilgilçay qəsəbəsində ailəsi ilə birlikdə yaşadığı evdə cinsi əlaqədə olarkən pozulmuş, cinsi əlaqədə olduqları zaman Vüsalənin 16 yaşının tamam olmadığını bilmiş, ümumiyyətlə sonuncu ilə bağlı hər şeydən məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs ilə yalnız bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonuncu ilə cinsi əlaqədə olarkən bu könüllülük əsasında olmuşdur. Bundan əlavə, 03 avqust 2021-ci il tarixdə el adəti ilə toy etdikdən sonra, hazırkı vaxtda da birlikdə yaşayırlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, zərərçəkmiş şəxslə barışmaqla, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının, həmçinin şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı sonuncu ilə 03 avqust 2021-ci il tarixdə el adəti toy etdiklərini, habelə hazırda birlikdə yaşadıqlarını, bildirib, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbinin olmadığını qeyd etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onlarla eyni kənddə yaşayır. Qızı Vüsalə təxminən 2019cu ildən etibarən Seymurla sevgi münasibətləri qurmuş, həmin il sonuncu qızı ilə birlikdə qoşulub qaçsalar da, bir gün sonra o, Vüsaləni geri qaytarmış və həmin vaxt Seymurla qızı heç bir cinsi əlaqədə olmamışdır. Vüsalə ilə Seymur arasında sevgi münasibətləri olmasına baxmayaraq buna qarşı olmuş, habelə, narazı olmasına baxmayaraq sonuncular münasibətlərini davam etdirmişlər. 05 sentyabr 2020-ci ilin tarixdə qızı Seymurla birbirlərini sevdikləri üçün qoşularaq qaçmış və həmin müdddətdən sonra birlikdə qeyri-rəsmi şəkildə, sonuncunun ailəsi birlikdə Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən evində yaşamışlar. Bildiyi qədəri ilə 07 sentyabr 2020-ci il tarixdə Vüsalə Seymurla ilk dəfə cinsi əlaqədə olmuş və həmin vaxt onun bakirəliyi pozulmuşdur. 29 sentyabr 2020-ci il tarixdə Seymur İİ Qarabağ döyüşlərinə yollanmış, o vaxtdan sonra Vüsalə yanına qayıtmaqla, ara-sıra qayınanası Leylinin yaşadığı evə getmişdir. Seymurla birlikdə yaşadığı müddət ərzində, habelə, sonuncu döyüşlərdə olduğu vaxtlarda onun ailəsi qızı ilə pis rəftar etmişdir. 11 yanvar 2021-ci il tarixdə Seymur döyüşlərdən qayıtmış, 13 yanvar 2021-ci il tarixdə qızı yenidən sonuncunun yaşadığı evə getmiş, bundan sonra da, istər Seymur, istərsə də, onun ailəsi qızı ilə mübahisələr etmişlər. 14 fevral 2021-ci il tarixdən sonra Seymur ilə birlikdə sonuncunun bacısının evinə yaşamaq üçün getsələr də, orada da qızı ilə Seymur arasında mübahisələr olmuş, 20 fevral 2021-ci il tarixdə isə Vüsalə və Seymur sonuncunun Siyəzən rayonu Gilgilçay qəsəbəsində yerləşən evinə qayıtmışlar. Bundan sonra, 24 fevral 2021-ci il tarixdə baş verən mübahisələrlə bağlı polisə müraciət etmiş, habelə, qızı ilə Seymur arasında mübahisə yarandığı üçün Vüsalə onun yanında qalmışdır. Hal-hazırda qızı ilə Seymur barışmış və 03 avqust 2021-ci il tarixdə el adəti üzrə toy etmişlər. Hazırda barışdıqları üçün təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Şahid1 qızı Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs bir-birlərini istədiklərindən 2020-ci ilin sentyabr ayında Vüsalə öz razılığı ilə oğlu Seymura qoşulub qaçmış, həmin vaxtdan sonra sonuncular qeyri-rəsmi formada onun yanında yaşamağa başlamışlar. Gəlini Vüsalə tez-tez evlərinə, yəni anasının yanına getmək istədiyini bildirdiyi üçün oğlu ilə gəlini arasında mütamadi olaraq mübahisələr baş vermiş, sonuncular arasında baş verən mübahisələrə Vüsalənin anası Tacirə müdaxilə etdiyindən Tacirə ilə də aralarında arabir söz-söhbət olmuşdur. 24 fevral 2021-ci il tarixdə qudası Tacirə yaşadıqları evin qarşısına gələrək qızı Vüsaləni özü ilə aparacağını bildirdikdə, Tacirə ilə aralarında söz mübahisəsi yaranmış, bu zaman sonuncu onu, arvadı Leylini və oğlu Seymuru söyüb təhqir etdiyindən Seymur əsəbləşərək Tacirəyə çıxıb getməyəcəyi təqdirdə balta ilə vuracağını qeyd etmişdir. Həmin vaxt o, da əsəbi olduğundan Tacirəyə “Şərəfsiz, həyətimdən çıx get” demiş, bundan sonra Tacirə daha da aqressivləşərək oğlu Seymurdan şikayət edəcəyini bildirib, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuş və bir qədər sonra həmin yerə polis əməkdaşları gələrək onları rayon Polis şöbəsinə dəvət etmişlər. Bundan başqa, baş vermiş mübahisə zamanı orada kənar şəxslər olmamış, mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, oğlu Seymur Tacirəni hədələyərkən əlində hər hansı bir alət olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad kimi yaşayarkən Vüsalənin 16 yaşının tamam olmadığını bilsə də, oğlu Seymur Vüsaləni istədiyi üçün o, buna mane ola bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 digər şahid əri Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiqləmişdir. Məhkəmə iclasında elan edilmiş işin 39-41-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X3 məhkəmə-tibb ekspertizasının 18 mart 2021-ci il tarixli, 133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müainədən 2 həftədən artıqdır. Eyni zamanda, Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-117-ci vərəqələrində olan 15 iyul 2021-ci il tarixli tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-nin 134, 144, 149, 150 və 151-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan 07 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-83-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Gilgilçay qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-cı vərəqəsində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən 30 aprel 2021-ci il tarixdə verilmiş 318 nömrəli məktubdan, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamının çıxarışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən Məmmədov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və həmin tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Məmmədov X1 üzrə hərbi xidmət zamanı 24 oktyabr 2020-ci il tarixdən, 10 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş, bundan sonra, Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli, 274 nömrəli əmrinə əsasən 10 yanvar 2021-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 tərəfindən 05 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş ərizələrdən görünür ki, onlar ərizələrində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərib, bu halın nəzərə alınmasını xahiş etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxsin onunla barışmaqla, bir ailə kimi yaşamasını, habelə ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Lakin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayət və tələbi olmamaqla sonuncuların bir ailə kimi birlikdə yaşamasını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar, bundan əlavə yeni ailənin başçısının cəmiyyətdən təcrid etməklə real cəza çəkməyə göndərildikdə təzəliklə qurulmuş ailənin maddi və mənəvi sarsıntıya məruz qalacağını diqqətlayiq hallar kimi nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-46/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-46/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver