Məhkəmə qərarları › İş №1(059)-5/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-5/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-5/2021 16.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, deməsinə görə ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,534 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təmiz çəkisi 0,417 qram ağ rəngli kritsallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobili ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuananın 0,221 qramı gümüşü rəngli siqaret kağızı bükülüsündə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, həmin tarixdə 20:30 radələrində şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSYyə təhvil verilən zaman daxili intizam qaydalarına uyğun olaraq üzərində tam axtarış keçirilərkən əynində olan tumanından narkotik vasitə olan qurudulmuş marixuananın 0,313 qramı ağ rəngli kağız bükülüdə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,083 qram, 0,258 qram olmaqla 3 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ilə yaxın olar psixotrop maddə hesab edilən metamfetamindən, 10 il olar isə naroktik vasitə qurudulmuş marixuanadan istifadə edir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində evdən çıxıb mağazaya gedərkən evin yaxınlığında yerdə diqqətini cəlb edən kibrit qutusunu götürüb, açdığında içərisində siqaret kağızında 5 ədəd bükülü olduğunu görmüş, həmin bükümləri də, ardıcıllıqla açıb içərisinə baxdığında, 2 ədəd bükümün içərisində narkotik vasitə olan qurudulmuş mariuxana, qalan 3 ədəd bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu aşkar etmişdir. Narkotik vasitə istifadəçisi olduğundan həmin maddələri tanımış, 1 ədəd qurudulmuş marixuana olan bükümü çıxarıb ayrıca, qalanlarını isə həmin kibrit qutusunu içərisində bükümlərlə birlikdə tumanının içərisinə sonradan hissə-hissə istifadə etmək məqsədi ilə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobil ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış, bu zaman RPŞ-nin əməkdaşları avtomobilinə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində və avtomobilində narkotik vasitə olması ilə bağlı əməliyyat məlumatları olduğunu bildirərək onu RPŞ-yə dəvət etmişlər. Bundan sonra, idarə etdiyi avtomobil ilə birlikdə RPŞ-yə aparılmış, orada növbətçi hissədə üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş, habelə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu, şübhəli şəxs qismində tutulmalı olduğu, üzərinə axtarış aparılacağı bildirilmiş, buna görə CPM-də nəzərdə tutulan hüquqları izah olunmuş, bundan başqa hüquqlarının müdafiəsi üçün Müdafiəçi ona təqdim edilmişdir. O, üzərinə və avtomobilinə keçiriləcək şəxsi axtarış və baxış zamanı, həmçinin, cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Bundan sonra, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulduqda, o, əynində olan göy rəngli cins şalvarın cibində olan 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixunanı təqdim etmişdir. Bundan sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Qeyd edilən narkotik vasitə 1 ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb, möhürlənmişdir. Bundan sonra, ona məxsus idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilə baxış keçirilsə də, avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərinə və avtomobilinə keçirilən şəxsi axtarış və baxış ilə əlaqədar olaraq protokol tərtib olunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Belə ki, üzərinə şəxsi axtarış keçirilərkən tumanında olan kibrit qutusu aşkar edilməmişdir. Siyəzən RPŞ-nin MSY-yə aparılmamışdan qabaq tualetə getməli olduğunu bildirib, orada olarkən kibrit qutusunu atmış, içərisindəki narkotik vasitələri isə yenidən tumanında gizlətmişdir ki, çölə çıxanda istifadə etsin. Bundan sonra, MSY-yə aparılmış, təxminən saat 20:30 radələrində MSY-nin istintaq otağında onu kameraya salmamışdan qabaq əynində nə varsa çıxarmasını bildirilmiş, əynindən olan paltarlarını soyunarkən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin yerə düşmüşdür. Bu zaman MSY-nin İstintaq otağına RPŞ-nin əməkdaşları gəlmiş və aşkar edilmiş bükülülərə baxış keçiriləcəyi və götürüləcəyi elan edilmişdir. Daha sonra, aşkar edilmiş 3 ədəd kağız bükülüdə olan psixotrop maddə metamfetamin və 1 ədəd kağız bükülüdə olan qurudulmuş marixuana 1 ədəd ağ zərfə qoyularaq müfaviq qaydada qablaşdırılıb, üzəri möhürlənmişdir. Baxış keçirməsi ilə əlaqədar protokol tərtib olunmuş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, istifadə etməsi, üzərində, eləcə də idarə etdiyi “VAZ 2107” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı şöbənin rəhbərliyinə məlumat vermiş, habelə yaradılmış əməliyyat qrupuna o, rəhbərlik etmiş, qrupa Siyəzən RPŞ-nin təminat hissəsinin polis nəfəri-sürücü X1, ƏRQ-nun kiçik inspektoru Şahid2, DYPB-nin YPX-nin inspektorları X8 və X7 daxil edilmişlər. Həmin gün, saat 15:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhəri H.Əliyev küçəsində “VAZ 2107” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət etdiyini görmüş, DYPB-nin YPX-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs "saxla" işarəsi verilmiş, sonuncu avtomobili saxlamış, dərhal avtomobilə yaxınlaşaraq ona özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, gəzdirməkdə şübhəli olduğuna görə Siyəzən RPŞ-yə dəvət edilmiş, habelə Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə RPŞ-yə getmişdir. Növbətçi hissəyə gəldikdən sonra Teyyub Abdurrəhmanov, Musa Musayev və Muxtar Quliyev xidməti işlərini davam etdirmək üçün RPŞ-dən getmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsində isə Şahid2la yanaşı, NHnin məsul növbətçi köməkçisi Şahid4 iştirak etmişdir. Şəxsi axtarış və baxış keçirilməsi KTQ-nin baş inspektor kriminalisti X4 tərəfindən video çəkilişlə qeydə alınmışdır. RPŞ-nin növbətçi hissəsində şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, üzərinə keçiriləcək şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi iştirakı təmin edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə kütləni təqdim etmiş və həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Həmin kütlə açıldıqda içərisində yaşıl rəngli spesifik qoxuya malik kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kağız bükülü 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzəri imzalanmışdır. Bundan sonra, qeyd olunan iştirakçılarla Təqsirləndirilən şəxs idarə etdiyi və saxlanılaraq gətirildiyi “VAZ 2107” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə də RPŞ-nin həyətində baxış keçirilsə də, avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, bu barədə tərtib edilmiş protokol imzalanmışdır. Həm saxlanıldığı, həm də Siyəzən RPŞ-də olan zaman Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin ƏRQ-nun kiçik inspektoru Şahid2, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, habelə məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin NHnin növbətçi köməkçisi Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-da RPŞ-nin MSY-nin konvoyu X9 və RPŞ-nin NH-nin sabiq məsul növbətçisi Şahid5 Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi Azər Şahbazovun qərarı və protokolu ilə tutulmuş Təqsirləndirilən şəxs MSY-yə gətirmişlər. MSY-nin daxili intizam qaydalarına uyğun olaraq o, mühafizəçi kimi tutulmuş Təqsirləndirilən şəxs üzərində tam axtarış aparmalı olmuş, bu barədə sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etməsi üçün iltizam təqdim olunmuş, Cəmil isə üzərində heç bir qanunsuz əşya olmadığını bildirərək həmin iltizamı imzalamışdır. Daha sonra, MSY-nin rəisi Şahid6 öz xidməti otağında protokol tərtib etməyə başlamış, bu zaman Şahid5 və Vasif Əkbərov MSY-nin istintaq otağının qapısının qarşısında dayanmış, o isə istintaq otağında Təqsirləndirilən şəxs üzərində tam axtarış aparmışdır. Belə ki, o, axtarış aparan zaman hər bir şeyi bir bir bildirmiş, Şahid6 isə o, dediklərini istintaq otağı ilə üzbəüz otaqda protokola qeyd etmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarı və ağ rəngli qısaqol köynəyi çıxartsa da, əynində olan ağ rəngli tumanı çıxartmaq istəməmişdir. O, Təqsirləndirilən şəxs əynində olan tumanı da çıxartmasını tələb etdikdə sonuncu əynində olan tumanı çıxartmamışdır. Sonradan Təqsirləndirilən şəxs həmin ağ rəngli tumanı çıxartmış, bu zaman tumanın içərisində arxa tərəfindən 4 ədəd büküm aşkar olunmuşdur. O, bu barədə dərhal Şahid5 bildirmiş, sonuncunun da məlumatı əsasında Şahid6 bu barədə protokolda qeydlər aparıb, baş müstəntiq Azər Şahbazovu xəbərdar etmişdir. Bundan sonra, həmin kütlələr masanın üzərinə qoyulmuş, Şahid6 tərtib etdiyi protokol imzalanmışdır. Daha sonra, MSY-yə gələn Azər Şahbazovun iştirakı ilə həmin kütlələrə baxış keçirilmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərə baxış keçirilməli olduğu, bunun üçün müdafiəçinin iştirakını istəyib-istəməməsi soruşulmuş, Təqsirləndirilən şəxs isə müdafiəçinin iştirakını zəruri hesab etmədiyini bildirib, bu barədə ərizə ilə müraciət etmiş, Vasif Əkbərov isə baxışın keçirilməsinin video çəkilişini aparmışdır. Baxış zamanı həmin 4 ədəd bükümlərin bir ədədi kağız bükümdə olmaqla, içərisində yaşıl rəngli kütlə, digər üç ədədi isə siqaret kağızı bükülülərində olmaqla, içərilərində ağ rəngli kristallar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşıl rəngli kütlənin qurudulmuş marixuana, ağ rəngli kristalların isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və imkan olmadığına görə həmin kütlələri ata bilmədiyini qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs həmin kütlələri tanımadığı şəxsdən aldığını etiraf etmişdir. Baş müstəntiq tərəfindən həmin kütlələr qablaşdırılmış və qablaşdırmanın üzəri və bu barədə tərtib edilmiş protokol imzalanmışdır. Siyəzən RPŞ MSY-də olarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin NH-nin sabiq məsul növbətçisi, TQnun təhqiqatçısı Şahid5, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, habelə məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin MSY-nin rəisi Şahid6 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 46-48-ci və 51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1636 saylı və 7/548 saylı ekspert rəyinlərindən görünür ki, müvafiq olaraq üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,083 qram və 0,258 qram, ümumi təmiz çəkisi 0,417 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,15 qram sərf edildikdən sonra psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 0,267 qram təşkil etmişdir. Bundan başqa, üzərində “İştirakçılar: Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış birinci zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,221 qram və üzərində “İştirakçılar: 1)Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış ikinci zərfdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,313 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 0,534 qramdır, tədqiqata 0,04 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 0,494 qram təşkil etmişdir. Cinayət işinin 45-ci və 50-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1636 və 7/548 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri müvafiq olaraq 114 manat, məhkəmə-bioloji ekspertizası tədqiqatnın dəyəri isə 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2374 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində “asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü, 26-27-ci və 36-37-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış, baxış keçirilmə və götürmə haqqında protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli yay ayaqqabısı olmuş, bu zaman ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülü formada kütləni təqdim edərək narkotik vasitə olduğunu bildirmiş, büklünün içərisinə baxdıqda içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə olması aşkar edilmiş, bundan sonra, onun üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdyi “Vaz 2107” markalı, **-FD-***” dövlət qeydiyyat nişanlı minik avtomobilində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu avtomobilində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olmadığını, avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirməklə, özündə olan avtomobilin açarı vasitəsi ilə qapıları açmış, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs MSY-yə qəbul edilərkən oranın daxili intizam qaydalarına uyğun olaraq MSY-nin istinaq otağında tutulmuş və onun tam axtarışı həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli alt paltarından, yəni tumanından şübhə doğuran 4 ədəd büküm də aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə narkotik vasitə olduğunu və ona məxsus olmasını bildirmişdir. Bundan sonra, qeyd edilən bükülülərə keçirilən baxış zamanı 1 ədəd ağ kağıza bükülüdə yaşıl rəngli kütlələr, digər 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 3 ədəd bükümdə isə ağ rəngli kristallar aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs yaşıl rəngli kütlənin qurudulmuş marixuana, ağ kristalların isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, habelə həmin kütlələri tanımadığı İran vətəndaşından aldığını qeyd etmişdir. Şəxsi axtarışın və baxışın keçirilməsi “Nikon” markalı aparat vasitəsilə videoçəkilişə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-130-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma və 141-149-cu vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,267 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,494 qram təşkil edən qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin, xx xxxxxx 2020-ci il tarixdə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, eləcə də, sonuncunun idarə etdiyi “Vaz 2107” markalı **-FD-***” dövlət qeydiyyat nişanlı avtomobilə və MSY-də üzərindən aşkar edilmiş kütlələrə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 3 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 17-ci vərəqəsindəki xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, İlyasov X5 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-139-cu vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin M. Müşfiq küçəsindəki 86 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,534 qram çəkidə narkotik vasitəni 2 ədəd, eləcə də 0,417 qram psixotrop maddəni 3 ədəd bükülü şəklində əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşmançılıq hissi keçirməsini və barəsində yaşayış yeri üzrə şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı, təxminən 2 dəfədən artıq miqdarda isə psixotrop maddə olan metafetamini saxlamasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməklə, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,267 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,494 qram təşkil edən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxxxx 2020-ci il tarixdə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, eləcə də, sonuncunun idarə etdiyi “Vaz 2107” markalı **-FD-***” dövlət qeydiyyat nişanlı avtomobilə və MSY-də üzərindən aşkar edilmiş kütlələrə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 3 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 203 (iki yüz üç) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti laraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,267 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,494 qram təşkil edən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və xx xxxxxx 2020-ci il tarixdə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, eləcə də, sonuncunun idarə etdiyi “Vaz 2107” markalı **-FD-***” dövlət qeydiyyat nişanlı avtomobilə və MSY-də üzərindən aşkar edilmiş kütlələrə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 3 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 203 (iki yüz üç) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar