Məhkəmə qərarları › İş №1(059)-57/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-57/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-57/2020 27.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil X6 iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi 14 ədəd çətənə bitkisi toxumlarından 1 ədədini yaşadığı Siyəzən şəhəri, Xətai küçəsindəki 107 saylı evin həyətyanı sahəsində dibçək qabda, 13 ədədini isə həmin həyətyanı sahədə hasarın yanında cərgələr halında qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərərək kultivasiya edib yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilmiş baxış zamanı, xeyli miqdarda olmaqla,dibçəkdə 1 ədəd, torpaqda isə 13 ədəd nəm vəziyyətdə, ümumi çəkiləri 2 kq. 135 qr., tərkiblərində narkotik maddələr olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 yaşından narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Bundan əlavə, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluğu da olmuşdur. Bununla əlaqədar 2020-ci ilin yanvar ayında cəzasını çəkib qurtardıqdan sonra cəzaçəkmə müəssisəsindən azad olunaraq ailəsi ilə yaşadığı Siyəzən şəhəri, Xətai küçəsindəki 107 saylı evə qayıtmışdır. O, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün özündə çoxdan çətənə bitkisinə məxsus tumlar qalmışdır. O, da narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq və özü üçün istifadə etmək məqsədilə tərkibində narkotik maddələr olan çətənə kollarını yetişdirmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə yaşadığı evin bağ sahəsində, bağın yuxarı hissəsində sol tərəfdə hasar ilə paralel yerdən şiferlər düzərək hasar ilə şiferlər arasında 13 ədəd çətənə kolunu torpaqda, 1 ədəd çətənə kolunu isə dibçəkdə əkmiş, habelə həmin bitkilərə mütəmadi olaraq su verib, qulluq etmişdir. Belə ki, həmin bitkiləri peyinli torpaqda əkib, diblərini tez-tez sulayıb, həmin bitkilərə qurd əleyhinə dərman da vurmuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açdığında bir neçə nəfər polis əməkdaşının küçədə qapının qarşısında dayandığını və onlardan birinin əlində video kamera olduğunu görmüşdür. Bu zaman Siyəzən RPŞ-nin əməkdaşları ona narkotik vasitə əkib-becərməkdə şübhəli olduğunu bildirib, evinin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirmişlər. O, buna etiraz etməyib, bununla bağlı ərizə yazaraq baxışın keçirilməsinə könüllü icazə vermişdir. Ona hüquq və vəzifələri, həmçinin müdafiə hüququ izah olunduqdan sonra evinin həyətyanı sahəsinə keçiriləcək baxış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə Müdafiəçi təqdim edilmiş, o da keçiriləcək baxışda müdafiəçinin iştirakına etiraz etməyib, razılıq vermişdir. Bundan sonra, polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etdikdə, o, könüllü olaraq əkdiyi çətənə bitkilərinin yerini göstərmişdir. Beləliklə, evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı oradan 13 ədəd çətənə kolu torpaqda, 01 ədəd çətənə kolu isə dibçəkdə aşkar edilmişdir. Həmin kollar çıxarılaraq müvafiq qaydada qablaşdırılıb, götürüldükdən sonra, bununla əlaqədar baxış protokolu yazılıb, oxunmuş və protokol doğru olduğu üçün o, həmin protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında o, xx xxxx 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmiş, bununla bağlı şöbədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü rəhbərliyi altında əməliyyat qrupu yaradılmaqla, əməliyyat qrupuna daxil olan şəxslərlə müvafiq təlimatlandırma aparılmış, faktla bağlı araşdırmanın aparılması isə Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X4 həvalə olunmuşdur. Bundan sonra, keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin Bitki Sağlamlığı və Fitosanitar sektorunun böyük məsləhətçisi, aqronom mütəxəssis Şahid7 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunmaqla, keçiriləcək tədbir barədə məlumatlandırılmışlar. Aqronom Şahid7 mütəxəssis kimi hüquq və vəzifələri izah olunandan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Xətai küçəsindəki 107 saylı evə gedilmişdir. Onları Təqsirləndirilən şəxs özü qarşılamış, habelə sonuncuya özlərini təqdim edib həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkilibbecərilməsi barədə məlumat olduğunu və buna görə də həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməyib, onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq baxış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunduqda, o, baxış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirdikdən sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs həmin bağ sahəsinə daxil olaraq düz irəliləyib, bağın sonuna çatdıqdan sonra sol tərəfə dönərək, bağın sol tərəfdəki hasarı ilə yerdən düzülmüş şiferlərin arasındakı əraziyə getməklə, orada 1 ədədi dibçəkdə, qalanları isə yerə əkilmiş vəziyyətdə olan bitkiləri göstərərək, həmin bitkilərin tərkibində narkotik maddə olan çətənə kolları olduğunu, həmin kolların ümumilikdə 14 ədəd olmaqla, özü tərəfindən əkildiyini, həmçinin qeyd olunan bitki kollarının yanında olan daşın üzərindəki 1 ədəd yaşıl rəngli şprisi və 1 ədəd dərman qutusunu göstərib, həmin dərmanın danadişi adlanan qurd əleyhinə dərman olmaqla, həmin dərmandan əkdiyi bitkiləri qurdun məhv etməməsi üçün istifadə etdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid7 həmin bitkiləri nəzərdən keçirib, onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etməsi təklif olunduqda, sonuncu həmin bitkiləri nəzərdən keçirib, onların narkotik xassəli olduğunu, mütəmadi olaraq su və gübrə verilməklə, aqrotexniki qaydada becərildiyini bildirmişdir. Bitkilərin ən kiçiyinin hündürlüyü 84 santimetr, ən böyüyünün hündürlüyü 170 santimetr və 1 ədəd dibçəkdə əkilmiş çətənə bitkisinə bənzər kolun isə hündürlüyünün 74 santimetr olduğu müəyyən olunmuş və bununla bağlı aqronom Şahid7 tərəfindən rəy tərtib edilmişdir. Daha sonra, həmin bitkilərin 1 ədədi dibçəkdən, 13 ədədi isə basdırıldığı yerdən çıxarılmaqla, ümumilikdə 14 ədəd çətənə bitkisinə bənzər kollar dibləri torpaqdan təmizlənərək başbaşa keçirilib, kisələrin içərisinə qablaşdırılmış və bağlamanın üzəri möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, qeyd olunan yerdə daşın üzərində olan Təqsirləndirilən şəxs çətənə bitkisinə bənzər kollara qurd düşməməsi üçün istifadə etdiyi 1 ədəd üzərində “Amin-G” sözləri yazılan içərisində maye şəkildə məhlul olan dərman qutusu və 1 ədəd üzərində iynəsi ilə birlikdə olan yaşıl rəngli şpris götürülərək 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş və bu zərfin üzəri də möhürlənməklə, imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi “Nikon” markalı fotoaparat vasitəsi ilə qeydə alınmış, bundan sonra, müstəntiq Bədirşah Vəlimətov tərəfindən baxış keçirilməsi və götürmə haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, protokol doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2, İTB-nin polis sahə rəisi Şahid3, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4 Qiyas oğlu və Kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Şahid6 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərdi ki, o, Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evdə ailə üzvləri ilə birlikdə yaşamaqla, Siyəzən şəhəri 2 saylı tam orta məktəbdə informatika-texnologiya müəllimi işləyir. Təqsirləndirilən şəxs onun əridir. Əri Zəfərin narkotik vasitə istifadə etdiyini çoxdan bilmişdir. Belə ki, Zəfər onunla evli olduğu dövrdə əvvəllər də narkotik vasitə satışı ilə əlaqədar məhkum olunmuş, habelə cəzaçəkmə müəssisəsindən elə bu il azad olunaraq evə qayıtmışdır. Lakin, tutulduğu vaxta kimi o, Zəfərin evlərinin həyətyanı sahəsində narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduğunu bilməmişdir. Belə ki, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının evlərinə gələrək, orada həyətyanı sahədə baxış keçirdiklərini, bağçadan çətənə bitkilərinin aşkarladığını, buna görə də Zəfərin rayon Polis Şöbəsinə aparıldığını sonradan öyrənmişdir. Çünki, həmin vaxt o, işdə olmuşdur. Həmçinin, bu vaxta kimi Zəfərin belə bir şey etdiyindən xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid7 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəməyədək istintaq dövründə verdiyi rəy və ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-cu il tarixdə saat 16:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün dəvət olunmuşdur. Ondan başqa həmin baxışda iştirak etmək üçün şöbənin ekspert-kriminalisti Şahid6 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi da dəvət olunmuşdur. O, ekspert-kriminalist Şahid6 və vəkil Müdafiəçi keçiriləcək tədbirlə bağlı polis əməkdaşları tərəfindən məlumatlandırılmış, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə şöbəyə daxil olmuş məlumata əsasən sonuncunun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi məlum olmuşdur. Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X5 ona və ekspert-kriminalist Şahid6 hüquq və vəzifələrini izah etdikdən sonra adları çəkilən şəxslər, həmçinin Siyəzən RPŞnin daha bir neçə əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evə getmişlər. Onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs özlərini təqdim edib həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkilib-becərilməsi barədə məlumat olduğu və buna görə də həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq müdafiəçinin iştirakının təmin edilməsi təklif olunmuş, sonuncu keçiriləcək baxış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmiş, habelə bundan sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs həmin bağ sahəsinə daxil olaraq düz irəliləyib, bağın sonuna çatdıqdan sonra sol tərəfə dönərək, bağın sol tərəfdəki hasarı ilə yerdən düzülmüş şiferlərin arasındakı əraziyə getməklə, orada 1 ədədi dibçəkdə, qalanları isə yerə əkilmiş vəziyyətdə olan bitkiləri göstərərək, həmin bitkilərin tərkibində narkotik maddə olan çətənə kolları olduğunu, həmin kolların ümumilikdə 14 ədəd olmaqla, özü tərəfindən əkildiyini, həmçinin qeyd olunan bitki kollarının yanında olan daşın üzərindəki 1 ədəd yaşıl rəngli şprisi və 1 ədəd dərman qutusunu göstərib, həmin dərmanın danadişi adlanan qurd əleyhinə dərman olmaqla, həmin dərmandan əkdiyi bitkiləri qurdun məhv etməməsi üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin əməkdaşları ona həmin bitkiləri nəzərdən keçirib, onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etməsini təklif etmişlər. Bu məqsədlə o, həmin bitkiləri ayrı-ayrılıqda nəzərdən keçirtmiş, habelə bitkilərin narkotik xassəli olduğunu, mütəmadi olaraq su və gübrə verilməklə, aqrotexniki qaydada becərildiyini bildirmişdir. Bitkilərin ən kiçiyinin hündürlüyü 84 santimetr, ən böyüyünün hündürlüyü 170 santimetr və 1 ədəd dibçəkdə əkilmiş çətənə bitkisinə bənzər kolun isə hündürlüyünün 74 santimetr olduğu müəyyən olunmuş və bununla bağlı rəy tərtib edərək müstəntiqə təqdim etmişdir. Daha sonra, həmin bitkilərin 1 ədədi dibçəkdən, 13 ədədi isə basdırıldığı yerdən çıxarılmaqla, ümumilikdə 14 ədəd çətənə bitkisinə bənzər kollar dibləri torpaqdan təmizlənərək baş-başa keçirilib, kisələrin içərisinə qablaşdırılmış və bağlamanın üzəri möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, qeyd olunan yerdə daşın üzərində olan Təqsirləndirilən şəxs çətənə bitkisinə bənzər kollara qurd düşməməsi üçün istifadə etdiyi 1 ədəd üzərində “Amin-G” sözləri yazılan içərisində maye şəkildə məhlul olan dərman qutusu və 1 ədəd üzərində iynəsi ilə birlikdə olan yaşıl rəngli şpris götürülərək 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş və bu zərfin üzəri də möhürlənməklə, imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi Şahid6 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə qeydə alınmış, bundan sonra, müstəntiq Bədirşah Vəlimətov tərəfindən baxış keçirilməsi və götürmə haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, protokol doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, həmin tarixdə tərkibində narkotik maddə olan bitkilərin əkilib-becərilməsini müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı yaşayış evinin qarşısındakı həyətyanı sahənin sol tərəfdə künc hissəsində tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş, bitkilərin ümumi sayı (1 ədədi dibçəkdə olmaqla) cəmi 14 ədəd olmaqla, ən kiçiyinin hündürlüyü 74 sm., ən böyüyünün hündürlüyü 170 sm. olmuşdur. Bitkilərə mütəmadi aqrotexniki qulluq işləri aparılmış, bitkilər həmin ərazidə əkilmiş, suvarılmış, üzvü gübrələnmiş və dibləri yumşaldılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/378 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs məxsus ...” yazıları və imzalar olan sintetik torbadakı sayı 14 əsəs yaş vəziyyətdə ümumi çəkisi 2135 qram (2kq135qram), olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata hər obyektdən 0,02 qram, cəmi 0,28 qram sərf edildikdən sonra çətənə bitkilərinin qalıq çəkisi 2134,72 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə bioloji ekspertizası tədqiqatnın dəyəri 69,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1211 saylı ekspert rəyindən görünür ki, tədqiqata tədqim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar olunaraq götürülmüş maddi sübut” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üzərində “AMİN-Q” göstəricisi olan bir ədəd plastik qabdakı ümumi həcmi 40 ml olan məhlulun tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Təqdim olunmuş məhlulun tərkibində aşkar olunmuş maddə sipermetrindir. Təqdim olunmuş sipermetrin tərkibli məhlul insektisid və akarisid vasitə kimi çətənə bitkisi zərərvericilərinə qarşı da istifadə oluna bilər. Bir ədəd 12 ml həcmli şprisin tərkibində narkotik və ya psixotrop maddələrə aid iz aşkar edilməmişdir. Cinayət işinin 121-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatnın dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2151 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-29-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı baxışın keçirildiyi ev Siyəzən şəhəri, Xətai küçəsi, 107 ünvanında yerləşir. Evin giriş qapısı 2x3 metr ölçüdə boz rəngli iki taylı dəmir qapı vasitəsilədir. Həyət ümumilikdə 0,7 hektardan ibarət ərazini əhatə edir. Giriş qapısından həyətə daxil olduqda sol tərəfdə 2 mərtəbəli ev yerləşir. Həyətə daxil olduqdan sonra təxminən 20 metr irəlilədikdə evin həyətyanı bağ sahəsinin olduğu müşahidə olunur. Təqsirləndirilən şəxs həmin bağ sahəsinə daxil olaraq düz irəliləyib, bağın sonuna çatdıqdan sonra sol tərəfə dönərək, bağın sol tərəfdəki hasarı ilə yerdən düzülmüş şiferlərin arasındakı əraziyə getməklə, orada 1 ədədi dibçəklərdə, qalanları isə yerə əkilmiş vəziyyətdə olan bitkiləri göstərərək, həmin bitkilərin tərkibində narkotik maddə olan çətənə kolları olduğunu, həmin kolların ümumilikdə 14 ədəd olmaqla, özü tərəfindən əkildiyini, həmçinin qeyd olunan bitki kollarının yanında olan daşın üzərindəki 1 ədəd yaşıl rəngli şprisi və 1 ədəd dərman qutusunu göstərib, həmin dərmanın danadişi adlanan qurd əleyhinə dərman olmaqla, həmin dərmandan əkdiyi bitkiləri qurdun məhv etməməsi üçün istifadə etdiyini bildirmişdir. Daha sonra, aqronom mütəxəssis Şahid7 tərəfindən həmin çətənə bitkilərinə bənzər kollar ölçülərək, yerdən əkilmiş çətənə bitkisinə bənzər kollardan ən kiçiyinin hündürlüyünün 84 santimetr, ən böyüyünün hündürlüyünün 170 santimetr və 1 ədəd dibçəkdə əkilmiş çətənə bitkisənə bənzər kolun isə hündürlüyünün 74 sanitmetr olduğu müəyyən olunmuş, habelə aqronom mütəxəssis Şahid7 bitikilərin narkotik xassəli olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, o cümlədən bitkilərə mütəmadi olaraq su və üzvi gübrələr verildiyini, və s. digər aqrotexniki qulluqlar göstərildiyini bildirmişdir. Bundan sonra, həmin bitkilərin 1 ədədi dibçəkdən, 13 ədədi isə basdırıldığı yerdən çıxarılmaqla ümumilikdə 14 ədəd çətənə bitkisinə bənzər kollar dibləri torpaqdan təmizlənərək baş-başa keçirilmiş kisələrin içərisinə qablaşdırılmış və bağlamanın üzəri möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, qeyd olunan yerdə daşın üzərində olan Təqsirləndirilən şəxs çətənə bitkisinə bənzər kollara qurd düşməməsi üçün istifadə etdiyi 1 ədəd üzərində “Amin-G” sözləri yazılan içərisində maye şəkildə məhlul olan dərman qutusu və 1 ədəd üzərində iynəsi ilə birlikdə olan yaşıl rəngli şpris götürülərək 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş və bu zərfin üzəri də möhürlənməklə, imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48 vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 2134,72 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 140-149-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Xətai küçəsindəki 107 saylı evin həyətyanı sahəsində video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən, işin 110-114-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(059)-35/2016 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(059)-20/2020saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx xxxxxx 2002-ci il təvəllüdlü Nasir adında bir yetkinlik yaşına çatmayan uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər X12 üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan başqa cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddələr olan qalıq çəkisi 2134,72 qram olan çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində xx xxxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 134,82 (bir yüz otuz dörd manat 82 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddələr olan qalıq çəkisi 2134,72 qram olan çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində xx xxxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 134,82 (bir yüz otuz dörd manat 82 qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar