Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-47/2021 02.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil X4, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 noyabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 mart 2016-cı il tarixdən hesablanmaqla, 11 aprel 2014-cü il təvəllüdlü X6 və 06 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat, həmçinin 11 aprel 2014-cü il təvəllüdlü X6 və 06 iyul 2015-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 avqust 2016-cı il tarixli, 2(002)- 1977/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Siyəzən Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci tarixli, 3(059)-181/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 07 dekabr 2020-ci və 05 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 fevral 2021-ci il tarixədək 4344 manat məbləğində aliment borcunu ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 22 may 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, bu nikahdan 11 aprel 2014-cü il tarixdə Əli, 06 iyul 2015-ci il tarixdə isə Binyamin adında iki uşağı doğulmuşdur. Zərərçəkmiş şəxs ilə aralarındakı münasibətlər əvvəllər yaxşı olsa da, sonradan pozulmuş, habelə sonuncunun müraciəti əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmaqla yanaşı, ondan 14 mart 2016-cı il tarixdən hesablanmaqla, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat, həmçinin onların 3 yaşına çatanadək hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2017-ci ildə alimenti ödəyə bilmədiyindən Siyəzən Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra barəsində Ədliyyə Nazirliyinin İstintaq idarəsinədə cinayət işi başlamış, lakin istintaq dövründə alimenti borcunu ödədiyi üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonra, yenidən alimenti ödəməmiş və 21 oktyabr 2020-ci il tarixdə inzibati qaydada yenidən 10 gün müddətinə həbs edilmişdir. Məşğulluq mərkəzinin təklif etdiyi "xxxx" ASCdə elektrik işindən imtina etmişdir. Beləliklə, barəsində təqdimatla müraciət edilən vaxta 4344 manat aliment borcu yaranmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də, təyin olunmuş aliment ödənişlərini bundan sonra vaxtlı-vaxtında icra edəcəyi barədə vədinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 22 may 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, bu nikahdan 11 aprel 2014-cü il tarixdə Əli, 06 iyul 2015-ci il tarixdə isə Binyamin adında iki oğlan uşağı doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, sonradan kəskinləşmişdir. Bu səbəbdən, o cümlədən uşaqların saxlanılmasına heç bir maddi yardım etmədiyinə görə müraciəti əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmaqla yanaşı, Təqsirləndirilən şəxs 14 mart 2016-cı il tarixdən hesablanmaqla, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat, həmçinin onların 3 yaşına çatanadək hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə əməl etməmiş, iki dəfə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin istintaq və məhkəmə zamanı aliment borclarını ödəmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yenidən aliment ödənişlərini həyata keçirməmiş, nəticədə Siyəzən Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə 10 gün inzibati həbs edilmiş, lakin inzibati həbsdən sonra da heç bir müsbət nəticə çıxarmamışdır. Beləliklə, barəsində təqdimatla müraciət edilən vaxta Təqsirləndirilən şəxs 4344 manat aliment borcu yaranmış və həmin borcu hazırkı vaxtadək ödəməmişdir. Bütün bu qeyd olunanlara əsasən, o, aliment borcunu ödəmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, ona olan aliment borcunu tam ödəməsini tələb edir və təqsirləndirilən şəxs barəsində ciddi cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin, məhkəmə iclasına gəlməməklə, bunun səbəbini bildirməmiş məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən rayon icra və probasiya şöbəsinin sabiq icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə 11 aprel 2014-cü il təvəllüdlü Əli Tağıyevin və 06 iyul 2015-ci il təvəllüdlü Binyamin Tağıyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 mart 2016-cı il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində və uşaqların 3 yaşına çatanadək 14 mart 2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Siyəzən rayon İcra və probasiya şöbəsində 05 oktyabr 2016-cı il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyi üçün Təqsirləndirilən şəxs 10 fevral 2017-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, hərəkətlərini davam etdirmiş, icra sənədi üzrə müəyyən olunmuş tələbi və aliment borcunu ödəməmişdir. Siyəzən Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs ümumilikdə 5897 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəmədiyi üçün CM-nin 306-cı maddəsi ilə barəsində cinayət işi başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs olan 5897 manat aliment borcunu tam şəkildə ödəmiş və tələbkarın ərizəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin 14 mart 2018-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Borclu Təqsirləndirilən şəxs yeni yaranmış 3408 manat aliment pulunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəmədiyi üçün təkrarən 21 oktyabr 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün 07 dekabr 2020-ci və 05 yanvar 2021-ci il tarixdə yenidən xəbərdarlıq məktubları şəxsən özünə təqdim edilmiş, lakin o, borcunu ödəməmişdir. Müvafiq icra tədbirləri davam etdirilərək, borclunun işlə təmin olunması üçün Siyəzən Rayon Məşğulluq Mərkəzinə müraciət edilmiş, o, Məşğulluq Mərkəzi tərəfindən təklif olunmuş iş yerindən imtina etmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına, baxmayaraq qanuni qüvvəyə minmiş Məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğu 4344 manat aliment borcunu inzibati məsuliyyətə cəlb olunmasına və yetəri qədər vaxtı olmasına baxmayaraq ödəməmiş və ödəməyə də heç bir cəhd etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə 20 yanvar 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş, habelə ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq edən, lakin səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 avqust 2016-cı il tarixli, 2(002)- 1977/2016 saylı qətnaməsinin, eləcə də işin 12-ci səhifəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında 22 may 2013-cü il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində 73 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 11 aprel 2014-cü il təvəllüdlü Əli Tağıyev və 06 iyul 2015-ci il təvəllüdlü X8 Məmmədzadə ilə qalmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 mart 2016-cı il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində, eləcə də onların 3 yaşına çatanadək həmin tarixdən etibarən hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan Siyəzən rayon icra şöbəsinin 05 oktyabr 2016cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(002)-1977/2016 saylı icra sənədi icra olunması üçün 03 oktyabr 2016-cı il tarixdə icra qrupunun icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 3(059)-62/2017 saylı, eləcə də işin 51-52-ci səhifələrində olan bu məhkəmənin 21 oktyabr 2020-ci il tarixli, 3(059)-181/2020 saylı qərarının surətlərindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunmuşdur. Cinayət işinin 111-ci vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan 22 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Siyəzən Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(059)-47/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işində olan 16 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin 16 oktyabr 2021-ci il tarixli, məktublarından görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilib, MSY-yə təhvil verilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin, eləcə də arayışın surətlərindən görünür ki, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici, zərərçəkmiş şəxsin, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə bir həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-47/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-47/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver