Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-53/2021 16.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 16 noyabr 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında 07 avqust 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 14 iyun 2021-ci il tarixdə, gecə təxminən saat 02:00 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus dəmir məftil ilə hasarlanmış tövləyə qanunsuz daxil olaraq tövlənin qarşısından 783,75 manat dəyərində bir baş sarı-qırmızı rəngli alnında ağ rəngli qaşqası olan, 10 illik, diri çəkisi təxminən 150 kiloqram təşkil edən inəyi və tövlədə 200 manat dəyərində həmin inəyə məxsus 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram olan balasını, 1018,88 manat dəyərində bir baş tünd qırmızı rəngli, 5 illik, diri çəkisi təxminən 195 kiloqram təşkil edən inəyi və tövlədə 160 manat dəyərində həmin inəyə məxsus ağ rəngli,10 günlük, diri çəkisi təxminən 10-20 kiloqram olan balasını, 1280,13 manat dəyərində bir baş ağ-qara rəngli, 8 illik, diri çəkisi təxminən 245 kiloqram təşkil edən inəyi və tövlədə 500 manat dəyərində həmin inəyə məxsus ağ-qara rəngli 6 aylıq diri çəkisi təxminən 50-60 kiloqram olan balasını, 467,50 manat dəyərində bir baş boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik, diri çəkisi təxminən 85 kiloqram təşkil edən dananı olmaqla, ümumilikdə 7 baş iribuynuzlu heyvanlarını oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 4410,26 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə məhkum olunmuş, cəza müddətinin sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadığı ünvan 2 ünvana qayıtdıqdan sonra bir müddət işsiz olsa da, sonradan Siyəzən şəhər sakini Zərərçəkmiş şəxslə razılaşıb, onun heyvanlarına baxmaqla, hər ay gördüyü işlərin müqabilində 150 manat qazanc əldə etmişdir. Heyvanlara 2 ay baxdıqdan sonra pulları vaxtında ödənilmədiyindən Elşənlə aralarında narazılıq yaranmış və təxminən bir həftədən çox Elşənin heyvanlarına baxmağa getməmişdir. Beləliklə, işlədiyi dövr üçün Zərərçəkmiş şəxs bir neçə dəfə ona borclu qaldığı 150 manat pulu tələb etsə də, Elşən bundan yayınmışdır. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs məxsus malqaranın saxlandığı tövlədən oğurluq etmək qərarına gəlmiş, bunun üçün 14 iyun 2021-ci il tarixdə gecə təxminən saat 02:00 radələrində həmin tövlənin giriş qapısına yaxınlaşaraq, ətrafa göz gəzdirib sakitçilik olduğuna əmin olduqdan sonra çəpərdən asılmış əvvəlcədən yerini bildiyi açarı götürüb, qapıda olan qıfılı açıb tövlənin həyətyanı sahəsinə daxil olmuş, daha sonra, özü ilə gətirdiyi alışqanın fənəri ilə içəriyə ətraflı baxış keçirib, həyətdə ardıcıl şəkildə dəmir məftilli çəpərə və həmin çəpərə bitişik ağaca 4 ədəd iribuynuzlu mal-qaranın bağlandığını görüb, onların hamısını oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə, növbəli şəkildə inəklərin boğazına bağlanmış ipləri açaraq onları bir-bir bayıra çıxartmış, daha sonra, həmin inəklərin balalı olduğunu nəzərə alıb, çox uzağa apara bilməyəcəyindən çəkinərək onların balalarını da oğurlamağa qərara vermişdir. Yenidən tövlənin həyətinə daxil olub bu dəfə oranın həmişə açıq olan dəmir qapısını əli ilə asanlıqla açaraq tövləyə daxil olmuş və çöldəki inəklərə məxsus balaların içəridə açıq vəziyyətdə olduğunu görüb, balaları da çölə çıxardaraq oğurlamışdır. Bundan sonra, tövlədən çıxartdığı 3 baş inəyi və həmin inəklərə məxsus balaları, eləcə də tövlənin qarşısındakı 1 baş dananı, ümumilikdə 7 baş mal-qaranı oğurlayıb, piyada, satmaq üçün Şabran rayonuna aparmaq qərarına gəlmiş, həmin heyvanları dəmiryol xəttinin yaxınlığı ilə piyada aparmağa başlamışdır. Təxminən 2-3 kilometr getdikdən sonra sarı-qırmızı rəngli, ağ rəngli qaşqası olan inəyi və tünd qırmızı rəngli inəklə, həmin inəyin ağ rəngli balasını aparmaqda çətinlik çəkdiyini görüb onları yarı yolda buraxıb digər heyvanları aparmaq qərarına gəlmiş, məqsədi həmin heyvanları satdıqdan sonra gəlib yarı yolda qoyduğu heyvanları da aparıb satmaq olmuşdur. Təxminən bir gün piyada yol qət etmiş, yolda olarkən həmin heyvanlardan bir ədəd inəyin balasını da aparmaqda çətinlik çəkdiyi üçün onu da yolda boş bir ərazidə dərə kimi yerdə buraxaraq yoluna davam etmiş, habelə oğurladığı 7 baş mal-qaradan 3 baş iribuynuzlu heyvanı Şabran rayonuna gətirib çıxara bilmişdir. Həmin heyvanları gecələməsi üçün Şabran rayonunun 5 sotlar adlanan ərazisinə gətirib, səhəri gün yəni, 15 iyun 2021-ci il tarixdə onlara müştəri tapıb satmağı qərara almışdır. Heyvanları aparıb satmaq üçün yük avtomobili lazım olduğundan 15 iyun 2021-ci il tarixdə, səhər saat 11:00 radələrində heyvanları “5-sotlar” deyilən ərazidə yaşayış evlərinin hasarının yaxınlığında təhlükəsiz yerdə qoyub yük maşını danışmaq üçün Şabran şəhər Avtovağzalına getmişdir. Orada yük avtomobili lazım olduğunu bildirdikdə, avtovağzalda tanımadığı bir nəfər şəxs yardım edərək Qazel markalı avtomobilin sürücüsünün nömrəsini əlaqə saxlaması üçün ona vermiş, həmin şəxslə telefonla danışıb yük avtomobili lazım olduğunu, əgər boşdursa, Şabran şəhər avtovağzalına gəlməsini xahiş etmişdir. Bundan bir qədər sonra adının Şahid olduğunu öyrəndiyi yük avtomobilinin sürücüsü onun durduğu yerə gəlib, onunla görüşmüş, habelə istər qiymət barədə istərsə də, yükün nə olması ilə bağlı yük avtomobilinin sürücüsü maraqlanmamışdır. Bundan sonra, söhbət əsnasında Şahid daşınma xərcini heyvanlara baxdıqdan sonra razılaşacağını bildirmiş və birlikdə Şabran rayonu 5 sotlar deyilən əraziyə gəlmişlər. Qazelin sürücüsü Səlim heyvanların kimə məxsus olduğunu soruşduqda, yalandan heyvanların qaynına məxsus olduğunu bildirmiş, bu zaman sürücünün cavabından şübhələnərək aparmağa tərəddüd etdiyini görmüşdür. Daha sonra, Şahid bir nəfər yaxın dostunun polis əməkdaşı olduğunu və bu barədə dostuna məlumat verdikdən sonra apara biləcəyini ona söyləmiş, habelə mobil telefonla kiminlə isə danışdıqdan təxminən 5 dəqiqə sonra 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, hansı rayon sakini olduğunu, heyvanları haradan əldə etdiyini və hansı tərəfə apardığını, bundan əlavə şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşub şəxsiyyətinin müəyyən olunması üçün Şabran rayon Polis Şöbəsinə dəvət etmişlər. Qeyd etdiyi oğurluqların hamısını tək törətmiş, həmin vaxt yanında heç kim olmamışdır. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidin verdiyi ifadələrlə, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, o, şəxsi təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu heyvanları saxlamaqla məşğul olur. Yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində çöllük ərazidə uzun müddət olar istifadə etdiyi setka ilə çəpərə alınmış tövləsində özünə məxsus mal-qaranı saxlayır. Mal-qaraya əsasən özü və atası Əziz baxır. Bundan əlavə, inəklərin sağılması, onlara qulluq göstərilməsində Təqsirləndirilən şəxs da ona köməklik göstərib, bu işlərin müqabilində Əzizağaya hər ay pul vermiş, sonradan heyvanlara yaxşı qulluq göstərmədiyinə görə Əzizağanı təxminən 04 iyun 2021-ci il tarixdən işdən uzaqlaşdırmışdır. 13 iyun 2021-ci il tarixdə, saat 21:30 radələrində tövlədəki heyvanları yemləyib qurtardıqdan sonra 3 sağmal inəyi və 1 erkək dananı tövlənin tikilisinin qarşısına açıq əraziyə hər birini boyunlarında olan iplər vasitəsi ilə öz yerinə bağlayıb, həmin 3 inəyə məxsus balaları isə tövlənin içərisinə yerləşdirib çıxıb getmiş, 14 iyun 2021-ci il tarixdə sübh tezdən heyvanları yenidən yemləmək üçün tövləyə gəlmiş, ora yaxınlaşarkən çəpərin içərisində bağladığı inəklərin və 1 ədəd erkək dananın yerində olmadığını, boyunlarına bağlanmış iplərin yerdə olduğunu, tikiliyə keçərkən inəklərə məxsus balaların da, yerində olmadığını görüb, heyvanların oğurlandığını başa düşmüşdür. Bundan sonra, tövləyə ətraflı baxış keçirtdikdə, 1 ədəd sarı-qırmızı rəngli alnında ağ rəngli qaşqası olan, 10 illik, diri çəkisi təxminən 150 kiloqram təşkil edən inəyin 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram təşkil edən balası ilə birlikdə, tünd qırmız rəngli, 5 illik, diri çəkisi təxminən 190-200 kiloqram təşkil edən inəyin 1 ədəd ağ rəngli,10 günlük, təxminən 10-20 kiloqram təşkil edən balası ilə birlikdə, 1 bir ədəd ağ-qara rəngli, 8 illik, diri çəkisi təxminən 240-250 kiloqram təşkil edən inəyin 1 ədəd ağ-qara rəngli 6 aylıq diri çəkisi təxminən 50- 60 kiloqram təşkil edən balası ilə birlikdə, boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik, diri çəkisi təxminən 80-90 kiloqram olan 1 ədəd dananın, ümumilikdə 7 baş iribuynuzlu heyvanlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Dərhal heyvanlarının oğurlanması barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat verdikdən sonra oğurlanmış 7 baş iribuynuzlu heyvanlardan 3 başını, yəni 1 baş sarıqırmızı rəngli, alnında ağ rəngli qaşqası olan 10 illik, diri çəkisi təxminən 140-150 kiloqram təşkil edən inəyi, 1 baş tünd qırmızı rəngli, 5 illik, diri çəkisi təxminən 190-200 kiloqram inəyi və onun 1 baş ağ rəngli 10 günlük balasını 14 iyun 2021-ci il tarixdə Siyəzən şəhər Mərkəzi Bazarının üst hissəsindən dəmiryolu xəttinin yaxınlığından tapmış, qalan 4 baş heyvandan, yəni 1 baş ağ-qara rəngli, 8 illik, diri çəkisi 240-250 kiloqram təşkil edən inək, 1 baş boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik diri çəkisi 80-90 kiloqram dana və 1 baş sarı-qırmızı rəngli, alnında ağ rəngli qaşqası olan 10 illik, diri çəkisi təxminən 140-150 kiloqram təşkil edən inəyin 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram təşkil edən balası isə Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ərizəsi əsasında müvafiq qəbzlə ona qaytarılmışdır. Yerdə qalan 1 baş ağ-qara rəngli, 8 illik, diri çəkisi 240-250 kiloqram təşkil edən inəyin 1 baş ağ-qara rəngli, diri çəkisi 50-60 kiloqram, 6 aylıq balası Təqsirləndirilən şəxs ifadəsi əsasında Siyəzən RPŞ-nin əməkdaşları Bakı- Quba beton yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yoldan təxminən 200 metr aralıda çöllük ərazidə tapıb ərizəsi əsasında müvafiq qəbzlə ona qaytarmışlar. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilib, sonuncuya qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, istifadəsində olan **-BC- *** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobili ilə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, Şabran rayonu və onun ərazisindən kənarda müxtəlif yüklərin daşınmasını həyata keçirərək gəlir əldə edir. 15 iyun 2021-ci il tarixdə, səhər saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı, nömrəsi yadında qalmadığı adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs zəng edərək, Qazel markalı avtomobilin sürücüsü olub-olmadığını soruşmuş, əgər işi yoxdursa, yükü olduğunu bildirib, onu aparmağa çağıraraq, Şabran şəhər avtovağzalına gəlməsini xahiş etmiş, o, da razılaşaraq, deyilən yerə getmişdir. O, Təqsirləndirilən şəxsla söhbət edərək yüklə maraqlandıqda, sonuncu yükün 3 baş özünə məxsus iribuynuzlu heyvanlar olduğunu bildirmiş, bu zaman o, Əzizağaya yalnız mal-qaraya baxdıqdan sonra razılaşıb– razılaşmamağı ilə bağlı hər hansı bir söz deyəcəyini bildirmişdir. Bundan sonra, o, Əzizağa ilə Şabran şəhəri 5 sotlar deyilən əraziyə gedərək mal-qaraya baxmış, sonuncunun özünü həyəcanlı və şübhəli aparmağa başladığına və davranışları onda şübhə yaratdığına görə heyvanların Əzizağaya məxsus olmadığını düşünərək, bir daha mal-qaranın kimə məxsus olmasını soruşmuş, sonuncu isə ona bu dəfə heyvanların qaynına aid olduğunu bildirmişdir. Belə olan halda, o, Əzizağaya heyvanları polis olan sinif yoldaşı Eminə zəng edib məlumat verdikdən sonra apara biləcəyini bildirmiş, Əzizağa isə buna etiraz etməyərək razılaşmışdır. O, kənara çəkilib Eminə zəng vuraraq, bir nəfər yad adamın malqarası olduğunu, özünü şübhəli apardığını və ondan həmin heyvanları idarə etdiyi Qazelə yükləyib, başqa bir yerə aparmağı xahiş etdiyini söyləmiş, Emin isə ona CAB-ın rəisi Alış Səfərov ilə bir qədər sonra həmin yerə yaxınlaşacaqlarını bildirmişdir. Təxminən 5 dəqiqə sonra Emin və yanında mülki geyimli bir nəfər polis əməkdaşı onlara yaxınlaşaraq, Təqsirləndirilən şəxs heyvanların kimə məxsus olduğunu, haradan gətirdiyini və üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuş, məhz orada adının Əzizağa olduğu məlum olan sonuncu polis əməkdaşlarının dəvəti ilə Şabran rayon Polis Şöbəsinə aparılmış, o, isə avtomobilinə əyləşərək, həmin ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxsla əvvəllər hər hansı tanışlığı olmamış, sonuncunu tanımamış və qabaqcadan mal-qaranı daşıması ilə bağlı hər hansı danışığı da olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 9/4784 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən bir baş sarı-qırmızı rəngli alnında ağ rəngli qaşqası olan, 10 illik, diri çəkisi təxminən 150 kiloqram dişi inəyin respublikadaxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 783,75 manat, tövlədə həmin inəyə məxsus 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram olan balasının qiyməti 200 manat, bir baş tünd qırmızı rəngli, 5 illik, diri çəkisi təxminən 195 kiloqram dişi inəyin qiyməti 1018,88 manat, tövlədə həmin inəyə məxsus ağ rəngli, 10 günlük, diri çəkisi təxminən 10- 20 kiloqram olan balasının qiyməti 160 manat, bir baş ağ-qara rəngli, 8 illik, diri çəkisi təxminən 245 kiloqram dişi inəyin qiyməti 1280,13 manat, tövlədə həmin inəyə məxsus ağqara rəngli 6 aylıq diri çəkisi təxminən 50-60 kiloqram olan balasının qiyməti 500 manat, bir baş boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik, diri çəkisi təxminən 85 kiloqram təşkil edən dananın qiyməti 467,50 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-cü vərəqəsində olan 14 iyun 2021ci il, 75-ci vərəqəsində olan 15 iyun 2021-ci il tarixli qəbzlərdən, eləcə də 138-145-ci vərəqələrdə olan 17 avqust 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, bir baş sarı-qırmızı rəngli alnında ağ rəngli qaşqası olan, 10 illik, diri çəkisi təxminən 150 kiloqram dişi inək və həmin inəyə məxsus 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram olan balası, bir baş tünd qırmızı rəngli, 5 illik, diri çəkisi təxminən 195 kiloqram dişi inək və həmin inəyə məxsus ağ rəngli, 10 günlük, diri çəkisi təxminən 10-20 kiloqram olan balası, bir baş ağ-qara rəngli, 8 illik, diri çəkisi təxminən 245 kiloqram dişi inək və həmin inəyə məxsus ağ-qara rəngli 6 aylıq diri çəkisi təxminən 50-60 kiloqram olan balası, bir baş boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik, diri çəkisi təxminən 85 kiloqram təşkil edən dana olmaqla, ümumilikdə 7 baş iribuynuzlu heyvanlar iş üzrə maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 113-114-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən, eləcə də işin 115-118-ci vərəqələrindəki Xaçmaz Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 1(067)-69/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 24 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 05 gün vaxtından əvvəl şərti azad olunsa da, bu dəfə 26 oktyabr 2016-cı il tarixdə, gecə saat 01:00 radələrində sərxoş vəziyyətdə Bakı- Quba magistral şose yolunun kənarında Sumqayıt şəhərinin çıxacağında yerləşən “Kral” kafesində X2 onunla birlikdə oturduğu stoldan durub ayaqyoluna keçməyindən istifadə edərək stul üzərinə qoyduğu ona məxsus “Opel Astra” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ondan icazəsiz götürərək kafenin qarşısında saxladığı avtomobili ona bildirməmiş işə salıb talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırması ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib, CMnin 76.6.3, 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda o, 04 dekabr 2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 07 (yeddi) ay 13 (on üç) gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 17 iyul 2020-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 4(059)-33/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 124-125-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 26 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, həmçinin sonuncuya ciddi cəza verilməməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən əvvəlki hər iki məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə təhlükəli residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun saxlanc yerinə (tövləyə) qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 4/5 hissəsinə yaxın həcmdə cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir baş sarı-qırmızı rəngli alnında ağ rəngli qaşqası olan, 10 illik, diri çəkisi təxminən 150 kiloqram dişi inək və həmin inəyə məxsus 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram olan balası, bir baş tünd qırmızı rəngli, 5 illik, diri çəkisi təxminən 195 kiloqram dişi inək və həmin inəyə məxsus ağ rəngli, 10 günlük, diri çəkisi təxminən 10-20 kiloqram olan balası, bir baş ağ-qara rəngli, 8 illik, diri çəkisi təxminən 245 kiloqram dişi inək və həmin inəyə məxsus ağ-qara rəngli 6 aylıq diri çəkisi təxminən 50-60 kiloqram olan balası, bir baş boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik, diri çəkisi təxminən 85 kiloqram təşkil edən dana olmaqla, ümumilikdə 7 baş iribuynuzlu heyvanlar Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir baş sarı-qırmızı rəngli alnında ağ rəngli qaşqası olan, 10 illik, diri çəkisi təxminən 150 kiloqram dişi inək və həmin inəyə məxsus 3 aylıq qırmızı rəngli diri çəkisi təxminən 40-50 kiloqram olan balası, bir baş tünd qırmızı rəngli, 5 illik, diri çəkisi təxminən 195 kiloqram dişi inək və həmin inəyə məxsus ağ rəngli, 10 günlük, diri çəkisi təxminən 10-20 kiloqram olan balası, bir baş ağ-qara rəngli, 8 illik, diri çəkisi təxminən 245 kiloqram dişi inək və həmin inəyə məxsus ağ-qara rəngli 6 aylıq diri çəkisi təxminən 50-60 kiloqram olan balası, bir baş boz rəngli alnında ağ rəngli qaşqası olan, 1 illik, diri çəkisi təxminən 85 kiloqram təşkil edən dana olmaqla, ümumilikdə 7 baş iribuynuzlu heyvanlar Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-53/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-53/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver