Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-53/2020 27.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 mənzil 48 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,785 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərnişin qismində əyləşdiyi Şahid2 idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobil ilə Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülü vəziyyətdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, artıq bir neçə il olar, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Bundan əlavə, əvvəl də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitə heroini isə müxtəlif vaxtlarda fasilələrlə çəkmək yolu ilə qəbul etmiş, həmçinin, müəyyən müddət fasilə versə də, təxminən 2018-ci ilin axırlarından yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. xx xxx 2020-cu il tarixdə yaşadığı evdən çıxıb, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmək qərarına gəlmiş, yol maşınlarından birinə əyləşərək Bakı şəhəri istiqamətində getsə də, mövcud koronovirus pandemiyası ilə əlaqədar Sumqayıt şəhərinə çatmamış qurulmuş xidməti postdan onu müvafiq icazəsi olmadığı üçün geri qaytarmışlar. Bundan sonra, o, maşından düşüb, Siyəzən rayonu istiqamətində hərəkət etməyə başlamış, bu zaman yerdə qarşısına çıxan şəffaf rəngli sellofan bükülü diqqətini cəlb etdiyindən onu götürüb, içinə baxmış, habelə narkotik vasitə istifadəçisi olduğuna görə bükülünün içərisindəki kütlənin narkotik vasitə olduğunu başa düşmüşdür. Bundan sonra, bükülünü öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra, yenidən Siyəzən rayonu istiqamətində hərəkət etməyə davam etmiş, bu zaman Siyəzən şəhərinə qayıtmaq üçün yol maşınlarına əl ilə işarə etdiyindən onlardan biri avtomaşınını saxlamış, avtomobilinə əyləşdiyi sürücü isə Siyəzən şəhərində hamı tərəfindən “Habil” kimi tanınan Rahib olmuşdur. Həmin vaxt avtomobildə sürücüdən başqa, Siyəzən şəhər sakini Abusət də olmuş, o, hər iki şəxsi tanımış və onlarla normal münasibətləri olmuş, həmçinin onlarla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Avtomobilə əyləşdikdən sonra onlar yol boyu söhbət edə-edə Siyəzən rayonu istiqamətində yola düşmüş, təxminən saat 19:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçərkən stasionar postun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları Rahibin idarə etdiyi avtomobilin sənədlərini yoxlayanadək o və Abusət hava almaq və siqaret çəkmək məqsədilə avtomobildən düşmüş, bu zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyərək, onları RPŞ-yə dəvət etmiş, onlar da polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmişlər. Bundan başqa, Rahib də idarə etdiyi avtomobil ilə birlikdə RPŞ-yə gətirilmişdir. Orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarş keçiriləcəyi elan edilmiş, bundan sonra, elə orada ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olmaqla, tutulmalı olduğu, eləcə də, üzərində şəxsi axtarış aparılcağı bildirilmişdir. Bundan sonra, hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün ona Müdafiəçi təqdim edilmiş və o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində hər hansı bir qanunsuz əşya və predmet olduğu halda təqdim edilməsi təklif olunduqda, o, əvvəlcə əşya və predmet deyildikdə nəyin nəzərdə tutulduğunu tam başa düşmədiyindən üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmiş, daha sonra, baş müstəntiq Azər Şahbazov yenidən ondan üzərində narkotik vasitə olub-olmaması barədə soruşarkən, o, üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sol yan cibində 1 ədəd şəffaf sellofan bükülüdə tapdığı narkotik vasitəni heroini təqdim etmişdir. Həmin 1 ədəd sellofan büküldə olan narkotik vasitə heroin kütləsi polis əməkdaşları tərəfindən götürülərək, qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, imzalanmışdır. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunsuz əşya və ya pretmet aşkar olunmamışdır. Bundan sonra, üzərində keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib olunmuşdur. Daha sonra, RPŞ-yə gətirilmiş avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin sahibi Şahid2 avtomobilə baxış keçiriləcəyi elan edilmiş, sonuncu buna etiraz etməmişdir. Avtomobilə keçirilmiş baxış zamanı oradan qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Üzərinə keçirilən şəxsi axtarış və Şahid2 idarə etdiyi avtomobilə keçirilən baxış ilə əlaqədar tərtib olunmuş protokol da doğru olduğundan imzaları ilə təsdiqlənmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini və himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, həmçinin Şahid1 Hacıdədə oğlunun üzərilərində narkotik vasitə gəzdirmələri və sərnişin qismində əyləşdikləri ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobil ilə Bakı şəhərindən Siyəzən rayonu istiqamətində hərəkətdə olmaları barədə xx xxx 2020-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid3 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunub, RPŞnin rəisinin imzası ilə təsdiq edilmiş, habelə RPŞ-nin rəhbərliyinin tapşırığı ilə elə həmin gün Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid3, əməliyyat müvəkkilli Şahid4 və DYPB-nin yolpatrul xidməti inspektoru Şahid8 ilə birlikdə Siyəzən rayonu, Zarat kəndi ərazisinə gedərək BDYPİ-nin qeyd olunan ərazidə yerləşən xidməti postunun yaxınlığında dayanaraq ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra, Şahid2 idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobil ilə Bakı şəhəri istiqamətindən gəldiyini görmüş və tərəflərindən həmin avtomobil saxlanılmışdır. Bundan sonra, avtomobildə sərnişin qismində əyləşmiş Şahid1 Hacıdədə oğlu və Təqsirləndirilən şəxs avtomobildən düşmüşlər. Bu vaxt onlar adları çəkilən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində narkotik vasitə gəzdirmələrinə dair əsaslı şübhə olduğunu bildirərək onların üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Bundan başqa, sürücü Şahid2 də avtomobilində olan sərnişinlərin üzərlərində ola biləcək narkotik vasitəni onun avtomobilinin salonuna atması ehtimalı olduğuna görə də, avtomobilə baxış keçirilməsi üçün onu da Siyəzən RPŞ-yə dəvət etmişlər. Həm Təqsirləndirilən şəxs, həm də, Şahid1 Hacıdədə oğlu üzərlərində şəxsi axtarışın, eləcə də sürücü Şahid2 idarə etdiyi avtomobilə baxışın keçirilməsinə etirazlarının olmadıqlarını bildirərək onlarla Siyəzən RPŞ-yə getməyə razılıqlarını vermişlər. Tərəflərindən Təqsirləndirilən şəxs, Şahid1 Hacıdədə oğlu və Şahid2 idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobil ilə birlikdə Siyəzən RPŞ-yə gətirilmişlər. Əvvəlcə Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əvvəlcə üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirsə də, sonradan, yəni üzərində Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən şəxsi axtarış keçirilməsinə başlanılan zaman baş müstəntiq Azər Şahbazov tərəfindən Təqsirləndirilən şəxs bir daha üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşya və predmetin olub-olmadığı təkrar soruşulduğunda, sonuncu üzərində narkotik vasitə olduğunu deyərək əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə tərəflərindən qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra, bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar imza etmişlər. Həmçinin, keçirilmiş müvafiq ekspertizanın rəyindən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan bükülüdə olan kütlənin narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Daha sonra, Siyəzən RPŞnin növbətçi hissəsində Şahid1 Hacıdədə oğlunun üzərində, videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl Şahid1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Şahid1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda müdafiəçi Yəhyə Nəzərovun da iştirakı təmin edilmiş, şəxsi axtarış zamanı Şahid1 Hacıdədə oğlunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, protokol tərtib olunmuş və ucadan oxunmuşdur. Protokol doğru olduğundan Şahid1, o və digər iştirakçılar imza etmişlər. Daha sonra, Şahid2 idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilə də Siyəzən RPŞ-nin inzibati binasının həyətində Şahid2, Təqsirləndirilən şəxs, Şahid1 Hacıdədə oğlunun və Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildən də qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, avtomobilə keçirilmiş baxış ilə əlaqədar protokol tərtib olunmuş və ucadan oxunmuşdur. Protokol doğru olduğundan Şahid2, Təqsirləndirilən şəxs, Şahid1 Hacıdədə oğlu, o və digər iştirakçılar imza etmişlər. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4, DYPB-nin yol-patrul xidməti inspektoru Şahid8, növbətçi hissəsinin məsul növbətçisi Şahid6, İTB-nin sahə polis nəfəri Şahid7, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin cinayət axtarış bölməsinin bölmə rəisi Şahid3 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 Hacıdədə oğlu ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Artıq xeyli müddət olar narkotik vasitə aludəçisi olmaqla, müxtəlif vaxtlarda narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmişdir. xx xxx 2020-ci il tarixdə Sumqayıt şəhərinə yas mərasiminə getmək istəmiş, bu məqsədlə Quba-Bakı beton yoluna çıxaraq həmin yoldan keçən təsadüfi yol maşınlarından birinə əyləşərək Sumqayıt şəhəri istiqamətində yola düşmüşdür. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə çatdığında mövcud koronovirus pandemiyası ilə əlaqədar müvafiq icazəsi olmayan şəxslərin Bakı-Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonuna buraxılmadıqları üçün, onu stansionar postdan Sumqayıt şəhərinə buraxmamışlar. Bundan sonra, o, geriyə, yaşadığı Siyəzən rayonuna qayıtmağı düşünmüş, yolun əks tərəfinə keçərək, Siyəzən rayonuna getmək üçün yoldan keçən maşınlara əl ilə işarə verməyə başlamış, bu zaman VAZ 2107 markalı avtomaşın onu görüb saxlamış, avtomobilinə əyləşdiyi sürücü isə Siyəzən şəhərində hamı tərəfindən “Habil” kimi tanınan Rahib olmuş, sonuncu idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onlar avtomobil ilə yol gedərkən yolda daha bir müştəri avtomobili saxlamaq üçün əl eləmiş, Rahib avtomobili saxlamış, avtomobilə yaxınlaşan sonuncunun və onun Siyəzən şəhər sakini kimi tanıdıqları Rafiq olmuş, habelə o, da Siyəzən şəhərinə getdiyini bildirmişdir. Rafiq də avtomobilə əyləşdikdən sonra, onlar yola davam etmiş, yol boyu söhbətləşərək Siyəzən rayonuna gəlmiş, burada rayonun girişində yerləşən Zarat kəndi ərazisindəki yol polisinin stasionar postunun yaxınlığında polis əməkdaşları avtomobili saxlamaq üçün Rahibə işarə vermişlər. Bundan sonra, Rahib avtomobili saxlamış, polis əməkdaşları Rahibin idarə etdiyi avtomobilin sənədlərini yoxlayanadək o hava almaq və siqaret çəkmək məqsədilə avtomobildən düşmüş, həmin vaxt Rafiq də avtomobildən çıxmışdır. Bu vaxt mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirməklə, Siyəzən RPŞ-yə dəvət etmiş, o, isə polis əməkdaşlarına üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Daha sonra, o, Rafiq və Rahib polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmişlər. Orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarş keçiriləcəyi elan edilmiş, bundan sonra, elə orada ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olmaqla, tutulmalı olduğu, eləcə də, üzərində şəxsi axtarış aparılcağı bildirilmişdir. Bundan sonra, hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün ona müdafiəçi Yəhyə Nəzərov təqdim edilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, üzərində videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış ilə əlaqədar olaraq protokol tərtib olunmuşdur. Protokol doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa, o, Şahid2 idarə etdiyi avtomobilə Siyəzən RPŞ-nin inzibati binasının həyətində keçirilmiş baxışda da iştirak etmişdir. Baxış zamanı Şahid2 idarə etdiyi avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, ilkin izahatı alınarkən, o, səmimi olaraq narkotik vasitə heroindən çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bundan sonra, onun sidiyindən müvafiq analiz götürülmüş və onun həqiqətən də narkotik vasitə heroindən istifadə etməsi öz təsdiqini tapmışdır. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs tətbiq edilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkar olunduğunu öyrənmiş, sonuncu onun sərnişin qismində əyləşdiyi avtomobilə sonradan minmiş, onlar birlikdə Rahib adlı şəxsin idarə etdiyi avtomobil ilə Siyəzən şəhərinə gəlmişlər. O, Rafiqin üzərində narkotik vasitə və ya qanunla qadağan olunan digər əşya və predmet olmasından məlumatsız olmuş, habelə sonuncunun üzərində narkotik vasitə olmasından nə onun, nə də, sürücü Rahibin əvvəlcədən hər hansı məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, etibarnamə əsasında VAZ 2107 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərində taksi fəaliyyəti göstərir. xx xxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olan xidməti postları keçməmək şərti ilə müştəri daşımışdır. O, Siyəzən şəhərindən həmin xidməti postadək müştəri apardıqdan sonra geri qayıdarkən Sumqayıt şəhərində, H.Z.Tağıyev qəsəbəsində olan xidməti postun yaxınlığında Siyəzən şəhər sakini kimi tanıdığı tanışı Abusəti görmüş, sonuncu ona Siyəzən şəhərinə getdiyini bildirdikdə, o, müştəri kimi Abusəti götürüb, Bakı-Quba beton yolu ilə Siyəzən rayonu istiqamətində hərəkətinə davam etmişdir. Bir qədər getdikdən sonra yolun kənarında dayanmış bir nəfər şəxs əli ilə maşına saxla işarəsi verdiyindən o, avtomobilini saxlamışdır. Həmin şəxs avtomobilə yaxınlaşdığında onun Siyəzən şəhər sakini Rafiq olduğunu görmüşdür. Rafiq də ona Siyəzən rayonuna getdiyini bildirmiş və avtomaşına əyləşmişdir. Onlar hər üçü də eyni rayonun sakinləri olduqları üçün yol boyu söhbət edə-edə üzü Siyəzən rayonu istiqamətində yollarına davam etmişlər. Siyəzən rayonu, Zarat kəndində yerləşən stansionar postun yaxınlığında yol polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə saxla işarəsi verilmiş, o da avtomobilini saxlamışdır. Bu zaman yol polisi əməkdaşı avtomobilə aid müvafiq sənədləri yoxlamaq üçün ona yaxınlaşmış, həmin vaxt Abusət və Rafiq hava almaq məqsədilə avtomobildən düşmüşlər. Bundan sonra, avtomobildən düşən Abusət və Rafiqə digər polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onlara üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduqlarını deyərək, üzərlərində şəxsi axtarış keçirilməsi məqsədilə hər iki şəxsi RPŞ-yə dəvət etmişlər. Daha sonra, onların üzərilərində ola biləcək narkotik vasitəni sərnişin qismində əyləşdikləri idarə etdiyi avtomobilin salonuna atma ehtimalları olduğuna görə onun özünü də idarə etdiyi avtomobillə birlikdə RPŞ-yə aparmışlar. Bundan sonra, ona idarə etdiyi avtomobilinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi elan edilmiş, bunun məqsədinin Abusət və ya Rafiqin narkotik vasitələri avtomobilə atma ehtimalları olduğunu bir daha izah etmişlər. Daha sonra, idarə etdiyi avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilsə də, avtomobilindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilinə keçirilən baxış ilə əlaqədar olaraq protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 71-73-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/741 nömrəli rəyindən görünür ki, üzərində AR DİN-ə məxsus “Zərflər üçün №96” möhür əksi və “...1. Təqsirləndirilən şəxs...” əl yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,785 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram istifadə olunduqdan sonra qalıq çəki 1,735 qram təşkil edir. Cinayət işinin 70-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 1307 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qafarov X3 rayon Mərkəzi Poliklinikasının narkoloji kabinetində qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci, 41-42-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında, eləcə də işin 45-46-cı vərəqələrində olan eyni tarixli baxış keçirilmə və götürmə aparılma barədə protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli köynək, qara rəngli cins şalvarı, qara rəngli qolsuz gödəkcə və qara rəngli ayaqqabı olmuş, bu zaman sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirsə də, onun üzərində Şahid4 tərəfindən şəxsi axtarış keçirilməsinə başlanılan zaman ondan bir daha üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşya və predmet olduğu soruşulduğunda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd içərisində qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb, masanın üzərinə qoymuşdur. Həmin 1 ədəd içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellofan bükülü götürülərək, qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əlavə əşya və predmet aşkar olunmamışdır. Həmçinin, şəxsi axtarış zamanı Şahid1 Hacıdədə oğlunun əynində qara rəngli köynək, qara rəngli cins şalvarı, qara rəngli gödəkcə və qara rəngli ayaqqabı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Şahid1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirdikdən sonra isə onun üzərinə şəxsi axtarış Şahid4 tərəfindən həyata keçirilmiş, bu məqamda Şahid1 üzərində qanunsuz əşya və pretmet aşkar edilməmişdir. Eyni zamanda, Şahid2 idarə etdiyi VAZ 2107 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, bu zaman avtomobildən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxx 2020-ci il tarixli, 89-cu vərəqəsindəki eyni tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,735 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin, Təqsirləndirilən şəxs, Şahid1 üzərilərində xx xxx 2020-ci il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə Siyəzən RPŞ-nin inzibati binasının həyətində Şahid2 saxlanılarkən idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 171-184-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittiham, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Şahid1 Hacıdədə oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxx 2020-ci il tarixli tələbnaməsindən, işin 155-157-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(067)-32/2015 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin məhkəmənin eyni tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən xx xxxx 2016-cı il tarixdə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 117-118-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Qafarov X3 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-101-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamənin surətlərindən, eləcə də işin 139-141-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx xxxxxx 2005-ci il təvəllüdlü Kənan, xx xxxxxxxx 2013-cü il təvəllüdlü Sümaya və xx xxxx 2017-ci il təvəllüdlü Nihad adında üç yetkinlik yaşına çatmayan uşağı olan ünvan 1 mənzil 48 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından 11 dəfə artıq, yəni 1,785 qram çəkidə narkotik vasitə olan heroini saxlamasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,735 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs, Şahid1 üzərilərində xx xxx 2020-ci il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə Siyəzən RPŞ-nin inzibati binasının həyətində Şahid2 saxlanılarkən idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,735 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs, Şahid1 üzərilərində xx xxx 2020-ci il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə Siyəzən RPŞ-nin inzibati binasının həyətində Şahid2 saxlanılarkən idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-53/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-53/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver